Mənə görə…
Könül, düşmə təmənnaya,
Həyat boşdu mənə görə…
Uymaq bu fani dünyaya,
Aldanışdı mənə görə…
Hər bir dərdə yanan mənəm,
Öz-özünü danan mənəm,
Niyə doğdu anam məni,
Oda düşdü mənə görə…
Gedəcəkdik, niyə gəldik,
Yaranıb ölməyə gəldik?
Ya yuxu gərməyə gəldik,
Yuxu puçdu mənə görə…
Boöuluram söz içimdə,
Əriyirəm öz içimdə,
Bəbəliyim göz açanda,
Ağlamışdı mənə görə…
Ömrümüzdən btən illər,
Xəyal olub ötən illər,
Yoxluqdan müjdə gətirən,
Qaranquşdu mənə görə…
Hamımız beş günlük qonaq,
Axırımız qara torpaq.
Yaşamaqdan yaşamamaq
Daha xoşdu mənə görə…
1995.
Bir anam, bir də nəvəm Təbrizə…
Qopur ürəyimdən sonuncu nida,
Sonuncu hıçqırıq, sonuncu nəfəs…
Əlvida, yalançı dünua, əlvida,
Ta sənlə bir yerdə qalmağa dəyməz…
Daha qurtuluram əlindən sənin,
Düşürəm xatirə kitablarına…
Əlvida deyirəm, dünya, mən sənin,
Bütün dərdlərinə, əzablarına…
Kaş ki, daş olaydım xilqət olunca,
Dünyanın əşrəfi insan yalandır…
Budur, əzrayıl da əli qılınclı,
Başımın üstünü kəsdi, dayandı…
Əlvidv, əlvida yalançı dünya,
Çökür gözlərimə zülmət qaranlıq…
Əlvida,əlvida yalançı dünya,
Həqiqi dünyama yetirəm artıq…
Nə vaxt ki, həyata zühur elədim,
Anamın bətnindən qoynuna düşdüm…
Nəhəng bir zindana girdim elə bil,
Sehirə, tilsimə, oyuna dühdüm…
Mən səndən nə gördüm, saysız dərd, kədər…
Mən səndən nə gördüm, ölüm qan-qada,
Mən səndən nə gördüm, diri ölülər,
Əlvida, oyuncaq dünya, əlvida…
Səndən nə əxz etdim, təkcə məşəbbət,
Onunla çox ağır illər yaşadım…
Hər şeyə əlvida desəm də fəqət,
Mən vida demirəm sənə, ey qadın…
Bir də üç oğluma köküm, məhvərim,
Əlvida demərəm,deyə bilmərəm.
Qoyun, boylarına baxım son kərə,
Onları görməsəm, ölə bilmərəm…
Əlvida ikili xalqım, millətim,
Əlvida ikili vətən, əlvida.
Səni bircə gün də bütöv görmədim,
Nigaran gedirəm səndən, əlvida…
Hanı, o əvvəlki torpağım, hanı,
Düşdük ləyaqətdən, düşdük şərəfdən…
Yenə də bölürük Azərbaycanı,
Düşmən bir tərəfdən, biz bir tərəfdən…
Bir təbiətdən gedirik razı,
Bir də ki, günahsız heyvanlarından…
İstərəm son kərə bağrıma basım,
Bütün yaxşı, yaman insanlarını…
Bir də ki, ölmədim Təbrizi gördüm,
Gördüm o taydakı qardaşlarımı…
Ulu Şəhriyar tək əzizi gördüm,
Tökdüm məzarına göz yaşlarımı…
Bax bu möhnət üçün sağ ol, a dünya,
Səndən ricam budur, diləyim budur…
Xalqım birləşməsə dağıl,a dünya,
Səndən ən sonuncu istəyim budur…
Bircə nəvə gördüm, Təbrizdir adı,
Bərk-bərk tapşırıram sənə mən onu…
Nə ölüm, nə itim heç nə dünyada,
Heç nə silə bilməz könlümdən onu…
Əlvida, yer, səma, əziz dost, həmdəm,
Əlvida hər şeyə, bir də hər kəsə…
Ölsəm də əlvida deyə bilmərəm,
Bir anam, bir də ki, nəvəm Təbrizə…
1992.
Qurban olum dualarına…
Ay ana, düşürsən tez-tez yadıma,
Təzədən dönürəm uşaq oluram.
Diztnə baş qoyub bərk-ğərk yatıram,
Bütün qayğılardan uzaq oluram.
Görürəm çiynində yenə də çapşab,
Obaşdan durmusan sübh namazına.
Əlində o ulu, müqəddəs kitab,
Yenə üz tutmusan göylərə, ana.
Məni tapşırırsan tanrıya bərk-bərk,
Tək bircə balanı, şair oğlunu.
Deyirsən,Xudaya, ona ol kömək,
Xətadan, bəladan gözlə sən onu.
Ana, qurban olum dualarına,
Tapşır, yaxşı tapşır,Allaha məni.
Tapşır, yaxşı taphır, ana, ay ana,
Yurdum talanmasın bir daha mənim.
Qurtulum ölümdən, dərddən, kədrdən,
Unudum bir yolluq ağrı, acını.
Millətim qurtarsın işgəncələrdən,
Yağıdan alınsın Şuşam, Laçınım…
Keçim Xankəndindən, Kərgicahandan,
Şəhid torpaqları bağrıma basım.
Şərlər qovulsunlar Azərbaycandan,
Bircəciyinində tumu qalmasın…
Ana, qurban olum dualarına,
Onların sehrini çox görmüşəm mən.
Elə körpəlikdən, ana, ay ana,
O dualar ilə böyümüşəm mən.
Uzaq səfərlərə getdiyim zaman,
Gizlicə cibimə dua qoyardın.
Məni keçirərdin Quran altından,
Sonra min dil ilə ovundurardın.
O dualarında bir sirr vardı,
Məni hər bəladan qurtarardılar.
Məni təyyarələr sağ aparardı,
Salamat yanına qaytarardılar.
Ana, qurban olum dualarına,
Tapşır, yaxşı tapşır Allaha məni.
Tapşır, yaxşı tapşır, ana, ay ana,
Bir kimsə salməsın günaha məni.
Tapşır, hər nanəcib, nadan, heyvərə,
Çirkab atmasınlar mənim üstümə.
Heç dözə bilmirəm böhtənə, şərə,
Murdarlıq ruhumu əzir dəstinə.
Heç dözə bilmirəm riya görəndə,
İblis sifətlərə baxa bilmirəm.
Bir yalan çıxmayıb, axı, dilimdən,
Mən biclik, xəbislik, axı,bilmirəm.
Bəzən də dünyadan üzülür əlim,
Tarıma çəkilir beynimdən hər sim.
Nə ümidim qalır, nə də təsəllim,
Tapşır, allaha mənə təsəlli versin.
Bu boyda kişiyəm ağır anda da,
Yenə sən çatırsan dadıma, ana.
Mənə dua elə məzarında da
Ana, qurban olum dualarına.
O vaxt anam cavan idi…
O vaxt anam cavan idi, çox cavan,
O toyların ziynətiydi, ziynəti…
Amma birdən atam getdi dünyadan
Mən anamı heç oynayan görmədim…
Kəndimizdə o hamıdan gözəldi,
Başdan-başa geyinərdi zərxara…
Mağarlarda tərlan kimi süzərdi,
Atam öldü ta getmədi toylara…
Elə bil ki, birdən beli əyildi,
Uzun qara saçlarına düşdü dən…
Çox cavanlar kama çatdı, sevildi,
Qız-gəlinlər evdən-evə köçdülər…
Mənim də ki, boy calandı boyuma,
Amma qəlbim sevinmədi, gülmədi…
Ta anamın həsrət qaldım oynuna,
Ta anamı heç oynayan görmədim…
Bacıma da bir bahar toy qurdular,
Axırda da bir «Vağzalı» çalındı.
Hey anamın qabağında durdular,
O gizləndi çarşabının dalında…
Göz yaşıyla o bacımı ötürdü,
Dedi-quzum, allah sənə yar olsun…
Gəlin bacım bulud kimi tutuldu,
Anasının bərk boynuna sarıldı…
-Qızım köçdü, xoşbəxt olsun,-dedilər,
Bir oğlun var onun toyun görəsən…
Daha onda, ay Qızılgül bəxtəvər,
Göz dolusu oynayasan gərək sən…
Bir gün mən də eşq səsinə ayıldım,
Özümə bir yuva hörmət istədim…
Anam mənə elçi getdi dayımla,
Müqəddəsdir elimizin adəti…
Sonra anam günü, ayı sanadı,
Mənsə zaman necə keçdi bilmədim…
Qəribədir, mən Qızılgül anamı,
Toyumda da heç oynayan görmədim…
Bir qış günü vida dedi həyata,
Atam oldu son istəyi, son sözü…
Nə böyükmüş, nə möhkəmmiş, xudaya,
Bizim ata-anaların sevgisi…
Belə olub bu millətin keçmişi,
Heyf, indi onun quru adı var.
Hanı indi atam kimi bir kişi,
Hanı indi anam kimi qadınlar…
Bəli, o vaxt anam vardı çox cavan,
O toyların bəzəyiydi, ziynəti…
Nə zaman ki, atam getdi dünyadan,
Mən anamı heç oynayan görmədim…
1994
Ərzin ən əvəzsiz, ən saf insanı…
Səsin qulağımda, adın dilimdə,
Gəzdim Mərdakanı, İbrahim dayı.
Az qaldı soruşam gəlib-gedəndən
Deyəm dayım hanı, İbrahim dayı?..
İnsan bir yalandır, şirin bir yalan,
Hələ ki, olmayıb əbədi qalan,
Ta gendən seyr etdim sahibsiz qalan,
O evi, eyvanı, İbrahim dayı.
Bir bağın vardı ki, çiçəkdi, güldü,
Yazda açılırdı, qışda gülürdü.
Gördüm meyvələrin sankai ölüydü,
Bərk qaraldı, İbrahim dayı.
Təzə mənzilinə düşdü güzarım,
Baxdım, çöküb yeri, solub hasarı,
Gör necə dəyərsiz olub məzarı,
Övladsız insanın, İbrahim dayı.
Ürəyin genişdi, qəlbin böyükdü,
Sən neçə kimsəsiz yetim böyütdün,
Onlara öz balan dedin, böyütdün,
İndi onlar hanı, İbrahim dayı.
İstəyin nə idi, özgəyə yanmaq,
Təmiz ömr eləmək, təmiz dolanmaq,
Səhvsiz adam olmur deyirlər-amma,
Yoxdu bir nöqsanın, İbrahim dayı.
Qeyrət insanıydın, insaf insanı,
Allah insanıydın, savab insanı.
Ərzin ən əvəfsiz, ən saf insanı,
Ən bədbəxt insanı, İbrahim dayı…
1992
İblis təklik, gözəl təklik…
Bütün aləm öz gücündə, işində,
Mən qalmışam tənhalığın əlində.
Bu axşamlar canım üçün düşürlər,
Bu səhərlər canım üçün gəlirlər.
Canım üçün gətir aylar, fəsillər,
Boz illəri deməyirəm hələ mən.
Təklik yağır görkəmimdən, səsimdən,
Təklik qonub ayağıma, əlimə…
Kölgəm kimi o arxamca dolanır,
Üstümdədir daim soyuq nəfəsi…
İblisə bax, istəyir ki, ola o,
Mənə əziz Səfuramın əvəzi…
Doğrayardım keçsə idi əlimə,
Amma gözə görünməyir o iblis.
Oğullarım hey yanıma gəlirlər,
Gecə-gündüz mənimlədir birisi…
Yenə məndən o çəkməyir əlini,
Öz balamın evində də təkəm mən…
Qabağıma xörək qoyur gəlinim,
O xörəyi yeyəndə də təkəm mən…
Qaşığım da, çəngəlim də təklənib,
Təklənibdir nəyim varsa, nəyim yox…
Ömrüm tamam təklik üstə köklənib,
Yeyir məni, üzür məni, heyim yox…
Hara baxsam, durub baxır gözümə,
Olub yorğan-döşəyimə şərikli…
Ayrı vaxtı bir təhərlə dözürəm,
Uyuyanda quduzlaşır bu təklik…
Öz toruna salıb məni elə bil,
Çaynaqları dərindədir, dərində…
İlan olub çalır məni elə bil,
Sübhə kimi qovruluram yerimdə…
Yuxumda da təklik girir yuxuma,
Yuxuda da tənhayam mən, təkəm mən.
Məni anlar tənhalığın oxuna,
Düçar olub bu əzabı çəkənlər…
Deyirlər ki, evlənginən yazıqsan,
Bəlkə ağrı-acıların düzəldi…
Tez təkliyə sığınıram acıqdan,
Tez təklikdən yapışaram yüz əlli…
Deyirəm ki, uzaq getmə amandır,
Səfuramı itirirəm yenidən.
Sən daima başım üstə dayan, dur,
Gözəl təklik, tənha qoyma məni sən…
Sən heç demə qayda imiş binadan,
Günah yoxmuş nə gedəndə, gələndə…
İnsan, demə, cüt doğulur anadan,
O da ölür, ömür dostu öləndə…
1990
Adım gəldi bu dünyaya
Yığırdım ömür köçümü,
Adım gəldi bu dünyaya.
Eynən elə özüm kimi,
Adam gəldi bu dünyaya.
Dua etdim körpə balam,
İsmim olsun sənə halal,
Özüm diri ola-ola
Müdam gəldi bu dünyaya…
Ta əzrayıl sən şarlatan,
Qapımızdan itil, usan,
Soyuma, köküm, əmim, babam,
Atam gəldi bu dünyaya.
Əcələ qışqırdım: bil ha,
Gücün çatmaz mənə daha,
Korsan, bax, nə ər, əjdaha,
Titan gəldi bu dünyaya…
Bu gəlişdə məna dərin,
Əbədiryyat oldu yerim,
Kəfənini ölümlərin,
Yırtan gəldi bu dünyaya…
Təzə Cabir, eşit məni,
Adaşına ver əlini,
Köhnə Cabirin yerini,
Tutan gəldi bu dünyaya…00 0
1996
Heyf sənə, poeziya
Bu yolda
Şerə, sənətə könül bağladım,
Ağrılar, acılar gördüm-
Bu yolda.
Şair müəllimlər, şair atalar,
Şairə bacılar gördüm-
Bu yolda.
Nə qədər Peyğəmbər, nə qədər allah,
Nə qədər tacidar gördüm-
Bu yolda…
Yanar təfəkkürlər, odlu ocaqlar
Tüstüsüz bacalar gördüm-
Bu yolda…
Qocaykən cavanlvr, sağkən ölülər,
Cavankən qocalar gördüm-
Bu yolda…
Müasir ağalar, bəylər, paşalar,
Müasir hacılar gğrdüm
Bu yolda…
Şair qəhrəmanlar, prometeylər,
Şair qaraçılar gördüm-
Bu yolda…
Dəmir-dümürünə qızıldır deyən,
Köhnə qalayçılar gördüm-
Bu yolda…
Nə qədər eyhamlar, sözlər, tənələr,
Nə qədər acıqlar gördüm-
Bu yolda…
Gum-gum gumbuldayan nağara kimi,
Bom-boş harayçılar gördüm-
Bu yolda…
Fikri dumanlılar, sözü dadlılar
Ürəyi açıqlar gördüm-
Bu yolda…
«Məktəb » bağlayanlar, «məktəb» açanlar,
«Məktəbi» uçuqlar gördüm-
Bu yolda…
Meyxana küncündə dahiləşənlər,
Qorxaqlar, qoçaqlar gördüm-
Bu yolda…
Dava-dalaş ilə şair olanlar
Arxalı qoçular gördüm-
Bu yolda…
Adicə bir sözün min-min silahdan
Daha çox gücü var gördüm-
Bu yolda…
Şerin şahlara da nəsib olmayan
Bir ulu tacı var gördüm-
Bu yolda!
Sona çatan əsrimizin mən sonuncu şairiyəm
Mən söz ilə görünərəm, ayrı donda görünmərəm,
Onun,bunun ətəyində sürünmərəm.
Öaş əymərəm heç bir kəsin hüzurunda,
Ucalığı əxz etmişəm Füzulidən.
Mən Sabirdən həqiqətə düz baxmağı öyrənmişəm,
Mən Müşfiqdən nakamlığı öyrənmişəm…
Sürülərin arasında görməzsiniz heç vaxt məni,
Hərcayilər sırasında görməzsiniz heç vaxt məni…
Haray çəkən şerlərin şairiyəm,
Faciəli dövrlərin şairiyəm…
Mən poladam əqidəmdə, əməlimdə,
Dəyişmərəm məsləkimi yer-göy qopsa təməlindən,
Soyulsam da diri-diri,
Tonqallarda yandırardım əqidəsiz şairləri,
Külək kimi ora-bura əsənləri,
Yandırardım yazdıqları cəfəng-cəfəng əsərləri…
Mən bir amal, mən bir vicdan şairiyəm,
Para-para paralanmış Azərbaycan şairiyəm…
Olmaz mənə hökm eləmək, əmr eləmək,
Olmaz məni nömrə ilə nömrələmək.
Heç bir rənglə qaralamaq olmaz məni,
Sözdən qeyri heç nə ilə yaralamaq olmaz məni…
Ümidimi kəsmək olmaz qılıng ilə,
Mənim məhvim glüm ilə gülünc olan,
Mən ölümdən sonraların şairiyəm,
Öz ömründən sonraların şairiyəm…
Gör, nə boyda məmləkətəm,
Amma yarı mənim deyil,
Bu diyarım mənimdirsə,
O diyarım mənim deyil…
Torpağımda görün kimlər at oynadır…
Ulu Şuşam olub indi yad oylağı…
Cəh-cəh vuran səsi batıb
Qarabağın,
Bizə qalıb təkcə adı
Qarabağın…
Qırx milyonluq millətim var
Azı mənim
Çoxu yadın…
Gecə-gündüz dilimdədir
Təbriz adı,
Qədəmlərin təzə-təzə
Dəyir ora
Bu vüsalın kaş axırı sevinc ola,
Gecə-gündüz bu həsrətin
Bu harayın
Şairiyəm…
Həm bu tayın, həm o tayın
Şairiyəm,
Məndən sonrə kim sürəcək
Söz atını
Bilməyirəm,
Mən arxamda hələ elə bir adamı
Görməyirəm…
Şerə,s.zə daraşan çox,
Şöhrət üçün vuruşan çox,
Dalaşan çox,
Amma əsl şairliyə yaraşan az,
Xalq adından danışan çox,
Öz adından
Danışan az…
Mən bu yurdun şan-şöhrətə
Ən biganə
Şairiyəm.
Ad-san verməz tək yeganə
Şairiyəm…
Ulu sözün ən sonuncu
Şairiyəm
Sona çatan əsrimizin
Mən sonuncu
Şairiyəm.
1995.
Nə zamandır mən söz ilə dolanıram…
Şer acıyam…
Hər şeyimi as yazıram…
Ac olanda çox yazıram,
Tox landa az yazıram.
Misra ilə doyuyuram,
Özümü mən,
Boş süfrəmə doldururam
Sözümü mən.
Bayatıyla, qoşma ilə,
Təcnis ilə dolanıram,
Nə zamandır mən söz ilə
Dolanıram…
Bu yalavac zamanada,
Odur mənim bir yeganə,
Toxunulmaz
Əmanətim…
Sətirlərim havam, suyum,
Qəndim,
Yağım,
Ətim, südüm,qayğanağım…
Nə zaman ki, sözüm olmur,
Ac qalıram,
İlhamıma yalvarıram
Aç qapımı.
Aç qapımı, artsın
Evin bərəkəti,
Hər birə naz-neməti…
Biz şairlər sanki
Birdən qərib düşdük.
Nə gündəydik, nə günlərə
Gəlib düşdük…
Sənət tamam ucuzlaşdı
Bircə qəpik
Dəyəri yox..
Nizaminin, Füzulinin
Bu dəhşətdən
Xəbəri yox…
Ehtiyacın sərhədi yox,
Çəpəri yox…
Nə zamandır söz əkirəm
Səməri yox,
Çox nanəcib əyyam gəlib,
Toxun acdan
Xəbəri yox,
Tanıdığım bir bankir var,
Neçə yerdə öz hesabı,
Öz bankı var…
Neçə yerdə mülki, malı,
Məşuqəsi,
Gecə-gündüz dollar kəsir…
Heç kimsəni almır vecə,
Nökər durur qapısında
Gündüz-gecə…
O istəsə bir arvadı yüz eyləyər,
Kişiləri arvad edər,
Arvadları qız eyləyər…
O istəsə hamımızı qırar,
Biçər, daş eyləyər.
O istəsə bir n.kəri beş eyləyər,
O istəsə meydan tikər
Damımızda,
O istəsə xərac alar
Hamımızdan,
O istəsə tutar bizi
Qızıl, gümüş yağışına.
O istəsə məleykələr,
Hər gün girər
Ağuşuna.
O istəsə birgə anda
Alıb satar pulla məni.
Elə isə, Allah, qəbrə yolla məni…
Hərdən mənə sual verir:
-Nə təhərsən?
Haçan mənə kitabını
Göndərərsən?..
Qonorarı, pulu məndə,
Heç allaha olmur bəndə…
Başımızın
Ağasıdır,
Qarnı elə böyükdür ki,
Sanki indi
Doğasıdır…
O alçağa gecə-gündüz
Nifrət ilə yaşayıram,
O nifrətdən əxz etdiyim
Qeyrət ilə yaşayıram…
Təbriz nəvəm «Mars» istəyir,
İstəyinə şay verirəm,
«Mars» istəyir, mənsə ona
Günəş, ulduz,
Ay verirəm…
Təbrizimin arzusuyla,
İstəyiylə yaşayıram…
Bir də şerin köməyiylə yaşayıram…
Bir də onu bilirəm ki,
Bu amansız vaxt
Ötəcək əvvəl-axır.
Yenə də söz yaşadacaq
Bu milləti,
Bu torpağı…
Söz heç zaman ölməyəcək,
İtməyəcək,
Təbriz onda sənə əlim yetməyəcək…
Yoxsa sənə «Mars» alardım,
Qucaq-qucaq,
Heyf o vaxt şair baban
Bu həyatda olmayacaq.
Amma sənə qalacaqdır,
Onun şer xəzinəsi,
Söz sərvəti, söz sikkəsi,
Onlar sənə qalacaqdır,
Bir də, bir də bu vətənə
Qalacaqdır.
Olacaqsan zəngin, varlı,
Baban üçün heç olarmı
Bundan böyük
Bəxtiyarlıq…
Bununçün də şer acıyam
Hər şerimi
Ac yazıram.
Ac olanda çox yazıram,
Tox olanda
Az yazıram…
Şer əkdim bu qalanın içində…
Bu həyata göz açalı əzildim,
Ağır-ağır qayğıların
İçində…
Öz nəğməmin havasına kəsildim
Quzbunların, qarğaların
İçində…
Mənliyimi uca tutdum, saxladım,
Sürü-sürü mal-qaranın
İçində…
Ucuz şöhrət arxasınca qaçmadım,
Dəllalların, darğaların
İçində…
Qara sezdim hətta ağa baxanda,
Ağ da gördüm qaraların içində…
Hayla-küylə istəmədim xalqımı,
Qeyrət gəzmə qalmaqalın
İçində…
Gedişini, gəlişini dünyanın
Ölçdüm, biçdim, xırdaladım
İçimdə…
Böyüklərdə bir böyüklük görmədim,
Böyük tapdım xırdaların
İçində…
Talan oldu yurdum, yuvam, torpağım,
Talan oldum bu talanın
İçində…
Yaralandı, paralandı millətim,
Hey qovruldum bu yaranın
İçində…
Həqiqəti, ədaləti boğdular,
Min əyrinin, min yalanın
İçində…
Bir eyibsiz, təmiz xlqət tapmadım,
Nə gedənin, nə qalanın
İçində…
Sehr dolu bir qalaya sığındım,
Şer əkdim bu qalanın
İçində…
Heuf sənə poeziya, heuf sənə…
Heyf sənə, poeziya, heyf sənə,
Necə bizim zəmanədə gözdən düşdün.
Bu dünyaya göz açalı deyim sənə,
Heç bu qədər təhqirlərə dözməmişdin7?!
Sənin sevgi,məhəbbətdi əzəl andın,
Səni eşqsiz bir varlığa döndərdilər.
Kobudlaşdın, cılızdaşdın, xırdalandın,
Zirvədəydin, dərələrə endirdilər…
Sındı, düşdü sənin şahin qanadların,
Öz-özündən oğurlandın, qarət oldun,
Vəsf elədin, tiranları, cəlladları,
Məddahların əllərində alət oldun…
Qulluq etdin vəzifəyə, rəyasətə,
Səni buna ustadların təhrik etdi,
Əsir oldun ada, sana, siyasətə,
Yamanlara yaxşı deyib tərif etdin.
Dilin «Urra» bağırmaqdan oldu qabar,
Poeziya! Siyasətlə qanlı bıçaq…
Siyasətin min yzy var, sifəti var,
Poeziya bir sifətdə olub ancaq…
Girdin çox-çox riyalara, oyunlara,
Heyf sənə, poeziya, heyf sənə…
«Ləbbey!» Dedin çox şahlara, əyanlara,
eyb sənə, poeziya, eyb sənə…
sözün, şerin çaş-baş düşdü ynvanları.
Çox şairlər yazdı əbəs, pozdu əbəs…
Zəmanənin eşq, məhəbbət dastanları,
Rəhbərlərə dastan ilə oldu əvəz…
Heyf sənə, poeziya, heyf sənə,
Birmi,beşmi itkinlərin, qurbanların?!
Əyilməyən qamətini əyib sənin.
Sürüdülər mitinqlərə, meydanlara…
Oda düşdün, şəhid oldun, tələf oldun,
Kürəyində qanlı tonqal qaladılar
Şərəfsizlər adın ilə şərəf aldı,
Fəqət sənin şərəfini taladılar…
Kül tökdülər nurla yanan ocağına,
Necə dözdü vicdanları, insafları?..
Şairdə düşüb kütlə qabağına,
Heç ölümə, qana səslər insanları?!
Heyf sənə, poeziya, heyf sənə,
Heyf ulu Nizamiyə,Füzuliyə…
Nə gizlədim, açığını deyim sənə,
Mən özümdə günahkaram hüzurunda…
Yer üzünü zəbt eləyən vaxtın olub.
Xeyirxahlıq Kəbəsisən, məbədisən,
Sabir kimi bir uğurlu baxtın olub.
Nakam Müşfiq taleyinin məbədisən.
Bəhər əsl söz aşiqi, söz möhtacı,
Dinlə, ürək sözlərimi deyim sənə…
Bu dünyaya qollarını gen-gen açıb,
Eşq, məhəbbət libasını geyinsənə…
1992.
Söz satıram,alan yox…
Çox deyirlər talan olub, uçulub,
Sökür, yeyir kim nə qədər bacarır…
Şairlərin heykəlləri uçulur,
Dəllalların kabusları ucalır…
Dahi sözü indi olub gülməli,
Tacir sözü əsir edib çoxunu…
Nəyə gərək Nizaminin heykəli,
Amma boldur satmaq yçyn çuqunu…
Baş əyərəm bir təmiz kəs tapılsa,
İndi bizi natəmizlər tanıdır.
Kim bu xalqı daha artıq çapırsa,
O, elinin şərəfidir, şanıdır…
Zirzəmilər zırpıların səngəri,
Hər nə desən satır orda qor-qoduq…
Atom belə kap eləməz onlara,
Basılmazdır alverçilər ordusu…
Belələri vətən, millət tanımaz,
Onun bircə pul sözu var dilində.
Xirtdəyimiz, nəfəsimiz, canımız,
Kartof, çörək, ət satanın əlində…
Çox dişilər dişi olub qorxudan,
Çox dişilər kişi kimi çarpışır…
Qardaş vurub qardaşını arxadan,
Dönüb olur erməninin qardaşı…
Üzdən hamı millət dərdi çəkəndi,
Bəs, nə üçün qanı axdı millətin?..
İtdi, batdı,tərac oldu tükəndi,
Ta adı var, özü yoxdur millətin…
Öz qarnına yem güdənlər az deyil,
Vətən gərək yerləşməyə gödəndə…
Sözdə vətən göyərdənlər az deyil,
O göyərə gərək qanda, bədəndə…
Hanı igid Koroğlumuz, hardadır,
Nə zamandır eşidilmir nərəsi.
Gəlsin, görsün qeyrət satır, ar satır,
Torpaq satır onun nankor nəvəsi…
Xəbər verin Vaqifə, Vidadiyə,
Ta onlar tək dost qeydinə qalan yox…
Allah, həsəd aparıram Hadiyə,
Söz satıram, indi onu alan yox…
Meydanlarda qışqırırdıq biz nərik,
Cəbhələrdə itdi, batdı səsimiz.
Çox deyirik Qarabağı vermərik,
Yarı olub daha məmləkətimiz…
Bu yarı da yarılara bölünüb,
Yarıcandır yarıların özü də.
Allah, mənə ta yarımçıq görünür,
Azərbaycan kəlməsi də, sözü də…
1993.
Məni başa düşmədilər bu zəmanədə…
Mənə sözün, ixtiyarın verdi yaradan,
Dedi:-sənə ilham, qələm qoy kömək olsun,
Məni başa düşmədilər bu zamanədə,
Axı, başa düşmək üçün baş gərək olsun.
Durub dövrə yalmanmadım, züy tutmadım, yox,
Külək hansı səmtə əsdi, ora əsmədi...
Şair haqdan yaranıbdır, unutmadım, yox,
Gündən-günə özümə bir allah gəzmədim...
Mən xəyanət eləmədim şerə heç vədə,
Onu vara, şan-şöhrətə xırdalamadım...
Ünvanıma min söz dedi hər gədə-güdə,
Heç birini saya alıb qurdalamadım...
Öz irnamım, öz məsləkim oldu həmişə,
Öz sevincim, öz kədərim, öz qəmim oldu.
Söz şairə əqidədir, yoldur həmişə,
Sözə xain çıxanlara söz qənim olsun...
Poeziya oldu qibləm, ilahim,
Onun üçün çox şeylərdən pəhriz saxladım.
Şairliyin uca tutdum adını daim,
Onu ana südü kimi əziz saxladım...
Anam getdi, o anamı eylədi əvəz,
Bacım getdi, şer mənə bir bacı oldu.
O mənimçün könüllü həbs, könüllü qəfəs,
Həmi dərdim, həm də əsl əlacəm oldu...
Pulsuz oldum, amma ruhsuz yaşamadım mən,
Söz dövlətim, söz zinyətim, söz daşım oldu.
Ölüm ömür yoldaşımı aldı əlimdən,
Poeziya mənə ömür yoldaşı oldu...
Yaxşı gündə sayarlarmış demə adamı,
Eh, neçəsi qardaş dedi mənə yalandan...
Yaman gündə hamı qaçdı arxamda, hamı,
Təkcə cəsur sətirlərim durdu dalımda...
Bir ilhamım, bir də sözüm atmadı məni,
Dedilər ki, səninləyik, fikir eyləmə...
Onlar heç vaxt yüngül, ucuz tutmadı məni,
Elə əsl dostlarım da onlarmış, demə...
Sözüm daha sərrast oldu, tutarlı oldu,
Ətəyimdən yapışdı o sanki yüz əlli...
Mən balaca kasıbladım, o varlı oldu,
Mən balaca ruhdan düşdüm, o ruha gəldi...
Zalım, nankor zəmanənin yaxşısı, pisi,
Aşkar, gizli çökdü mənim sətirlərimə.
Elə bil ki, vəcdə gəlib tanrının özü,
Öz əlini çəkdi mənim sətirlərimə...
Əsla bitib-tükənmədi söz əmanətim,
Yollarıma gecə-gündüz o tutdu məşəl.
Amma məni duymadılar bu zəmanədə,
Yəqin ayrə zəmanədə başa düşürlər...
Ürəklərə toxum səpdin, vermədi səmər,
Ha çağırdım yatan kütlə sanma ayıldı...
Söz sayıldı vecsiz, cəfəng sərsəmləmələr,
Köhnə, cındır ibarələr şey sayıldı...
Belə yalan-palanlara kütlə inandı,
Bir də kütlə millət deyil, xalq deyil, axı,
Nə edəsən zəmanə də ağır zamandı,
O da ayırd eləmədi haqqı-nahaqqı...
Nə qədər ki, ruh yaşayır can var bədəndə,
Dəyişməzdir şerim, fikrim, əqidəm, səsim...
İstəmirəm bu dünyadan bir gün köçəndə
Qara kütlə tabutumun dalınca gəlsin...
Başsız qoyun sürüləri dünyada nə çox,
Qoy iki-üç qanan adam ötürsün məni...
Qoymazsınız, qoymazınız balalarım yox,
Çirkin əllər tabutumu götürsün mənim...
Gec-tez sona çatacaqdır ömür nağılı,
Gedəcəyəm bu dünyadan şer dilimdə.
Gedəcəyəm ən birinci oğullarımın,
Bir də, bir sözlərimin çiyinlərində.
1994
Dostları ilə paylaş: |