Menecmentin
tələbləri
Texniki tələblər
ISO 9001
ISO 17025
8
•
Standart laboratoriyanın texniki fəaliyyətini, menecmentini və təşkili aspektlərini əhatə
edir ki, texniki fəaliyyət kompetentli olaraq həyata keçirilsin.
•
Fəsil 2: Normativ ədəbiyyat
•
Fəsil 3: Terminlər və izahatlar
•
Fəsil 4: Menecmentin tələbləri
Menecmentin tələblərinin böyük hissəsi ISO standartı 9001-2000-də verilən tələblərə
oxşardır.
•
Fəsil 5: Texniki tələblər
Tələblərin böyük hissəsi ISO dərsliyi 25-dən gəlir
•
Əlavə a: ISO 9001:2000-nə çarpaz göstərişlər
•
Əlavə b: konkret sahələrdə applikasiyaları tətbiq etmək üçün rəhbər göstərişlər
•
Biblioqrafiya
Menecment və texniki tələblərlə əlaqədar olaraq 4-cü və 5-ci fəsillər ən əhəmiyyətlidir.
Həmin fəsillər həmçinin keyfiyyət üzrə dərsliyin strukturunu və məzmununu yaradır (bax
aşağıda). Həmçinin standartın ayrılmaz hissəsini, tələbləri anlamaq üçün sonrakı
izahatlarla və tövsiyyələrlə birlikdə verilən qeydlər təşkil edir.
2.3 Laboratoriyanın keyfiyyəti idarəetmə sisteminin tətbiq edilmə planı
Kİ S-ə və /və ya akkreditasiyaya doğ ru addımlar
İnkişaf etmiş ölkələrdə (OECD, EU) testləşmə laboratoriyaları tərəfindən KİS-in
işlənilməsi və akkreditasiyanın həyata keçirilməsi zamanı əldə edilmiş təcrübəyə əsasən,
bir neçə addımlıq iki mərhələ vardır, əgər laboratoriyanın müdiriyyəti bu cür qərarı qəbul
edərsə, laboratoriya onları KİS-ə döğru və/və ya akkreditasiyaya doğru atmalıdır
(həmçinin sxemə bax, əlavə 1).
Lakin KİS-in işlənilməsi prosesinin başlanmasınadək mütləq bir neçə suallara cavab
vermək lazımdır. Həmin suallar laboratoriyanın “texniki hissəsi” ilə əlaqədardır, məs.
“Nəyə nail olmaq istəyirik, buna necə nail ola bilərik?” Həmçinin laboratoriyada “hərəkət
keyfiyyəti məsələləri” barədə məlumatın olması vacibdir, bu isə personalın münasibətini
və hazırlılığını, motivasiyasını və məqsədliliyini nəzərdə tutur. Bilmək lazımdır ki, KİS-in
işlənilməsi prosesində hansı çətinliklər vardır. Bu fakta görə və KİS-in Avropa İttifaqının
Kür çayı layihəsinin laboratoriyalarında olan vəziyyəti bildiyimizə görə, laboratoriyanın
müdiriyyəti tərəfindən KİS-in tətbiq edilməsi və/və ya akkreditasiyanın alınması üzrə
“dərsliyin” hazırlanması tövsiyyə edilir. Dərslikdə, ən başlıcası, KİS-in uğurla
işlənilməsinə və tətbiq edilməsinə təsir göstərə bilən faktorlar (ilk şərtlər) müəyyən
edilməlidir. Həmin faktorlar tədqiqat mərhələsi adlandırıla bilər. Bu mərhələdə, aşağıda
verilən misalda təqdim edildiyi kimi, bir sıra suallara cavab verilməlidir və qısamüddətli
işlər həyata keçirilməlidir.
Tədqiqat mərhələsi
Mövcud olan və ziyyə tin aydınlaş dırılması, biz haradayıq?
Laboratoriya tə rə fində n aparılan fə aliyyə tin aydın planının mövcud olması, nə yə nail
olmaq istə yirik?
9
Bu planın aydın və əməliyyat məqsədlər birliyinə çevrilməsi, buna nail olmaq üçün nəyi
etmə liyik?
Mə sə lə yə qarş ı ə hə miyyə tli yanaş ma, bunu necə etmə liyik? Bu menecmentə nə zarə tin və
resursların ayrılmasına yönə ldilmiş tə lə bdir.
Treyninqə xə rclə nə n vaxt və sə ylə r, bunu etmə k üçün nə yi bilmə liyik?
Bu mərhələdə, bələdçinin bir hissəsi şəklində, aşağıdakı işlər həyata keçirilə bilər (hər iş
üçün həmçinin müddət və məsuliyyətlər müəyyən edilməlidir):
•
Laboratoriya müdiriyyəti KİS-in işlənilməsi haqqında qərar verməlidir (layihənin
sahibi müəyyən edilməlidir).
•
Standartın (məs. ISO/IEC 17025, ə gə r akkreditasiya qə rara alınmış dırsa), yardımçı
ədəbiyyatın və digər müvafiq məlumatın ətraflı öyrənilməsi, layihə sahibinin (və ya
daxili qrupun) növbəti addımı olaraq, həyata keçirilməlidir.
•
KİS-in (və ya akkreditasiyanın) əvvəlki sahəsi və tələblərin siyahısı prosesin sahibi
tərəfindən laboratoriyanın digər mütəxəssisləri ilə birlikdə hazırlanmalıdır.
•
Standartın tələbləri və laboratoriyanın hazırkı fəaliyyəti arasında fərqlilikləri görmək
üçün defisitin təhlili aparılmalıdır.
•
Defisitin analizi əsasında KİS-in (və ya akkreditasiyanın) xərclərinin hesablanması
aparılmalıdır (burada xarici təcrübə lazım ola bilər).
•
Müdiriyyətə KİS-lə (akkreditasiya ilə) bağlı gözlənilən xərclər təqdim edilməlidir.
•
Müdiriyyət qərar qəbul etməlidir – KİS işlənilməli və/və ya akkreditasiya prosesindən
keçməlidir.
KİS prosesinin işlənilməsi və/və ya akkreditasiyanın ikinci mərhələsi (tətbiq edilmə
mərhələsi) prosesdə lazım olan faktorların və şərtlərin müəyyən edilməsində
fokuslaşdırılmalıdır.
Tə tbiq edilmə mə rhə lə si
Müdiriyyə tin fə al və aş kar cə hdlə ri lazımdır. Ümumi olaraq mə lumdur ki, keyfiyyə t çə tin
bir mə sə lə dir, bunu personal ə ksə r hallarda gündə lik mə suliyyə tə ə lavə kimi də rk edir.
Buna görə də bu cür yanaş manın də yiş dirilmə si üçün ilk şə rt müdiriyyə tin diqqə tidir.
Layihə ilə bağ lı baş lanğ ıcdan bitirilmə sinə qə də r personal ilə fasilə siz və aş kar
kommunikasiya mütlə qdir. Bu ikinci faktor birinciyə yönə ldilə n sahə yə yönə ldilir. Ə gə r
kimsə personalın yanaş masını də yiş mə k istə yirsə , kommunikasiya ə hə miyyə tli tə lə bdir.
Personalın layihə nin hə yata keçirilmə sinə qoş ulması, bilavasitə nə ticə lə rə ə ks-ə laqə və
bu ə ks-ə laqə nin ə sasının modifikasiyası vasitə silə fə al iş tirakı tə min edilmə lidir. Yenə də
faktor personalın münasibə tinə fokuslaş dırılmış dır. Personalın qoş ulması və onların
iş tirakının ciddi olaraq qə bul edilmə si Kİ S layihə sinin nə ticə lə rinə qarş ı personalın
sə daqə tliliyinə ə hə miyyə tli töhfə verə cə kdir.
Kİ S-in laboratoriyanın konkret tə lə blə rinə adaptasiyası edilmə lidir.
Bu mərhələdə aşağıdakı qısamüddətli və ortamüddətli tədbirlər həyata keçirilməlidir
(müddəti və məsuliyyətləri daxil olmaqla):
•
Layihənin sahibi təyin ediləcək, hansı ki, KİS-in və akkreditasiyanın həyata
keçirilməsi üzrə addımlara rəhbərlik edəcəkdir.
10
•
Laboratoriya akkreditasiya haqqında qərarı qəbul etdikdən sonra akkreditasiya
orqanını seçəcəkdir.
•
Lazımi sənədlər işləniləcəkdir.
•
Laboratoriyanın personalı üçün treyninq keçiriləcəkdir.
•
Daxili audit və sonrakı korrektivlər keçiriləcəkdir.
•
Akkreditasiya orqanına əvvəlki qiymətləndirmə üçün dəvət göndəriləcəkdir və
uyğunsuzluqların aşkar edilməsi təqdirində lazımi korrektivlər daxil ediləcəkdir.
•
Son olaraq audit üçün akkreditasiya orqanı dəvət ediləcəkdir.
Lakin laboratoriyada Kİ S-in bütün iş lə nilmə si prosesi və /və ya akkreditasiya
keyfiyyə t siyasə ti üzrə sə nə dlə baş lamalıdır. Hə min sə nə ddə laboratoriyanın
müdiriyyə ti:
•
Keyfiyyət siyasəti üzrə sənəddə keyfiyyətin idarəetmə sistemini müəyyən etməlidir.
•
Keyfiyyət siyasəti üzrə sənəd laboratoriyanın yaxşı peşəkar təcrübəsinə, testləşmənin
keyfiyyətinə, keyfiyyətin idarəetmə sisteminin fasiləsiz yaxşılaşdırımasına yönəldilən
cəhdlərini təşkil etməlidir.
•
Keyfiyyət siyasəti üzrə sənəd keyfiyyətin idarəetmə sisteminin məqsədlərini əhatə
etməlidir.
•
Keyfiyyət siyasəti üzrə sənəd laboratoriya tərəfindən göstəriləcək xidmətinin sahəsini
əhatə etməlidir.
•
Keyfiyyət siyasəti üzrə sənəd onun tələbini əhatə etməlidir ki, personal keyfiyyətin
idarəetmə sistemi ilə tanış olsun və hər zaman onu istifadə etsin.
O fakta görə ki, testləş mə laboratoriyası tə rə fində n Kİ S-in iş lə nilmə si və /və ya
akkreditasiyadan keçmə si çə tin prosesdir, laboratoriya növbə ti addımları tə tbiq
edilmə mə rhə lə sində atmağ ı qə rara ala bilə r, ə gə r necə müvafiq personal, elə cə də
texniki imkanlar və maliyyə resursları ə lçatandırsa. Bu kontekstdə mütlə q qeyd
edilmə lidir ki, akkreditasiyaya doğru gedən yolda nə qədər çox addım atılsa, o qədər də
keyfiyyət daha yaxşıdır və laboratoriya tərəfindən təqdim edilmiş göstəricilərdən daha çox
məlumat almaq mümkündür.
2.3.2 Özünüz edin və ya konsultanta müraciə t edin
Laboratoriyanın müdiriyyəti onu qərara ala bilər ki, KİS-in işlənilməsinə və
akkreditasiyaya doğru addımları kim həyata keçirəcəkdir. Bu daxili qrup ola bilər və ya
müdiriyyət xarici konsultantları cəlb edə bilər (laboratoriya personalının imkanlarının və
təcrübəsinin ətraflı təhlili haqqında qərar qəbul edilməlidir. Lakin laboratoriya
personalının KİS-in işlənilməsi və akkreditasiyanın hazırlanmasının başlanğıcından
bitirilməsinədək qoşulması tövsiyyə edilir. Əgər qərar qəbul edilərsə ki, bunu
laboratoriyanın personalı etməlidir, o zaman aşağıdakıları etmək lazımdır:
•
Göstəriş, çünkü hər şeyi etmə proseində öyrənirik;
•
Daxili işlənməni aparan qrupun treyninqi üçün resursları ayırmaq.
Əgər xarici konsultantın dəvət edilməsi qərara alınarsa, onların laboratoriyanın konkret
şəraitlərinə uyğunlaşması üçün laboratoriya personalından daxili qrupun yaradılması,
həmçinin konsultantlar üçün müəyyən edilən tədbirlərdə fəal iştirak etmək mütləqdir.
11
2.3.3
Akkreditasiya orqanı
Testləşmə laboratoriya tərəfindən KİS-in ISO/IEC 17025 standartına uyğun olaraq
işlənilməsindən sonra laboratoriyanın müdiriyyəti akkreditasiya üçün ərizənin verilməsini
istəyə bilər. Akkreditasiya prosedur kimi müəyyən edilir. Həmin prosedurla səlahiyyətli
orqan (akkreditasiya orqanı) rəsmi olaraq tanıyacaqdır ki, konkret vəzifələri icra etmək
üçün laboratoriyanın səlahiyyəti vardır. Laboratoriyanın akkreditasiyası laboratoriyanın
texniki imkanlarının tanınmasını təşkil edir və adətən suya və digər müvafiq matrisalara
(çöküntülər, bərk hissəciklər, verilən rayonun florası və faunası) qarşı konkretdir. Onlara
münasibətdə laboratoriyanın peşəkarlıq iddiası vardır. Akkreditasiya laboratoriyaya imkan
verir ki, o, işləri düzgün şəkildə və müvafiq standart texniki metodlarına əsasən apardığını
və ya aparmadığı müəyyən edə bilsin.
Faktiki olaraq bu ona zəmanət verir ki, həmin analizin nəticəsi düzgündür, lakin bu belə
bir hadisə zamanı uyğunsuzluğu aşkar etmək üçün çərçivə yanaşmanı və elə bir
standartları müəyyən edir, hansılar ki, yerinə yetirilməlidir. Yaxşı laboratoriyaların
qorunan nəticələri olacaqdır, lakin akkreditasiya o deməkdir ki, nəticələr qəbul edilmiş
standartlara əsasən qorunmuşdur, bu isə laboratoriya personalının və ya halların dəyişməsi
təqdirində dəyişmir. Akkreditasiya orqanı fəaliyyəti ISO/IEC 17011-ə uyğun olaraq həyata
keçirir. Akkreditasiya orqanı tərəfindən akkreditasiya olunma həmçinin o deməkdir ki,
testləşmə laboratoriyaları beynəlxalq səviyyədə qəbul edilmiş standartlara uyğun olaraq
qiymətləndirilmişlər ki, onların kompetensiyası, obyektivliyi və işlərin aparılması imkanı
müəyyən edilsin.
Həmçinin akkreditasiya orqanı tərəfindən akkreditasiya olunma o deməkdir ki, testləşmə
laboratoriyası öz müştərilərinə göstərə bilər ki, o, beynəlxalq akkreditasiya standartlarının
tələblərini uğurla təmin etmişdir. Bu o deməkdir ki, müştərilər tərəfindən qeyri-
kompetentli testləşmə laboratoriyalarının seçilməsi və qeyri-düzgün nəticələr üçün pulun
ödənilməsi və ya daha ciddisi – bu nəticələrdən istifadə etmək riski azalır.
Hansı akkreditasiya orqanın dəvət edilməsi barədə qərarı laboratoriyanın müdiriyyəti
verir. Ən başlıcası, o, ISO/IEC 17011-ə uyğun olaraq fəaliyyət göstərən akkreditasiya
orqanını seçməlidir. Ümumiyyətlə akkreditasiya auditi üçün milli akkreditasiya xidməti
dəvət edilir. Lakin əgər bu cür xidmət ölkədə hələlik yaradılmamışdırsa, akkreditasiya
auditi üçün beynəlxalq səviyyədə tanınmış akkreditasiya orqanı dəvət edilə bilər. Bu halda
auditorlarla ünsiyyət qurmaq üçün laboratoriya personalının dil qabiliyyəti əhəmiyyətli
şərtdir və dəvət üçün həlledici əhəmiyyət akkreditasiya qiymətləndirilməsi üçün lazımi
maliyyə resurslarının əlçatanlığına verilir.
2.4
Kİ S-in tə tbiq edilmə si və akkreditasiyanın üstünlüklə ri və faydası
Artıq qeyd etdiyimiz kimi, Cənubi Qafqazda çox az laboratoriya KİS tətbiq etmiş və/və ya
beynəlxalq səviyyədə tanınmış orqan tərəfindən ISO 17025 standarta əsasən akkreditasiya
almışdır. Həqiqətdə KİS-in tətbiq edilməsi və ISO/IEC 17025 standartına əsasən
akkreditasiyanın alınması laboratoriyanın biznes-imkanlarını genişləndirir və digər
tərəfdən akkreditə edilmiş laboratoriyanın reputasiyasını artırır və regionda etimadın
yaradılma prosesini dəstəkləyə bilər. Daha artıq, əgər suyun keyfiyyətinin testləşmə
laboratoriyaları ISO/IEC 17025 standartının tələbləri ilə uyğun olacaqdırsa, onlar
testləşmə işləri üçün keyfiyyətin idarəetmə sistemlərindən istifadə edəcəkdir. bu da
həmçinin ISO 9001-in prinsiplərinə uyğundur və YLT-nin nümunəsi kimi digər KİS üçün
əsas yaradacaqdırlar (ISO 17025-in a əlavəsində bu beynəlxalq standart və ISO 9001
arasında olan nominal çarpaz göstəriş verilmişdir).
12
Digər tərəfdən, laboratoriyanın müdiriyyəti bilməlidir ki, ISO 17025 standartından istifadə
edən analitik testləşmə laboratoriyası bir neçə sahədə təsir altındadır. Formal akkreditasiya
və “laboratoriyada sadəcə yaxşı təcrübə arasında” əsas fərq işlənilmiş sənədlərin
miqdarındadır. Şübhəsiz ki, Avropa İttifaqının Kür çayı layihəsinə qoşulmuş suyun
keyfiyyət laboratoriyalarının testləşməni həyata keçirmək, testləşmə üçün istifadə edilmiş
avadanlığın işləməsini yoxlamaq və standart analitik metodlarından istifadə etmək üçün
yüksəkixtisaslı personalı vardır. Lakin əksər hallarda testləşmə nəticələri tam şəkildə
rəsmiləşdirilmir.
ISO 17025 standarta istinad edərək yaradılmış KİS və sonrakı akkreditasiya demək olar ki,
hər şeyə görə rəsmi sənədləri tələb edir. Bu tənzimlənilən mühitdə fəaliyyət göstərmək
kimidir, burada “sənədləşdirilməmiş bir şey şayədir” prinsipi qüvvədədir və akkreditasiya
orqanından gələn qiymətləndirənlər hesab edirlər ki, “edilməmişdir”. Analitik
laboratoriyaya akkreditasiyanın ümumi təsiri səthi su keyfiyyəti laboratoriyasının
nümunələrinin / məlumatların menecmentinin tam prosesi ilə daha yaxşı illustrasiya edilə
bilər:
•
Nümunələrin götürülməsi planı hazırlanmalıdır. Burada səthi su obyektlərindən
nümunələrin götürülməsi prosesinin bütün detalları sənədli olaraq veriləcəkdir (o
cümlədən, fərdi olaraq müəyyən edilmiş nümunə, nümunənin fiksasiyası /
konservasiyası, nəqli və saxlanılması zamanı nümunənin bütövlüyü qorunmalıdır).
•
Testləşmə nəticələrinin keyfiyyətinin monitorinqi, nəzarəti və təmin edilməsi lazımdır.
•
Testləşmə hesabatının ayrılmaz hissəsi şəklində, testləşmə nəticələri ilə birlikdə tam
ölçülərin
qeyri-məhdudluğunun
qiymətləndirilməsi
verilməlidir.
Bu
hesabat
nümunənin və testləşmə şərti haqqında ətraflı məlumatı (və ya soraq sənədinə linki)
əhatə etməlidir.
•
Bütün qeydlər müvafiq şəkildə aparılmalı və arxivləşdirilməlidir ki, məlumatların
qorunması və əlçatanlığı təmin edilsin.
Daha sonra, onu da bilmək vacibdir ki, akkreditasiyadan sonra laboratoriyanın gündəlik
fəaliyyətinə təsir göstərəcək tələblər də vardır:
Təşkil və menecment
•
Təşkili struktur o cür olmalıdır ki, maraqların münaqişəsi yaranmasın, bu isə
keyfiyyətə təsir göstərəcəkdir.
•
Laboratoriya personalının tapşırılmış vəzifəni yerinə yetirmək üçün müvafiq
kvalifikasiyası olmalıdır (məs. təhsilə, təcrübə və treyninqə qarşı tələblər
göstərilməlidir).
•
Laboratoriya binasında olan şəraitin – temperaturun, rütubət və elektromaqnit
müdaxilənin monitorinqi və nəzarəti lazımdır.
•
Laboratoriyanın müdiriyyəti siyasət və keyfiyyət planı kimi spesifik sənədləri işləməli
və aparmalıdır.
•
İstifadəçilərin bütün şikayətlərinin müzakirəsi və onlara reaksiya verilməsi rəsmi
şəkildə aparılmalıdır.
•
Təchizatçıların, xidmət göstərənlərin və subkontraktorların rəsmi idarəetmə proqramı
mövcud olmalıdır.
•
ISO/IEC 17025 standartına və laboratoriyanın daxili prosedurlarına uyğunluğu
qiymətləndirmək üçün daxili audit həyata keçirilməlidir.
Validasiya və kalibrlə mə
13
•
Bütün analitik metodların və prosedurların, o cümlədən nümunələrin seçilməsinin,
testləşməsi və məlumatların qiymətləndirilməsinin validasiyası keçirilməlidir.
•
Seçim və testləşmə üçün istifadə edilmiş bütün avadanlıqların kalibrləməsi
keçirilməlidir. Sonra avadanlığın testləşməsi keçirilməli və müvafiq olaraq ona
baxılmalı və xidmət edilməlidir. Soraq materialları ixtisaslı olmalı və onların
beynəlxalq vahidlər sisteminin (Sl) və ya sertifikatlaşdırılmış soraq materiallarına görə
yoxlanılması mümkün olmalıdır.
•
Əgər uyğunsuzluq aşkar edilərsə, o, sənədləşdirilməli və həll edilməlidir.
•
Məlum olan problemlər təkcə aradan qaldırılmalı deyil, eləcə də profilaktik tədbirlərin
planı işlənilməlidir ki, eyni və ya oxşar problemlər yenidən yaranmasın.
•
Bütün gündəlik vəzifələr yazılı prosedurlara əsasən yerinə yetirilməlidir.
Laboratoriyanın müdiriyyəti həmçinin yaddan çıxarmamalıdır ki, keyfiyyətin idarəetmə
sisteminin aparılması və/və ya akkreditasiyaya görə mövcud olan standart tələbləri üçün
büdcənin, planın, layihənin əsaslı olaraq tərtib edilməsi lazımdır və bu laboratoriyanın
istismar xərclərini artıracaqdır (bəzi ədəbiyyat mənbələri laboratoriyanın istismar
xərclərinin 20-25% artmasını güman edir).
Dostları ilə paylaş: |