§2.Türk dillərində digər keçmiş zaman formaları
Bəzi türk dillərində keçmiş zamanın digər morfo-
loji əlamətlərlə ifadəsinə də rast gəlinir. Türk dillərində
az yayılmış keçmiş zaman formalarından biri -çık, -çik
şəkilçili keçmiş zamandır. Bu forma xakas, tofalar və
tuva dillərində müşahidə olunur.
tofalar tuva
xakas
Tək
I şəxs turcuk men kesçik men kilçikpin
II şəxs turcuk sen kesçik sen kilçiksin
III şəxs
turcuk kesçik kilçik
Cəm
I şəxs
turcuk bis kesçik bis kilçikpis
II şəxs
turcuk siler keçik siler kilçikser
III şəxs
turcuk(tar) kesçik(ter) kilçikter
-çık, -çik şəkilçili keçmiş zaman forması tofalar
dilində subyektiv keçmiş zaman
2
, tuva dilində ritorik
keçmiş zaman
3
adlandırılır. Müasir tofalar dilində -çık,
-çik, -çuk, -çük, -cık, -cik, -cuk, -cük, xakas dilində -çıx,
-çik, tuva dilində kar samitlərdən sonra -çık, -çik, -çuk,
-çük formal əlamətləri, l, m, n, ŋ sonor samitlərindən
sonra -cık, -cik, -cuk, -cük, saitlərdən və y,q,r samitlə-
rindən sonra -jık,-jik,-juk,-jük şəkilçi variantları işlənir.
1
Щербак А.М. Очерки по сравнительной морфологии тюркских язы-
ков (глагол). Ленинград, «Наука», 1981, с. 93.
2
Рассадин В.И.Морфология тофаларского языка в сравнительном ос-
вещении. Москва, «Наука», 1978, с. 212.
3
Исхаков Ф.Г., Пальмбах А.А.Грамматика тувинского языка. Фоне-
тика и морфология. Москва, ИВЛ, 1961, с. 375.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
86
Bu formanın qədim uyğur dilində də işləndiyini
göstərən D.M.Nasilov “ümumi zaman mənasına görə
-juq şəkilçili keçmiş zaman formasının nitq anına qədər
baş vermiş hərəkəti”
1
ifadə etdiyini bildirmişdir
.
“Genel Türkçe y-`nin Tuva ve Hakas lehçelerinde
ç-`ye döndüğü göz önünde bulundurulunca bu ekin Eski
Uygurcada işlek olarak kullanılan -yUK`tan geldiği ka-
bul edilebilir. Gerek Eski Uygurcadaki –yUK eki gerek
Tuva ve Hakasçadaki -CIK eki, Türkiye Türkçesindeki -
mIş işlevinde kullanılmaktadır”
2
. Bu forma nisbi fəallı-
ğını yalnız xakas dilinin kaçin dialektində saxlayır
3
.
Müasir xakas dilində -çıx forması keçmiş zaman məna-
sında qətilik və nəticəlik çalarları ifadə edir. -çıx forma-
sı bəzi məqamlarda -ğan formasına, bəzi məqamlarda
isə -dı formasına yaxın məna ifadə etdiyindən onun -dı
və -ğan şəkilçili keçmiş zaman formalarından fərqini
göstərmək çətindir
4
.
Türk dillərində nadir sayılan və zaman formasını
əmələ gətirən şəkilçilərdən biri də -çaŋ/-çeŋ, -caŋ/-ceŋ
şəkilçisidir. Bu şəkilçi müasir türk dillərindən xakas və
şor dilləri üçün xarakterikdir.
1
Насилов Д.М.Прошедшее время на –jük/juk в древнеуйгурском языке и его
рефлексы в современных языках.//Тюркологический сборник. М., «Наука».
Главная
редакция
восточной
литературы,
К
шестидесятилетию
А.Н.Кононова. АH СССР Институт народов Азии, 1966, с. 93.
2
Karşılaştırmalı Türk Lehçeleri Grameri. Fiil. Basit çekim. Ankara, TDK
Yayınları, 2006, s. 116.
3
Грамматика хакасского языка. Москва, «Наука», 1975, с. 222.
4
Yenə orada. s. 221
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
87
Xakas dilində -çaŋ/-çeŋ, -caŋ/-ceŋ, şor dilində
-çaŋ/-çeŋ formalarında təzahür edir. -çaŋ/-çeŋ şəkilçisi
xakas dilində “adi keçmiş zaman” formasını əmələ gə-
tirməyə xidmət edir.
Şor dilində isə bu zaman forması “keçmiş-indiki
zaman” adlandırılır. Bu forma adətən keçmişdə baş ver-
miş, dəfələrlə təkrarlanan hərəkəti ifadə etmək üçün
işlədilir:
xakas şor
tək I şəxs itçeŋmin alçaŋmın
II şəxs itçeŋzin alçaŋzıŋ
III şəxs itçeŋ alçaŋ
cəm I şəxs itçeŋmis alçaŋmıs
II şəxs itçeŋzer alçaŋzar
III şəxs itçeŋner alçaŋnar
Türk dillərində nadir təsadüf olunan və keçmiş za-
manı ifadə edən şəkilçilərdən biri -atın, -etin şəkilçisi-
dir. Araşdırdığımız müasir türk dillərindən yalnız qazax
dilində müşahidə olunur. Məsələn:
tək cəm
I şəxs men jaz-atın-mın biz jaz-atın-bız
II şəxs sen jaz-atın-sıŋ sender jaz-atın-sıŋdar
II şəxs siz jaz-atın-sız sizder jaz-atın-sızdar
III şəxs ol jaz-atın olar jaz-atın
1
Türk dillərinin ayrı-ayrı qrupları üzrə felin keçmiş
zamanlar sistemini aşağıda təqdim etdiyimiz cədvəllər
aydın nümayiş etdirir.
1
Основа глагола. Глагол изъявительного наклонения.
http://www.balkaria. info/dictionaries/tatar/stya/6.html
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
88
§3. İndiki zamanın morfoloji əlamətləri
Araşdırdığımız müasir Azərbaycan, türk, qaqauz,
başqırd, qumuq, karaim, kazan-tatar dillərində indiki za-
manın yalnız bir formasına təsadüf olunur və təbii ola-
raq yalnız bir morfoloji əlamətlə formalaşdığına görə bu
dillərin əksəriyyətində indiki zaman forması indiki
zaman termini ilə verilir.
Eyni dil qrupuna daxil olmasına baxmayaraq oğuz
qrupu türk dillərində indiki zamanı əmələ gətirməyə
xidmət edən şəkilçilər bir-birindən tamamilə fərqlənir.
Belə ki, Azərbaycan dilində -ır, -ir, -ur, -ür şəkilçisi,
türk dilində -yor şəkilçisi, türkmən dilində -yar, -yər
şəkilçisi, qaqauz dilində -er, -yer şəkilçisi felin indiki
zamanını əmələ gətirir. Bunu aşağıdakı nümunələrdən
də aydın görmək olar:
Azərbaycan türk türkmən qaqauz
Tək I ş. yazıram okuyorum bilyərin gezerim
II ş. yazırsan okuyorsun bilyərsiŋ gezersin
III ş. yazır okuyor bilyər gezer
Cəm I ş. yazırıq okuyoruz bilyəris gezeriz
II ş.yazırsınız okuyorsunuz bilyərsiŋiz gezersiniz
III ş.yazırlar okuyorlar bilyərlər gezerlär
Azərb.:- Bircə dəqiqəliyə dəhlizə çıxmağınızı xa-
hiş edirlər (H.Abbaszadə, Hündür hasar arxasında); -
Əməliyyat tapşırığında göstərilənlərin hamısına son
dərəcə dəqiqliklə əməl edirik. Bütün fərziyyələr boşa
çıxır(M.Qacar, Metroda terror); türk:Enver –Kocanızla
konuştuklarımı sizin de duymanızı istedim...Kocanızın
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
89
tiyatromda bir karışıklık ünsürü olduğunu biliyorsunuz
(N.Hikmet,Her şeye rağmen);-Darılma ama, sen ihtiyar-
ladıkça tuhaflaşıyorsun; Evde oturmaktan sıkıldığı vakit
onu tertemiz giydiriyorlar, açık bir arabaya bindirerek
hava almağa gönderiyorlar(R.N.Güntekin,Yaprak dökü-
mü); türkmən: -Ay, Annaqulu xan gelyär, gelinler, qız-
lar, serediŋ, görüŋ(A.Durdıev, Saylanan eserler); - Ata,
yanki dor atam galdy gelin, indi başga bir ýyldam atly
yzymyzdan koşyar(Göroglunuň döreýşi); qaqauz:-Neçin
aalээrsın,küsersin bana mı?– sordu Varaklı(D.Kara Ço-
ban, Unudulmaz yortu); - Giderim,- dedim xızlı işlerimi
toplayarak.–Yırakta mı yaşээrlar?; Büük umutlan bek-
leerim, kalın saalıcaklan!(N.Babaoqlu, Legendanın izi).
Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələ-
rində səsli ilə bitən fellərdə -yor/-yör şəkilçisi də işlədi-
lir. Bu şəkilçilər onuncu hecasında dodaqlanan qapalı u,
ü səsliləri olan fellərdədə işlədir. Məs.: oxuyorsaŋ, oxu-
yorsuŋuz, üşüyör, üşüyörsüŋüz və s.
Həmin şəkliçilərə qərb qrupu dialekt və şivələrində
nisbətən az təsadüf edilir
1
.
Türk dilinin Eskişehir, Trabzon, Trakya ağızların-
da ədəbi dil üçün xarakterik olan -yor şəkilçisinin ixti-
sar olunmuş -yo variantından istifadə olunur. Məs.:Garı-
sı da, benim evlenmem yakışmaz, amma senin evlen-
men yakışır.Ve herif gediyo birine dünür. Allahın em-
riynen gızını isdiyo.O da veriyo(A.Caferoğlu).
1
Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələri.I c.,Bakı,Azərb.SSR.
EA nəşri,1967, s.118.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
90
Türkmən dilinin Qaradaşlı dialektində felin indiki
zamanı -ya/-ye,-ya:/-ye:, -yar/-yer, -ya:r/-ye:r, -yor/-yör
formalarına malikdir. Bunlardan -ya/-ye, -yo/-yö aktiv
işlənir, digərlərinə isə fakultativ rastlanır
1
.
Müasir Azərbaycan, türk, qaqauz dillərində indiki
zamanın bir forması olduğu üçün indiki zaman, türkmən
dilində isə indiki zamanın daha çox forması olduğundan
-yar, -yər şəkilçili əsas indiki zaman formasını ümumi
indiki zaman adlandırırlar.
“- yar/-yer ekinin sonundaki r sesinin düşürülerek
ekin –ya/-ye şeklinde kullanıldığı örnekler de oldukça
yaygın kullanılmaktadır:Ayperi men saña diyyen; Ag-
şam giç yatanıñ üçin kelleñ dağı agırya mı?; Biz şe-
herde yaşayas ”.
2
-Yar, -yər şəkilçisi ilə düzələn indiki zaman türkmən
dilində əsas zaman forması hesab olunur. F.Zeynalov bu
haqda yazır:“Türkmən dilində işlənən indiki zaman for-
ması ancaq bu dilə xasdır. Digər türk dillərinin heç bi-
rində bu şəkilçilərə rast gəlinmir”
3
.
Türkmən dilində indiki zaman formalarının sayının
müəyyənləşməsi məsələsində qrammatika kitablarında
fikir ayrılığına rast gəlirik. A.V.Starçevski indiki zaman
feli kimi barayormen, barayorsin, barayor paradiqma-
1
Акмамедов М.Карадашлинский диалект туркменского языка. АКД.
Ашхабад,1975,с. 25
2
Türk Vahit. Türkçede Şimdiki Zaman Kavramı, Çekimlei ve Ekleri. // Türk Dili
Araştırmaları Yıllığı Belleten 1996, Ankara, 1999, s. 315.
3
Zeynalov F. Türkologiyanın əsasları. Bakı, Maarif, 1981, s. 147.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
91
sını misal gətirir və onu qeyri-müəyyən indiki zaman
adlandırır
1
.
Müasir Azərbaycan dilində indiki zamanı əmələ
gətirən -ır, -ir, -ur, -ür
şəkilçisi və qeyri-qəti gələcək za-
manı əmələ gətirən -ar, -ər şəkilçisi müasir türk dilində
geniş zaman formasını yaratmağa ximət edir.
Ümumiyyətlə, Azərbaycan dilində indiki zamanı
əmələ gətirən -ır, -ir, -ur, -ür
şəkilçisi Azərbaycan di-
lindən başqa bizə məlum olan bütün türk dillərində
qeyri-qəti gələcək zaman formasının morfoloji əlaməti
kimi çıxış edir. Əlbəttə, burada qeyri-qəti gələcək za-
man termini şərti xarakter daşıyır. Çünki hər bir türk
dilində bu forma müxtəlif terminlərlə adlandırılır.
Türk dilinin dialektlərinə nəzər salsaq, -yor şəkilçi-
sindən başqa indiki zaman formasının digər rəngarəng
variantlarına rast gəlmiş olarıq. Azərbaycan ədəbi dilin-
dəki -ır, -ir, -ur, -ür
indiki zaman şəkilçisi türk dilinin
dialektlərində indiki zaman şəkilçisi kimi geniş yayıl-
mışdır.
Van eli ve yörəsində -i,-ir,-iri, Qaziantepe, Ma-
latya, Elazığ vilayeti şivələrində -iy zaman şəkilçilərin-
dən istifadə olunur. Məsələn:
Mekdübün alam da sürem üzüme
Dünya malı görünmiy gözüme.
Gızım, her hal sana içgi içiriyler, seni serhoş ediy-
ler; -Nere gidiysin? Oğlan da: -Gidem babamıŋ elini
öpem, soyna gelem,dedi; Anası hemen goşi siyah atın
1
Акмамедов М.Карадашлинский диалект туркменского языка.АКД. Ашха-
бад, 1975, с.31
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
92
guyruğunnan bi gel alıp getiri; Bi gün patşah hanım
sultana diyir (A.Caferoğlu).
İndiki zaman Azərbaycan dilinin dialekt və şivələ-
rində ən azı altı qrammatik formal əlamətə malikdir. İn-
diki zaman şəkilçilərinin və əmələgəlmə vasitələrinin
bu cür müxtəlifliyi Azərbaycan xalqının formalaşması-
nın tarixi qanunauyğunluqlarından, onun etnik tərkibin-
dən, Azərbaycan dilinin tarixindən irəli gəlir
1
.
Azərbaycan dilinin Şərur şivəsində indiki zaman
formasını əmələ gətirmək üçün -ır
4
/-yır
4
şəkilçilərindən
istifadə olunsa da, Qarabağlar kəndində birinci şəxsin
tək və cəmində -ıy, -iy, -y, ikinci şəxsin tək və cəmində
-ı,-i şəkilçilərinin istifadəsi müşahidə olunur: qavıyam,
gēyəm, baxıyux, qaçısan, dēsiz, tapısız və s
2
. Azərbay-
can dilinin Lerik rayonu şivələrində indiki zaman I şəx-
sin tək və cəmində -iy//-ay, II və III şəxslərdə -ey zaman
şəkilçilərindən istifadə olunur; məs.:gəliyəm//gəlayəm,
gəliyoğ, bileysən, bileysuz,biley,bileylər və s
3
-İ şəkilçisinin indiki zaman yerində işlənməsinə
Azərbaycan dilinin dialekt və şivələrində də rast gəlinir.
-I, -i, -u, -ü şəkilçisi şivələrimizdə indiki zamanı ifadə
etməklə bərabər, bəzən qeyri-qəti gələcək zaman yerin-
də də işlənir. T.Hacıyev -ır/-ar, -ıy/-ay, -ıd/-ad şəkilçilə-
1
Рустамов Р.А.Формы настоящего времени в диалектах и говорах азербайджанского
языка.//Вопросы диалектологии тюркских языков.Т.IV.Баку,1966, с.35.
2
Имамкулиева К.Г.Шарурские говоры азербайджанского языка. АКД. Баку,
1991, с. 19
3
Binnətova G.Azərbaycan dilinin Lerik rayonu şivələri. Bakı, 2007,s.77
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
93
rinin eyni şəkilçinin sonrakı inkişaf təzahürləri olduğu-
nu hesab edir
1
.
Türk ağızlarında müşahidə olunan -ıy və -iri şəkilçi-
ləri Cənubi Azərbaycan dialektlərində də istifadə olu-
nur.
Axısqa türklərinin dilində indiki zamanın, eyni za-
manda -iyer şəkilçisi ilə düzəldiyi müşahidə olunur:
Pəncərədən baxiyer, Almış məndil toxiyer
2
. İndiki za-
manın bu morfoloji göstərici ilə ifadə olunmasına qa-
qauz dilinin dialektlərində də rast gəlirik.
Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələ-
rində indiki zaman -er, -or, -ör şəklində özünü göstərir.
Bu forma Kars tərəkəmələrinin dilində də işlənir. Bun-
dan başqa, M.Ergin tərəkəmə və qarapapaq ağızlarında
da indiki zaman -êr,-or,-ör şəklində müşahidə olundu-
ğunu vurğulayır
3
.
Maraqlıdır ki, bu şəkilçi bulqar qrupu türk dillərin-
dən olan başqırd ədəbi dilində də müşahidə olunur. La-
kin o bu dildə indiki zamanı deyil, gələcək zaman for-
masını əmələ gətirməyə xidmət edir.
Azərbaycan dilinin Quba dialektində indiki zaman
formasını əmələ gətirmək üçün -adu, -ədü şəkilçisindən
istifadə edilir.Məs.:aladu, gələdü və s
4
.
Görkəmli dialektoloq akademik M.Şirəliyev -adu,-
ədü indiki zaman şəkilçisinin bütünlüklə Quba dialek-
1
Hacıyev T.İ.-dürür/-türür şəkilçisinin mənşəyinə dair.Türk dillərinin tarixi morfo-
logiyasına dair araşdırmalar.Bakı, Universiteti 1990, s. 64.
2
Kazımov İ. Axısqa türklərinin dili. Bakı, 1999, s. 217.
3
Ergin M.Azeri Türkçesi. İstanbul,Edebiyat Fakültesi Basımevi,II baskı, 1981,s. 144
4
Rüstəmov R.Ə.Quba dialekti.Bakı,Azərb.SSR EA nəşriyyatı,1961,s.148
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
94
tində müşahidə olunduğunu qeyd etməklə yanaşı, həmin
şəkilçiyə eyni zamanda, səpələnmiş halda Bakı, Mərəzə,
Əli Bayramlı
*
rayonlarının bəzi kənd şivələrində rast
gəlindiyini də yazır
1
.
Bildiyimiz kimi, indiki zamanın bu forması qıp-
çaq, bulqar, uyğur-oğuz qrupu türk dilləri üçün xarakte-
rikdir.
Naxçıvan dialektinin Nehrəm kənd şivəsində indi-
ki zamanın II şəxs tək və cəmində bəzən r səsinin düş-
düyü, inkarda I şəxs tək və cəmində isə r səsinin assi-
milyasiya nəticəsində n səsinə keçdiyi müşahidə olun-
muşdur.Bu xüsusiyyəti(r>n) Nuxa dialektinin Baş Göy-
nük, Baş Layısqı, Aşağı Göynük kənd şivələrində də
görə bilirik: deyisən, deyisiz, gəlisən, gəlisiz, yeminəm,
yeminıx, yazmınam, yazmınıx
2
.
Müasir Azərbaycan ədəbi dilində indiki zamanın in-
karının ifadəsi ilə bağlı bir cəhəti də nəzərə çatdırmaq
istərdik.
Belə ki, felə inkar şəkilçisindən sonra zaman şəkilçi-
si artırıldıqda iki saitin yanaşı işlənməməsi üçün -ma,
-mə şəkilçisinin saiti düşür.Məsələn: getmirəm, getmir-
sən, getmir, getmirik, getmirsiniz, getmirlər və s.
- Bu sizin öz işinizdir. Lakin bunun bir fayda verə
biləcəyinə inanmıram(M.Qacar, Metroda terror); -Ay
dədə, neçə dəfə sənə demişəm, yenə yadında qalmır
*
Əli Bayramlı şəhərinə 2008-ci ildən Milli Məclisin qərarı ilə “Şirvan” adı verilmişdir.
1
Şirəliyev M.Azərbaycan dialektologiyasının əsasları.Bakı,1962,s.220.
2
Şirəliyev M.Azərbaycan dialektologiyasının əsasları.Bakı,1962,
s.228.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
95
(M.İbrahimov, Böyük dayaq); -Sən niyə evlənmirsən?; -
Vaqif Vəkilovun, -dedim, -cavan şairdir, yəqin, sən
tanımırsan (Anar, Gürcü familiyası);
Saxta insanlara tez uyub bəzən,
Yaxşını yamandan seçə bilmirik.
Yolumuz üstündə qanqal tək bitən
Bədxahı, nadanı biçə bilmirik
(M.Mirzəliyeva)
M.Hüseynzadə bu haqda yazır:“... bu yeni şəklin
canlı danışıq dilimizdə əsasən qəbul edilib, tələffüzdə
asanlıq törətdiyi müsbət hadisə hesab olunsa da,sözlərin
şəkli təhlilində bəzən müəyyən çətinlik əmələ gətirir.
Belə ki, fel kökünü şəkilçilərdən ayırdıqda köklə zaman
şəkilçisi arasında qalan m samitinin inkarlıq kateqori-
yası şəkilçisi olması üçün xüsusi izahatla bərabər, yenə
də a, ə saitlərindən birini əlavə etmək lazım gəlir”
1
.
-ma, -mə və -ır, -ir, -ur, -ür şəkilçilərinin səs düşü-
mü olmadan, yəni getməyirəm, getməyirsən, getməyir
və s. şəkildə ifadəsi formal olaraq yalnız təsriflənmə za-
manı müşahidə olunan bir haldır.
Qeyd etməliyik ki, indiki zamanın inkar formasının
bu cür ifadə olunması dilimizdən demək olar ki, çıxmaq
üzrədir. Apardığımız müşahidələrə görə, müasir Azər-
baycan ədəbi dilində, az da olsa yalnız şeir dilində -ma-
yır, -məyir formasına rast gəlinir. Bu da çox güman ki,
1
Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı, Maarif, 1983,
s. 175.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
96
misradakı hecaların sayının uyğun gəlməsi məqsədinə
xidmət edir:
Pozulmaz qanundur – olum və ölüm,
Bu gündən sabaha çatmayır qolum.
Yoxluqdan varlığa uzanır yolum
Dünyada ötəri bir yolçuyam mən (N.Adışirin)
Türk dillərində digər bir zamanı formalaşdıran -ar,
-ər şəkilçili zaman formasının inkarına nəzər salsaq,
onda onun -ma+-ar, -mə+-ər şəkilçilərinin birləşərək
-mar, -mər şəklində təzahür etdiyinin necə şahidi olu-
ruqsa, eyni ilə də müasir Azərbaycan dilində -ma+-ır,
-ma+-ir şəkilçilərinin birləşməsi ilə əmələ gələn indiki
zamanın inkarı olan -mayır, -məyir formasının tədricən
öz yerini -mır, -mir, -mur, -mür formasına verdiyinin
şahidi oluruq. Bundan başqa, -ma, -mə iki cür yazılan
şəkilçi olduğu üçün -ır, -ir, -ur, -ür şəkilçisinin də inkar
zamanı yalnız iki variantından(-ır,-ir) istifadə olunduğu
halda, -mır,-mir,-mur,-mür forması dörd variantda təza-
hür olunur:
danışmayıram-danışmıram, dinməyirəm-dinmi-
rəm, oxumayıram-oxumuram, görməyirəm-görmürəm
və s.
Zənnimizcə, bu forma Azərbaycan ədəbi dilində ar-
tıq sabitləşmiş bir formadır. Çünki istər danışıq dilində,
istər elmi-nəzəri, istərsə də bədii əsərlərin dilində ki-
fayət qədər geniş işlədilir və bu norma pozuntusu hesab
olunmur. Çünki bu faktlar dildə mövcud olan qənaət
prinsipinin qanunauyğun nəticəsi kimi meydana çıx-
mışdır. Dildə belə faktlara tez-tez rast gəlinir.
-a, -e(-ə), -y şəkilçili indiki zaman. Türk dillərində
felin zamanlarını əmələ gətirən şəkilçilər ümumi cəhət-
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
97
lərə malik olmaqla yanaşı, bəzən fərqli xüsusiyyətlər də
kəsb edir. Bu baxımdan -a,-e(-ə),-y şəkilçisi maraq do-
ğurur. -a,-e(-ə),-y şəkilçisi qıpçaq, bulqar və uyğur-oğuz
qrupu türk dillərində indiki zamanın əsas morfoloji əla-
məti kimi istifadə olunur. Konkret olaraq, qazax, qırğız,
altay, noqay, başqırd, qumuq, özbək, sarı-uyğur, qara-
çay-balkar, kazan-tatar, tofalar, xakas, tuva, barabin-ta-
tar, çuvaş, yakut dillərində bu və ya digər fonetik va-
riantlarla müşahidə olunur.
Araşdırdığımız müasir qazax, qırğız, noqay, altay,
qaraqalpaq, krım-tatar, qaraçay-balkar,qumuq və tuva
dillərində indiki-gələcək zaman forması üçvariantlı -a, -
e,-y şəkilçisi vasitəsilə əmələ gətirilir. Tuva dilində bü-
tün şəxslər üzrə -a-dır, -e-dir, -y-dir şəklində, xakas di-
lində -a-dır,-e-dir,-dır, -dir şəklində formalaşır. Pro-
fessor Mustafa Öner bu münasibətlə yazır: -a tur-gan//
-a dur-gan//-a tu(r)-gan>a-tu-gın> atın şekilnde geli-
şen ek, işte hem bu devam eden hareketten (-a tur-)
ötürü geniş zaman ifadesi, hem de –gan eki dolayısıyla
tamamlanmış bir hareket, yani geçmiş zaman yükü ta-
şıdığı için, bizim “geniş zamanın hikayesi” olarak anla-
yıp tercüme edebileceğimiz bir fiil çekimini teşkil et-
mekdedir
1
.
Müasir başqırd və kazan tatarlarının dillərində -a,-ə,
-y şəkilçi variantları özünü göstərir. Müasir özbək
dilində isə -a, -y şəkilçi variantlarından istifadə olunur.
1
Öner Mustafa. Bugünkü Kıpçak Türkçesi. Ankara, Türk Dil Kurumu, 1998, s.152.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
98
Müasir qırğız və altay dillərində şəkilçinin -at, -et, -ot,
-öt, -yt, çuvaş dilində -at, -et variantlarına rastlanır.
-A, -e(-ə), -y şəkilçisi türk dillərində indiki zamanı
ifadə edən ən geniş yayılmış morfoloji əlamətdir. Oğuz
qrupu türk dillərindən başqa digər türk dillərində məh-
suldar indiki zaman forması kimi istifadə olunur. Müa-
sir qazax dilində indiki keçici zaman, noqay, özbək dil-
lərində indiki-gələcək zaman, başqırd, qumuq, karaim,
kazan-tatar dillərində indiki zaman, qaraçay-balkar di-
lində ümumi və konkret indiki zaman terminləri ilə ad-
landırılır. Nümunələrə diqqət yetirək:
tək cəm
I şəxs qazax: sanaymın sanaymız
karaim: kolamın kolabız
altay: baradırım baradırıbız
noqay: alaman alamız
özbək: boşlayman boşlaymiz
qumuq: alamän aläbїz
başqırd: kalamın kalabıž
tuva: aladır men aladır bis
II şəxs qazax: sanaysıŋ sanaysıŋdar
karaim: kolasın kolasız
altay: baradırın baradırıgır
noqay: alasıŋ alasız
özbək: boşlaysan boşlaysiz(lar)
qumuq: alasän aläsїz
başqırd: kalahıŋ kalahğıž
tuva: aladır sen aladır siler
III şəxs qazax: sanaydı sanaydılar
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
99
karaim: koladı koladırlar
altay: baradırı baradırı
noqay: aladı aladılar
özbək: boşlaydi boşlaydilar
qumuq: alä alałär
başqırd: kala kalalar
tuva: aladır aladırlar
qırğız: Özün körsötküsü kelqen jıqıluusuna şaşıp,
akırı bir günü oŋkosunan sayılat(Suleyman padişanın
nuskaları); qaraqalpaq:Tülkiniŋ қattı uzası kelip duzakşı
qarrınıŋ üine keledi (Н.А.Баскаков, Каракалпакский
язык); kazan-tatar:Jirdə Əxmət jırlıy, küktə böterelə-
böterelə turqaylar sayrıy (Q.Bəşirov) və s.
Qeyd etməliyik ki, tuva dilndə -a-dır, -e-dir, -y-dir
formasından başqa geniş yayılmış digər indiki zaman
formasından da istifadə olunur
1
.
Oğuz qrupu türk dillərində isə -a,-e(-ə),-y şəkilçisi
felin arzu şəklinin ifadə vasitəsidir.Maraqlıdır ki, müa-
sir Azərbaycan dilində də -a,-ə şəkilçisi arzu şəklini ifa-
də edir. M.Rəhimov bu şəkilçiyə, əsasən XIV-XVI əsr
abidələrində, həm də gələcək zaman şəkilçisi kimi rast
gəlindiyini qeyd edir
2
.
1
Bax: Джураева Дж. (Мухиддинова) Категория будущего времени глагола в
современном узбекском языке. АКД. Ташкент, 1961
2
Рагимов М. Формы выражения настоящих и будущих времен в письмен-
ных памятниках азербайджанского языка XIV–XVIII веков. АКД. Москва,
1957, с.10.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
100
Maraq doğuran məsələlərdən biri də -a, -e şəkilçi-
sinin türkmən dilinin bəzi dialektlərində(Esqi,Çovdur,
Nerezim və s.) indiki zaman yerində işlənə bilməsidir
1
.
E.A.Qrunina yazır:“Türk dilinin ilk yazılı abidələ-
rində qeyd olunan -a şəkilçili təsriflənən forma təxmi-
nən XVII əsrə qədər əsas elementlərdən biri olmuş,lakin
zaman formaları sistemində indiki və gələcək zaman
formaları dairəsində xeyli dəyişikliklərə uğrayaraq təd-
ricən bu rolu itirmişdir”
2
.
Bu münasibətlə Ə.Rəcəbli yazır:“Qədim türk yazılı
abidələrinin dilində felin indiki-gələcək zamanı fel əsas-
larına samitlə bitən fellərdə -a,-ə, saitlə bitən fellərdə -y
şəkilçisini artırmaqla əmələ gəlir. Indiki-gələcək za-
manda zaman şəkilçisindən sonra şəxs əvəzlikləri ilə
eyni fonetik tərkibə malik şəxs şəkilçiləri artırılır; məs.:
..iliŋiz üçün kazğanu öz kuy yıta siz(Y28) “eliniz üçün
qazanaraq öz eviniz üçün ağlayırsınız”. İniliŋ böri uça
(Y28).“Kiçik qardaşım qurd uçar”.Bars aldırılmay(Y28)
“Bars ayrılmaz”. Felin bu zamanı təkcə Yenisey abidə-
lərində, həm də çox az işlənir”
3
.
Müasir özbək dilində haqqında danışdığımız zaman
formasını əmələ gətirmək üçün yalnız -a və -y(söz sa-
mitlə bitdikdə -a, saitlə bitdikdə isə -y) şəkilçisindən is-
1
Поцелуевский А.П.Диалекты туркменского языка.Ашхабад, Туркменгосиз-
дат, 1936, с. 50.
2
Грунина Э.А.Форма времени на -а/-е по памятникам турецкого языка.с.28-
36: Тюркологический сборник.Москва,«Наука»,Главная редакция восточной
литературы, 1966, с. 28.
3
Rəcəbli Ə.Qədim türk yazısı abidələrinin dili.I h.Bakı, 2006,
s.562-563.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
101
tifadə olunur.Məs.:bolamın, beredi, salınadı(qazax); ke-
taman, baradı, karayman, beresiz(noqay); bilaman, iş-
layman (özbək).
Müasir türk dillərindən tatar dilində, bəzən də özbək
folklorunda indiki-gələcək zamanın I şəxsin təkinin in-
karı -mam formasında işlədilir. Bunu aşağıdakı nümu-
nələr bir daha təsdiq edir: işlamam, ketmam, bilmam və
s.
Bir cəhəti qeyd etmək istərdik ki, indiki-gələcək za-
manın I şəxsin təkinin inkarının bu cür ifadəsi müasir
türk dilində -ar, -ər, -ır, -ir, -ur, -ür,-r şəkilçiləri ilə
formalaşan geniş zamanın inkarının təsrifi ilə eynilik
təşkil edir.
Məlum olduğu üzrə, karaim dilində də indiki zaman
forması -a, -e, -y şəkilçisi vasitəsilə düzəlir:alamın, ala-
sın və s. Bəzən karaimlərin canlı danışıq dilində birinci
və ikinci şəxslərdə şəxs sonluğu ixtisar olunur; məs.:
alam, alas, alat və s.
Türk dillərində elə indiki zaman formaları mövcud-
dur ki, onların yayılma arealı məhduddur, məs.:özbək
dilinin Daşkənd dialektində -vot forması ilə formalaşan
xüsusi indiki zaman forması vardır.A.Q.Qulamov bu
formanı konkret indiki zaman forması adlandırır
1
. Məs.:
1
Гулямов Я.Г.Грамматика ташкентского говора.Ташкент,1968,Ч.I,
Морфология, Изд. «ФАН» Узбекской ССР, с. 116.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
102
kūrvotmən, kūrvotsen, kūrvott, kūrvotmız, kūrvotsız,
kūrvott
1
.
Dostları ilə paylaş: |