2.4. Universitetin idarə edilməsinin 4 funksiyasının (qiymətləndirmə, tənzimləmə, informasiya təminatı, nəzarət) həyata keçirilməsinin vəziyyəti. Ali Təhsil Müəssisəsinin idarə edilməsinin qiymətləndirməsi, tənzimlənməsi, informasiya təminatı və nəzarət funksiyasının həyata keçirilməsı lazımi səviyyədə təşkil olunmuşdur. Ali Təhsil Müəssisəsinin struktur bölmələrinin fəaliyyətini qiymətləndirmək və tənzimlənməni həyata keçirmək üçün monitorinqlər və sorğular sistemi işlənilir. Struktur bölmələrin fəaliyyətlərinin nəticələri Ali Təhsil Müəssisəsinin Elmi Şura iclaslarında müzakirə edilir və qiymətləndirilir.
Ali Təhsil Müəssisəsinin struktur bölmələri arasında fəaliyyətin tənzimlənməsi üçün tədris işləri, elmi işlər, tərbiyə işləri və ümumi işlər üzrə prorektorlar tərəfindən koordinasiya edilərək tənzimlənir, mütəmadi olaraq rektora və universitetin Elmi Şurasında məlumat verilir
Ali Təhsil Müəssisəsinin informasiya təminatının səmərəliliyini artırmaq məqsədi ilə daxili lokal şəbəkə yaradılmışdır. Ali Təhsil Müəssisəsinin adlı saytı fəaliyyət göstərir. Universitetin fəaliyyəti ilə əlaqədar bütün informasiyalar müvafiq struktur bölmələrə çatdırılır. Lakin qeyd etmək lazımdır ki, elektron sənəd dövriyyəsinin hələlik tətbiq edilməməsi bu işin daha yaxşı təşkil olunmamasına mane olur.
Ali Təhsil Müəssisəsində idarəetmənin nəzarət funksiyası keyfiyyətin təmin olunması məqsədilə Universitet Elmi Şurasının qəbul etdiyi qərarların yerinə yetirilməsinin, habelə nəticəyönümlü təlim prosesinə və maliyyə dayanıqlığının təmin olunmasına nəzarət mexanizmlərindən ibarətdir. Nəzarət funksiyası həmçinin universitetin strateji inkişaf məqsədlərinə çatmasının təmin edilməsi prosesidir. Bu funksiyanın həyata keçirilməsi məqsədilə hədəf göstəriciləri müəyyən edilir, faktiki əldə olunmuş nəticələrin bu göstəricilərlə müqayisəsi aparılır. Müvafiq stuktur bölmələri, məsələn, tədris şöbəsi tədris-metodiki işlərə, informasiya texnologiyaları mərkəzi informasiya-kommunikasiya texnologiyaları ilə təminata və elektron qeydiyyatın həyata keçirilməsinə nəzarət edir və s.
Təhsil müəssəsi qarşısında qoyulmuş məqsədə çatmaq üçün tədris məlumatlarının mütamadi toplanması həyata keçirilir. Toplanan məlumatlar təhlil edilir və alınan nəticələr birbaşa idarəetmə prosesinə tətbiq etmək üçün tövsiyə olunur. Nəzarət qiymətləndirməilə birbaşa əlaqədə olub, nəticə etibarı ilə universitetdə qarşıya qoyulmuş məqsədin təmin olunmasına xidmət edir. Universitetin idarəolunmasında bu funksiyaların tətbiqi prosesində əlaqələndirmə, tənzimləmə, qiymətləndirmə, informasiya təminatı kimi mexanizmlər də həyata keçirilir. Bu işlərin yerinə yetirilməsi idarəolunmanın səmərəliliyini artırır, nəticənin tətbiqini sürətləndirir.