S.s
|
Avadanlıqların adı
|
Sayı
|
1
|
Stolüstü kompyuter
|
161
|
2.
|
Noutbuk
|
4
|
3.
|
Mono blok
|
-
|
4.
|
Server
|
-
|
5.
|
Printer
|
39
|
6.
|
Proyektor
|
13
|
7.
|
Ağıllı lövhə
|
-
|
8.
|
Faks aparatı
|
5
|
9.
|
Televizor
|
12
|
10.
|
Monitor
|
1
|
11.
|
UPS
|
20
|
12.
|
Linqafon
|
1 otaq (12+1)
|
13.
|
İnteraktiv lövhə
|
2
|
Nəticə: XXX Universitetində tədris prosesinin təşkili Dövlət Təhsil Standartlarının tələblərinə uyğundur.
5. Təhsil proqramları üzrə hazırlığın keyfiyyəti.
Universitetdə təhsil proqramları üzrə hazırlığın keyfiyyəti araşdırılarkən ayrı-ayrı proqramlar üzrə təhsilalanların imtahanlarının, buraxılış işlərinin, dövlət imtahanlarının, eləcə də özünütəhlil zamanı təhsilalanların attestasiyasının nəticələrinin təhlili əsasında müəyyən edilmişdir. XXX Universitetinində təhsilalanların müvafiq proqramları mənimsəmə səviyyəsi və təhsil proqramları üzrə hazırlığının keyfiyyətinin yüksəldilməsi mütamadi olaraq diqqət mərkəzindədir.
5.1. Təhsilalanların imtahanlarının nəticələri.
Universitetdə tələbələrin biliyinin qiymətləndirilməsi AR TN 1059, 1060 saylı 11.09.2008-ci il tarixli əmrləri ilə təsdiq olunmuş “Kredit sistemi ilə təhsil alan tələbələrin fənlər üzrə imtahanları haqqında əsasnamə”nin, “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında əsasnamə”nin tələblərinə uyğun olaraq həyata keçirilir.
Aşağıdakı cədvəldə universitet üzrə bakalavr təhsil pilləsi üzrə son 4 tədris ilinin, magistratura təhsil pilləsi üzrə isə 2 tədris ilin semestr imtahanlarının nəticələri (müvəffəqiyyət və keyfiyyət göstəriciləri) verilmişdir:
Tədris illəri
|
Semest
|
Müvəffəqiyyət, %-lə
|
Keyfiyyət , %-lə
|
Bakalavriat təhsil pilləsi üzrə:
|
2013/2014
|
payız
|
74,1
|
21,7
|
yaz
|
75,5
|
23,9
|
2014/2015
|
payız
|
79,3
|
24,8
|
yaz
|
89,9
|
24,8
|
2015/2016
|
payız
|
69,9
|
18,0
|
yaz
|
71,5
|
15,8
|
2016/2017
|
payız
|
75,3
|
13,3
|
yaz
|
71,7
|
11,3
|
2017/2018
|
payız
|
82,6
|
11,0
|
yaz
|
70,4
|
13,3
|
Magistratura təhsil pilləsi üzrə:
|
2016/2017
|
payız
|
92,8
|
85,7
|
yaz
|
85.7
|
78.6
|
2017/2018
|
payız
|
100.0
|
95.6
|
yaz
|
100,0
|
93,9
|
Tələbələrin biliyinin qiymətləndirilməsi dinamikasının təhlili göstərir ki, bakalavr təhsil pilləsi üzrə imtahan sessiyasının nəticələri 2013/2014 və 2014/2015-ci tədris illərində istər müvəffəqiyyət, istərsə də keyfiyyət baxımından yüksək olsa da, 2016/2017 və 2017/2018-ci tədris illərinin göstəriciləri aşağı olmuşdur.
Magistratura səviyyəsi üzrə imtahan sessiyasının nəticələrinə diqqət yetirdikdə görürük ki, həm müvəffəqiyyət, həm də keyfiyyət göstəricisi yüksəkdir.
Ali təhsilin bakalavriat və magistratura səviyyələrinin proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir.
Tədrisin keyfiyyətinin və tələbələrin biliyinin qiymətləndirilməsinin mövcud vəziyyətinin öyrənilməsi, tələbələrin və valideynlərin universitetdə məmnunluq dərəcəsinin müəyyən edilməsi, onların rəy və təkliflərinin dinlənilərək idarəetmə qərarlarının qəbul edilməsində nəzərə alınması qarşıya qoyulmuş əsas vəzifələrdən biridir. Bütün bunları nəzərə alaraq, universitet rektorunun fakültələrdə valideynlərlə görüşləri təşkil edilir. Bu görüşlərdə universitetdə tələbələrin təhsil alması üçün yaradılan şərait və imkanlar, imtahan prosesi, valideyn-universitet əlaqələrinin vacibliyi, tələbələrin sosial-məişət problemləri kimi məsələlər müzakirə olunur.
Dostları ilə paylaş: |