4.3. Təhsilalanların elmi tədqiqat işlərinin təşkili. Tələbələrin elmi-tədqiqat işləri universitet Tələbə Elmi Cəmiyyəti (bundan sonra -TEC), müvafiq kafedralar tərəfindən istiqamətləndirilir və rəhbərlik edilir. TEC tələbələrin elmi-tədqiqat işlərini universitetin kafedraları ilə əlaqələndirilmiş şəkildə “Ali təhsil müəssisələrində təhsialanların elmi-tədqiqat işinin təşkili haqqında Əsasnamə”yə (AR TN-nin 27.06.2014-cü il tarixli 752 nömrəli əmri) və “TEC haqqında Nümunəvi Əsasnamə”yə (AR TN-nin 27.06.2014-cü il tarixli 752 nömrəli əmri) və “Аli təhsil müəssisəsində təhsilalanların еlmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”yə uygun təşkil etmişdir. Tələbələrin elmi-tədqiqat işlərinə müvafiq qaydada elmi rəhbərlər təyin edilir.
Tələbələr TEC xətti ilə təhsil aldıqları ixtisaslara uyğun olaraq kafedralarda mütəmadi təşkil olunan elmi dərnəklərə cəlb edilirlər. Dərnəklərdə fərqlənən tələbələr Respublikanın digər ali təhsil müəssisələrində təşkil olunmuş konfranslarda məruzələrlə çıxış edirlər. Tələbələr həmçinin buraxılış işlərinin, magistrlik dissertasiyalarının yerinə yetirilməsində, startap və qrant layihələrində, müsabiqələrdə, olimpiadalarda, tarla təcrübələrində elmi-tədqiqat işlərində iştirak edirlər.
Universitetdə hər il bakalavriat və magistrantların iştirakı ilə ümumrespublika, ümumşəhər elmi-praktik konfransları keçirilir, uğurla çıxış edənlər fəxri fərmanlara və diplomlara layiq görülürlər.Tələbələri TEC xətti ilə müxtəlif elmi-praktik konfrans təşkil etmiş və bu tədbirlərdə elmi məruzələrlə çıxış etmişlər. TEC universitet Tələbə Gənclər Təşkilatı ilə birlikdə universitetdə elmi-praktik konfrans və müxtəlif elmi yönümlü tədbirlər həyata keçirir.
4.4. Tədris-laboratoriya bazasının mövcud tələblərə uyğunluğu. Son illərdə Ali Təhsil Müəssisəsinin tədris laboratoriya bazasının müasir standartlara uyğun yenidən qurulması istiqamətində xeyli işlər görülmüşdür.
Laboratoriyalar üçün nəzərdə tutulan otaqların ümumi sahəsi 227,3 kv.m.-dir.:
1. Fizika laborotoriyası;
2. İnformasiya texnologiyaları laboratoriyası;
3. Linqvistika laborotoriyasını qeyd etmək olar.
Obyektv olaraq qeyd etməlk lazımdır ki, Linqistika laborotoriyası istisna edilməklə digər laborotoriyalar müasir standartlara cavab vermir.
Tədrisin keyfiyyətini daha da artırmaq məqsədilə fənn kabinetlərindən istifadə olunur. Kabinetlərin sahəsi 173,3 kv.m.-dir. və aşağıdakı fənn kabinetləri vardır:
Pedaqoji fakültə üzrə:
1. Xarici dil kabineti;
2. İnformatika kabineti;
3. Ədəbiyyat kabineti.
İqtisadiyyat və idarəetmə fakultəsi üzrə:
1. Turizm və iqtisadiyyat kabineti.
Mühəndislik fakültəsi üzrə:
1. Tərsimi həndəsə və mühəndis qrafikası kabineti;
2. Tətbiqi mexanika kabineti;
3. Avtomobillərin konstruksiyası kabineti.
Tədris prosesində əyaniliyi artırmaq üçün ixtisasların spesifikliyini nəzərə alaraq kompyuterlər, proyektorlar, noutbukllar, printerlər və müxtəlif avadanlıqlar tələbələrin ixtiyarındadır. Ümumilikdə universitetdə 165 ədəd kompüter vardır ki, təhsilalanların istifadəsində olan internetə qoşulmuş kompüterlərin sayı da 165-dir. Təhsilalanların ixtiyarında olan kompyuterlərin sayı mövcud normativlərə uyğundur.