3.4. Tədris planlarında nəzərdə tutulmuş fənlərə dair tədris-informasiya mənbələrinin kifayət qədər olub-olmaması və müasirliyi.
Tədris planlarında nəzərdə tutulmuş bütün fənlərə dair ədəbiyyatlar universitetin kitabxanasında, müvafiq kafedralarda mövcuddur və tələblərin ixtiyarındadırlar. Universitetin beynəlxalq informasiya şəbəkəsinə çıxışı var.
Fənlərin əksəriyyətin dərslik və dərs vəsaitləri ilə təminatı mövcuddur. Lakin bəzi fənlərdə təminat olduqca zəngin, bəzi fənlərin isə ədəbiyyatla zənginləşdirilməsinə ehtiyac vardır.
Universitetdə Elektron kitabxanın yaradılması istiqamətində əsaslı işlər görülür. Oxucuların ənənəvi və elektron sənədlərə aid olan tələbatını tam ödəmək məqsədilə digər kitabxanalarla, elmi-texniki informasiya orqanları ilə, müəssisələrlə koordinasiya və kooperasiya yolu ilə əlaqə yaradılır. Kitabxana fondunun tədricən informasiya daşıyıcılarına köçürülməsini təmin etmək üçün, dərsliklərin elektron versiyası kitab toplusu halında kitabxananın komputerlərinin yaddaşına salınaraq tələbələrin istifadəsinə verilmişdir.
3.5. Kitabxana fondunda fənn proqramlarında tövsiyə olunmuş tədris-metodik vəsaitlər və onların nüsxələrinin mövcud normalara uyğun olması.
Kitabxana fondunda olan tədris-metodik vəsaitlərin nüsxələrinin sayının mövcud normalara uyğunluğu istiqamətində mütamadi olaraq işlər aparılır. Hazırda kitabxana fondunda 27300 nüsxə tədris və tədris-metodik, bədii ədəbiyyat var. O cümlədən, təbiət elmləri üzrə 5409, texniki elmlər üzrə 5314, ictimai elmlər üzrə 4991, incəsənət və idman üzrə 336, dilçilik, ədəbiyyatşünaslıq və bədii ədəbiyyat üzrə 11228 nüsxə kitab, 22 ədəd monoqrafiya var. Fondda olan kitablardan 17218 azərbaycan dilində, 10082 ingilis, rus və kiril qrafikası ilə olan kitablardır. Kitabxana fondunun 16050 nüsxəsi yalnız dərslik, dərs vəsaiti və s. ibarətdir. Kitabxananın ümumi sahəsi 326,25 m2-dir. Kitabxanada biri 80, digəri 60 nəfərlik olmaqla 2 oxu zalı fəaliyyət göstərir. Kitabxanada yeni informasiya əldə etmək üçün internetə çıxışı olan 8 ədəd kompüter müəllim və tələbələrin ixtiyarındadır. Son beş ildə kitabxanaya 8061 nüsxə çap məhsulu (kitab, proqram və metodiki vəsaitlər, müxtəlif sahələri edən jurnallar, qəzet, avtorefat və s.) daxil edilmişdir.
Kitabxana öz fondunu universitetin profilinə uyğun zənginləşdiri, professor-müəllim heyətini elmi ədəbiyyatla, dərslik, dərs vəsaiti, proqram, metodik vəsait və digər çap məhsulları ilə təmin edir, elmi-praktik konfransların materiallarını, habelə daxil olan digər çap məhsullarını toplayır, mühafizə edir. Bu gün tələbə və müəllim heyətinn kitaba olan tələbatını ödəmək üçün müvafiq ixtisas kafedralarının sifarişləri əsasında kitab alışı həyata keçirilir və mövcud kitabxana fondu yenilənir.
Kitabxanadakı dərslik və dərs vəsaitlərinn nüsxələrinn sayının tələbə sayına, eləcə də müvafiq fənlər üzrə dərsliklərinin və dərs vəsaitlərinin nüsxələrinin sayının tələbə sayına uyğunluğu nəzarətdə saxlanılır. Ali Təhsil Müəssisəsinin kitabxanasında əsas baza fənlər üzrə kifayət qədər dərslik və dərs vəsaiti var. Lakin bəzi ixtisaslar üzrə (“Dövlət və bələdiyyə idarəetməsi”, “İbtidai sinif müəllimliyi”, “Məktəbəqədər təlim və tərbiyə” ixtisasları) müəyyən çatışmazlıqlar vardır ki, onun aradan qaldırılması istiqamətində praktik addımlar atılır. Belə ki, həmin ixtisaslar üzrə yeni dərslik və dərs vəsaitləri alınması üçün respublikanın nəşriyyat orqanları ilə əlaqələr qurulur. Eyni zamanda ehtiyac duyulan dərslik və dərs vəsaitlərinin elektron versiyası əldə olunur və kitabxanada saxlanılır. Bununla yanaşı bəzi dərslik və dərs vəsaitlərinin digər kitabxanalarla mübadilə imkanları araşdırılır.
Özünütəhlil komissiyası Elektron kitabxananın zənginləşdirilməsini məqsədəmüvafiq hesab edir.
Dostları ilə paylaş: |