ÖZÜNÜTƏHLİLİn nəTİCƏLƏRİ haqqinda hesabat müəssisə haqqında qısa məlumat Təhsil müəssisəsinin adı
Hesabat illəri üzrə professor-müəllim heyətinin sayı aşağıdakı kimi olmuşdur:
Universitet üzrə ümumi dərs yükünün dinamikasınnn təhlili göstərir ki, dərs yükləri- nin artmasının əsas səbəbi “Strateji İnkişaf Planın”da nəzərdə tutulan əmək bazarının tələbibinə uyğun olaraq yeni ixtisaslar üzrə tələbə qəbulunun planlaşdırılması və bununla əlaqədar olaraq tələbələrin sayının artması olmuşdur. Əvəzcilik üzrə 0,5 və 0,25 ştatı üzrə saatların artması universitet rəhbərliyini narahat edən məsələlərdəndir. Bu kateqoriyadan olan saatların və buna uyğun isə müəllimlərin sayının artmasının əsas səbəbi kimi həmin saatların müəllimlərə əvəzçilik üzrə verilməsi və bəzi ixtisaslar üzrə tələbə qəbulunun mütamadi olaraq aparılmaması ilə əlaqədar olmuşdur. Saathesabı üzrə verilən dərs saatlarının dinamikasında azalma müşahidə edilir. Universitetdə AR NK-nin 13.05.2003-cü il tarxli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydaları”na riayət olunur. 6.2. Müəllimlərin ixtisaslarını artırması işinin təşkilinin vəziyyəti. Universitet yaradıldıqdan sonra müəllimlərin ixtisaslarının artırılması məqsədi ilə Təhsi Nazirliyi tərəfindən istər respublika daxilinə, istərsədə respublikadan kənara müəllimlərin ixtisaslarının artırılması ücün universitetə təkliflər daxil olmamışdır. Universitet əməkdaşlarından ixtisasartırma kurslarında iştirak edən olmamışdır. 6.3. Müəllimlərin yaş tərkibinin təhlili. Universitetdə ştatda olan professor-müəllim heyətinin yaş tərkibi aşağıdakı cədvəldə verilmişdir:
Kafedralar üzrə ümumi əməkdaşların, elmi dərəcəsi olanların və olmayanların orta yaş tərkibi aşağıdakı cədvəldə verilmişdir:
Universitet üzrə professor-müəllim heyətinin orta yaş tərkibinin təhlili göstərir ki, əməkdaşların orta yaş həddi 52, o cümlədən elmi dərəcəsi olmayan əməkdaşlar üzrə 50, elmi dərəcəsi olan əməkdaşlar üzrə isə 56-dır. Kafedralar üzrə isə əməkdaşların ən yüksək yaş həddi “Mexanika” (59) , ən aşağı yaş həddi isə “Pedaqogika və psixologiya” (45) kafedrası üzrədir. Elmi dərəcəsi olan əməkdaşlar üzrə isə ən yüksək yaş həddi “Riyaziyyat”, “Sənayenin təşkili və idarəetmə” (60) , ən aşağı yaş həddi isə “Mexanika” (54) kafedraları üzrədir. Nəticə: XXX Universitetində kadr təminatı Dövlət Təhsil Standartlarının tələblərinə uyğundur. 7. Universitetin elmi-tədqiqat fəaliyyəti. 7.1. Elmi tədqiqat işlərinin vəziyyəti, inkişaf dinamikası və mütəxəssis hazırlığının profilinə uyğunluğu. Ali Təhsil Müəssisəsində aparılan elmi-tədqiqat işləri fundamental və tətbiqi xarakter daşıyır. Elmi fəaliyyət professor-müəllim heyətinin işinin tərkib hissəsidir. Universitetdə elmi tədqiqat işlərinin aparılması və təşkili qaydaları onun nizamnaməsi ilə müəyyənləşdirilir. Universitetdə aparılan elmi-tədqiqat işlərinin beynəlxalq və müasir standartlar səviyyəsinə çatdırılması, mühüm nəticələrinin tədris prosesində və istehsalatda tətbiqinin təşkil olunması, səmərəliliyinin artırılması, elmi əlaqələrin dərinləşdirilməsi, elmin informasiya təminatının və beynəlxalq əməkdaşlığın genişləndirilməsi sahəsində işlər daima diqqət mərkəzində saxlanılır. XXX Universitetində “2016-2020-ci illər ücün universitet üzrə proqnozlaşdırılan elmi-tədqiqat işləri”nin planı tərtib edilərkən tədris və elm sahəsində son illər qəbul edilmiş Dövlət Proqramları nəzərə alınaraq problemlərin əhatə dairəsi aşağıdakı istiqamətlərdə müəyyən olunmuşdur. “2016-2020-ci illər ücün universitet üzrə proqnozlaşdırılan elmi-tədqiqat işləri”nin (problemlər, mövzular, işlər və mərhələlər üzrə) planı 2015-ci ilin oktyabr-noyabr aylarında müfaviq kafedra iclaslarında və fakultə Elmi Şuralarında müzakirə edilərək, elmi tədqiqat işlərinin planı bütövlükdə universitet Elmi Şurasının iclasının qərarı ilə təsdiq edilmişdir. Bu təqvim illərində aparılan elmi-tədqiqat işləri dövlət büdcəsindən maliyyələşdirilməmişdir. Elmi-tədqiqat işləri 2 fakültənin – İqtisadiyyat və idarəetmə və Energetika və mexanikanın nəzdində fəaliyyət göstərən 8 kafedra – Humanitar fənlər, İqtisadiyyat, Mühəndis iqtisadiyyatı və idarəetmə, Riyaziyyat və kompüter elmləri, Fizika və ekologiya mühəndisliyi, İnformasiya texnologiyaları və sistemləri, Elektroenergetika və istilik energetikası, Nəqliyyat və maşın mühəndisliyində institut əməkdaşlarının öz təşəbbüsü ilə aparılmış və plana uyğun yerinə yetirilmişdir. Qeyd edilən kafedralardan yeddisi ixtisas kafedrası olmuşdur. Elmi-tədqiqat işləri 3 sahə – təbiət, texnika, humanitar və ictimai elmlər üzrə planlaşdırılmış və yerinə yetirilmişdir (elmi-tədqiqat işləri 2013-cü ildə 19 istiqamət – 64 mövzu, 2014-cü ildə 16 istiqamət – 47 mövzu, 2015-ci ildə 22 istiqamət – 87 mövzu üzrə aparılmışdır)
Kafedralarda2013-2015-ci illərdə aparılan elmi-tədqiqat işləri onların ixtisas sahələrinə uyğun olaraq müasir dövrün aktual problemlərini əhatə etmişdir. Əsasən energetika, nəqliyyat, ekologiya, informasiya texnologiyaları və kommunikasiya, iqtisadiyyat, sənayenin təşkili və idarə olunması, pedaqogika və digər sahələrin aktual problemləri və strateji inkişaf istiqamətlərinin tədqiqinin elmi cəhətdən əsaslandırılması ixtisas kafedralarında il ərzində apardıqları elmi-tədqiqat işlərinin əsasını təşkil etmişdir. 2016-2017-cı ill’r üzrə: Universitetin 2016-2017-cı təqvim illəri ücün planlaşdırılmış elmi tədqiqat işləri universitet Elmi Şurasının iclasının qərarı ilə təsdiq edilmiş “2016-2020-ci illər ücün universitet üzrə proqnozlaşdırılan elmi-tədqiqat işləri”nin planı əsasında müəyyənləşdirilmiş və təsdiq edilmişdir. Elmi-tədqiqat işləri universitet əməkdaşlarının öz təşəbbüsü ilə aparılmış və təsdiq edilən plana uyğun yerinə yetirilmişdir. Elmi tədqiqat işləri universitetin yeni formalaşdırılmış elmi-təşkili strukturuna uyğun olaraq 3 fakültə və 10 kafedra tərəfindən yerinə yetirilmişdir. Fakültələr: Pedaqoji, İqtisadiyyat və idarəetmə, Mühəndislik. Kafedralar: Humanitar fənlər, Xarici dillər, Riyaziyyat, Pedaqogika və psixologiya, İqtisadiyyat, Sənayenin təşkili və idarəetmə, Energetika, Mexanika, Fizika və ekologiya, İnformasiya texnologiyaları (kafedralar ixtisas kafedralarıdır). Elmi-tədqiqat işləri 3 istiqamət – təbiət, texnika, humanitar və ictimai elmləri əhadə etməklə 10 problem üzrə planlaşdırılmış və yerinə yetirilmişdir: Universitetdə elmi tədqiqat işləri problemlər üzrə 2016-cı ildə 34 mövzunu əhatə etməklə 93 iş, yəni 5 illiyin ilk ili və 2016-cı il üzrə birinci mərhələnin işləri yerinə yetirilmişdir. Universitetdə elmi tədqiqat işləri problemlər üzrə 2017-cı ildə 34 mövzunu əhatə etməklə 93 iş (92 iş yerinə yetirilmiş, 1 iş üzrlü səbəbdən, tədqiqatcının analıq məzuniyyətinə getməsi ilə əlaqədar olaraq dayandırılmışdır), yəni 5 illiyin ikinci ilini və 2017-cı il üzrə ikinci mərhələnin işləri yerinə yetirilmiş və 27 iş ikinci mərhələni əhatə etməklə tamamlanmışdır. Kafedralarda aparılan elmi-tədqiqat işləri onların ixtisas sahələrinə uyğun olaraq müasir dövrün aktual problemlərini əhatə etmişdir. Əsasən təhsilin, təhsil sistemində varislik və müasirlik, pedaqogianın, iqtsadiyyatın, maliyyənin, sənayenin təşkili və idarə olunması, energetika, istilik elektrik stansiyalarının inkişafı, konstruksiyaların texniki səviyyəsinin tədqiqi və təkmilləşdirilməsi, nəqliyyat, ekologiya, informasiya prosesləri, texnologiyaları, sistemlər, kommunikasiyalar, şəbəkələr, qeyri-səlis sistemlər və digər sahələrin aktual problemləri və strateji inkişafı istiqamətlərinin tədqiqinin elmi cəhətdən əsaslandırılması ixtisas kafedralarında il ərzində apardıqları elmi-tədqiqat işlərinin əsasını təşkil etmişdir. Həmçinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin tədqiqinin elmi cəhətdən əsaslandırılması ixtisas kafedralarında aparılan elmi-tədqiqat işlərinin əsasını təşkil etmişdir. Elmi-tədqiqat işlərinin səmərəliliyi mütamadi olaraq kafedra, fakültə və universitet Elmi Şuralarının iclaslarında müzakirə edilmiş, tərtib edilmiş yekun hesabat hər təqvim ilinin sonunda Təhsil Nazirliyinə təqdim edilmişdir.. Universitet müəllimlərinin, tələbələrinin yaradıcılığı və təşəbbüslərinin stimullaşdırılması, eləcə də Startap layihələrə dəstək məqsədilə 2016-cı il aprel ayının 7-də XXXX İnkubasiya mərkəzi açılmışdır. Elə həmin ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən İnformasiya texnologiyalarının inkişafının dövlət fondunun maliyyələşdirdiyi X-cı qrant müsabiqəsində universitetdən verilmiş X Startap layihə qalib elan olunmuş və fond tərəfindən maliyyələşdirilmişdir. Bu layihələr turizm sektorunda, interaktiv lövhələrin istifadəsi ilə bağlı tədris prosesində, internet şəbəkəsində əl işlərinin ticarəti sahəsində və əyləncə sahəsində bir sıra əhəmiyyətli yeniliklər etməklə İKT sahəsində bir sıra nailiyyətlərə imza atmışlar. Startap layihələrin əhəmiyyəti, tələbə, magistr və gənc müəllimlərin qrant layihələri və onların dəyərliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və onun nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət fondunun dəstəyi ilə bağlı həm universitetdə, həm də XXX-da mütəmadi infosessiyalar keçirilmişdir. Eyni zamanda 2017-ci ilin may ayında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət fondunun Yüksək Texnologiyalar Parkı və Məlumat hesablama Mərkəzinin birgə keçirdiyi Startap-ların inkişaf etdirilməsi ilə bağlı telekonfransda universitetin müəllim və tələbələri və eləcə də digər gənclər fəal iştirak etmişlər. Yüklə 154,94 Kb. Dostları ilə paylaş: |