8.5. Universitetin təhsilalanlarının başqa ölkələrdə təhsil alması. Qeyd etmək lazımdır ki, 2014-cü ildən Avropa İttifaqının “Tempus” və “Erasmus Mundus” proqramları təhsil, təlim, gənclər və idman üzrə vahid 2014-2020-ci illər üçün “Erasmus +” proqramı ilə əvəz edilmişdir. Layihə üzrə nəzərdə tutulmuş plana uyğun olaraq 2014-2015-ci tədris ilində 2 nəfər magistratura, 1 nəfər bakalavr pilləsində, 1 nəfər isə heyət üzvü kimi xaricdə təhsil almağa göndərilmişdir. 2015-2016-cı tədris ilinin seçim mərhələsində də tələbələr fəal iştirak etmiş və həm magistratura, həm də bakalavr pilləsində xaricdə təhsil almaq üçün müsabiqəyə qatılmışlar. Nəticədə, 2015-ci ildə universitetin 1 nəfər məzunu magistratura, 2 nəfər tələbəsi isə bakalavr pilləsində xaricdə təhsil almağa göndərilmişdir.
Tələbələrin xarici ölkələrdə təhsil alması onların xarici dil biliklərindən əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Ali Təhsil Müəssisəsində tələbələrin xaici dil biliklərinin daha da artırılması onların beynəlxalq mübadilə proqramlarında fəal iştirakına, gələcəkdə uğurlu karyeraya geniş imkanlar yaradır. Universitetdə təhsil alan tələbələrin xarici dil biliklərinin artırılması məqsədilə rektorluq tərəfindən hər semestr ödənişsiz kurslar təşkil olunur.