296
Ca-un homeostazının patafiziologiyası. Birincili hiper-
paratireoz. Çox nadir hallarda qalxanabənzər ətraf vəzilərində
adenoma yaranan xəstəliyi müşahidə edilir. Bu xəstəlik zamanı
böyrək simptomları-poliuriya və polidipsiya daha çox büruzə
verir. Bundan başqa xəstələrdə asteniya, reflekslərin zəifləməsi
kimi nevroloji simptomlar inkişaf edir.
İkincili hiperparatireoz. Xroniki böyrək çatışmamazlığı
zamanı (vitamin D)-hormon yaranması pozulur, ona görə Ca
böyrəklərdə pis sorulur. Xroniki hipokalsemiya nəticəsində para-
thormon daima sekresiya olunur ki, bu zəif osteopatik
dəyişikliklərdən skeletin güclü zəifləməsinə və sümüklərin
müxtəlif dərəcəli degalsifıkasiyasına gətirir.
Hipoparatireoz. Hipoparatireoz halları daha az rast gəlinir.
Pozulmanın ilk növbədə daha çox səbəbi tireondektomiya zamanı
qalxanabənzər ətraf vəzilərinin çıxarılması hesab olunurdu. Lakin
axır vaxtlarda hipoparatireoz daha çox autoimmum xəstəlikləri
nəticəsində inkişaf edir. Uşaqlarda bəzən qırtlağın spazması ink-
işaf edir ki, bu vaxt səs tellərinin yığılması boğulmadan ölümə
gətirə bilər.
Kalsitonin sekresiyasının pozulması. Elə hallar olur ki,
qalxanabənzər ətraf vəzilərin C-hüceyrələri ya çoxlu, ya da az
miqdar kalsitonin hazırlayır. Kalsitoninin artıq yaranması C-
hüceyrələrinin bəd xassəli olması ilə əlaqədar ola bilər.
(Vitamin D) hormonun çatışmamazlığı. Bu zaman raxitin əla-
mətləri inkişaf edir. Belə ki, bağırsaqda Ca-un sorulması pozul-
duğundan sümüklər kifayət qədər kalsifıkasiya olunmurlar, kalsi-
umun qanda qatılığı isə aşağı düşür. (vitamin D) hormonun çatış-
mamazlığı səbəblərindən biri də onların qida məhsullarında
kifayət qədər olmaması hesab olunur. Lakin raxid böyrəklərin
xəstəlikləri nəticəsində və ya genetik pozulmalar zamanı da ink-
işaf edə bilər.
7.7. Böyrəküstü vəzilər
Böyrəküstü vəzi qarın boşluğunda böyrəklərin üstündə
297
yerləşir. Çəkisi orta hesabla 5-8 qr olub, cərrahi yolla çıx-
arıldıqdan sonra, heyvan bir neçə gün yaşıya bilər. Böyrəküstü
vəzilər iki müxtəlif qatdan – struktur və funksional baxımdan
fərqlənən daxildən beyin və xaricdən qabıq maddədən ibarətdir.
Böyrəküstü vəzilərin beyin maddələrinin endokrin funksiyası.
Xromaffin toxumadan təşkil olunan böyrəküstü vəzilərin beyin
maddəsi orqanizmin bir sıra fizioloji sistemlərinə, ilk növbədə isə
qan dövranı orqanlarına tənzimləyici təsir göstərən adrenalin və
noradrenalin hormonunu sintez edir. Adrenalin və noradrenalin
katexolaminlər qrupuna daxil olaraq, tirozinin amin turşusunun
dekarboksilazalaşması nəticəsində əmələ gələn aminlərdirlər. Hər
iki hormon ürəyə, qan damarlarına, saya əzələlərə, karbohidrat
mübadiləsinə təqribən eyni cür təsir göstərirlər. Adrenalin və
noradrenalin qlikogenin qlükozaya çevrilməsinə yardım edir.
Onların arasında bəzi fərqli cəhətlər mövcuddur: noradrenalin
bəzi orqanların kapilyarlarının, damar divarlarının əzələ
təbəqələrini fəallaşdırır. O, adrenalindən fərqli olaraq miokardin
oyanmasını artırmayaraq, həm sistolik, həm də diastolik qan
təzyiqinin çoxalmasına səbəb olur. Adrenalin əsas mübadiləni
sürətləndirir, tüpürcək və göz yaşı vəzilərinin, qida borusunun və
tənəffüs yollarının selikli vəzilərinin ifrazını stimullaşdırır.Ürəyə
müsbət inotrop, xroponotrop, dromotrop və batmotrop təsir gös-
tərib, kiçik arteriya və arteriolların daralmasına səbəb olaraq, arte-
rial qan təzyiqini artırır. Emosional gərginlik, stress zamanı
böyrəküstü vəzilərin beyin maddəsindən adrenalin ifraz olunur.
Böyrəküstü vəzilərin beyin maddəsində hormonların sekresi-
yası yalnız simpatik sinir sistemi vasitəsilə tənzimlənir.
Adrenalin və noradrenalin katexol törəmələri olduqları üçün
birlikdə katexolaminlər adlanırlar. Onlar həm də simpatomimetik
aminlər adlanırlar. Qanda və toxumalarda simpatomimetik
amilləri aminooksidaza fermenti parçalayır. Adrenalin ifrazını
tənzim edən mərkəz hipotalamusda yerləşir. Onu dağıtdıqda
adrenalin ifrazı azalır, qıcıqlandırdıqda isə artır. Qanda şəkərin
miqdarı artdıqda hipotalamus vasitəsilə böyrəküstü vəzidən
adrenalin ifrazı azalır; insulin ifrazı isə çoxalır və qlükozanın
298
qaraciyər hüceyrələrinə keçiriciliyin artması nəticəsində
qlikogenə çevrilir. Əksinə, az olduqda adrenalin ifrazı nəticəsində
qanda şəkərin miqdarı əks əlaqə sistemi vasitəsilə bərpa olunur.
Böyrəküstü vəzilərin beyin maddəsinin hiperfunksiyası –za-
manı qanda adrenalinin miqdarı artır, nəticədə arterial təzyiqin
kəskin şəkildə çoxalmasına, dəri örtüklərinin solması, taxikardiya,
titrəmə, ümumi zəiflik müşahidə olunur. Xromaffinli toxumaya
orqanizmin müxtəlif vəzilərində rast gəlindiyindən hipofunksiya
insanda və heyvanda müşahidə olunmur.
Katexolaminlər tirozin amin turşusundan sintez olunan
noradrenalin simpatik sinir sisteminin postsinaptik neyronlarının
neyromediatoru olub, presinaptik mediatoru asetilxolindir.
Stress zamanı təsiri. Sakitlik vəziyyətində bu hüceyrələr daima
az miqdar adrenalin və güman ki, noradrenalin sekresiya edirlər.
Lakin qana daxil olan noradrenalinin böyük hissəsi simpatik ney-
ronların terminalları ilə ifraz olunur. Xarici və daxili stress fak-
torlarının təsiri ilə məsələn, böyük fiziki və ya zehni gərginlik
tələb edən hallarda, həmçinin infeksiya, travma və ya hipoqlike-
miya zamanı böyrəküstü vəzinin beyin qatının və simpatik sinir
sisteminin hüceyrələri tərəfindən adrenalin və noradrenalinin sek-
resiyası və ifraz olunması çox artır. Stress zamanı bu hormonlar
vacib requlyator rolu oynayırlar. Onlar ürək fəaliyyətini artırır,
daxili orqanların damarlarının daralmasını və əzələlərdən olan
damarların genişlənməsini təmin edirlər. Bundan başqa, onlar
mədə-bağırsaq traktının peristaltikasını zəiflədir və bronxların
genişlənməsini təmin edirlər. Damar effektləri orqanizmin
fizioloji vəziyyətinə uyğun gələn dəyişikliklərə gətirir. İnsan və
ya heyvan təhlükədə olan anda mübarizə və ya qaçmaq üçün
əzələlərə O
2
və qlükoza lazımdır, ona görə də bronx və damarların
genişlənməsi əzələni qanla zəngınləşdirır.
Metabolik effektləri. Orqanizmdə əsas enerji mənbəyi qlüko-
zadır. Ona görə katexolaminlər qaraciyər və əzələlərdə qlüko-
genin parçalanmasını induksiya edir, həmçinin qaraciyərdə qlüko-
genezi təmin edir. Belə ki, bu effektləri əsasən adrenalin görür.
Hər iki katexolaminlər piy toxumasında lipolizi və qaraciyərdə
299
proteolizi stimulə etməklə energetik materialın ödənilməsini
təmin edirlər. Katexolaminlərin bu metobolik effektləri, həmçinin,
hipoqlikemiyanın qarşısının alınması üçün vacib əhəmiyyət kəsb
edir. Qanda şəkərin birdən aşağı düşməsi zamanı beyin qatında
katexolaminlərin sekresiyası dərhal artır və onlar hipoqlikemiyanı
qlükoqonla sinergik təsir edərək yox edirlər. Bundan başqa hər iki
katexolaminlər adacıq hüceyrələri tərəfindən insulinin sekresi-
yasını zəiflədirlər ki, bunun hesabına bütün insulindən asılı
proseslər tormozlanır. Bu effekt ekstremal şəraitdə qlükozanın
yüksək qatılığının saxlanılmasına xidmət edir.
Reseptor sistemlər. Adrenalin və noradrenalinın ən azı iki re-
septoru mövcuddur – alfa və beta-reseptorlar. Bu tiplərin hər biri
formakoloji preparatlarla uyğunluğa görə sonradan alfa1-, alfa2-,
beta1-, beta2-reseptorlara ayrıla bilər. Reseptor növlərinin bu cür
müxtəlifliyi katexolaminlərin müəyyən orqana yüksək spesifik
təsirini izah edir. Belə ki, məsələn qarın boşluğunda damarların
yığılması alfa reseptorla əlaqədar olduğu halda, metobolik
effektlər və əzələlərdə olan damarların genişlənməsi beta resep-
torlarla bağlıdır. İnsulinin sekresiyasının zəifləməsi alfa reseptor-
ların iştirakı ilə olur, lipolitik təsir və ürək əzələsinə təsir isə beta
reseptorla
əlaqədar olur. Beta reseptorlarla əlaqədar
katexolaminlərin təsiri adrenilatsiklazanın aktivləşməsi və tsiklik
AMF-in II hüceyrədaxili vasitəçinin yaranması ilə əlaqədardır.
Müxtəlif tip reseptorların mövcud olması kliniki vacib
əhəmiyyətə malikdir, belə ki, bu reseptorları blokada edən
maddələrdən ürək-damar xəstəliklərinin və orqanlarının qan ilə
təchizatının pozulmasında müalicə üçün istifadə olunur.
Böyrəküstü vəzinin beyin qatının peptidləri. Bu yaxınlarda
müəyyən olundu ki, böyrəküstü vəzinin beyin qatının hüceyrələri
adrenalin və noradrenalindən başqa MSS-də və mədə-bağırsaq
traktında tənzimləmə funksiyasını yerinə yetirən peptidlər hazır-
layır. Bu peptidlərdən müasir dövrə qədər P-maddəsi, ihtestinal
vazoaktiv polipeptid, samostatin, beta-enkefalin və
xolesistokininə oxşar maddələr idendifıkasiya olunur..
Böyrəküstü vəzilərin qabıq maddəsi. Böyrəküstü vəzilərin
300
qabıq maddəsi üç zonadan ibarətdir, nəinki, morfoloji baxımdan
ayrılmış, eləcə də müxtəlif fizioloji funksiyaları yerinə yetirən 3
zonadan ibarətdir ki, bunlar morfoloji cəhətdən bir-birindən
fərqlənir:
l) Xarici-yumaqcıqlı zona;
2) Ondan altda yerləşən dəstəli zona;
3) Daxili-torlu zona.
Bu zonalar müxtəlif hormonlar hazırlayır. Torlu zonada əsasən
androgenlər, həmçinin qlükokortikoidlər, dəstəli zonada
qlükokortikoidlər, yumaqcıqlı zonada mineralokortikoidlər hazır-
lanır.
Böyrəküstü vəzilərin qabıq maddəsində külli miqdarda hor-
monlar hasil olunur. Yalnız onlardan bir hissəsi – təxminən 80
hormon yaxşı tədqiq olunmuşdur. Onları 3 qrupa bölmək müm-
kündür: cinsiyyət hormonları, mineralokrtikoidlər, qlükokorti-
koidlər. Böyrəküstü vəzilərin qabığında hasil olunan hormonlar
bir çox hallarda steroidlərdirlər: onlardan bir çoxu qana daxil olan
hormonların sonuncu formalarının sələfləridirlər.
Böyrəküstü vəzilərin qabığında orqanizmin cinsindən asılı ol-
mayaraq həm kişi, həm də qadın cinsiyyət hormonları hasil ol-
unur. Müvafiq cinsiyyət vəzilərində əmələ gələn hər hansı bir cins
üçün səciyyəvi olan hormonlar böyrəküstü vəzilərin qabığı ilə if-
raz olunan cinsi hormonların ifraz olunması səviyyəsini artırırlar.
Torşəkilli zona tərəfindən ifraz olunan esterogenlər, androgenlər
və progesteronlar böyrəküstü vəzilərin cinsi hormonlarıdırlar.
Çox güman ki, məməlilərdə androgenlər əsas cinsiyyət hor-
monlarıdırlar. Onların təsir altında heyvanın cinsinə müvafiq
olaraq tüklərin artımı, əzələlər ilə skeletin inkişafı baş verərək
xarici cinsiyyət orqanları diferensiasiya edərək, orqanizmin
müvafiq cinsiyyət davranışı formalaşır.
Bəzi hallarda böyrəküstü vəzilərin şişli zədələnməsi
nəticəsində cinsiyyət hormonlarının ifrazı kəskin şəkildə artaraq
uşaqlarda erkən cinsiyyət yetişkənliyi başlanır. Qadınlarda
hipernefrianın inkişafı zamanı qadınlarda aybaşı dövrü başa çata-
raq kobud kişi səsi əmələ gəlir. Şişin kəsilməsi bu pataloji
301
təzahürləri aradan qaldırır.
Böyrəküstü vəzi qabığının mineralokortikoidləri qanda qeyri-
üzvi ionların, orqanizmdə su ilə mineral duzlar mübadiləsinin
miqdarının tənzimlənməsində fəal şəkildə iştirak edirlər. Onlardan
yaxşı tədqiq olunmuş ionlar yumaqcıqlı zonanın ifraz etdiyi 11-
dezoksikortikosteron və aldosterondur. Birincisi – orqanizmdən
Na
+
ionlarının, xloridlərin və suyun çıxarılmasını müvafiq şəkildə
azaldaraq, K
+
ionları ilə fosfatların xaric olunması prosesini
gücləndirir. 11-dezoksikortikosteron Na
+
, H
+
və K
+
ionlarının
xaric olunması əvəzində reabsorbsiyanı stimullaşdıraraq Henle il-
gəyinin yuxarı sahəsinə və distal kanallara təsir göstərir. Bu hor-
monun kifayət qədər olmaması zamanı Na
+
ionlarının orqanizm-
dən ifraz olunması proseslərinin əhəmiyyətli şəkildə güclənməsi
baş verir. Orqanizmdə Na
+
və
K
+
mübadiləsinin
tənzimlənməsində əhəmiyyətli rol aldosterona məxsusdur. Onun
insan qanında miqdarı 0,08 mkq/100 ml təşkil edir.
Böyrəküstü vəzilərin qabıq maddəsinin dəstəli zonasında hasil
olunan qlükokortikoidlərə antiiltihabi fəaliyyətə malik olan kor-
tizon və hurokortizon aiddir. Bu hormonların təsiri altında amin
turşularının dezaminləşməsi proseslərinin sürətlənməsi və onların
azotsuz qalıqlarının karbohidratlara çevrilməsi yolu ilə
qaraciyərdə qlikogenin miqdarı artır.
Qlikokortikoidlər yağlar mübadiləsinə təsir göstərirlər: onların
təsiri altında yağın yağ deposundan səfərbər olunması və ondan
enerji mübadiləsi reaksiyalarında istifadə olunması prosesi
güclənir. Qlükokortikoidlər orqanizmdə su ilə elektrolitlərin pay-
lanmasında, su-duz mübadiləsinin tənzimlənməsində iştirak
edirlər. Kartizonun təsir altında iltihab və allergiya reaksiyalarının
zəiflənməsi başlayır.
Böyrəküstü vəzi qabığında hormonların ifrazat intensivliyi
orqanizmin fizioloji tələbatlarının dəyişilməsi zamanı dəyişikliyə
məruz qalır. Böyrəküstü vəzi qabığında hormonların təşkili
proseslərinə xüsusilə güclü stimullaşdırıcı təsirə hipofizdə hasil
olunan AKTH hormonu malik olur. AKTH böyrəküstü vəzi
qabığı hormonlarının bütün üç qrupunun ifraz olunmasına yardım
302
edərək, qlükokortikoidlərin ifrazına xüsusilə güclü təsir göstərir.
Hipofizektomiya zamanı heyvanlarda böyrəküstü vəzi struktur-
larının dəstəli və torşəkilli zonalarının atrofiyası müşahidə olunur.
Qlükokortikoidlər. Sekresiyanın tənzimlənməsı, sintezi və
maddələr mübadiləsinə təsiri. Müəyyən hipotalamik neyronlar iri
peptid (41 amin turşu qalıqlı)-kortikotropin-rilizinq-hormon (KRH)
hazırlayır. Bu neyropeptid qapı sistemi damarına daxil olur, hi-
pofizin ön payına gəlir və burada AKTH-nun sekresiyasını stimulə
edir. AKTH hipofiz vəzisinin ön payından qana buraxılır, böy-
rəküstü vəzilərin qabıq qatına gəlir və onun hüceyrələrində
qlükokortikoidlərin yaranmasını stimulə edir. İnsanda vacib
qlükokortikoid kortizol hesab olunur. O, orqanizmdə çoxlu funksi-
yalar yerinə yetirir. Həmçinin hipofiz və hipotalamusun sekretor
aktivliyini zəiflədir. Bu halda o, «-» əks əlaqə prinsipi ilə təsir edir
və bununla da KRH və AKTH-nun sekresiyasına aid olan
tənzimləmə zəncirini qapayır. Bu tənzimləmə sisteminin sxemi
şəkil 7.14-də verilib.
Şəkil 7.14. Hipotalamus-hipofiz-böyrəküstü vəzin qabıq sistemi. Bu
sistemin tarazlığı ətraf mühit faktorlarından-xüsusilə stress
faktorlarından pozula bilər.
Ekstrahipotalamik strukturlardan, xüsusilə orta beyin və limbik
303
sistemdən emosiyalar haqqında informasiya, ağrı hissiyatı və s.
haqqında informasiya hipotalamusa, oradan isə AKTH sintez
edən hüceyrələrə ötürülə bilər.
Kartizolun səviyyəsinin dəyişməsi. AKTH-bu böyrəküstü
vəzlərin qabığında kortizolun sintez və sekresiyasını stimulə edən
trop hormondur. Sutka ərzində kortizolun qanda konsentrasiyası
dəyişikliklərə məruz qalaraq sirkadion (sutkalıq) ritmə tabe olur.
Səhər saatlarında kortizolun konsentrasiyası gecə saatlarına
nisbətən çoxdur. Belə ki, bu dəyişmə yuxu rejimindən deyil,
sutkanın vaxtından asılı olur. Yuxu rejimi pozulmuş insanlar
üzərində (məsələn, növbəli iş rejimində işləyənlərdə) aparılan
təcrübələr göstərmişdir ki, sirkadion ritm bu cür dəyişikliklərə
tədricən uyğunlaşır. Buradan belə çıxır ki, səhər saatlarında
kortizolun yüksək səviyyəsi fiziolojidir, ancaq bu səviyyənin
günortadan sonra və ya gecə vaxtlarında müşahidə edilməsi artıq
patologiyaya işarədir.
Peptid hormonlar bioloji aktiv formada sintez olunmurlar, onlar
daha iri molekullu sələflərdən ayrılırlar. Bir qədər əvvəl AKTH-nun
sələfınin amin turşu ardıcıllığı müəyyən olunub. AKTH 39 amin
turşu qalığından ibarət olduğu halda, bu molekula beta endorfin
və alfa-melanosit-stimulə edən hormon – MSH adlı endogen
opioid peptidin aminturşu ardıcıllığına malikdir. Bu halda, bu
sələfın sintezi genetik proqramlaşdırılmış hüceyrələri AKTH
hüceyrələr (sintez edən) deyil, propiomelanokortin-sintezedici hü-
ceyrələr POMX-hüceyrələr adlandırmaq lazımdır. Bu
hüceyrələrdə bir yüksək molekullu sələfdən 3 maddə-betta-endor-
fin, alfa-MSH, AKTH yaranır. Başqa sözlə, klassik AKTH-hü-
ceyrələr əslində POMK-sintez edən POMK-hüceyrələrdir. Bax-
mayaraq ki, bu hüceyrələr alfa-MSH, beta-endorfinlə sintez
edirlər, onlar hormon kimi müəyyən rol oynamırlar. Ona görə bu
hüceyrələrin sekresiyasının vacib məhsulu AKTH-dir.
7.8. Qlükokortikoidlərin maddələr mübadiləsinə təsiri
Qanda kortizolun yüksək səviyyəsinin təsirindən amin turşuları
304
qlükoza yaranması ilə metobolizə olunurlar. Belə ki, orqanizmdə
amin turşularının azad olması əzələ zülallarının parçalanması
nəticəsində olur. Bütövlükdə bu prosesə kortizolun zülallara
katobolik təsiri kimi baxırlar. Bundan başqa qlükokortikoidlər
bədənin bütün hüceyrələri tərəfindən qlükozanın qəbulu və
istifadəsini zəiflədir, yəni qanda qlükozanın qatılığını artırmaqla
insulinə əks effekt göstərir (ona görə də qlükokortikoidlərin çoxlu
yaranması diabetin səbəbi ola bilər). Qlükokortikoidlər katobolik
təsirdən əlavə antianabolik təsirə malikdir. Qlükokortikoidlərin
təsiri ilə xüsusilə əzələ zülallarının sintezi artır. Belə ki,
qlükokortikoidlər aminturşularının mənimsənilməsini artırır,
hansı ki, bu aminturşuları qlükozanın (qlükoneogenez) və ya
qaraciyər zülallarının sintezi üçün istifadə olunur.
Qlükokortikoidlər, həmçinin lipid mübadiləsində də iştirak edir.
Onların təsiri altında triqliseidlərin parçalanması gedir və qanda
yağ turşularının miqdarı artır. Qlükokortikoidlərin təsiri altında
qlükozanın piy hüceyrələri tərəfindən udulması zəifləyir, nəticədə
onlarda az triqliseridlər yaranır ki, bu da bədənin piy ehtiyatının
azalmasına səbəb olur.
Stresə qarşı reaksiya. Fizioloji şəraitdə qlükokortikoidlərin
sadalanan metobolik effektləri balanslaşdırıb vacib olan vaxtda
onlar orqanizmi energetik material ilə təmin edirlər.
Qlükokortikoidlərin bu rolu böyük həyati əhəmiyyət daşıyır, ona
görə də kəskin stress zamanı ilk növbədə hipotalamo-hipofizor-
böyrəküstü vəzi sistemi fəallaşır. Stress zamanı kortizolun
qandakı səviyyəsi tez artır. Ancaq bu və ya digər stress
faktorunun yenidən və ya uzunmüddətli təsiri zamanı hipotalamo-
hipofızor-böyrəküstü vəzi sistemi yavaş-yavaş sönür, zəifləyir,
dayanır, yəni bu təsirə uyğunlaşır.
Böyrəküstü vəzi, hipotalamus və hipofiz vəziləri arasındakı
funksional əlaqəni, daha ətraflı Kanada endokrinoloqu Hans Sele
öyrənmişdir. Onun tərəfindən elmə məlum olmuşdur ki, yanıqlar,
bədbəxt hadisələr, psixi gərginlik və s. adrenokortikotrop (AKTH)
hormonunun, o isə qlükokortikoidlərin ifrazını sürətləndirir. Gös-
tərilən amillərin təsiri uzandıqda qlükokortikoidlər tükənir və
305
nəticədə ağır vəziyyət meydana çıxır. Selye belə ağır vəziyyəti
«gərginlik» və ya «stress» adlandırmış və onu üç dövrə və ya
fazaya bölmüşdür:
1.
Həyəcan fazası – bu fazada xoşagəlməz qıcıq sistemə təsir
edərək adrenokortikotrop və qlikokortikoidlərin ifrazını
artırır;
2.
Rezistenlik və stabillik fazası
– bu dövrdə
qlükokortikoidlərin çoxalması orqanizmin xoşagəlməz hala
qarşı davamlılığını artırır ki, nəticədə normal vəziyyət bərpa
olunur.
3.
Tükənmə fazası – bu fazada qlükokortikoidlər tükənir, hətta
ölüm də baş verə bilər.
Kortizolun stress zamanı digər vacib funksiyası böyrəküstü
vəzinin beyin maddəsindən – katxolaminlərdən adrenalin və
noradrenalini qana buraxmasıdır ki, bunlar damarların saya
əzələsinin və skelet əzələsinin yığılmasına səbəb olur. Bunun
nəticəsində əzələlərə O
2
və qida maddələri ilə zəngin qanın çoxlu
miqdarda daxil olması təmin olunur. Katexolaminlərin bu təsiri
yalnız kortizolun iştirakı ilə meydana çıxır. Ona görə kortizol
skelet əzələlərinə təsir etmir, o, katexolaminlərin təsirinə imkan
yaradır. Ona görə onun təsiri permissiv, yəni icazəverici təsir
adlanır.
Kimyəvi quruluşca qlükokortikoidlər mineralokortikoidlərə
yaxındırlar. Ona görə onlar mineralokortikoidlər kimi həmişə zəif
ikincili təsir göstərir.
Farmokoloji aspektləri. Qlükokortikoid təsirinə malik olan
maddələr müasir dövrdə dərman preparatları kimi işlədilir.
Onların təsirinin farmakoloji və fızioloji əsaslarını bilmək
lazımdır. Qlükokortikoidlərin orqanizmdə artıq miqdarda
yaranması və ya onu çoxlu miqdarda vurduqda yuxarıdakı
effektlər gücləşmiş formada görünəcək. Zülalların parçalanması
əzələ distrofiyasına, sümüklərdə zülal matriksinin dağılması isə
patoloji vəziyyətə – osteoporoza gətirə bilər. Bununla əlaqədar
olaraq qlükozanın yaranması, onun qanda qatılığı artır, nəticədə
onlar qaraciyərdə qlikogenə çevrilirlər. Belə ki, bu proses
306
insulinin miqdarı kifayət qədər olduğu vaxt optimal gedir,
insulinin sekresiyası qlükokortikoidlərdə
zəiflədilir.
Qlükokortikoidlərin orqanizmdə yüksək səviyyəsi nəticəsində
orqanizmdə perediabetik (diabetdənəvvəlki) inkişaf baş verir.
Iltihaba qarşı əks təsiri. Bütün qlükokortikoidlər xəstəlik pro-
seslərinin inkişafının zəifləməsinə bir neçə yolla təsir edir.
İstənilən xəstəlik 3 simptomla müşahidə olunur: l) Qızartı-xəstə
sahəyə qanın çoxlu axması ilə yaranır. 2) Şişkinlik – xəstə sahədə
kapilyarların keçiriciliyinin artması və hüceyrə arası sahəyə ma-
yenin daxil olması ilə yaranır. 3) Ağrı hissi – bu iki prosesin
nəticəsində toxumaların qıcıqlanmasından yaranır. Bütün bu 3
simptom qlukokortikoidlərin təsiri ilə aradan qaldırılır.
Bununla yanaşı qlükokortikoidlər antitellərin yaranmasını
zəiflədir ki, bu da orqanizmin infeksiyaya qarşı müdafiə
reaksiyasının pozulmasına gətirir. Azmüddətli stress zamanı bu
effekt nəzərə çarpmayandır. Ancaq kortizolun yüksək
səviyyəsinin uzunmüddətli saxlanılması zamanı bu aydın görünür.
Qlükokortikoidlərin bu təsiri klinikada orqanizmin allergik
reaksiyasının aradan qaldırılmasında və transplantatların immun
təsirinin qarşısının alınmasında istifadə olunur.
Qlükokortikoidlərin sadalanan effektləri onu izah edir ki,
qlükokortikoid təsirə malik dərman preparatları tibdə geniş tətbiq
olunur. Bu preparatları təyin edərkən həkim nəzərə almalıdır ki,
qlükokortikoidlər iltihabi prossesi zəiflətməklə yanaşı orqanizmin
müdafıə reaksiyasını (immuniteti) zəiflədir. Qlükokortikoidlər
xəstəliyin yalnız simptomlarını aradan qaldırır və bakteriosid
təsirə malik deyil və onların istifadəsi zamanı bakterial infeksiya
«maskalana» bilər. Ona görə qlükokortikoidlər qəbul edən xəstə
nəzarət altında saxlanmalıdır. Qlükokortikoidlərin digər arzuolun-
mayan əlavə təsirlərinə aşağıdakılar aiddir: mədə xorasının
sağalması zamanı və ya toxumaların digər daxili zədələnməsi
zamanı yaranan qaysağın yaranmasını tormozlayır. Bundan əlavə
qlükokortikoidlər mədədə duz turşusunun (NaCl) sekresiyasını
stimulə etdiyinə görə mədə xorası olan xəstələrə qəbul etmək
olmaz.
Dostları ilə paylaş: |