Oxu təLİMİNİn metodikas I (mühazirə mətnləri) 2023 Ədəbiyyat



Yüklə 131,95 Kb.
səhifə24/27
tarix04.04.2023
ölçüsü131,95 Kb.
#93359
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   27
OTM (mühazirə mətnləri) yeni

Təlim məqsədləri

Məzmun standartı

Tarixi şəxsiyyət haqqında bioqrafik mətni oxuyaraq, nə? harada? nə vaxt? necə? və kim? suallarına cavab axtarır.

2.2.1



Mətnin abzaslarına başlıq verir və sual qoyur.

2.2.3


İnteqrasiya- A-d.: 1.2.1; H-b.: 1.3.2.
İş forması: böyük qruplarla iş
İş üsulu: əqli hücum, müzakirə, suallar, ziqzaq
Resurslar: şəkil, iş vərəqləri, qələm, karandaş, pozan və s.
Dərsin gedişi :
Motivasiya. Müəllim: - Sərkərdə kimdir? Hansı sərkərdələri tanıyırsınız? (Keçilən mövzulardan şagirdlərin Əmir Teymur və Şah İsmayıl haqqında məlumatları var). Dünyanın ən məşhur sərkədələrindən biri də Makedoniyalı İsgəndər olub. Bu gün biz onunla bağlı bir mətn oxuyacağıq.
Oxu. (“Ziqzaq”, “sual müsabiqəsi”). Mətn bitkin hissələrə bölünərək, əvvəlcə, “Ziqzaq” üsulu ilə oxunur ( MMV, s.28).
I hissə: Balaca İsgəndərin tərbiyəsi (1-ci iki abzas)
II hissə: Təkəbbürlü şahzadə (3-cü abzas)
III hissə: İsgəndərin Bukefalı ram etməsi
IV hissə: İsgəndər və Dara
Sonda qrupların nümayəndələri mətni öz sözləri ilə sinfə danışırlar və bu dəfə “sual müsabiqəsi” metodu tətbiq olunur, tapşırıqlar yerinə yetirilir. Bundan sonra şagirdlərin diqqətini İsgəndərin nitqində söz oyununa yönəltmək lazımdır:
Parmenion dedi:
- Mən İsgəndər olsaydım, razılaşardım.
İsgəndər dedi:
- Mən də razılaşardım, əgər İsgəndər olmasaydım.
Və ya:
- Mən İranın hamısını yarısına dəyişmək fikrində deyiləm.
Şagirdlərdən sonuncu ifadənin mənasını soruşmaq lazımdır.
Qiymətləndirmə. Qiymətləndirmə zamanı təkəbbürlü, şöhrətpərəst, məyus olmaq, fəth etmək, hörmətlə yanaşmaq, ələ keçirmək və s. söz və ifadələrin mənalarının açılması, habelə bir çox sözlərin ədəbi tələffüzünün gözlənilməsi nəzərə alınır (mətndə belə sözlərin sayı 40-a yaxındır).
İstənilən elmi mətnin “süjeti” spesifikdir: burada müəllif oxucunu həqiqət axtarışına cəlb edir. Oxucu müəllifin izi ilə gedərək gözlənilən nəticəyə gəlməlidir. Bu cür mətnin kompozisiyası elmi-tədqiqat işinin mərhələlərinin ardıcıllığını əks etdirir:

  1. Problemin (sualın, məsələnin) dərk edilməsi və məqsədin qoyulması – giriş hissə;

  2. Problemin həlli yollarının axtarışı, mümkün variantların nəzərdən keçirilməsi və hipotezaların (fərziyyələrin) irəli sürülməsi, ideyanın (hipotezanın) sübut olunması, tədqiqat məsələsinin həlli – əsas hissə;

  3. Cavabın alınması və onun yoxlanması – nəticə.

Beləliklə, elmi mətndə fikir faktlarla ifadə olunur. Hətta kiçik həcmli mətnlər (məqalə, məlumat) belə, rubrikalara bölünür, bir tədqiqat epizodundan digərinə keçid vurğulanır. Elmi mətnin əsas janrları tezis, məqalə və monoqrafiyadır. Yeni elmi informasiya əsasən məhz bu janrların vasitəsi ilə yayılır. Başqa janrlar ya informasiyanı qısa şəkildə (referat, annotasiya) verir, ya da onu qiymətləndirir (resenziya, rəy).
Elmi mətni oxuyarkən aşağıdakı ardıcıllıq gözlənilir:
Başlığı və birinci abzası oxuyun və qərar verin: bu mətni oxumaq üçün kifayət qədər məlumatınız varmı? Əgər əlavə hazırlığa ehtiyac varsa, digər mənbələrə müraciət edin;

  1. Əsas fikirlərə nəzər salın, başlıq və yarımbaşlıqları təhlil edin. Əsas fikirləri qeyd edin, mətndəki şəkil, sxem və diaqramları nəzərdən keçirin; 3. Terminləri müəyyənləşdirin. Mətndə tanış olmayan sözlərə rast gəlirsinizsə, lüğətə baxın;

  2. Dərketmənizi yoxlayın. Mətnin oxusunu dayandırıb özünüzə sual verin: “Mən bundan nə anladım?” Mətndən əldə etdiyiniz yeni informasiyanı əvvəlki biliklərinizlə əlaqələndirin.

  3. Mətnin ideyasını anlamadınızsa, onu yenidən oxuyun. Mürəkkəb cümlələri (fikirləri) öz sözlərinizlə ifadə edin.

  4. Mətni axıra kimi oxuyun. Oxuduqca fikirlər sizin üçün daha aydın ola bilər. Oxuyub qurtardıqdan sonra mətni yenidən nəzərdən keçirin, anlamadığınız hissələri bir də oxuyun.

  5. Oxu zamanı özünüz üçün qeydlər edin. Məsələn, əsas fikirlərin altından xətt çəkin, konspekt hazırlayın, nəticələri yazın – bütün bunlar fikrinizi oxuduğunuz material ətrafında cəmləməyə kömək edəcək.

  1. IV siniflərdə elmi-kütləvi və bədiı materialların oxusu özlərinə məxsus sistem və ardıcıllıq tələb edir.Elmi-kütləvi materialların oxunması əsasında I-IV sinif şagirdləri təbiət və cəmiyyət, orada baş verən dəyişikliklər, onların qanun və qanunauyğunluqları haqqında sadə biliklərə yiyələnir, onlarda təbiət gözəlliklərinə, vətənə, əməyə məhəbbət hissləri, elmi dünyagörüşü formalaşır. Elmi-kütləvi mətnlərin oxunması aşağıdakı sxem və ardıcıllıqla getməlidir:

I Mətnin hissə-hissə oxunması. Burada məqsəd oxunacaq mətndəki faktları, hadisələri, onlar arasındakı qarşılıqlı səbəb və nəticə əlaqələrini şagirdlərə dəqiq və anlaşıqlı şəkildə çatdırmaqdan ibarətdir. Hissə-hissə oxu prosesindən obyekt (mətnin hissələri) şagirdlərin diqqətini tez və dəqiq səfərbər etməyə, söylənilənləri gözləri qarşısında konkret şəkildə canlandırmağa imkan verir. Onlar həmın hissədəki iki-üç faktı tez tutur, araşdırır, müqayisə edir, oxşar və fərqli cəhətlərini müəyyənləşdirir, əqli nəticələrə gəlirlər. Beləliklə, az vaxt ərzində oxunan hissəni mənimsəyir, növbəti hissəni öyrənməyə hazır olurlar.
II Mətnin bütöv oxunması. Mətnin bütöv oxusu prosesində şagirdlər müxtəlif hadisələr arasındakı əlaqələri görür və öyrənirlər ki, hər hissə özündən əvvəlkinin məzmun və məntiqi cəhətdən davamıdır, onu inkişaf etdirir. Sonrakı hissənin meydana çıxmasına zəmin hazırlayır, şərait yaradır. Bunun əsasında şagirdlər bir pillədən digərinə tədricən keçir, məzmunu bütövlükdə şüurlu mənimsəyirlər. Bu prosesdə şagirdin oxusunu müəllim və yoldaşları dinləyir, onun nöqsan və müvəffəq cəhətlərini müəyyənləşdirirlər. Nöqsanlarına müəllim, yaxud yoldaşları tərəfindən düzəliş verilir. Təcrübə göstərir ki, mətnin bütöv oxunması bir neçə cəhətdən əhəmiyyətlidir: a) ayrı-ayrı amillər arasında əlaqə yaratmaq bacarığının inkişafı; b) ifadəli oxu vərdişlərinin yaranması; v) məzmunun şüurlu mənimsənilməsi; q) şifahi nitqin inkişaf etdirilməsi və s.
III Mətnin təkrar oxunması. Burada əsas məqsəd mətnin məzmununun mənimsənilməsini daha da möhkəmləndirməkdən ibarətdir. Müşahidələr göstərir ki, bəzi müəllimlər mətni təkrar-təkrar oxutdurmaqla kifayətlənir, işə heç bir yaradıcı xarakter vermir, şagirdləri düşündürmürlər. Belə mexaniki oxunun təlim əhəmiyyəti də olmur. Əksinə şagirdləri yorur, bezdirir. Qabaqcıl müəllimlər isə təkrar oxu prosesində şagirdlərə düşündürücü suallar verir, diqqətlərini əsas məsələlərin, bütövlükdə məzmunun açılmasına yönəldirlər.
IV Müəllimin tapşırığı əsasında mətnin səssiz oxunması. Bu işə əsasən III sinifdən başlamaq məsləhət görülür. O, 8-10 dəqiqə müddətində aparılmalıdır. Burada əsas məsələ müəllimin verdiyi tapşırıqlardır. Bu tapşırıqlar şagirdlərdən nə isə axtarmaq, tapıb oxumaq və yaxud götürmək tələb edir.



Yüklə 131,95 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin