ÖZÜNÜTƏHLİLİn nəTİCƏLƏRİ haqqinda hesabat müəssisə haqqında qısa məlumat Təhsil müəssisəsinin adı


Elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi



Yüklə 154,94 Kb.
səhifə27/35
tarix02.07.2022
ölçüsü154,94 Kb.
#62612
1   ...   23   24   25   26   27   28   29   30   ...   35
Özünütəhlil hesabatı

7.2. Elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi.
Elmi-tədqiqat işlərinin mühüm nəticələri kafedraların, fakültə və universitet Elmi Şuralarının iclaslarında, elmi disputlarda, seminarlarda, “Dəyirmi masa”larda, universitet və Respublika səviyyəli Elmi konfranslarda müzakirə olunaraq tədris prosesinə tətbiq olunmaq, mühazirə mətnləri və fənn proqramlarının tərtibində, müvafiq dərslik, dərs və metodik vəsaitlərin hazırlanmasında istifadə olunmuşdur.
2013-cü ildə yerinə yetirilmiş 64 mövzudan tamamlanmış 10-nun, 2014-cü ildə yerinə yetirilmiş 47 mövzudan tamamlanmış 12-nin, 2015-ci ildə yernə yetirilmiş 86 mövzudan tamamlanmış 22-nin, 2016-cı ildə yerinə yetirilmiş 93 işdən tamamlanmış 31-nin, 2017-ci ildə isə yerinə yetirilmiş 92 işdən tamamlanmış 27-nin nəticələri tədris prosesinə tətbiq olunmuşdur. Həmçinin qeyd etmək lazımdır ki, kafedralarda yerinə yetirilən elmi-tədqiqat işləri, onlardan alınan nəticələr mühazirələrin, laboratoriya işlərinin, fənn proqramlarının və sillabusların tərtibində geniş və dolğun şəkildə istifadə edilmişdir.
Elmi-tədqiqat işlərinin nəticələri və onların tədris prosesində tətbiqinin səmərəliliyinin yüksəldilməsi kafedra, fakultə və universitet Elmi Şuralarının iclaslarında yüksək qiymətləndirilir.
7.3. Elmi tədqiqat işlərinin maliyyə mənbələrinin təhlili.
XXX Universitetində elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi mənbələrinin genişləndirilməsi, dövlət büdcəsi ilə yanaşı respublika və beynəlxalq səviyyəli grant layihələri, habelə sifarişli elmi-tədqiqat işlərinin yerinə yetirilməsi əsas hədəflərdən biri kimi müəyyən edilmişdir.
Universitetdə yerinə yetirilən elmi tədqiqat işləri dövlət büdcəsindən maliyyələşdirilməmiş, qeyd edildiyi kimi əmkdaşların öz təşəbbüsləri ilə aparılmışdır. Elmi-tədqiqat işləri əməkdaşlarınınöz təşəbbüsü ilə aparılmış və plana uyğun yerinə yetirilmişdir. Aparılan elmi-tədqiqat işləri dövlət büdcəsindən maliyyələşdirilməmişdir.
Universitet respublikadaxili qrantlar hesabına da elmi-tədqiqat işlərinin aparılmasını təmin edir. 2012-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) nəzdində fəaliyyət göstərən İnformasiya texnologiyaların inkişafı Dövlət Fondu yaradılmış və fond İKT sahəsində sahibkarlığı inkişaf etdirmək məqsədilə yeni yaranan startap ("start-up") layihələrə və kiçik və orta sahibkarlıq subyektlərinə qrantlar şəklində maliyyə dəstəyini həyata keçirməyə başlamışdır. Həmcinin fondun İKT sahəsində elmi-tədqiqat işlərinin genişlənməsi, innovativ fəaliyyətin stimullaşması və istehsal yönümlü fəaliyyətin dəstəklənməsi kimi vacib məqsədlərə də xidmət etməsi nəzərdə tutulmuşdur

Yüklə 154,94 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin