“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
426
Yeddi gəncin yeni bir ədəbi topluluq olma həsrətinin bir ifadəsidir. Ortaq kitablarına ad
olaraq əvvəlcə fransız ədəbiyyatındakı Pleyad (Sürəyya) topluluğunun adını düşünürlər.
Lakin xarici söz olduğu üçün bundan vaz keçirlər. Onun türkcəsi olan "Ülkər" də o vaxt
yayğın deyildi. Daha sonra Cövdət Qüdrət "Yeddi qollu şamdan"ı, Rəşid Sürəyya isə
"Yeddi günəş" ismini təklif edir. Bunlardan başqa, "Yeddi dağın çiçəyi", "Yeddi budaq
verən gül", "Yeddi səs", "Yeddi ulduz" kimi adlar da düşünülür. Axırda Səbri Əsədın
tapdığı "Yeddi məşalə" üzərində qərar qılırlar. "Yeddi məşalə" mızmız və solğun hislərin
qaraltdığı ədəbiyyatımızı aydınladacaq bir simvol olaraq tapılmışdır.
"Yeddi məşalə" kitabı: 1928-ci ildə Kənan Hülusi (Koray), Vəsfi Mahir (Qocatürk),
Müəmmər Lütfi (Bəxşi), Cövdət Qüdrət (Solok), Ziya Osman (Saba), Yaşar Nəbi
(Nayır), Səbri Əsəd (Siyavuşgil) öz əsərlərindən ibarət olan bir antologiyanı "Yeddi
məşalə" adı ilə nəşr etdirirlər. Bir mənada topluluğun manifesti mahiyyətində olan bu
kitaba ön sözü Yaşar Nəbi yazır. Bu topluluq əsasən 1928-1933-cü illər arasında diqqət
mərkəzində olur. Həmin dövrün ədəbi avtoritetlərindən Yəhya Kamal, Əhməd Haşim,
Yusuf Ziya, Faruq Nafiz, Kazım Nami, Abdullah Cövdət kimi şairlər ona maraq göstərir
və topluluq haqqında öz fikirlərini bildirirlər.
"Məşalə məcmuəsi": topluluğun ortaq kitabı böyük maraqla qarşılandığı üçün bu
potensialı dəyərləndirmək istəyən Yusuf Ziya bunları sahibi və məsul müdürü olduğu
"Məşalə məcmuəsi"ndə bir araya gətirir. Yusuf Ziya dərginin çox satılması üçün Əhməd
Haşimi də ən başa alır. Arxadaşlarının əski ədəbiyyata qarşı mənfi münasibətini
bəyənməyən Müəmmər Lütfi bu dərgidə yer almaq istəmir və topluluqdan ayrılır. Kənan
Hülusinin idarə etdiyi dərgi 1 iyun - 15 oktyabr 1928 tarixləri arasında on beş gündə bir 8
nömrə çıxır. Latın əlifbasına keçildikdən sonra bağlanır. Dərgi bağlandıqdan sonra
topluluq üzvləri əsərlərini başqa dərgilərdə çap etdirirlər. Bir müddət "Varlıq" dərgisində
və "Milliyyət" qəzetinin sənət səhifələrində görünürlər.
Etirazları: hər ədəbi cərəyan, topluluq və hərəkat özündən əvvəlki sənət və ədəbiyyat
hərəkatlarına bir reaksiya kimi ortaya çıxır. Yeddi məşaləçilər də özlərindən əvvəlki
klassik şeir anlayışını "daima eyni vəfasız sevgilidən başqa bəhs edəcək bir şey tapa
bilməmək", "Ədəbiyyati-cədidə" və "Fəcri-ati" şeir anlayışını "dünənin mızmız və solğun
hisslərini tərənnüm etmək", hecaçı anadoluçu şeir anlayışını və məmləkət ədəbiyyatını isə
"son zamanların rəngsiz və dar Ayşə, Fatma tərənnümü" kimi qiymətləndirərək həmin
ədəbiyyat anlayışlarına reaksiya kimi ortaya çıxmışdır.
Məqsədləri: ədəbiyyatda bir yenilik həmləsi yaratmaq istəmişlər. Bir bəyannamə
mahiyyətindəki məqsədləri "Yeddi məşalə" adlı ortaq kitabın ön sözündə verilmişdir.
Sənətdə gerçəkləşdirmək istədiklərini maddələr halında belə xülasə etmək mümkündür:
1. Orijinallıq: təqlidçilikdən qurtulmağı ən böyük vəzifə saymışlar. Hədəfləri şablondan
uzaqlaşaraq yeni, orijinal bir ədəbiyyat yaratmaqdır. Türk şeirində var olduğunu irəli
sürdükləri şablonçuluğu qırmaq istədilər. Onların fikrincə, şair şablonçuluğu qıraraq iç və
dış dünyanı alışılan görüşdən fərqli olaraq başqa cür duyub göstərməlidir. Əsrlər boyu
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
427
şairlər eyni hiss və fikirləri dəyişdirə-dəyişdirə, təkrar-təkrar təsvir etmişlər. Bu, çürük bir
zehniyyətdir.
2. Yenilik: sürəkli yenilik dalınca qoşmaq, bunun üçün əski ədəbiyyatı bir kənara atmaq
istədilər.
a. Mövzularda yenilik və genişlik: üzərində söz söylənə-söylənə köhnəlmiş, çox istifadə
edilməkdən dolayı yalama olmuş standart mövzular yerinə yeni mövzular tapmaq
istədilər. Onların fikrincə, divan şairləri əsasən vəfasız sevgilini, "Ədəbiyyati-
cədidə"çilər və "Fəcri-ati"çilər xəstə həssaslığı, vərəmli eşqi, yarımcan romantizmi,
məmləkət ədəbiyyatçıları isə quru bir igidlik mövzusunu işləmişlər. Yeddi məşaləçilər bu
mövzu məhdudiyyətinə bir etiraz olaraq fərqli mövzulara diqqət edəcəklərini ortaya
qoydular. Onlar o zamana qədər türk şeirində diqqəti cəlb etməyən, küncdə-bucaqda
qalmış daha kiçık və ya daha böyük mövzuları da şeirə gətirmək istədilər.
b. İfadə tərzində yenilik: duyğuları ifadə etmədə yenilik ardınca qoşdular. Paradoksal
metod bunlardan biridir: iztirabı qəhqəhə ilə dilə gətirmək kimi. Üslubda və müşəxxəs
söyləyişlərdə yenilik etməyə çalışdılar. "Artıq bugünkü nəsil hisslərin eynən
tərənnümündən zövq almır. Məsələn, iztirabı nə üçün bir qəhqəhə şəklində göstərməyək.
Bəzən elə təbəssümlər vardır ki, ən dərin hıçqırıqlardan çox ələm ifadə edir" deyərək
duyğuları olduğu kimi dilə gətirmək əvəzinə təzadlar yolu ilə verməyi sınadılar.
3. Canlılıq: onların fikrincə, sənət canlı və səmimi olmalıdır. O dövrdə ədəbiyyatımızın
ölüb bitdiyini söyləyənlərə qarşı "xeyr, türk ədəbiyyatı ölməz, canlı bir şəkildə davam
edəcəkdir" deyə bilmək üçün canlı və dipdiri bir ədəbiyyat yaratmaq iddiası ilə yola
çıxdılar.
Yeddi məşaləçilərin şeirinə ümumi bir baxış: yeddi məşaləçilər bəyan etdikləri məqsəd
istiqamətində orijinal və təsirli bir sənət anlayışını gerçəkləşdirə bilmədilər. Çünki
topluluq üzvlərinin anlayışları, baxış bucaqları, xarakterləri, hərəkətləri fərqli idi. Bundan
başqa, hər biri özünə ayrı bir məslək seçərək sənətdən böyük ölçüdə uzaqlaşdılar. Bir
cərəyana çevrilə bilmədən, sadəcə bir arxadaş topluluğu kimi qaldılar. Bəhrələndikləri
fransız ədəbiyyatının kölgəsindən çıxa bilmədilər. Özəlliklə parnasizmdən və
simvolizmdən bəzi motivləri almağa çalışdılar. Şeirlərində duyğu və xəyal ünsürlərindən
çox pitoresk görüntü ünsürləri və təsvir hakimdir. Varlıq və olayları impressionist bir
yanaşma ilə dəyərləndirdilər.
Vəzn, qafiyə və nəzm şəkli: vəzn və qafiyəyə bağlı qalmışlar, bu mövzularda yenilik
etməyi düşünmədilər. Ən çox 7+7 heca vəznini işlətdilər. Şeirimizdə çox işlənməmiş
janrlara daha çox yer verdilər. Nəzm vahidi olaraq ən çox üçlükləri işlətdilər.
Nəticə: yeddi məşaləçilər orijinal bir ədəbi hərəkat yarada bilmədilər. Yeni bir ədəbiyyat
həvəskarı, gənc bir topluluq kimi varlıqlarını ortaya qoydular. Qrup olaraq qalıcı bir izləri
yoxdur, ancaq tək-tək, ayrı-ayrı birər dəyər olaraq varlıqlarını sürdürdülər. Bərabərlikləri
qısa müddətli oldu. Ədəbi bir cərəyan və məktəb deyil, bir topluluqdurlar. Bu baxımdan
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
428
"Fəcri-ati"çilərə bənzəyirlər. Gerçək bir sənət həyəcanı ilə candan və səmimi bir sənət
arxadaşlığı göstərdilər.
Yeddi məşaləçi şairlər:
Ziya Osman Saba (1910-1957). Yeddi məşalə topluluğunun sonuna qədər şeirdə israr
edən yeganə istiqrarlı üzvüdür. Duyğu yükü ağır olan şeirlər yazdı. Bunlar incə, yumşaq,
həssas, hüznlü, ağladan şeirlərdir. Onun şeirində səmimiyyət saf bir lirizm kimi əks
olunur. Sənətində sadəlik və təvazökarlıq özünü qüvvətlə hiss etdirir. Bəzi şeirlərində
Verlen təsiri görünür. Sosial və siyasi mövzulara heç toxunmur. Öz kiçık dünyasının
şeirini yazmaqla kifayətlənir. Böyük davalar, ideologiyalar, iddialar arxasınca qoşmur.
Orta sinif insanının duyğularını, düşüncələrini, gözləntilərini, problemlərini qəribçilər
komik, Nəcatigil dramatik, Saba isə lirik şəkildə dilə gətirir.
Yaşama sevinci o dönəm şairlərinin ortaq mövzusudur. Ziya Osman təbiətə, insanlara,
həyata yaxşı niyyətlərlə, sevəcənliklə, nikbin duyğularla yaxınlaşır. Yaşama sevincini
hiss etməyə çalışır. Aradığı şey yaxşılıq, xoşluq, gözəllik, yumşaqlıq, dostluq və
xoşbəxtlikdir. Kiçık şeylərlə xoşbəxt olmağa çalışır. Hirsli, ehtiraslı deyildir. Evindən,
məhəlləsindən, ata-anası, ailəsi və uşaqlarından ibarət olan kiçık çevrədə xoşbəxtlik
arayır. Dünyadan, sevdiklərindən, dostlarından ayrılığa səbəb olan ölümdən buna görə
qorxur. Ölüm qorxusu, bir baxıma, yaşama sevinci duyğusunun üstün olmasının
nəticəsidir. Onda yaşama sevincini doğuran başlıca ünsürlər təbiətin gözəlliyi, saflığı və
sükunəti, yar-yoldaş birgəliyi, uşaq səsidir. O, sevdikləri ilə birgəlikdən doğan bir
xoşbəxtlik arayışında olmuşdur.
Ziya Osman Saba bir uşaqlıq dönəmi şairidir. Öz uşaqlıq dönəmindən yola çıxaraq
insanlığın uşaqlıq çağını, uşaqlıq təcrübələrini, xatirələrini geniş şəkildə işləyir. Uşaqlıq
dönəminə diqqət, bir baxıma, içində olduğu qatı, sərt, soyuq gerçək dünyadan qaçıb
getmə istəyinin bir nəticəsidur. Bu qayğısızlıq, xoşbəxtliklə dolu pəmbə dünyaya sığınma
içində olduğu real aləmdən sıxılmağın, bıqqınlığın bir nəticəsidur. İçində olduğu anın
xoşbəxtliyini uşaqlıq dönəmlərinin və əski gözəl günlərin xatirələri ilə zənginləşdirir.
Ziya Osman xoşbəxt ailə tablosu şairidir. Ev həyatına, hüzura, xatirələrə və keçmiş
zamana çox önəm vermişdir. Vəfat etmiş ata-anasına duyduğu həsrəti dilə gətirir, hətta
onlarla birlikdə olmaq üçün ölümü belə arzulayır. O, ölümü daha çox islami bir anlayışla
işləyir. Axirətə və öldükdən sonra həyatın o biri dünyada davam edəcəyinə inanır. Ölüm
onun üçün bir təsəllidir. Bu dünyadan, dostlarından, sevdiklərindən ayrı qalmanın acısını
o biri dünyada təkrar birləşmə ümidilə aradan qaldırmağa çalışır. Ölüm mövzusu böhranlı
gerçək həyatdan qurtuluşun, hüzura, xoşbəxtliyə çatmanın bir vasitəsi sayıldığı üçün
ölüm mütəvəkkilanə qarşılanır. Şair üsyankar deyildir. O, Allaha bağlılığını və sevgisini
dilə gətirməkdən də geri durmamışdır. Yarı mistik bir dindarlığı vardır.
Açıq, anlaşıqlı, aydın, sadə, yalın bir şeiri vardır. Oxucunu yormur, zorlamır. Sənətinə
uşaqvari bir həssasiyyət hakimdir. Sadə bir üslubu olduğu üçün ədəbi fiqurlara yer
vermir. Janr olaraq ümumiyyətlə məsnəvi, sonet, üçlük, dördlük şəkillərini tərcih
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
429
etmişdir. Təxminən 1940-cı illərə qədər əsasən heca vəznini, ondan sonra da sərbəst
vəzni işlətmişdir.
Səbri Əsəd Siyavuşgil (1907-1968). Daha çox mənzərə rəsmlərini xatırladan şeirlər
yazdı. Ev və əşya təsvirləri çoxluq təşkil edir. Yalnız xarici aləmin varlıqlarını olduğu
kimi vermək əvəzinə, onları öz xəyallarına görə dəyişdirərək, başqalaşdıraraq verir.
Məsləyinə sadiq qala bilmək üçün şeiri buraxmışdır. Daha çox tərcümə və psixologiya ilə
maraqlanır.
Müəmmər Lütfi Bəxşi (1903-1947). Mədrəsə təhsili aldığı üçün qüvvətli bir islam
kültürünə sahibdir. 18-19 yaşlarında əruzla və əski tərzdə şeirlər yazmışdır. Sonralar
hecaya və ən sonunda da sərbəst nəzmə keçmişdir. Şeirləri "Ahəng", "Sədayi-həqq",
"Yeni gün", "Məhfəl", "Naziktər", "Hilal", "Anadolu", "Şərq", "Yanıq", "Yurd",
"İctihad", "Sərvəti-fünun" və "Yeni səs" kimi dövri nəşrlərdə çıxır. Antalyada olduğu
zaman Antalya xalq evi dərgisi olan "Türk Akdəniz"i idarə edir. Şeirləri kitablaşmadı.
Dörd dəftər dolusu şeiri olduğu söylənir. Şeirlərində daha çox milli mövzulara və eşqə
yer vermişdir. Tokadizadə Şəkib, Tahir ül-Mövləvi, Əhməd Haşim, hecanın beş şairi,
Kamaləddin Kamu kimi şairlərin təsirində qalmışdır. Öz orijinal şəxsiyyətini tapa
bilməmişdir.
Vəsfi Mahir Qocatürk (1907-1961). Həm əruz, həm digər vəznləri işlədir. Daha çox türk
xalq ədəbiyyatından bəhrələnir. Türk millətinin qəhrəmanlığı, tarixi şəxsiyyətlər və
olaylar, milli mücadilə və Atatürk, eşq və təbiət onun başlıca mövzuları arasındadır. Bu
dövrdəki şeirləri "Tunc səsləri" (1935), "Keçmiş gecələr" (1936), "Bizim türkülər"
(1937), "Ərgənəkon" (1941) adlı kitablarında toplanmışdır. Şairliyindən çox ədəbiyyat
tarixi çalışmaları ilə məşhurlaşmışdır.
Yaşar Nəbi Nayır (1908-1981). 1926-1936-cı illər arasındakı ilk dönəmində yeddi
məşalənin anlayışı yönündə şeirlər yazır. Daha sonra hekayə, roman, oyun və məqalələr
qələmə alır, tərcümə və antologiya sahəsində fəaliyyət göstərir. Şeirləri sonralar
"Qəhrəmanlar" (1970) adı ilə kitablaşdırıldı. Şairliyindən çox dərgi və kitab yayınçılığı
ilə məşhurdur. "Varlıq" dərgisi və "Varlıq" yayınları onunla bütövləşmiş kimidir.
Cövdət Qüdrət Solok (1907-1991). Ədəbiyyat tədqiqatçısı və araşdırmaçısı kimi
tanınmışdır. Şeirlərini "Birinci pərdə" (1929) adı altında nəşr etdirmişdir. Yalnızlıq və
bədbinlik havasının hakim olduğu şeirlərində heca vəzni və xalqın danışıq dili önəmli bir
yer tutur.
IV. Sosializm realizmi şeiri
Tarixi inkişaf mərhələləri: Türkiyədə ilk dəfə tənzimat dövründə Bəşir Fuad (1852-1887)
tərəfindən elmi və fəlsəfi materializm düşüncəsi yayılmağa başlandı. 1848-ci ildən
etibarən sosializmlə bağlı nəşrlər müşahidə olunur. Həmin il türkcə qəzetlərdə Prudonun
yazıları yer alır. 1871-ci ildən sonra bəzi türkcə qəzetlərdə Marksın imzasının da yer
aldığı yazılar çıxır. Şəmsəddin Sami, Namiq Kamal, Əhməd Midhət kimi yazarların
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
430
sosializm lehinə yazıları var. II məşrutiyyətdən sonra türk sosialistləri daha çox fransız
sosializmi və Joresə yönəldilər. II məşrutiyyət dövründə isə Hilmi adlı bir şəxs 1910-cu
ildə Osmanlı Sosialist Firqəsi adlı bir partiya və "İştirak" adlı bir qəzet qurur, ancaq elə
bir təsiri və fəaliyyəti görünmür. Ancaq I dünya savaşından sonrakı illərdə, özəlliklə işğal
illərində, 1917-ci ildə kommunizmə keçən Rusiyanın dəstəyi ilə geniş bir fəaliyyət
prosesinə girilir. Türkiyədə sosialist düşüncənin bu dövrdəki önçüləri arasında Şövkət
Sürəyya Aydəmir, Vədat Nədim Tör, İsmayıl Hüsrəv Tökin, Hikmət Kıvılcımlı, Lütfi
Ərişçi kimi isimlər təsirli olmuşlar.
İlk sosialist dərgilər arasında "Aydınlıq" və "Rəsimli Ay"ı göstərmək mümkündür.
"Aydınlıq"da Dr. Şəfiq Hüsnü milliyyətçiliyi tənqid edən, Türkiyədə sinif problemini
gündəliyə gətirən yazılar yazır. Bu dərgi 1925-ci il həbslərinə qədər çıxır. Nazim
Hikmətin ilk sosialist şeirləri də bu dərgidə çap olunur. Sosialist şairlərin çoxu dar gəlirli,
fəhlə-kəndli övladıdır. İstismarsız bir quruluş, demokratiya, azadlıq, sülh kimi tələblər
irəli sürürlər. 1938-ci ildən sonra tək partiya idarəsinin basqısı altında qalırlar.
Adlandırma: "sosializm realizmi" termini 1934-cü ilindən etibarən gündəmə gəlir. Nazim
Hikmət "həqiqi realizm", Attila İlhan "ictimai realizm" terminlərini işlədirlər. Bunun
üçün "toplumçu şeir" deyənlər də var, ancaq "toplumçu şeir" ümumi bir anlayışdır.
İslamcıların da, milliyyətçilərin də toplumçu şeiri vardır. Ona görə də "sosializm realizmi
şeiri" ən doğru adlandırmadır.
Sosializm realizmi anlayışı rəsmi bir cərəyan olaraq 1934-cü ildə sovet yazıçılarının I
qurultayında Stalinin sənət görüşlərini dilə gətirən Andrey Jdanovun məruzəsi ilə
başlamışdır. Onun fikrincə, sənət xalqı maarifləndirmək üçün bir vasitədir. Sənət sosialist
quruculuğuna xidmət etməlidir. Jdanov sənəti sosial və siyasi fayda üçün bir vasitə olaraq
görmüş, estetik dəyərə o qədər də əhəmiyyət verməmişdir. Rusiya şərtlərinə məxsus,
idarə edən, inzibatçı, tək hakimiyyətli bir partiya ədəbiyyatıdır. Buna müqabil Plexanov
sənətdə sosial faydaya, ideologiyaya yer verməklə birlikdə, bunun estetik bir planda
təqdiminə tərəfdardır. Onun fikrincə, sənət bir vasitə deyildir və sənətçi özgürdür. Bizdə
Attila İlhan Plexanov anlayışına bağlı qalaraq "sosialist gerçəkçilik" yerinə "toplumçu
gerçəkçilik" (sosial realizm) terminini işlədir. Gündəlik siyasətdən uzaq, həm sosial
məsələlərə, həm fərdi təmayüllərə yer verən insani və hürriyyətçi bir gerçəkçilik
nəzəriyyəsi yaratmağa çalışır. Attila İlhan şeirləri ilə solda bu təmayülün önçüsü, həm
nəzəriyyəçisi, həm də tətbiq edənidir. O, Jdanovun anlayışına bağlı olan ədəbiyyatçıları,
1940-cı illər nəslinə mənsub sənətçiləri, sosialist gerçəkçiləri "inək toplumçuları" sözü ilə
təhqir edir. Onun fikrincə, sosialist gerçəkçilər sənətin estetik mənasını unutmuşlar,
sadəcə sosial, daha doğrusu, siyasi planda iş görməklə kifayətlənmişlər, şüarçı, yavan,
bəsit, tək yönlü bir sənət yaratmışlar.
Mövzuları: bunlar fərdi mövzular yerinə sosial və siyasi mövzulara üstünlük verirlər.
Sosialist şairlərin işlədikləri başlıca temalar siyasi təzyiq, yoxsul insanların sosio-iqtisadi
problemləri, faşizm, Qərb ölkələrinin imperialist əməlləri, kapitalist istismarı, xoşbəxt
azlığın haqsız qazancları və firavan həyatı, sosial ədalətsizlik, bərabərlikdir. Təbiət, fərdi
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
431
eşq acıları kimi şəxsi mövzulara o qədər də yer vermirlər. Çalışan, amma umduğunu tapa
bilməyən, sosio-iqtisadi mənada yaxşı bir həyata duyduğu həsrəti gerçəkləşdirə
bilməyənlərin problemlərini yazırlar. İnsan yaşadığı cəmiyyətdə, istehsal münasibətləri
içində dəyərləndirilir. Anadolu insanının yoxsulluğu üzərində tez-tez durur, siyasi
basqıları və özgürlük tələbini dilə gətirirlər. Sovetlər Birliyi imperialist Qərb dövlətlərinə
qarşı mübarizə apardığı üçün, daha da önəmlisi, isti dənizlərə enə bilmək həvəsilə, daha
sonra hegemonluğu altına almağı düşündüyü üçün milli mücadiləmizə dəstək vermişdir.
İçəridən də türk kommunistləri eyni şəkildə milli mücadilədən sonra qurulacaq yeni
dövlətin sosialist bir rejimə çevrilməsi ümidi ilə imperialist, işğalçı Qərb dövlətlərinə
qarşı mücadilə etmişlər. Ancaq Atatürk yürütdüyü siyasət və diplomatiya ilə Türkiyənin
SSRİ-nin vassalı olmasına yol verməyərək özünün müəyyələşdirdiyi prinsiplər əsasında
bağımsız milli bir dövlət qurunca, türk və dünya sosialistləri xəyal qırıqlığına uğrayırlar.
Cümhuriyyət Xalq Partiyasi içində sosializmə yaxın duran kadroçuların Rəcəb Pəkər-
İsmət İnönü komandası tərəfindən təsiriz hala gətirilməsi ilə dövlət sosializmə daha artıq
məsafəli durmaya başlayır. Türkiyə Cümhuriyyəti qaynaşmış, bütünləşmiş, sinifsiz bir
millət yaratma idealı daşıyırdı. Dolayısı ilə, kommunizmin sinif mübarizəsinə dayanan
qurumları və çalışmaları milli birliyi pozmaq baxımından təhlikəli hesab edilmişdir.
Türk cinayət məcəlləsi və ələlxüsus xəyanəti-vətəniyyə qanununun nəzərdə tutduğu
düşüncə suçları, mətbuat qanununun (1931) düşüncəni yaymadakı məhdudlaşdırıcı
maddələri, partiya və dərnək qurmaq üçün icazə almaq şərti, həmkarlar ittifaqlarının və
tətillərin qadağan olunması kommunistlərin öz sosial və siyasi fikirlərini yaymalarına,
təşkilatlanmalarına yol vermirdi. Özlərini leqal şəkildə ifadə edə bilməyən bu insanlar
dolaylı və illegal yollardan istifadə etməyə çalışmışlar. Onlar gizli fəaliyyətə keçərək
kültür, sənət, düşüncə sahəsində işə başlayır, qəzet və dərgi çıxarmağa, fəhlələri
təşkilatlandırmağa çalışırlar. Qurulan Türkiyə Sosialist Fəhlə-Kəndli Partiyasi (1919),
Türkiyə Əmələ Təali Cəmiyyəti (1924), Türkiyə Sosialist Əməkçi Kəndli Partiyasi
(1946) kimi partiyalar və onların üzvləri təqib olunur. Bunun nəticəsində dövlət
qanunlara zidd davrananları həbs etmək, zindana salmaq, sürgünə göndərmək kimi
müxtəlif cəzalarla tədbir görməyə məcbur olur. Bu cəzaların ən yayğın olanı həbsə
almaqdır. Ona görə də bir çox sosialist fikir adamı və sənətçi həbsə girmiş, bu şərtlər
altında uzun illər sosialist gerçəkçi poeziyanın önəmli bir qismi həbsxana şeiri halını
almışdır. Bu cərəyanda həbsxana ədəbiyyatı önəmli bir damardır.
Siyasi, sosial fəaliyyətləri bir xeyli məhdudlaşan sosialistlər çalışmalarını daha çox sənət
və ədəbiyyat sahəsinə yönəltmişlər. Sosializmi müdafiə edə bilmələri üçün öncə fikir, söz
və hərəkət azadlığı istədilər. Fəhlə sinifini marksist ideologiya istiqamətində
maarifləndirməyə çalışdılar. İstismara, kapitalizmə, imperializmə qarşı çıxdılar.
İstismarın, ayrı seçkiliyin olmadığı, maddi nemətlərin bərabər bölündüyü bir quruluşun
həsrətini dilə gətirdilər.
Forma və texnika: sərbəst nəzm şəklindən istifadə edir, vəzn və qafiyəyə ciddi əhəmiyyət
vermirlər. Sərbəst nəzm şəklini şeirdə təzadların xəlitəsi olan hərəkətliliyi təmin etdiyi
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
Dostları ilə paylaş: |