6
1.
Reqressiya
Reqressiya oxunulan hissəni yenidən oxumaq məqsədilə gözlərin geri hərəkətidir.
Bu hal oxucular arasında geniş yayılmışıdır. Belə ki, bəzi oxucular oxuduqlarından
əmin olmaq üçün özləri də hiss etmədən mətni iki dəfə oxuyurlar. Ləng oxuda həcmi
100 sözdən ibarət olan mətn üçün reqressiyaların sayı 10-15 dəfəyə çatır. Aydındır
ki, gözlərin belə tez-tez geriyə hərəkəti oxunun sürətini azaldır. Əksər insanlar
həm çətin, həm də asan mətnləri eyni sürətlə oxuyurlar. Amerikalı tədqiqatçılar
oxunun məhz bu xüsusiyyətini təhlil edərək yazırdılar:
"Əksər insanlar neft-yağ
materiallarının rüb hesabatını da, elmi jurnaldakı yeni avtomobil mühərriki barədə
məqaləni də, bədii mətni ̶ A.Heylinin "Çarxlar" romanını da eyni sürətlə oxuyurlar.
Halbuki sadəcə yekun rəqəmləri görmək üçün hesabata nəzər salmaq kifayətdir, elmi
mətn oxumaq isə bədii mətn kimi xüsusi yanaşma tələb edir". Buradan belə nəticə
çıxır ki, oxunun sürəti və texnikası, hər şeydən əvvəl, oxucunun qarşısına qoyduğu
məsələ və məqsədlərdən asılı olmalıdır. Məhz əqli
fəaliyyətin avtomatizm kimi
müvafiq proqramının təkmilləşməsi, lazım olan anda ondan istifadə etmək bacarığı
sürətlə oxumaq qabiliyyətini təyin edir.
Necə reqressiyalarsız oxumaq olar?
Qaydalar: Ən çətin mətni də yalnız bir dəfə oxumaq və gözlərin qayıdışına
(reqressiyalara) icazə verməmək lazımdır. Ancaq oxu başa çatdıqdan və mətnin
mənası başa düşüldükdən sonra, zəruri olarsa, mətni bir daha oxumaq olar. Bu,
oxunuzun əsas qaydası olmalıdır. Mətn nə qədər çətin olursa-olsun, gözləriniz yalnız
irəli getməli, heç bir geri qayıdışa yol verilməməlidir. Biz hələ tələsmirik, məqsədimiz
düzgün oxumağı öyrənməkdir. Bu yolda ilk addım reqressiyaların tamamilə aradan
qaldırılmasıdır.
Məlumdur ki,
xeyli mürəkkəb kitablar var ki, onları bir neçə dəfə oxumağa
ehtiyac duyulur. Ancaq buna baxmayaraq, hətta bu cür kitabları da birinci dəfə
reqressiyalarsız oxumaq lazımdır. Lakin bütün hallarda təkrar oxumazdan əvvəl
oxunulan hissənin mənasını başa düşməyə səy göstərmək gərəkdir. Əksər oxucular
isə mətnin bir abzasını
ya düşünmədən oxuyur, ya da oxu zamanı başqa şeylər
haqqında düşündükləri üçün heç nə anlamırlar. Ona görə də yenidən və dəfələrlə
8
Görüş sahəsi dedikdə, mətnə bir dəfə nəzər yetirməklə gözlərin qavradığı hissə başa
düşülür. Ənənəvi oxuda görüş sahəsi çox dar olur. Hərf, söz, ən yaxşı halda isə iki-üç
söz qavranılır. Görüş sahəsi nə qədər genişdirsə, gözün hər dayanmasında bir o qədər
çox informasiya qavranılır və bu cür dayanmaların sayı azaldıqca isə oxu sürəti artır.
Sürətli oxumağı bacaran adam nəzərini bir dəfə saxlamaqla iki-üç sözü deyil, bütöv bir
sətri, cümləni, bəzən isə abzası qavraya bilir.
5.
Diqqətlilik
Diqqət oxu prosesinin katalizatorudur. Yavaş sürətlə
oxuduqda diqqət digər
düşüncələrə, kənara yayınır və mətnə maraq azalır. Mətnin əksər hissəsi mexaniki
oxunduğu üçün mənası dərk olunmur. Belə oxucu diqqətinin yayındığını hiss edən
kimi çox vaxt həmin hissəni yenidən oxumağa məcbur olur.
Dostları ilə paylaş: