Oxu təLİMİ Müəllimlər üçün vəsait


Nə? Nə deməkdir? Nə etməliyik?



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə15/33
tarix08.05.2023
ölçüsü0,84 Mb.
#109421
1   ...   11   12   13   14   15   16   17   18   ...   33
oxu-talimi-muallimlar-ucun-vasait

 
Nə? Nə deməkdir? Nə etməliyik? 
Bu, bədii və ya informativ mətnlərdəki fikirlər üzərində işləmək üsuludur.
Şagirdlər çox vaxt məktəbdə əldə etdikləri biliklərin real həyatla uzlaşmadığından 
şikayət edirlər. “Nə? Nə deməkdir? Nə etməliyik?” üsulunun məqsədi isə şagirdlərə 
məktəbdə öyrəndikləri ideyalarla real həyatdakı fəaliyyətləri arasında qarşılıqlı əlaqəni 
tapmağa kömək etməkdir. Bu metodun köməyi ilə şagirdlər mətndəki əsas ideyaları 
tapmağı, onların praktik nəticələri haqqında düşünməyi, eləcə də bu ideyalar əsasında 
işlər görməyi öyrənirlər. Mövzu şagirdlərə təqdim olunur (oxu və ya mühazirə 
vasitəsilə) və müzakirə edilir. Deməli, şagirdlərdə mövzu ilə bağlı artıq ümumi 
təsəvvürlər var. Müəllim qeyd edir ki, mətndən əldə olunan ideyalar əsasında nələr 
ediləcəyinə sinif qərar verməlidir. 
Müəllim lövhədə belə bir cədvəl qurur: 
Nə? 
Nə deməkdir? 
Nə etməliyik? 
 
Nə? 
Müəllim şagirdlərə tapşırır ki, verilən mövzu ilə bağlı yaranan fikirlərdən ən vacib 
hesab etdiklərini ümumiləşdirsinlər və “Nə?”başlıqlı sütuna yazsınlar. 
Nə deməkdir? 
Müəllim şagirdlərdən həmin fikirlərin niyə vacib olduğunu əsaslandırmağı 
istəyir: Onların mənası nədir və bu fikirləri niyə vacib hesab edirsiniz? Bu faktların 
(fikirlərin) insanların həyatında nə kimi əhəmiyyəti var? Müzakirədən sonra müəllim 


25 
vacib məqamları “Nə deməkdir?” sütununa yazır. 
Nə etməliyik? 
Müəllim şagirdlərdən müzakirə etdikləri mövzu və ya problemlərin həlli ilə bağlı 
planlarını (nələr edəcəklərini) soruşur. Müəllim problemi araşdırmaq, həll yollarını 
tapmaq üçün onları beyin həmləsinə təşviq edir. 
Məsələn, əgər ətraf mühitin çirkləndirilməsi problemi müakirə edilərsə, bunun 
üçün: Şagirdlər fərdi şəkildə nə edə bilərlər? 
- Şagirdlər küçələri zibilləməməklə bağlı razılaşma imzalaya bilərlər. 
Şagirdlər qruplar şəklində nə edə bilərlər? 
- Kiçik qruplar öz məktəbləri və məhəllələri üçün insanları küçəyə zibil atmamağa 
çağıran afişalar hazırlaya bilərlər. 
Bütün sinfin birlikdə edə biləcəyi işlər hansılardır? 
- Şənbə günləri bütün sinif parkda və ya başqa ictimai yerlərdə təmizlik işləri 
apara bilər.
Qeyd: Optimal həll yolları çox vaxt şagirdlərin davranışının müsbət istiqamətdə 
dəyişməsinə səbəb olur. Ancaq üzə çıxarılan problemlə planlaşdırılan fəaliyyət 
arasında dəqiq əlaqə yaratmaq üçün vaxtaşırı sinifdə müzakirələr aparmağı tələb edən 
qrup layihələri həyata keçirmək lazımdır. Şagirdlər cavablandırdıqları sualları və bu 
araşdırmada verdikləri cavabları, gördüyü işləri, onlar arasındakı əlaqəni unutmasınlar 
deyə araşdırma bitdikdən sonra “Nə? Nə deməkdir? Nə etməliyik?” cədvəlini sinifdən 
asmaq faydalı olar. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin