ÖZÜNÜTƏHLİLİn nəTİCƏLƏRİ haqqinda hesabat müəssisə haqqında qısa məlumat Təhsil müəssisəsinin adı



Yüklə 154,94 Kb.
səhifə13/35
tarix02.07.2022
ölçüsü154,94 Kb.
#62612
1   ...   9   10   11   12   13   14   15   16   ...   35
Özünütəhlil hesabatı

16

34

50




Yekun:

244

272

221

495

574

1806

Universitetə bakalavr təhsil pilləsi üzrə son beş ildə tələbə qəbulunun ballar üzrə araşdırılması göstərir ki, 150-200 bal arasında 189 nəfər (10,8%), 201-250 bal arasında 530 nəfər (30,2%), 251-300 bal arasında 434 nəfər (24,7%), 301-350 bal arasında 276 nəfər (15,7%), 351-400 bal arasında 177 nəfər (10,1%), 401-500 bal arasında 129 nəfər (7,3%), 501-600 bal arasında 20 nəfər (1,1%), 601-dən baldan yuxarı 1 nəfər (0,1%) tələbə qəbul olmuşdur. Beləliklə, demək olarki, tələbə qəbulunun 65,7 faizi 150-300 bal arasında olmuşdur.


Universitetdə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsi mövud qanunverciliyə uyğun aparılır. Bu zaman Təhsil nazirinin 14.02.2014-cü il tarixli 194 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”ı (AR TN 12.06.2014-cü il tarixli və 22.07.2014-cü il tarixli 46-11-4184/17 nömrəli məktubları nəzərə alınmaqla), Təhsil nazirinin 13.08.2016-cı il tarixli 31 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində təhsilalanların köçürülməsi və ixtisaslarının dəyişməsi prosesinin elektronlaşdırılması barədə (transfer.edu.az elektron portalı vasitəsi ilə aparılması)”, Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ı əsas götürülmüşdür.
Universitet üzrə son beş ildə xaric olunan, bərpa olunan, akademik məzuniyyətə çıxan və univeristetə köçürülən tələbələr haqqında məlumatların təhlili göstərir ki, univeristetə köçürülən (daxildə olan köçürmələrlər da daxil olmaqla) tələbələrin ümumi sayı 63 nəfər tələbə, o cümlədən 31 nəfər tələbə universitet daxilində bir ixtisasdan digər ixtisasa, 32 nəfər tələbə isə respublikanın dirgər ali təhsil müəssisələrindən köçürülmüşdür. Son 5 ildə 75 nəfər tələbə tələbələr sırasından xaric olunmuşdur. Onlardan 25 nəfər tələbə respublikanın digər ali təhsil müəssisələrinə köçürüldüyü üçün, 16 nəfər tələbə öz arzusu ilə, 24 nəfər tələbə dərsə davamiyyətə və universitetlə heç bir əlaqə saxlamadığına görə, 10 nəfər tələbə isə müxtəlif səbəblərdən tələbələr sırasından xaric olunmuşdur. Xaric olunan tələbələrin statistikasının təhlili göstərir ki, digər ali təhsil müəssisəsinə köçürülən tələbələr (25 nəfər tələbə) əsasən yaşayış yerlərinin yaxınlığında təhsil almaq üçün bu addımı atmışlar. Öz arzusu ilə xaric olunan tələbələrin statistikası isə başqa bir reallığı ortaya qoyur. Belə ki, bəzən test imtahanlarında təsadüfən ali təhsil müəssisəsinə qəbul olunan tələbələr sonradan təhsillərini davam etdirə bilmir və nəticədə öz arzusu ilə tələbələr sırasından xaric olunmaq üçün müraciət edirlər. Universitet rəhbərliyi bu cür tələbələrlə fərdi söhbətlər aparır və onlara doğru istiqamət verməyə çalışırlar.
Universitet üzrə son beş ildə 48 nəfər tələbə müxtəlif səbələrdən akademik məzuniyyət götürmüşdür ki, onlardan da 18 nəfəri hərbi xidmətə çağırılanlar olmuşdur. Hesabat dövründə 69 nəfər tələbələr sırasına bərpa olunmuşdur.



Yüklə 154,94 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin