§2. Həmhüdud kateqoriyalarda zaman
Türk dillərində felin zaman kateqoriyasından da-
nışarkən feli sifət və felin şəkilləri(lazım, arzu, vacib,
1
Поцелуевский А.П.Избранные труды.Ашхабад,“Ылым”,1975,с.116
2
Şirəliyev M.Azərbaycan dialektologiyasının əsasları.Bakı,1962,s. 245.
3
Тумашева Д.Г. Язык сибирских татар.Ч.II.Изд.Казанского Университета,
1968, с. 63.
4
Керимов И.А. Очерки кумыкской диалектологии. АДД. Баку, 1967, с. 21.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
148
şərt) mövzularına da toxunmağı lazım bilirik. Çünki bu
mövzuların hər birində zaman kateqoriyası kateqorik
şəkildə olmasa da, anlayış kimi mövcuddur.
Təbii ki, feli sifət və felin şəkilləri bizim tədqiqat
obyektimiz deyildir. Ancaq onların zaman anlayışı,
zaman çalarlığı ifadə etməsi bu məsələyə də münasibət
bildirməyimizin vacibliyini şərtləndirir. Fel daxilində
öyrənilən feli sifət, felin lazım, vacib, şərt şəkillərində
zaman anlayışı özünü göstərməkdədir.
Məlum olduğu üzrə, feli sifət şəkilçilərinin bir
qismi həm feli sifət, həm də zaman kateqoriyasının şə-
kilçiləri kimi çıxış edir. Feli sifətdən törəmiş felin za-
man şəkilçiləri kimi formalaşması feli sifət daxilində
zaman anlayışının olması ilə bilavasitə əlaqədardır.
Ümumiyətlə, istər Azərbaycan dilçiliyində, istər-
sə də digər türk dillərində feli sifətlə bağlı bir sıra əsər-
lər, məqalələr yazılmışdır
1
. Bunlardan bəzilərində feli
sifətin zaman anlayışı ifadə etməsi məsələsinə toxunul-
muş, bəzilərində isə feli sifət tamamilə başqa aspektdə
araşdırılmışdır.
N.N.Canaşia əmr, vacib, arzu şəkillərinin 2 za-
manda – keçmiş və gələcək zamanda təzahür etdiyini
yazır
2
.
1
Алиев В.Г. Неспрягаемые формы глагола в азербайджанском язы-
ке. АДД,Баку,1989, 57 с. Алиев В.Г. Причастия в современном азер-
байджанском и узбекском языках. АКД, Ташкент, Изд. «Наука»
Узбекской ССР, 1965,23 с. Инкижекова- Грекул А.И. Причастия в
хакасском языке. Академику Владимиру Александровичу Гордлев-
скому, к его семидесятипятилетию. Сборник статей. Изд.АН СССР,
Москва, 1953, с. 108-123.
2
Джанашиа Н.Н. Исследование по морфологии турецкого глагола.
АДД, Тбилиси, 1970, с. 26-28.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
149
Dilçilikdə müasir türk dillərində gələcək zaman
formalarının sayının artırılması hallarına da rast gəli-
rik. S.Cəfərov yazır:“...Azərbaycan dilinin gələcək za-
man kateqoriyası indiyə qədər iddia edildiyi kimi iki
formaya deyil, altı formaya (-acaq/-əcək, -ar/ər, -ası/
-əsi, -a/-ə, -malı/-məli, -sa/-sə şəkilçili: alacaqlar,
alar, alasıdır, ala, almalıdır, alsa) malikdir ki, onların
da hər birinin öz mənası vardır”
1
.
S.Əlizadə yazır:“XVI əsr ədəbi dilindəki feli sifət
şəkilçilərini öz fəallığına, işlənmə tezliyinə görə üç
qrupa bölmək olar: 1.Bütün mənbələrdə norma səviy-
yəsində olub,çox işlənənlər – -/y/an, -/y/ən; -mış, -miş,
-dığı, -digi. 2. Norma səviyyəsində olub, universallıq
baxımından əvvəlkilərdən geri qalanlar: -ar,-ər, -maz,
-məz; -acaq,-əcək. 3. Məhdud dairədə işlənənlər:-malı,
-məli, -malu, -məlü, -ası, -əsi; -ır, -ir, -ur, ür”
2
.
A.N.Kononov VII-IX əsr türk run abidələrinin di-
lində feli sifəti üç hissəyə ayırır:
1) indiki-gələcək zaman feli sifətləri
2) keçmiş zaman feli sifətləri
3) gələcək zaman feli sifətləri
3
.
Beləliklə, müasir türk dillərində feli sifətləri ifadə
etdikləri zaman anlayışına görə üç qrupa ayıra bilərik:
1) Keçmiş zaman feli sifətləri: -qan, -kən, ğan, -ken,
-mış, -miş, -muş, -müş, -dıq, -dik, -duq, -dük, -çaŋ,
-çeŋ
1
Джафаров С. О постановке вопроса наклонения глагола в азербайджанском языке.
//Вопросы категорий времени и наклонения глагола в тюркских языках. Баку,
«Элм», 1968, с. 76.
2
Əlizadə S.Q.Orta əsrlərdə Azərbaycan yazı dili. Bakı,ADU,1985, s. 68.
3
Кононов А.Н. Грамматика языка тюркских рунических памтников VII-IX
вв. Л., «Наука», 1980, с. 120.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
150
2) İndiki zaman feli sifətləri: -an, -ən
3) Gələcək zaman feli sifətləri: -ır, -ir, -ur, -ür,
-ar, -er, -r, -acaq, -əcək, -ası, -əsi, -malı, -məli
-an, -ən feli sifəti indiki zaman anlayışını bildirir və
Azərbaycan, türk, qaqauz və türkmən dillərində müşa-
hidə olunur:qaçan oğlan, gülən qız (Azərbaycan), oku-
nan kitap, söylenen şarkı (türk) və s.
V.A.Qordlevski “Türk dilinin qrammatikası” əsə-
rində -an, -en şəkilçili feli sifətə münasibət bildirərək
onun həm keçmiş, həm də indiki zamana aidliyini qeyd
edir
1
.
A.N.Kononov və A.Samoyloviç isə -an, -en for-
mantlı feli sifətlərin həm indiki, həm də gələcək zaman
anlayışı ifadə etdiyini yazırlar
2
.
-qan, -kən, ğan, -ken keçmiş zaman feli sifətini
əmələ gətirir və türk dillərində geniş işləkliyə malikdir.
Belə ki, o, oğuz qrupu türk dilləri istisna olmaqla,
qıpçaq, bulqar, karluq və uyğur dillərində feli sifət şə-
kilçisi kimi mövcuddur.
Haqqında danışdığımız -qan, ğan, -ken, -kən şə-
kilçiləri keçmiş zaman feli sifətini, həm də mövcud ol-
duğu türk dillərində qeyri-müəyyən keçmiş zaman for-
masını əmələ gətirir.
Qaraqalapaq dilinin cənub-qərb dialektinin
qarışıq türkmən-qaraqalpaq şivəsində şəkilçinin -an,
1
Гордлевский В.А. Грамматика турецкого языка.(морфология и
синтаксис) Москва. 1928, с. 113.
2
Кононов А.Н. Грамматика современного турецкого литературного
языка. М.-Л., Изд. АН СССР, 1956, с. 252; Самойлович А. Краткая
учебная грамматика современного османско -турецкого языка. Ле-
нинград, 1925. Российская государственная академическая типо-
графия. с. 218.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
151
-en variantı işlənir:kelen(kelgen), alan(alqan), salan
(salqan)
1
-mış, -miş, -muş, -müş şəkilçisi -qan, ğan, -ken,
-kən feli sifət şəkilçisinin ekvivalenti kimi çıxış edir və
yalnız oğuz qrupu türk dillərində özünü göstərir.
Türk dilçisi M.Malkoçun fikrincə, Partisip eki
olarak bu ekin geçmiş ifadesinde öğrenilen geçmiş za-
man ifadesi pek yoktur. Sadece geçmiş zaman ifadesi
vardır
2
.
-ar, -ər şəkilçisi ilə bağlı S.Cəfərov yazır:“Əslin-
də müzare(qeyri-müəyyən gələcək) zaman əmələ gətir-
məyə xidmət edən qrammatik şəkilçidən qrammatik-
leksik mənasını kəsb edərək, eyni zamanda feli sifət
şəkilçisi yerinə keçmiş, ən nəhayət, öz mənasını in-
kişaf etdirərək, leksik-qrammatik bir şəkilçi kimi də
formalaşmışdır”
3
.
-acaq, -əcək şəkilçili feli sifət zaman forması ki-
mi mövcud olduğu türk dillərində həm də gələcək za-
man feli sifəti kimi fəaliyyət göstərir. Məsələn: Azərb.:
oxunacaq məktub-məktub oxunacaq(dır);türk:alınacak
kitap-kitap alınacak(tır); türkmən: okacak oglan – og-
lan okacak və s.
T.A.Borovkova Mahmud Kaşğarlının “Divanü
lüğət-it-türk” əsərinin dilindəki -mas haqqında yazır:“-
mas indiki, gələcək və ümumi zamanın inkar feli sifəti-
dir; funksiyasına görə -ur şəkilçili təsdiq feli sifətinə
1
Баскаков Н.А. Каракалпакский язык, II, М.-Л., Изд. АН СССР, 1952, с.
440.
2
Malkoç Muzaffer.-dı'lı ve -mış'lı Geçmiş Zaman.//Türk Dili Araştırmaları
Yıllığı Belleten 2004, c:II, s. 110.
3
Cəfərov S. Azərbaycan dilində söz yaradıcılığı. Bakı, Azərbaycan Universiteti
nəşriyyatı, 1960, s. 96.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
152
uyğun gəlir”
1
.
Maraq doğuran şəkilçilərdən biri də -a, -e (-ə), -y
şəkilçiləridir. Belə ki,-a,-e(-ə),-y şəkilçilərinin türk dil-
lərində indiki zaman forması əmələ gətirməsi hamıya
məlumdur. Bununla yanaşı bu şəkilçi həm də arzu şək-
linin morfoloji əlaməti kimi çıxış edir. Müasir Azər-
baycan dilindən fərqli olaraq, orta əsrlərdə bu şəkilçi
dilimizdə həm də indiki zaman mənasında işlənmişdir.
Türk dillərində arzu şəklinin ifadəçisi kimi gələcək za-
man anlayışına malikdir.
Bəzən feli sifət şəkilçiləri yalnız müəyyən bir
qrup üçün, yaxud müəyyən bir dil üçün spesifik sayıla
bilər. Məsələn, uyğur-oğuz qrupu türk dillərindən olan
xakas dilində türk dillərində geniş işləkliyə malik olan
-ğan, -ar, -er, -r feli sifət şəkilçiləri ilə yanaşı, digər
qrup türk dillərində rastlanmayan -çan, -çen, -xalak,
-kelek, -xadıq, -kediq, -aaçı, -eeçi
kimi feli sifətləri də
müşahidə olunur.
H.Mirzəzadə bu şəkilçi ilə bağlı yazır:“-(y)-əsi,
-ası şəkilçisinin mənaca dəqiqləşməsi, bir vəzifədən
başqa bir vəzifəyə doğru meyl etməsi prosesi təxminən
XVII əsrin sonundan başlayır. Bu dövrə qədər həmin
şəkilçinin feli sifət şəkilçisi kimi işlənməsinə çox az,
gələcək zamanın şəkilçisi kimi işlənməsinə isə daha
çox təsadüf edilir. Müasir Azərbaycan dilində bu nis-
bət pozulmuş, o, gələcək zaman əvəzinə feli sifət şəkil-
çisi kimi özünü göstərməkdədir”
2
.
1
Боровкова Т.А. Грамматический очерк языка «Дивану лугат-ит-
турк» Махмуда Кашгари. АКД, Ленинград, 1966, с. 10.
2
Mirzəzadə H. Azərbaycan dilinin tarixi morfologiyası. Bakı, Azərb.
Dövlət tədris-pedaqoji ədəbiyyatı nəşriyyatı, 1962, s. 261.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
153
Ümumiyyətlə, -ası,-əsi şəkilçisinin Azərbaycan
dilində, eləcə də bir sıra türk dillərində funksiyası ge-
nişdir. Belə ki, -ası,-əsi şəkilçisi feli sifəti, felin lazım
şəklini ifadə etməklə yanaşı, həm də tarixən dilimizdə
qəti gələcək zaman formasını bildirmişdir.
H.Mirzəzadə M.Füzulinin dilində də gələcək za-
manın -ası, -əsi şəkilçisi ilə də ifadə edildiyini, lakin
buna aid nümunələrin o qədər də çox olmadığını yazır.
Məs.: Mən deməzmidim ki, bir gün ağlayasıdır gülən
(M.Füzuli).
-ası, -əsi formasının qəti gələcək zaman mənasın-
da işlənməsi yalnız Azərbaycan dilində deyil, çox ge-
niş şəkildə türk dilinin keçmiş dövrlərində, qismən də
müasir tatar dili və onun dialektlərində müşahidə olu-
nur
1
.
Felin şərt şəkli bütün türk dillərində mövcuddur
və digər fel şəkilləri ilə müqayisədə bütün türk dilləri
üçün sabit bir morfoloji əlamətə malikdir. Belə ki, -sa,
-se şəkilçi variantı daha çox müşahidə olunur. Araşdır-
dığımız müasir türk, türkmən, qazax, qaraçay-balkar,
qaraqalpaq, noqay, krım-tatarlarının dillərində -sa,-se
variantından istifadə olunur. Azərbaycan, qaqauz, ka-
zan-tatar, uyğur dilləri üçün -sa, -sə variantları xarak-
terikdir. Türk dillərindən yalnız başqırd dilində -ha,
-hə şəkilçisi müşahidə olunur. Müasir qırğız dilində
-sa, -se, -so, -sö, altay dilində -sa, -se, -so, -sö, -za, -ze,
-zo, -zö, xakas və tuva dillərində -sa, -se, -za, -ze fo-
netik variantlarına rastlanır.
1
Rüstəmov R.Ə. Azərbaycan dilinin dialekt və şivələrində fel. Bakı,
Azərb. SSR EA nəşriyyatı, 1965, s. 225.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
154
A.N.Kononov türk və özbək dillərində şərt şəkli-
nin iki zamana indiki-gələcək (-sa
2
) və keçmiş (-sa idi)
zamana malik olduğunu yazır
1
.
V.M.Nasilov şərt şəklinin qədim uyğur dilində
-sar, -ser forması ilə ifadə olunduğunu və şərt şəklinin
indiki-gələcək zamanı ifadə etdiyini qeyd edir
2
.
N.K.Dmitriyev -sa, -se şəkilçisinin qədim variantı
kimi Orxon-Yenisey abidələrində,eyni zamanda -sar/-
ser<-ısar/-iser variantlarının müşahidə olunduğunu və
şərtdən başqa, həm də zaman ifadə etdiyini yazır.
P.Melioranski isə onu şərt feli bağlaması hesab edir
3
.
Feli bağlamaları həmhüdud formalara daxil etmə-
məyimizin səbəbi feli bağlamaların müstəqil zaman
anlayışı ifadə edə bilməməsi ilə əlaqədardır.
Doğrudur, dilçilikdə A.M.Şerbak -a//-ə-ni gələ-
cək zaman, N.K. Dmitriyev -ıb, -ib, -ub, -üb şəkilçisini
keçmiş zaman, -alı//-əli-ni isə gələcək zaman şəkilçisi
adlandırmışdır.
A.N.Kononov haqlı olaraq göstərmişdir ki, feli
bağlamaları zamanlara görə təsnif etmək düzgün deyil,
bunları ancaq formaya görə təsnif etmək lazımdır.
Çünki feli bağlamalar müstəqil surətdə zaman məzmu-
nu ifadə edə bilmir.Onların zaman məna çalarlığı müs-
təqil fellə qarşılaşdıqda müəyyənləşir, yəni feli bağla-
1
Кононов А.Н. Грамматика современного турецкого литературного язы-
ка.М.-Л.,1956, с.243; Кононов А.Н.Грамматика современного узбекского
литературного языка. М.-Л.,1960, с. 232.
2
Насилов В.М. Древнеуйгурский язык. Москва, ИВЛ, 1963, с. 78.
3
Дмитриев Н.К. Категория наклонения. Строй тюркских языков. М.,1962,
с. 164.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
155
manın zaman çaları müstəqil felin zamanından asılı ol-
duqda müəyyənləşir
1
.
A.N.Kononovun bu fikri ilə tam razılaşır və ona
görə də feli bağlamanı zaman anlayışı ifadə edən həm-
hüdud formalara aid etmirik.
Fikrimizcə, feli sifət və felin şəkillərində zaman
və ya onları formalaşdıran morfoloji əlamətlərin za-
man üzrə bölgüsü məsələsi ayrıca araşdırılma tələb et-
diyindən gələcəkdə xüsusi tədqiqat obyektinə çevril-
məlidir.
§3. Türk dillərində fel zamanlarının
semantik-üslubi xüsusiyyətləri
1.
Keçmiş zamanın semantik-üslubi üsusiyyətləri
-dı şəkilçili keçmiş zaman. Məlum olduğu üzrə,
-dı şəkilçili keçmiş zaman forması bütün türk dillə-
rində mövcuddur. Haqqında danışdığımız bu zaman
forması türk dillərində bir sıra spesifik məna xüsusiy-
yətlərinə malikdir. -dı şəkilçili keçmiş zaman forması-
nın məna xüsusiyyətlərinin müəyyənləşdirilməsi ilə
bağlı qeyd etməliyik ki, bu ayrı-ayrı türk dillərində
müxtəlif cür təqdim olunur. Belə ki, -dı şəkilçili keç-
miş zamanın məna xüsusiyyətlərinin normal şəkildə
təqdim edilməsi və sayının artırılması halları vardır.
Zaman formalarını tədqiq edən dilçilər arasında
türk dillərində felin keçmiş zamanının 5 məna xüsusiy-
yətinin olduğunu söyləyən dilçilər daha çoxdur. Belə
ki, akademik A.Axundov şühudi keçmiş zamanın 5
məna xüsusiyyətinin olduğunu göstərir
2
. Azərbayacan
1
Müasir Azərbaycan dili. II cild. Bakı, “Elm” nəşriyyatı, 1980,
s. 380.
2
Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, s. 51-55.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
156
dilçiliyində felin keçmiş zaman formalarını tədqiq et-
miş professor T.Əfəndiyeva da şühudi keçmiş zamanın
semantik xüsusiyyətlərini ətraflı şərh etmişdir
1
.
Y.Kərimov Azərbaycan və qazax dillərində qəti
keçmiş zamanın ifadə etdiyi 5 məna xüsusiyyətini gös-
tərmişdir
2
.
B.Xəlilov akademik A.Axundovun fikirlərini eyni
ilə təkrar edərək şühudi keçmiş zamanın 5 məna çala-
rını göstərmişdir
3
.
İ.Vəliyev Azərbaycan dilinin XIV-XIX əsr yazılı
abidələrində, N.Salehova tatar dilində, R.Əskər Mah-
mud Kaşğarlının “Divanü lüğat-it-türk” əsərində -dı
şəkilçili keçmiş zaman formasının 4 semantik xüsu-
siyyəti
4
haqqında danışmışlar.
Bu haqda saysız-hesabsız türkoloji tədqiqatlar
mövcuddur. O.Allanazarov -dı şəkilçili keçmiş zamanı
qəti keçmiş zaman adlandıraraq türkmən dilində onun
altı semantik xüsusiyyətini fərqləndirir
5
. K.Ubaydulla-
yev “Категория прошедшего времени глаголов в
изъявительном наклонении в современном кара-
калпакском языке” adlı əsərində qaraqalpaq dilində
1
Əfəndiyeva T. Felin keçmiş zaman formaları. Bakı, “Nurlan”, 2005, s. 32-35.
2
Керимов Я. Времена глагола в азербайджанском и казахском языках.
АКД. Баку, 1973, c. 11-12.
3
Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası. II hissə. Bakı, Nurlan,
2007, s. 221-222.
4
Велиев И.Д. Формы прошедшего времени в письменных памятниках азер-
байджанского языка XIV-XIX вв. АКД. Баку, 1969, с. 11; Салехова Н.Х.
Грамматическая категория времени татарского глагола и темпоральность.
АКД. Казань, 1975, с. 7; Əskər Ramiz. Mahmud Kaşğari və onun “Divanü
lüğat-it-türk” əsəri. Bakı, “MBM”, 2008, s. 264.
5
Алланазаров О. Прошедшее время в современном туркменском
литературном языке. Ашхабад, “Ылым”, 1975, с. 53-57.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
157
qəti keçmiş zamanın bir sıra semantik xüsusiyyətlə-
rindən bəhs etmişdir
1
.
E.İ.Korkina da yakut dilində qəti keçmiş zamanın
5 məna xüsusiyyətini göstərir
2
. Lakin təəssüflə qeyd
etməliyik ki, o da bu məna xüsusiyyətlərinə qəti keç-
miş zamanın malik olduğu iki üslubi xüsusiyyəti daxil
edir.
B.Çarıyarov leksik mənasından və mətnin xarak-
terindən asılı olaraq cənub-qərb qrupu türk dillərində
qəti keçmiş zamanın 16 müxtəlif məna növünü qeyd
edir
3
. Müəllifin göstərdiyi məna xüsusiyyətlərinin bir
neçəsi üslubi xarakter daşıyır və burada qəti keçmiş
zaman forması müvafiq zaman formalarını əvəz edir.
Başqa sözlə desək, burada qəti keçmiş zamanın sırf
məna xüsusiyyətləri ilə yanaşı, digər xüsusiyyətlər və
ya çalarlar məna xüsusiyyətləri kimi təqdim olunmaqla
onun semantik xüsusiyyətləri lüzumsuz sayda artırılır.
Ona görə də B.Çarıyarovun zaman formalarının üslubi
xüsusiyyətlərini felin zamanlarının bilavasitə semantik
xüsusiyyətləri və mənaları kimi təqdim etməsi fikri ilə
razılaşmırıq.
Felin zaman formalarının semantik xüsusiyyətlə-
rinin bütün türk dillərində müşahidəsi onun semantik
xüsusiyyətlərinin inkişafını və zənginliyini təmin edir
və bu da eyni zamanda türk dillərində həmin zaman
1
Убайдуллаев К. Категория прошедшего времени глаголов в изъявитель-
ном наклонении в современном каракалпакском языке. Изд. «Каракалпак-
стан», Нукус, 1978, с. 43-52.
2
Коркина Е.И. Наклонения глагола в якутском языке. Москва, «Наука»,
1970, с. 71-75.
3
Чарыяров Б. Времена глагола в тюркских языках юго-западной
группы. АДД. Ашхабад, 1970, с. 50-53.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
158
formalarının üslubi xüsusiyyətlərinin zənginliyini
şərtləndirir. Ona görə də müxtəlif zaman formalarının
semantik xüsusiyyətlərini göstərdikcə üslubi məqam-
ları da şərh etməyə çalışacağıq.
Türk dillərində -dı şəkilçili keçmiş zaman for-
masının semantik xüsusiyyətləri aşağıdakılardır:
1. Qətilik xüsusiyyəti. Şühudi keçmiş zaman for-
ması hal və ya hərəkətin keçmişdə qəti icra olunub bit-
diyini göstərir. Təsadüfi deyil ki, əksər türk dillərində
bu zaman forması qəti keçmiş zaman adlandırılır. Mə-
sələn: Azərb.:Cəbrayıl gedib lap küncdəki stolun ya-
nında dayandı(İMəlikzadə,Günəşli payız); Onlar təsdiq
etdilər, zirzəminin qapısını bağlayıb çölə çıxdılar (M.
İbrahimov, Gələcək gün); qaqauz:Sevä-sevä evlendi
Çokoy Kostinin kızına Paşikaya (N.Baboqlu); Geldi
avqust da Kırboba gitti instituta эkzamen vermää (D.
Kara Çoban, İdeya kurbanı); başqırd: -İptəş komandir,
leytenant! Serjant Qalin diviziya politotdelenən kayttı
(X.Kərim);özbək:Maҳalliy ҳokimiyat orqanlari raxbar-
lariqa işninq borişi ustidan nazoratni kuçaytiriş topşi-
rildi(Marifat qazetasi);qırğız:Ömür-ölüm!Bul eköönün
– jarık menen karaŋqılıktın betteşüüsü kırqız jerinin
biyik çokusu Üzönqülöş aşuusunda boldu. Çıqarmanın
sujettik-kompozisiyalık mazmunu da önüqüp oturup
biyiktiqine jetti(http://newskg.narod. ru/ kut/06/0623).
2. Şahidlik xüsusiyyəti. Danışanın şahidliyi ilə
keçmişdə baş verən hal və ya hərəkəti ifadə edir. Da-
nışan elə hərəkətlər haqqında məlumat verir ki, həmin
hərəkətləri o ya bilavasitə gözü ilə görmüş, səsini qula-
ğı ilə eşitmiş, ya da ki, həmin hərəkətlərin icra olunma-
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
159
sında bilavasitə iştirak etmişdir
1
. Bu mənada onları 3
məna çalarına ayırmaq olar:
a) Danışanın şahidliyi ilə və bilavasitə danışan tərə-
findən icra olunan hal və ya hərəkəti ifadə edir. Bu hə-
rəkəti icra edən şəxsin özünə aid olur və ona görə də
əsasən özünü I şəxsin təkində göstərir. Bu I məna ça-
ları adlanır; məs.:Azərb:yanvarın ikisində təzə işimə
gəldim. Bütün günü böyük bir materialı redaktə etdim,
işin axırına yaxın makinaçıya verdim.(Anar, Mən, sən,
o və telefon); - Hələlik, Adil, - deyib körpüsalanların
yanına tennis oynamağa getdim.(İ.Əfəndiyev, Körpü-
salanlar) mən yaxındakı avtomat budkasına girdim, ya-
rığa iki qəpiklik saldım və nömrəni yığdım(Anar); türk:
- Hastasınız...Dinleniniz diye getirdim; Senin kıyme-
tini şimdi anladım.Seni sevdiğimi şimdi anladım, Cev-
riye...(S.Derviş, Fosforlu Cevriye); qaqauz: Saptım
bän da bir tarla boyu kadar çektim onu sürülmüştä, ter-
su içindä kaldım (D.Kara Çoban,Tamannık); -Gezdim
sürüleri, sürekleri xem xezgeleri, öbür günä xepsi yola
deyni xazır olaceklar...(N.Baboqlu,Legendanın izi);
kazan-tatar:Xəzer min,bütən uennarımnı onıtıp,könneη
kolın tirəsendə böterelə başladım(Q.Bəşirov); qaraqal-
paq: Men de ündemey murtımnan külip jüre berdim
(Karakalpak xalık ertekileri).
b) Danışanın şahidlik etdiyi, eyni zamanda,
bilavasitə iştirakçısı olduğu hal və ya hərəkəti ifadə
edir. Bu II məna çaları hesab olunur. Məsələn: Azərb:
Sonra biz Soltanla Kərəmxanın yanında, göy otların
üstündə əyləşib söhbət elədik (İ.Əfəndiyev, Körpüsa-
1
Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961,
s. 52.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
160
lanlar); Biz Dağüstü parka getdik, açıq yay kafesində
yemək yedik (Anar,Gürcü familiyası); qaqauz: Bölä bir
çirkin çamurda biz yollandık dostumnan Anika Örgiy-
län Komrada (D.Kara Çoban,Korunmak); kazan-tatar:
Ul könne bez җiləktən üzebez qenə kayttık (Q.Bəşi-
rov).
Nümunələrdən də göründüyü kimi, danışan icra
olunan hərəkətin həm şahidi, həm də iştirakçısı olur.
c) Hərəkətin icrasında bilavasitə iştirak etmədən
yalnız şahid olduğu hal və ya hərəkəti ifadə edir. Bu
isə III məna çalarıdır. Məsələn: Azərb:Zəki ayağa du-
rub çobanın göstərdiyi yerə diqqətlə baxdı, sonra xə-
ritəni büküb kitabçanın içinə qoydu. Səfərlə xudahafiz-
ləşib,Qafar dayının həyətində qoyduğu maşının yanına
getdi(M.Süleymanov); Sadıqcan ani təəccüblə məktu-
bu alıb, nə isə demək istədi. Lakin Cəmil döngəni bu-
rulub gözdən itdi. Sadıqcan məktuba ani bir nəzər sa-
laraq, cibinə qoyub darvazanı açaraq, həyətə daxil ol-
du(İ.Əfəndiyev); türk: Biraz sonra iki polisle adam ve
beş yaşındaki Metin karakola geldi(A.Nesin,Çocuk);
Müdür -Bir Amerikan hava gediklisi bir çocuğu vurdu
(N.Hikmet); Sabiha-Mahsustan ne demek? Sen benim
nezaketimi ne zaman gördün?(N.Hikmet,Her şeye rağ-
men); kazan-tatar: Karasak, tıkrıktan biş-altı çalmalı
kilep çıktı. Alar, atlıy-yöqerə, tayakların bolqıy-bolqıy,
yaşьlər östenə taşlandılar. Alarqa kotoçkıç karqau süz-
ləre yaudırdılar (Q.Bəşirov).
Türk dillərində qəti keçmiş zaman formasının şa-
hidlik xüsusiyyətində müxtəlif məna çalarlarının ya-
ranması şəxs əvəzliklərinə əsaslanır.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
161
Belə ki, hərəkət danışanın şahidliyi və yalnız
subyektin özü tərəfindən icra edildiyindən birinci
şəxslə əlaqədar olur və ona görə də I məna çaları
birinci şəxsin təkində özünü göstərir. II məna çalarında
da subyektin şahidliyi özünü göstərir və burada
subyekt iş, hal və ya hərəkətin iştirakçılarından birinə
çevrilir. Bu isə əsasən birinci şəxsin cəmi üçün xarak-
terikdir.
III məna çalarında isə hər hansı müəyyən hərəkətin
icrası baş verir və burada subyekt hadisəyə yalnız
şahidlik etməklə kifayətlənir. Bu məna çalarına ikinci
və üçüncü şəxsin tək və cəmində rast gəlinir.
Burada qeyd etmək lazımdır ki, digər cənub-qərb
qrupu türk dillərinə nisbətən türkmən dilində müəyyən
keçmiş zamanın işlənmə sferası daha genişdir.
Məlumdur ki, Azərbaycan, türk və qaqauz dillərin-
də danışanın şahidliyi olmadan baş verən hərəkət
-mış/-miş şəkilçili qeyri-müəyyən keçmiş zamanla hə-
yata keçirilir, müasir türkmən dilində isə bu forma
yoxdur, ona görə də onu mənasının bir hissəsi -dı/-di
şəkilçili keçmiş zamanın köməkliyi ilə ifadə olunur
1
.
3.Ardıcıllıq xüsusiyyəti. Qəti keçmiş(-dı) zaman
formasının bütün türk dillərində müşahidə olunan se-
mantik xüsusiyyətlərindən biri də icra olunan hərəkət-
lərin ardıcıl şəkildə biri-birini izləməsidir. Burada
“müəyyən bir hərəkət icra olunur, sonra onun nəticəsi
olan digər hərəkətlər də icra edilir”
2
. Məs.:türk:Otur-
dum, romanda ne kadar Türk adı varsa değiştirdim.
1
Чарыяров Б. Времена глагола в тюркских языках юго-западной
группы. АДД. Ашхабад, 1970, с. 51.
2
Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, s. 54.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
162
Amerikan ismi koydum.elime bir yerden de Newyork”-
un planını geçirdim. Romandakı yer adları da Ameri-
kanca oldu. Şimdi sıra geldi, romanın yazarına. Mark
Obrien diye bir de ortaya Amerikan yazarı çıkardım
(A.Nesin,Çeviri Hikayeler, Romanlar); qaqauz: İndim
bän çaak o punarın suyuna, doldurdum şişeyi da gü-
culä çıktım, ama suladım onu(D.Kara Çoban); yakut:
Биирдэ Микиитэ эĥэтэ дьие таĥыттан сүүрэн киир-
дэ, кулун бергэĥэтин, таба сађынньађын хастыы
тардыталаан ороЊЊо элитэлэттэ уонна таĥырьда
төттөрү ыстанан тађыста.
Təbii ki, hərəkətlərin ardıcıllığı, müəyyən zaman
kəsiyini əhatə edir.Hərəkət ardıcıllığı arasındakı zaman
məsafəsi müxtəlif ola bilər. Belə ki,bir neçə dəqiqə ön-
cəki hadisədə baş vermiş hərəkətin ardıcıllığı, eləcə də
on il yaxud yüz il və s. arasında baş verən hərəkətlərin
ardıcıllığı mümkündür. Nümunələrə nəzər yetirək:
Azərbaycan dilində: Sonra küncdəki maşın işə düşdü,
işığı küçə pəncərəsini işıqlandırdı, sonra maşın da, elə
bil, o uzun şinelli kimi, hirslə yerindən götürüldü və
get-gedə səsi uzaqlaşdı, eşidilməz oldu (Elçin, Ağ də-
və); Onların dörd oğlu, bir qızı oldu, Gülməmməd Xo-
rasana gedib “Məşədi Gülməmməd” oldu. Amma Kər-
balayı İbixandan bir neçə il sonra Məşədi Gülməmməd
də rəhmətə getdi. Kürdobanın başbiləni, qonaq qabağı-
na çıxanı, qan bağlayanı, elçi gedəni Səkinə arvad ol-
du. Dünyagörmüş kişilər deyərdilər, “Səkinə ağılda,
kamalda atası Kərbalayı İbixana çəkib” (İ.Əfəndiyev,
Geriyə baxma, qoca).
Müşahidələr onu deməyə əsas verir ki, bu hərə-
kətlər real həyatda baş verənlərin zaman etibarilə bir-
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
163
birini izləməsidir. Belə bir ardıcıllıqla baş verən hərə-
kətlər ümumi dinamikaya malikdir və onlardan biri di-
gəri üçün səbəb və ya nəticə bildirir
1
.
Hərəkətlərin bir-birini izləməsi ardıcıllığı, eyni
zamanda, digər zamanlar üçün də xarakterikdir. Fik-
rimizcə, bu hər bir zamana aid oluna bilən ümumi se-
mantik xüsusiyyətdir. Çünki eyni xüsusiyyəti indiki və
gələcək zaman formalarında da müşahidə etmək olar.
4. Qəti keçmiş zaman formasının semantik xüsu-
siyyətlərindən “birdəfəlilik” xüsusiyyətini xüsusi qeyd
etmək lazımdır. Bu xüsusiyyət qəti keçmiş zamanın
ifadə etdiyi iş, hal və ya hərəkətin dəfələrlə deyil, bir
dəfə icra olunduğunu göstərir. Məsələn: Azərb.:Cavad
bəy Cahangir bəylə birlikdə qalanın keşikçi dəstəsini
möhkəmlətdikdən sonra qərargaha qayıtdılar (İ.Şıxlı,
Ölən dünyam); Bir azdan Canəli imtahan vermiş tələbə
kimi sevinə-sevinə içəridən çıxdı (İ.Məlikzadə); türk:
Polis işe karıştı. Çekişmenin sonunda Metin babasına
kaldı (A.Nesin); qaqauz: Dolapsiz avşamadak döndü
kuydän; Sabaylan onnar uyandılar erken (D.Kara Ço-
ban); Hepsi çingenelär kuvannar gibi sardılar balaban
xem gözäl iyri çatma kaşlı Mixalakiyi (N.Baboglu);
başqırd:70-90 yıllarda boşqird adabiyotida ko'plab pro-
zaik asarlar yaratildi
Dostları ilə paylaş: |