Şabran şəhəri ərazisində yerləşən arxeoloji abidələr kopleksi, qədim şəhər yeridir. Şəhərin xarabalıqları Şabranrayonunun Şahnəzərli kəndinin yaxınlığındadır. Burada şumlama zamanı gil və saxsı qab qırıqları, Sasanilər dövrünə aid kərpiclər, təknə qəbirlər və erkən orta əsrlər şəhərinə məxsus digər maddi mədəniyyət əşyaları üzə çıxarılmışdır. S. T. Yeremyanın fikrincə, Şabran şəhəri erkən orta əsrlərdə Şərvan vilayətinin mərkəzi və Massaget Arşakilərinin siyasi mərkəzi olmuşdur.[74] Ərəb müəllifləri Şabranı Sasani hökmdarı I Xosrov Ənuşirəvanın (531-579) saldırdığını qeyd edirlər.[75] XVIII əsrin sonlarında Şəbəran ərazisində olmuş Biberşteyn yazır: "Vaxtilə mühüm şəhər olub, indi isə yalnız xarabalıqları qalmış Şəbəran şəhəri düzənlikdə onun adını daşıyan çayın sol sahilində yerləşmişdir".[76]
41°17′44″S48°52′53″W
42
Əlincə qalası
Xanəgah, Culfa rayonu
Culfa rayonunun Xanəgah kəndi ərazisində yerləşən VII-XII əsrlərə aid qaladır. Şəmsəddin Eldənizin hakimiyyət illərindən başlayaraq Atabəylər dövlətinin baş xəzinəsi Əlincə qalasında saxlanmış, Əlincədəki saraylar və yardımçı binaların bir çoxu Azərbaycan Atabəylərinin sifarişi ilə ucaldılmışdır. Dağın ən uca yerində Əlincənin iç qalası yerləşir. Bu içqalanı yerli əhali "Şahtaxtı"adlandırır. Hakimlərin, o cümlədən Eldəgiz hökmdarlarının sarayları Şahtaxtı terrasında yerləşir.[77]Əlincənin qala divarları və qalanın daxilində olan tikililərdə yüksək tikinti mədəniyyəti görünür, qala tikintisi üçün qeyri–adi sayılan incə işlənmiş daş ayrıntılar gözə dəyir. Məhz bu səbəbdən də mütəxəssislər Əlincə qalasının Naxçıvan-Marağa memarlıq məktəbininən gözəl əsərlərindən biri heasb edirlər.[77] Əlincəqalanın divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun zirvəsini tamamilə əhatə edir. Qalanın qədim bəndi ətraf kəndlərdən gətirilmiş iri daşlardan və bişmiş kərpicdən hörülmüşdür.[77]