ÖZÜNÜTƏHLİLİn nəTİCƏLƏRİ haqqinda hesabat müəssisə haqqında qısa məlumat Təhsil müəssisəsinin adı


Universitetin verdiyi diplomların başqa ölkələrdə tanınması üçün məzunlara Bolonya prosesinin tələblərinə uyğun diploma əlavələrin verilməsi



Yüklə 154,94 Kb.
səhifə33/35
tarix02.07.2022
ölçüsü154,94 Kb.
#62612
1   ...   27   28   29   30   31   32   33   34   35
Özünütəhlil hesabatı

8.2. Universitetin verdiyi diplomların başqa ölkələrdə tanınması üçün məzunlara Bolonya prosesinin tələblərinə uyğun diploma əlavələrin verilməsi.
Universitetin məzunlarının diplomları Boloniya prosesinin iştirakçıları olan ölkələrdə və Azərbaycan Respublikası hökümətinin digər dövlətlərin hökümətləri ilə təhsil sahəsində ikitərəfli müqavilə bağladığı ölkələrdə tanınır.
Tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri və qiymətləri (rəqəm və hərflərlə) özündə əks etdirən sənəd- akademik transkript bütün tələbələrə istənilən vaxt verilir. Bu sənədlər tələbələr xarici ölkələrin ali məktəblərində təhsil alarkən müəssisələr tərəfindən qəbul olunur. Mübadilə proqramı ilə təhsilinin bir hissəsini xarici ölkədə davam edən tələbələrin oradan qazandığı kreditlərin qayıtdıqdan sonra müəssisədə tanınma mexanizmi haqqında onu qeyd etmək lazımdır ki, tələbələrin fərdi tədris planlarındakı fənlər üzrə qazandığı kreditlər müqayisə olunur .Əgər qazanılan kreditlər və fənnin məzmunu uyğun gəlirsə, onda tələbə tədris planında nəzərdə tutulan fənn üzrə kredit qazanmış hesab olunur. Əks təqdirdə tələbənin həmin fənn üzrə yenidən krediti qazanması tələb olunur və tələbənin öz razılığı əsasında həmin fənləri təkrar dinləyir.


8.3. Beynəlxalq proqramlarda iştirak.
Universitet bir sıra beynəlxalq layihələrdə iştirak etmiş və beynəlxalq əlaqələrini daha da genişləndirmişdir.
Universitetin 02 dekabr 2016-cı il və 25 dekabr 2017-cı il tarixlərində Avropa İttifaqının “Erasmus+” proqramı ilə bağlı təşkil olunmuş (Info Day)“ Məlumatlandırma günlərində iştirakı təmin edilmişdir.
3-4 oktyabr 2017-ci il tarixlərində Avropa İttifaqının təşkilatçılığı ilə TAİEX proqramı çərçivəsində “Ali məktəblərdə daxili keyfiyyətin artırılmasına dəstək” adlı seminarda universitetimizin əməkdaşları iştirak edərək yeni strategiya və planlarla tanış olmuşlar.
8.4. Universitetdə başqa ölkə vətəndaşlarının təhsil alması.
XXX Universitetində təhsil alan əcnəbi tələbələrin sayının artırılması məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir:

  • Universitetin internet səhifəsi azərbaycan dili ilə yanaşı rus və ingilis dilinə tərcümə olunur;

  • Təbliğat-təşviqat materialları kağız və elektron formalarda müvafiq ölkələrin xaricdə təhsil üzrə mərkəzlərinə, əlaqələndirici qurumlara göndərilir;

  • Universitetdə təhsil almaq istəyən əcnəbi tələbələr üçün münbit təhsil şəraiti yaradılır

  • Beynəlxalq, respublika və şəhər səviyyəsində keçirilən tədbirlərdə iştirak və s.


Yüklə 154,94 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin