7.4. Təhsil proqramları üzrə elmi tədqiqat işlərinin təşkilinin vəziyyəti. Universitetdə elmi tədqiqat işləri proqnozlaşdırılan zaman kafedraya tədrisi təhkim edilmiş təhsil proqramları və fənlər nəzərə alınmaqla kafedralar üzrə qoyulan problemlər əsasıda planlaşdırılır. Məsələn, 2016-2020-ci illər üzrə elmi-tədqiqat işlərinin aparılması aşağıdakı kımı planlaşdırılmışdır:
1. Humanitar fənlər kafedrası – Qloballaşan dünya və Azərbaycan (4 mövzu üzrə: Qloballaşma və inteqrasiya, Azərbaycanın dövlətçilik tarixi: qədim ənənələrdən müasir inkişafa doğru, Sivilizasiyalararası dialoq yeni dünya düzənin alternativ modeli kimi, Humanitar fənlərin müasir problemləri və tədrisinin təkmilləşdirilməsi).
2. Xarici dillər kafedrası – Qloballaşma şəraitində humanitar fənlərin tədqiqi və tədrisinə innovativ yeniliklərin tətbiqi (3 mövzu üzrə: Humanitar fənlərinin öyrənilməsinin müasir problemləri və tədrisinin təkmilləşdirilməsi, Kurikulum islahatı və pedaqoji innovasiyalar, Azərbaycan və dünya ədəbiyyatının nəzəri məsələləri).
3. Riyaziyyat kafedrası üzrə – Riyaziyyat və tətbiqi riyaziyyatın tədrisinin təkmilləşdirilməsi (4 mövzu üzrə – Adi və xüsusi törəməli diferensial tənliklər, diferensial tənliklərə gətirilən bəzi məsələlərin riyazi modelinin qurulmqsı və həlli, Ədədi üsullar üçün proqram təminatının hazırlanması, Faziləsiz pedaqoji təhsil və virtual məkan mühitində təhsilin monitorinqi və qiymətləndirilməsi, Kompyuter sistemlərində və şəbəkələrindəinformasiya təhlükəsizliyi ).
4. pedaqogika və psixologiya kafedrası üzrə – Azərbaycanın təhsil sistemində varislik və müasirliyin vəhdəti (3 mövzu üzrə – Şəxsiyyətin davamlı inkişafı və formalaşmasına təsir edən amillər, Azərbaycan Respublikasının ümumtəhsil sahəsində kurikulum islahatları, Azərbaycanın görkəmli mütəfəkkirlərinin əsərlərində qadın psixologiyasının təsviri).
5. İqtisadiyyat kafedrası üzrə – Davamlı iqtisadi inkişafın təmin edilməsində makroiqtisadi tənzimlənmənin problemləri (5 mövzu üzrə – Qeyri-neft sektorunun davamlı iqtisadi inkişafının təmin olunmasının makroiqtisadi problemləri, Davamlı inkişafın təmin olunmasının müasir dövlət tənzimlənməsi modeli və onun prioritet istiqamətləri, Davamlı iqtisadi inkişaf və makroiqtisadi tarazlığın tənzimlənməsi problemləri, Milli iqtisadiyyatın davamlı inkişafının formalaşması və təmin olunmasında ixrac potensialının rolu və əhəmiyyəti, Davamlı iqtisadi inkişafın təmin edilməsində iqtisadiyyatın tənzimlənməsi problemləri).
6. Sənayenin təşkili və idarəetmə kafedrası üzrə-Azərbaycan sənayesinin davamlı inkişaf istiqamətləri (4 mövzu üzrə-Sənayenin davamlı inkişafının sürətləndirilməsi istiqamətləri, İqtisadi inkişafın əsas amilləri, Davamlı inkişaf və onun tərkib elementləri, Azərbaycanda sənaye siyasətinin əsas istiqamətləri).
7. Energetika kafedrası üzrə – İstilik elektrik stansiyaları və energetikanın inkişafı (2 mövzu üzrə – İstilik elektrik stansiyaları, Energetikanın inkişafı istiqamətində mütərəqqi dəyişikliklər etmənin perspektivləri).
8. Mexanika kafedrası üzrə – Konstruksiyaların texniki səviyyəsinin tədqiqi və təkmilləşdirilməsi problemləri (4 mövzu üzrə – Maşın detallarında tamamlama əməliyyatı aparan qurğuların ötürmə mexanizminin tədqiqi, Tamamlama əməliyyatında yağlayıcı-soyuducu materialların tətbiqinin maşın detallarının kontaktının formalaşması amillərinə təsirinin tədqiqi, Avtomobillərin tormoz mexanizlərinin qeyri-bərabər işləməsinə təsir edən amillərin tədqiqi, Qruntda yerləşən konstruksiyaların korroziyadan mühafizəsi problemləri).
9. Fizika və ekologiya kafedrası üzrə – Fizika, kimya və ekologiyanın nəzəri və eksperimental tədqiqat məsələləri (4 mövzu üzrə – Gümüş tellurid və gümüş seleniddə yayılan faza keçidləri, Fizikanın tədrisində müasir texnologiyalardan istifadə, Üzvi birləşmələrin fiziki-kimyəvi xassələrinin proqnozlaşdırılması metodlarının tətbiqi və inkişaf etdirilməsi, Ətraf mühitin mühafizəsi: bioekologiya, geoekologiya və təbii ehtiyatlardan səmərəli istifadə olunması və sənaye müəssisələrində tullantısız istehsal proseslərin yaradılması).
10. İnformasiya texnologiyaları kafedrası üzrə (2017-ci ildən Riyaziyyat kafedrasına birləşdirilib) – İnformasiya prosesləri, texnologiyaları, sistemlər və şəbəkələr, qeyri-səlis sistemlər (2 mövzu üzrə – İnformasiya kommunikasiya texnologiyaları, Qeyri-sistemlərin tətbiqi).
Kafedralarda təhsil proqramları üzrə elmi tədqiqat işlərinin təşkilinin vəziyyətinin təhlili göstərir ki, professor müəllim heyəti üzrə proqnozlaşdırılan elmi tədqiqat işlərinin mövzuları qoyulan problemə uyğun olaraq kafedraya tədrisinin təşkili təhkim edilmiş təhsil proqramları nəzərə alınmaqla formalaşdırılmış və yerinə yetirilir.