7.8. Elmi-metodik və praktik konfransların keçirilməsi. Universitetdə AR TN-nin əmrləri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısı” əsasında aşağıdakı Respublika səviyyəli Elmi-metodik və praktik konfranslar keçirilmişdir.
1. “Davamlı inkişafın milli modeli və strategiyası” mövzusunda Təhsil Nazirliyinin 2015-cı il ücün təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2015-cı ildə keciriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısı”na uyğun olaraq 27-28 noyabr 2015-ci il tarixlərində keçirilmişdir. Konfransa 3 məruzə, 193 tezis təqdim edilmişdir.
2. “Milli-mədəni irs və onun qloballaşma şəraitində təbliği məsələləri” mövzusunda Təhsil Nazirliyinin 26.02.2016-cı il tarixli 120 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2016-cı ildə keciriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısı”na uyğun olaraq 22-23 aprel 2016-cı il tarixlərində keçirilmişdir. Konfransa 4 məruzə, 124 tezis təqdim edilmişdir.
3.“Qloballaşma və inteqrasiya” mövzusunda Təhsil Nazirliyinin 26.02.2016-cı il tarixli 120 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2016-cı ildə keciriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısı”na uyğun olaraq 23-24 dekabr 2016-cı il tarxlərində keçirilmişdir. Konfransa 4 məruzə, 194 tezis təqdim edilmişdir.
4. “Qlobal tendensiyalar və müasir Azərbaycan” mövzusunda Təhsil Nazirliyinin 05.04.2018-ci il tarixli F-236 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2018-cı ildə keciriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısı”na uyğun olaraq 7-8 may 2018-ci il tarixlərində keçirilmişdir. Konfransa 4 məruzə, 223 tezis təqdim edilmişdir.
Bundan başqa 3 universitetdaxili elmi konfrans keçirilmişdir.
Mühəndislik fakultəsi – “Elm və texnikanın müasir problemləri və inkişaf perspektivləri” mövzusunda konfrans 21-22 aprel 2017-ci il tarixlərində keçirilmiş, konfransa 6 məruzə, 30 tezis təqdim edilmişdir.
İqtisadiyyat və idarəetmə fakultəsi – “Milli iqtisadiyyat və ayrı-ayrı sektorlar üzrə strateji yol xəritəsi: reallıqlar və hədəflər” mövzusunda konfrans 12-13 may 2017-ci il tarixlərində keçirilmiş, konfransa 5 məruzə, 26 tezis təqdim edilmişdir.
Pedaqoji fakultə – “Azərbaycanda təhsil siyasətinin prioritetləri: müasir yanaşmalar” mövzusunda konfrans 15-16 dekabr 2017-ci il tarixlərində keçirilmiş, konfransa 5 məruzə, 48 tezis təqdim edilmişdir.
Ali Təhsil Müəssisəsində keçirilən konfranslar üzrə rektorun əmri ilə təşkilat komitəsi yaradılır, konfrans haqqında elan universitetin internet səhifəsində yerləşdirilir və respublikanın digər ali təhsil müəssisələrinə, elmi tədqiqat institutlarına göndərilir. Beləliklə, həmin müəssisələrin professor-müəllim heyətinin, doktorant və dissertantlarının, elmi tədqiqat müəssisələrinin elmi işcilərinin iştirakı da təmin edilir. Konfransa daxil olan tezislər konfransın əhatə dairəsinin geniş olduğunu göstərir.
Məruzə və tezislərin plagiat olub-olmaması antiplaqiat proqramından istifadə edilməklə yoxlanılır, yalnız bundan sonra bölmələrin təklifləri əsasında elmi konfransın materiallarına daxil edilir. İllər üzrə qəbul edilmiş tezislərin dinamikasının təhlili göstərir ki, 2013-cü ildə 87 tezis konfrans materiallarına daxil edilmişdirsə, 2018-ci ildə bu göstərici 223 tezis təşkil etmişdir, yəni onların sayı 2,5 dəfə artmışdır. Bunu konfransa daxil olan məruzə və tezislərin keyfiyyəti haqqında da demək olar.