TƏBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/28
tarix28.11.2016
ölçüsü5,01 Kb.
#324
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

ƏDƏBİYYAT 
1.
 
Məhərrəmov  A.M., Bayramov  M.R. Neft kimyası  və neft-kimyəvi  sintez.  Bakı,  2006,  602 s. 
2.
 
Məhərrəmov  A.M., Allahverdiyev  M.Ə., Əliyeva  R.Ə. Azərbaycan  kimyaçıları.  Bakı,  1998,  592 s. 
3.
 
Səfərov  Q.Y., Məmmədov  A.S. Neft və qaz emalının  texnologiyası.  Bakı,  2000,  464  s. 
4.
 
Şıxəlizadə  B.C., Səfərov Q.İ., Azəri  R.M. Neft və qaz kimyası.  Bakı,  1978,  334  s. 
5.
 
Seyidov  M.A.  «Neft  və  onun  emalının  əsas  məhsulları»  mövzusunun  tədrisi  metodikası.  Pedaqoji 
universitetin  xəbərləri.  2001,  №5,  4 s. 
6.
 
Seyidov  M.A.,  Əliyev  A.S.  Neftin  istifadə  olunması  və  emalının  inkişaf  tarixinin  tədrisinə  dair. 
Naxçıvan  Müəllimlər  İnstitutunun  Xəbərləri.  2004,  №1  (10),  s.78-84 
ABSTRACT 
Mirnazim  Seyidov, Akif Aliyev 
Teaching the origin of oil 
 
The article  deals with  modern  thaeghts  on the formation  of oil  and various  features of the classic 
ideas. It also  investigates  the teaching  methods  of the gist  of these ideas in  high  schools. 
РЕЗЮМЕ  
Мирназим Сеидов, Акиф Алиев  
 
В  статье  рассмотрены  основные  аспекты  современных  и  классических  представлений  о 
нефтеобразовании  и методики  преподавания  темы в ВУЗ – ах. 
 
 
NDU-nun  Elmi  Şurasının  28  aprel  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 09) 
         Məqaləni  çapa təqdim  etdi:  Kimya üzrə elmlər doktoru, professor 
Y.Babayev
 
 

- 91 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
COĞRAFİYA 
MÜBARİZ  NURİYEV 
                                                              Naxçıvan Dövlət Universiteti 
                                                                 mubariznuri@mail.ru     
UOT:  911.2       
                                 
NAXÇIVAN  MUXTAR RESPUBLİKASINDA  ALÇAQTEMPERATURLU  GÜNƏŞ, 
SU QIZDIRICILARININ  TƏTBİQİNİN PERSPEKTİVİ 
 
 
Açar  sözlər:   Günəş,  Kollektor,  Enerji,  Su  qızdırıcısı,  Heliosistem 
 
Keywords:   Sun,  Collector,  Energy,  Water  heater,
 
Solar  systems 
 
Ключевые слова:  Солнце, Коллектор, Энергии, Водонагреватель, Гелиосистем 
 
          Məlumdur  ki,  günəş  şüaları  Yer  kürəsinin  hər  1m
2
  -na  orta  hesabla  0,7  -  0,9    kVt  enerji 
daşıyır,  bu  baxımdan  Naxçıvan  MR-in  ərazisi  çox  əlverişlidir,  belə  ki,  burada  günəş  şüalarının 
intensivliyi  xeyli  yüksəkdir  və  günəşli  günlərin  sayı  isə  ildə  2800-3000  saat    intervalındadır.  Bu 
göstəricilər  regionda  günəş  enerjisindən  istifadənin  nə qədər  əlverişli  olmasının  göstəricisidir.             
           Yer  kürəsində    bərpaolunan  əsas  enerji  mənbəyi  günəşdir.  Yer  kürəsində    bərpaolunan  əsas 
enerji  mənbəyi  günəşdir.  Günəşdən  yerə    qədər  olan  məsafə  təqribən  149,5  mln.km-dir.  Günəş 
şarşəkilli  formadadır  və    diametri  1342000km    olub  tərkibi  82%  hidrogen    ,    7%  heliumdan  ibarət  
olan    qazlardan  təşkil  olunmuşdur.  Günəşdə  hər  saniyədə  6.10
11
  kq    hidrogen  heliuma  çevirilir.  Bu 
zaman  kütlə    çatışmamazlıüı  4.  10
3
  kq  olur  ki,  bu  da  Eynişteyinin  E  =  mc

düsturuna  görə    4.  10 
20
 
Cool  enerji  ayrılmasına  səbəb  olur.  Bu  enerjinin  əsas  hisəsi  ultrabənövşəyi  diapazondan  
infraqırmızı  diapazona  qədər  olan  elektromaqnit  dalğası  şəklində  şüalandırılır    (0,2  -  3  mkm). 
Günəşin  mərkəzində    temperaturu  15  -  20  mln
o
C  olan  yüksək  təzyiqli  oblast  mövcuddur.  Günəşin 
parıldayan  səthi    fotosfera    adlanır  ki,  onun  da  temperaturası  6000
o
C  -yə  çatır.    Günəş  şarşəkilli 
formadadır  və    diametri  1342000km    olub  tərkibi  82%  hidrogen    ,    7%  heliumdan  ibarət    olan  
qazlardan  təşkil  olunmuşdur.  Günəşdə  hər  saniyədə  6.10
11
  kq    hidrogen  heliuma  çevirilir.  Bu 
zaman  kütlə    çatışmamazlığı  4.  10
3
  kq  olur  ki,  bu  da  Eynişteyinin  E  =  mc

düsturuna  görə    4.  10 
20
 
Cool  enerji  ayrılmasına  səbəb  olur.  Bu  enerjinin  əsas  hisəsi  ultrabənövşəyi  diapazondan  
infraqırmızı  diapazona  qədər  olan  elektromaqnit  dalğası  şəklində  şüalandırılır    (0,2  -  3  mkm). 
Günəşin  mərkəzində    temperaturu  15  -  20  mln
o
C  olan  yüksək  təzyiqli  oblast  mövcuddur.  Günəşin 
parıldayan  səthi    fotosfera    adlanır  ki,  onun  da  temperaturası  6000
o
C  -yə  çatır.  Günəşin  qara 
ləkələrinin  temperaturu  fotosferanın  temperaturasından  bir  -  iki  min  dərəcə  aşağıdır,  burada 
hidrogen  və heliumun  qarşılıqlı  təsirindən  külli  miqdarda  enerji  ayrılır. 
 
 Günəşin  tam  kütləsi  haliyədə      2.  10 
30
    kq    hesablanır  ki,  bu  da  sabit  enerji  ayrılması 
şəraitində  10  milyard  ildən  artıq  vaxta  qədər  şüalana  bilər.  Enerji  ayrılması  prosesində  Günəş  hər 
saniyədə  öz  kütləsinin  43  kq-nı  itirir.  Beləliklə  10  mlrd  ilə  Günəş  öz  kütləsinin  0,07  %  ni 
itirəcəkdir.Yer  kürəsi  Günəşin  şüalandırdığı  istiliyin  yarım  milyonda  bir  hissəsini  alır  ki,  bunun  da 
34%  atmosfer  və  buludlar  tərəfindən  əks  olunur,  lakin  buna  baxmayaraq  yerə  Günəşdən  ildə    66,8  
10
16
    kVt  s  enerji  daxil  olur.  Hesablanmışdır  ki,  yer  kürəsində  əhalinin  sıxlığı  200  adam/  km
2
 
olduqda  hər adam  başına  düşən  günəş  şüalanması  enerjisi  700 kv saat olur. 
 
Günəş    diskisindən    birbaşa  yer  səthinə  paralel  olaraq  şüa  şəklində  gələn  günəş  radiasiyası 
düz  günəş  radiasiyası  adlanır  və R
d
 - ilə  işarə  edilir. 
 
Günəş  radiasiyası  atmosferdən  keçərkən  qaz  və  su  molekulları  tərəfindən  qismən    səpilərək 
səmanın  müxtəlif  yerlərindən  Yer  səthinə  düşür,  ona  görə  də    günəş  radiasiyasının  bu  hissəsini 

- 92 - 
səpilən  radiasiya  adlandırırlar  və    R
s
  ilə  işarə  edirlər.  Yerin  üfiqi  səthindəki    ümumi  günəş 
radiasiyasını  düz  və səpilən  radiasiyaların  cəmi  şəklində  aşağıdakı  kimi  ifadə  edirlər;  R
ü 
= R
d
 + R
s
.    
Bu  baxûmdan  Nax÷ûvan  MR-in  ÿrazisi  ÷ox  ÿlveriølidir,  belÿ  ki,  burada  gönÿø  øöalarûnûn 
intensivliyi  xeyli  yöksÿkdir  vÿ  gönÿøli  gönlÿrin  sayû  isÿ  ildÿ  2800-3000  saat    intervalûndadûr.  Bu 
g
östÿricilÿr  regionda  gönÿø  enerjisindÿn  istifadÿnin  nÿ  qÿdÿr   ÿlveriøli  olmasûnûn  gþstÿricisidir.   
            Günəş  şüalarının  enerjisi  regionda  isti  su  təminatınin  yerinə  yetirilməsində  həmçinin  fərdi 
mənzillərin  qış  aylarında  qızdırılmasında  bilavasitə  istifadə  olunmalıdır,  çünki  mənzillərdə  istifadə 
olunan  elektrik  enerjinin  75%-i  əsasən  müxtəlif  qızdırıcı  qurğularda  istilik  enerjisinə  çevrilir.  Lakin 
regionda  bərpaolunan  enerji  mənbələrindən  istifadə  edərkən  nəzərə  alınmalıdır  ki,  günəş  şüalarının  
küləyin,  və  s.  enerji  potensialı  zaman  və  məkana  görə  dəyişkəndir.  Məsələn,  külək  enerjisinin  miq-
darı  yay  aylarında  xeyli  azalırsa,  bu  zaman  günəş  enerjisinin  miqdarı  maksimum  qiymətə  malik 
olur.  Termal  suların  enerjisi  burada  istisna  təşkil  edir.      Ona  görə  bərpaolunan  enerji  mənbələrinin 
etibarlı  sisteminin  yaradılması  problemi  böyük  bir  müstəqil  elmi  texniki  məsələ  olaraq  öz  həllini 
gözləməkdədir.    
Son  zamanlar  Naxçıvan  Muxtar  Respublikası  rəhbərliyinin  diqqəti  və  qayğısı  sayəsində 
Naxçıvan  Muxtar  Respublikasının  müxtəlif  ərazilərində  kiçik  həcmli  gücü  5-  20  Mvt  olan  su 
elektrik  stansiyaları  qurulub  istifadəyə  verilmişdir.  Bu    su  elektrik  stansiyalarına  Araz  çayı 
üzərindəki  su  elektrik  stansiyasını  (20  mvt),  Büləv  su  elektrik  stansiyasını  (20  mvt),  Vayxır  su 
elektrik  stansiyasını  (5  mvt),  Arpaçay  su  anbarı  hövzəsində  (5  mvt)  gücündə  elektrik  stansiyasını 
misal  göstərmək  olar.  Su  elektrik  stansiyaları  blokada  vəziyyətində  olan  Naxçıvanda  elektrik 
enerjisi  təminatını  yerinə  yetirməklə  bərabər  muxtar  respublikada  su  balansının  tənzimlənməsində 
də böyük  rol  oynayır.            
         Yuxarıda  qeyd  etdiyimiz  kimi,  elektrik  enerjisindən  məişətdə  çox  zaman  qızdırıcı  sistemlərdə 
istifadə  olunur  ki,  bu  da  iqtisadi  cəhətdən  heç  də  əlverişli  hesab  oluna  bilməz.  Xüsusən  də  elektrik 
enerjisi  həmin  məntəqəyə  uzaq  məsafələrdən  verildikdə,  bu  üsulla  alınan  istilik  enerjisi  çox  baha 
başa gəlir. 
Ona  görə  də  belə  hallarda,  günəş  enerjisini  birbaşa  istilik  enerjisinə  çevirən  alçaqtemperaturlu  su 
qızdırıcılarının  tətbiqi  kifayət  qədər  perespektivli  hesab  olunur(Şəkil1).  ümumiyyətlə  günəş 
intensivliyi  və  günəşli  günlərin  sayı  yüksək  olan  ərazilərdə  günəş  su  qızdırıcılarının  istifadə 
olunması  iqtisadi  cəhətdən  çox əlverişlidir[1].                                                                          
         Belə  ki,  günəş  su  qızdırıcılarının  fərdi  mənzillərdə  tətbiqi  ilə  elektrik  enerjisinə  olan  tələbatı 
azaltmaq  və  muxtar  respublika  ərazisində  Araz,  Büləv,Vayxır  və  Arpaçay  su  anbarlarında  su 
balansını  tənzimləmək  mümkündür.   
Bundan  əlavə  Yay    aylarında  elektrik  enerjisinin  əsas  hissəsi  sərinləşdirici  qurğular  olan  hava 
kondensasiya  qurğularına  sərf  olunur.  Kompressorlu  hava  kondensasiya  qurğuları    yüksək  güc 
rejimində  işləyirlər  və onların   işləməsi  üçün   sərf  olunan  elektrik  enerjisinin  miqdarı  daha çoxdur.   
 
 
                Şəkil1.  Alçaqtemperaturalı  günəş  su qızdırıcısının  sxemi. 
 

- 93 - 
           Alternativ 
enerji  mənbələrinin  tətbiqində  ən  böyük  problem  enerjinin  akumliyasiya 
məsələsidir  ki,  bu  da    elektrik  enerjisinə  olan  tələbatın  az  olduğu  vaxtlarda  suyun  yığılıb  saxlanması 
və pik  saatlarında  turbinlərə  buraxılması  ilə  asanlıqla  həll  oluna  bilər. 
           Günəş  enerjisini  istiliyə  çevirmək  üçün  heliosistemlərdən  istifadə  olunur.  Bu  sistemlər  isti  su 
təminatında,  qış aylarında  isə  binaların  qızdırılmasında   tətbiq  oluna  bilirlər[2]. 
 
Günəş  qızdırıcısı  (günəş  kollektoru)  günəş  enerjisini  udan  qurğudan  ibarətdir  ki,  bu  şüalar 
da görünən  və yaxın  infraqırmızı  oblastda  mövcud  olur  və  istifadə  üçün  əlverişli  istiliyə  çevrilir. 
Heliosistemlərdə  yüksək  effektivli  boriumlu,  boruşəkilli  günəş  kollektorlarında  istifadə  olunur. 
 
Vakuumlu  istilik  borusu  ayrıca  hazırlanır  və  ifrat  bərkliyə  malik  olan    bor  silikatlı  şüşədən 
ibarətdir.  Borunun  kənar  hissələri  şəffafdır  və  daxildən  xüsusi  ayırıcı  örtüklə  təmin  olunur  ki,  bu  da 
azacıq  şüalanmada  istiliyin  maksimum  udulmasını  təmin  edir.  İstilik  itkisini  aradan  qaldırmaq  üçün 
günəş  kollektorunun  boruları  arasında  vakuum  yaradılır(Şəkil  2.). 
     
 
                                 Şəkil  2.Vakuumlu  günəş  kollektorunun  sxemi.   
Düzünə  günəş  şüalarının  udulması  mis  boruda  baş  verir  və  bu  da  vakkuum  borusunun  içərisində 
yerləşir.  Mis  borunun  içərisində  müəyyən  miqdar  xüsusi  maye  var  ki,  bu  da  vakuumda    mənfi  25-
30
0
c-də  buxarlanır  və  borunu  doldurur.  Buxar  istilik  borusunun  yuxarı  ucluğuna  (kondensatoruna) 
qədər  qalxır  və  öz  istiliyini  heliosistemin  istilik  borusunda  axan  istilik  daşıyıcısına  (antifrizə)  verir. 
Sonradan  həmin  buxar  kondensasiya  edir  və aşağı  axır.  Beləliklə  proses yenidən  təkrarlanır. 
     Vakuum  borulu  günəş  qızdırıcıları  hətta  hava  buludlu  olduqda  da  əla  nəticələr  verir,  çünki  bu 
borular  infraqırmızı  şüalar  udur  ki,  bunlarda  günəşli  hava  olmadıqda  da  mövcuddur.  Vakuumun 
istilik  mühafizə  xüsusiyyəti  aşağı  temperaturlarda  və  küləkli  havalarda  da  enerji  itkisinin  qarşısını 
alır.  B  növ  kollektorlar  mənfi  35
0
c-də  müvəfəqiyyətlə  işləyirlər.  Vakuum  boruları  dairəvi  formada 
olduğu  üçün  günəş  şüaları  səhərdən  axşama  qədər heliokollektora  sabit  düşür[3].       
İstər  adi  günəş  kollektorlarının,  istərsə  də  vakuum  borulu  kollektorların  tətbiqi  regionda 
hasil  olunanelektrik  enerjisinin  güc  itkisinin  qarşısının  alınmasında  mühüm  rol  oynaya  bilər.  Ona 
görə  də  Naxçıvan  Muxtar  Respublikasında  bu  cür  günəş  kollektorlarının  istehsalı  və  tətbiqi  günün 
aktual  məsələsidir. 
ƏDƏBİYYAT 
 
1.
 
Девочкин М.А. и др. Технико-экономические расчеты в энергетике на современном 
этапе. Известия вузов. Энергетика. Минск, 1987. № 5. С. 3-7.  
2.
 
Плешка  М.С., Вырлан П.М., Стратан Ф.И. и др. Теплонасосные 
гелиосистемы отопления и горячего  водоснабжения зданий. – Кишинев: 
Штиинца,1990. – 122 с. 

- 94 - 
3.
 
Шершнев  В.,  Дударев Н. Солнечные системы теплоснабже ния // 
Строительная инженерия. – 2006. – №1. – 
http://ww w.stro i ng. r u/

 
ABSTRACT 
  
Perspective of the sun water   heaters’ studybeen   low   temperature  in Nakhchivan 
Autonomous  Republic 
 
    
Detailed  information  is  given  about   types,  structure  and  working  principle  of  low-
temperature  solar  collectors.  In  order  to  reduce  electric  energy  consumption  produced  in  the  region, 
have  been noted  the  importance  of these  collectors’  production  and use.  
 
РЕЗЮМЕ 
 
Перспектива внедрения  низкотемпературных солнечных  водонагревателей в 
Нахчыванской Автономной Республике 
 
        Подробная информация дается о типах, структуре  и принципе работы 
низкотемпературных  солнечных коллекторов. Для того, чтобы уменьшить  потребление 
электроэнергии, производимых в регионе, были отмеченыважность производства и 
использования этих коллекторов. 
 
NDU-nun  Elmi  Şurasının  28  aprel  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 09) 
           Məqaləni  çapa təqdim  etdi:  Coğrafiya üzrə fəlsəfə doktoru, dosent 
N.Bababəyli 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

- 95 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
ƏLİ HƏSƏNOV 
ÜLVİYYƏ  İSGƏNDƏROVA 
Naxçıvan Dövlət Universiteti     
UOT:  911.2 
 
NAXÇIVAN  MUXTAR RESPUBLİKASININ  DAĞARASI ÇÖKƏKLİKLƏRİNDƏN  KƏND 
TƏSƏRRÜFATINDA  İSTİFADƏNİN İQTİSADİ-COĞRAFİ  QİYMƏTLƏNDİRİLMƏSİ 
 
Giriş 
Torpaq  üzərində  aparılan  tədqiqatlardan  məlum  olur  ki,  uzun  müddət  mütəxəssislər 
torpaqları  ekomeliorativ  (6  səh.203-205    )  ,  ekocoğrafi,  torpaqların  fiziki-coğrafi  xüsusiyyətləri, 
torpağın    bonitet  balının  təyin  olunması,  torpaq  kadastr  sənədlərinin  hazırlanması  istiqamətində 
tədqiqat  işləri  aparmışlar.  Onların  tədqiqat  obyektlərinə  daxil  olan  sahələr  üzrə  qiymətli  tədqiqat 
işləri  aparılmışdır.  İqtisadi-coğrafi  qiymətləndirmə  məsələləri  tədqiqat  obyektlərindən  kənarda 
qaldığından  bu  sahədə  tədqiqat  işləri  lazımi  səviyyədə  aparılmamışdır.  İqtisadi-coğrafi 
qiymətləndirmə  dedikdə  həmin  torpaq  sahəsindən  istifadə  prosesinə  şərait  yaradan  müsbət, 
maneçilik  törədən  mənfi  amillər  nəzərdə  tutulmalıdır.  Eyni  zamanda  bu  mənfi  amillərin  aradan 
qaldırılması  yollarının  tədqiq  olunması  nəzərdə  tutulur. 
           Ərazıdə  aparilan  torpaq  tədqiqat  işlərinin  tarixi  və öyrənilən məsələlər 
Naxçıvan  MR  ərazisində  ilk  əsaslı  torpaq  tədqiqat  işləri  1925  -  1937-ci  illərdə  S.A.  Zaxarov 
tərəfindən  aparılmışdır.  O,  40-dan  artıq  marşrut  üzrə  tədqiqat  işi  aparmış  və  ərazidə  15  torpaq  tipi 
ayırmışdır.  1957-63-cü  illərdə  R.H.Məmmədov  ərazinin  torpaqlarının  aqrofiziki  xüsusiyyətlərini 
tədqiq  etmişdir.  Sonrakı  illərdə  H.Əliyev  və  Ə.  Zeynalov  torpaqları  tədqiq  etmişlər  və  münbitliyinə 
görə  torpaqları  qruplaşdırmışlar.  1976-83  –cü  illərdə  torpaqların  təkrar  şorlaşması  və  onlara  qarşı 
mübarizə  yolları,  torpaqların  ekomeliorativ  qiymətləndirilməsi  sahəsində  Ə.Quliyev  və    S.Hacıyev 
tədqiqat  işləri  aparmışlar    (4  səh.  16).  Kənd  təsərrüfatına  yararsız  torpaqlardan  istifadə  problemi  
tədqiqat  işlərinin  obyektlərindən  kənar  olduğundan  bu  sahədə  tədqiqat  işləri  aparılmamışdır.  Kənd 
təsərrüfatına  yararsız  torpaqlardan  istifadə  yolları  haqqında  məsələlərə  ilk  dəfə  Ə.M.Həsənovun 
tədqiqat  işlərində  (2001)  rast gəlinir. 
Tədqiqatın  metodikası:Dağarası  çökəkliklərdə  olan  torpaqlardan  səmərəli  istifadə  yollarına  fiziki-
coğrafi  və iqtisadi-coğrafi  istiqamətdə    baxılmışdır. 
                     Tədqiqat  işinin  aparılması,  təhlili  və müzakirəsi 
Rayonlar 
Sahə 
5
0
-dək 
5
0
-10

10
0
-15

15
0
-20

20
0
-dən çox 
Şərur-
Sədə-
 
rək 
 
130000 
66640 
--------- 
51,2 
 
24735 
----------- 
19,6 
14860 
-------------- 
11,5 
12285 
-------------- 
9,4 
11480 
----------------- 
8,3 
Babək 
110000 
66361 
------------ 
59,8 
20001 
--------------- 
20,2 
10821 
--------------- 
9,7 
7737 
------------ 
6,0 
5080 
---------------- 
4,3 
Şahbuz 
92377 
14253 
----------------- 
16,5 
20139 
---------------
--21,5 
18905 
----------- 
20,4 
21739 
 
23,5 
17341 
---------- 
18,1 
Culfa 
91279 
23547 
--------- 
25,8 
23187 
---------- 
25,3 
23818 
---------- 
26,2 
13767 
------------- 
15,1 
6960 
--------- 
7,6 

- 96 - 
Torpaqdan  istifadə  ilk  növbədə  onun  meyillik  şəraitindən  asılıdır.  Naxçıvan  MR  ərazisinin 
hündürlüklər  üzrə  meyillik  dərəcəsini  və  sahəsini  H.Əliyev  və  Ə.Zeynalov  rayonlar  üzrə  aşağıdakı 
kimi  aparmışlar.   
 
Rayonlar  üzrə  torpaqların  yerləşməsinin  meyillik  dərəcəsi(ha,faiz)(H.Əliyev  və  Ə.Zeynalova 
görə)  (4 səh.21) 
 
 
Relyef  şəraitindən  asılı  olaraq  Naxçıvan  MR  ərazisində  dağarası  çökəkliklər  geniş  yayılmışdır.  Bu 
çökəkliklər  quruluşuna  torpaq-bitki  örtüyünə  və  istifadə  xüsusiyyətlərinə    görə  bir-birindən  kəskin 
fərqlənirlər.   
Lizbirt  çökəkliyi.  Bu  çökəklik  Naxçıvançayın  ən  böyük  qollarından  biri  olan  Cəhriçayın 
orta  axınında,  dəniz  səviyyəsindən  1300-1500  m  yüksəkliyə  malik  olan  arid-denudasion  relyef 
sahəsində,  tektonik  sahədə  yerləşir.  Bu  çökəklikdə  təbaşir  dövrünün  gilli,  qumdaşılı,  karbonatlı 
suxurları  yayılmış  və  eroziya  nəticəsində  dağılmışdır.  Çökəkliyin  cənub  yamaclarında  isə  bedlend 
sahələr  yayılıbdır.   
Lizbirt  çökəkliyi  Cəhriçayın  qolları  Lizbirtçay,  Kərməçataqçay,  Çanıçay  və  quru  dərələrlə 
parçalanıbdır  (1  səh.  121).    Bu  hissədə  çaylar  selli  olduğundan  çay  yataqları  sel  materialları  ilə 
zəngindir.  Xüsusən  ərazidən  keçən İydəliçay  quru  dərəsi  belə  materiallarla  daha da zəngindir. 
Çökəklikdə  erozion-akkumulyativ  və  erozion  terraslar  geniş  yayılmışdır.  Gilli  karbonatlı  suxurlar 
çay  dərələrində  dik  yamacların  yaranmasına  şərait  yaradır.  2013-cü  ilin  yay  tədqiqatları  zamanı 
Payız  kəndi  ilə  Lizbirt  çay dərəsi  arasında  yeni  sürüşmə  prosesi  qeyd edilmişdir. 
Çökəklikdə  karbonatlı  qara  və  şabalıdı  dağ  torpaqları  yayılıbdır.  Bu  torpaqlarda  yovşan  və  gəvən 
geniş  yayılıbdır.  Bunlarla  yanaşı  karvanqıran,  kəklikotu,  nanə,  çaşır,  dovşanalması,  yemişan,  pallas 
murdarçası,  çay  yataqlarında  yulğun,  qızıl  söyüd  və  s.    kollara  rast  gəlinir.  Yazda  qırxyaşarlar 
(efemerlər)  inkişaf  edir. İyun  ayından  isə  yay  otu,  xüsusən  taxılkimilər  inkişafa  başlayır.   
Çökəkliyin  əksəriyyət  hissəsindən  kəndətrafı  örüş  kimi,  Lizbirt  zonasından  isə  yay  otlağı  kimi 
istifadə  edilir.  Çay  ətrafı  düzənliklərdən  taxıl,  tütün,  üzüm  əkinçiliyində  istifadə  edilir.  Çökəklikdə 
olan  torpaqlar  özəlləşdirilərək  xüsusi  mülkiyyətə  verilmişdir.  İqtisadi  çətinliklərlə  əlaqədar  olaraq 
vaxtilə  taxılçılıqda  istifadə  edilən  əkin  sahələrindən  otlaq  kimi  və  yaxud  da  çoxillik  əkmələr  üçün 
istifadə  edilir. 
Lizbirt,  Kərməçataq  və  Buzqov  kəndlərində  qoz  ağacları  yaxşı  inkişaf  edir.  Təbii  şəraiti  nəzərə 
alaraq  bunların  sahəsini  artırmaq  daha sərfəlidir. 
Bir  şeyi  qeyd  etmək  lazımdır  ki,  Lizbirt  dərəsində  olan  qoz  ağacları  «müqəddəs»  hesab  edildiyindən 
onlar  qorunub  saxlanılır.  Lizbirt  çökəkliyi  su  anbarı  yaradılması  üçün  əlverişlidir.  Cəhricayın, 
Lizbirtcayın,İydəlicayın  buradan  keşməsi  və  Naxçıvan-Buzqov  avtomobil  yolunun  buradan  keçməsi 
ərazidən  istifadənin  səmərəliliyini  artırır.  Əkinə  yararlı  torpaqlar  istifadə  edilmədiyindən  otlaqlara 
çevrilmişdir  (4 səh.30).  
Badamlı  çökəkliyi.    Bu  çökəklik  Dərələyəz  silsiləsinin  Buzqov  -  Nəhcir  qolu  ilə  və  Naxçıvançayın 
sağ  sahilindən  başlanan  dağ  tirələri  ilə  əhatə  olunubdur.  Çökəklik  Badamlıçay,  Pirçay  və  quru 
dərələrlə  parçalanmışdır.  Ərazidə  IV  dövrün  alluvial,  prolüvial  çöküntüləri  yayılıbdır.    Çay 
yataqlarında  və  subasarlarda  iri  sel  çöküntüləri  yayılıbdır.  Çökəkliyə  tez-tez  Küküdağın  «Səfərbəy 
səngəri»  adalanan  hissəsindən  və  cənub  yamaclarından  sellər  aşınma  materialları  gətirir.  Ərazidə 
yuyulmuş  dağ-çəmən  bozğır  torpaqları  yayılıbdır.  Burada  taxılçılıq,  üzümçülük,  meyvəçilik, 
bağçılıq  və s. inkişaf  etdirilir. 
Ordubad 
101520 
7999 
--------- 
8,0 
13600 
---------- 
13,4 
22655 
---------- 
22,3 
16621 
---------- 
16,3 
40845 
---------- 
40,0 
Nax.MR   
üzrə 
525176 
178800 
--------------- 
34,0 
101662 
----------- 
19,3 
91059 
---------- 
17,3 
72149 
----------- 
13,8 
81506 
------------ 
15,6 

- 97 - 
Çökəkliyin  yamaclarında  terraslaşdırma  aparmaqla  əlavə  torpaq  sahələri  istehsal  dairəsinə  daxil 
edilməklə  əkinçilikdə  ,bağçılıqda  istifadə  etmək  olar.   
Bu  çökəklikdə  172  ha  sulu  torpaq  sahəsi  var  ki,  bu  əkin  sahəsini  Badamlıçay  109  ha,  Pir  arxı  44  ha, 
və Şada arxı  19 ha su ilə  təmin  edir. 
Son  illər  baş  verən  quraqlıqlar  bu  zonada  su  probleminin  yaranmasına  səbəb  olmuşdur.  Hətta  içməli 
su  tapılmır.  Su  problemi  torpaq-bitki,  heyvanlar  aləminə  təsir  etdiyi  kimi  ərazidə  əhalinin 
miqrasiyasına  da təsir  etmişdir  (4 səh.  31).  
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin