3. Şeirin əsas ideyası nədir? _______________________________ _________________________
________________________________________________________
________________________________________________________
İnformativ (elmi-kütləvi) m ətnlərin oxusu Elmi mətnin “süjeti” spesifikdir: burada müəllif oxucunu həqiqət axtarışına cəlb
edir. Oxucu müəllifin izi ilə gedərək gözlənilən nəticəyə gəlməlidir. Bu cür mətnin
kompozisiyası elmi-tədqiqat işinin mərhələlərinin ardıcıllığını əks etdirir:
1. Problemin (sualın, məsələnin) dərk edilməsi və məqsədin qoyulması – giriş
hissə;
2. Problemin həlli yollarının axtarışı, mümkün variantların nəzərdən keçirilməsi
və hipotezaların (fərziyyələrin) irəli sürülməsi, ideyanın (hipotezanın) sübut olunması,
tədqiqat məsələsinin həlli – əsas hissə;
3. Cavabın alınması və onun yoxlanması – nəticə.
Beləliklə, elmi mətndə fikir faktlarla ifadə olunur. Hətta kiçik həcmli mətnlər
(məqalə, məlumat) belə, rubrikalara bölünür, bir tədqiqat epizodundan digərinə keçid
vurğulanır. Elmi mətnin əsas janrları tezis, məqalə və monoqrafiyadır. Yeni elmi
informasiya əsasən məhz bu janrların vasitəsi ilə yayılır. Başqa janrlar ya informasiyanı
qısa şəkildə (referat, annotasiya) verir, ya da onu qiymətləndirir (resenziya, rəy).
Elmi mətni oxuyarkən aşağıdakı ardıcıllıq gözlənilir: 1. Başlığı və birinci abzası oxuyun və qərar verin: bu mətni oxumaq üçün kifayət qədər məlumatınız varmı? Əgər əlavə hazırlığa ehtiyac varsa, digər mənbələrə müraciət edin; 2. Əsas fikirlərə nəzər salın, başlıq və yarımbaşlıqları təhlil edin. Əsas fikirləri qeyd edin, mətndəki şəkil, sxem və diaqramları nəzərdən keçirin; 3. Terminləri müəyyənləşdirin. Mətndə tanış olmayan sözlərə rast gəlirsinizsə, lüğətə baxın; 4. Dərketmənizi yoxlayın. Mətnin oxusunu dayandırıb özünüzə sual verin: “Mən
38
bundan nə anladım?” Mətndən əldə etdiyiniz yeni informasiyanı əvvəlki biliklərinizlə əlaqələndirin. 5. Mətnin ideyasını anlamadınızsa, onu yenidən oxuyun.Mürəkkəb cümlələri (fikirləri) öz sözlərinizlə ifadə edin. 6. Mətni axıra kimi oxuyun. Oxuduqca fikirlər sizin üçün daha aydın ola bilər. Oxuyub qurtardıqdan sonra mətni yenidən nəzərdən keçirin, anlamadığınız hissələri bir də oxuyun. 7. Oxu zamanı özünüz üçün qeydlər edin.Məsələn, əsas fikirlərin altından xətt çəkin, konspekt hazırlayın, nəticələri yazın – bütün bunlar fikrinizi oxuduğunuz material ətrafında cəmləməyə kömək edəcək.