Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə27/33
tarix28.11.2016
ölçüsü66,66 Kb.
#320
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

319 
vasitəçisi olub, qlükogenin parçalanmasına gətirən biokimyəvi 
reaksiyaları stimulə edir. Qlükogenin əsas hədəf orqanı 
qaraciyərdir ki, bu qlükogenin əsas depo yeridir. Xroniki 
hipoqlükemiya zamanı qlükoqonun uzunmüddətli təsiri qaraciyərdə 
qlükogenin ehtiyatının azalmasına gətirir, ancaq onda qlükogenez 
yenə  də davam edir. Axırıncı effektin səbəbi ondan ibarətdir ki, 
qlükaqonun təsirindən qaraciyər hüceyrələri qandan amin 
turşularını daha aktiv udur və bu amin turşuları qlükozanın sintezi 
üçün istifadə edilir.  
Samatostatin. Bu 14 amin turşusundan təşkil olunmuş peptid-
dir.  İlk dəfə o, hipotalamusda tapılıb. Burada tapılmış sama-
tostatin hipofizdə boy hormonunun sintezini zəiflədir ki, bundan 
da onun adından götürülüb. O, bir çox toxumalarda ingibitor 
vəzifəsini görür. O, Langerhans adacıqlarının hüceyrələrində 
yaranır və parakrin yolla təsir edir, insulin və qlükaqonun sekresi-
yasını  zəiflədir. Bundan başqa o, mədə-bağırsaq traktının və öd 
peristaltikasını zəiflədir və həzm şirələrinin sekresiyasını azaldır. 
Nəticədə də qidanın sorulması zəifləyir. Beləliklə, samatostatinin 
təsiri həzm sisteminin aktivliyinin zəifləməsinə səbəb olur.  
Qlükozanın səviyyəsinin tənzimlənməsi.  Qanda  şəkərin 
miqdarının artması beta hüceyrəsi tərəfindən insulinin sekresiyası 
üçün güclü stimuldur. Qlükozanın normal qatılığında insulinin sek-
resiyası bazal sürətə malik olur, ancaq qlükozanın qatılığının 
0,9q/l-dən aşağı olması vaxtı qanda insulin tapılmır. Ağızdan 100 q 
qlükoza qəbul edildikdən sonra onun qandakı qatılığı  dərhal artır 
ki, bu insulinin xaric olmasına səbəb olur. Bu cür asılılıq şəkil 7.17-
də verilib. İnsulinin çatışmazlığı vaxtı qanda şəkərin qatılığının 
azalması ləngiyir (şəkil 7.18, 7.19).  
  

 
320 
 
Şəkil 7.17. Qanda qlükaqonun miqdarının qanda şəkərin qatılığından 
asılılığı. Normal şəraitdə  və hiperqlikemiyada qanda qlükaqonun 
qatılığı aşağı səviyyədə olur, ancaq hipoqlikemiyada artır.  
 
 
Şəkil 7.18. Qlükozaya tolerantlıq nümunəsi. 
 
 
321 
 
Şəkil 7.19. Qanda insulinin çatışmazlığı və şəkərin əyrisi arasında 
münasibət.  
 
Normada qanda qlükozanın qatılığı  təxminən 100 mq/100 ml 
plazmadır, insulinin miqdarı isə bu şəraitdə bazal səviyyədədir. 
100q qlükoza saxlayan məhlulu qəbul etdikdən sonra cavab 
olaraq qanda qlükozanın miqdarı artır.  
Qlükozaya olan tolerantlıq nümunəsi beta-hüceyrələrin qanda 
şəkərin miqdarını nizamlamağa qadir olmasını başa düşməyə 
imkan verir. Bir qədər  əvvəllər göstərilirdi ki, amin turşuları  və 
sərbəst yağ turşuları da insulinin sekreksiyasını stimulə edir, 
baxmayaraq ki, qlükozaya nisbətən az effektlidir. Qeyd edək ki, 
bu hüceyrələr təkcə bu komponentlərlə deyil, mədə-bağırsaq 
traktının müəyyən peptid hormonları, həmçinin parasimpatik sinir 
sistemi ilə də aktivləşə bilər. Bu effektlərə əks insulinin sekresi-
yasını b andrenergik reseptorların iştirakı ilə simpatik sinir siste-
minin aktivləşməsi ilə  zəiflədə bilənlər aiddir. Sakit vəziyyətdə 
parasimpatik sinir sistemi qidanın həzminə  şərait yaradır. Stres 
zamanı enerji lazım olduğu üçün qlükoza qlükogenə çevrilmir.  
Bu halda o fakt əhəmiyyətlidir ki, katexolaminlər insulinin 
sekresiyasını dayandırır, bu da qlükozanın enerji mənbəyi kimi 
istifadə olunmasına səbəb olur. Qlükaqonun sekresiyası 
hipoqlükemiya zamanı artır, belə ki, qlükogen qlukoza mənbəyidir 
və onun parçalanması hipoqlükemiyaya əks təsir edir. 
Samatostatinin sekresiyası qanda qlükoza, amin və yağ turşularının 
yüksək qatılığında artır. Bu şəkildə samotostatin insulinin 

 
322 
sekresiyasını tormozlayır. 
Qanda şəkərin miqdarının hormonal tənzimlənməsi. Mədəaltı 
vəzi toxumasının insulin və qlükaqon kimi hormonları qanda 
qlükozanın miqdarının tənzimlənməsinin antaqonist sistemini 
əmələ  gətirirlər. Qanın plazmasında qlükozanın qatılığı sağlam 
insanda 80-120 mq% həddində tərəddüd edir. 
Karbohidratlar ilə zəngin qida qəbulu qanda şəkərin qatılığının 
çoxalması ilə  nəticələnir. Qlükozanın bir hissəsi qana daxil 
olaraq, orada ehtiyat qlikogeninə çevrilir. Şəkərin miqdarının qan-
da normadan yüksək olması Langerhans adacıqlarının 
β
 hücey-
rələri tərəfindən insulinin ifraz olunması siqnalı kimi qəbul edilir. 
İnsulinin  əsas fəaliyyəti toxumalar tərəfindən qlükozanın 
mənimsənilməsi dərəcəsinin kəskin şəkildə çoxalmasından ibarət 
olduğundan, qlükozanın qandan skelet əzələlərinin hüceyrəsinə və 
digər fəaliyyətdə olan toxumalara keçidi zamanı  şəkərin qanda 
konsentrasiyası azalaraq, bununla qan plazmasında qlükozanın 
normal miqdarı  bərpa olunur. Qlükozanın qanda miqdarının 
azalması qlükaqon hasil edən adacıq toxumalarının 
α -hüceyrə-
lərinin fəallaşması ilə  nəticələnir. Qlükaqonun fəaliyyəti qliko-
genin qlükozaya çevrilməsi prosesinin sürətlənməsindən, yəni 
qanda  şəkərin miqdarının kopensatorlu artımından ibarətdir. 
Qanda şəkərin miqdarının artması qlükaqonun ifrazını ləngidir. 
Beləliklə, mədəaltı  vəzinin adacıq toxuması qanda şəkərin 
miqdarının həm çoxalmasına, həm də azalmasına cavab verən 
antaqonist nöqteyi-nəzərindən fəaliyyət göstərən hormonları 
sayəsində qanda şəkərin miqdarının effektiv tənzimləyicisi olur. 
Patofizioloji aspektləri.  İlk dəfə alman alimləri Merinq və 
Minkovski 1889-cu ildə  mədəaltı  vəzinin xarici sekresiya 
fəaliyyətinin həzm prosesində rolunu öyrənmək məqsədilə vəzini 
itin bədənindən çıxaran zaman diabet xəstəliyinin  əlamətlərini 
müşahidə etmişlər. Belə ki, qanda qlükozanın miqdarı artır, 
sidiklə  şəkər ifraz olunmağa başlayır. Mədəaltı  vəzini yenidən 
bədənə transplantasiya etdikdə diabetin əlamətləri yox olmuş, 
qanda qlükozanın səviyyəsi yenidən normallaşmışdır. 
Şəkərli diabet xəstəliyinin  əsas  əlaməti qanda şəkərin miq- 
 
323 
darının normadan (80-120 mq% və ya 4,44-6,66 mmol/l-dən çox 
olmasıdır). Çox olmasına  hiperqlikemiya, az olmasına 
hipoqlikemiya deyilir. Diabet zamanı orqanizmdən xaric olan 
sidiyin miqdarı xeyli artır (poliuriya). Belə xəstələr çoxlu su qəbul 
edirlər (polidipsiya). Mədəaltı vəzin hormonunu almaq o qədər də 
asan olmamışdır. Belə ki, ilk dəfə 1923-cü ildə rus alimi 
L.V.Sobolyevin təklif etdiyi üsul ilə (mədəaltı vəzin onikibarmaq 
bağırsağa açılan axacaqlarını bağlamağı  təklif etmişdir) 
Langerhans adacıqlarından insulin preparatını aldılar. 
Orqanizmdə insulin çatışmazlığı qanda qlükozanın miqdarının 
kəskin  şəkildə çoxalması ilə  nəticələnərək,  şəkərli diabet 
xəstəliyinin inkişaf etməsinə  şərait yaradır. Diabet xəstəliyinə 
yoluxan xəstələrdə qanda külli miqdarda şəkərin olmasına 
baxmayaraq orqanizmin toxumaları onu mənimsəməyərək,  əsas 
enerji mənbəyi olan qlükozaya qarşı daima çatışmamazlıq hiss 
edirlər. Bu orqanizmin digər enerji mənbəyi olan yağlar ilə 
zülallardan istifadə olunması ilə  nəticələnir. Yüksək yağ 
mübadiləsi Krebs tsiklinin biokimyəvi reaksiyaları  nəticəsində 
müəyyən pozğunluq ilə  nəticələnir; yağlar mübadiləsinin qeyri-
turşulu məhsulları – aseton tərkibli ketonlu cisimlər meydana 
çıxır. 
Heyvanların insulin çatışmazlığına qarşı  həssaslığı da 
müxtəlifdir. Məməli heyvanlar arasında yüksək həssaslıq itlər, pi-
şiklər və siçovullar üçün xarakterikdir; ot ilə qidalanan heyvanlar 
insulin çatışmazlığına qarşı o qədər də  həssas deyildirlər. 
Toxumaların insulinə qarşı cüzi həssaslığı reptililər ilə quşlarda 
müşahidə olunur. 
Əgər insulin çox az hazırlanırsa və ya o, hədəf hüceyrəyə təsir et-
mirsə, onda şəkərin miqdarı artır və  şəkərli diabet yaranır. Bu cür 
adlandırma ona görədir ki, sidik şirin olur, çünki qandakı artıq şəkər 
sidiklə xaric olur. İnsulin böyük defisitdə bütün istifadə olunmamış 
qlükoza sidiklə xaric ola bilmir. Bundan başqa insulin 
çatışmamazlığı lipolizin stimulyasiyasına gətirir ki, nəticədə keton 
cisimləri yaranır.  Əgər xəstəlik daha da artarsa, xəstədə diabetik 
koma ola bilər.  Əgər ki, həddən çox insulin sintez olunursa 

 
324 
(məsələn, adacıqların işi zamanı) və ya həkimin göstərişi ilə 
insulinin böyük dozası yeridilirsə, qlükozanın qandakı səviyyəsi dü-
şür və hipoqlikemik şok yaranır. Hər iki hal ölümlə nəticələnə bilər, 
əgər vaxtında qlükoza və ya insulin verilsə, ölümün qarşısı alınar 
(uyğun olaraq birində hipoqlikemik, digərində diabetik şokda ola 
bilər).  
7.12. Hipofiz 
 
Hipofiz – və ya aşağı beyin artımı, beyin əsasında türk yəhər 
adlanan payşəkilli sümüyünün üzərindəki çuxurda yerləşir və bu 
onu zədələnmədən qoruyur. Çəkisi 0,5-0,7 qr olub orqanizmdə 
daha  əhəmiyyətli funksiyalar yerinə yetirən daxili sekresiya 
vəzilərindən biridir. Hipofiz hormonları  nəinki orqanizmin 
müxtəlif fizioloji sistemlərinə, eləcə  də digər endokrin vəzilərin 
fəaliyyətinə təsir göstərirlər. Hipofiz çox mürəkkəb bir vəz olub, 
həm struktur, həm də funksional baxımdan bir-birindən fərqlənən 
arxa, aralıq və ön paylardan ibarətdir (şəkil 7.20). Arxa pay 
neyrohipofiz hipotalamusda yerləşən neyronların akson 
uclarından təşkil olunub. Ön pay adenohipofiz – hormon 
sekresiya edən hüceyrələrdən təşkil olunub. Ön və arxa payları 
ayıran nazik hüceyrələr qatı aralıq payı  əmələ  gətirir. Bu pay 
hipotalamusdan gələn sinirlərlə innervasiya olunur. Aralıq pay 
aşağı sinif onurğalılarda məməlilərə nisbətən daha çox əhəmiyyət 
daşıyır. 
 
Şəkil 7.20. Hipotalamus və qapı damarına münasibətdə hipofizin ön, 
 
325 
aralıq və arxa paylarının yerləşməsi: SN-supraoptik nüvə; PN-pa-
raventrikulyar nüvə; RH və SH-rilizinq və ingibirləşdirici hormon.   
7.13. Hipofizin arxa payının endokrin funksiyaları 
 
Arxa payın hormonları.  Hipotalamusda supraoptik və 
paraventrikulyar nüvələrin neyronlarının aksonları hipofizin ayaq-
cığından türk yəhərinə keçib burada hipofizin arxa payını  əmələ 
gətirir. Bu aksonların genişlənmiş terminallarında 2 hormon 
saxlanılır-oksitosin, antidiuritik hormon (ADH) və ya vazoprossin 
(şəkil 7.20). Aralıq pay yalnız 1-2 qat hüceyrələrdən təşkil olunub 
və  yəqin ki, insanda heç bir funksiya görmür. Ön pay epitelial 
quruluşa malikdir. Onun hüceyrələrinin aktivliyi rilizinq və 
ingibirləşdirici neyrohormonlar tərəfindən tənzimlənir ki, bunlar 
da hipotalamus hüceyrələri tərəfindən sekresiya olunurlar. Bu 
neyrohormonları sintez edən hipotalamik neyronlar limbik sistem 
və orta beyin və  həmçinin hipotalamusun özünün neyronları 
tərəfindən innervasiya olunur. Bu yolla hipotalamusun 
hüceyrələri xarici və daxili təsirlər haqqında informasiya alırlar. 
Hipofizin arxa payından ADH və oksitosin ümumi qan 
dövranına buraxılır. Hər 2 hormonun molekulları 9 amin turşu 
qalığından təşkil olunub ki, bunlardan da ikisi sisteindir. 
Axırıncılar bir-biri ilə disulfid körpücüyü ilə birləşib həlqə əmələ 
gətirir.  
Fizioloji şəraitdə ADH-un hədəf orqanı rolunda böyrəklər çıxış 
edir. Bu hormonun (təsiri) osmorequlyasiya təsiri ilk dəfə 
Verneyin pioner təcrübəsində müəyyənləşib. O, yuxu arteriyasına 
(pişiklərin) NaCl (məhlulunun) hiper və ya hipotonik məhlulunu 
yeridir və supraoptik nüvədə  təsir potensialını yazdı. Hipertonik 
məhlul supraoptik nüvələrin aktivliyini artırır, hipotonik isə 
azaldır.  
Çoxlu miqdar ADH-in yeridilməsi qan təzyiqini artırır. 
Qanitirmə zamanı və ya şokda arterial təzyiqin azalması ADH-nin 
sekresiyasını artırır və nəticədə arterial təzyiqin artmasına gətirir. 
Bununla yanaşı böyrəyin qapı sistemində ADH qan təzyiqinin 
azalmasına səbəb olur.  
ADH-nun sekresiyasının pozulması zamanı  şəkərsiz diabet 

 
326 
adlanan xəstəlik yaranır. Bu xəstəlik zamanı çoxlu miqdar sidik 
yaranır və  şirin olmur. Haçansa həkimlər dəqiq diaqnoz qoymaq 
üçün sidiyin şirinliyini dadırdılar,  əgər  şirin idisə  şəkərli,  şirin 
deyildisə  şəkərsiz diabet diaqnozu qoyurdular. O vaxtlar bu 
xəstəliyin səbəbinin ADH-nun defisitindən asılı olduğunu 
bilmirdilər.  
Müasir dövürdə ADH-nu sintetik yolla alırlar, ona görə bu 
xəstəliyin müalicəsi ciddi problem deyil.  
Oksitosin. Oksitasinin hədəf orqanı uşaqlığın əzələ qatı – mio-
metriya və süd vəzilərinin mioepiteli hüceyrələri hesab olunur. 
Süd ifrazı refleksi. Fizioloji şəraitdə süd vəziləri doğuşdan 24 
saat sonra süd buraxmağa başlayırlar və bundan sonra körpə əmə 
bilər.  Əmmə aktı  məmələr üçün güclü oyandırıcı hesab olunur. 
Sinir yolu ilə stimul hipotalomik neyronlara ötürülür, hansı ki, 
bunlar oksitosin sintez edir. Oksitosin mioepitelial hüceyrələrin 
yığılmasını təmin edir. Mioepitelial hüceyrələr vəzin alveolları ət-
rafında düzülür və onların yığılması zamanı süd çıxarılır (şəkil 
7.21).  
 
 
Şəkil 7.21. Süd ifrazı refleksinin sxemi. 
 
327 
 
Miometriya təsir. Uşaqlıq yolunun və  uşaqlığın boynunun 
mexaniki qıcıqlanması zamanı sinir impulsları meydana çıxır ki, 
bunlar hipotalamusa çatır və oksitosinin ifrazına səbəb olur 
(Ferqyuson refleksi). Hamiləliyin axırına yaxın estrogenlərin 
təsiri ilə miometriyanın oksitosinə qarşı həssaslığı artır. Təxminən 
hamiləliyin 280-cı günü oksitosinin sekresiyası artır ki, bu dölün 
uşaqlığın boynuna və  uşaqlıq yoluna itələnməsinə  səbəb olan 
miometriyanın zəif yığılmasına səbəb olur.  
Hamilə olmayan qadınlarda Ferqyuson refleksi çox böyük 
əhəmiyyətə malik deyil. Lakin buna baxmayaraq, (oksitosin) cinsi 
əlaqə zamanı buraxılan oksitosin uşaqlığın zəif yığılmasına səbəb 
ola bilər ki, bu da spermanın hərəkətini asanlaşdıra bilər. 
Kişilərdə oksitosinlərin rolu haqqında hələlik heç nə məlum deyil. 
Güman ki, o eyakulyasiya zamanı xayalığı qaldıran  əzələlərin 
peristaltikasını artırır. 
Hipofizin arxa payında iki hormon aşkar olunmuşdur: 
oksitosin və vazopressin və yaxud antidiuretik hormon – ADH. 
Oksitosin və vazopressin doqquz amin turşularından ibarət qısa 
peptidlərdirlər. Onlardan yeddisi hər iki hormonlarda eynidirlər. 
Hər iki hormon hipotalamusun suproptik və paraventikulyar 
nüvələrinin neyrosekretorlu hüceyrələrində  əmələ  gələrək, daha 
sonra bu hüceyrələrin aksonları vasitəsilə hipofizin arxa payına 
keçirlər. Onlar burada toplanaraq daha sonra qana daxil olurlar. 
Oksitosin fəaliyyəti uşaqlığın divarlarının saya əzələlərinin və 
sidik kisəsi ilə bağırsağın  əzələlərinin cüzi şəkildə  yığılmasında 
təsir edir. O laktasiya prosesinin tənzimlənməsində iştirak edərək, 
süd vəzilərinin saya əzələləri ilə mioepitelial hüceyrələrin 
yığılmasına şərait yaradaraq, südün ifraz olunmasına səbəb olur.  
ADH-nin tərkibi osmotik təzyiq vasitəsilə  tənzimlənir. 
Osmotik təzyiqin azalması hormonun ifraz olunmasının 
ləngiməsinə  səbəb olur. Osmotik təzyiq reseptorları supraoptik 
nüvənin hüceyrələrində yerləşir. ADH suyun böyrək kanallarına 
və ilk növbədə Henle ilməsinə, distal kanala və  yığıcı hüceyrə 
bilavasitə  təsir etməsi sayəsində suyun böyrək kanallarında 

 
328 
sorulması proseslərini gücləndirir. 
Məməlilərdə yeganə amin turşusu ilə bir-birindən fərqlənən iki 
ADH forması  aşkar olunmuşdur. Lizin-vazopressin donuz ilə 
begemotda, arginin – vazopressin isə digər məməli heyvanlarda 
aşkar edilmişdir.  İtin arginin-vazopressini donuzun lizin-vazo-
pressindən 6 dəfə daha güclü effektə malikdir. 
Hipofizin aralıq payının endokrin funksiyaları. Hipofizin ar-
alıq payında aşağısəviyyəli onurğalı heyvanların rəng çalarlarının 
dəyişməsinin tənzimlənməsində  iştirak edən melanositistimullaş-
dıran hormon – intermedin əmələ  gəlir. MSH melanforlara 
piqmentin yayılmasına  şərait yaradaraq, xüsusilə balıqlarda və 
suda-quruda yaşayanlarda yeni piqmentin təşkilini stimullaşdırır. 
İntermedinin orqanizmə daxil edilməsi dərinin qaralması ilə 
nəticələnir. İntermedin 13 amin turşusundan ibarət komponentdir: 
onun müxtəlif heyvanların hipofizində tərkibi müxtəlif olur. Belə 
ki, qurbağanın hipofizində intermedinin miqdarı 500.000 vahid 
təşkil etdiyi halda, siçovulda 400.000, qoyunda – 100.000, qa-
banda isə 600.000 vahid olur. MSH ifrazı qlükoproteidlər 
vasitəsilə dayandırılır. 
Quşlar ilə  məməlilərin rənglərinin mövsümü olaraq 
dəyişilməsində digər orqanlar ilə birlikdə MSH hasil edən hi-
pofizin iştirak etməsinə dair fikir söyləməyə əsas verir.  
 
7.14. Hipofizin ön payının endokrin funksiyaları 
 
Hipofizin ön payının sistemi. Embriogenezdə hipofizin ön 
payı birincili ağız boşluğunun damının çıxıntısından formalaşır. 
Bu boşluq Ratki cibi adlanır. Embrional inkişaf prosesində çıxıntı 
kəllənin daxilində yerləşir. Bu müəyyən patofizioloji əhəmiyyətə 
malikdir. Bu da onunla bağlıdır ki, embrional toxumaların çıxıntı-
ları birincili ağız boşluğundan türk yəhərində yerləşən son yerinə 
qədər olan yolda qalıb sonrakı yaşlarda  şişlərə başlanğıc verə 
bilər. Neyroendokrin struktur kimi deyil, ektodermal struktur kimi 
formalaşan hipofizin ön payı  vəzili epitel xarakterinə malikdir. 
Adenohipofiz adı da buradan götürülüb. Sadə histoloji metodların 
 
329 
köməyi ilə adenohipofizin 3 tip hüceyrədən  əmələ  gəldiyini 
müəyyən etmişlər.  
1.  Asidofid hüceyrələr – turş  rənglə boyanır. Samotrop və 
prolaktin hormonlarını sintez edirlər. 
2.  Bozafil hüceyrələr – qələvi rənglə boyanır. Adrenokor-
tikotrop, triotrop və qonadotrop (follikulu stimulə edən və 
lüteyinləşdirici) hormonlar hazırlayır.  
3.  Neyrofil-hüceyrələr  və ya xromofob hüceyrələr, praktiki 
olaraq heç bir rəngləyici ilə boyanmırlar. Hormon ifraz etmirlər 
və bazafil hüceyrələrin sələfi sayılırlar. Ön payın bütün hor-
monları zülal təbiətlidir. 
Beləliklə, ön pay 6 hormon hazırlayır. Onlar aşağıdakılardır 
(cədvəl 7.2): 
 Cədvəl 7.2 
 
Qısaldılmış adı Tam 
adı 
Hədəf orqanı 
 
Qlandotrop hormonlar 
 
1. AKTH 
Adenokortikotrop hormon  Böyrəküstü vəzin  
qabığı 
 (kortikotropin) 
 
2. TTH 
Tireotrop hormon  
(tireotropin) 
Qalxanabənzər vəzi 
3. FSH 
Follikulstimulə edən  
hormon 
Qonadalar 
4. LH 
Lüteinləşdirici hormon 
Qonadalar 
Effektor hormonlar 
5. Prolaktin 
Prolaktin 
Süd vəzi, qonadalar 
6. BH 
Boy hormonu  
samototropin 
Orqanizmin bütün  
hüceyrələri 
 
Qlandotrop hormonlar. Bu 4 hormonun hədəf orqanı endokrin 
vəzilər olduğu üçün onları qlandotrop hormonlar adlandırırlar. Bu 
hormonlar vəzilərin aktivliyini stimulə edir. Hədəf orqanlarından 
biri də qalxanabənzər vəzidir ki, aktivliyi TTH ilə stimulə edilir. 
AKTH isə böyrəküstü vəzin qabıq maddəsini stimulə edir. FSH və 
LH isə qonadotropin hormonudur. Bunlardan biri follikulların 

 
330 
yetişməsini, digəri isə follikulların partlamasını, ovulyasiyanı  və 
sarı cismin əmələ  gəlməsini təmin edir. Bu 2 hormon qadınlarda 
yerinə yetirdiyi funksiyalara görə bu cür adlandırılıb. Lakin bu 
hormonlardan (FSH) kişilərdə isə spermanın yetişməsində mühüm 
rol oynayır. LH testesteronun sintezini stimulə edir. TTH, LH, 
FSH-qlükoproteindirlər, yəni karbohidrat qalıqları saxlayırlar. 
Effektor hormonlar. 4 hormondan əlavə adenohipofiz 2 
hormon da hazırlayır ki, bunlar ayrı-ayrı vəzilərə deyil, orqanlar 
sisteminə  və  hətta orqanizmə bütövlükdə  təsir edir. Bu hor-
monlardan biri STH-samototrop hormon, samototropin, II-
prolaktindir – o, laktasiyada iştirak edir. Belə ki, onun spesifik 
reseptorları  təkcə süd vəzilərində deyil, digər orqanlarda da 
tapılıb. Prolaktinin bu orqanlara təsir etməsi hələlik məlum deyil. 
Siçovullarda prolaktin luteyinotrop təsir göstərir, ona görə onu 
lynteotrop hormon adlandırırlar. Lakin insanda o, belə  təsirə 
malik deyil, ona görə bu addan istifadə etmirlər.  
Adenohipofiz MSS tərəfindən innervasiyaya malik olunmasına 
baxmayaraq, onun aktivliyi – hipotalamus ilə nizamlanır. Hipofizin 
sinir hüceyrələrində müəyyən maddələr hazırlanır – bunlar kimyəvi 
informasiyanın daşıyıcıları olub, hüceyrələrin fəallaşması zamanı 
akson terminallarından xaric olur. Akson terminalları ixtisaslaşmış 
damar sistemi-qapı sistemi yaxınlığında (hipofizin) yerləşir, hansı 
ki, bu hipotalamus və hipofizi əlaqələndirir. Bu sistemlə hipota-
lamik neyronlardan buraxılan kimyəvi maddələr hipofizin ön pay-
ına daşınır (şəkil 7.22). Hipofizdə onlar ya hipofizar hormonun sek-
resiyasını  təmin edir (bu halda həmin maddələrə rilizinq faktoru 
(RF) və ya rilizinq hormonu (RH) deyilir, ya da onun sekresiyasını 
zəiflədir (bu halda onlara ingibirləşdirici faktor və ya hormon (İF, 
İH) deyilir. Digər nomenklaturaya görə rilizinq faktoru liberinlər, 
ingibirləşdirici faktoru isə statinlər adlandırırlar.  
 
331 
 
Şəkil 7.22. Adenohipofizar hormonların sekresiyasının (aşağı 
düzbucaqlılar) hipotalamus (yuxarı düzbucaqlılar) tərəfindən 
nizamlanmasının əsas prinsipləri. 
Əvvəllər hesab edirdilər ki, hər bir trop hormonun sekresiyasını 
özünün spesifik rilizinq-hormonu stimulə edir və bu hormonların ad-
landırılmasında öz əksini tapıb: tireotropin-rilizinq-hormon (TRH), 
kortinotropin-rilizinq-hormon (KRH), lüteinləşdirici hormonun 
RH-u (LH-RH), follikul-stimuləedici hormonun rilizinq hormonu 
(FSH-RH).  İndi müəyyən olunub ki, trop hormonların 
tənzimlənməsi mürəkkəbdir. Göstərilib ki, hipotalamusdan 
buraxılan dekapeptid LH və FSH-ın sekresiyasını stimulə edir. Ona 
görə əvvəllər LH-RH adlandırılması indi qonadotropin-rilizinq-hor-
monu (QTRH) ilə əvəz olunub. 2 effektor hormonun sekresiyasının 
tənzimlənməsi birdən çox hormonla requlyasiya olunur. BH-un 
sekresiyası RH (BH-RH) və ingibirləşdirici hormonla (BH-İH) 
tənzimlənir.  İlk dəfə BH-RH-nun strukturu açıqlananda, müəllif 
ona samatostatin adı verdi. Prolaktinə gəldikdə isə onun sekresiyası 
çoxdan məlum olduğu kimi hipotalamik prolaktin-ingibirləşdirici 
hormon və ya faktorla (PİF) tənzimlənir (cədvəl 7.3). PİF onunla 
seçilir ki, o peptid deyil, biogen amindir-dofamin. O, prolaktinin 

 
Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin