ÖZÜNÜTƏHLİLİn nəTİCƏLƏRİ haqqinda hesabat müəssisə haqqında qısa məlumat Təhsil müəssisəsinin adı


Bir elmi rəhbərə həvalə edilmiş doktorant və dissertantların sayının mövcud normalara uyğunluğu



Yüklə 154,94 Kb.
səhifə30/35
tarix02.07.2022
ölçüsü154,94 Kb.
#62612
1   ...   27   28   29   30   31   32   33   34   35
Özünütəhlil hesabatı

7.6. Bir elmi rəhbərə həvalə edilmiş doktorant və dissertantların sayının mövcud normalara uyğunluğu
Universitetin yeni yaradılması ilə əlaqədar olaraq universitetin özündə doktorantura və dissertanturaya qəbul aparılması ilə əlaqədar olaraq hazırda müəyyən işlər aparılır. Yuxarıda qeyd etdiyimiz kimi respublikanın müxtəlif ali təhsil müəssisələrində və AMEA-nın sahə elmi-tədqiqat institutlarında müxtəlif ixtisaslar üzrə doktorant və dissertantlarımız yerləşdirilibdir. Hətta AR TN 03-11-6051/15 saylı 20.09.2017-ci il tarixli məktubu əsasında əmədaşlarımız ücün respublikanın müxtəlif ali təhsil müəssisələrinə dissertanturaya 11 məqsədli yer ayrılmışdır. Universitetin müvafiq kafedraları və alimləri doktorant və dissertantlara öz dissertasiya işlərinin yazılmasında və müdafiə edilməsində, imtahan və ixtisas miniumumlarının verilməsində hər tərəfli rəhbərlik və göməklik göstərirlər.
7.7. Müəllimlərin və təhsilalanların elmi tədqiqat işlərində iştirakı.
Universitetin professor-müəllim heyəti müvafiq kafedralara işə qəbul edildikdən sonra kafedraya tədrisi təhkim edilmiş təhsil proqramlarına və kafedralarda müəyyən edilmiş problemlər üzrə elmi tədqiqat işlərinə cəb edilirlər. Hazırda demək olar ki, universitet əməkdaşlarının hamısı elmi tədqiqat işlərinin aparılmasında iştirak edirlər
Təhsilalanların elmi tədqiqat işlərinə cəlb edilməsi məsələsi universitet, fakultə və kafedra rəhbərlərinin, professor-müəllim heyətinin, fakultə və universitet TEC-in diqqət mərkəzindədir.
Universitetdə TEC-in fəaliyyəti AR TN-nin 27 iyun 2014-ci il tarixli 752 nömrəli əmri ilə təsdiq edilmiю “TEC haqqında Nümunəvi Əsasnamə”yə uyрun olaraq tənzimlənir. Cəmiyyət Elmi fəaliyyətini digər strukturlarla aşağıdakı kimi əlaqələndirir: Şuranın elmi katibindən Elmi Şuranın iclaslarında müzakirəyə çıxarılacaq sənədlərin təqdimolunma tarixi haqqında məlumat alır; elmi işlər üzrə prorektorluq universitetdə və digər təşkilatlarda keçiriləcək elmi tədbirlər haqqında məlumat, elmi tədbirlərin keçirilməsi və kargüzarların aparılmasına dair metodiki göstəriş və təlimatlar alır; elmi işlər üzrə prorektorluğa TEC-in elmi işləri və tədbirlərinin illik tematik planının, habelə keçirilmiş tədbirlərin nəticələri haqqэnda hesabatı təqdim edir; maliyyə xərcləri tələb olunan TEC-in illik tematik tədbirlər planın və ona uyğun xərclər smetasını mühasibatlığa təqdim edir; digər təşkilatlar tərəfindən keçirilən elmi tədbirlərdə və müsabiqələrdə TEC-in iştirakı haqqında məlumat təqdim edir; TEC-in il planı barədə tələbələri məlumatlandırır; elm və təhsil məsələlərinə dair birgə ictimai aksiyalarda iştirak edir; fakültə Elmi Şuralarından və dekanlıqlardan elmi tədqiqat proqramlarında iştirak haqqında təklif, elmi tədbirlərin planlarını və TEC-in fəaliyyətinə dair qərarları əldə edir; həmin strukturlara TEC-in tədbirlər planını, mükafatlandırmaya təqdim olunan tələbələrin siyahısını, fakültə TEC üzvlərinin elmi işi haqqında hesabatı təqdim edir; kafedra və elmi tədqiqat laboratoriyalarından TEC-in elmi tədqiqat proqramlarında, elmi tədqiqat işlərinin planının formalaşdırılmasında iştirakına dair təkliflər alır; həmin strukturlara tələbə elmi dərnəklərinin (gənc alimlər birliyinin) iю planını təqdim edir; universitetdənkənar təşkilat və müəssisələrdən informasiya və metodiki materiallar əldə edir və s.

Yüklə 154,94 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin