21
cavablandırırlar. Burada oxucunun aydınlaşdırmaq istədiyi suallar onun
oxu məqsədini
təşkil edir. Mətnlə tanış olduqdan sonra isə III sütuna fikirlər yazılır. II sütunda açıq
qalmış suallara cavab tapmaq üçün müvafiq mənbə axtarmaq məsələsi gündəmə gəlir.
Sual verməklə oxu
Şagirdlərə oxuduğu mətn üzrə suallar tərtib etmək və onları asandan çətinə
doğru
düzmək tapşırılır. Bu suallar şagirdin oxuduğu mətni nə dərəcədə dərindən anladığını
müəyyənləşdirmək imkanı verir.
Sual tərtib etmək üç mərhələdən ibarətdir:
1. Sualların növləri müəyyən edilir;
2.
Suallar təsnif olunur;
3. Suallar tərtib olunur.
Dostları ilə paylaş: