3.12. Son beş il ərzində universiteti bitirənlərin (dövlət sifarişi ilə və ödənişli əsaslarla) nəticələrinn təhlili. Son beş ildə universiteti 1538 nəfər məzun, o cümlədən 228 nəfər dövlət sifarişli, 1310 nəfər ödənişli əsaslarla bitirmişdir.
Universitetin 270 tələbəsi (2013-cü ildə 22 nəfər, 2014-cü ildə 34 nəfər, 2015-ci ildə 38 nəfər, 2016-cı ildə 82 nəfər, 2017-ci ildə 94 nəfər) akademik borclar səbəbindən təhsillərini normativ təhsil müddətində, yəni dörd tədris ilində bitirə bilməmişlər. Normativ təhsil müddətindən sonra qalan tələbələrdən 1 nəfəri dövlət sifarişli, digərləri isə ödənişli əsaslarla təhsil alırlar.
Universitet məzunların ixtisas sahələri üzrə əmək bazarında rəqabətə davamlılığını və məşğulluğunu daim monitorinq edir. Universitetin məzunları sırasında ölkə üzrə istər dövlət qulluğu, istərsə özəl şirkətlərdə müxtəlif vəzifələrdə işləməsi onların rəqabətə davamlılığı haqqında müyyən ümidlər verir. Məzunların məşğulluğunun moitorinqi ilə bağlı son beş ildəki məlumat aşağıdakı cədvəldə verilib (qiyabi təhsil forması istisna edilməklə):