ÖZÜNÜTƏHLİLİn nəTİCƏLƏRİ haqqinda hesabat müəssisə haqqında qısa məlumat Təhsil müəssisəsinin adı


Tədris planında nəzərdə tutulmuş fənlər üzrə proqram təminatı



Yüklə 154,94 Kb.
səhifə10/35
tarix02.07.2022
ölçüsü154,94 Kb.
#62612
1   ...   6   7   8   9   10   11   12   13   ...   35
Özünütəhlil hesabatı

3.6. Tədris planında nəzərdə tutulmuş fənlər üzrə proqram təminatı.
Ali Təhsil Müəssisəsində tədris planında nəzərdə tutulmuş fənlər üzrə 24 fənn proqramı AR TN qrifi ilə, digər proqramlar isə Universitet və fakültə Elmi Şuralarda təsdiq edilmişdir. Hazırda kafedralarda tədris olunan bütün fənlər üzrə fənn proqramları mövcuddur. Fənn proqramlarının yeniləndirilməsi tədris planlarına yeni fənlərin əlavə edilməsi, əmək bazarında baş verən keyfiyyət dəyişiklikləri, auditoriya saatlarının strukturu, universitetin maddi-texniki bazası nəzərə alınmaqla həyata keçirilir.
Ali Təhsil Müəssisəsinin bakalavriat və magistratura səviyyələri üzrə tədris olunan bütün fənlər üzrə fənn tədris proqramları mövcuddur.
Yeni təhsil standartlarına uyğun olaraq tədris planlarında tədrisi nəzərdə tutulan bütün fənlərin məzmun standartlarına yenidən baxılmış, fənlər üzrə nəzərdə tutulmuş saatların miqdarı təhsil proqramlarının tələblərinə uyğunlaşdırılmış, fənn proqramlarının əksəriyyətində sərbəst iş mövzuları, işçi planları əks olunmuşdur. Fənn proqramları yenidən hazırlanarkən mövzuların aktuallığı və müasirliyi nəzərə alınmış, tövsiyə edilən ədəbiyyat siyahısında əsasən universitetin kitabxanasında və elektron resurs bazasında olan ədəbiyyatlara üstünlük vermişlər.
3.7. Universitetin beynəlxalq informasiya şəbəkəsinə çıxışı.
Ali Təhsil Müəssisəsinin bütün fakültə və kafedralarında internet və kompyuterlərlə yüksək səviyyədə təminat şəraitində beynəlxalq informasiya bazalarına çıxışın təmin edilməsi istiqamətində işlər aparılr. Qeyd etmək lazımdır ki, bütün sturktur bölmələrdə olan kompyuterlərin internetə çıxışı məhdudiyyətsizdir və istifadə olan bütün kompyuterlərin internetə çıxışı var.
Hazırda universitetin azərbaycan, rus və ingilis dilində internet səhifəsi fəaliyyət göstərir. İnternet səhifəsində universitetin tarixi, strukturu, foto qalereyası, normativ hüquqi sənədlər, idarəetmə strukturuna daxil olan sahələrin fəaliyyətləri, fakültələr, kafedralar, kitabxana, elektron kitabxana, universitet xəbərləri, portal xəbərləri, elanlar bölməsi fəaliyyət göstərir. Eyni zamanda saytda tədris vəsaitləri linkində tədris planları, fənn sillabusları, mühazirə mətnləri, tədris metodik ədəbiyyat və digər təlim resursları yerləşdirilmişdir. Vebsaytda Universitetin daxili fəaliyyət qaydaları, professor-müəllim vəzifələrinin tutulması qaydaları, imtahan prosesinin təşkili və keçirilməsi qaydaları, universitetdə keçirilən konfranslar, mədəni tədbirlər haqqında müntəzəm işıqlandırılır.

Yüklə 154,94 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin