Üzeyir hacibəYLİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix01.12.2016
ölçüsü2,34 Mb.
#541
1   2   3   4   5   6   7   8   9   ...   21

DÖRDÜNCÜ PƏRDƏ 

 

 

Baqe olur İ b n-S ə l a m ı n evində. Evin bir tərəfi küçədir; M ə c n u n  Z e y d ilə 



küçədə durublar. Otaqda toy məclisidir. 

 

Musiqidən sonra pərdə qalxır.  



 

Z e y d (rast üstə)-- 

 

Dün əxtəri-bəxtin oldu tirə,  



Leyli sitəm etdi sən fəqirə. 

O, İbn-Səlamə ruzi oldu, 

Ruzi sənə dərdi-süzi oldu. 

Yar özgəyə oldu şəmi məhfil, 

Qaldı sənə tabi-atəşi-dil. 

 

Q o n a q l a r (otaqda)-- 



 

Xoşbəxt ol, İbn-Səlam!  

Alasan kamü məram.  

Keçirəsən xoş günlər,  

Bar verə muradın.  

Ola bir övladın.  

Mübarək olsun toyun.  

 

(Oyundan sonra durub gedirlər, bu halda M ə c n u n şuştər oxuyur.) 



 

__________________Milli Kitabxana___________________ 

37 


 

M ə c n u n-- 

 

Qeyr ilə, yara, nədir seyri-gülüstan etdiyin? 



Bəzm urub, xəlvət qılıb, yüz lütfü ehsan  etdiyin?  

Əhd bünyadın mürüvvətdirmi viran etdiyin?! 

Hanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?! 

 

(L e y l i  içəri daxil olur, M ə c n u n u n səsini eşidir; İ b n-S ə l a m  gəlib təəccüblə 



L e y l i y ə baxır və oxuyur.) 

 

(M u s i q i)  



 

İ b n-S ə l a m-- 

 

Leyli, Leyli, bu odlu səs Məcnunundur, 



Mən tanıyıram onu.  

Məgər, Leyli, bəs bu cünun əl çəkməyibdirmi səndən indi də?  

Leyli, söylə, doğrusun söylə,  

Səndəmi ona aşiqsən?  

İstərsənmi Məcnunun ola aşiqin? 

 

(M u s i q i) 



 

L e y l i-- 

 

İbn-Səlam, qoy doğrusun mən söyləyim, mən Məcnuna aşiqəm.  



Uşaqlıqdan bir-birimizi sevməyə söz vermişik əhd ilə.  

İndi söylə, sən özün söylə, sındıra billəm əhdimi mən?  

Məhəbbətin odunu mən söndürə billəmmi, qəlbimi yandırar. 

 

(M u s i q i)  



 

L e y l i-- 

 

Bir neçə vaxt sən səbr elə, qoy soyusun eşqin odu.  



 

__________________Milli Kitabxana___________________ 

38 


 

İ b n-S ə l a m (kənara)-- 

 

Yəqin Leyli məni sınamaq istəyir,  



Mən fikrini duymuşam. 

 

L e y l i-- 



 

İbn-Səlam, sən səbr elə, qoy bəlkə Məcnun da əl çəkə. 

 

İ b n-S ə l a m-- 



 

Leyli, mən səbrə hazıram. 

Sənin cəfanı mən çəkməyə hazıram, 

 

(Gedir.)  



 

(M u s i q i)  

 

M ə c n u n-- 



 

Cürmümüz noldu ki, bizdən eylədin bizarlıq?  

Biz qəmin çəkdik, sən etdin özgəyə qəmxarlıq.  

Sizdə adət bumudur?  Böylə olurmu yarlıq?  

Hanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?! 

 

(Bu halda L e y l i taxt üstə ağlayır. Z e y d və bir neçə nəfər ərəb gəlib M ə c n u n a 



deyirlər:) 

 

Z e y d və ə r ə b l ə r-- 



 

Məcnun, Məcnun, dur gedək,  

Bu rəqibin evidir.  

Sənə tənə eylərlər.  

Bədnam etmə özünü. 

 

L e y l i-- 



 

Allah, bu nə sitəm, bu nə zülm?!  

Bu nə sitəm, bu nə zülm?!  

Eşqin oduna yandım,  

Hicran sitəmin qandım.  

 

 



__________________Milli Kitabxana___________________ 

39 


 

M ə c n u n-- 

 

Bəs sənin vəfan bu imiş, Leyli; bu imiş, Leyli?  



Bivəfa da yar olarmı?!(2 dəfə)  

 

Z e y d və ə r ə b l ə r-- 



 

Məcnun, dur gedək evinə, 

Yazığın gəlsin atana. 

Rəhm eylə bir dəm anana. 

Leylini səndən ayırdı mürüvvətsiz fələk, 

Sən də eşqin havasını başından eylə cida. 

 

(M ə c n u n ərəblərlə gedir).  



 

PƏRDƏ 


 

BEŞİNCİ  PƏRDƏ 

 

 

Vaqe olur İ b n-S ə l a m ı n evinin qabağında. İ b n-S ə l a m qapı ağzında oturur. 



Musiqi "osmanlı" havasını çalır. Pərdə qalxdıqda L e y l i içəridən çıxıb gəlir və İ b n-S ə l 

a m ı n qabağında oturur. L e y l i xəstədir. 

 

İ b n-S ə l a m (osmanlı üstə)-- 



 

Pərişan-halın oldum, sormadın hali-pərişanım,  

Qəmindən dərdə düşdüm, qılmadın tədbiri-dərmanım.  

Nə dersən, ruzigarım böyləmi keçsin, gözəl yarım!  

Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım! 

 

(M u s i q i) 



 

Əsiri-dami-eşqin olalı səndən vəfa görməm,  

Səni hər anda görsəm, əhli-dərdə aşina görməm.  

Vəfayi-aşinalıq rəsmini sənə rəva görməm,  

Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım! 

 

L e y l i (təsnif üstə)-- 



 

Ey mənə qəmxar olan, görmürsənmi əhvalımı?  

Dərdə düşmüş cismimi, oda alışmış  canımı?  

Daim pərişan halımı. 



__________________Milli Kitabxana___________________ 

40 


 

 

(M u s i q i) 



 

İ b n-S ə l a m-- 

 

Ey gözüm, guş etmədin pəndü nəsihətimi sən,  



Bir cünunə mehrini saldın, etdin özünü sən,  

Xəstəvü naçar olmusan. 

 

L e y l i-- 



 

Söylə bir, İbn-Səlam, gər aşiqi həqiqisən, 

Eşq odu düşsə əgər, dəfi onun qabildirmi?  

Söndürməsi mümkündürmi? 

 

(L e y l i və İ b n-S ə l a m evə daxil olurlar. Z e y d  M ə c n u n u zəncirə bağlı L e y 



l i n i n qapısına gətirir.) 

 

(M u s i q i) 



 

M ə c n u n-- 

 

Leyli, ey bivəfa Leyli! 



Özgəyə saldın sən meyli! 

Elədin məni divanə, 

Sözümü saldın hər yanə, ey zalım! (2 dəfə) 

 

(M u s i q i) 



 

Yaxıldı canım eşqindən, 

Titrədi dağlar ahimdən. 

Niyə sən bəs, ey bivəfa! 

Belə üz döndərdin məndən, ey zalım! (2 dəfə) 

 

(M u s i q i) 



 

Nə qədər təndə var canım, 

Yanaram atəşi-eşqə, 

Çəkərəm fəqan-ahim, 

Yandıraram dağı, daşı, ey zalım (2 dəfə) 

 

(Bu halda L e y l i evdən çıxıb,oxuya-oxuya yüyürür M ə c n u n u n üstə)  



 

__________________Milli Kitabxana___________________ 

41 


 

L e y l i-- 

 

Gəl, ey Məcnun, Leylinəm, al canımı!  



Vəfasız olmuşam, billah, tök qanımı! 

 

(M ə c n u n L e y l i n i görcək zəncirini qırıb, geri çəkilib oxuyur.)  



 

M ə c n u n-- 

 

Sən Leyli deyilsən, ey pərizad!  



Qaç, qəlbimi xunla etmə bərbad.  

Aldatma məni, cünun deyib qaç,  

Qaç, eyləmə gül üzünlə Leylini yad. 

 

(Qaçır. Z e y d də onun dalınca gedir, L e y l i tək qalıb oxuyur.)  



 

L e y l I (segah üstə)-- 

 

Xoşdur nə qədr eyləsə yarım cəfa mənə,  



Ta kim, rəqib söyləməsin bivəfa mənə.  

Sənsiz diyari-hicrdə sərgəştə qalmışam,  

Vəslin ümidi, billah, olur rəhnüma mənə.  

Rəna qəsəd  qalıbdı belə xürdi-xabidən  

Xuni-dilim olubdur, əzizim, qəza mənə.  

Qan  bəstərində qoyma  məni zar-mübtəla,  

Ver şərbəti-vüsaldən, ey meh, şəfa mənə. 

 

(L e y l i yerə yıxılıb ölür. Bu halda xor daxil olub oxuyur.) 



 

(M u s i q i) 

 

Xor-- 


 

Rəhmət olsun sənə, Leyli! (2 dəfə) 

Bu dünyada kam almadın, 

O dünyada kam alarsan, ey aşiq! (2 dəfə) 

 

PƏRDƏ 


 

 

 



 

 


__________________Milli Kitabxana___________________ 

42 


 

 

ALTINCI PƏRDƏ 

 

 

Vaqe olur q ə b r i s t a n d a.  Bir tərəfdə L e y l i n i n qəbri görünür. 



 

(M u s i q i)  

 

M ə c n u n (bayatı-kürd üstə)-- 



 

Sındırdı çərx zülm ilə balu pərim, haray!  

Döndərdi tez xəzanə fələk güllərim, haray!  

Ey ruzigar, nə eyləmişəm bilməm sənə,  

Ümmanə döndü qan ilə çeşmü tərim, haray! 

 

(Bu halda Z e y d bir ərəblə daxil olur.)  



 

Z e y d-- 

 

Ey şifteyi-şikəstətale!  



Əfsus ki, səyin oldu zaye!  

Leyli sənə verdi zindəgani,  

Sən ol baqi, ol oldu fani!  

Sən sədqəsi olduğun pərivəş  

Sədqə sənə oldu, ey bəlakəş!  

Əzmi-rəhi-cənnət etdi ol hur,  

Firdovs məqamın etdi məmur.  

 

M ə c n u n-- 



 

Netdim sənə, qəsdi-canım etdin?!  

Qəsdi-dili-natəvanım etdin?!  

Eylət məni yar olan diyarə,  

Şəm eylə məni məzari-yarə!  

 

(M ə c n u n u  L e y l i n i n qəbri üstünə aparırlar. M ə c n u n qəbri 



qucaqlayıb oxuyur). 

 

M ə c n u n (bayatı-qacar üstə)-- 



 

Aşiq oldur kim, qılır canın fəda cananına,  



__________________Milli Kitabxana___________________ 

43 


 

Meyli-canan etməsin hər kim ki, qıymaz canına.  

Canını canana  verməkdir kəmali aşiqin,  

Verməyən can etiraf etmək gərək nöqsanına.  

 

(Deyir, ölür. Bu halda ə r ə b l ə r yığılıb oxuyurlar.) 



 

(M u s i q i)  

 

X o r və  ə r ə b l ə r-- 



 

Ey bikəs, biçarə qalan aşiq, sadiq Məcnun!(2 dəfə)  

Səd heyf ki, ahu qəmin oldu belə zaye!  

Axı eşq, eşq, eşq bəladır, bəladır,  

Aşiqlik edən dərdə mübtəladır!(2 dəfə) 

 

(M u s i q i) 



 

Olmadın nail Leyliyə sən bəs bu dünyada, Məcnun! (2 dəfə) 

Bari o dünyada olasan vəslinə nail.  

Axı eşq, eşq, eşq bəladır, bəladır, 

Aşiqlik edən dərdə mübtəladır! (2 dəfə)  

 

PƏRDƏ 



 

__________________Milli Kitabxana___________________ 

44 


 

ŞAH ABBAS VƏ XURŞİD BANU 

 

 



 

 

4 PƏRDƏ 4 ŞƏKİLLİ OPERA 



 

 

İŞTİRAK EDİRLƏR 



 

Ş a h  A b b a s--35 yaşında. 

V ə z i r--50 yaşında. 

B i r i n c i  ə y a n. 

İ k i n c i ə y a n. 

Ü ç ü n c ü  ə y a n. 

D ö r d ü n c ü  ə y a n. 

B e ş i n c i  ə y a n. 

N ö k ə r. 

O d u n ç u. 

O d u n ç u n u n  b i r i n c i o ğ l u. 

O d u n ç u n u n i k i n c i  o ğ l u. 

X u r ş i d--odunçunun qızı, 20 yaşında. 

M ə s t a v ə r--aşbaz. 

D o s t ə l i--Şiraz əhli. 

D i v a n ə. 

B i r i n c i  m ə h b u s. 

İ k i n c i  m ə h b u s. 

Ü ç ü n c ü  m ə h b u s. 

D ö r d ü n c ü  m ə h b u s. 

B e ş i n c i  m ə h b u s. 

B i r i n c i  k e ç ə ç i. 

İ k i n c i  k e ç ə ç i. 

Ü ç ü n c ü  k e ç ə ç i. 

10  n ə f ə r  ş i r a z ə h l i. 

Q o ş u n  v ə  b a ş q a l a r ı. 

 

 

 



 

 

 



 

 


__________________Milli Kitabxana___________________ 

45 


 

BİRİNCİ PƏRDƏ 

 

B i r  m e ş ə d ə vaqe olur. Müqəddimə çalındıqdan sonra pərdə qalxır.O d u n ç u öz i 



k i  o ğ l u ilə odun yığırlar. 

 

O d u n ç u (rast üstə)-- 



 

Məsəl vardır deyərlər ki,  

Çəkən zəhmət yeyər balı;  

Çəkib zəhmət, nə bal gördüm,  

Nə oldum eyşdən hali. 

 

(M u s i q i) 



 

Bu nə gündür, nə dirlikdir  

Ki, heç bir istirahət yox;  

Pulum yoxdur, malım yoxdur,  

Evim bomboş, içi xali. 

 

(M u s i q i)  



 

B i r i n c i  o ğ l u-- 

 

Nə bədbəxtin biriymişsən,  



Bizi həm eylədin bədbəxt;  

Nə busət basmış hər yanı,  

Məişətmiz keçir çox səxt; 

 

(M u s i q i)  



 

İ k i n c i  o ğ l u-- 

 

Bizi insan bilən yoxdur,  



Deyən yoxdur ki, kimsən sən;  

Nə zillətdir, nə möhnətdir,  

Buna bais, bəli, sənsən! 

 

(M u s i q i)  



 

İ k i s i  b i r  y e r d ə-- 

 

Neçün oldun odunçu sən?   



(M u s i q i) 

__________________Milli Kitabxana___________________ 

46 


 

O d u n ç u--Kim? Mən? 

 

O ğ l a n l a r ı--Bəli, sən! 



 

O d u n ç u--Babam kimmiş? 

 

O ğ l a n l a r ı--Odunçuymuş! 



 

O d u n ç u--Atam kimmiş? 

 

O ğ l a n l a r ı--Odunçuymuş! 



 

O d u n ç u--Özüm kiməm? 

 

O ğ l a n l a r ı--Odunçusan!  



 

O d u n ç u  v ə  o ğ l a n l a r ı (bir yerdə)--Biz, siz! 

 

O d u n ç u--Siz də odunçu oğlu odunçusunuz! 



(M u s i q i: təsnif)  

 

Ü ç ü  b i r  y e r d ə-- 



 

Gündə odun yığmaq oldu bizə sənət,  

Özgə çəkir ləzzət, qaldı bizə möhnət.  

Gərçi əzab çoxdur, evdə çörək yoxdur;  

Evdə çörək yoxdur, əmma əzab çoxdur. 

 

Musiqinin üsuluna (taktına) müvafiq odun yarırlar  və balta endikcə "hey!" edirlər--



"hey!" altı kərədir, sonra yenə oxuyurlar. 

 

Gündə odun yığmaq oldu bizə sənət (və ilaxır).  



Ay, hay ... odunçuluq oldu bizə sənət! 

 

Baltaları yerə qoyub, hərəsi bir yerə yıxılıb yatırlar. Musiqi çalır.  Pərdə dalından X u 



r ş i d oxuyur. 

 

X u r ş i d (bayatı üstə)-- 



Yaz gəldi, gül açıldı,  

Çəmən, çölə saçıldı; 

Könlümdəki yaram da  

Qızıl gül tək açıldı. 

 M u s i q i. X u r ş i d səhnəyə gəlir.  


__________________Milli Kitabxana___________________ 

47 


 

X u r ş i d 

Bülbül oxur nəvasın,  

Nəğməsini nəvasın;  

Kimdən sorum, ay allah!  

Mən dərdimin dəvasın. 

 

Musiqi çalır. X u r ş i d oynayır. Bəədə o d u n ç u  v ə  o ğ l a n l a r ı  oyanırlar.  



 

O d u n ç u (şur üstə)-- 

 

Xurşid, nə xürrəmsən, guya ki, qəmin yoxdur.  



 

B i r i n c i  o ğ l u-- 

 

Xurşid nə bilsin ki, qəm-qüssə nədir? 



 

İ k i n c i  o ğ l u-- 

 

Toxdur. Ac olsa bilərdi ki, dərd və qəmimiz çoxdur.  



 

X u r ş i d (səmayi-şams üstə)-- 

 

Qəm nədir, qüssə nədir, bil ki, xəbərdarəm mən,  



Nəyə lazımdır olaq dərd-qəmin həmmali;  

Halbuki xaliqi-sübhan yaradıbdırsa qəmi,  

Onu rəf etməyə də həqq yaradıb bir hali;  

İstiqaməqdir adı ol halın. 

 

O d u n ç u  v ə  o ğ l a n l a r ı (təsnif üstə)-- 



 

Pəh, pəh, pəh!... 

Günüz axşama qədər işliyirik heyvan tək, (2 dəfə)  

Hər səhər hey, hər səhər hey, hər səhər hey!... 

Çüçü-çüçü, tokkuşçu, çüçü-çüçü, tokkuşçu!  

Çü, çüçü, çüçü, tokkuşçu!  

Belədir dirliyimiz, belədir dirliyimiz! 

 

(M u s i q i) 



 

X u r ş i d (şur üstə)--Eşitməyibsinizmi ki, bir nəfər odunçu Hatəmi-Taiyə nə dedi? 

 

(T ə s n i f) 



 

__________________Milli Kitabxana___________________ 

48 


 

Hər ke nan əz əməli-xiş xorəd,  

 

(M u s i q i) 



 

Hər ke nan əz əməli-xiş xorəd,  

Minnət əz Hatəmi-Tai nəbərəd! 

 

(M u s i q i) 



 

Minnət əz Hatəmi-Tai nə bərəd!  

 

H a m ı s ı  b i r  y e r d ə-- 



 

Hər ke nan əz əməli-xiş xorəd (2 dəfə)  

Minnət əz Hatəmi-Tai nə bərəd! (2 dəfə) 

 

(M u s i q i) 



 

Şeypur səsi gəlir; bunlar qorxu ilə qulaq asırlar.  

 

B i r i n c i  o ğ l a n (qışqırır)-- 



 

Durun qaçaq, yəqin padşah ova çıxıbdır!  

 

X u r ş i d--Qorxmayın, dayanın görək. 



 

(Yenə şeypur.)  

 

O ğ l a n l a r--Vallah, durun qaçaq, bizi öldürərlər!  



 

X u r ş i d--Heç qorxmayın və dayanın!   

 

Marş  səsi gəlir, qoşun  əhli cərgə ilə girib düzülür. Ş a h  A b b a s daxil olur. Bu 



əsnada qoşun və sair əyan oxuyurlar: 

 

(M a r ş)  



 

H a m ı-- 

 

Çox ömr etsin bu şahımız,  



Dadına yetsin allahımız.  

Qalib gələsən sən düşmənə,  

Olmasın asi bir kimsənə.  


__________________Milli Kitabxana___________________ 

49 


 

Ey padşah, sən çox yaşa, (2 dəfə)  

Sən çün ədalət padşahısan,  

Bizlərə, ey şah, eylə mərhəmət! 

 

(M u s i q i) 



 

Ş a h  A b b a s-- 

 

Əsgərlərim, çox razıyam, (vəzirə)  



Məndən cəmi qoşun əhlinə razılıq et.  

Hər bir nəfər bilsin bunu:  

Padşahı onlara eylər mərhəmət;  

Ta heç kəs heç bir kəsi  

İncitməsin, ta zülm olmasın.  

Zalimlərə zülm eylərəm,  

Qoy cümlə bilsin bu əmrimi. 

 

H a m ı-- 



 

Yaşasın padşah! (səkkiz dəfə) 

 

M u s i q i. Qoşun çadır qurmağa məşğul  olur.  



 

Ş a h  A b b a s (Xurşidə baxır. Rast üstə.)-- 

 

O qız kimdir?  



 

V ə z i r--Odunçudur!  

 

Ş a h--Ağıllıdır, yəqin o qız, özü də çox gözəl qızdır.  



Nə dersən, bax: hərəmxanə eylər bunu qəbul, ya yox? 

 

V ə z i r--Əgər iradəyi-şahanə iqtiza etsə,  



Kimin sözü ola bilər. 

 

Ş a h (təsnif üstə)-- 



 

Yəqin o şəxs atasıdır,  

Çağır onu gəlsin! 

 

M u s i q i. V ə z i r odunçuya tərəf gedir.  



 

 


__________________Milli Kitabxana___________________ 

50 


 

V ə z i r (rast)-- 

 

Ey şəxs, səni padşah  



Çağırır, irəli gəl! 

 

M u s i q i--odunçu gəlir; odunçunun oğlanları qorxularından bərk titrəyirlər. 



 

B i r i n c i  o ğ l a n (ağlamsınaraq)--Dedim sizə durun qaçaq! 

 

(M u s i q i) 



 

Ş a h (odunçuya)--Sən kimsən və nəçisən? 

O d u n ç u--Padşah sağ olsun, sənin nökərin odunçudur! 

Ş a h--O qız sənin nəyindir? 

O d u n ç u--Kənizin mənim evladımdır. 

 

Ş a h (təsnif)-- 



 

Sənin qızın, razısanmı, mənə hərəm olsun? 

 

(M u s i q i) 



 

Tez söylə!  

 

O d u n ç u (rast)-- 



 

Padşah, əgər öldürtməliyəmsə öldürt! 

 

Ş a h--Eşit, gör nə deyirəm? Sənin qızını: almaq istəyirəm, nə deyirsən, razısanmı? 



 

O d u n ç u--Buyur boynumu vursunlar, günahım varsa sən yaxşı bilirsən. 

 

Ş a h--Nə axmaq kişidir. 



 

V ə z i r--A kişi, padşahın iradəsi budur ki, sənin qızını alsın, razısanmı? Söylə! 

 

O d u n ç u--Əşhədən-la-ilahi-illəllah və əşhəd....  



 

__________________Milli Kitabxana___________________ 

51 


 

Ş a h--Burax bu divanəni, oğlanlarını buraya çağır?  

 

M u s i q i. V ə z i r gedir. 



 

V ə z i r--Gəliniz padşahın hüzuruna!    

 

O  ğ l a n l a r  i k i s i  d ə (ağlaşıb qışqırırlar)--Axı bizim günahımız nədir; bizi 



öldürürsünüz?! Padşah, bizi başına çevir, öldürmə! Padşah, qurban olaq, bizi öldürmə! 

 

Ş a h (qeyz ilə)-- 



 

Qoy dursun! Çağır gəlsin qızı! 

 

Q ı z ı çağırır. M u s i q i.  



 

Ş a h (qıza)-- 

 

İradəm var səni almaq,  



Hərəmlər içrə yer tutmaq,  

Sənə layiq görülsə gər,  

Ona razı olarsanmı? 

 

X u r ş i d (kamali-çürət ilə)--Yox!... 



Ş a h (böyük qeyz ilə)--Cəllad!... 

 

C ə l l a d  gəlib qılıncı siyirib hazır durur. O d u n ç u və o ğ l a n l a r ı  bir-birindən 



tutub, bərk titrəyirlər. H a m ı sakitdir. X u r ş i d kamali-çürət ilə p a d ş a h a baxır, 

musiqi çalır. 

 

V ə z i r (padşaha xitabən, bayatı-şiraz)-- 



 

Sən şüçaətdə və qüvvətdə ki, məşhuri-cahansan,  

Həm ədalətdə də, söz yox buna, mərufi-zamansan!  

Nə ki, vardır həmə larzandı qabağında sənin,  

Cürət etməz ola bir kimsə müxalif əmrin.  

Lakin, ey şah, azalmaz zərrə qədər şanın gər  

Dinləsən sən bu qocalmış vəzirin nitqin əgər! 

 


__________________Milli Kitabxana___________________ 

52 


 

Ş a h--Söylə görək!  

 

V ə z i r-- 



 

Bu qızın cürət ilə yox deməyi heyrətimə oldu səbəb;  

Bir soraq ki, səbəbi-yox deməyə nəydi əcəb! 

 

Ş a h --Bil görək!  



 

V ə z i r-- 

 

Söylə, doxtər, necə cürət edibən yox dedin!  



Padşahın bu sualını belə rədd etdin!  

Şübhəsizdir ki, səbəb var sənin cürətinə;  

Söylə sən ol səbəbi qıyma, qızım, gəl özünə! 

 

(M u s i q i)  



 

X u r ş i d (təsnif)-- 

 

Cürətimin sirrini mən söyləyim, bil, ey vəzir! (2 dəfə)  



Ta ki, olsun, ta ki, olsun qoy əyan dil, ey vəzir! (2 dəfə)  

Heç bilirmi bir peşə padişahın, ey vəzir! (2 dəfə)  

Gər peşəsi olmasa, bil, getmərəm mən heç kəsə. (2 dəfə) 

 

(M u s i q i) 



 

Bil ki, insanın əgər ki, heç bir peşəsi olmasa, (2 dəfə)  

Dar dünyada yaşamaq olur müşkül, ey vəzir! (2 dəfə)  

Heç bilirmi bir peşə padşahın, ey vəzir! (2 dəfə)  

Gər peşəsi olmasa, bil, getmərəm mən heç kəsə. ( 2 dəfə) 

 

H a m ı (qızdan başqa)-- 



 

Padşaha heç yararmı olsun onun peşəsi,  

Bunca dövlət tam onundur, həm doludur xəznəsi! 

 


__________________Milli Kitabxana___________________ 

53 


 

X u r ş i d-- 

 

Xah gədadır, xan, bəydir, padşahdır hamısı,  



Olmalıdırlar hərəsi bir peşənin sahibi! 

 

M u s i q i.  P a d ş a h  fikrə gedir. 



 

Ş a h (rast üstə)--Bu söz mənə xoş gəldi. Nə dersən, vəzir, yararmı ki, mən də bir peşə 

sahibi olam? 

V ə z i r--Padşah cağ olsun! Əgər sən bir sənət və peşə bilsən, sənin şanın daha da uca 

olar! 

Ş a h--Ey ağıllı qız, gəl yanıma (gəlir, əlini onun çiyninə qoyur. Odunçu və oğlanlari 



sevindiklərindən ağlayırlar); vəzir, mənimçin hansı peşəni məsləhət görürsən? 

V ə z i r--Padşah sağ olsun! Keçəçilik sənəti çox yarar sənətdir. 

Ş a h--Əmr olunsun bir keçəçi ustadı gəlib, məni bu  sənətə öyrətsin; (qıza) indi sən 

mənə gələrsənmi?  

X u r ş i d--Bəli! 

V ə z i r--Padşahım, təzə sanətin mübarək olsun!  

H a m ı--Mübarək olsun, mübarək olsun! 

 

(M u s i q i)   



 

Ş a h (təsnif)-- 

    

Yəqin mənim bu peşəmdən camaata nəf var!  



 

H a m ı--Yəqin elədir!  

 

Ş a h-- 


 

Yəqin mənim bu peşəmdən camaata nəf var!  

 

H a m ı--Yəqin elədir!  



 

__________________Milli Kitabxana___________________ 

54 


 

Ş a h--Keçəçilik edərəm mən, keçəçi şah ollam (2 dəfə)  

 

H a m ı--Artar sənin qədrin, 



Baqi qalar əsərin!  

 

Ş a h-- 



 

Keçəçilik edərəm mən, keçəçi şah ollam (2 dəfə)  

 

H a m ı-- 



 

Yaşa, yaşa, yaşa, şahım, ədalətin vardır. (2 dəfə)  

Odunçu qız sözü ilə sən olmusan keçəçi. (2 dəfə)  

 

X u r ş i d-- 



 

Ey ... allah eylər, allah eylər,  

Biləsən sən, biləsən sən  

Səmərin bu peşənin.  

 

H a m ı-- 



 

Çox yaşa bizim şahımız!  

Qalmasın yerdə ahımız! 

 

Ş a h-- 



 

Keçəçilik edərəm mən, keçəçi şah ollam (2 dəfə)  

 

H a m ı--Keçəçilik  peşəsindən  camaata nəf  var!  



Ş a h  v ə  q ı z--Var! (Zəngülə)  

H a m ı--Var! 

 

PƏRDƏ 


 

 

 



__________________Milli Kitabxana___________________ 

55 


 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin