ÖZÜNÜTƏHLİLİn nəTİCƏLƏRİ haqqinda hesabat müəssisə haqqında qısa məlumat Təhsil müəssisəsinin adı


Təhsilalanların fəallığını artıran yeni təlim, texnologiya və metodların tətbiqi



Yüklə 154,94 Kb.
səhifə16/35
tarix02.07.2022
ölçüsü154,94 Kb.
#62612
1   ...   12   13   14   15   16   17   18   19   ...   35
Özünütəhlil hesabatı

4.2. Təhsilalanların fəallığını artıran yeni təlim, texnologiya və metodların tətbiqi.
Universitetdə təhsilalanların fəallığını artıran yeni təlim, texnologiya və metodların tətbiqinin araşdırılması göstərir ki, kafedra və fakultələr bu sahədə hələ çox iş görməlidirlər.
Bu sahədə təcrübəli pedaqoqların bilik və bacarıqlarından səmərəli istifadə olunur. Bu metodlar ixtisaslardan (fakültələrdən) asılı olaraq fərqlənsə də tələbələr daha çox diskussiyalarda iştirak edir, tələbələr tərəfindən idarə edilən müzakirələr təşkil edilir, analizlər əsasında dərslər təşkil edilir, mühazirələr əvvəlcədən tələbələrə təqdim edilir.
XXX Universitetində tədris prosesinin təşkilinin klassik və innovasiyalı formaları tətbiq olunur. Bunlar: interaktiv mühazirələr, praktiki məşğələlər dəvət edilmiş mütəxəssislər tərəfindən keçirilən seminarlar, laboratoriya işləri, istehsalat təcrübələri, sərbəst elmi-tədqiqat işi, layihələr, kurslararası attestasiyalar, “açıq kitab” və elektron formatında keçirilən imtahanlardır.
Tədris prosesinin modernləşdirilməsi və bu işlərin təşkilində fəal və interaktiv metodlardan istifadə edilməsini təmin etmək universitetin strateji hədəflərindən biridir. Bu məqsədlə universitetin maddi-texniki bazası gücləndirilir (İKT-nin multimedia və internet imkanlarının zənginləşdirilməsi və onlardan səmərəli istifadənin təşkili), elektron dərslik, dərs vəsaitlərinin hazırlanması həyata keçirilir, təcrübə mübadiləsinin və qabaqcıl təcrübənin yayılması məqsədilə kafedralar tərəfindən açıq dərslər və onların müzakirəsi təşkil edilir, universitet əməkdaşlarının müxtəlif təlim kursları və seminarlarda iştirakı təmin olunur.
Universitet əməkdaşları “Test, nəzarət və qiymətləndirmə”, “Təhsilin idarə olunması və menecmenti”, “Öyrədənlərin öyrədəni”, “Fəal və İnteraktiv Təlim/Tədris Metodları”, “Azərbaycanda Müəllim Hazırlığı üzrə Tədris Proqramının (Kurikulumun) İnkişafı” və s. kimi digər beynəlxalq və milli kurslar, seminarlarda müvəffəqiyyətlə iştirak etmişlər. Əldə olunan bacarıqlar universitetdə uğurla tətbiq olunur.
Dərslərdə tələbələrin yaradıcılıq fəaliyyətinə imkan verən, tədqiqatçılıq bacarıqlarını stimullaşdıran qeyri-standart dərslərdən istifadəyə üstünlük verilir, müxtəlif iş formalarından (fərdi, cüt, qrup, kollektiv) istifadə olunur.
Müəllim və professor heyəti tərəfindən daha çox istifadə edilən fəal və interaktiv təlim metodları (Dialoq mühazirələr, Problemli mühazirə, Qrup təqdimatlara, Layihə üsulu, "Dəyirmi masa" metodu (seminar), Didaktik oyunlar) nəticəsində tələbələr arqumentləri təhlil etmə və mühakimələr yürütmə, intellektual bacarıqların inkişafı, fikirlərini sistemli və lakonik catdırmaq, idraki və ünsiyyət bacarıqları, problemləri təhlil edir, həlli yolları haqqında mülahizələr yaradır və problemi həll edir, praktik bacarıqlar numayiş etdirirmək, mühakimə yürütmə, ümumiləşdirmə, nəticə cıxartma və müxtəlif şəraitlərdə çevik qərarvermə bacarıqları əldə edirlər.
Müəllimlərin təlim fəaliyyətini qiymətləndirilməsi açıq dərslərin təşkili ilə həyata keçirilir.
Tələbənin əldə etdiyi bilik, bacarıq və vərdişlərin qiymətləndirilməsi təlim prosesinin mühüm komponenti olub ilboyu həyata keçirilir. Universitetdə tələbə biliyinin qiymətləndirilməsində obyektivlik, şəffaflıq, ədalətlilik prinsipi rəhbər tutulur. Tələbələrin təlim prosesi ilə əlaqədar maraq, tələb və ehtiyaclarını müəyyən etmək üçün maraqlı tərəflərlə görüşlərin təşkili, rəy, təkliflərin toplanılması (şifahi) və onların analizi şəklində həyata keçirilir.
Aparılan müşahidələr, anonim sorğular, təhlillər, ictimaiyyətlə əlaqələr və onların fikirlərinin öyrənilməsi aşağıdakı nəticəyə gəlməyə imkan verir.
Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə həyata keçirilən stimullaşdırıcı tədbirlər, o cümlədən müxtəlif mövzularda inşa yazı müsabiqələri, ödənişsiz xarici dillər, kompyuter kursları, universitetin hesabına tələbələrin ölkənin müxtəlif istirahət guşələrinə ekskursiyalara göndərilməsi onların təhsilə marağının artmasına müsbət təsir edən amillərdəndir.

Yüklə 154,94 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin