Oxu təLİMİ Müəllimlər üçün vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix08.05.2023
ölçüsü0,84 Mb.
#109421
1   ...   7   8   9   10   11   12   13   14   ...   33
oxu-talimi-muallimlar-ucun-vasait

 
İkihissəli gündəlik 
İkihissəli gündəlik diqqətli oxuya, mətnin ideyasını daha dərindən anlamağa 
kömək edir və mətnin mövzusunu aktual problemlərlə əlaqələndirir. İkihissəli gündəlik 
hazırlamaq üçün şagirdlərə bu cür təlimat verilir: Mətndə sizə maraqlı görünən, 
bəyəndiyiniz və ya bəyənmədiyiniz sitatları (parçaları) seçib yazın. Onları şərh edin. 
Sitatı şərh edərkən onu necə anladığınızı, nə üçün məhz bu sitatı seçdiyinizi izah edin 
(ola bilsin ki, bu, sizin həyat təcrübənizə yaxındır, yaxud müəlliflə razı deyilsiniz və 
ya onun mülahizələrini davam etdirmək istəyirsiniz). Bu sitatın sizdə hansı fikir və 
assosiasiyalar yaratdığını yazın. Buna uyğun cədvəl tərtib edin və qeydlərinizi orada 
yazın. 
Sitat 
Şərh 
....................... 
Niyə məhz bu sitat yazılıb? O, məni nə 
haqda düşünməyə vadar edir? 
Bu üsul bədii mətnlərin, xüsusilə şeirlərin təhlili zamanı xüsusilə faydalıdır. 
 
Nümunə: Nüsrət Kəsəmənli. “Biri vardı, biri yox...” 
 
 
 
 
 


20 
 
Sitat 
Şərh 
 
Məclislərdə can deyib, can eşidən, 
Dostlarımın biri vardi, biri yox. 
Şeirin bu yerində mən də dünyasını vaxt-
sız dəyişmiş dostumu xatırladım. Amma 
bəlkə də şairin dostu heç ölməyib, sadəcə 
ona xəyanət edib. Bu səbəbdən o da şair 
üçün “ölmüş” kimidir. 
Nişanlamaqla oxu (İNSERT) 
Bu üsulla şagird mətndəki informasiyanı saf-çürük edə-edə oxuyur, bir növ 
mətni “inventarizasiya” edir, mətndə verilən informasiyanı qruplaşdırır. Şagirdlərə 
mətni aşağıdakı kimi işarələməyi təklif edin: 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin