“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
400
Heyze kəskin və ciddi sosial problemlərə toxunmadan 19-cu əsrin ikinci yarısında alman
bürgerinin şəxsi həyatının geniş və dərin mənzərəsini əks etdirir. Bu əsərlərdə forma
maneraçılığı fonunda güclü hissiyyat da müşahidə olunur. Hərçənd ki, o, bu mənəvi güc
və gözəlliyi yalnız ayrı-ayrı fərdi təzahürlərdə görür, sosial-istimai köklərlə bağlamır.
Hələ gənclik çağlarından fasiləsiz olaraq poetik yaradıcılıqla da məşğul olan P. Heyzenin
şeirlərinin iki daimi mövzusu vardı – incəsənət və İtaliya.
Onun poeziyası real həyatın sosial gerçəkliyini yumşaldır, ürək sızıltıları ilə harmoniya
təşkil edən sakit gözəllik rayihəsi yayırdı . P. Heyze nəsr və dram əsərlərində olduğu
kimi, lirik poeziyasında da real gerçəkliyi, xüsusən də həyatın kölgəli cəhətlərini əks
etdirməkdən qaçır, şeirlərinin forma gözəlliyi, cazibədar bədiyyatı ilə klassik poeziyanın
gözəllik meyarlarını dirçəltməyə can atır, bu zaman bəzən epiqonçuluğa da yol verirdi.
Şeirlərində klassik alman poeziyasının ən müxtəlif cərəyanlarına məxsus ənənələrdən
bəhrələnmə, bəzən hətta yamsılama hiss olunur. Əsas diqqət forma kamilliyinə, üslub
incəliyinə verilir, məzmun baxımından isə bu şeirlər daha çox şairin öz iç dünyasını,
fərdi duyğularını, intim yaşantılarını ifadə edirdi. Bununla belə, onların misilsiz üslubi
gözəlliyi, müəllifin virtuoz ustalığı oxucularda böyük heyranlıq doğurur, ona populyarlıq
qazandırırdı. Görünür, onun hər cür siyasətdən uzaq qaçması, ― təmiz poeziya‖ yaratmaq
cəhdi, yalnız radikal-inqilabi deyil, həm də liberal-burjua tendensiyalarından azad
yaradıcılığı inqilabi çaxnaşmalardan usanmış alman oxucusunu cəlb edirdi.
Orijinal bədii yaradıcılığı ilə yanaşı, ispan və italyan poeziyalarından etdiyi tərcümələr də
ona böyük şöhrət gətirmişdi.
Qeyd etmək lazımdır ki, ümumən ― Münhen dərnəyi‖ , o sırada da P. Heyzenin
yaradıcılığı 19-cu əsrin 60-80 -ci illərində Almaniyanın ədəbi həyatına çox güclü təsir
göstərmişdi. Lakin onun yorğun, pessimist, küskün həyat mövqeyi, digər dekadens
əsəbiyyat nümayəndələri kimi, P. Heyzenin də sənətin ictimai və vətəndaşlıq
konsepsiyasından imtina edərək ― sənət sənət üçündür‖ prinsipinə üz tutmasına səbəb
olmuşdu. Bu isə həyatın və zamanın tələblərinə zidd idi.
19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində alman ədəbiyyatında naturalizm və sərt
realizm üslubunda yazılan əsərlərin populyarlığı və nüfuzu güclənir, romantik
dünyagörüşünə əsaslanan əsərlərə, o cümlədən də P. Heyzenin yaradıcılığına maraq
kəskin şəkildə zəifləyir. O dövrün tənqidi yazırdı ki, ― P. Heyzenin əsərlərində hər şey
uydurmadır və saxta ideallara xidmət edir.‖ Buna görə də 1910-cu ildə onun Nobel
mükafatına layiq görülməsini Almaniya ədəbi dairələrində təəccüblə qarşıladılar. Çünki
son iyirmi il ərzində onun əsərləri, demək olar ki, oxunmurdu. Onun dünyanın ən nüfuzlu
ədəbi mükafatına layiq görülməsini Almaniya mətbuatı kinayə ilə ― Rudolf Eykendən
sonra Almaniyanın Nobel mükafatında ikinci ―uğursuz nailiyyəti‖ adlandırmışdı.
Ömrünün mükafatdan sonrakı son illərində və ölümündən sonra P.Heyze, demək olar ki,
unuduldu və indi onun adı yalnız ədəbiyyat tarixi mütəxəssislərinə tanışdır.P. Heyze
1914- cü il aprelin 2-də Münhendə vəfat etmişdir.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
401
― Sənət sənət üçündür‖ prinsipinə sədaqəti, danılmaz ədəbi istedadını bu ölü ideyaya həsr
etməsi onu bir yazıçı kimi ölməzlik şansından məhrum etdi. 20- ci əsrin bütün dünyada
sosial yönümlü ədəbiyyatın hegemonluğu şəraitində keçməsi onun yanlış mövqedə
olduğunu tarixi planda da isbat etdi.
Hələ P. Heyzenin sağlığında, 1911-12 –ci illərdə onun iki cildlik ― Seçilmiş əsərləri‖
Rusiyada nəşr edilmişdi. Sonralar – sovet dövründə isə Sovet İttifaqında ( təbii ki, həm
də Azərbaycanda) onun yaradıcılığından bir sətir də tərcümə və çap olunmadı. Görünür,
bu məsələdə ― sənət sənət üçündür‖ prinsipinə düşməncəsinə yanaşan kommunist
ideologiyasının həlledici təsiri olmuşdur.
Paul Heyzenin əsərlərinin tərcüməsi və nəşri ilə bağlı boşluq Azərbaycan müstəqillik
qazandıqdan sonra da aradan qaldırılmamışdır.
Paul Heyzenin deyimlərindən
- Diletant bacarmadığı işi görməkdən həzz alan adamdır.
- Məhəbbət, əslində, sadə bir şeydir. Onu biz öz əsassız ümidlərimizlə qəlizləşdiririk.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
402
Nurullah Çətin
ATATÜRK DÖVRÜ TÜRK ŞEİRİ
(1923-1940)
I dünya savaşı sonunda Osmanlı dövləti məğlub sayıldı və ölkəmiz 30 oktyabr 1918-ci
ildə imzalanan Mondros sazişinə görə İngiltərə, Fransa, İtaliya, Amerika və Yunanistan
tərəfindən işğal edildi. İşğalı, müstəmləkə olmağı, əzilməyi, köləliyi heç bir zaman qəbul
etməyən türk milləti Mustafa Kamal Atatürkün öndərliyində təşkil etdiyi milli
müqavimət hərəkatı olan Qüvveyi-milliyyə ilə dastani bir milli mücadiləyə girişdi. 23
aprel 1920-ci ildə Ankarada Mustafa Kamal Paşanın başqanlığında Türkiyə Böyük Millət
Məclisi açıldı və milli mücadilə bu məclis tərəfindən idarə edildi. Sonunda ölkəmiz
Qərbin bütün işğalçı imperialist qüvvələrindən təmizləndi və 1923-cü ildə tam bağımsız
və bağlantısız (-bloklara qoşulmayan, neytral - tərc.) milli bir dövlət quruldu. 29 oktyabr
1923-cü ildə Məclisin qəbul etdiyi bir qərarla dövlət rəsmən cümhuriyyətlə idarə
edilməyə başlandı. Bu tarixdən etibarən qurulan yeni cümhuriyyət dövləti demək olar ki,
bütün sahələrdə və bütün qurumları ilə sürətlə milliləşmə və qərbliləşmə yönündə
yenidən qurulma prosesinə girdi.
Dövlətin rəsmi qurumları sosial, siyasi, iqtisadi və mədəni həyatı gerçəkləşdirilən
inqilablarla yenidən düzənləndi. Bu arada türk milliyyətçiliyini əsas alan tarix, dil, sənət
və ədəbiyyat çalışmaları da başladı. Bunun üçün türk tarixini doğru və dərin bir formada
araşdırmaq, incələmək, öyrənmək üçün Türk Tarixi Tədqiq Cəmiyyəti (Türk Tarix
Qurumu) və yenə eyni şəkildə türk dilini araşdırmaq, incələmək, öyrənmək, yaymaq, türk
ədəbiyyatının, yazı və danışıq dilinin təməlinin işlənmiş, inkişaf etmiş türkcə olması üçün
də Türk Dili Tədqiq Cəmiyyəti (Türk Dil Qurumu) quruldu. Dolayısı ilə, türk milli
varlığı tarixi, kültürü, dili, sosial həyatı ilə yenidən dirçəldildi. Beləliklə, Türkiyə
Cümhuriyyəti dövləti millət birliyinə, bu ölkədə yaşayan hər kəsin türk milli birliyi içində
qaynaşmış bir millət olmasına çalışdı. Bir baxıma Osmanlı dövlətinin son dönəmlərində
arxa plana atılan türklük, türk milləti, türk milli varlığı cümhuriyyətlə birlikdə ön plana
çıxır və bütün ölkədə bir milli inkişaf həyəcanı başlayır.
Atatürk 1938-ci ildə vəfat etdi. Buna görə də 1923-1940-cı illər arası dönəmə biz
"Atatürk dövrü türk ədəbiyyatı", yaxud "inqilab ədəbiyyatı dövrü" adını veririk.
Atatürkün liderliyi altında başlayan türk milliyyətçiliyi hərəkatı digər bütün sahələrdə
olduğu kimi, ədəbiyyatda da öz inikasını tapdı və 1923-1940-cı illər arasında türk
ədəbiyyatı böyük ölçüdə milliyyətçi duyğu və düşüncələrin hakim olduğu bir ədəbiyyat
görünümü qazandı. Çünki ölkəmiz 1912-ci ildən 1923-cü ilə qədər ağır müharibələrdən
keçib gəlmişdi. Məmləkətimiz yaxılıb yıxılmış, millətimiz pərişan olmuş və bütün bu
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
403
fəlakətlərdən, yanğınlardan sonra yepyeni milli bir türk dövləti doğmuşdu. Türk
ədəbiyyatçıları da bu mühitdə üzərlərinə düşən vəzifəni yerinə yetirərək türk millətinin
acılarına, həsrət və gözləntilərinə tərcüman olmuşlar. Milləti yenidən ayağa qaldırmaq,
ölkəni hər sahədə abadlaşdırmaq, türk uşaqlarında gələcəyə ümid aşılamaq, onlarda
güvən duyğusu yaratmaq üçün milliyyətçi duyğular, ideallar önə plana çıxarılmışdı.
İmkan daxilində Şərq və Qərb dillərinin təsirindən arınmış bir türkcə, türkün milli vəzni
olan heca və yenə milli türk nəzm vahidi olan dördlük, türkün ana qucağı, vətəni
Anadolu, türk millətinin dini və milli dəyərləri, imperializmdən qurtuluş mövzuları,
öndərimiz və milli türk dövlətinin qurucusu Atatürk və onun milli mücadilə dastanı türk
şeirində hakim ünsürlər olmuşdur.
Bu dönəmdəki milliyyətçi türk şeiri birdən-birə ortaya çıxmamışdır. Milliyyətçi şeir
yazma ənənəsi əsasən 1897-ci il türk-yunan savaşı zamanı Məhməd Əmin Yurdaqulun
şeirlərilə başlayır. 1908-ci ildən sonrakı dövrdə meydana çıxan milli ədəbiyyat cərəyanı
da bu anlayışın yayğınlaşdığını və bəlli bir sistemə qovuşduğunu göstərir. Dolayısı ilə,
Atatürk dövrü milliyyətçi şeir damarının kökü Məhməd Əmin şeirinə və milli ədəbiyyat
cərəyanına bağlıdır. Atatürk dövrü türk ədəbiyyatını yaradan şairlərin bir qismi
cümhuriyyət öncəsindən gələn orta və yaşlı nəslə mənsubdur, böyük bir əksəriyyəti isə
cümhuriyyətlə birlikdə ortaya çıxan şairlərdir. Atatürk dövrü türk şeirinin
nümayəndələrini belə təsnif edə bilərik:
A. Əski dönəmlərdən gələn şairlər
Bunlar poeziyaya tənzimat, "Sərvəti-fünun", "Fəcri-ati", yaxud da milli ədəbiyyat
cərəyanları dövründə gələn, bəzi əsərlərini o zamanlar yazan, amma cümhuriyyət
dövründə də yaradıcılıqla məşğul olan şairlərdir. Onların bəziləri haqqında ayrıca
danışmaq lazımdır.
I. Cümhuriyyət dövrü türk poeziyasına təsir göstərən iki böyük şair - Yəhya Kamal və
Əhməd Haşim. Yəhya Kamal və Əhməd Haşim II məşrutiyyət dönəmində şeir yazmağa
başlamış və o dönəmdə məşhur olmuş iki böyük türk şairidir. Onlar cümhuriyyət
qurulduqdan sonra da şeir yazmağa davam etdilər və bu dövrdə gənc şairlərə böyük təsir
göstərdilər. Yəhya Kamal milli şüurun, milliyyətçi türk poeziyasının inkişafında və şeir
texnikasında, Əhməd Haşim isə özəlliklə estetik planda, şeir texnikası və anlayışı
sahəsində böyük təsirə sahib idi. Bu iki qabaqcıl şair cümhuriyyət dönəmi türk
ədəbiyyatında modern şeirin, saf, xalis poeziyanın inkişafında cığır açan olmuş,
yönləndirici rol oynamışdır. Bu iki böyük türk şairi haqqında aşağıdakı bilgiləri verə
bilərik.
Əhməd Haşim (1883-1933). Haşimin şeirləri onun iki kitabında toplanmışdır: "Göl
saatları" (1921), "Piyalə" (1926). Daha sonralar bu iki kitabı və kitablarına daxil olmayan
şeirləri birlikdə nəşr edildi (İnci Enginün-Zeynep Kerman. Ahmet Haşim. Bütün Şeirleri,
İst., 1987, Dergah y.). Əhməd Haşim hələ on dörd-on beş yaşlarında Qalatasaray
sultanisində oxuyarkən fransızca bir şeir antologiyasi sayəsində Qərb ədəbiyyatı ilə tanış
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
404
olmuş, bu maraq onun ömrünün sonuna qədər davam etmişdir. Fransız simvolizminin
poeziya anlayışını Henri de Regnenin, divan şeiri təcrübəsini və məzmunlar dünyasını isə
Şeyx Qalibin şəxsində mənimsəmişdir. Haşim əsas etibarilə simvolistdir, lakin
impressionizm onun üslubuna təsir etmişdir. O, romantik deyildir, ancaq yaradıcılığında
romantizmə xas olan bəzi ünsürlərə yer vermişdir. Haşim öz daxili aləmini xarici
dünyaya, təbiətə əks etdirməsi və ruhi vəziyyətinə uyğun olan təbiət təsviri ilə
romantikdir.
Haşim "Piyalə" kitabındakı "Müqəddimə"sində simvolizm anlayışına müəyyən qədər yer
vermişdir. Bodlerdə kəskin olaraq görünən pessimizm və bədbinliklə yoğrulmuş
simvolist anlayış Haşimdə də müşahidə edilir. O, simvolizmdən gələn bir təsirlə qadın,
təbiət və poeziya mistiki olmuşdur. Xarici aləmdən və sosial reallıqdan bu üç ünsürə
pənah aparmış və onlara sığınaraq xoşbəxt olamağa çalışmışdır. Onda islam imanı yerinə
bunlar keçmişdir. Maddi dünyadan öz təxəyyülünün məhsulu olan mənəvi dünyaya
qaçmışdır. Modern poeziyanın mücərrədlik anlayışı bu yanaşmaya əsaslanır. Onda qadın
gerçək, konkret dünya qadını deyil, mücərrəd, xəyali, fövqəladə gözəllikdə ideal bir
fiqurdur. Təbiət isə şən, nəşəli, aydın, gözəl, ruhu oxşayan, gündüz görünən hüdudları ilə
deyil, qaranlıq, axşam alatoranında izlənən, qəmli, qüssəli, hüznlü, məhtablı təbiətdir. O,
təbiətin göl, göy üzü, çöl, ay, qürub çağından ibarət olan ünsürlərinə üstünlük verir. Onun
nəzərində şeir də musiqidən və duyğudan ibarət bir sənətdir. Şairin impressionizmini
"Müqəddimə" başlıqlı bu bəndi ən gözəl şəkildə ifadə edir:
Seyr eylədim əşkali-həyatı
Mən hövzi-xəyalın sularında,
Bir əksi-müləvvəndir onunçün
Ərzin mənə əhcarü nəbatı.
Bodler, Regne, Verlen, Samen, Remi de Qurmont, Anatol Frans, Alen kimi şairlərdən
çox bəhrələnmişdir. Belçikalı şair Emil Verherendən qürub çağıının qızıllığı, ay işığı
altında izlənən təbiətin görüntüləri, göllər və qamışlar, quşlar kimi motivləri almışdır.
Fransız şair Anri de Regnedən də çox təsirlənmişdir. Özəlliklə gerçəklər dünyasından
xəyala aləminə qaçma, musiqi, hovuz, bağça, budaqlardakı quş motivlərini Regnenin
"Qitələr" (Sites, 1887) kitabından əxz etmişdir.
Maddi varlıqları mücərrədləşdirmədə, onlara ruh vermədə böyük bir bacarığı var. Gerçək
(real) dünyadan qaçıb sanal (irreal) dünyaya sığınmışdır. Gerçək dünya gündüzdür, hər
şeyin əyan-bəyan olduğu zamandır. Sosial yaşantılar siyasi olaylardır. Konkret varlıq
olay, fakt və durumlardır. Sanal dünya isə gecədir, fərdi həyatdır, simvollar, xəyallar,
təəssüratlar, səs (ahəng) və rəngdir (rəsmdir). Varlıqları daha çox rəngləri ilə ön plana
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
405
çıxarır. Onun şeirində rəng ünsürü çox açıq-aşkardır. Rənglərin dilinə vaqifdir, təzadlı
rəngləri çox yaxşı işlədir.
Haşimin şeirində musiqi ünsürü çox önəmli yer tutur. O, gurultuya dayanan bir musiqi
deyil, sükunətdən, səssizlikdən qaynaqlanan bir musiqi istəyir və yaradır. Dışa dönən,
maddi qaynaqlardan çıxan musiqi əvəzinə içə dönən, sakit bir mühitin mücərrəd
musiqisini istəyir. Zamanın və ətraf mühitin diffuziyasından ibarət dingin təbiətə yayılan
ilahi orkestrasyonun ritmini yaxalamağa çalışır.
Haşim, əslində, çox çətin olan sərbəst nəzmin düşük qabiliyyətlər üçün nə qədər təhlükəli
isə, usta əllərdə o qədər zəngin olduğunu söyləyir. Onun nəzərində sərbəst nəzm
lüzumsuz qaydalardan qurtarılmış bir şeir söyləmə tərzidir. Haşim sərbəst nəzmi
simvolistlərdən aldı. Qıvraq, fərqli və nizamsız uzunluqda misralar quraraq sərbəst
müstəzad örnəkləri yazdı. "Yollar", "O bəldə" kimi şeirlərində bunu tətbiq etdiyini
görmək mümkündür. O, sərbəst müstəzadı daha çox dəruni ahəngi təmin etmək üçün bir
vasitə kimi işlətmişdir.
O, şeirdə keçmişdən bəri alışdığımız yazı və danışıq dilindən fərqli olduğu dərhal sezilən
özünəməxsus bir dil anlayışı yaratmışdır. Özəlliklə 1901-1915-ci illər arasında yazdığı
şeirlərdə ərəb və fars mənşəli əski kəlmələri işlətdi, ancaq bunları yeni bir ruhla, yeni və
təzə bir anlamda təqdim etdi. Onun şeirindəki əski sözlər işlənə-işlənə puçası çıxmış,
yavanlaşmış, sıravi əski kəlmələr yığını təəssüratını yaratmır. Tam tərsinə, bu əski
kəlmələrə yeni, maraqlı, xoş assosiasiya imkanları yükləmişdir. Şair əskini tərk etmədən
yeniləşmə uğrunda mübarizə aparır. Onun dildə əskiyə yönəlməsini "Sərvəti-fünun"
anlayışının davamı kimi düşünə bilərik. Haşimin dili həmin dönəmdəki şairlərin dilindən
daha ağırdır. Çağdaşlarına görə o, ərəb-fars dil ünsürlərinə daha çox yer vermişdir. Bəzi
şeirləri isə qismən sadədir. Özəlliklə son şeirləri öncəkilərə görə daha sadə və açıqdır.
Bunda milli ədəbiyyat cərəyanının və dildə sadələşmə çalışmalarının təsiri ola bilər.
Şeirlərində 2364 civarında kəlmə işlətmişdir. Yəni olduqca dar bir leksikona sahibdir.
Onun şeirində ulantı (enjambement) tətbiq etməsi çox görülür. Uzun, silsilə epitetlərə yer
verir. Haşim cümlə quruluşunda və ifadələrdə zaman-zaman qrammatik səhvlərə,
yanlışlıqlara və əskikliklərə yol verir ki, bu da məna qapalılığına səbəb olur. Yenə də
şeirləri zənn edildiyi qədər çox qapalı, mübhəm deyildir. Haşimin özünəməxsus xəyal
sistemi çözülsə, şeirləri asanca anlaşıla bilər. Mütəəssir, mücərrəd, lirik təhkiyə
üslublarına yer vermişdir. Haşim ahəng vasitəsi kimi əruz vəznini işlətmiş, qafiyə
anlayışına ümumən bağlı qalmışdır. Dolayısı ilə, bu iki ünsürü ahəng qaynağı olaraq
dəyərləndirmişdir. Ancaq həm əruzdan istifadə sahəsində, həm də qafiyə tapmaqda çox
da uğur qazanmamışdır. Vəzn və qafiyə sahəsində dərin məlumat və şüurlu intizam sahibi
deyildir. Modern Qərb şeirinin təsiri altında vəzndə və qafiyədə sərbəstliyə yol vermiş,
bu iki tərənnüm vasitəsi üzərində oynamış, bir çox müxtəlif "icadlar" etmışdir. Heca
vəznini kəndli vəzni saymış və əhəmiyyət verməmişdir.
Əhməd Haşimin şeirləri mövzu baxımından çox zəngin deyildir. Zatən az olan şeirləri
bəlli və məhdud mövzular ətrafında cəmləşmişdir. Bir bütöv olaraq dəyərləndirildiyində
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
406
bunlar da əsasən fərdi mövzulardır. Sosial mövzu olaraq sadəcə II məşrutiyyətin elanı ilə
gələn və hürriyyət havasını verən bir neçə şeiri ilə qarşılaşırıq. Ümumi mənada sosial və
siyasi mövzulara yer verməməkdə, şeiri mütləq bir gözəllik sahəsi olaraq görməkdədir.
Mövzuları arasında qadına, sevgiliyə və eşqə böyük yer verir. Haşim reallıqdan, yaşanan
gerçəklərdən, maddi dünyadan, aktual olandan, cəmiyyətdən qaçan bir adamdır.
Poeziyası böyük ölçüdə reallıqdan qaçmasının ifadə sahəsidir. Bəlli-başlı qaçış sahələri
arasında axşam, gecə, xəyallar ölkəsi, xatirələri və uşaqlığı vardır. Bundan başqa, hüzn,
qəm, kədər, ayrılıq, yalnızlıq, ölüm kimi mənfi və bədbin duyğulara da yer verir.
Bunların xaricində çöl, ay, fəsillər, quşlar kimi təbiətin müxtəlif ünsürləri də onun
şeirinin başlıca mövzuları arasındadır.
Yəhya Kamal (1884-1958). Yəhya Kamal şeirlərini ən çox cümhuriyyət dövründə nəşr
etdirmişdir. Onun şeirləri ölümündən sonra bu adlar altında kitablaşdırıldı: "Öz göy
qübbəmiz" (1961), "Əski şeirin rüzgarıyla" (1962), "Rübailər və Xəyyam rübailərini
türkcə söyləyiş" (1963), "Bitməmiş şeirlər" (1976).
Yəhya Kamal 1903-cü ildə Parisə bir Qərb heyranı, alafranqalıq və jön türklük həvəskarı
olaraq getdi. Lakin 1912-ci ildə türklüyünün fərqinə varmış, milli şüura çatmış bir türk
olaraq döndü. Yəni təhsil aldığı, oxuduğu, öyrəndiyi məktəbdən xidmət edəcəyi,
öyrəndiklərini tətbiq edəcəyi məmləkətinə qayıtdı. Qərb kültür, düşüncə, sənət və
ədəbiyyatından alınması gərəkən dərsi və materialı almış, ancaq bunları öz orijinal
sənətçi şəxsiyyətində əridərək və gərəkdiyi qədər işlədərək özünə aid milli bir ədəbiyyat
yaratmış, orijinal bir milliyyətçilik düşüncəsi meydana gətirmişdir. O, Qərbin ağıllı bir
tələbəsi olmuşdur. Qərbdən necə istifadə edilməsi gərəkdiyini başa düşmüş, nələri alıb,
nələri almamaq lazım olduğunun şüuruna varmış bir türk ziyalısıdır. Qərbdən daha çox
metod, texnika, anlayış, çıxış nöqtəsi, mentalitet kimi xüsuslarda yararlanmışdır.
Gördüyü iş təqlid, tərcümə, adaptasiya deyil, orijinal, milli bir təlifdir. Yəni məktəbdən
məmləkətə qayıtmağı bacarmışdır. Qərbin bəzi ədəbi cərəyanlarından, fikir adamı, şair və
yazarlarından yararlanmışdır. Məsələn, parnasizmdən şeirdə forma mükəmməlliyini,
misraları ölçülü-biçili bir halda düzməyi öyrənmişdir. Lakin parnasçılar şairin öz
duyğularını və şəxsiyyətini bəlli etməsinə qarşıdırlar. Yəhya Kamal isə tam tərsinə,
romantiklərə xas olan formada duyğularını, həssasiyyətini və şəxsiyyətini coşğu ilə əks
etdirir. Bu yönüylə də parnasçı deyildir. Yəhya Kamal bir parnasçı olan Xose-Maria de
Herediadan, Jan Morisdən və Malherbedən türk tarixini modern bir dastan halında
yenidən yazmağı, şeirdə sadə, yalın, çılpaq, süssüz, işlək danışıq türkcəsini işlətməyi,
Alber Sorel və Kamil Julliandan tarix və coğrafiya içində türklüyü, türk milliyyətini
aramağı, Pol Valeridən və Mallarmedən ahəngli, mükəmməl misra qurmağı, Verlendən
İstanbulun səmt və küçələrinin şeirini yazmağı öyrəndi.
Yəhya Kamal xalqın problemlərinə, sosial və siyasi məsələlərinə demək olar ki, heç yer
verməmişdir. Məsələn, xalqın yoxsulluğunu marksist şairlər kimi istismar etməmişdir.
Onun şeirlərində ara-sıra xalqın kasıblığı kimi sosial və iqtisadi problemlər öz əksini
tapır, ancaq bu, milli və sosial həyatımızın müxtəlif mənzərələri kimi və başqa
|