Ağstafa rayonunun Dağ Kəsəmənkəndində yerləşən Son Tunc - Erkən Dəmir dövrlərinə aid olan yaşayış yeridir.[43]
41°05′56″S45°23′39″W
26
Böyük qalaça
Söyüdlü, Gədəbəy rayonu
Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən Son Tunc - Erkən Dəmir dövrlərinə aid olan yaşayış yeri[44] və müdafiə qalasıdır. Nəhəng daşlardan hörülmüş uca bir qala-dağdır. Mütəxəssislərin fikrincə, ilk dəmir dövründə tikilən bu qala müdafiə məqsədi daşıyırmış.[45] 1947-ci ildə burada müəyyən qazıntı, axtarış işləri aparılıb.[46]
40°32′51.81″S45°54′4.16″W
27
Niftalı kurqanları
Xubyarlı, Cəbrayıl rayonu
Cəbrayıl rayonunun Xubyarlı kəndində yerləşən Tunc dövrü abidələridir.[47]
28
Qızılburun yaşayış yeri
Təzəkənd, Babək rayonu
Qızılburun yaşayış yeri Naxçıvanşəhərindən 18 km cənubda, Araz çayının sol sahilində, Qızılburun adlanan ərazidə yerləşir. Yaşayış yerinin
salamat qalan hissəsinin sahəsi 2 ha-dır.[39] Burada, 1969-cu ildə iki sahədə arxeoloji qazıntı işləri aparılmışdır. Birinci sahədəki kəşfiyyat xarakterli qazıntı işlərinin sahəsi 3 x 3,5 m olmuşdur. Buradan boz və çəhrayı rəngli keramika, monoxrom boyalı qab parçaları, qurama oraq dişləri aşkar edilmişdir. İkinci qazıntı sahəsində (10 x 10 m) 3 metr qalınlığında olan mədəni təbəqənin daha yaxşı qaldığı müəyyən edilmişdir. Qazıntılar zamanı, 1,6 m dərinlikdən Orta Tunc dövrünə aid dördkünc və oval formalı bina qalıqları aşkar edilmişdir.[39] Araşdırma zamanı binalardan boz və çəhrayı rəngli sadə keramika, monoxrom boyalı qab parçaları, obsidian plastinkalar, oraq dişləri, dən daşları, ox ucluqları, sümük bizlər aşkar olunmuşdur.[39] Yaşayış yerinin yanında Qızılburun nekropoluyerləşir.Nekropol 1895-ci ildə daş qutu tipli qəbirlərin təsadüf nəticəsində dağılması ilə qeydə alınmışdır.[48]N.V.Fyodorovun və İ.İ.Мeşaninovun apardığı qazıntılar nəticəində nekropolda Orta Tunc dövrünə bir neçə qəbir abidəsi öyrənilmişdir.[48]
29
Çalxanqala qalası; Çalxanqala kurqanları
Çalxanqala, Babək rayonu
Babək rayonuun Çalxanqala kəndi ərazisində yerləşən tunc dövrünə aid abidələr kompleksidir. Qala şimal-cənub istiqamətində axan Cəhriçay çayının qərbində, dəniz səviyyəsindən 1840 metr yüksəklikdə yerləşmişdir. Çalxanqalaya Cəhri çayı vadisindən şərqdən və şimaldan qalxmaq mümkündür. Vayxır qalasında olduğu kimi, burada da arxeoloji materiallara rast gəlinməmişdir.[49] Ehtimal ki, qaladan daimi yaşayış yeri kimi deyil, təhlükə yarandıqda müdafiə məqsədilə istifadə edilmişdir.[49] Çalxanqala üzəri yastı olan sıldırım qayalığın cənub tərəfində tikilmiş, yalnız bir divardan ibarətdir. Yaşayış yerinin bu hissəsi təbii cəhətdən müdafiə olunmadığından, müdafiə divarına ehtiyac duyulmuşdur. Şərq-qərb istiqamətində olan bu divarın uzunluğu, təqribən 350- 360 metrdir. Divarın qərb ucu yüksək bir qayalıqla, şərq ucu isə sıldırım qayalıqla birləşir. Qala divarı düz biçimdə deyil, yerin relyefinə uyğun olaraq inşa edilmiş, içəridən və çöldən çıxıntılarla möhkəmləndirilmişdir. Divarın qalınlığı 2,3-2,7, hündürlüyü isə 2,5-2,7 metr arasındadır. İlk dövrlərdə divarın daha hündür olduğu güman edilir. Çalxanqala müdafiə divarının ən mühüm xüsusiyyəti, divarların müəyyən məsafədə xaricə və içəriyə doğru çıxıntılı biçimdə inşa edilməsidir. Qalanın biri cənub-qərbdə, digəri isə cənub-şərqdə olan iki qapısı vardır. Cənub-qərbdəki qapının eni 2,4-2,5, hündürlüyü isə 3,1 metrdir. Qapının üzəri bütöv bir sal daşla qapalı olmuşdur.[49] Çalxanqala kurqanları Naxçıvan şəhərindən 30 km şimal-qərbdə, Kəngərli rayonunun Çalxanqala kəndi yaxınlığında yerləşir. Bu kurqanlar üçün tək
dəfnlər xarakterikdir. Nekropolda olan kurqanların üçü tikinti işləri aparılarkən dağıdılmışdır. Dağılmış kurqanlar V.H.Əliyev tərəfindən tədqiq olunmuşdur. Kurqanlar güclü dağıntıya məruz qaldığından, qəbir kamerasının formasını müəyyən etmək mümkün olmamışdır. Kurqanların birindən (kurqan № 1) boz və monoxrom boyalı qablar, yarpaqşəkilli tunc nizə ucu, ikincidən (kurqan № 2) boz rəngli, monoxrom boyalı qablar, tunc xəncərlər, boru dəstəkli nizə ucluğu, tunc sancaqlar, muncuqlar və lentşəkilli tunc əşyanın parçası aşkar edilmişdir.[50]
30
Xaçbulaq kurqanları
Xaçbulaq yaylası, Daşkəsən rayonu
Daşkəsən rayonunun Xaçbulaq yaylağı ərazisində yerləşən Orta Tunc dövrünə aid kurqanlardır. Xaçbulaqdakı 1 №-li kurqan Qoşqarçayın sol sahilində, Zağalı kəndinin müasir qəbirstanlığından şərqdə yerləşir. Dairəvi formalı kurqanın hündürlüyü 0,75, diametri şimal- cənub istiqamətində 11,5, şərq-qərb istiqamətində isə 10 metr olmuşdur. Kurqanın əsas qəbiri İlk Tunc dövrünə aid edilmişdir. Buradan yarımşar formalı qulpu olan küpə, sümükdən hazırlanmış muncuqlar tapılmışdır. Kurqanın torpaq örtüyündə, 1,45 və 1,7 metr dərinlikdə aşkar olunan iki qəbir Orta Tunc dövrünə aiddir. Torpaqda qazılmış qəbirin forması müəyyən edilməmişdir. Birinci qəbirdəki skelet tamamildə çürümüşdür. O, şimal-qərbdən cənub-şərqə doğru, bükülü vəziyyətdə dəfn edilmişdir. Skeletin ayaq tərəfinin yaxınlığında iribuynuzlu heyvan sümüklərinə, ağac kömürünə rast gəlinmişdir. Kəllənin ətrafından qara, qəhvəyi, çəhrayı rəngli cızma naxışlı gil qablar, daş toppuz, borudəstəkli nizə ucluğu, obsidian və çaxmaqdaşından ox ucluqları, tunc xəncər aşkar olunmuşdur. 1959-cu ildə, Xaçbulaq yaylağında, «Hamamdüzü» adlanan yerdə üç kurqan tədqiq edilmişdir ki, onların da ikisi Orta Tunc dövrünə aiddir. Həmin kurqanlardan birincisi dairəvi olub, diametri 8,6, hündürlüyü 0,6 m-dir. Qəbir kamerası kurqanın cənub tərəfində aşkar edilmişdir. Qəbirin üzərini örtən daş kurqan götürülərkən, obsidian parçalarına və kömür qalıqlarına rast gəlinmişdir.[51] Kurqanın ikinci əsas qəbrindən uzunluğu 33 sm olan dördtilli süngü tipli nizə ucu tapılmışdır. Arxeoloq H.P.Kəsəmənli həmin nizə ucunu Zaqafqaziya və Ön Asiyadan tapılmış analoji nizə ucları ilə müqayisə edərək, e.ə. III minilliyin