Oxu təLİMİ Müəllimlər üçün vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə5/33
tarix08.05.2023
ölçüsü0,84 Mb.
#109421
1   2   3   4   5   6   7   8   9   ...   33
oxu-talimi-muallimlar-ucun-vasait

Panoram sürətli oxu sürətli oxunun daha da təkmilləşdirilmiş formasıdır. Stereo 
cədvəllərlə xüsusi məşq texnikasından istifadə edərək şagirdin görmə sahəsi əsaslı 
şəkildə artırılır. Bununla “fuziya divergensiyası” adlı bir effekt, yəni gözün görmə 
oxlarının ayrılması prosesi baş verir. Beləliklə də, oxunun sürəti və mənimsənilmə 
keyfiyyəti artır. 
Sürətli oxu mükəmməlləşdikcə qismən dərinləşdirilmiş oxuya keçmək olar. 
Dərinləşdirilmiş oxuda bütün təfərrüatlara diqqət yetirilir, onlar təhlil edilir və 
qiymətləndirilir. Bəzi pedaqoqlar dərinləşdirilmiş oxunu analitik, tənqidi və yaradıcı 
hesab edirlər. Bu üsul tədris fənlərinin öyrənilməsində ən yaxşı üsul hesab olunur. 
Dərinləşdirilmiş oxu zamanı siz təkcə mətni oxumur və başa düşmədiyiniz yerləri 
aydınlaşdırmırsınız, həm də öz bilik və təcrübələriniz əsasında məsələni tənqidi şəkildə 
nəzərdən keçirir, verilən izahlarda güclü və zəif məqamları tapır, fikir və qənaətləri 
müstəqil şərh edirsiniz. Bu da oxunmuş materialı asanlıqla yadda saxlamaq imkanı 
verir və məşğələlərdə fəallığı yüksəldir. Bu üsulla tanış olmayan mətnləri, mürəkkəb 
dərslik mövzularını oxumaq asanlaşır. 
Seçmə oxu soyadı, sözləri, faktları və s. tapmaq üçün mətni cəld şəkildə nəzərdən 
keçirməkdir. Təcrübə göstərir ki, sürətli oxu vərdişinə sahib insan bu axtarışı ənənəvi 
qaydada oxuyandan iki-üç dəfə daha tez edir. O, görmə aparatını, xüsusilə də periferik 
görməni məşq və inkişaf etdirdiyi üçün mətn səhifəsinə bir anlıq nəzər yetirir və lazımi 
məlumatları görə bilir. 
Qeyri-ardıcıl (ordan-burdan) oxu sürətli oxunun elə bir növüdür ki, bu zaman 
mətnin ayrı-ayrı fəsilləri ardıcıl deyil, müxtəlif hissələrdən, pərakəndə oxunur. Oxucu 
sanki hər şeyi görür, heç bir yazını ötürmür, lakin diqqətini yalnız mətnin ona lazım 
olan hissələrində cəmləşdirir. Qeyri-ardıcıl oxu metodundan çox vaxt kitabı bir dəfə 
nəzərdən keçirdikdən sonra, ikinci dəfə oxuyarkən istifadə olunur. Bu cür oxunun 
sürəti sürətli oxudan artıq olur, çünki kitabın səhifələri sadəcə lazım olan fəsil axtarılıb 


11 
tapılana kimi vərəqlənir. Qeyri-ardıcıl oxu dərinləşdirilmiş oxudur.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin