Oxu təLİMİ Müəllimlər üçün vəsait


Cütlərlə oxu və ümumiləşdirmə



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə14/33
tarix08.05.2023
ölçüsü0,84 Mb.
#109421
1   ...   10   11   12   13   14   15   16   17   ...   33
oxu-talimi-muallimlar-ucun-vasait

Cütlərlə oxu və ümumiləşdirmə 
Cütlərlə oxu və ümumiləşdirmə şagirdlərin mətni yoldaşı ilə birlikdə tədqiq 
edərək oxumağıdır. Bu cür oxu şagirdlərin mətni daha dərindən başa düşməyinə şərait 
yaradır. Əməkdaşlığa əsaslanan bütün tapşırıqlarda olduğu kimi, cütlərlə oxu və 
ümumiləşdirmə də şagirdi həm özünün, həm də yoldaşının öyrənməyi üçün daha çox 
təşəbbüs göstərməyə sövq edir. Bu üsul təfəkkürü inkişaf etdirir. Cütlərlə oxu və 
ümumiləşdirmədə təkcə mətni ucadan oxumaq üçün normadan 3-4 dəfə çox vaxt gedir. 
Buna görə də vaxta qənaət üçün şagirdlərə mətnin yalnız ilk 4-6 abzasını cütlük 
şəklində, digər hissələri isə tək oxumağı tapşırmaq olar. Bu üsul aşağıdakı ardıcıllıqla 
həyata keçirilir: 
I addım: Orta həcmli informativ mətn seçin. Abzasları qısa olan (üç cümlədən çox 
olmasın) mətnlərə üstünlük verin. Ehtiyac olarsa, mətni özünüz işarələyərək daha qısa 
hissələrə ayırın. 
II addım: Şagirdlər bu üsulla ilk dəfə işləyirlərsə, onda əvvəlcə bu üsulun necə 
tətbiq olunduğunu göstərmək lazımdır. 
a. Bir abzası şagirdlərə oxuyun və onun məzmununu ümumiləşdirin. Şagirdlərə 
izah edin ki, bu, tapşırığın bir hissəsidir. Sonra ümumiləşdirmənin mənasını izah edin: 
ümumiləşdirmə ̶ mətnin əsas ideyasının mətndən daha qısa şəkildə ifadə (izah) 
edilməsidir. 
b. Şagirdlərə mətnin içərisindən iki sual verin və həmin sualları cavablandırmağı 
tapşırın. Bu isə tapşırığın ikinci hissəsidir. 
III addım: Şagirdləri cütlərə bölün. Cütlükdəki şagirdlərdən birinə, sizin etdiyiniz 
kimi, ilk abzası (ya da işarələnmiş hissəni) oxumağı və ümumiləşdirməyi tapşırın. 
Cütlükdəki digər şagird isə həmin hissə üzrə 2 sual hazırlamalıdır. Şagirdlərə bunun 
üçün müəyyən qədər vaxt verin. Bundan sonra şagirdlərdən bəzisi öz ümumiləş-
dirməsini və sualları siniflə paylaşır. Tapşırığın qaydalarını hamının başa düşdüyünə 


24 
əmin olun və ehtiyac olarsa, yenidən izah edin.
IV addım: Şagirdlər bu üsulu tam anladıqdan sonra cütlərə abzasları oxumağı, 
ümumiləşdirməyi və suallar verməyi tapşırın. Onlar hər dəfə abzas bitdikdən sonra 
rollarını dəyişməlidirlər. 
Cütlərlə oxu və ümumiləşdirmə şagirdləri çətin mətnləri daha diqqətlə oxumağa 
təşviq etməyin yaxşı üsuludur. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin