Oxu təLİMİ Müəllimlər üçün vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix08.05.2023
ölçüsü0,84 Mb.
#109421
1   2   3   4   5   6   7   8   9   10   ...   33
oxu-talimi-muallimlar-ucun-vasait

Sual verməklə oxu 
 
Müəllim şagirdlərə oxudan əvvəl və oxu zamanı mətnin məzmunu ilə bağlı suallar 
hazırlamağı tapşırır. Məqsəd onları mətn üzərində düşünməyə təşviq etməkdir. Bu 
metod iki formada hayata keçirilir: 
1. Səsli və ya səssiz oxudan sonra şagirdlər mətni oxuyarkən onlarda yaranan 
sualları yazır, sonra isə qruplara bölünərək həmin suallara cavab axtarırlar. Hər 
qrupdan (sinifdən) bir şagird yoldaşına sual verir. 
2. Şagirdlər oxuya başlamazdan əvvəl mətnin başlığını və oxu zamanı yaranan 
sualları lövhəyə yazırlar. Sonra isə cavabları artıq mətndə tapılan sualların üstündən 
xətt çəkirlər. 
Tənqidi oxu 
Məqsəd şagirdləri suallarla mövzu üzərində düşündürmək, oxuduqları mətnin 
müsbət və mənfi tərəflərini dəyərləndirərək öz fikirlərini bildirməyə şərait 
yaratmaqdır. Onlar həm də mətndə təsvir olunan hiss, düşüncə və hadisələr arasında 
səbəb-nəticə əlaqəsi qurmağa çalışır, öz təcrübələri əsasında oxuduqlarını 
mənalandırırlar. 
Xorla oxu 
Məqsəd şagirdlərin oxu və əməkdaşlıq bacarıqlarını inkişaf etdirməkdir. Bu zaman 


13 
şagirdlər şeiri və ya nəsr əsərini hissələrə ayıraraq xorla oxuyurlar.
Şagirdlər qruplara ayrılırlar və müəllim əvvəlcə mətni oxuyub izah edir. Sonra isə 
şagirdlər mətni xorla oxuyurlar. Xorla oxu üç formada təşkil oluna bilər: 
l. Bütün siniflə: bu zaman mətni bütün sinif oxuyur. 
2. Qruplarla: mətn hissələrə ayrılır və hər qrup bir hissəsini oxuyur. 
3. Qarşılıqlı oxu: şagirdlər iki qrupa ayrılır, mətnin müəyyən hissəsini bir qrup, 
digər hissəsini isə ikinci qrup oxuyur. 
Müzakirəli oxu 
Məqsəd şagirdlərin mətnin mövzusu ilə bağlı biliklərini, hiss və düşüncələrini 
başqaları ilə paylaşmağına, qarşılıqlı fikir mübadiləsi aparmağına şərait yaratmaq
bununla da onlarda məsələyə müxtəlif tərəflərindən baxmaq bacarığı qazandırmaqdır. 
Bu metodda mətni hissə-hissə və ya bütöv şəkildə oxumaq olar və müzakirə bütün 
siniflə, yaxud qruplarla keçirilə bilər. Müzakirənin sonunda isə ümumi fikirlərdən 
ibarət mətn tərtib olunur.
Müzakirədə bütün şagirdlərin iştirakını və bir-birlərinin fikrinə hörmətlə 
yanaşmağını təmin etmək lazımdır.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin