Şahtaxtı yaşayış yeri Kəngərli rayonunun Şahtaxtı kəndi yaxınlığında, Qıvraq yaylasının cənub qurtaracağında, əlverişli coğrafi mövqedə salınmışdır. Ə.K.Ələkbərov tərəfindən 1936-cı ildə yaşayış yerində aparılan kiçik qazıntı işləri zamanı 3 metr qalınlığı olan mədəni təbəqəyə rastlanmışdır. 1979-1981-ci illərdə Şahtaxtı yaşayış yerində 100 m2sahədə arxeoloji qazıntı işləri aparılmışdır. Qazıntılardan Orta Tunc dövrünə aid müdafiə divarının qalıqları, dən daşları, gil məmulatı aşkar olunmuşdur. Tapıntılar arasında monoxrom boyalı qablar və basma naxışlı gil qab parçaları da vardır. Burada aşkar olunan yaşayış binaları dağıldığından, onların planını müəyyən etmək mümkün olmamışdır. Salamat qalmış divar qalıqlarına əsasən demək olar ki, onların tikintisində çay daşı və kərpicdən istifadə edilmişdir. Мüdafiə divarının uzunluğu 20, eni 2,3, hündürlüyü 1,2 m-dir.[38] Şahtaxtı yaşayış yerinin yaxınlığında iki böyük nekropol yerləşir. Onlardan biri yaşayış yerinin şimal-şərq, digəri isə cənub-qərb tərəfindədir. Hər iki nekropolda Tunc dövrünün müxtəlif mərhələlərinə və Erkən Dəmir dövrünə aid qəbir abidələri öyrənilmişdir. Şimal-şərqdə yerləşən nekropolda Orta Tunc dövrünə aid qəbirlər çoxluq təşkil edir. Qəbirlər daş qutu tiplidir. 1936-cı ildə bu nekropolda Ə.K.Ələkbərov tərəfindən tədqiq edilən kromlexli daş qutu tipli qəbirdən bütöv at skeleti, 1 ədəd polixrom boyalı küpə, 29 ədəd boz rəngli sadə qab və başqa əşyalar aşkar edilmişdir. İkinci nekropoldakı qəbirlər də daş qutu tiplidir. Lakin buradakı daş qutular yerüstü əlamətlərə malik deyil. Bu nekropol təsərrüfat işləri görülərkən, təsadüfən aşkar olunmuşdur. Bu nekropolda qeydə alınan qəbirlərdən bir qisminin materialları V.H.Əliyev tərəfindən nəşr edilmişdir. Qəbirlərdən polixrom boyalı qablar, tunc əşyalar, bir ədəd silindrik möhür tapılmışdır. Bu nekropolda tədqiq edilən qəbirlərin əksəriyyəti Son Tunc və Erkən Dəmir dövrünə aiddir. Qəbir abidələri, başlıca olaraq, daş qutu tiplidir. Bu qəbirlərdə insan skeletinə rast gəlinməmiş, bəzilərində kül qalıqları izlənmişdir.[39]
39°22′19″S45°05′46″W
24
Oğlanqala
Oğlanqala, Şərur rayonu
Şərur rayonunun Oğlanqala kəndində, Arpaçayın sahilindəki Qaratəpə dağında yerləşir. Oğlanqala yaşayış yerinin sahəsi 40 hektar, mədəni təbəqənin qalınlığı isə 3 metrdən artıqdır. Dağın şimal yamacları sıldırımlıdır. Digər yamaclar isə möhtəşəm müdafiə divarları ilə əhatələnmişdir. Divarlar uzunluğu 1,5 – 3 metr, qalınlığı isə 1 metrdən çox olan kobud yonulmuş daşlardan tikilmişdir. Bu baxımdan Oğlanqalanı siklop tikililərinə aid edən tədqiqatçılar da vardır.[40] Oğlanqala yaşayış yerində aparılan qazıntılar buradakı müdafiə tikintilərinin e.ə. IX əsrdən qədimə getmədiyini göstərir.[41]Oğlanqalanın mərkəzindəki, sahəsi 70x100 m olan meydançada aşkar edilmiş daş sütun qalıqları vaxtilə burada saray və məbəd tipli möhtəşəm binaların olduğunu göstərmişdir. Meydança bəzi yerlərdə divarlarla əhatə olunmuşdur.[42]