Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
31
6) tamamlanbağan ötken məҳəl (-a,-e,-y, tuğın/ edi)
7) təkirarlanıўşı ötken məҳəl (-ar/ edi)
8) niyetli ötken məҳəl (-jak/ edi)
9) daўamlı ötken məҳəl (-bak, -mak, -pak/ edi)
İndiki zamanın 3 –
anıқ ҳəzirqi məҳəl (-ıp, -ip, -p, -
a,-e,-y+atır, jatır, jür, otır, tur), daўamlı ҳəzirqi məҳəl (-ıў, -
iў, -ў, maқ
2
, baқ
2
, paқ
2
), ҳəzirqi-keler məҳəl (-a, -e, -y);
eləcə də, gələcək zamanın 3 – anıқ keler məҳəl (-a, -e, -y),
boljaўlı keler məҳəl (-ar, -er, -r), niyetli keler məҳəl (-a, -e, -
i+caқ)
formalarının olduğu göstərilir
1
.
A.X.Nuriyeva tatar ədəbi dilində felin xəbər şəkli-
nin 10 zaman formasının olduğunu göstərir:
1.
indiki zaman(-a,-ə,-y),
2.
qəti gələcək zaman(-açak,-əçək),
3.
qeyri-müəyyən gələcək(-ır, -er),
4.
qəti keçmiş zaman(-dı,-de,-tı,-te),
5.
qeyri-müəyyən keçmiş zaman(-qan, -kən),
6.
bitməmiş keçmiş zaman(-a
2
ide),
7.
uzaqkeçmiş zaman(-qan
2
ide),
8.
nəticəli uzaqkeçmiş zaman(-qan
2
bulqan),
9.
çoxdəfəli uzaqkeçmiş zaman(torqan ide,bulqan ide),
10.
gələcək-keçmiş zaman(-açak ide)
2
.
Göründüyü kimi, müəllif bir sıra tədqiqatçılar kimi
keçmiş zaman formasının sayını lazımsız dərəcədə artı-
raraq yeddiyə çatdırmışdır.Təbii ki, biz bu fikirlə razıla-
şa bilmir və yuxardakı bölgüdə göstərilən sonuncu beş
1
Хəзирги қарақалпақ тили. Нөкис,«Қарақалпақстан» баспасы, 1974, с.180-
196.
2
Нуриева А.Х.Система спряжения глагола по категории времени в
татарском языке. АКД. Казань, 1961, с. 6.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
32
formanı keçmiş zaman forması deyil, mürəkkəb forma
hesab edirik.
N.N.Canaşia türk dilində hər birinin iki akt forma-
sı olmaqla, xəbər şəklinin doqquz zaman formasından
ibarət olduğunu yazır:
1.
indiki-müəyyən;
2.
indiki-gələcək;
3.
gələcək-qəti;
4.
keçmiş-qəti;
5.
nəqli keçmiş;
6.
müəyyən imperfekt;
7.
qeyri-müəyyən imperfekt;
8.
gələcək-keçmiş;
9.
uzaq keçmiş
1
.
Müəllif “idi”,“imiş” hissəciklərini də xəbər şəklinə
daxil edir ki, bu fikirlə razılaşmaq bir qədər çətindir.
Türk dillərində felin zamanlarının alandırılmasında
da rəngarənglik hökm sürür. Belə ki, ayrı-ayrı türk dil-
lərində onlar müxtəlif terminlərlə təqdim olunur.
Keçmiş zaman. Türk dillərinin tədqiqatçıları ifadə
etdiyi mənalara əsaslanaraq felin -dı şəkilçili keçmiş za-
man formasına ayrı-ayrı türk dillərində müxtəlif adlar
vermiş, onu müxtəlif terminlər altında öyrənmişlər.
Belə ki, A.N.Kononov türk dilində, V.İ.Rassadin tofalar
dilində, O.Allanazarov türkmən dilində, D.Q.Tumaşeva
barabin tatarlarının dilində, İ.X.Uruspiyev qaraçay-bal-
kar dilində, K.M.Musayev karaim dilində F.Q.İsxakov
1
Джанашиа Н.Н. Система времен и наклонения в турецком языке.//
Вопросы тюркских языков. Баку, 1972, с. 75.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
33
tuva dilində, -dı şəkilçili keçmiş zamanı qəti keçmiş
1
zaman adlandırırlar. N.K.Dmitriyev qumuq dilində, B.
Çarıyarov cənub-qərb qrupu türk dillərində bu zaman
formasını müəyyən keçmiş zaman
2
termini ilə ifadə
edirlər.
E.RTenişev maraqlı mövqeyə malikdir. Belə ki, o,
-dı şəkilçili keçmiş zaman formasını sarı-uyğur dilində
keçmiş zaman I
3
, salar dilində isə gah keçmiş zaman I
4
,
gah da məlum keçmiş zaman
5
terminləri adı altında təq-
dim etmişdir.
L.A.Pokrovskaya qaqauz dilində məlum keçmiş za-
man
6
, V.M.Nasilov qədim uyğur dilində obyektiv keç-
1
Кононов А.Н.Грамматика современного турецкого литературного
языка.М.-Л., Изд.АН СССР,1956,с.230; Рассадин В.И.Морфология
тофаларского языка в сравнительном освещении.Москва, «Наука»,
1978,с.209; Алланазаров О.Прошедшее время в современном турк-
менском литературном языке. Ашхабад, “Ылым”, 1975,с.51;Тума-
шева Д.Г.Язык сибирских татар.Ч.II. Изд. Казан. Универси-
тета,1968,с.60;Исхаков Ф.Г.,Пальмбах А.А.Грамматика тувинского
языка.Фонетика и морфология.Москва, ИВЛ,1961, с.365; Уруспиев
И.Х. Категория времени глагола в современном карачаево-балкар-
ском языке.//Вопросы категорий времени и наклонения глагола в
тюркских языках. Баку,«Элм»,1968,с.43; Мусаев К.МКраткий грам-
матический очерк караимского языка. Москва, «Наука», 1977, с. 52.
2
Дмитриев Н.К.Грамматика кумыкского языка. Строй тюркских язы-
ков. Москва,ИВЛ,1962,с.306; Чарыяров Б.Времена глагола в тюрк-
ских языках юго-западной группы.АДД.Ашхабад, 1970,с.48.
3
Тенишев Э.Р.Строй сарыг-югурского языка.Москва,1976, с. 92.
4
Тенишев Э.Р.Строй саларского языка.Москва,Наука,1976,с.148.
5
Тенишев Э.Р. Саларский язык. Москва, 1963, ИВЛ, с. 33.
6
Покровская Л.А. Грамматика гагаузского языка. Фонетика и мор-
фология. Москва, «Наука», 1964, с. 194.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
34
miş zaman
1
terminləri adı altında -dı şəkilçili keçmiş
zaman formasından bəhs etmişlər. S.V.Yastremski ya-
kut dilində -dı şəkilçili keçmiş zamanı bitmiş keçmiş za-
man adı vermişdir
2
. N.P.Dırenkova şor , E.İ.Korkina isə
yakut dillərində bu zaman formasını yaxın keçmiş za-
man
3
adlandırırlar.
Türk dilçiliyində “fiilin karşıladığı oluş ve kılışın
geçmişte kişinin görgüsü ve bilgisi altında olup bittiğini
anlatan
4
-dı şəkilçili keçmiş zaman forması bir qayda
olaraq “görülen geçmiş zaman” adlandırılır.
Doğrudur, bəzi istisna halları da diqqətimizi cəlb
edir. Belə ki, bu zaman formasını T.Banguoğlu keçmiş
zaman
5
, H.Dizdaroğlu isə -dı`lı keçmiş zaman
6
adı ilə
verir. Müasir Azərbaycan dilçiliyində isə -dı şəkilçili
keçmiş zaman forması şühudi keçmiş zaman adı ilə
təqdim olunur.
Oğuz qrupu türk dillərində geniş yayılmış -mış şə-
kilçili keçmiş zaman forması və digər türk dillərində
(qıpçaq, bulqar, karluq, uyğur-oğuz qruplarında) onun
sinonimi sayılan, semantik cəhətdən yaxın funksiyaları
1
Насилов В.М. Древнеуйгурский язык. Москва, ИВЛ, 1963, с. 71.
2
Ястремский С.В.Грамматика якутского языка.Москва,1938, с. 190.
3
Н.П.Грамматика шорского языка.Москва,Изд.АН СССР, 1941,c.180;
Коркина Е.И.Наклонения глагола в якутском языке. Москва, «Нау-
ка», 1970, с.70.
4
Ergin M. Türk dil bilgisi. Sofya, “Narodna prosveta”, 1967, s. 108.
5
Banguoğlu T.Türkcenin Grameri.Ankara, TDK Yayınları, 2007, s. 458.
6
Dizdaroğlu H.Türkçede Fiiller.Ankara,Ankara Üniversitesi
Basımevi,1963,s. 10
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
35
yerinə yetirən -qan şəkilçili keçmiş zaman forması tür-
kologiyada müxtəlif terminlərlə təqdim olunur.
A.N.Kononov türk dilində -mış şəkilçili keçmiş za-
man formasını subyektiv keçmiş, qeyri-məlum keçmiş
zaman
1
adlandırdığı halda,özbək dilində -qan şəkilçili
keçmiş zaman formasını o, perfektli keçmiş zaman
2
ad-
landırır. Müəllif özbək dilində subyektiv keçmiş zaman
adı altında isə -ıb şəkilçili keçmiş zaman formasını təq-
dim edir.
1960-cı ildə Azərbaycan SSR EA-nın nəşr etdirdi-
yi “Azərbaycan dilinin qrammtikası” kitabında felin
nəqli keçmiş zamanının iki forması göstərilir:
1)Nəqli keçmiş zamanın I forması,
2)Nəqli keçmiş zamanın II forması.
Nəqli keçmişin bu formaları ancaq morfoloji əla-
mətləri ilə bir-birindən fərqlənir
3
.
T.Əfəndiyeva namizədlik dissertasiyasında felin
keçmiş zaman formalarını 2 sadə və mürəkkəb formala-
ra ayırmışdır. Felin keçmiş zamanının sadə formalarına
şühudi və nəqli keçmişi, mürəkkəb formalarına I bitmə-
miş keçmiş, II bitməmiş keçmiş, gələcəkli keçmiş, uzaq
keçmiş, davamlı keçmiş, vacibli keçmiş, lazımlı keçmiş,
1
Кононов А.Н. Грамматика современного турецкого литературного
языка. М.-Л., Изд. АН СССР, 1956, с. 231.
2
Кононов А.Н. Грамматика современного узбекского литературного
языка. М.-Л., Изд. АН. СССР, 1960, с. 216.
3
Azərbaycan dilinin qrammatikası.I h.,Morfologiya,Bakı,1960,Azərb. SSR EA
nəşriyyatı, s.184.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
36
arzulu keçmiş, şərtli keçmiş formalarını aid etmişdir
1
. O,
2005-ci ildə bu mövzuya yenidən müraciət etmiş və
“Felin keçmiş zaman formaları” adlı kitabını nəşr etdir-
mişdir. Əsərdə felin zamanlarının sayı olduğu kimi qal-
sa da, mürəkkəb formaların adlarında bəzi dəyişikliklər
edilmişdir. Mürəkkəb formalar uzaq keçmiş, qəti-gələ-
cəkli keçmiş, bitməmiş keçmiş, qeyri-qəti gələcəkli keç-
miş, davamlı keçmiş, felin vacib şəklinin keçmiş zaman
forması, lazım şəklinin keçmiş zaman forması, arzu şək-
linin keçmiş zaman forması, şərt şəklinin keçmiş zaman
forması adlandırılmışdır
2
.
1980-cı ildə nəşr olunmuş “Müasir Azərbaycan di-
li” dərsliyində felin keçmiş zaman formasının bölgüsü
maraq doğurur. Burada felin keçmiş zaman forması sa-
də və mürəkkəb olmaqla iki hissəyə ayrılır. Keçmiş za-
manın sadə formalarına şühudi və nəqli keçmiş, keçmiş
zamanın mürəkkəb formalarına isə uzaq keçmiş, qəti
gələcəkli keçmiş, qeyri-qəti gələcəkli keçmiş, bitməmiş
keçmiş, davamlı keçmiş formaları daxil edilir
3
.
N.K.Dmitriyev qumuq dilində keçmiş zamanın bu
formasını perfekt
4
, D.Q.Tumaşeva barabin tatarlarının
1
Гаджиева Т.А.(Эфендиева). Система форм прошедшего времени глагола в
современном азербайджанском литературном языке. АКД. М., 1958,
с. 8-19.
2
Əfəndiyeva T. Felin keçmiş zaman formaları. Bakı, 2005, s. 29-85.
3
Müasir Azərbaycan dili.II cild.Bakı,“Elm” nəşriyyatı,1980,s.322-336.
4
Дмитриев Н.К. Грамматика кумыкского языка. Строй тюркских
языков. Москва, ИВЛ, 1962, с. 309.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
37
dilində, V.İ.Rassadin tofalar dilində perfektli keçmiş
1
,
N.P. Dırenkova şor dilində keçmiş zaman II
2
adı altında
verir. V.A.Qordlevski türk dilində -mış şəkilçili formanı
subyektiv keçmiş zaman
3
adlandırır. E.R.Tenişev bu for-
manı sarı-uyğur dilində keçmiş zaman II
4
, salar dilində
nəticəli keçmiş
5
, İ.X.Uruspiyev qaraqalpaq dilində, F.Q.
İsxakov tuva dilində keçmiş zamanın bu formasını qey-
ri-müəyyən
6
, L.A.Pokrovskaya isə qaqauz dilində qeyri-
qeyri-məlum keçmiş zaman
7
forması adlandırır.
Göründüyü kimi, türk dillərində bu zaman forması
müxtəlif adlarla təqim olunur. Bunlardan qeyri-müəyyən
keçmiş və perfektli keçmiş daha çox üstünlük təşkil edir.
Azərbaycan dilçiliyində keçmişdə icra olunmuş
işin indiki zamanda, yaxud söz söylənən vaxtda nəticə-
sini bildirən bu forma nəqli keçmiş zaman adlandırılır.
1
Рассадин В.И.Морфология тофаларского языка в сравнительном
освещении.Москва, «Наука»,1978,с.210;Тумашева Д.Г.Язык сибир-
ских татар. Ч.II. Изд. Казанского Университета, 1968, с.62.
2
Дыренкова Н.П.Грамматика шорского языка.Москва,Изд.АН
СССР, 1941, c. 182.
3
Гордлевский В.А.Грамматика турецкого языка.(морфология и син-
таксис) Москва.1928, с. 104.
4
Тенишев Э.Р.Строй сарыг-югурского языка.Москва,1976,«Наука»,
с.93.
5
Тенишев Э.Р. Саларский язык. Москва, 1963, ИВЛ, с. 34.
6
Исхаков Ф.Г.,Пальмбах А.А.Грамматика тувинского языка. Фоне-
тика и морфология.Москва,ИВЛ,1961,с.369;Уруспиев И.Х.Категория
времени глагола в современном карачаево-балкарском языке.
//Вопросы категорий времени и наклонения глагола в тюркских язы-
ках.Баку,«Элм», 1968, с. 44.
7
Покровская Л.А.Грамматика гагаузского языка. Фонетика и
морфология. Москва, «Наука», 1964, с. 196.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
38
Türkiyə dilçiləri də -mış şəkilçisi ilə formalaşan
keçmiş zaman formasına müxtəlif münasibətlər bildir-
miş və bu formanı müxtəlif terminlərlə adlandırmışlar.
M.Ergin yazır:“...geçmişde yapılmış olan ve yapıldığı
anda görmediğimiz, bilmediğimiz bir hareketi anlatmak,
bildirmek için öğrenilen geçmiş zaman ekine baş vuru-
ruz”
1
. Daha sonra müəllif bu zaman formasının “nakli
mazi” adlandırlmasına münasibət bildirərək yazır:“Es-
kiden biri bu zaman için kullanılan “nakli mazi” tabiri
yetersizdir. Çorabım kaçmış. A:kar yağmış gibi misal-
lerde başkasından nakıl yoktur, sonradan farkına varış,
idrak ediş, sonradan görüş, öğreniş vardır.”
2
.
H.Dizdaroğlu bunu miş’li geçmiş zaman adlandırır
və “eylemin geçmişte yapıldığını, fakat bu bildirişte bir
kesinlik olmadığını”
3
qeyd edir. T.Banguoğlu yazır:
“Dolayılı geçmişin bildirme kipi kişinin başkasından
duyduğu, sonradan gördüğü, veya farkında olmadan
işlediği bir kalışın ifadesine yarar
4
.
Türk dilçisi Zeynep Korkmaz isə “Gramer Terim-
leri Sözlüğü” əsərində bu zaman formasını “duyulan
geçmiş zaman” adı altında təqdim edərək yazır:“Fiilin
karşıladığı oluş ve kılışı, kişinin başkasından duyduğu-
nu, sonradan gördüğünü veya farkında olmadan işledi-
1
Ergin M. Türk dil bilgisi. Sofya, “Narodna prosveta”, 1967, s. 284.
2
Ergin M. Türk dil bilgisi. Sofya, “Narodna prosveta”, 1967, s. 284.
3
Dizdaroğlu H. Türkçede Fiiller.Ankara,Ankara Üniversitesi Basımevi,
1963, s.11
4
Banguoğlu T.Türkcenin Grameri. Ankara,TDK Yayınları, 2007, s. 460.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
39
ğini anlatan, içinde şekil ve zaman kavramı taşıyan za-
man duyulan geçmiş zamandır”
1
.
Nurettin Koçun tədqiqatlarında və bəzi internet ma-
teriallarında -mış şəkilçili keçmiş zaman belirsiz keçmiş
zaman adlandırılır
2
.
Türk dillərində -ıb şəkilçili keçmiş zamanın möv-
qeyi olduqca maraqlıdır. İlk növbədə qeyd edək ki, bu
şəkilçi ilə formalaşan zaman forması müasir Azərbay-
can, türkmən, qazax, qırğız, altay, noqay, qaraqalpaq,
qaraçay-balkar, özbək, sarı-uyğur, xakas, tuva dillərində
işlənir.
Digər türk dillərindən fərqli olaraq müasir Azər-
baycan dilində -ıb şəkilçisi xüsusi bir zaman formasını
deyil, -mış şəkilçisinin sinonimi kimi nəqli keçmiş za-
man formasını yaradır. -ıb şəkilçisinin müşahidə olun-
duğu digər türk dillərində -ıb forması ifadə etdiyi zama-
nın yeganə müstəqil göstəricisi kimi çıxış edir.
-ıb şəkilçili keçmiş zaman forması müxtəlif türk
dillərində müxtəlif terminlərlə təqdim olunur. Belə ki,
bu zaman formasını B.O.Oruzbayeva qırğız dilində, A.
N.Kononov özbək dilində,E.N.Nacip uyğur dilində sub-
yektiv keçmiş zaman
3
, A.A.Koklyanova özbək dilində
1
Korkmaz Z.Gramer Terimleri Sözlüğü.Ankara,TDKYayınları,2007,s.75
2
Halid Said'e göre Osmanlı,Özbek,Kazak lehçelerinde şekil/zaman...
www. turkiyat. selcuk.edu.tr/pdfdergi/s15/toker
3
Орузбаева Б.О. Формы прошедшего времени в киргизском языке. Фрунзе,
Изд. АН Киргизской ССР,1955, 61 с ; Кононов А.Н. Грамматика современ-
ного узбекского литературного языка. М.-Л., Изд. АН СССР,1960, с.220;
Наджип Э.Н. Современный уйгурский язык. Москва, ИВЛ, 1960, с. 96.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
40
-ibdi/-ipti forması
1
, E.R.Tenişev sarı-uyğur dilində keç-
miş zaman III
2
, F.Q.İsxakov tuva dilində -p-tır şəkilçili
nəqli keçmiş zaman
3
, O.Allanazarov türkmən dilində
uzaq keçmiş(-ıpdı) və subyektiv keçmiş zaman(-ıpdır)
4
terminləri ilə verirlər.K.Ubaydullayev qaraqalpaq dilin-
də bu zaman formasını uzaq keçmiş zaman forması ad-
landırdığı hissəyə daxil edir və onu subyektiv uzaq keç-
miş zaman adlandırır
5
. “Müasir qazax dili” qrammatika-
sında isə -p şəkilçisi ilə formalaşan zaman forması uzaq
keçmiş zaman adlandırılır
6
. Barabin tatarlarının dilində
-ıb şəkilçili zaman forması subyektiv keçmiş zaman ad-
lanır. Bu dildə subyektiv keçmiş zamanın inkar forma-
sına rast gəlinmir
7
.
T.Əfəndiyeva yazır:“Hər iki şəkilçi bir-birindən yal-
nız formal cəhətdən fərqlənərək keçmiş zaman kateqo-
riyasının eyni qrammatik mənasını daşıyan keçmiş za-
man formasını yaradır. Bunları ayırmaq üçün sadəcə iki
1
Коклянова А.А.Категория времени в современном узбекском языке. Моск-
ва, Изд. АН СССР, 1963, с. 89.
2
Тенишев Э.Р.Строй сарыг-югурского языка.Москва,1976,«Наука», с. 94.
3
Исхаков Ф.Г.,Пальмбах А.А. Грамматика тувинского языка. Фонетика и
морфология. Москва, ИВЛ, 1961, с. 373.
4
Алланазаров О. Прошедшее время в современном туркменском ли-
тературном языке. Ашхабад, “Ылым”, 1975, с. 72, 112.
5
Убайдуллаев К.Категория прошедшего времени глаголов в изъявительном
наклонении в современном каракалпакском языке.Изд.«Ка-
ракалпакстан»,Нукус,1978, с. 117.
6
Современный казахский язык. Фонетика и морфология. Алма-ата,
Изд. АН Казахской ССР, 1962, с. 342.
7
Тумашева Д.Г. Язык сибирских татар. Часть вторая. Изд. Казанско-
го Университета, 1968, с. 60.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
41
terminin işlənməsi kifayətdir:-mış şəkilçili olması üçün
perfekt I, -ıb şəkilçisi ilə əmələ gələn üçün perfekt II”
1
.
B.O.Oruzbayeva “Qırğız dilində keçmiş zaman
formaları” adlı monoqrafiyasında felin keçmiş zamanı-
nın aşağıdakı formalarını göstərir:
a) qəti keçmiş zaman
b) qeyri-müəyyən keçmiş zaman
ç) subyektiv keçmiş zaman
c) davamlı keçmiş zaman
d) uzaq keçmiş zaman
e) davamlı uzaq keçmiş zaman.
2
O.Allanazarov 1953-cü ildə “Müasir türkmən ədə-
bi dilində keçmiş zaman” adlı dissertasiyasını yazmış və
1975-ci ildə müəllifin eyniadlı monoqrafiyası nəşr olun-
muşdur.O.Allanazarov türkmən dilində keçmiş zamanın
on iki formasını göstərmişdir:
qəti keçmiş zaman, müəyyən
imperfekt, qeyri-müəyyən imperfekt, məqsədli keçmiş I, məq-
sədli keçmiş II, qeyri-müəyyən nəqli keçmiş zaman, uzaq
keçmiş, şərt şəklinin keçmiş zamanı, arzu şəklinin keçmiş
zamanı, vacib şəklinin keçmiş zamanı, keçmiş zamanın
modal formaları, subyektiv keçmiş zaman
3
.
K.Ubaydullayev qaraqalpaq dilinin materialları əsa-
sında felin keçmiş zamanını 3 hissəyə - müəyyən keç-
miş, nəticəli keçmiş və uzaq keçmiş zaman formalarına
ayırır və hər bir hissənin də müxtəlif zaman formalarını
1
Əfəndiyeva T.Felin keçmiş zaman formaları.Bakı,“Nurlan”,2005,s. 35.
2
Орузбаева Б.О. Формы прошедшего времени в киргизском языке.
Фрунзе, Изд. АН. Киргизской ССР, 1955, с. 7-54.
3
Алланазаров О. Прошедшее время в современном туркменском
литературном языке. Ашхабад, “Ылым”, 1975, с. 51-118.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
42
göstərir. Onun keçmiş zamanla bağlı bölgüsünü aşağı-
dakı cədvəldə ümumiləşdirmək olar:
Keçmiş zaman
müəyyən keçmiş nəticəli keçmiş uzaq keçmiş
müəyyən qəti keçmiş uzaq keçmiş
bitməmiş müəyyən keçmiş subyektiv uzaq
keçmiş
müəyyən bitməmiş
qeyri-müəyyən keçmiş
gələcəkli keçmiş
adi keçmiş
E.Qacarova XVIII-XIX əsr türkmən dilinin yazılı
abidələrində xəbər şəklinin dörd keçmiş zaman forması-
nın olduğunu yazır:qəti keçmiş(-dı/-di), perfekt(-mış/-
miş, -ıb/ib,-an/-en<-qan/-qen), imperfekt(-ur/-ür,-ır/-ir,
-ar/-er +эрди), plyuskvamperfekt(-mış/-miş+erdi, -ıb/ -
ib+erdi, -an/-en<-qan/-qen+erdi)
1
.
İndiki zaman. Məlum olduğu üzrə, türk dillərində
felin digər zamanlarından fərqli olaraq indiki zaman
formasının morfoloji əlamətləri öz rəngarəngliyi ilə
seçilir. Müasir türk dillərinin əksəriyyətində indiki za-
manın ifadəsi üçün yalnız bir morfoloji göstəricidən is-
tifadə olunduğundan indiki zamanın formaları keçmiş
zaman formaları qədər çox deyil. Bu həm də keçmiş za-
manın indiki zamana nisbətən daha geniş zaman kəsi-
1
Каджарова Э.Прошедшее время изъявительного наклонения в письменных
памятниках туркменского языка XVIII-XIX вв. АКД, Ашхабад,1964,с.3.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
43
yini əhatə etməsi ilə əlaqədardır. Lakin buna baxmaya-
raq keçmiş zamanın əsas morfoloji göstəriciləri əksər
türk dillərində sabit olduğu halda, indiki zamanın göstə-
riciləri haqqında bunu söyləmək çətindir.
Bildiyimiz kimi, oğuz qrupu türk dillərinə daxil
olan dillərin hər birində indiki zaman özünəməxsus şə-
kilçilər qəbul etməklə – Azərbaycan dilində -ır, -ir, -ur,
-ür, türk dilində -(ı
4
)yor, türkmən dilində -yar, -yər,
qaqauz dilində -er,-эr şəkilçiləri vasitəsilə düzəlir. Qıp-
çaq və bulqar qrupu türk dillərində, yakut, çuvaş dillə-
rində isə əsasən, -a, -e, -y şəkilçiləri ilə formalaşır.
Karluq qrupu türk dillərində də vəziyyət bir qədər
fərqlidir. İndiki zaman formasını əmələ gətirmək üçün
özbək dilində -a,-y, salar dilində -por, sarı-uyğur və ye-
ni uyğur dillərində -ppar şəkilçilərindən istifadə olunur.
Bir cəhəti də qeyd edək ki, oğuz qrupu türk dillərindən
başqa (türkmən dili istisna olmaqla) digər türk dilləri in-
diki zaman formalarının sayının daha çox olması ilə
diqqəti cəlb edir. Türk dillərində indiki zamanın da
müxtəlif terminlərlə ifadəsi mövcuddur. Belə ki, yalnız
bir indiki zaman formasının işləndiyi türk dillərində bu
zaman forması indiki zaman adı altında təqdim olunur.
İki və daha artıq indiki zaman forması olan türk
dillərində isə müxtəlif terminlərlə ifadə edilir.
A.N.Kononov türk dilində -(ı
4
)yor şəkilçili zamanı
indiki zaman
1
, özbək dilində -a, -y şəkilçisi ilə formala-
1
Кононов А.Н. Грамматика современного турецкого литературного языка.
М.-Л., Изд. АН СССР, 1956, с. 223.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
44
şan zamanı indiki-gələcək zaman
1
adlandırdığı halda,
müəllif türk dilində -ır, -ir, -ur, -ür, -ar, -er şəkilçili za-
man formasını indiki-gələcək zaman adlandırır.
2
N.A.Baskakov noqay dilində, E.İ.Korkina yakut
dilində indiki-gələcək zaman
3
, K.M.Musayev karaim di-
lində indiki zaman
4
, V.İ.Rassadin tofalar dilində adi in-
diki zaman
5
, D.Q.Tumaşeva barabin tatarlarının dilində,
E.R.Tenişev sarı-uyğur dilində indiki zaman I
6
, E.R.Te-
nişev salar dilində gah indiki zaman I
7
, gah da danışıq
anında indiki zaman
8
terminləri ilə təqdim edirlər.
Müasir türk dillərində fərqli cəhətlərə malik zaman
formalarından biri indiki-gələcək zaman formasıdır. Bu
forma bəzi türk dillərində -ar, -ər, -r şəkilçisi, digər türk
dillərində isə -a, -ə(-e), -y şəkilçisi vasitəsilə formalaşır.
Mübahisə doğuran məsələlərdən biri də bu zaman
formasının indiki yaxud gələcək zamana aid olmasıdır.
Bu baxımdan dilçiləri iki qrupa ayırmaq olar:
1
Кононов А.Н. Грамматика современного узбекского литературного языка.
М.-Л., Изд. АН. СССР, 1960, с. 209.
2
Кононов А.Н. Грамматика современного турецкого литературного
языка. М.-Л., Изд. АН СССР, 1956.
3
Грамматика ногайского языка. Фонетика и морфология. Часть I. Черкесск.
Карачаево-черкессое отделение ставропольского книжного издательст-
ва.1973,с.222; Коркина Е.И.Наклонения глагола в якутском языке. Москва,
«Наука»,1970,с. 33.
4
Мусаев К.М. Грамматика караимского языка. Фонетика и морфология. Мо-
сква, «Наука», 1964, с. 278.
5
Рассадин В.И. Морфология тофаларского языка в сравнительном
освещении. Москва, «Наука», 1978, с. 201.
6
Тумашева Д.Г.Язык сибирских татар.Ч.II.Изд.Казанского Университета, 1968,с.50;
Тенишев Э.Р.Строй сарыг-югурского языка. Москва, 1976, «Наука», с. 83.
7
Тенишев Э.Р.Строй саларского языка. Москва, Наука, 1976, с. 138.
8
Тенишев Э.Р. Саларский язык. Москва, 1963, ИВЛ, с. 29.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
45
1.
İndiki-gələcək zamanı indiki zaman daxilində
təqdim edənlər (N.K.Dmitriyev, N.A.Baskakov,
A.N. Kononov, N.E.Hacıaxmedov, E.İ.Korkina)
2.
İndiki-gələcək zamanı gələcək zaman daxilində
təqdim edənlər (C.Curayeva, D.Q.Tumaşeva)
Müasir türk ədəbi dilində keçmiş, indiki və gələ-
cək zamanlardan başqa, dördüncü qrammatik zaman an-
layışı vardır və bu türk dilçiliyində birmənalı qəbul olu-
nur. Haqqında danışdığımız zaman “geniş zaman” anla-
yışıdır.
Geniş zaman forması haqqında M.Ergin yazır:
“Geçmiş zamanda başlayıp şimdiki zamanda devam
eden, böylece daimilik vasfını kazanmış olan hareketler
için bu fiil zamanı kullanıldığı gibi, gelecek zamanda
olacak ve ya yapılacak hareketler için de bu çekime baş-
vurulabilir. Geniş zaman ekleri üç çeşit zaman ifade
ederler: 1.her zaman, 2.geçmiş zamanla şimdiki zamanı
içine alan bir zaman, 3. gelecek zaman”
1
.
A.Axundovun da bununla bağlı fikri maraq doğu-
rur. O yazır:“-ar,-ər, -ır, -ir, -ur, -ür, -r formasına malik
olan gələcək zaman gələcək zaman bildirməklə bərabər
müzare (aorist) məzmunu da daşıyır. Yəni, bir çox hal-
larda gələcək zamandan başqa keçmiş, indiki və gələcək
zamanların hamısını əhatə edən geniş zaman mənasını
ifadə edir”
2
.
1
Ergin M.Türk dil bilgisi. Sofya, “Narodna prosveta”, 1967, s. 275.
2
Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, s. 86.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
46
A.N.Kononov, N.K.Dmitriyev, V.A.Qordlevski,
V.Q.Quzev, E.A.Qrunina, K.M.Lyubimov, N.N.Canaşia
və başqa türkoloqlar türk dilində -ır, -ir, -ur, -ür, -ar, -
ər, -r şəkilçili həmin bu zaman formasını indiki-gələcək
zaman adlandırırlar. Lakin bu zaman formasının hansı
zaman daxilində verilməsi, təqdim olunması da dilçilər
arasında həmişə fikir ayrılığına səbəb olmuşdur.Belə ki,
dilçilərin bir qismi adlandırdıqları indiki-gələcək zaman
formasını indiki,bir qismi isə gələcək zamana daxil edir.
E.A.Qrunina “Türk dillərində -(
0
)r şəkilçili indiki-
gələcək zaman formasına dair” adlı məqaləsində bunun-
la bağlı olaraq yazır:“Qədim türk yazılı abidələri indika-
tivin elə vəziyyətini əks etdirir ki, burada indiki zama-
nın funksional-semantik zonası bir forma ilə -(
0
)r şəkil-
çili indiki-gələcək zamanla ifadə olunur. O, aktual indi-
ki, ümumi indiki(eləcə də zamanda lokallaşmayan hərə-
kət mənaları) və gələcək(potensial və niyyətli gələcək)
mənaları ilə çıxış edir”
1
. O bu bölgünü müasir türk dil-
lərinə də şamil edir
2
.
Ə.Dəmirçizadə yazır:“XI əsrin məşhur dilçisi M.
Kaşğari də ümumən türk dillərində, o cümlədən oğuz,
qıpçaq dillərində də “-r” ر hərfinin həm indiki zaman,
həm də gələcək zaman üçün işləndiyini “Kitabi-divani-
luğat ət-türk” əsərində ətraflı surətdə izah etmişdir”
3
.
1
Грунина Э.А.Индикатив в турецком языке.АДД.Москва,1975,с.94.
2
Грунина Э.А.О форме настоящего-будущего на (°)r в тюркских языках.
Тюркологические исследования.М.,«Наука»,1976, с.94-112.
3
Dəmirçizadə Ə.M.“Kitabi-Dədə Qorqud” dastanlarının dili.Bakı,Elm,1999,
s.79
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
47
Burada A.N.Kononovun maraqlı mövqeyi diqqəti
cəlb edir. Türk və özbək dillərini tədqiq edən rus türko-
loqu özbək dilində -a, -y şəkilçisi ilə formalaşan indiki-
gələcək zaman formasını indiki zaman, türk dilində -r,
-ır
4
, -ar
2
şəkilçiləri ilə əmələ gələn formanı indiki-gə-
ləcək zaman adlandırır və onu indiki zaman daxilində
təqdim edir.
N.K.Dmitriyev isə bu formanı indiki-gələcək za-
man adlandırsa da, A.N.Kononovdan fərqli olaraq onu
indiki zamana deyil, gələcək zamana aid edir.
-Ir şəkilçili zaman formasına fərqli münasibətlər-
dən biri N.P.Dırenkovaya məxsusdur. Belə ki, müəllif
-ır şəkilçisini gələcək zamanın formal əlaməti kimi gös-
tərsə də, onun “eyni zamanda indiki zaman mənasını”
1
bildirdiyini yazır.
Bu o deməkdir ki, -ır şəkilçisi tofalar dilində həm
indiki, həm də gələcək zamanı ifadə edir. Məsələn, men
qılırmen, sen qılırsen, ol qılır və s. dedikdə həm indiki,
həm də gələcək zaman nəzərdə tutulur.
C.Curayeva da özbək dilində -a, -y şəkilçisi ilə dü-
zələn bu zaman formasını indiki-gələcək zaman adlan-
dırır və onu gələcək zamana daxil edir.
2
Sibir tatarlarının dilini tədqiq etmiş D.Q.Tumaşeva
barabin tatarlarının dilində, tom dialektində -r ünsürü
1
Дыренкова Н.П.Тофаларский язык.//Тюркологические исследова-
ния. Москва-Ленинград, 1963, с. 18.
2
Джураева Дж. (Мухиддинова) Категория будущего времени глагола
в современном узбекском языке. АКД. Ташкент, 1961.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
48
ilə əmələ gələn indiki-gələcək zaman formasını gələcək
zaman daxilində verir.
1
A.Xaciyev də digər əksər müəlliflər kimi əvvəllər
indiki-gələcək zaman formasını indiki zamanın fel for-
ması olaraq nəzərdən keçirmiş, lakin sonralar onu xüsu-
si növ kimi ayırmağa başlamış və qeyd etmişdir ki, ona
yalnız indiki yaxud yalnız gələcək zaman forması qis-
mində baxmaq olmaz.
∗
A.N.Kononov türk dilində indiki zamanı 3 zaman
formasından ibarət olduğunu göstərir:-yor şəkilçisi ilə
düzələn indiki zaman I, -r, -ır, -ar şəkilçisi ilə formala-
şan indiki-gələcək zaman, -makta, -mekte şəkilçisi ilə
düzələn davamlı indiki zaman.
2
O, özbək dilində də in-
diki zamanın 3 formasını indiki-gələcək zaman(-a,-y),
konkret indiki zaman(yap), davamlı indiki zaman(-mok-
da) formalarının olduğunu qeyd edir.
3
E.R.Tenişev sarı-uyğur dilində 3 indiki zaman for-
masının olduğunu bildirir.Müəllif -p+par(II və III şəxs-
lər üçün həmçinin -dro) ilə düzələn formanı indiki za-
man I, -γaq,-qaq,-gek, -kek ilə əmələ gələn formanı in-
1
Тумашева Д.Г.Язык сибирских татар.Ч.II.Изд.Казан.Ун.-та, 1968, 184с.
∗
Bax: К.Усманов. Формы настоящего времени глагола в говорах уз-
бекского языка. АКД. Ташкент, 1969, 22 с.
2
Кононов А.Н. Грамматика современного турецкого литературного
языка. М.-Л., Изд. АН СССР, 1956,
3
Кононов А.Н. Грамматика современного узбекского литературного
языка. М.-Л., Изд. АН. СССР, 1960,
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
49
diki zaman II, -ōyan, -ūyan şəkilçisilə düzələn formanı
indiki zaman III adlandırır
1
.
V.İ.Rassadin indiki zamanın 3 formasını göstərir:
adi indiki zaman(-dır(ı), -dir(i), -dur(u), -dür(ü)), kon-
kret indiki zaman (-u,-ı), davamlı indiki zaman(-bı-
şaanqa)
2
. Yakut dilində indiki zamanın yalnız bir for-
masının – indiki-gələcək zamanın olduğunu bildirilir.
Müasir Azərbaycan dilçiliyində də indiki zamanın
sayının artırılması halları olmuşdur. -ır, -ir, -ur, -ür şə-
kilçisi ilə düzələn indiki zaman formasından başqa bə-
zən -maqda, -məkdə şəkilçisini də indiki zaman şəkilçi-
si kimi təqdim etmişlər.
1971-ci ildə nəşr olunmuş “Azərbaycan dilinin
qrammatikası” kitabında indiki zamanın iki forması
göstərilir:1)
-ır
4
şəkilçisi ilə düzələn indiki zaman,
2) -
maq-
da, -məkdə ilə düzələn indiki zaman
3
.
Birinci növ bizə məlum olan indiki zamandır. Gös-
tərilən ikinci indiki zaman isə -maq, -mək məsdər for-
ması ilə -da, -də hal şəkilçisinin birləşməsindən əmələ
gələn indiki zamandır. Məs.: yazmaqdayam, yazmaqda-
san, yazmaqdadır, yazmaqdayıq, yazmaqdasınız, yaz-
maqdadırlar və s.
1
Тенишев Э.Р.Строй сарыг-югурского языка.Москва, 1976, «Наука»,
с.83-86.
2
Рассадин В.И.Морфология тофаларского языка в сравнительном
освещении. Москва, «Наука», 1978, с. 201-208.
3
Грамматика азербайджанского языка. Баку, «Елм», 1971,
с. 136.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
50
Bəzi dilçilərimiz isə -maqda, -məkdə şəkilçisini in-
diki zamanın 2-ci bir forması kimi deyil, felin xüsusi
forması şəklində təqdim etmişlər. Z.Tağızadə -maqda
2
şəkilçisinin felin davamlı şəklinin morfoloji göstəricisi
olduğunu qeyd edir
1
.
Prof.T.Ə.Əfəndiyeva -maqda, -məkdə şəkilçisi ilə
bağlı yazır:“Bu şəkilçi ilə əmələ gələn zaman formaları-
nı (danışanın nöqteyi-nəzərindən) maksimal şəkildə ob-
yektiv olan xəbər şəklinin zaman formaları qrupuna aid
etmək lazımdır”
2
.
Azərbaycan dilindən başqa türk, qaqauz, qırğız,
qazax, qaraqalpaq, noqay, özbək, qaraçay-balkar, uyğur,
qumuq dillərində də -maqda,-məkdə və eyni mənanı bil-
dirən bu və ya digər formalardan istifadə olunur. Bu dil-
lərdən türk dilində -makta, -mekte, -mada, -mede, qa-
qauz dilində -makta, -mekte, qumuq dilində -maqda,
-mekde, özbək dilində -maqda, uyğur dilində -maqta,
-məktə, krım tatarlarının dilində -maqta, -mekte şəkilçi
variantları, qazax dilində -(u)uda, -(ü)üde,qırğız dilində
-(u)uda, -(ü)üdö, qaraçay-balkar dilində -ıuçu, -ıuçan,
noqay dilində isə -(u)uda, -(ü)üde şəkilçiləri işlənir.
Bu forma qaraçay-balkar dilində bir qədər fərqli
mövqeyə malikdir. Belə ki, sadaladığımız türk dillərin-
də bu şəkilçilərdən yalnız biri müşahidə olunduğu hal-
da, qaraçay-balkar dilində hər iki şəkilçi variantından
1
Müasir Azərbaycan dilinin morfologiyası. Bakı, APİ-nin nəşri, 1961, s. 145.
2
Əfəndiyeva T.Ə.Felin keçmiş zaman formaları.Bakı,“Nurlan”,2005,s. 24.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
51
istifadə olunur.“-makta formasına hərdən türkməncədə
də, əsas etibarilə də mətbuatda rast gəlinir”
1
.
Azərbaycan dilində bu “zaman forması”na münasi-
bətlə bağlı fikir ayrılığı mövcuddur. Bu, digər türk dillə-
rində də özünü göstərir. Belə ki, haqqında danışdığımız
forma yuxarıda sadaladığımız türk dillərində müşahidə
olunsa da,əgər dilçilərin birinci qismi(məsələn,A.N. Ko-
nonov) -maqda, -məkdə formasını felin indiki zaman
forması kimi qəbul edib xüsusi terminlərlə verirsə, ikin-
ci qisim dilçilər(N.N.Canaşia, A.Qulamov) onu zaman
forması hesab etmir və ad forması adlandırırlar. Üçüncü
qrup dilçilər (A.Xaciyev) isə birinci qrup dilçilər kimi
-maqda, -məkdə formasını indiki zaman forması olaraq
qəbul edir, lakin onu xüsusi terminlərlə deyil, sadəcə in-
diki zamanın daxilində göstərirlər.
A.N.Kononov türk və özbək dillərində -makta,
-mekte şəkilçili xüsusi zaman formasının olduğunu qeyd
edərək onu davamlı indiki zaman adlandırır
2
.
Fikrimizcə, məsdər+yerlik hal şəkilçisini, başqa
sözlə desək, -maqda,-məkdə formasını müstəqil zaman
forması kimi təqdim etmək düzgün deyildir.
Əvvəlcə qeyd edək ki,bütün zaman formaları müs-
təqil təsriflənmə xüsusiyyətinə malikdir. Həmin zaman
formalarını əmələ gətirən morfoloji göstəricilərdən fərq-
1
Serebrennikov B.A.,Hacıyeva N.Z.Türk dillərinin müqayisəli tarixi qramma-
tikası. Bakı, Səda nəşriyyatı, 2002, s. 219.
2
Кононов А.Н. Грамматика современного турецкого литературного языка.
М.-Л.,Изд. АН СССР, 1956, с.229; Кононов А.Н.Грамматика современного
узбекского литературного языка.М.-Л.,Изд.АН. СССР, 1960, с. 214.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
52
li olaraq -maqda, -məkdə forması “məsdərin isim kimi
hallanması olub, öz-özlüyündə qeyri-predikativ forma-
dır”
1
. Ona görə də onu nəinki müstəqil, yaxud yarım-
müstəqil zaman forması kimi, ümumiyyətlə felin za-
manları daxilində vermək düzgün deyildir.Doğrudur,
biz -maqda, -məkdə formasının hərəkət və zaman an-
layışına malik olmasını inkar etmirik. Amma yalnız bu
xüsusiyyətinə görə onu müstəqil zaman forması kimi
vermək olmaz. Çünki felin digər şəkillərində də zaman
anlayışı vardır və yalnız zaman anlayışının olması hələ
onun felin müstəqil zaman forması olmasına dəlalət et-
mir. Digər tərəfdən də dilimizdəki bütün zaman forma-
ları inkar şəkilçisi qəbul etdiyi halda, -maqda, -məkdə
formasının -ma, -mə inkarlıq şəkilçisi qəbul etməsi
mümkünsüzdür.
Maraqlıdır ki, -maqda,-məkdə forması xəbərlik şə-
kilçisi qəbul etmiş ismin zamanlar üzrə dəyişmə forması
ilə üst-üstə düşür:
oxumaqda idim müəllim idim
oxumaqdayam müəlliməm
oxumaqda olacağam müəllim olacağam
Yeri gəlmişkən, diqqəti bir məsələyə də yönəltmək
istərdik.
Dilçilikdə “şəxs kateqoriyası” və “xəbərlik kateqo-
riyası” adlandırılan, əslində, isə eyni şəkilçilərlə forma-
laşan,mahiyyətcə eyni vəzifəni yerinə yetirməyə xidmət
1
Məmmədova N. Azərbaycan dilində fel şəkilllərinin semantikası. Nam.
Dis. Bakı, 2000, s. 12.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
53
edən bu kateqoriyanı xüsusi terminlərlə təqdim etmək
və onları bir-birindən fərqləndirmək düzgün deyildir.
getmişəm gedirəm gedəcəyəm mühəndisəm
getmisən gedirsən gedəcəksən mühəndissən
getmişdir gedir gedəcəkdir mühəndisdir
getmişik gedirik gedəcəyik mühəndisik
getmisiniz gedirsiniz gedəcəksiniz mühəndissiniz
getmişlər gedirlər gedəcəklər mühədis(dir)lər
Göründüyü kimi, mahiyyət etibarilə fərq müşahidə
olunmur.Yeganə fərq ondan ibarətdir ki,əgər şəkilçi bi-
rində fellərə artırılırsa, digərində adlara (burada ismə)
əlavə olunur.Bunları birləşdirən digər xüsusiyyət həm-
çinin, onların sıra kateqoriyasına görə də eyniliyidir. Bu
kateqoriya felin zamanlarında hər üç zaman üzrə özünü
göstərir.
Y.Seyidova görə, “Xəbərlik sintaktik termin oldu-
ğuna görə burada termin kimi,“şəxs” sözünə üstünlük
verilə bilər və tərəddüd etmədən həmin kateqoriyanı
“şəxs kateqoriyası” adlandırmaq olar.
Əslində, bu ad həmin kateqoriyanın təbiətinə tama-
milə uyğundur. Ancaq nəzərə alınmalıdır ki,Azərbaycan
dilçiliyində “şəxs kateqoriyası” istilahı bizim nəzərdə
tutduğumuz kateqoriyanın bir hissəsinin adı kimi işlədi-
lib və bu, ənənəyə çevrilibdir. Ona görə də onu “şəxs-
xəbərlik kateqoriyası” adlandırmaq daha anlaşıqlı olar”
1
Gələcək zaman. Gələcək zamanla da bağlı türkolo-
giyada fikir müxtəlifliyi hökm sürür. -acaq, -əcək şəkil-
çili zaman formasının türk, və özbək dillərində qəti gə-
1
Seyidov Y.Azərbaycan dilinin qrammatikası(morfologiya).Bakı, 2000, s.157.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
54
ləcək zamanı bildirdiyini göstərən A.N.Kononov yazır:
“Bu zaman forması gələcəkdə həyata keçirilməsi şübhə
doğurmayan hərəkəti ifadə edir”
1
.
“Türkmən dilinin qrammatikası” adlı kitabda da “da-
nışanın fikrincə, gələcəkdə hökmən, heç bir şübhə ol-
madan baş verən hərəkəti”
2
ifadə edən bu forma qəti gə-
ləcək zaman adı ilə verilir.
L.A.Pokrovskaya “gələcəkdə real və mütləq baş
verəcək hərəkəti bildirən”
3
bu formanı müəyyən gələcək
zaman adı altında təqdim edir.
Başqırd dilində “hərəkətin başa çatmasına danışa-
nın tam əminliyini bildirən”
4
bu forma müəyyən gələcək
zaman adı ilə ifadə olunur. N.K.Dmitriyev -acaq, -əcək
şəkilçili gələcək zaman formasının adlandırılması məsə-
ləsinə bir qədər fərqli mövqedən yanaşaraq bu formanı
gələcək zaman II adlandırır.
Başqırd dilində müəyyən(qəti) gələcək zamanın iş-
lənmə sahəsi yalnız yazılı dillə məhdudlaşır. Şifahi xalq
yaradıcılığı nümunələrində, ümumiyyətlə şifahi nitqdə
gələcək zamanın bu formasına, demək olar ki, rast gə-
linmir
5
.
1
Кононов А.Н. Грамматика современного узбекского литературного языка.
М.-Л., Изд. АН. СССР, 1960,с. 231.
2
Грамматика туркменского языка. Ашхабад, “Ылым”, 1970, с. 286.
3
Покровская Л.А.Грамматика гагаузского языка.Фонетика и морфология.
Москва, «Наука», 1964, с. 193.
4
Грамматика современного башкирского литературного языка. Москва,
«Наука», 1981, с. 283.
5
Yenə orada
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
55
A.A.Koklyanova da, C.Curayeva da özbək dilində
-acaq, -əcək şəkilçili gələcək zaman formasının yalnız
ədəbi dildə, həm də nadir hallarda işləndiyini yazırlar.
-ar,-ər şəkilçili gələcək zaman forması türkoloji ədə-
biyyatda müxtəlif terminlərlə adlandırılır:
qeyri-qəti
gələ-
cək zaman
1
, indiki-gələcək zaman
2
, geniş zaman
3
, qeyri-
müəyyən gələcək zaman (bilgesez kiləçək zaman)
4
, ehtimal
bildirən gələcək zaman
5
, gələcək zaman I
6
, gələcək zaman
II
7
, qəti gələcək zaman
8
, -ar şəkilçili gələcək zaman forma-
sı
9
, gələcək zaman
10
.
E.R.Tenişev -ar, -ər şəkilçili gələcək zaman for-
masını salar dilində qeyri-müəyən gələcək zaman, sarı-
uyğur dilində isə gələcək zaman II adı altında verir.
Bu barədə K.M.Lyubimovun fikri də xüsusi maraq
doğurur. O yazır: “İndiki gələcək zaman türk dilində
faktik hərəkəti müəyyən etməyə xidmət etmir, ona görə
1
Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, s. 99.
2
Исхаков Ф.Г., Пальмбах А.А. Грамматика тувинского языка. Фонетика и
морфология. Москва, ИВЛ, 1961, с. 386.
3
Banguoğlu T. Türkcenin Grameri. Ankara,TDK Yayınları,2007, s. 462; Rəsulov
Ə., Rüstəmov R. Türk dili.Bakı,Azərbaycan Universiteti nəşriyyatı, 1989, s
.
182
.
4
Грамматика современного якутского литературного языка (фонетика и
морфология). Москва, «Наука»,1982,с.281; Татарско-русский словарь. М.,
Советская энциклопедия, 1966, с. 844.
5
Коркина Е.И. Наклонения глагола в якутском языке. Москва,, 1970, с. 229.
6
Дмитриев Н.К. Грамматика кумыкского языка. Строй тюркских языков.
Москва, ИВЛ, 1962, с. 299; Тумашева Д.Г. Язык сибирских татар. Часть вто-
рая. Изд. Казанского Университета, 1968, с. 56.
7
Тенишев Э.Р.Строй саларского языка. Москва, Наука,1976, с.147.
8
Рассадин В.И. Морфология тофаларского языка в сравнительном осве-
щении. Москва, «Наука», 1978, с. 216.
9
Дыренкова Н.П.Грамматика шорского языка.Москва,1941,c. 227
10
Грамматика хакасского языка.М.,1975,с.281; Грамматика современного
якутского литературного языка (фонетика и морфология).М.,1982, с. 305.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
56
də indiki gələcək zaman xəbər formasının zamanları sis-
teminə daxil edilə bilməz. O, xəbər formasının formala-
rı tərkibindən ayrılmalı və öz tayı ilə qeyri-müəyyən
imperfekt ilə bir yerdə xüsusi bir forma kimi verilməli-
dir”
1
.
Bu fikrə haqq qazandıran A.Axundov hələ 1961-ci
ildə yazırdı:“Burada, şübhəsiz, müəyyən dərəcədə həqi-
qət vardır. Lakin -ar/-ər şəkilçilərinin əmələ gətirdiyi
formanın məzmunundakı gələcək zaman anlayışını in-
kar etmək olmaz. Buna görə də,türkologiyada bu forma-
nın gələcək zaman forması kimi çoxdan bəri qeyd edil-
məsi, bizcə, elmi cəhətdən doğrudur və həqiqətə uyğun-
dur”
2
.
Akademik A.A.Axundov bu cür fikir ayrılıqlarının
olmasını - ar//-ər şəkilçili zaman formasının semantik
cəhətdən zənginliyi ilə əlaqələndirir
3
.
A.A.Koklyanova yazır:“ -(a)r şəkilçili forma özün-
də güman mənasını inkişaf etdirərək, işlənmə tezliyinə
görə, xəbər şəklinin gələcək zaman formasından xeyli
geri qalan xüsusi güman şəklinin forması kimi nəzərdən
keçirilə bilər”
4
Dostları ilə paylaş: |