§ 7. ELMİ-TEXNİKİ İNQİLAB VƏ TƏHSİL
PROSESİNDƏ ONUN NƏZƏRƏ ALINMASI
Artıq bir neçə ildir ki, orta məktəblərdə bütün fənlər üzrə dərslər
yeni proqram üzrə keçilir. Bu proqramlarda məktəb kursunun əsas
məzmunu xeyli dəyişdirilmiş, nisbətən müasirləşdirilmiş və
təkmilləşdirilmişdir. Xalq təsərrüfatının bütün sahələrində yaranmış
elmi-texniki inqilabda fizikanın rolu ilə şagirdləri yaxından tanış
etmək məsuliyyəti fənn müəlliminin üzərinə düşür.
Elmi-texniki inqilab hələ bəşəriyyət yaranan gündən indiyə qədər
birinci dəfədir ki, baş verir. Elmi-texniki tərəqqi isə bütün tarix boyu
olmuşdur. Biz istilik elektrik stansiyalarının iş prinsipini dəyişmədən
onda müəyyən təkmilləşmələr aparmaqla faydalı iş əmsalını bir qədər
artırırıqsa, bu elmi-texniki tərəqqidir. Əgər bu stansiyanın əvəzində
atom elektrik stansiyası yaradırıqsa, bu elmi-texniki inqilabdır. Çünki
atom yanacağına başqa istehsal sahələrində tələbat yoxdur. Istilik
elektrik stansiyalarında istifadə olunan yanacaq isə ən qiymətli
kimyəvi xammaldır.
Doğrudur, elmdə və texnikada bir-birindən fərqli vaxtlarda, ayrı-
ayrılıqda inqilab olmuşdur. Faradeyin elektromaqnit induksiyası
hadisəsini kəşf etməsi isə sonralar texnikada böyük inqilab yaratdı.
XX əsrin əvvəllərdə nisbillk nəzəriyyəsinin kəşfi də elmdə inqilab
yaratdı, lakin onun bəhrəsi, yüklü hissəciklərin sürətləndlrilməsində
bu prinsipdən istifadə olunması isə xeyli sonra həyata keçirildi.
Sürətləndiricilərin yaranması texniki inqilaba səbəb oldu. Eyni sözü
Kopernikin kəşfi, Mendeleyev cədvəli, kvant mexanikası və s. üçün də
demək olar.
Bütün sahələrdə yaranan elmi-texniki inqilabda fizika həmişə
həlledici rol oynamıldır. Radioastronomiyanın sürətlə inkişafı,
kosmik uçuşlar, atom sənayesi, molekulyar səviyyədə aparılan bioloji
tədqiqat illəri, genetikanın böyük nalliyyətləri, xalq təsərrüfatının
bütün sahələrində baş vermiş dərin çevrilşlər, texnoloji proseslərin
misli görünmə-
__________________Milli Kitabxana__________________
46
miş dorəçədə təkmilləşməsi, sənaYevə kənd təsərrü-fatıiın
avtomatlaşdırılması, mexanikləşdirşşə-si, bütün bunlar fnzika elminin
tə'siri nəticəsindz mümkun olmuşdur.
Fiziki metodların mudaxiləsi nəticosində indi bitki iə çanlı
orqanizmlər haqtıpdakı, onların həyat və fəaliyyəti, böyümə və inkişaf
prosesləri haqqında-kı təsovvurlər də kökündən doyipşişdir. Fnziki ci-
hazların köməyilo bitkilərlə insanlar arasında “ünsiyyət”
yaradılmışdır. Bitkilər, oqtlara hadsı gübrədən və nə qədər lazım
olduğunu, suvarmaya ehtiyaçları olub-olmadıqığı bu cihazlar
vasitəsilə mütəxəssislərə bildirir.
Fiziki çihazlar və metodlar təbabətdə dz böyuk dönuş yaratmışdır.
Diaqnostika və müalicə məqsədilə işlədilən aparatlar xeyli
dəqiqləşdirilmiqa və tək-milləşdirilmnşdir.
Daş xərçənki və bioloji korroziyanın sirlərinin açılmasında,
mikrobioloji texnikanın surətlə inkişaf etməsində də fizika mərkəzi
mövqe tutur.
Elektron və nüvə paramaqkit rezonansı üsulu ilə aparılan
tədqiqatlar, lazer texnikası, qamma karot-taj, meteoroloji və keoloji
tədqiqatlarıi dəqiqləş-məsi pətiçəsində planetimiz haqqında aldığımız
dürüst məlumatlar, telemexanika, biotelemetriya, elektron hesablayıçı
maşıilar da fizika elminin tə'sirn altında meydapa golmişdir.
Kommunizm quruçuları olan gənc noslin dünyagörüşundə,
fizikanın elmi-texniki inqilabdakı görkəmli rolu əsas yerlərdən birini
tutmalıdır. Texnikanın inkişafı, onu idarə edən adamların da
biliklərinin zənginləşməsinə, yeni cihaz və qurğuları idarə etməyi
bacarmasını tələb edir. Kənd təsərrüfatı məhsullarına olan tələbatı
ödəmək üçün təkcə torpaqşünaslığa aid texnikanın quruluşunu, iş
prinsipini və idarə olunmasını bilmək indiki dövrdə kifayət etmir.
Kənd təsərrüfatı mexanizatoru traktorun quruluşunu və necə işlədiyni
bilməklə bərabər,
__________________Milli Kitabxana__________________
47
torpağın, bitkiləri, mineral və üzvi gübrələrin xassələrini, gübrənin
torpağa verilməəsi üsullarını və s. də bilməlidir.
İstehsal proseslərb avtomatlaşdırıldıqça zehni və fiziki əmək
arasıydakı fərq də ortadan götürülür. Kənd təsərrüfatı məhsulları
istehsal edənlər sənaye məhsulları istehsal edənlərdən getdikcə daha
az fərqlənirlər. Bu isə zəhmətkeşlərin bilik səviyyəsinin sistematik
olaraq artmasını tələb edir.
Planlı təsərrüfat sisteminə malik sosialist ölkəmizdə bu tələbat
texnikayın inkişaf səviyyəsinə həmişə uyğun gəlir.
1939-cu ildz əhalinin hər min nəfərindən ancaq 123 nəfərinin ali
və ya orta təhsili var idi. 1975-c ildə isə bu rəqəm 751 nəfərə
çatmışdır.
Ölkəmizdə elə istehsal sahələri var ki, orada mützxəssislərin 80%-
dən çoxu ümumtəhsil və ya orta ixtisas təhsilinə arxalanaraq
müvəffəqiyyətlə işləyə bilərlər. Lakin bu mütəxəssislərin orta təhsil
səviyyəsi texniki inkişafdan geri qalmamalıdır.
Müasir dövrdə təhsil əməyin məhsuldar qüvvələrini artıran əsas bir
əlamət kimi özünü göstərir. Bu, elmi-texniki inqilabın təbii nəticəsidir.
Məhz buna görə də partiya və hökumətimiz gənclərin ümumi orta
təhsilinin səviyyəsini artırmağa xüsusi diqqət verir.
Doqquzuncu beşillikdə ümumi orta və orta ixtisas təhsilinin
Səviyyəsini artırmaq məqsədilə geniş proqram həyata keçirilmişdir.
Son illər ərzində fizika, kimya, biologiya və başqa təbiət
elmlərinin məzmunu yeni biliklərlə zənginləşmiş, bu slmlər arasındakı
əlaqə daha da inknşaf etmiş və dərinləşmişdir. Yeni məktəb
proqramlarında nəzəri bilikləri praktika ilə daha sıx bağlamağa,
politexnik biliklərin artırılmasına, şagirdlərin-yaradıçı fəallığının
yuksəldilməsinə və əmək tərbiyəsinin inkişafına xüsusi fikir
verilmişdir. Butün bu tədbirlərlə yanaşı, hazırda orta məktəbin yuxarı
siniflərində biliyi dərinləşdirən fakultativ kurslar da keçilir.
Təhsilin səviyyəsini elmi-texniki inqilaba uyğun vəziyyətə
çatdırmaq üçün bu tədbirlərin hamısı zəruridir, lakin hələ kafi deyil.
İndiki dövrdə necə öyrətmk problemidə olduqca vacibdir. Çünki,
adətən, tə-
__________________Milli Kitabxana__________________
48
dim metodikası elmin inkişaf səviyyəsindən geri qalır. Mövcud
metodikalar zamanın tələbini ödəmir. Bunların bir qismi köhnəlmiş,
digər qismi isə müasir tələblər səviyyəsində deyil.
Prinsipcə yeni təlim metodlarına ehtiyac gündən-günə artır.
Təcrübə göstərir ki, şagirdləri böyük zehni gərginlik tələb edən, onları
tədqiqat aparmağa sövq edən, yaradıcı fəallığa alışdıran təlim
metodları daha çox cəlb edir. Belə təlim, biliklərin dərindən dərk
edilməsinə, onların zavod sexlərində və ya kolxoz tarlalarında
bacarıqla və müvəffəqiyyətlə tətbiq edilməsi imkanlarının
artırılmasına, şagirdlərin müstəqil olaraq elmi-texniki nailiyyətləri
öyrənməyə alışmasına səbəb olur. Bu nöqteyi-nəzərdən orta məktəbdə
təbiət elmlərinin tədrisində inteqrasiyanı və koordinasiyanı inkişaf
etdirmək problemi xüsusi əhəmiyyət kəsb edir.
Məlumdur ki, hər bir proses və ya hadisənin inkişafının əsasını
əksliklərin vəhdəti və mübarizəsi təşkil edir. Bu, olduğu kimi müasir
təbiətəşünaslığa da aiddir. Çünki burada da vəhdət təşkil edən və bir-
birinə zidd olan iki istiqamət səciyyəvidir. Bunlardan biri, əvvəlcə
deyildiyi kimi, sintetik, ikincisi isə analitik istiqamətdir. Analitik
istiqamətdə yeni elm sahələri, yeni qanunauyğunluqlar kəşf olunur və
müəyyən mütəşəkkil şəklə düşən elm şaxələri əmələ gəlir, yəni elmdə
difsrensiasiya gedir. Yeni yaranmış elm sahələrinin tədqiqat obyekti
məhdudlaşır. Məktəb təcrübəsində bu, fənlər üzrə təlimdə özünü
göstərir. Elmlərin vəhdəti təlim prosesində də özünü büruzə
verməlidir. Məsələn, yaxşı oxuyan orta məktəb məzunlarından birinə
belə sual verilmişdir: toxumdan iri bir bitki əmələ gəlir, bu, enerjinin
və maddənin saxlanması qanununa zidd deyilmi? O, bitkinin
böyüməsi prosesilə əlaqədar olan bütün bioloji məsələləri düzgün
danışmış və enerjinin saxlanması qanununu da düzgün şərh etmişdir.
Lakin bunları üzvi surətdə əlaqələndirə bilməmişdir. Bircə onu qeyd
etmişdir ki, enerjinin və maddənin saxlanması qanunu ümumidir,
deməli bitkilər üçün də doğrudur. Bu suala düzgün cavab vermək
üçün nəinki kimyəvi və bioloji biliklər lazımdır, həm də bunlar
arasında müəyyən əlaqə yaratmağı da bacarmaq lazımdır.
__________________Milli Kitabxana__________________
49
elm və texnikanın tərəqqiyə maddi-texniki bazanın yaranması kimi
baxır. Müasir sənaye və kənd təsərrüfatı həmişəkindən daha çox elm
və texnikanın inkişafından asılıdır.
Hər bir müəllimin keyfiyyətli işi, yüksək bilik səviyyəsinə malik
dərin mühakimə aparmağı, biliklərini istehsalatın müxtəlif sahələrində
müvəffəqiyyətlə tətbiq etməyi bacaran gənclər yetişdirməkdir. Bu
məsul vəzifənin yerinə yetirilməsində təbiət elmlərinin əlaqəli şəkildə
öyrədilməsi probleminin həlli xüsusi rol oynayır.
II FƏSİL
ORTA MƏKTƏB KURSUNDA BİOFİZİKİ
TƏHSİLİN TƏKMİLLƏŞDİRİLMƏSİ
PROBLEMLƏRİ
§ 1. BİOFİZİKANIN İNKİŞAF TARİXİ
Biofizika ilk dəfə biologiya və fizikanın ümumi məsələlərini
öyrənən bir elm sahəsi kimi meydana gəlmişdir. Adətən, bu elmin
yaranma tarixini XVIII əsrin axırlarında iki məşhur italyan alimi
Qalvani və Volta arasında gedən, həm də uzun müddət davam edən
mübahisənin tarixi ilə bağlayırlar. Qalvani elektrikin ancaq canlı
orqanizmlərdə, Volta isə cansız təbiətdə əmələ gəldiyini iddia edirdi.
Lakin elmin sonrakı inkişafı göstərdi ki, elektrik həm canlı
orqanizmlərdə, həm də cansız təbiətdə yaranır. Beləliklə, bu tarixi
mübahisədə iştirak edən tərəflərin hər ikisi qalib gəldi. İndi elmə
çoxdan məlumdur ki, sinir lifi oyanmış haldadırsa, yəni ondan
mərkəzi sinir sisteminə siqnal verilirsə, bu, bilavasitə elektrik
cərəyanının keçməsilə əlaqədardır və bu cərəyanı xüsusi cihazların
köməyi ilə qeyd etmək olar. Həmin cə-
__________________Milli Kitabxana__________________
50
rəyanın gərginliyi indi voltlarla ölçülür. Voltanın kəşf etdiyi
cərəyandan isə indi cib fənəri batareyalarında istifadə edilir və onlara
qalvanik elementlər adı verilmişdir. Göründüyü kimi, sonrakı nəsillər
hər iki alimin adını əbədiləşdirməklə mübahisəyə obyektiv yekun
vurmuşdur.
Biofizikanın yaranma tarixinin bu qədər qədim hesab edilməsinə
baxmayaraq, o əsasən Böyük Vətən müharibəsindən sonra sürətlə
inkişaf etməyə başlamışdır. Hazırda biofizika elminin məşğul olduğu
məsələlər o qədər çoxalmışdır ki, onun indiki məzmunu heç əvvəlki
adına belə uyğun gəlmir. Biofizika indi özünü biologiya elmlərinin
inkişafına təkan verən hərəkətverici qüvvə kimi aparır. Müasir
biologiya molekulyar səviyyədə tədqiqat işi aparır. 1950-ci illərin
əvvəllərində biologiyada mühüm və böyük gələcəyi olan dəyişikliklər
baş verdi. Mühüm kəşflər və bununla əlaqədar olaraq aparılan nəzəri
ümumiləşmələr həyat haqqındakı elmə münasibətin kökündən
dəyişməsinə, bir sıra yeni elm sahələrinin yaranmasına və xüsusilə,
molekulyar biologiya və molekulyar genetikanın sürətlə inkişafına
səbəb oldu. Fiziki və fiziki-kimyəvi metodlar, təsəvvürlər, fikirlər
nəzəri və eksperimental biologiyaya nüfuz edərək biofizika və
biokimyanın inkişafını daha da sürətləndirmək üçün əlverişli şərait
yaratdı. Fiziklər, riyaziyyatçılar və kimyaçılar bioloji problemlərin
həllində fəal iştirak etdilər.
Bu, biologiyanın yeni mərhələdə inkişafı üçün böyük təkan idi.
Ikinci mühüm təkan, kənd təsərrüfatı, təbabət və bioloji sənayenin
tələblərilə əlaqədar olaraq yarandı. Sənaye miqyasında vitaminlər,
fermentlər, antibiotiklər, amin turşuları və zülallar əlınmasına olan
ehtiyac bioloji sənayenin sürətlə inkişaf etməsini tələb edirdi.
Biofizika institutu indi biofizika sahəsində aparılan tədqiqat işlərində,
Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) üzrə əməkdaşlıq edən bütün
sosialist ölkələri üçün koordinasiya mərkəzi hesab olunur. İnteqrasiya
proqramının həyata keçirilməsində yüz elmi tədqiqat müəssisəsi və
kafedralar iştirak edir ki, bunlardan 19 -u ancaq
__________________Milli Kitabxana__________________
51
Rusiyadadır. Planlaşdırmada əsas yeri beynəlxalq elmi əməkdaşlıq,
əməyin beynəlxalq bölgüsü və biofizika sahəsində inteqrasiyanın
inkişaf etdirilməsi tutur. Hazırda institutun işləyib hazırladığı bir sıra
metodlar müvəffəqiyyətlə xalq təsərrüfatında geniş tətbiq olunur.
Məsələn, kənd təsərrüfatı heyvanlarına infraqırmızı və ultrabənövşəyi
şüalanma ilə təsir edərək onların məhsuldarlığını və alınan məhsulun
keyfiyyətini artırmaq məqsədilə hazırlanmış metod indi
müvəffəqiyyətlə tətbiq olunur. Bunun kimi də bəzi dənli bitkilərin
toxumalarının səpinqabağı, az dozalı yumşaq qamma-şüalarla
şüalandırılması da müvəffəqiyyətlə tətbiq olunur. Bu metod taxıl tipli
bitkilərin məhsuldarlığını artırmağa, məhsulun keyfiyyətini
yaxşılaşdırmağa və yetişmə vaxtını azaltmağa imkan verir.
Qırğızıstan, Qazaxıstan və Moldaviyada həmin metodun tətbiqi 10—
12% artıq taxıl götürməyə imkan vermişdir. Biofizika institutunun
yaranmasından cəmi 25 il keçməsinə baxmayaraq bu institutun
nailiyyətləri və şöhrəti bütün dünyaya yayılmışdır.
Bu iailiyyətlər öz əksini məktəb kursunda da tapmalıdır. Çünki
sovet ümumtəhsil məktəblərinin vəzifəsi geniş biliklərə malik,
hərtərəfli inkişaf etmiş gənclər yetişdirməkdir. Bu isə məktəb
kursunun daim qəkmilləşdiririlməsini, elm və texeikanın son
vəziyyətinə yaxınlaşdırılmasını tələb edir. Bundan əlavə, son vaxtlar,
şagirdlərdə dünyagörüşünün yaradılmasında təbiət elmlərinin
nüfuzunun və rolunun da artdığını qeyd etsək, biofizika elementlərinin
məktəb kursuna daxil edilməsinin nə qədər zəruri olduğunu görərik.
Hər bir müəllim elmin nəbzini tutmağı bacarmalı, onun inkişaf
tərzi haqqında düzgün təsəvvürə malik olmalıdır.
Hazırda partiya və hökumətimiz biologiya elmlərinin tərəqqisinə
xüsusi fikir verir. Molekulyar biologiya və molekulyar genetikanın
inkişaf sürətini artırmaq və onların nailiyyətlərindən xalq
təsərrüfatında istifadə etmək tədbirləri haqqında qanun qəbul
edilmişdir. Elmin bu sahəsindəki görkəmli kəşflərin kənd təsərrüfatı,
tə-
__________________Milli Kitabxana__________________
52
babət və bir sıra sənaye sahələrinin inkişafı üçün böyük əhəmiyyəti
vardır. Hər bir gələcək alim və ya mütəxəssis təbiətin sirlərini açmaq
yolunda ilk təkanı, başlanğıc impulsu orta məktəbdə alır. Çox vaxt
onların aldığı biliyin bu və ya başqa bir hissəsi bütün həyatları boyu
öz təsirini göstərir və hətta, yaradıcılıq imkanlarını ən yaxşı şəkildə
açıldığı istiqamətə yönəldir. Bunu nəzərə alaraq tədris prosesini elə
şəkildə aparmaq ləzımdır ki, məktəb kursunun əsas fənni, fizika,
kimya, biologiya və s. kimi ayrı-ayrı fənlər deyil, bütövlükdə
götürülmüş təbiətşünaslıq olsun.
§ 2. MƏKTƏB KURSUNDA BİOFİZİKA
Elmi-texniki inqilab informasiyaların miqdarını o qədər artırmışdır
ki, bunu artıq bir nəfərin qəbul etməsi imkan xaricindədir. Ona görə
də indi hər bir alim müəyyən tədqiqat sahəsində özünü
məhdudlaşdırmışdır. O, bəzən qonşu otaqda nə iş görüldüyü ilə heç
maraqlanmır və ya buna imkan tapa bilmir. Beləliklə, dar ixtisaslı
mütəxəssislər, məsələn, fizik -akustik, həkim—kardioqraf, bioloq—
ixtioloq və s. yetişir. Bu isə mütəşəkkil şəklə düşmüş ayrı-ayrı bilik
sahələri arasında «boşluqlar», «sahibsiz ərazilər» yaranmasına səbəb
olur. Bu onu göstərir ki, ixtisasın getdikcə daralması müxtəlif bilik
sahələri arasındakı üzvi əlaqəni sarsıdır, elmin kompleks inkişafına
mane olur. Kibernetikanın atası sayılan Norbert Viner həmişə
ixtasasın getdikcə daralmasını elmin inkişafı üçün böyük bir fəlakət
hesab etmişdir. O özü riyaziyyatçı olmasına baxmayaraq, biologiya,
təbabət, fiziologiya, fizika, elektronika və bir sıra başqa elmlərlə
həmişə maraqlanmışdır. O həmişə çalışmışdır ki, müasir elmin ümumi
məsələlərinin həlli üçün sintetik yollar araşdırılıb müəyyən edilsin.
Ancaq bu yolla elmdəki «sahibsiz» əraziləri aradan qaldırmaq olar,
«boş yerlər» isə biofizika, bionika, kibernetika, radiobiologiya,
bioritmologiya, heliobiologiya, aqrofizika, biogeokimya, biogeofizika,
maqnitobiologiya və bir sıra başqa sintetik elmlərin biliklərilə dolar.
Elmin son illərdəki inkişaf tarixi belə bir yanaşmanın doğru olduğunu
təs-
__________________Milli Kitabxana__________________
53
diq etdi. Onu göstərmək kifayətdir ki, müasir kəşflərin əksəriyyəti iki
və daha çox elmlərin qovuşduğu yerdə baş verir. Deməli, sintetik
elmlərin inkişafı ixtisasın daralmasına mane olur. Hələ vaxtilə
Radişev «Peterburqdan Moskvaya səyahət» əsərində öz obrazlarının
dililə ixtisasın daralmasına istehza etmişdir. Xəstə həkimə şikayət
edərək sağ burun deşiyində iltihab prosesi olduğunu bildirir. Həkim
isə xəstəyə: Mən sol burun deşiyi iltihabını müalicə edən həkiməm, N
isə Volqa sahilində yaşayır, siz gedin oraya və ona sağ burun deşiyi
iltihabını müalicə edən həkim muraciət edin, deyir.
Son illərin elmi nailiyyətləri göstərir ki, fizika, kimya, elektronika,
riyaziyyat və s. kimi dəqiq elmlərin biologiyaya müdaxiləsi nəinki
bioloji elmlərin üfüqlərini xeyli genişləndirmiş, həm də onu keyfiyyət
elmindən kəmiyyət elminə çevirmişdir. Biologiya lap yaxın keçmişdə
təcrübə və müşahidələr nəticəsində toplanmış faktları qeyd etməklə
kifayətlənərdi. Indi isə müasir biologiya kitablarının səhifələrində
düsturlara, qrafik təsvirlərə, qanunauyğunluqlara tez-tez rast gəlmək
olur. Fiziki təsəvvürlərin, ideyaların, qanunların və metodların
biologiyaya hərtərəfli nüfuz etməsi nəticəsində indi yeni mütəxəssislər
yetişir. Eyni zamada dəqiq elmlər üçün yeni tədqiqat obyektləri
yaranır, onlar özü inkişaf edir, təkmilləşir və imkanlarını artırır. Canlı
orqanizmlərdə baş verən bütün bioloji proseslər fiziki hadisələrlə
müşayiət olunur. Bu hadisələr fiziki cihazların köməyi ilə tez və
asanlıqla qeydə alına bilir, bioloji hadisələri isə qeydə almaq olmur.
Ona görə də hər bir bioloji hadisənin fiziki tərəfini öyrənməklə onun
əmələ gəlmə mexanizmi və təbiəti haqqında müəyyən mühakimə
aparılır.
Elmi-texniki tərəqqi təbabətin bir sıra mürəkkəb məsələlərini
dərindən öyrənmək və həll etmək üçün zəngin imkanlar yaratmışdır.
Insan orqanizmində baş verən prossslərin dərinliklərinə girmək,
onların sirlərin və əsas xüsusiyyətlərini aşkar etmək, əmələ gəlmə
səbəblərini və mexanizmlərini aydınlaşdırmaq mümkün olmuşdur.
Bütün bu nailiyyətlərin əldə edilməsində müxtəlif elm sahələrinin bir-
birilə əlaqəsi və qarşılıqlı təsiri əsas yer tutmuşdur. Bu elmlər heç
__________________Milli Kitabxana__________________
54
vaxt bir-birindən təcrid edilməmişdir. Çünki canlı və cansız təbiət
haqqında elm yeganədir. Son zamanlar məktəb kursunu təşkil edən
təbiət elmlərinin demək olar ki, hamısının məzmununda biofizika
elmi xususilə mövqe tutmağau müvəffəq olmuşdur. Bu elmin
nailiyyətləri təbiət elmlərinin yeni mərhələdəki inkişafını
səciyyələndirir. Bunu nəzərə alaraq təbiət elmlərinin əlaqəli şəkildə
öyrənilməsinin müvəffəqiyətlə həyata keçirilməsi üçun biofizikanın
nailiyyətlərindən istifadə etmək vacibdir.
Biofizika elmindən indi molekulyar səviyyədə tədqiqat aparan bir
sıra yeni elm sahələri ayrılmışdı
Əlbəttə, bunların hamısını orta məktəb kursuna daxil etmək
mümkün deyil və buna ehtiyac da yoxdur. Lakin fizika, kimya və
biologiya fənlərinin tədrisinə verilən saatları ixtisar etmədən və
onların proqramında heç bir dəyişiklik aparmadan adekvat və bir-
birini tamamlayan mövzuların tədrisinə biofizikanın bəzi
elementlərini daxil etmək mümkündür. Bu bir tərəfdən həmin
fənlərin tədrisini müasirləşdirər, elmin son nailiyyətləri ilə
ayaqlaşmağa məcbur edər, tədrisin keyfiyyətini artırar, onu daha
maraqlı şəklə salar, fənlərarası əlaqəni inkişaf etdirər, digər tərəfdən
də şagirdlərin umumi dunyagörüşü artar, elmlər haqqında onlarda
tam təsəvvür yaranar və gələcəkdə düzgün ixtisas seçməkdə onlara
yaxından kömək göstərər.
Biofiziki təhsil elementlərinin kimya-biologiya təmayüllü
məktəblərdə keçilməsi daha vacibdir. Həmin məktəblərdə fizikanın
özünün tədrisini biofiziki təmayüldə aparmaq uçün imkanlar orta
təhsil məktəblərinə nisbətən daha çoxdur. Kimya-biologiya təmayüllü
5 №-li respublika internat məktəbinin fizika müəllimləri bu
imkanlardan müvəffəqiyyətlə istifadə edirlər. Onlar kimya və
biologiya müəllimləri ilə sıx əlaqə saxlayır və hər bir mövzunun
tədrisini canlı orqanizmlərdə baş verən kimyəvi-bioloji proseslərlə
əlaqələndirirlər. Məktəbdə müasir avadanlıqla təchiz edilmiş və
avtomatlaşdırılmış iki fizika kabineti vardır. Fizika dərsləri
müntəzəm olaraq nümayiş təcrübələri ilə və öz vaxtında
laboratoriya işlərinin yerinə yetirilməsi ilə aparılır. Şagirdlərin
biliklərini yoxlamağa sərf olunan vaxta qənaət
__________________Milli Kitabxana__________________
55
etmək məqsədilə müəllimlər sorğunu «oqonyok» cihazı ilə də
aparırlar. Məktəbdə kimya və biologiya dərsləri daha yüksək
səviyyədə keçir. Burada olduqca zəngin kimya və biologiya
kabinetləri, xüsusi canlı guşə vardır. Bütün bunlar məktəbin kollektiv
əməyinin nəticəsindəyaranmışdır.
Şagirdlərə biofiziki təhsilin verilməsində bu məktəbin işi,
həqiqətən, təqdirəlayiqdir. Təsadüfi deyil ki, həmin məktəbi qurtaran
şagirdlər müvəffəqiyyətlə Azərbaycan Tibb İnstitutuna, universitetin
biologiya və kimya fakültələrinə daxil ola bilirlər.
Fizika dərslərində müxtəlif tarixi epizodlardan söhbət açmaqla da
şagirdlərin diqqətini biofiziki məsələyə yönəltmək olar. Məsələn,
hazırda dünyanın hər yerində Bernar cərəyanından miqren, nevralgiya
və bir-sıra başqa xəstəliyə tutulmuş adamların müalicəsində istifadə
olunur. Fransız alimi Bernarın tibb fizikası laboratoriyasında xidmət
edən işçilərdən biri öz bədənində sabit cərəyan verən aparatın təsirini
yoxlayarkən, o, cərəyan keçən yerdə əvvəllər xoşa gəlməyən
qıcıqlanma hiss etdiyi halda, indi həmin yerdə müsbət təsir bağışlayan
titrəyiş hiss edir. Bunun səbəbini öyrənmək üçün cihazın elektrik
dövrəsini diqqətlə nəzərdən keçirirlər və məlum olur ki, pis
lehimləndiyi üçün elektrik süzgəcinin kondensatoru dövrədən kənarda
qalmışdır. Ona görə də generator sabit cərəyan əvəzinə, qiyməti
periodik olaraq artıb-azalan dalğaşəkilli cərəyan verirmiş. Belə
cərəyanın isə ağrını kəsmək və xəstəni sakitləşdirmək xassəsi varmış.
Həmin vaxtdan başlayaraq alçaq tezlikli düzləndirilmiş sinusoidal
cərəyandan təbabətdə geniş istifadə olunur.
Elmə çoxdan məlumdur ki, maqnit və elektrik sahələri insanlara,
heyvanlara və bitkilərə müəyyən təsir göstərir.
Bu təsirin fiziki tərəfini təxminən belə izah etmək olar. Hüceyrə
daxilindəki dipolaoxşar su molekulları xarici maqnit və ya elektrik
sahəsinin təsiri ilə öz vəziyyətlərini dəyişir ki, bu da oradakı kimyəvi
reaksiyaların gedişinə, nəhayət, toxumaların bioloji halının
dəyişməsinə, nəticədə isə sinir sisteminə öz təsirini göstərir.
__________________Milli Kitabxana__________________
56
Kimya elminin və kimya sənayesinin fövqəladə böyük
müvəffəqiyyətlərinə baxmayaraq, hələ indiyə qədər canlı təbiətdə baş
verən bir sıra kimyəvi prosesləri laboratoriya şəraitində almaq
mümkün olmamışdır. Canlı təbiətdəki kimyəvi reaksiyalar ətraf
mühitin temperaturuna yaxın aşağı temperaturlarda, su muhitində
böyük sürətlə baş verdiyi halda, sənaye miqyasında bunlar yüksək
temperatur və təzyiqlərdə həyata keçirilir. Orqanizmdəki kimyəvi
reaksiyalar ətraf mühiti çirkləndirmir. Bir canlının həyat-fəaliyyət
məhsulu başqası tərəfindən tamamilə istifadə olunur və təbiətdəki
müvazinəti pozmur. Biokimyəvi reaksiyaların bu xüsusiyyətləri son
zamanlar alimlərimizin diqqətini daha çox özünə cəlb edir və onlar
sənaye istehsalı proseslərini həmin əsasda həyata keçirmək üçün
səy göstərirlər.
Dostları ilə paylaş: |