Universitetin fəaliyyətinin normativ-hüquqi təminatının vəziyyəti. Universitetin fəaliyyətinin təşkilati-hüquqi təminatını müəyyənləşdirmək
üçün onun fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunun təhlili. XXX Universiteti “Dövlət qeydiyyatı haqqında şəhadətnamə” ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.
Ali təhsilin bütün səviyyələri üzrə (bakalavriat, magistratura) kadr hazırlığı həyata keçirən XXX Universitetinin Nizamnaməsi hazırlanaraq təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.
XXX-da sənədlərin hazırlanması, qeydiyyatı və saxlanılması Azərbaycan Respublikası Əmək Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a dəyişiklik edilməsi barədə Fərmanına uyğun həyata keçirilmişdir. Universitetin bütün tədris-metodik sənədləri AR TN və Universitet tərəfindən müəyyənləşdirilmiş Qaydalara uyğun tərtib edilmişdir.
XXX Universiktetinin ölkənin dayanıqlı, davamlı və dinamik sosial-iqtisadi inkişafına töhfə vermək, müasir və beynəlxalq standartların tələblərinə uyğun mütəxəssislərin hazırlanması kimi məsuliyyətli bir işin yerinə yetirilməsi missiyasını öz üzərinə götürmüşdür. Bu şərəfli missiyanın həyata keçirilməsində idarəetmə orqanları, universitetin professor-müəllim və inzibati heyət üzvləri, tələbələr və digər maraqlı tərəflər universitet rəhbərliyini dəstəkləyirlər.
XXX fəaliyyətini mövcud qanunvericiliyin tələbləri əsasında qurur.
Ali Təhsil Müəssisəsinin Elmi Şurasında tədris prosesinin təşkili barədə “İş planı” müzakirə edilərək təsdiq edilmişdir. “İş planı”nda nəzərdə tutulan işlərin məzmunu və yerinə yetirilmə vaxtı konkret göstərilmişdir. Universitet və Fakültə Elmi Şuralarının, Universitet, fakultə, kafedraların iş planlarında qarşıya qoyulmuş işlər müəyyənləşdirilmişdir.
Universitetin qarşısında qoyulan əsas məqsəd ölkənin sosial-iqtisadi inkişafının tələblərinə uyğun müasir tələblərə cavab verən, bilik və bacarığa malik mütəxəssislər yetişdirmək və universitetin təhsil-tədqiqat-innovasiya mərkəzinə çevirməkdir. Bu məqsədlə Ali Təhsil Müəssisəsinin Strateji İnkişaf Planı hazırlanmışdır. Strateji İnkişaf Planında universitetin mövcud vəziyyəti, formalaşdırılması, strateji vəzifələr, elmi və innovasiya fəaliyyəti sahəsində strateji məqsədlər açıqlanmış və 5 il üçün əsas hədəflər müəyyənləşmişdir.
- Universitetdə təhsilin dayanıqlığını, nəzərdə tutulan hədəflərin və tədbirlərin həyata kecirilməsi və maliyyə sabitliyinin təmin edilməsi ücün dövlət büdcəsindən mərkəzləşdirilmiş qaydada maliyyə vəsaitinin ayrılması;
- Universitet strateji məqsədləri sırasında yeni tədris texnologiyalarının tətbiq edilməsi, elmi araşdırmaların və təhsil prosesinin inteqrasiyasının gücləndirilməsi, keyfiyyət nəticələri və əhatəliliyinə görə, həmçinin mütəxəssislərin bütün əmək fəaliyyəti boyu davamlı və çoxmərhələli inkişaf sistemi hesabına məlumat-kommunikasiya, mühəndis-texniki, mühəndis-pedaqoji mütəxəssislərin hazırlanması yolu ilə respublika, və dünya miqyasında yüksək mövqe qazanmaq;
- Təhsil texnologiyalarının iqtisadiyyatın yüksək texnoloji sahələri üçün beynəlxalq rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanmasına transfer edilməsi ilə universitetdə innovativ təhsil mühitinin yaradılması;
- Mütəxəssis hazırlığının fundamental əsaslarının möhkəmləndirilməsi sayəsində təhsilin məzmunun yeniləşdirilməsi və təkmilləşdirilməsi, təhsil prosesinin və elmi tədqiqatların birləşdirilməsi, tədris olunan fənlər üzrə layihələrin və elmi tədqiqatların məzmunun uyğunlaşdırılması, təhsil proqramlarında tədqiqatların nəticələrindən istifadə edilməsi;
- Universitetdə təhsilin keyfiyyətini idarə etmək üçün elektron sistemin təkmilləşdirilməsi və inkişaf etdirilməsi;
- Mütəxəssis hazırlığına qoyulan təlabatın öyrənilməsi üçün analitik təhlil sisteminin qurulması;
- Tədris-təlim və təhsil proqramlarının mütamadi olaraq daxili və xarici auditlərinin keçirilməsini təmin etmək. Beynəlxalq standartlara uyğun təhsilin keyfiyyətini idarə edən sistemin sertifikasiyası;
- Mütəxəssislərin hazırlıq səviyyəsinin artırılması və kadr hazırlığının daha mütəşəkkil və keyfiyyətli həyata keçirilməsi üçün milli iqtisadiyyatın elm və aparıcı sənaye müəssisələri ilə dərin inteqrasiya əsasında monitorinqların keçirilməsi və yeni formasiyalı mütəxəssislərin hazırlıq spektrinin genişləndirilməsi;