4.5. Tədris prosesində yeni informasiya texnologiyalarının və hesablama texnikasının tətbiqi. Tədris prosesində təlimin keyfiyyətinin artırılması məqsədilə tətbiq olunan interaktiv metodlarından istifadə zamanı İnformasiya-kommunikasiya texnologiyalarının və digər vasitələr əhəmiyyətli rol oynayır. İnformasiya-kommunikasiya texnologiyalarının tədris prosesinə tətbiqi müxtəlif dərs formalarının həyata keçirilməsinə və onların istifadə olunması üçün pedaqoji şərtlərin formalaşdırılmasına imkan vermişdir.
XXX Universitetinin 7 auditoriyasında proyektor, 4 auditoriyada isə elektron lövhə quraşdırılmışdır. Laboratoriya otaqları kompüterlərlə təchiz edilmiş, bütün otaqlar yüksək sürətli internet xəttinə (fiber optic xətt) birləşdirilmişdir. Kitabxana əlavə kompyuterlər və proyektorla təchiz edilmiş, tələbələrin daim internetdən istifadə etməsi üçün tam şərait yaradılmışdır. Tədrisdə istifadə olunan mühazirə materialları elektron formada kitabxanada yerləşdirilmişdir.
Universitetin Azərbaycan Təhsil İnformasiya Sisteminə qoşulmağı tədrisin keyfiyyətini daha da artırmışdır. Elektron jurnalın yaradılması, elektron kitabxana, məlumatların elektron ötürülməsi, fənn qruplarının onlayn rejimdə yaradılması, mərkəzi hesabat sistemi və s. bu sistemin üstünlüklərindən xəbər verir.
Beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsinə gədikdə universitetimiz "Thomson Reuters InCites™" dünya ali təhsil müəssisələri və elmi dairələrinin fəaliyyətinin məhsuldarlığını təhlil etmək imkanı verən elmi tədqiqatların qiymətləndirmə təşkilatının bazasına çıxışı mümkündür. Hazırda "InCites™" platforması dünyanın 7000-dən artıq tanınmış universiteti, tədqiqat institutu, dövlət qurumu və şirkəti tərəfindən istifadə olunur.
Azərbaycanın 40 ali təhsil müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında dünyada məşhur elmi istinad indeksi olan "Thomson Reuters Web of Science®" platformasına ("Science Citation Index Expanded®" (Təbiət elmləri üzrə məlumat bazası), "Social Sciences Citation Index®" (İctimai elmlər üzrə məlumat bazası), "Arts and Humanities Citation Index®" (İncəsənət və humanitar elmlər üzrə məlumat bazası), "Conference Proceedings Citation Index®" (Konfrans, konvensiya, simpozium, kollokvium və "dəyirmi masa"ların materialları üzrə məlumat bazası), eləcə də şirkətin əsas məhsulu olan "Thomson Reuters InCites™" bazasına tam çıxış əldə edibdir.
Hesablmalara görə bakalavriat və magistratura səviyyələri üzrə təhsil alan hər 100 tələbəyə 10 kompyuter düşür. Universitetdə kompyuter avadanlıqlarının sayı barədə məlumatlar aşağıdakı cədvəldə verilmişdir.