A) İNDİKİ ZAMAN FORMALARI
İndiki zamanın qeyri-müəyyən forması (The Present
Indefinite Tense Form).
İndiki zamanın qeyri-müəyyən forması hərəkətin yalnız
icra olunmasını bildirir. Hərəkət indiki zamanda baş versə
də, danışıq anına bağlı deyil. O, adətən, ümumiyyətlə və
yaxud həmişə baş verə bilər. Məsələn:
He knows nobody. He hates all people. Us he tolerates,
for we are the way of his desire (C.London. Short Stories,
216) “O heç kimi tanımır (tanımaq istəmir)”. O, bütün
insanlara nifrət edir. Bizə o, onun yolundan olduğumuz üçün
dözür (C.London, Qısa hekayələr, 216) [Bizi isə onun
ürəyincə / istəyincə olduğumuz üçün yola verir].
Bununla belə, indiki zamanın qeyri-müəyyən forması
müvafiq kontekstual şəraitdə danışıq anına aid olan hərəkəti
də ifadə edə bilir:
I tell you true. I am afraid. He is the breath of death
(C.London, Short Stories, 214) “Mən sənə doğru deyirəm.
Mən qorxuram. O, ölüm havasıdır” (CLQH, 214) […ölüm
nəfəsidir].
İngilis dilində indiki zamanın qeyri-müəyyən forması
başqa zaman formalarının da yerində işlənə bilir. Məsələn:
Ah, that is cust what I don’t understand! (M.Christie,
Selectid Stories, 91) “Ah, mən elə bunu başa düşə
bilmirəm!” (İndiki zamanın davamedici forması əvəzinə).
Even if it rains, we’ll work “Yağış yağsa da (belə), biz
sabah işləyəcəyik”. Your plane leaves in an hour’s time, he
said “Sənin təyyarən (sizin təyyarə) bir saatdan sonra uçur”,
-o dedi” (Gələcək zamanın qeyri-müəyyən forması əvəzinə).
I remember the scene very well. Miss. Blake in a dinner-
caket, arrives, at the ground floor by lift. The lift door opens
Blake gets out, looks at something on his left registers alarm
144
and walks away briskly.
*
“Mən bu səhnəni çox yaxşı
tanıyıram. Yemək libası (“smokinq”) geyinmiş Missis Bleyk
liftlə aşağı mərtəbəyə duşur. Liftin qapısı açılır, Bleyk
oradan (ondan) çıxır, solunda (sol tərəfində) nəyəsə baxır,
nədənsə üşənib, tezcə çıxıb-gedir” (Keçmiş zamanın qeyri-
müəyyən forması əvəzinə).
Üçüncü və dördüncü hallarda müqayisə edilən dillər
arasında tam müvafiqlik müşahidə olunur.
İ.Rəhimov və T.Hidayətzadə indiki zamanın qeyri-
müəyyən formasının işlənmə xüsusiyyətlərini Azərbaycan
dili ilə müqayisədə nəzərdən keçirərək qeyd edirlər ki, indiki
zamanın qeyri-müəyyən forması to leave, to start, to sail, to
return, to arrive, to go, to come felləri ilə işlənərək yaxın
gələcəkdə icra olunası hərəkəti bildirirlər [ , 99]. Məsələn:
The train starts in 10 minutes “Qatar 10 dəqiqətən sonra
yola düşür. Burada ingilis və Azərbaycan dillərinin zaman
formaları bir-birini tam ehtiva edir. Amma bunu da bilmək
lazımdır ki, azərbaycanca həmin məqamda qəti gələcək
zaman forması də işlənə bilir: “… yola düşəcək”.
İ.Rəhimov və T.Hidayətzadə indiki zamanın qeyri-
müəyyən formasının daha bir işlənmə məqamını qeyd
edirlər: if, unless, as soon as, provided that, when, until, till
bağlayıcıları ilə başlanan zaman və şərt budaq cümlələrində
qeyri-qəti gələcək zaman forması əvəzinə indiki zamanın
qeyri-müəyyən forması işlənir. Məsələn:
When she comes, I shall speak to her “O gələndə mən
onunla danışacağam”. They will wait until she returns “O
(qadın, qız) qayıdana kimi onlar onu gözləyəcəklər”.
İngiliscə felin şəxsli formasında olan comes “gəlir”,
returns “qayıdır” sözləri azərbaycanca mətndə felin şəxssiz
formaları ilə verilmişdir. Həmin kontekstdə başqa cür etmək
mümkün deyil.
Müəlliflər indiki zamanın qeyri-müəyyən formasının
müstəsna bir xüsusiyyəti kimi nitq zamanı icra olunan
hərəkəti ifadə etmək üçün indiki zamanın davamedici
*
Инэилисъя мисаллары И.П.Крылова вя Й.В.Крылованын “Щамы цчцн инэилис дили”
китабындан эютцрцлмцшдцр.
145
forması ilə işlənməyən fellərlə işlənməsini qeyd edirlər:
Do you see these new houses? “Bu yeni evləri
görürsünüzmü?”
İndiki zamanın qeyri-müəyyən formasının bir xüsusiyyəti
kimi də hərəkətin təkrar olunduğunu göstərən often, some-
times zaman zərfləri, every day, morning, evening kimi
zaman zərflikləri (söz birləşmələri) ilə işlənməsi qeyd olunur:
Every day I go to the library “ Hər gün mən kitabxanaya
gedirəm”. Bizcə, bu bəndi 2-ci və 3-cü bəndlə birləşdirmək
olar.
Bütün bunlardan sonra İ.Rəhimov və T.Hidayətzadə
göstərirlər ki, ingiliscə indiki zamanın qeyri-müəyyən forması
Azərbaycan dilində indiki zaman forması ilə tərcümə edilir.
Ancaq biz bilirik ki, bu belə deyil. Həmin forma Azərbaycan
dilində əsasən indiki zaman forması ilə tərcümə edilir.
Amma kontekstual şəraitdən asılı olaraq o, azərbaycanca
başqa zaman formaları, hətta felin şəxssiz formaları ilə də
tərcümə edilə bilir. Bu, müvafiq modal mənanın verilməsinə
maneçilik törətmir. Bildiyimiz kimi, felin şəxssiz formalarının
zamanı əsas felin ifadə etdiyi zamanda müəyyənləşir.
İndiki zamanın davamedici forması (The Present
Continuous Tense Form).
[ be felinin indiki zaman forması am, is, are və əsas felin
Participle I forması ilə düzəlir].
İndiki zamanın davamedici formasının əsas vəzifəsi dəqiq
göstərilməmiş indiki zamanda baş verən hərəkətləri ifadə
etməkdir. Həmin hərəkətlərin əlavə səciyyələri bitkin
olmama, dinamik və əyanilikdir. Ona görə də indiki zamanın
davamedici formasında yalnız dinamik fellər işlənir.
İndiki zamanın davamedici formasından aşağıdakı
hallarda istifadə olunur.
1. Nitq anında baş verən hərəkətləri ifadə etmək
məqamında. Məsələn:
It is raining “Yağış yağır”. You can talk to him “Sən onun-
la danışa bilərsən”. He is not working “O (bu saat) işləmir”.
2. İndiki dövrdə baş verən hərəkətləri ifadə etmək
məqamında. Məsələn:
My husband is working on an invention “Mənim ərim (hal-
hazırda) bir ixtira üzərində işləyir”.
146
Gördüyümüz kimi, indiki zamanın davamedici
formasında olduğu kimi, indiki zamanın davamedici
formasının da müqabili olaraq Azərbaycan dilində yeganə
indiki zaman forması işlənir. Ancaq bilmək lazımdır ki, bu
dildə davamlı indiki zaman formasının tam müqabili də
vardır. Bu, (məsdər+yerlik hal şəkilçisi+xəbərlik şəkilçisi)
şəklində işlənən formadır ( işləməkdədir, yazmaqdayam və
s.) (Bu forma ilə əlaqədar olaraq bax: Azərbaycan dilinin
qrammatikası. I h., 1960, s.197). Müq.et: Yoldaşlar, mən
bilirəm ki, bu kənddə mənim dilimdən və mənim haqqımda
bir çox əsassız sözlər danışılmaqdadır (C.Cabbarlı).
Bununla belə, qeyd etməliyik ki, bu formanın Azərbaycan
dilində indiki zaman formalarından biri olması ümumən
qəbul olunmamışdır. Bundan əlavə, oxuyur tipli indiki zaman
forması ilə müqayisədə bu forma olduqca məhdud dairədə
işlənir.
3. Yaxın gələcəkdə icra ediləcəyi qəti olan hərəkətləri
ifadə etmək məqamında. Məsələn:
My husband is staying in town tonight “Mənim ərim bu
gecə şəhərdə qalacaq, yaxud: …bu gün şəhərdə
gecələyəcək”.
Həmin məqamda azərbaycanca indiki yox, qəti gələcək
zaman formasının işlənməsi daha təbii və xarakterik
səslənir.
İngilis dilində hərəkətə intensivlik, dinamiklik əlaməti
qarışanda indiki zamanın qeyri-müəyyən formasını indiki
zamanın davamedici forması əvəz edir. Bu halda cümlədə
always, constantly tipli zərflər işlənir. Məsələn:
She is always showing pictures of her children “O (qadın)
həmişə uşaqların şəkillərini (adama) göstərir”.
He is being silly “O, axmaqlıq eləyir” (Müq.et:. He is silly
“O, axmaqdır”. How do your like your life in the town? – I’ m
hating it “Siz şəhərdəki həyatınızdan razısınızmı?
(…xoşlayırsınızmı, xoşunuza gəlirmi?) “-Mən ona nifrət
edirəm (Mənim ondan z əhləm gedir”).
Gördüyümüz kimi, Azərbaycan dilində davamlı indiki
zaman, ingilis dilində felin “Present Continuous” zaman
formasının müqabili olsa da, onun işlənmə dairəsi (tezliyi)
olduqca məhduddur. Ona görə də həm indiki zamanın qeyri-
147
müəyyən, həm də indiki zamanın davamedici
formalarının qarşılığı olaraq Azərbaycan dilində indiki
zamanın əsas ifadə forması işlənir.
İngilis dilində statiklik və dinamiklik tamamlanmadığına
görə həm indiki zamanın qeyri-müəyyən, həm də indiki
zamanın davamedici formalarının işləndiyi halların
müqabilində Azərbaycan dilində yalnız bir forma işlənir:
You look (are looking) happy. “Sən xoşbəxt görünürsən”.
My hands itch (are itching). “Mənim əllərim qaşınır (gicişir)”
İ.Rəhimov və T.Hidayətzadə indiki zamanın davamedici
formasının danışıq vaxtı davam edən hərəkəti göstərdiyini
qeyd etməklə yanaşı, həmin cümlələrdə danışıq vaxtını
ifadə edən zaman zərflərinin də ( now, at the present,
moment) işləndiyini qeyd edirlər.
Listen, how well he is playing! “Gör, o nə yaxşı çalır!”.
Burada da indiki zamanın davamedici forması çalır tipli
indiki zaman forması ilə verilir. Biz yuxarıda indiki zamanın
qeyri-müəyyən formasından bəhs edərkən bəzi məqamlarda
onun yerlik halda və xəbərlik şəkilçisi ilə işlənən məsdərlə
ifadə olunduğunu qeyd etmişdik. Qəribə burasıdır ki,
ingiliscə indiki davamedici zamanın üçün həmin formadan
istifadə etmək olmur.
İ.Rəhimov və T.Hidayətzadə indiki davamedici zamanın
formasının başqa bir xüsusiyyətini “icra etmək niyyətində
olduğumuz və icrasına əmin olduğumuz hərəkəti” ifadə
etmək kimi təyin edirlər [39, s.113]. Məsələn:
I am buying a car soon “Bu yaxınlarda mən bir maşın
alıram”. Müəlliflər həmin məqsədlə “ to go + məsdər”
konstruksiyasından da istifadə olunduğunu göstərirlər. I am
going to buy a car soon “Mən bu yaxınlarda maşın almaq
niyyətindəyəm”.
Azərbaycan dilində məsdərlə yanaşı, kontekstual şəraitə
işarə edən niyyət sözü də işlənmişdir. Diqqətəlayiq cəhət
burasıdır ki, yuxarıda haqqında bəhs etdiyimiz məsdər
forması kimi, niyyət sözü də yerlik hal və xəbərlik
şəkilçilərinin əlavəsi ilə işlənir.
Müasir Azərbaycan dilində həmin modal mənanı ifadə
etməkdən ötrü başqa vasitələr də vardır: “gərək ədatı + felin
arzu şəkli”, felin vacib şəkli: gərək alam, alasıyam.
148
İ.Rəhimov və T.Hidayətzadə indiki zamanın
davamedici formasının Azərbaycan dilində verilməsi
yollarından danışarkən məlum indiki zaman formasını qeyd
edirlər, “ to be going+məsdər” konstruksiyasını “bir şeyi
etmək niyyətində olmaq (hazırlaşmaq)” şəklində verməyi
təklif edirlər.
I am going to tell you an interesting tale “Mən sizə bir
maraqlı nağıl söyləməyə hazırlaşıram”.
Deməliyik ki, bu hərfi tərcümə səviyyəsindədir. Kiməsə
maraqlı bir nağıl söyləməyə hazırlaşan şəxs azərbaycanca,
yəqin ki, belə deyərdi: “Sizə bir maraqlı nağıl
danışım/danışmaq istəyirəm”.
Burada arzu da, niyyət də, qətiyyət də vardır.
İndiki zamanın bitmiş forması (The Present Perfeet
Tense Form).
[ to have felinin indiki zamanı + əsas felin Participle II
forması]
İndiki zamanın bitmiş forması nitq zamanı qurtarmış
hərəkəti ifadə etmək üçün işlənir. Hərəkətin icra olunması
şəraiti (zamanı, yeri, tərzi) bu zaman elə bir əhəmiyyət kəsb
etmir.
We have bought a new TV set “Biz təzə televizor
almışıq”.
Göründüyü kimi, ingiliscə indiki zamanın bitmiş forması
Azərbaycan dilində nəqli keçmiş zaman forması ilə verilir.
Qeyd edək ki, rus dilində də vəziyyət buna oxşardır.
Yuxarıdakı cümlə rusca belə tərcümə olunur: “Mı kupili
novıy televizor”.
İ.P.Krılova və Y.V.Krılova yazırlar: “The Present Perfect
formasında olan fellər rus dilinə keçmiş zamanla tərcümə
edilsə də, yadda saxlamaq lazımdır ki, ingilis dilində həmin
hərəkətlər indiki zaman hərəkətləridir” [122, s.20].
Bunu bir tərəfdən köməkçi felin forması (Məsələn: He has
come back), o biri tərəfdənsə indiki zamanın bitmiş forması
keçmiş zaman (nəqletmə zamanı) yox, yalnız indiki zaman
kontekstində işlənməsi göstərir. Yəni indiki bitmiş zamanla
ifadə olunan hərəkət həmişə danışıq anına nisbətən verilir,
ona “bağlanmış” olur.
149
İndiki zamanın bitmiş formasının ifadə etdiyi
hərəkətlərin indiki zamana aid olduğunu dəyişmə (çevrilmə)
də sübut edir:
I have heard the doctor’s opinion = I knew the doctor’s
opinion.
Azərbaycan dilində nəqli keçmiş zaman forması
keçmişdə baş vermiş hərəkəti bildirsə də və bu formanın
əsasında tarixən keçmiş zaman feli sifəti dayansa da,
onunla işlənən şəxs / kəmiyyət şəkilçisi məhz indiki zaman
bildirir. Biz ingiliscə am, azərbaycanca - am/-əm morfemlərini
dillərin uzaq keçmişinə aid şəkilçilər hesab edirik.
Həmin məsələ ilə əlaqədar olaraq bunu da yada
salmaq lazımdır ki, -am/-əm və s. şəxs / kəmiyyət şəkilçiləri
(başqa sözlə, xəbərlik şəkilçiləri) təkcə fellərin ifadə etdiyi
hərəkətləri deyil, adların müxtəlif kateqoriyalarının (isim,
sifət, say və s.) ifadə etdiyi anlayış və təsəvvürləri də indiki
zamanla bağlayır. Məsələn: Mən müəlliməm. Mən kiməm?
Bir bikəsü - bixaniman (Füzuli). Sözümüz sözdür. Mən
yaxşıyam, sən necəsən?
Beləliklə, biz deyə bilərik ki, Azərbaycan dilində nəqli
keçmiş zaman formasında hərəkətin qurtarmasını, tamam
olmasını ifadə etmək vəzifəsi feli sifət tərkib hissəsinin
üzərinə, həmin hərəkəti danışıq anına, indiki zamana
bağlamaq vəzifəsi isə şəxs/kəmiyyət şəkilçisinin üzərinə
düşür.
Bu cəhətdən İ.Rəhimov və T.Hidayətzadənin indiki
zamanın bitmiş formasının işlənməsinə dair qeydləri diqqəti
cəlb edir: «Bu zaman forması keçmişdə icra olub-bitmiş,
nəticəsi hal-hazırda meydanda olan hərəkəti göstərmək
üçün işlənir. Həmin nəticə indiki zamanla əlaqədardır» [39,
s.120].
The workers have built a new house “Fəhlələr təzə ev
tikmişlər”
Həmin zaman forması zaman zərfləri ( today, this week /
month, year, minute, afternoon, evening) ilə də işlənə bilir.
I have not received a letter from him this week “Bu həftə
mən ondan heç bir məktub almamışam” (Mən bu həftə
ondan məktub almamışam).
150
Həmin forma never, ever, often, already, cust, yet kimi
qeyri-müəyyən zaman zərfləri ilə də işlənir.
İ.Rəhimov və T.Hidayətzadə indiki zaman bitmiş
formasının Azərbaycan dilinə nəqli keçmiş zaman forması
ilə tərcümə edildiyini qeyd edirlər. Onlar göstərirlər ki,
hərəkətin başlanğıcının since sözü ilə ifadə edildiyi
cümlələrdə fel azərbaycancaya həm indiki zaman, həm də
nəqli keçmiş zaman formaları ilə tərcümə edilir: Məsələn:
I have not seen him since 1965 “Mən onu 1965-ci ildən
görmürəm / görməmişəm” [39, s.125].
Belə bir kontekstual şəraitdə indiki zaman və nəqli keçmiş
zaman formalarının paralel olaraq işlənməsi faktdır. Amma
bizə belə gəlir ki, Azərbaycan dilində bu iki zaman
formasının işlənmə məqamları arasında belə bir fərq vardır:
uzaq keçmiş üçün nəqli keçmiş zaman, yaxın keçmiş zaman
üçünsə indiki zaman forması yarayır.
İndiki zamanın davam edib bitmiş (The Present Perfect
Continuous Tense Form).
[have felinin “bitmiş” indiki zamanı+be felinin Participle II
forması (been/+əsas felin -ing forması].
İndiki zamanın davam edib bitmiş forması yalnız dinamik
fellərlə işlənir. O, keçmişdə başlanıb, hazırkı danışıq anına
qədər davam edən hərəkəti ifadə edir.
İndiki zamanın davam edib bitmiş forması işlənən
cümlələrdə hərəkətin baş verdiyi dövrü (müddəti) göstərən
ifadələr (zərfliklər, qoşma birləşmələri, since sözü) də
işlənir. Məsələn: We have been staying here all this week
“Biz bütün bu həftəni burada qonaq qalırıq” He has been
working for two hours “O, iki saatdır ki, işləyir”. I have known
him since my childhood “Mən onu uşaqlıqdan tanıyıram”.
Beləliklə, biz görürük ki, ingiliscə İndiki zamanın davam
edib bitmiş formasına Azərbaycan dilində yenə də indiki
zaman forması müvafiq gəlir.
Bəzi hallarda İndiki zamanın davam edib bitmiş forması
keçmişdə baş verib qurtarmış hərəkəti bildirir. Bu zaman o,
felin indiki zaman formasından düzəlmiş hekayə forması ilə
verilir. “Siz burada olmayanda mən bu məqaləni tərcümə
edirdim”.
151
İndi isə, görək, ingiliscə İndiki zamanın davam edib
bitmiş formasının Azərbaycan dili ilə müqayisədə
öyrənilməsi nə vəziyyətdədir.
İ.Rəhimov və T.Hidayətzadənin ingilis dili qrammatika-
sında “I have been reading this article for two hours”
cümləsi azərbaycanca “Mən bu məqaləni iki saatdır ki,
oxuyuram” şəklində verilir [39, s.134]. Bu, “İki saatdır ki,
mən bu məqaləni oxuyuram” variantının çevrilmiş şəklidir.
Etiraf etmək lazımdır ki, tərcümə istər oricinalın zaman
göstəricisini, istərsə də orada işlənən felin məzmununu
dəqiq ehtiva edir. Ancaq burada belə bir cəhətə diqqət
vermək lazımdır. İngilis dilində həmin cümlə sadə cümlə
şəklində olub, for two hours ifadəsi də cümlə üzvüdür
(zaman zərfliyi). Azərbaycan dilində isə bütövlükdə cümlə
mürəkkəb cümlə olub, iki saatdır ki baş cümlə, qalan hissə
isə mübtəda budaq cümləsidir.
İngilis dilində zaman göstəricisi budaq cümlə ilə də ifadə
oluna bilir.
He has been working at the plant since we came here
“Biz bura gələndən (bəri) o, zavodda işləyir”.
Aydındır ki, zamanın nə ilə, necə verilməsi indiki zamanın
davam edib bitmiş formasının azərbaycanca necə ifadə
olunmasına təsir etmir. Misallardan gördüyümüz kimi, həmin
zaman forması Azərbaycan dilində əsasən indiki zaman
forması ilə verilir.
B) KEÇMİŞ ZAMAN FORMALARI.
Keçmiş zamanın qeyri-müəyyən forması (The Past
İndefinite Tense Form).
Keçmiş zamanın qeyri-müəyyən forması qaydalı,
qaydasız və qarışıq üsulla düzəlir. Bunun modallıq
məsələsinə elə bir dəxli yoxdur.
Keçmiş zamanın qeyri-müəyyən formasından keçmişdə
tək-tək, ardıcıl olaraq, təkrar olaraq baş vermiş
hərəkətlərdən bəhs edərkən istifadə edilir. Müvafiq
cümlələrdə keçmişə aid zaman müddətlərini bildirən zaman
zərfləri də işlənir: yesterday, last week (month, year), in
2000 və s.
Məsələn: He wrote the letter and gave me “O, məktubu
yazdı və mənə verdi (yazıb, mənə verdi)”.
152
Yesterday he came from Turkey “Dünən o, Türkiyədən
gəldi”
The teacher entered the room, greeted us and sat down
at the table “Müəllim otağa daxil oldu, bizi salamladı və stol
arxasında oturdu”.
Gördüyümüz kimi, ingiliscə keçmiş zamanın qeyri-
müəyyən forması azərbaycanca müntəzəm olaraq şühudi
keçmiş zaman forması ilə verilir. Ancaq bu, yeganə imkan
deyil. Keçmiş zamanın qeyri-müəyyən forması başqa
keçmiş zaman formaları ilə də verilir. Məsələn: Dan worked
at a factory “Dən fabrikdə işləyirdi” (davamlı keçmiş)
I only met Peter six months ago “Mən Peterlə cəmi-
cümlətanı altı ay bundan qabaq tanış olmuşam” (nəqli
keçmiş zaman).
Şərt və zaman budaq cümlələrində işlənərkən keçmiş
zamanın qeyri-müəyyən forması azərbaycanca ümumiyyətlə
keçmiş zaman forması ilə verilmir. Məsələn:
He said that if he got tickets he would give me a call “O
dedi ki, bilet tapa bilsə, mənə zəng edəcək”.
The children promised that they would turn the TV set off
before they went to bed “Uşaqlar vəd etdilər ki, yatmağa
getməzdən qabaq televizoru söndürəcəklər”.
Keçmiş zamanın qeyri-müəyyən forması müəyyən
müddətdə baş verib qurtarmış hərəkəti bildirərkən
azərbaycanca həm şühudi, həm də nəqli keçmiş zaman
formaları ilə verilə bilir:
After seminar we sat in the Academian garden for a long
time “Seminardan sonra biz uzun müddət Akademiya
bağında oturduq (oturmuşuq)”.
Buna oxşar bir halı used+to infinitive qaydasında
düzəldilmiş keçmiş qeyri-müəyyən zamanda da müşahidə
edirik.
Həmin forma azərbaycanca həm indiki zamanın, həm də
qeyri-müəyyən gələcək zamanın formasından düzəlmiş
hekayə forması ilə verilir. Məsələn:
He used to come to see us every Sunday “O adətən hər
bazar günü bizi görməyə gəlirdi (gələrdi)”.
Davamlı keçmiş zaman forması (The Past Continuous
Tense Form).
153
[ To be felinin keçmiş zaman forması (was, were) +
əsas felin -ing forması]
Keçmiş zamanın davamedici forması keçmişdə dəqiq
vaxt çərçivəsində və ya müəyyən vaxt ərzində davam etmiş
hərəkəti bildirir. Onun əlavə xarakteristikası natamamlıq,
dinamiklik və əyanilikdir. Ona görə də yalnız dinamik fellər
bu formada işlənir.
I was reading at 5 o’clock “Dünən saat 5-də mən
oxuyurdum”.
I was writing when he came “O gələndə mən yazı
yazırdım”.
We were working in the garden the whole day yesterday.
“Dünən biz bütün günü bağda işləmişik / işlədik”.
Keçmiş zamanın davamedici formasında hərəkətin uzun
müddət davam etməsini bildirmək vəzifəsi felin formasından
başqa, felin leksik-semantik əhatəsinin də üzərinə düşür.
Həmin məna zamana işarə edən constantly, always, ever
zəfləri ilə də ifadə olunur.
He was always coming to our garden “O həmişə bizim
bağa gəlirdi”.
She was noisy and constantly trying to attract attention
by any means “O, səs-küylü ili və həmişə, hər yolla özünü
gözə soxmağa (başqalarının nəzərini cəlb etməyə)
çalışırdı”.
Beləliklə, biz görürük ki, keçmiş zamanın davamedici
forması Azərbaycan dilində əsasən felin qeyri-qəti gələcək
və indiki zaman formalarından düzəlmiş hekayə forması ilə
ifadə olunur.
Bəzi hallarda ilkin təşkiledicilər kimi nəqli, şühudi keçmiş
zaman formaları da işə yarayır.
Keçmiş zamanın davamedici forması keçmişə nisbətdə
gələcək olan hərəkti bildirmək üçün də işlənir (qəti gələcək).
Məsələn:
At the end of the week she wired that she was returning
“Həftənin axırında o, teleqram vurdu (göndərdi) ki,
qayıdacaq / qayıdır”.
Dostları ilə paylaş: |