P. paşayev təBİƏt elmləRİNİN ƏlaqəLİ ÖYRƏNİLMƏSİ


§ 6. FƏNLƏRLRASI ƏLAQƏNİN POLİTEXNİK TƏHSİL



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix18.01.2017
ölçüsü0,92 Mb.
#5823
1   2   3   4   5   6   7   8
§ 6. FƏNLƏRLRASI ƏLAQƏNİN POLİTEXNİK TƏHSİL 
VƏ QANUNLARIN TƏTBİQİNİN ŞAGİRDLƏRƏ DƏRK 
ETDİRİLMƏSİ ÜÇÜN ƏHƏMİYYƏTİ 
 
Politexnik təhsilin  əsas ideyası    şəxsiyyətin hərtərəfli inkişaf 
etməsintdə politexnik təhsil böyük rol oynayır. 
Təlim prosesində politexnizmi   həyata keçirmək ideyasını inkişaf 
etdirmiş  və bu məqsədlə  sənayenin  əsaslarını öyrənməyi nəzərdə 
tutmuşdur. 
  

__________________Milli Kitabxana__________________ 
31 
 
Politexnik təhsil haqqındakı tezislərə düzəliş verilərək və onu 
konkretləşdirərək məktəb təhsilində politexnizmi həyata keçirməkdə 
əsas istiqamət  şagirdlərin elektriklə, onun mexanika və kimya 
sənayesində  tətbiqlərilə tanışlıq, aqronomiyanın  əsaslarını öyrənmək 
olmalıdır. 
Politexnik təhsilin sonrakı inkişaf prosesi, sənaye və  kənd 
təsərrüfatının tələblərinə uyğun  şəkildə davam etmiş, bunu həyata 
keçirməyin  əsas yolları  və formaları görkəmli sovet pedaqoqları 
tərəfindən işlənib hazırlanmışdır. 
Politexnik təhsilin məzmununda əsas yeri fizika, kimya, biologiya 
kimi təbiət elmlərinin istehsalatla əlaqəsi tutur. Şagirdlərin politexniki 
təhsilinin təkmilləşdirnlməsində  təkcə bir fənnin yox, fənlər 
kompleksknin istehsalatla bağlanması  həlledici rol oynayır. Məktəb 
fənlərinin sənaye və  kənd təsərrüfatı ilə  əlaqəsi politexnik təhsilin 
əsasını  təşkil edir. Müasir sənaye və  kənd təsərrüfatının 
avtomatlaşdırılması  və mexanikləşdirilməsi, olduqca mürəkkəb 
istehsal və texnoloji proseslər, ümumtəhsil fənlərinin dərindən 
öyrənilməsi  şəraitində düzgün idarə -oluna bilər. Ona görə  də  tədris 
prosesində hər bir istehsal obyektinə məxsus müxtəlif fənlər arasında 
əlaqə yaratmağa da xüsusi fikir verilir. Məsələn,  şagirdlərə  bərk 
cisimlər mövzusunu öyrədərkən onları ölkəmizdəki-çuğun, polad, 
alüminium və s. istehsalı ilə tanış etmək lazımdır. Həmin istehsal 
obyektlərində təkcə fizika yox, başqa elmlərin də, məsələn, kimyanın 
da böyük rolu olduğundan burada fizika ilə kimya arasındakı əlaqə də 
dərhal nəzərə çarpır. Beləliklə, burada fizika ilə istehsalat, kimya ilə 
istehsalat və başlıca olaraq fizika ilə kimya arasındakı  əlaqə 
öyrənilməklə yanaşı şagirdlərin politexnik təhsilləri də təkmilləşir. 
Məlumdur ki, hər bir istehsalat sahəsində  əsas yerlərdən birini 
energetika tutur. Təbiət fənlərinin Məktəb kursundakı enerji anlayışı 
haqqında  şagirdlərin aldığı biliklər isə getdikcə  zənginləşir. Xüsusilə 
fizika və kimya kurslarında bu anlayışa aid faktlar daha çoxdur. Bu 
nöqteyi-nəzərdən  şagirdlərin istehsalata ekskursiyalarını fizika   və 
kimya   müəl- 
 
 
  

__________________Milli Kitabxana__________________ 
32 
 
limlərinin birgə təşkil etməsi daha məqsədəuyğundur.  
Bu cür kompleks ekskursiyalar daha faydalı olur. Xalq 
təsərrüfatının müxtəlif sahələrində enerjidən istifadə olunması faktını 
əsas tutaraq fizika və kimya müəllimi butün kursun tədrisi üzrə 
sistematik əlaqə saxlaya bilir. 
Qalvanik elementlərdə, akkumulyatorlarda, istilik elementlərində 
alınan, yanma və partlayış proseslərində  ayrılan ekerjidən, nüvə 
enerjisindən və s. istifadə olunması xalq təsərrüfatının müxtəlif 
sahələrində geniş yayılır. 
Nəqliyyat, süni peyklər, kosmik raketlər, metalların  kəsilməsi, 
yonulması,  əridilməsi, qaynaq edilməsi və  s.  enerji  sərf edilməsilə 
əlaqədardır. Bu nöqteyi nəzərdən müxtəlif istehsalat sahələrinə təşkil 
edilmiş ekskursiyalar da politexnik təhsili inkişaf etdirməklə yanaşı, 
fənlərarası əlaqənin də dərinləşməsinə kömək edir. 
Sənaye və kənd təsərrüfatı obyektlərinə ekskursiayalar şagirdlərin 
politexnik təhsilinin ayrılmaz bir hissəsidir. 
Hər bir istehsalat obyektində müxtəlif məktəb fənlərinə aid hadisə 
və ya proseslər, cihaz və ya qurğular tapmaq olar. Başqa sözlə desək, 
ekskursiya obyekti, müxtəlif fənlərdə öyrədilən qanunauyğunluqların 
umumi yığımı ilə səciyyələnir. Ona görə də belə obyektlərə təkcə bir 
fənn müəlliminin təşkil etdiyi ekskursiya 1 o qədər də  səmərəli ola 
bilməz. Çünki, bu halda obyektdəki məsələlərin ancaq bir tərəfi 
şagirdlərə aydın olar, qalan cəhətlər isə kölgədə qalar. 
Bu nöqteyi-nəzərdən bir neçə fənn müəlliminin birgə təşkil etdiyi 
ekskursiya daha çox fayda verir və obyekt haqqında  şagirdlərdə tam 
təsəvvür yaradır. Obyekt haqqında verilən məlumat eyni zamanda 
fənlər arası əlaqənin də açılması üçün şərait yaradır. 
Əmək və politexnik vərdişləri formalaşmasında da fənlərarası 
əlaqə  əvəz edilməz rol oynayır.  Şagirdlər  əmək vərdişlərinin 
elementlərini bir çox y fənlərin tədrisi zamanı qazanırlar. Müxtəlif 
fənlərin tədrisi prosesində şagirdlərə aşılanan əmək vərdişləri nizama 
salınır. Adətən, müxtəlif praktiki məşğələlərdə  əmək tapşırıqları 
tədricən çətinləşdirilir. Məsələn, riyaziyyat dərslərində şagirdlər sa- 
 
 
  

__________________Milli Kitabxana__________________ 
33 
 
lar, metr, ruletka, pərgar və s. ölçmələr aparırlar. Sonra bu bacarıqdan  
kənd təsərrüfat  əməyi dərslərində istifadə edirlər. Fizika dərslərində 
bu ölçmələr daha da dəqiqləşir   və mikrometr, ştankenpərgər və s. 
kimi yeni alətlərdən istifadə olunur. 
Fiziki kəmiyyətlərin ölçülməsilə  məşğul olarkən, çalışmaq 
lazımdır ki, şagirdlər   bir üsulla ölçmə aparmaqla kifayətlənməsinlər. 
Məsələn, havanın rütubətini fiziki və kimyəvi üsullarla ölçmək olar. 
Fiziki usülla tük hiqrometri, psixrometr, Lambrext hiqrometri kimyəvi 
üsulda isə həcmi məlum olan kolbadakı havanı içərisi kalsium-xloridlə 
doldurulmuş borudan keçirməklə  və bu zaman kalsium-xloridin 
çəkisinin dəyişməsini təyin etməklə, yaxud da müəyyən həcmli sulfat 
turşusunun udduğu suyun kütləsinə   görə hesablanır.  Bu üsullardan 
hansını həyata keçirmək üçün əlverişli şərait və geniş imkanlar varsa, 
onu da əsas götürmək olar. 
Fənlərarası  əlaqədən istifadə edərək  şagirdlərin  əmək bacarığı  və 
vərdişlərini inkişaf etdirməkdə  tədris emalatxanalarında və 
məktəbyanı  təcrübə sahələrində görülən işlər böyük rol oynayır. 
Eskizlərin oxunması, texniki çertyojların hazırlanması, müxtəlif 
detallar kəsmək, yonmaq, ölçmə  işləri aparmaq, cihaz düzəltmək, 
layihə hazırlamaq və s. şagirdlərin fizika, riyaziyyat, rəsmxət və digər 
dərslərdəki hazırlığından sonra mümkün olur. 
Şagirdlər fənn dərnəklərində  əyani vasitələr hazırlamaqla yanaşı, 
əmək dərslərində aldıqları bacarıq və  vərdişləri də inkişaf etdirir və 
möhkəmləndirirlər. 
Marif sisteminin və peşə hazırlığının daim təmilləşdirilməsi 
həmişə öndə olmalıdır. Bu, xüsusilə indi elmi-texniki inqilab 
şəraitində çox vacibdir. Bu baxımdan orta məktəb kursunun əsas 
hissəsini təşkil edən təbiət elmlərinin tədrisi metodlarının müasir 
tələblərə uyğunlaşdırılması xüsusi    əhəmiyyət        kəsb kəsb edir. 
Biologiya, kimya, astronomiya, coğrafiya kimi təbiət elmlərinin 
tədrisini fiziki anlayışlar, ideyalar və qanunların köməyi ilə daha 
yüksək səviyyədə təş- 
 

__________________Milli Kitabxana__________________ 
34 
 
kil etmək, şagirdlərin təfəkkürünün xarakterini dəyişmək, onlarda yeni 
düşünmə   formaları        aşılamaq, öyrədilən materialın yaxşı 
mənimsənilməsini və yadda qalmasını  təmin etmək olur. Belə 
məsələlərin həllində biofizikanın nailiyyətləri böyük    rol oynayır. 
Doğrudur, politexnik təhsil kimi biofizika da ayrıca bir fənn kimi 
məktəb kursuna daxil deyil, lakin təbiət elmlərinin hamısının 
məzmununda biofizika müstəqil bir mövqe tutur. Həmin fənlərin əhatə 
etdiyi elə bir məsələ yoxdur ki, bu və ya başqa bir şəkildə biofizika ilə 
əlaqədar olmasın. Ona görə  də biofizika   elmi və onun metodları 
təbiət elmlərinin inteqrasiyasını inkişaf etdirən bir vasitə kimi özünü 
göstərir. 
Canlı orqanizmlərdə baş verən prossslər nə qədər mürəkkəb və bir-
biri ilə sıx əlaqədə olsa da, onlar içərisində fiziki proseslərə yaxın və 
ya ona gətirilə bilən proseslər göstərmək mümkündür. Məsələn, qan 
dövranı kimi mürəkkəb bir fizioloji prosesdə maye axını ilə ələqədar 
olan hidrodinamik, iş görülməsi ilə  səciyyələnən mexaniki, 
istilikvermə ilə bağlı termodinamik, sinir impulsunun əmələ  gəlməsi 
və yayılmasını təmin edən elektrodinamik və s. proseslər iştirak edir. 
Tənəffüs prosesi fizikanın öyrətdiyi buxarlanma, faza çevrilmələri, 
istilikvermə və digər hadisələri ilə əlaqədardır. Belə məsələlərdə fizika 
biologiyaya o qədər dərindən nüfuz etmişdir ki, onları bir-birindən 
ayırmaq qəti mümkün deyildir və bu hadisələr xüsusi bir mövqedən, 
biofiziki səviyyədə öyrənilməlidir. Biofizika canlı orqanizmlərdəki 
fiziki və fiziki-kimyəvi prosesləri öyrənir, hüceyrədən tutmuş bütöv 
orqanizmə qədər bütün canlı obyektlərdəki bioloji prosesləri müşayiət 
edən fiziki hadisələri qeydə alaraq onların təbiətini, iş prinsipini və 
əmələ gəlmə səbəblərini müəyyən edir. 
Qravitasiya, radioaktiv şüalanma, rütubət, təzyiq, temperatur, 
elektromaqnit dalğaları  və digər fiziki təsirlərin həyat proseslərində 
yaratdığı  dəyişiklikləri tədqiq edir. Elektron, ion, atom və 
molekulların canlı orqanizmlərdəki hərəkətinin xarakteri cansız 
aləmdəki analoji hərəkətlərdən fərqlənir. Zülallar və nuklein 
turşularında elektron rabitələri olduqca zəif, elektrikkeçirmə 
qabiliyyəti, azacıq temperatur və  təzyiq dəyişmələrinə göstərdikləri 
həssaslıq isə yük- 
  

__________________Milli Kitabxana__________________ 
35 
 
sək olur. Bütün bu xassələrin  ətraflı öyrənilməsi bioloji proseslərin 
təbiətindəki fiziki-kimyəvi mexanizmləri aşkar etməyə, mühitin fiziki 
təsirlərinin köməyi ilə canlılarda arzu olunan istiqamətdə dəyişikliklər 
yaratmağa imkan verir. 
Materiyanın canlılara məxsus elə mütəşəkkillik səviyyəsi var ki, 
bu  səviyyədə onu öyrənərkən fizikanı kimyadan ayırmaq, prosesin 
dərk edilməsinə, daha qabarıq  şəkildə isə biologiya elmlərinin 
inkişafına mane olur. Məhz hamin səviyyədə  və  əsasda molekulyar 
biologiya və molekulyar genetika elmləri yaranmışdır, indi də sürətlə 
inkişaf etməkdədir. Məhsuldarlığın artması, məhsulun keyfiyyətinin 
yaxşılaşması problemlərinin hallində bu elmlərin böyük gələcəyi 
vardır. 
Qısa bir müddət içərisində molekulyar biologiya və molekulyar 
genetika elmləri sahəsində qazanılmış nailiyyətləri elmin qabaqcıl 
səviyyəsinə çatdırmaq, həyat hadisələrini fiziki-kimyəvi  əsaslarını 
öyrənməklə  məşğul olan bu elmlərin inkişaf tempini daha da 
sürətləndirmək müasir dövrdə sovet elminin başlıca vəzifələrindən 
biridir. Bu nöqteyi-nəzərdən orta məktəbin təbiət fənlərinin tədrisi ilə 
məşğul olan müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Təbiət 
fənlərinin öyrənilməsinə kompleks şəkildə yanaşmaq, bir elmin 
biliklərindən başqa elmin öyrənilməsi prosesində  ətraflı istifadə 
etmək, elmlərin inteqrasiyasını inkişaf etdirən faktlara daha çox yer 
vermək, fənlərarası  əlaqəni hər vasitə ilə genişləndirmək  ən vacib 
məsələlərdir. Doğrudan da, hər bir elm üçün səciyyəvi cəhətlər var və 
buna görə  də  o başqa elmlərdən fərqlənir. Buna baxmayaraq yaxın 
elmlərin müştərək məsələləri çoxdur və onları  nəzərdən keçirdikdə 
elmlərin qarşılıqlı  təsirini nəzərə almağa xüsusi diqqət vermək 
lazımdır. 
Orta məktəbi bitirən gənclərin "bir qismi, istehsalata gedir. Onlar 
işləyəcəkləri sahədə  və biliklərini tətbiq etməyi bacarmaq və 
öyrəndikləri qanunları  həyatda görə bilmək üçün indidən təşəbbüs 
göstərməlidirlər. Bu baxımdan kənd məktəblərində  təhsil alan 
gənclərin biofiziki təhsilinin təkmilləşməsi xüsusilə vacibdir. Son 
zamanlar kənd təsərrüfatında elek- 
 

__________________Milli Kitabxana__________________ 
36 
 
trikləşmə, heyvandarlıq   və quşçuluq   fermalarının 
avtomatlaşdırılmasına        ölkəmizin başqa yerlərində olduğu kimi, 
respublikamızda da ciddi fikir verilir. Lakin elektrikləşmənin bütün 
müsbət   cəhətləri ilə yanaşı, onun şəbəkəsi genişləndikcə təhlükəsi də 
artır. Fiziklər və bioloqlar arasında əlaqə   çox   zəif olan dövrdə belə 
hesab edirdilər ki, cərəyanın qiyməti və gərginlik çox olduqca onlarla 
düz mütənasib vəziyyətdə  təhlükə  də artır.  İndi bu fikir artıq   
köhnəlmişdir. 
Müəyyən edilmişdir ki, insan bədənində        cərəyana çox həssas 
olan xüsusi yerlər, təhlükəni artıran istiqamətlər var. Məsələn, əlin üst 
tərəfi,   boyun,   çiyin, kürəklər, gickah cərəyanın təsirilə        həyatı   
təhlükə altına alan ən qorxulu yerlərdir. 
Canlı   orqanizmlərin   elektriklə   zədələnməsində, təbii hadisəlar, 
məsələn, ildırım da böyük   rol oynayır. Hələ lap qədim zamanlardan 
məlumdur   ki, ildırım insan və heyvanlar üçün təhlükə törədə bilər. 
İldırım çox vaxt tək bitən ağaca düşərək onu yandırır. 
İlin isti vaxtlarında ildırım tez-tez müşahidə edilən təbiət 
hadisəsidir.  İldırımın   yaxınlaşmasını biz havanın «sıxlaşması», 
tənəffüsümüzün çətinləşməsi ilə hiss edirik. İldırımın hansı məsafədən 
gəldiyini, onun baş verdiyi yerin uzaq, yaxud yaxın olduğunu bilmək 
olduqca vacibdir. Bu məsafənin   təxmini də olsa təyin edilməsi 
ildırımdan qorunmaq tədbirlərinin həyata keçirilməsi üçün şərait   
yaradır.   Əgər ildırımın çaxması vaxtından göy gurultusu eşidilənə 
qədər keçən zaman fasiləsi on saniyədən çox deyildirsə, bu o 
deməkdir ki, onun əmələ gəldiyi yer müşahidəçi üçün üç kilometrdən 
uzaq deyil. Ona görə  də  dərhal qorunmaq üçün tədbir görmək 
lazımdır.  Ən çox təhlükə törədən xətti ildırımdır. Bu, buludlarla yer 
arasında baş verən elektrik boşalması zamanı baş verir. 
Adətən, ildırım çox hündür yerlərə, məsələn, ot və ya saman 
tayasına, yüksək binalara, radio və ya televiziya qülləsinə, böyük 
ağaclara və s. düşür və onlara ziyan verir. Elektrikkeçirmə qabiliyyəti 
yaxşı olan cisimlər sanki ildırımı özünə  çəkir. Düzənlik yerlərdə 
ildırım gölə, bataqlığa, çayların sahilinə düşür. Ona  görə  də ildırım 
çaxan vaxtı çimən adam  öz həyatına özünün qəsd-etməsi kimi 
qiymətləndirilə bilə.   Əgər 
  

__________________Milli Kitabxana__________________ 
37 
 
ildırım adamı tarlada yaxalamışdırsa, o dərhal metal şeylərdən 
uzaqlaşmalı, özünə nəm olmayan çökək yer axtarmalıdır. hər hansı bir 
təpənin yoxuş yerində daldalanmaq da təhlükəsizlik cəhətdən 
əlverişlidir.  İldırım çaxan zaman ot tayasında gizlənmək olduqca 
qorxuludur. Xüsusilə ildırım çaxan zaman ağaca söykənən adam açıq-
aşkar ölümə gedir. Çünki elektrik cərəyanı bu halda onun bədənindən 
keçərək yerə axar və bütün sinir sistemini, ürək toxumalarını, tənəffüs 
orqanını  zədələyər. Bunlardan əlavə, bədəndən axan güclü elektrik 
cərəyanı ayrılan Coul-Lens istiliyi ilə onu tamam yandırıb külə 
döndərə  də bilər. Torpaq yaş olduqda iri ağaclardan 10—15 m aralı 
məsafədə olan yerlərdə  də  təhlükə gözlənilə bilər. Meşədə açıqlıq 
yerlər ildırımdan qorunmaq üçün ən təhlükəsiz hesab olunur. İldırım 
çaxana qədər meşədən çıxa bilməyən adam belə açıq yerlərdə 
daldalana bilər. Lakin bu halda ağaclıqdan olan məsafənin 10—15 m-
dən az olmamasına rəyaət etmək lazımdır. Bəzi hallarda ildırım 
binanın içərisində olan adamlara, töylədəki heyvanlara da ziyan vura 
bilər. Kürəşəkilli ildjrım yelçəkən istiqamətdə, məsələn, qapı  və 
pəncərə açıq qaldıqda asanlıqla otağa və ya mal-qara saxlanan yerə 
daxil olur. Belə ildırım əşyaları zədələyir, insan və heyvanları öldürür 
və ya ağır yaralayır. Ildırım vuran adamı torpağa basdırmaq olmaz. 
Çünki ziyan çəkən  şəxsin tənəffüs rejimi bu halda daha da çox 
pozulur. Ona görə də belə şəxsin dərhal sinəsini açmaq, ona bol hava 
gəlməsi üçün şərait yaratmaq, süni tənəffüs vermək lazımdır. 
Tədris proqramlarına rəsmi və müəyyən mənada formal yanaşmış 
olsaq, bizim yuxarıda nəzərdən keçirdiyimiz məsələ heç bir təbiət 
fənninin «ərazisinə» daxil olmadığını görərik. Lakin bu heç də o 
demək deyildir ki, həmin məsələlərdən dərsdə söhbət açmaq olmaz. 
Yeni şəraitdə politexnizm prinsipinin həyata keçirilməsi, müasir dərsə 
verilən tələblər, təlimin keyfiyyətinin yaxşılaşdırılması tədbirləri və s. 
proqram materialının öyrədilməsini  əsas götürmək  şərti ilə  təbiət 
hadisələrini də imkan dairəsində nəzərdən keçirməyin zəruri olmasına 
haqq qazandırırlar. Çünki əks halda şagirdlərin   əldə   etdikləri   
biliklər -«ölü» səviyyəsində qalar və həyatda özünə kiçik bir çı- 

__________________Milli Kitabxana__________________ 
38 
 
ğır da belə aça bilməz. Buradan belə bir nəticə çıxa bilər ki, fənlərin 
hər bir mövzusu üçün qısa məzmunu fraqmentlər hazırlanmalı və əsas 
materialla birlikdə şagirdlərə çatdırılmalıdır. Əlbəttə bu fikir səhvdir. 
Hər şeydən əvvəl ona görə ki, indiki inkişaf şəraitində bu fraqmentlər 
tezliklə köhnələr, digər tərəfdən də hazır faktların şagirdlər tərəfindən 
mənimsənilməsi ilə kifayətlənmək onların fəallığını xeyli azaldır. 
Şagirdlər öyrəndikləri faktları doğma kimi qəbul etməməli, onlara 
məlum olan biliklər  əsasında mühakimə yürüdərək baş verən 
hadisələrin  əmələ  gəlmə  səbəbləri haqqında müəyyən təsəvvür 
yaratmalıdırlar. Onlar IX sinifdə fizikadan öyrənirlər ki, kapillyar 
hadisələr buxarın kondensasiyası üçün şərait yaradır. Məsələn, başqa 
şərtlər eyni olduqda, meniski çökük olan maye üzərindəki molekula, 
qabarıq meniskli maye üzərindəki molekuldan fərqli olaraq, daha çox 
molekul cəzbedici təsir göstərir. Ona görə də havanın rütubəti az olan 
hallarda, isladan mayenin buxarının kapillyar borularda kapilyar 
kondensasiyası baş verir. Bunun sayəsində  məsaməli maddələr 
havadakı nəmi özlərinə çəkir. Nəm hava olan yerdə pambıq da, torpaq 
da nəmi tutub saxlayır, belə  şəraitdə hiqroskopik maddələrin 
qurudulması  çətinləşir. Verilmiş maddə üçün islatmayan mayelər isə 
həmin maddənin məsamələrinə daxil olmur. Suda üzən quşların 
lələklərinin islanmaması da buna əsasən izah olunur. Içərisindən maye 
axan kapillyar boruda hava qabarcığı olduqda mayenin hərəkəti 
zamanı qabarcıq deformasiyaya məruz qalır, onun qabarcıq tərəfdəki 
əyrilik radiusu dəyişir və maye üzərində əlavə təzyiq yaradır. Bu isə 
öz növbəsində mayenin hərəkətini çətinləşdirir və ya tamam 
dayandırır. Belə hadisələr insanın qan damarında baş verə bilər. Qana 
daxil olan qabarcıq onun hərəkətinə mane olaraq hər hansı bir orqanın 
qanla təchiz edilməsini pisləşdirir. Dalğıclarda belə hadisə baş verə 
bilər. Onlar suyun dərin qatlarından nisbətən dayaz qatlarına sürətlə 
keçdikdə hidrostatik təzyiq qəflətən azaldığından qandan qabarcıqlar 
ayrılır və qanın damarlar boyunca normal hərəkətinə mane olur. 
Venaya qan və ya başqa dərman maddəsi yeritdikdə  də oraya hava 
qabarcığının daxil olması ciddi təhlü- 
 
 

__________________Milli Kitabxana__________________ 
39 
 
və yarada bilər. Bu cür mühakimələr zəminində  həyata keçirilən 
inteqrasiyada biofiziki yanaşma bir vasitə rolunu oynayır və  təbiət 
elmlərinin  əlaqəli öyrənilməsi üçün şərait yaradır. Bu baxımdan 
Günəş-Yer hadisələri ilə də şagirdlərin yeri gəldikcə tanış olması çox 
maraqlıdır. 
Bizim eradan əvvəl III əsrdə yaşamış Roma yazıçısı Katon 
müşahidə etmişdi ki, Günəş «qaşqabaqlı» olduqda həmin ildə 
buğdanın qiyməti ucuz olur. XVII əsrdə Q. Qalileyin dostu Baliani 
yazmışdı ki, Günəşdəki ləkələr Yerə soyuducu təsir göstərir. Bu isə öz 
növbəsində bitkilərin həyat və  fəaliyyətini müəyyən dərəcədə 
dəyişdirir. Uran planetini kəşf etməklə şöhrət qazanmış məşhur ingilis 
astronomu Vilyam Harşel, iki yüz il müddətində Günəşdəki ləkələrin 
artıb-azalması ilə buğdanın bazar qiyməti arasındakı  əlaqəyə aid 
ədədləri toplamış və qərara gəlmişdir ki, ləkələr artdıqca buğda ucuz 
olur. Günəşdəki ləkələrin sayını balıqların çoxalması ilə, çaxırın 
qiymətini düşüb-qalxması ilə və digər hadisələrlə də əlaqələndirənlər 
olmuşdur. Lakin müşahidələr nəticəsində toplanan bu faktlar elmi 
cəhətdən əsaslandırılmamış və onların sirri uzun müddət açılmamışdır. 
Bu sahədə ilk dəfə dərin tədqiqat işi aparan sovet alimi A.L.Çijevski 
olmuşdur. Çijevskinin Fransada nəşr etdirdiyi «Günəş 
püskürmələrinin Yerdəki  əks-sədası» adlı kitabında Günəşdə dövri 
olaraq təkrar olunan şiddətli fəallıqla Yerdəki yoluxucu xəstəliklərin 
şiddətlə çoxalması arasında sıx əlaqə olduğunu astronomik tədqiqatlar 
və  xəstəlik tarixinə aid sənədlər  əsasında konkret faktlarla sübut 
etmişdir. O, topladığı faktlara görə kəmiricilərin artıb-azalması, kənd 
təsərrüfatı  məhsullarınıp bol və ya qıt olması, köçəri həyat sürən 
quşların öz səmtlərini itirərək kütləvi  şəkildə  tələf olması  və bir sıra 
başqa hadisələr müəyyən maksimum və minimumdan keçirlər, sanki 
Günəşdə baş verən dəyişmələri duyurlar. Bu əlaqədə insanlar da 
kənarda qalmır. Vəba, qarın yatalağı, poliomielit, qrip, vərəm və digər 
xəstəliklər tarix boyu gah şiddətlənərək insanları  həddindən artıq 
narahat etmiş, gah da müəyyən dövrdə xeyli azalmışdır. Statistikaya 
görə bu xəstəlikləri törədən mikrobların bəziləri Günəşin fəallığı 
 
  

__________________Milli Kitabxana__________________ 
40 
 
artan illərdə daha çox olmuşdur. Məsələn, vəba, qarın yatalağı, 
poliomielit kimi xəstəlikləri törədən mikroorqanizmlər həmin illərdə 
xeyli artmışdır. Vərəm və difteriya kimi xəstəlikləri törədən 
mikroorqanizmlər isə,  əksinə, Günəşin fəallığı azalan dövrlərdə 
şiddətlə çoxalmışlar. Qrip xəstəliyi isə Günəşin fəallığının maksimum 
və minimum vəziyyətlərindən uzaq olan orta şəraitdə yayıldığı 
müşahidə edilmişdir. 
Günəşin fəallığı artdıqda onun ətrafa səpdiyi ionlaşdırıcı şüalanma 
da xeyli güclənir. Həmin  şüalanmanın Yerə çatan hissəsi beyin 
qabığındakı dayanıqlı  və dayanıqsız elementlərin dinamik tarazlıqını 
pozur, dayanıqsız elementlərin sayı həddindən artıq çox olur, kimyəvi 
reaksiyalar güclənir, bununla əlaqədar olan bioloji proseslərin və 
nəhayət bütöv orqanizmin ümumi təbiətində  əsaslı  dəyişikliklər 
yaranır. Bu sahədə sovet alimi N.A.Şulsun apardığı  tədqiqat çox 
maraqlıdır. O, ölkəmizin müxtəlif rayonlarında yaşayan 300 000-dən 
artıq sağlam adamın qanını analiz edərək müəyyən etmişdir ki, 
Günəşin fəallığı artdıqda qandakı leykositlərin sayı azalır. Leykositlər 
isə insanı müxtəlif mikroblardan və viruslardan qoruyan 
müdafiəçilərdir. Leykositlərin azalması  həmin dövrdə yoluxucu 
xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Lakin qanın tərkibində 
insanı müxtəlif xəstəliklərdən qoruyan limfositlər də vardır. Məsələn, 
insanı vərəm və difteriya xəstəliklərindən limfositlər qoruyur. Şulsun 
tədqiqatlarına  əsasən Günəşin fəallığı ilə limfositlərin sayı arasında 
düz mütənasib asılılıq vardır. Belə ki, Günəşin fəallığı artdıqda 
limfositlərin sayı da artır, azaldıqda isə azalır. Ona görə də vərəm və 
difteriya xəstəlikləri Günəşin sakitlik dövründə yayıla bilər. Bunlardan 
əlavə Şuls müəyyən etmişdir ki, qütb yaxınlığında yaşayan adamlarda 
Günəş  fəallığının təsirləri daha güclü olur. Doğrudan da, həmin 
yerlərdə maqnit sahəsi Yeri daha pis qoruyur. Ona görə ki, coğrafi 
qütblərə yaxın olan maqnit qütbləri maqnit intensivlik xətlərinin daxil 
olduğu və  çıxdığı yerlərdir, həmin yerlərdən planetimizə daxil olan 
yüklü hissəciklərə təsir edən Lorens qüvvəsi olduqca zəifdir və yüklü 
hissəciklər asanlıqla planetimizə daxil olur. 
 
  

__________________Milli Kitabxana__________________ 
41 
 
Günəşin fəallığı artdıqda müxtəlif tezlik diapazonuna aid, 
elektromaqnit təbiətli dalğaların intensivliyi də sürətlə artır. Bu 
dalğalar da canlı orqanizmlərdə baş verək bioloji proseslərin gedişinə 
əsaslı  təsir göstərir. Günəşin fəallığı maksimuma çatdıqda 
radiodalğaların nntensivliyi min və hətta bəzən milyon dəfə artır. Yer 
atmosferi bu dalğalardan ancaq uzunluğu 30 m və ondan çox olanların 
qarşısını ala bilir. Qalan dalğalar isə atmosfer qatından keçərək canlı 
aləmə  və bitkilərə öz təsirlərini göstərir. Tədqiqatlar nəticəsində 
müəyyən edilmişdir ki, ən zəif maqnit sahəsi də suyun səthi gərilməsi, 
özlülüyü, elektrikkeçirməsi kimi fiziki xassələrində  əhəmiyyətli 
dəyişiklik yarada bilir. 
Insan orqanizminin üçdə iki hissəsi sudan ibarətdir. Deməli, Yerin 
maqnit sahəsi kimi zəif sahələr həmişə bitki və canlılar aləminə 
muxsus bioloji, elektrik və maqnit proseslərinə təsir göstərir. 
Günəşdən gələn  şüaların ümumi enerjisinin bir faizdən də azını 
ultrabənövşəyi  şüalar təşkil edir. Buna baxmayaraq onların yaratdığı 
bioloji təsir daha çox nəzərə çarpır. Bu şüaların intensivliyinin çox 
cüzi dəyişməsi dərhal öz təsirini canlı orqanizmlərdə əks etdirir. Dəri 
vasitəsilə udulan bu enerji istilik enerjisinə çevrilir, toxumaların 
temperaturu qalxır, molekul və ionların mütəhərrikliyi artır, bu isə öz 
növbəsində hüceyrədəki kimyəvi və bioloji prosesləri sürətləndirir. 
Beləliklə, ümumi maddələr mübadiləsi artır. Ultrabənövşəyi  şüaların 
təsiri ilə dəridəki erqosterin maddəsi D vitamininə çevrilir. Bu vitamin 
skeletin inkişafı üçün zəruri olan kalsium duzlarının yaxşı 
mənimsənilməsinə kömək edir. Ultrabənövşəyi  şüalar mərkəzi sinir 
sisteminə və qanın fiziki xassələrinə də müəyyən təsir göstərir. Bütün 
bu hallar ultrabənövşəyi  şüaların çox kiçik dozalarına aiddir. Əgər 
Günəşin buraxdığı ultrabənövşəyi  şüalar zəifləmədən Yerə çatsaydı 
planetimizin bütün canlı  və bitki aləmi dərhal məhv olardı. 
Xoşbəxtlikdən planetimizin ultraqısa dalğalı şüalardan qoruyan və Yer 
şəraitində qalınlığı 5 km olan ionosfer qatı var. Bu qatı  təşkil edən 
ozon molekullarının ultraqısa dalğaları buraxmaması yerdəki hə- 
 
 
  

__________________Milli Kitabxana__________________ 
42 
 
yatı qoruyub saxlayır. Biosferdəki sərbəst oksigen ancaq biokimyəvi 
yolla  əmələ  gəlir. Yerdə  həyat məhv olsa, bu cür sərbəst oksigen də 
olmaz. Ozon təbəqəsi atmosferin 20-40 km yüksəkliklərində yaranır. 
Yer səthi yaxınlığında ozonu əmələ  gətirən səbəb atmosferdəki 
elektrik hadisələri, qığılcım boşalmalarıdır. Ozonun olduğu atmosfer 
qatında hava çox seyrəkdir. Ozon molekulları çox dayanıqsızdır və 
asanlıqla parçalanaraq adi oksigen molekulları  əmələ  gətirir. Buna 
baxmayaraq ozonun atmosferdəki miqdarı demək olar ki, heç 
dəyişmir. Bunun səbəbi atmosferdə yaranan dinamik tarazlıqdır. 
Atmosferin yuxarı qatlarında bir-birinin əks istiqamətində gedən iki 
proses baş verir. Bir tərəfdən, Günəş şüalarının təsiri altında fasiləsiz 
olaraq ozon molekulları  əmələ  gəlir, digər tərəfdən də onlar 
parçalanır. Gündüzlər ozonlaşma, keçələr isə ozon molekullarının 
dissosiasiyası üstünlük təşkil edir. Nəticədə orta hesabla, ozonun 
konsentrasiyası demək olar ki, dəyişmir. 
Texnikanın son dövrdəki inkişafı  nəticəsində atmosferin yuxarı 
qatları da çirklənməyə başlamışdır. Hər bir güclü ballistik raket, 
kosmik gəmi və ya reaktiv təyyarə uçuş zamanı havaya külli miqdarda 
yanma məhsulları buraxır, bunlar atmosferin yuxarı qatlarının 
tərkibini və fiziki təbiətini kökündən dəyişir. Raket texnikası  və 
kosmonavtikanın sonrakı inkişaf mərhələsində bu daha çox nəzərə 
çarpacaqdır. Məhz həmin yuxarı qatlar atmosferdəki sirkulyasiya 
proseslərində, iqlim şəraitinin təyin edilməsində mühüm rol oynayır. 
Atmosferin yuxarı qatlarında vaxtilə aparılan atom partlayışları da 
təhlükəli çirklənmənin güclənməsinə səbəb olmuşdur. 
İnsan özü də  təbiətin bir hissəsidir. Lakin o öz fəaliyyəti ilə 
təbiətdəki müvazinəti poza bilər, beləliklə, özünü və gələcək nəsilləri 
həyat üçün zəruri olan bir çox şeylərdən məhrum edə bilər. Təbiətə 
düşünülmüş müdaxilə etmək üçün isə onu dərindən öyrənmək, indiki 
hadisələrin 15-20 il bundan sonra verə biləcəyi nəticələr haqqında bu 
başdan fikirləşmək lazımdır. Bu cəhətdən də  məktəb kursunun təbiət 
fənlərinin qarşılıqlı əlaqədə öyrənilməsi təbiət hadisələri haqqında tam 
təsəvvür  əldə etmək üçün böyük əhəmiyyət kəsb edir. Hadisələrin 
qarşılıqlı   əlaqəsi və 
 
  

__________________Milli Kitabxana__________________ 
43 
 
qədər dərindən tədqiq edilərsə, insan üçün bir o qədər əlverişli şərait, 
normal vəziyyət yaranar. Lap gündəlik həyatda və məişətdə də insan 
özünün Yer şəraitinə uyğunlaşmış  zərif bir indikator olduğunu 
unutmamalıdır. Mühit bərk isti və ya ifrat soyuq olduqda orqanizm 
özünün tənzimedici funksiyaları ilə müdafia olunmağa çalışır. Qan 
damarlarının daralması  və ya genəlməsi daimi olaraq dərinin qanla 
təchiz edilməsini və orqanizmin istilikkeçirməsini nizama salır. Soyuq 
hiss etdikdə  bədən titrəyir, maddələr mübadiləsi güclənir və ayrılan 
istilik miqdarı artır. Bərk isti olduqda tər vəziləri fəaliyyət göstərir. 
Bədən səthində gedən buxarlanma hesabına soyuyur. Lakin təəssüf ki, 
təbiətdə baş verən həqiqi proseslər bu qədər də sadə deyil. Dəridəki 
nəmlik buxarlanırsa bu molekulların bir qismi paltarda toplanaraq 
istilik balansına mənfi təsir göstərir. Orqanizmin əhatəsində su 
buxarının təzyiqi çox böyük olduqda, su diffuziya yolu ilə  dəridən 
keçərək yenidən orqanizmə daxil ola bilər. Insanın dərisi tərlədikdə 
suyun dəri vasitəsilə diffuziyası hər iki istiqamətdə baş verə bilər. Su 
molekullarının hərəkətinin hansı istiqamətdə üstünlük təşkil etməsi 
dəri üzərində yığılan duzların konsentrasiyasından asılıdır. Dəri təmiz 
su ilə örtülmüşdürsə onda orqanizmin hər kvadrat metr səthi saatda 50 
q qədər su qəbul edir; dəridə xörək duzunun 20 %-li məhlulu olduqda, 
başqa  şərtlər dəyişmədikdə orqanizm 200 q su ayırır. Dərini örtən 
duzların konsentrasiyası 5% - dən çox olmadıqda da tər dəri ilə 
orqanizmə daxil ola bilər. 
Bu vəziyyət, don vurmaqdan qorunmaq məqsədi ilə geyilən 
corabın fiziki xassələrinin dəyişməsinin qarşısını alır. Ayaq tərləsə də 
bu yenidən orqanizmə qayıdır, o quru qalır və corabın istiliyi izoletmə 
xassələri dəyişmir. Nəm havada tərlədikdə  də buna oxşar hadisə baş 
verir. Dəridə toplanan tərdə duzların konsentrasiyası  əhəmiyyətsiz 
dərəcədə az olduqda həmin tər dəridən keçərək diffuziya yolu ilə 
orqanizmə daxil olur. Güclü buxarlanma şəraiti yaradan quru hava və 
külək olduqda isə  dəridəki tərdə duzların kopsentrasiyası artır və bu 
halda torləməklə itən suyun üzərinə diffuziya ilə itən su da əlavə 
olunur. Bu cür əlavə itki qızmar istidə, səhra şəraitində müşahidə 
 
  

__________________Milli Kitabxana__________________ 
44 
 
edilir. Deməli, mühitin nisbi rütubəti orqanizmin normal fəaliyyətdə 
olmasını  təmin edən  şərtlərdən biridir. Insan orqanizmi üçün nisbi 
rütubətin optimal qiyməti 30-70% arasında olur. Uzun müddət nisbi 
rütubəti 15-20% olan mühitdə qalan adamın tənəffüs yollarında, göz, 
burun və  ağızın selikli qişalarında xoşa gəlməyən qıcıqlanmalar 
yaranır, burun boşluğu quruyur, qabıqlanır və nəhayət zədələnir. Nisbi 
rütubət 70%-dən çox olduqda isə orqanizm yüksək temperaturlarda 
istilik mübadiləsini tənzim edə bilmir. Tənzimedici funksiyaların 
fəaliyyətində pozulmalar baş verir. Nisbi rütubət çox yüksək olduqda 
orqanizm ifrat qızır. Bədənin bərk qızması isə öz növbəsində maddələr 
mübadiləsini gücləndirir. Bunları nəzərə alaraq ifrat soyuq və ifrat isti 
temperaturlarda müvafiq istilik tutumuna malik paltardan istifadə 
olunur. Paltarın qalınlığı iki dəfə artdıqda onun orqanizmi isti və 
soyuğun zərərli təsirlərindən qoruma qabiliyyəti dörd dəfə artır. 
Paltarın altında nəm toplanıb qaldıqda isə qeyd etdiyimiz 
qanunauyğunluq pozulur, bədənin səthində baş verən buxarlanma 
çətinləşir, toplanan su buxarı paltarın istiliyi izoləetmə xassəsini 
dəyişdirir. Bu cəhətdən neylon paltar çox pisdir. Çünki bir tərəfdən o 
istiliyi pis keçirir, digər tərəfdən də buxarlanmanın normal şəkildə 
getməsinə mane olur, çünki onun suburaxma qabiliyyəti zəifdir. Ona 
görə də neylon paltar orqanizmi soyuqdan çox pis qoruyur, bərk istidə 
isə bədənə yapışaraq adamı narahat edir. 
Bizim toxunduğumuz məsələlər saysız-hesabsız təbiət 
hadisələrinin, canlı orqanizmlərdə baş verən proseslərin çox cüzi bir 
hissəsinin biofiziki baxımdan nəzərdən keçirilən nümunələridir. Belə 
nümunələrin tədris proqramı mövzuları ilə uzlaşdırılması  şagirdlərin 
dünyagörüşünə, öyrəndikləri qanunları  həyatda görməyə, təbiət 
elmlərinin vəhdətini daha dərin dərk etməyə müsbət təsir edən yeni 
imkanlar yaradır,  şagirdlərə  məlum olan bir sıra köhnə faktlar və 
biliklər yeni ahənglə  səslənir.  Şagirdlər öyrənməyin nə üçün lazım 
olduğunu daha yaxşı hiss edirlər və onların bilik əldə etmək arzusu 
getdikcə artır. 
  

__________________Milli Kitabxana__________________ 
45 
 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin