FİKRƏt cahangirov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix06.12.2016
ölçüsü2,8 Kb.
#965
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

*Biz yuxarıdakı  tərcümədə daha çox hərfiliyə fikir 
vermişik. Həmin cümləni bu cür də vermək olar: 
“D.O.Qyurrero heç kəslə danışmaq istəmirdi, nə indi, nə də 

 
119
sonra;  əslində  hətta bu dünyada heç kəslə ünsiyyətdə 
olmaq istəmirdi”. 
Indeed – həqiqətən, gerçəkdən(dan), əslində, düzü 
Yuxarıda qeyd etdiyimiz kimi, indeed modal sözü in fact 
modal sözünə nisbətən az işlənir.  Indeed sözü üçün 
cümlənin sonunda gəlmək xarakterikdir. Bu cür işlənmə tərzi 
Azərbaycan dilindən ötrü xarakterik deyil. 
Indeed sözünə aid əlimizdə yalnız bir misal vardır: 
Mel had replied that he was very interested indeed 
(Arthur Hailey, “Airport”, 65) [Mel cavab vermişdi ki, onun 
həqiqətən buna çox marağı var (bu onu çox 
maraqlandırmışdı]. 
Truly – həqiqətən, doğrudan, gerçəkdən 
He had wondered then: had he ever truly been in love 
himself? (Arthur Hailey, “Airport”, 346) 
“Bu etiraf Vernonun özünü də düşündürmüşdü: görəsən
ömründə bircə  dəfə kimisə sevmişdi? (Artur Heyli, 
“Aeroport”, 316) [Onda təəccüblənmişdi: onun özü doğrudan 
nə vaxtsa kiməsə vurulmuşdumu?]. 
Possibly – mümkündür, imkan daxilində, ola bilər, ola 
bilsin ki
He couldn’t possibly pay the installments, though that 
part, at least, was understandable (Arthur Hailey, “Airport”, 
205) 
Axı, o, xırda-xırda da olsa, həmin pulu qaytara 
bilməyəcəkdi” (Artur Heyli, “Aeroport”, 190) [O, yəqin ki
borcun növbəti hissəsini qaytara bilməyəcəkdi, çox da ki 
(hərçənd) həmin hissə barəsində qabaqcadan razılığa 
gəlmişdilər]. 
Gördüyümüz kimi, possibly sözü Azərbaycan dilində bir 
halda axı ədatı, ikinci halda isə yəqin ki, ola bilsin ki, modal 
sözü ilə verilmişdir.  Axı sözü burada o qədər də yerinə 
düşməsə də, növbəti misalda tamamilə yerindədir: 
What more could anyone possibly ask? (Arthur Hailey, 
“Airport”, 296) 
“Yaxşı, adama bundan artıq nə lazımdır?” (Artur Heyli, 
“Aeroport”, 271) [Axı adam bundan artıq nə  tələb edə 
(istəyə, diləyə) bilərdi?!]. 
Probably – ehtimal ki, yəqin ki, güman ki 

 
120
Probably ehtimal məqamında işlənib, cümlənin 
əvvəlində, ortasında və sonunda gəlir. Azərbaycan dilində 
bu modal sözün müqabilində üç modal söz işlənir; onların 
içərisində  yəqin ki, daha işləkdir.  Ehtimal ki, güman ki, 
modal sözləri daha çox yazılı dilə xasdır. 
Probably cümlənin başında: 
Probably there’s nothing to do (Arthur Hailey, “Airport”, 
254) 
Güman ki, heç nə (Artur Heyli, “Aeroport”, 235) [Yəqin ki, 
burada etməyə bir şey yoxdur]. 
Probably better than you (Arthur Hailey, “Airport”, 226) 
Güman ki,  səndən yaxşı bilmirəm” (Artur Heyli, 
“Aeroport”, 210) [Yəqin ki, səndən yaxşı]. 
Probably not (Arthur Hailey, “Airport”, 148) 
Güman ki, bundan heç kəsin xəbəri yoxdur” (Artur Heyli, 
“Aeroport”, 137) [Yəqin ki, yox]. 
Axırda iki cümlənin mətbu tərcüməsində  həmin 
cümlələrin real məzmunundan yox, ümumi kontekstdən 
çıxış edildiyinin şahidi oluruq. Bu irad deyil, ümumi vəziyyətə 
dair qeyddir. 
Probably it was assumed that she and Mel were bedding 
down together, though, as it happened, that much was 
untrue (Arthur Hailey, “Airport”, 25) 
“Onu da yəqin eləmişdilər ki, Mellə  qızın arasında 
yaxınlıq var, ancaq bu, yalan idi” (Artur Heyli, “Aeroport”, 24) 
[Ehtimal ki, zənn edirdilər ki, (etmişdilər ki), o (qız) və Mel bir 
yatağa giriblər (bir yatağa baş qoyublar), halbuki, çox vaxt 
olduğu kimi, bu daha artıq yalan idi]. 
Cümlə başında işlənən probably modal sözünün daha bir 
maraqlı mövqeyi ilə rastlaşırıq. Modal söz cümlənin lap 
axırında gələn  əlavəyə aid olur (beləliklə, modal sözdən 
qabaq cümlə  gəlsə  də, onunla modal söz arasında elə bir 
əlaqə olmur). Məsələn:  
Despite his anxiety, he was aware that the girl had a sexy 
European accent, probably Hungarian (Arthur Hailey, 
“Airport”, 237) 
“Bədəninə hakim kəsilən narahatlığa baxmayaraq, qızın 
avropalı,  güman  ki, macar ləhcəsində  qılıqlı danışığı 
Qyurreronun canına yağ kimi yayıldı” (Artur Heyli, 

 
121
“Aeroport”, 220) [Özünün narahatlığına baxmayaraq, o 
başa düşürdü ki, qızın seksual avropalı aksenti vardır, 
ehtimal ki (yəqin ki), macar (aksenti)]. 
İngiliscə  mətndə  probably modal sözü təyin məqamında 
işlənmiş  Hungarian sözünə aiddir. Azərbaycan dilində 
macar sözü birləşmə daxilində həmin məqamda işlənə bilsə 
də, onu təklikdə həmin məqamda işlətmək olmur. Ona görə 
də biz özümüzün işçi tərcüməmizdə bu sözün təyini 
mövqeyini nəzərə çatdırmaq üçün onu mötərizəyə alınmış 
aksent sözü ilə birlikdə verdik. 
Başqa bir misalda probably modal sözü həmcins üzv kimi 
işlənmiş təyinedici sözə aiddir: 
He would be considerate, probably tender (Arthur Hailey, 
“Airport”, 179) 
“Derik diqqətli,  bəlkə  də, lap həssas olacaqdı” (Artur 
Heyli, “Aeroport”, 163) [O, nəzakətli (hörmətcil),  bəlkə  də 
(ola bilsin ki), lap həssas (mehriban) olacaqdı]. 
Probably cümlənin ortasında: 
I’ll probably come back and sleep here (Arthur Hailey, 
“Airport”, 17) 
“Güman ki, yatmağa da bura qayıdacağam” (Artur Heyli, 
“Aeroport”, 16) [Yəqin ki, mən geri dönüb burada yıxılıb-
yatacağam]. 
Azərbaycan dilində  probably modal sözünün həmin 
cümlədə  güman ki, yoxsa yəqin ki sözləri ilə, eləcə  də 
mübtədadan əvvəl yoxsa sonra verilməsinin elə bir prinsipial 
əhəmiyyəti yoxdur. 
He would probably have to borrow one - exchange shirts 
with some other captain or first officer (Arthur Hailey, 
“Airport”, 52) 
Görünür, ya başqa komandirlə, ya da birinci pilotla 
dəyişməli olacaq” (Artur Heyli, “Aeroport”, 51) [O, yəqin ki
köynəkləri ya başqa bir komandirlə, ya da böyük köməkçi ilə 
dəyişəcəkdi]. 
Probably modal sözü cümlənin ortasında da bir çox 
hallarda  əlavəyə, həmcins üzvlərdən axırıncısına aid olur. 
Məsələn: 

 
122
Several men, probably an emergency crew, were 
clinging to the sides of the truck as it moved along (Arthur 
Hailey, “Airport”, 121) 
Güman ki, qəza komandası olan bir neçə kişi, yük 
maşını yerindən tərpənən kimi, onun ayaqlığına atılıb, 
böyür-başından tutdu” (Artur Heyli, “Aeroport”, 113) [Bir 
neçə kişi (yəqin ki, qəza komandası) yük maşını yerindən 
tərpənən kimi, ona tərəf atılıb, bortlarına dırmaşdılar]. 
The woman, probably the whisperer’s wife, nodded 
agreement (Arthur Hailey, “Airport”, 90) 
Çox güman ki, pıçıldayanın arvadı olan xanım razılıqla 
başını  tərpətdi” (Artur Heyli, “Aeroport”, 88) [Qadın – yəqin 
ki, pıçıldayanın arvadı – razılıq işarəsi olaraq, başını 
tərpətdi]. 
Gördüyümüz kimi, axırıncı iki cümləni heç bir hərfiliyə 
uymadan Azərbaycan dilində vermək mümkündür. 
Women – including Cindy, and probably Tanya – were 
seldom logical (Arthur Hailey, “Airport”, 310) 
“İçi Sindi, güman ki, lap Tanyaqarışıq qadınlar heç vaxt 
dərindən düşünə bilmirlər” (Artur Heyli, “Aeroport”, 284) 
[Qadınlar – Sindi və  ehtimal ki,  (yəqin  ki) Tanya daxil 
olmaqla, nadir hallarda məntiqli olurdular (məntiqi 
düşünürdülər)]. 
Probably cümlənin sonunda: 
Oh, well, he would have to sell some stock general 
Dynamics, probably (Arthur Hailey, “Airport”, 118) 
“Düşündü ki, başqa yol yoxdur, aksiyaların bəzisini 
satmaq lazımdır,  yaxşı olar ki, “Ceneral Daynamiks”i satım 
(Artur Heyli, “Aeroport”, 110) [Yaxşı da, o bəzən aksiyaları 
sata bilər, “Ceneral Daynəmiks”inkini, bəlkə də (ola bilsin)]. 
Burada belə bir cəhəti də qeyd etmək istərdik ki, bir 
cümlədə bəzən bir yox, iki və daha artıq modal vasitə işlənir. 
Vaxtilə həmin məsələyə Z.Əlizadə diqqət yetirmişdir: “Modal 
sözlər qoşa və ya bir cümlənin müxtəlif yerlərində işlənərkən 
cümləyə  və cümlənin ayrı-ayrı hissələrinə müxtəlif məna 
çalarları verir” [24, s.142-143].  
V.Kapranov da modallıq məsələsinə  həsr olunmuş bir 
tədqiqata yazdığı müqəddimədə bir sıra hallarda modallığın 

 
123
iki və daha artıq vasitə ilə ifadə olunduğunu qeyd etmişdir 
[158, s.3].  
Bizim  əlimizdə olan materiallar içərisində elə misallara 
təsadüf edirik ki, onlarda bir yox, iki modal söz işlənir. 
Məsələn: 
But I thought you’d better be warned because they’ll 
probably want to see you, and maybe someone from the 
FAA (Arthur Hailey, “Airport”, 224) 
“Ona görə, sizi xəbərdar etməyi lazım bildim, çünki onlar, 
yəqin ki, sizinlə, həm də federal aviasiya idarəsinin 
nümayəndələri ilə görüşmək istəyəcəklər” (Artur Heyli, 
“Aeroport”, 207) [Amma mən düşündüm ki, siz yaxşı olardı 
ki, xəbərdar olaydınız (ediləydiniz), çünki onlar ehtimal ki, 
(yəqin ki), sizi və ola bilsin ki (ola bilər ki), FAİ-dən kimi isə 
görmək istəyirlər (istəyəcəklər)].  
Perhaps – Ola bilsin ki, mümkündür ki, bəlkə 
Həmin modal söz və onun Azərbaycan dilindəki 
qarşılıqları imkan, mümkünlük mənaları bildirir. Onlar 
cümlənin  əvvəlində, ortasında və axırında işlənir. Qeyd 
etmək lazımdır ki, Azərbaycan dilində həmin modal mənada 
olan sözlər cümlənin axırında məhdud  şəkildə  işlənir və 
bütün bu qəbildən olan misallarda onlar əlavə söz səciyyəsi 
daşıyır. Bunu da nəzərə almaq vacibdir ki, cümlənin 
ortasında işlənən modal söz olduqca müxtəlif səciyyəli 
cümlə quruluşlarında özünü göstərir. 
Perhaps – cümlənin başında 
Həmin mövqedə  perhaps modal sözü üçün ən çox 
yayılmış funksiya danışanın öz fikrini güman (zənn), 
mümkünat şəklində verməsi ilə bağlıdır. Məsələn: 
Perhaps it is the only intelligent thing I have done tonight 
(Arthur Hailey, “Airport”, 324) 
O da ola bilər ki, bu, mənim bu axşam  ərzində atdığım 
ən ağıllı addımdır” (Artur Heyli, “Aeroport”, 297) [(Ola bilər 
ki, bu mənim bu axşam (gecə) etdiyim ən ağıllı şeydir)]. 
Perhaps I should come back (Arthur Hailey, “Airport”, 
286) 
Bəlkə, bir az sonra gəlim? (Artur Heyli, “Aeroport”, 261) 
[Ola bilsin ki, (bəlkə də) mən geri qayıtmalıyam]. 

 
124
Perhaps Natali had finally lost heart (Arthur Hailey, 
“Airport”, 151) 
Görünür, Natali də cana doymuşdu” (Artur Heyli, 
“Aeroport”, 82) [Ola bilsin ki, (bəlkə də) Natali də artıq cana 
doymuşdu]. 
Perhaps cümlə başında işlənərkən təkcə danışanın öz 
fikrinə münasibətini deyil, danışanın başqasının 
davranışına, eləcə  də onun nitq davranışına münasibətini 
bildirir. Məsələn:  
Perhaps, it comes from being married (Arthur Hailey, 
“Airport”, 151) 
“Görünür,  ərdə olmağınızın sayəsindədir” (Artur Heyli, 
“Aeroport”, 14) [Ola bilsin ki, bu Sizin ərdə olmağınızdan 
(irəli) gəlir]. 
Perhaps you’d better tell me exactly what you mean 
(Arthur Hailey, “Airport”, 71) 
Bəlkə, mənə  dəqiq izah edəsən ki, nəyi nəzərdə 
tutursan?” (Artur Heyli, “Aeroport”, 70) [Bəlkə, mənə əməlli-
başlı (düz-əməlli) deyəsən ki, nəyi nəzərdə tutursan (nə 
demək istəyirsən?)]. 
Cümlə başında gələn  perhaps modal sözünün daha bir 
işlənmə mövqeyi ilə rastlaşırıq. O yenə  də danışanın öz 
fikrinə münasibətini bildirir, amma bununla yanaşı, müəllif 
nitqi ilə  də müşayiət olunur. Müvafiq cümlə quruluşu 
etibarilə tamamlıq budaq cümləsi tabeli mürəkkəb cümlənin 
dəyişdirilmiş formasıdır ki, burada baş cümlə budaq 
cümlədən sonra gəlir və ona münasibətdə  əlavə cümlə 
rolunda çıxış edir. 
Qeyd etməliyik ki, həmin cümlə tiplərinin hər ikisini 
Azərbaycan dilində vermək olur, ancaq bu dil üçün 
tamamlıq budaq cümləli mürəkkəb cümlə tipi daha 
səciyyəvi, daha təbii səslənir. Aşağıdakı cümlənin 
tərcüməsində məhz bu üsuldan istifadə olunmuşdur. 
Perhaps it was well, Mel thought, as he rode the elevator 
down again (Arthur Hailey, “Airport”, 20) 
“Eskalatorla aşağı  mərtəbəyə düşən Mel fikirləşirdi ki, 
bəlkə  də, belə yaxşıdır” (Artur Heyli, “Aeroport”, 19) [Ola 
bilsin ki, bu, necə lazımdır, elədir, - Mel təzədən eskalatorla 
aşağı düşə-düşə düşünürdü]. 

 
125
Perhaps cümlənin ortasında 
Cümlənin ortasında işlənən  perhaps modal sözü 
cümlədüzəltmə baxımından olduqca müxtəlif vəzifələr 
daşıyır. Bura cümlənin sadəmi, mürəkkəbmi olması ilə 
əlaqədar keyfiyyətlər də  əlavə olunur. Müvafiq cümlə 
tiplərindən aşağıdakıları qeyd edə bilərik. 
a)  perhaps modal sözü sadə cümlənin tərkibində  işlənir. 
Bu zaman modal söz ya zaman zərfliyi, ya da mübtədadan 
sonra gəlir. Aydın məsələdir ki, həmin linqvistik şəraitdə 
modal sözün əsas vəzifəsi cümlədə özündən sonra gələn 
mətn parçasında yaxud cümlə üzvündə ifadə edilən fikrə 
münasibət bildirməkdir. Məsələn: 
One reason, perhaps was that the traffic load was less 
than usual, due to the exceptionally clear weather (Arthur 
Hailey, “Airport”, 198) 
“Əsas səbəblərdən biri, görünür, o idi ki, bu cür qeyri-adi 
təmiz səmada uçuşlara nəzarət xeyli azalmışdı” (Artur Heyli, 
“Aeroport”, 119) [Bir səbəb ola bilsin ki, o idi ki, daşınan yük 
adətən olduğundan az idi; bu isə müstəsna dərəcədə aydın 
(ayaz?) hava ilə bağlıdır]. 
Even now perhaps, it was not too late (Arthur Hailey, 
“Airport”, 299) 
Bəlkə, heç indi də gec deyildi” (Artur Heyli, “Aeroport”, 
274) [Hətta indi də, ola bilsin ki, gec deyildi]. 
Deməliyik ki, perhaps modal sözünün zaman zərfliyi ilə 
qeyd olunan struktur münasibəti heç də mütləq xarakter 
daşımır.  Perhaps sözü, zaman zərfliyi də daxil olmaqla, 
bütün cümləyə də aid ola bilir. Məsələn: 
Elliot Treemantle snapped, “Perhaps at the other time 
there was not enough plain speaking (Arthur Hailey, 
“Airport”, 299) 
“Eliot Frimantl mızıldandı: “Deməli, əvvəlki görüşlərimizdə 
açıq söhbətimiz olmayıb” (Artur Heyli, “Aeroport”, 273) 
[…Yəqin ki (ola bilsin ki), başqa vaxt kifayət qədər açıq 
söhbətimiz olmayıb]. 
b)  perhaps modal sözündən mürəkkəb cümlələrdə  də 
geniş surətdə istifadə olunur. Mürəkkəb cümlələrdə  həmin 
söz tərkib hissələrinin sərhəddində (daha dəqiq desək, aid 
olduğu nitq hissəsinin başında) gəlir. Məsələn: 

 
126
If there’s some misunderstanding, perhaps I can help 
(Arthur Hailey, “Airport”, 351) 
“Nəsə anlaşılmazlıq varsa, bəlkə  mən kömək edəm” 
(Artur Heyli, “Aeroport”, 321) [Bir anlaşılmazlıq varsa (olsa), 
ola bilsin ki, mən kömək edəm]. 
Hər iki halda – oricinalda və  tərcümədə modal məna 
bildirən söz baş cümlənin əvvəlində işlənir. 
Then he concluded to himself perhaps: the last remark 
was true, to an extent (Arthur Hailey, “Airport”, 69). 
“Sonra özlüyündə düşündü: deyəsən, arvadının son iradı 
bir balaca düz idi, axı” (Artur Heyli, “Aeroport”, 68) [Onda 
(sonra) o öz aləmində etiraf etdi ki, ola bilsin axırıncı irad 
doğru idi. Müəyyən dərəcədə]. 
c)  Perhaps modal sözünün daha bir işlənmə  məqamı 
sadə cümlənin mürəkkəbləşmiş tipləri ilə bağlıdır (bunlar 
mürəkkəb cümlə deyil). Məsələn:  
I am already convinced that some wrong has been done 
–  perhaps considerable wrong and, in that event, you are 
entitled to legal redress (Arthur Hailey, “Airport”, 98) 
“Özüm indidən anlayıram ki, həmin ziyan nəzərə 
çarpacaq dərəcədədir, ola bilsin ki, lap artıq dərəcədə; belə 
olanda, təbiidir ki, Sizin qanunla yardım hüququnuz var” 
(Artur Heyli, “Aeroport”, 87) [Mən artıq  inanıram ki (bu 
əqidədəyəm ki, Sizə müəyyən zərər (ziyan) dəymişdir, ola 
bilsin… böyük ziyan – və bu halda (belə olduqda) Sizin 
qanuni ödənişə haqqınız var]. 
Bizə irad tuta bilərlər ki, yuxarıda verilən cümlə sintaktik 
quruluş etibarilə mürəkkəb cümlədir; doğrudur, o, mürəkkəb 
cümlədir, amma söz onun budaq cümlə hissəsində, özü də 
əlavə cümlənin tərkibində (əvvəlində) işlənmişdir. 
Bizim materiallar içərisində elələrinə də təsadüf olunur ki, 
onlarda modal mənalı söz yenə də əlavə ilə birlikdə işlənir, 
amma həmin  əlavə özündən qabaqkı üzvə aid olub, 
özlüyündə həmcins üzvlərdən biri kimi işlənir. Məsələn: 
Ever so, at the present rate of progress, it appeared as if 
it might take another two hours, perhaps three, to get to the 
airport (Arthur Hailey, “Airport”, 199) 
“Ancaq avtobus ki, bu sürətlə gedirdi, heç iki saat, bəlkə 
də, üç saata aeroporta çatmazdılar” (Artur Heyli, “Aeroport”, 

 
127
185) [Bu cür nəqliyyatın bu sürəti ilə, belə görünürdü ki, 
aeroporta çatmaq üçün daha iki, bəlkə  də üç saat lazım 
gələcəkdi]. 
The agent would talk to someone else, a supervisor 
perhaps, who might already have telephoned the aiport 
(Arthur Hailey, “Airport”, 203) 
“O öz şübhələrini kiminləsə, deyək ki, baş inspektorla 
bölüşə bilərdi, bəlkə də, baş inspektor artıq aeroporta zəng 
vurmuşdu” (Artur Heyli, “Aeroport”, 188) [Agent daha 
kiməsə danışa bilərdi, məktəb müfəttişinə, ola bilsin; o artıq 
aeroporta zəng vurmuş olardı]. 
Modal mənalı söz bəzi hallarda həmcins üzvlərdən 
axırıncısına aid olur. Məsələn:  
Meanwhile, on this flight, here would be a good meal, a 
movie, and later, perhaps, a pleasant conversation with her 
two seat companions (Arthur Hailey, “Airport”, 252) 
“İndi isə uçuş vaxtı dadlı yemək veriləcək, hansı filmisə 
göstərəcəkdilər, üstəlik 
olsun ki, sağında-solunda 
oturanlarla ləzzətli söhbət edəcəkdi” (Artur Heyli, “Aeroport”, 
233) [Bu əsnada həmin təyyarədə yaxşı yemək verilə 
bilərdi, kino göstərə bilərdilər və bir qədər də sonra, ola 
bilsin ki, özünün iki (uçuş) yoldaşı ilə  ləzzətli söhbət 
olacaqdır]. 
Ortada işlənən  perhaps modal sözünün bir işlənmə 
məqamı da cümlə silsiləsi ilə bağlıdır. 
About the coat and dresses ...perhaps I did make a 
mistake ...I was confused (Arthur Hailey, “Airport”, 247) 
“Bu palto və paltarlar haqda... bəlkə  də, mən səhv 
salmışam... çaşmışam” (Artur Heyli, “Aeroport”, 228) [Pal-
taltar barəsində  ...ola bilsin  mən yanılmışam ...mən çaşıb-
qalmışam]. 
Cümlənin ortasında işlənən  perhaps modal sözünün 
cümlənin təşkilində paralel, variant funksiyaları da diqqəti 
cəlb edir. 
Əlimizdə olan materiallar içərisində elələrinə  təsadüf 
edirik ki, onlar oxşar tərkib hissələrindən ibarətdir; bunların 
birincisində müəyyən  şəxslə  əlaqədar hal-vəziyyət təqdim 
edilir, ikincisində isə  həmin nitq şəraitində danışanın öz 
davranışına münasibəti qeyd olunur. Hər iki cümlədə 

 
128
(onların tərkib hissələrinin sərhəddində)  perhaps sözü 
işlənir. Ancaq o, bir halda cümlənin birinci tərkib hissəsinə, 
başqa halda isə ikinci tərkib hissəsinə aid olur. 
Poor man, perhaps he has problems, and I shouldn’t 
bother him (Arthur Hailey, “Airport”, 295) 
“Zavallı kişinin, görünür, dərdi başından aşır, onu narahat 
etməyə  dəyməz” (Artur Heyli, “Aeroport”, 270) [Yazıq kişi 
...onun ola bilsin ki, bir dərdi var və (mən onu narahat etməli 
deyildim) ...gərək onu narahat etməyəydim]. 
Well it’s exceedingly kind of you, and perhaps I shouldn’t 
but I really think I will (Arthur Hailey, “Airport”, 295) 
“Siz çox lütfkarlıq göstərirsiniz və  mən,  güman ki, etiraz 
etməliydim, ancaq fikirləşirəm ki, mütləq içməliyəm” (Artur 
Heyli, “Aeroport”, 270) [Yaxşı, Siz fövqəladə  dərəcədə 
lütfkarsınız və  yəqin ki,  mən bunu etməməliydim, amma 
doğrudan düşünürəm ki, mən bunu edəcəyəm]. 
Perhaps cümlənin sonunda 
Perhaps modal sözü sadə cümlənin sonunda işlənir. 
Ancaq tabesiz mürəkkəb cümlələrin müəyyən tipi perhaps 
sözünün köməyi ilə yaranır. Həmin mürəkkəb cümlənin 
ikinci hissəsi birinci hissə ilə qarşılaşdırma əlaqəsində olur. 
Azərbaycan dilində  həmin cümlələrin müqabili amma, 
ancaq, lakin bağlayıcılarının iştirakı ilə yaranan cümlə tipidir. 
Bu tipli ingilis və Azərbaycan dili cümlələrini müqayisə 
edərək görürük ki, onlar yalnız modal sözlərin işləndiyi 
(tutduğu) yerə görə bir-birindən fərqlənir. Artıq qeyd 
etdiyimiz kimi, modal sözün cümlə yaxud sintaqmın axırında 
işlənməsi Azərbaycan dili üçün xarakterik deyil. Ona görə 
də ingilis dilində cümlənin, yaxud sintaqmın sonunda işlənən 
modal sözün Azərbaycan dilinə tərcüməsi zamanı cümlənin 
ortasına və hətta əvvəlinə doğru “sürüşmə”si, yerdəyişməsi 
tamamilə təbii hesab edilməlidir. 
It was a little frightening perhaps but she decided not to 
think to much about that (Arthur Hailey, “Airport”, 354) 
“Düzdür, bir az qorxuludur, ancaq qarı qorxu barədə 
düşünməməyi qərara aldı” (Artur Heyli, “Aeroport”, 324) [Ola 
bilsin ki, bu bir az qorxulu idi, ancaq o (qadın, qarı) qərara 
aldı ki, bu barədə düşünməsin]. 

 
129
Eyni xüsusiyyət tabesiz mürəkkəb cümlənin  and 
bağlayıcısı ilə  təşkil edilən başqa bir tipində  də müşahidə 
olunur. 
Tanya’s apartment perhaps ...and hang the 
consequences (Arthur Hailey, “Airport”, 176) 
“...bəlkə də, Tanyagilə... getsinlər. Sonra nə olursa olsun” 
(Artur Heyli, “Aeroport”, 163). 
Gördüyümüz kimi, həmin cümləyə müəyyən modallıqdan 
savayı, ellipitiklik də xasdır. Həmin xüsusiyyət tabesiz 
mürəkkəb cümlələrdə də özünü biruzə verir. 
Red hair, perhaps, but not with the beginning of gray 
Tanya thought – the gray she had noticed again this 
morning (Arthur Hailey, “Airport”, 151). 
“Tanya düşündü: qızılı saçlı  ola bilər, ancaq dən 
düşməmiş; saçına dən düşdüyünü bu səhər görmüşdü” 
(Artur Heyli, “Aeroport”, 140). 
Until midnight: perhaps all night (Arthur Hailey, “Airport”, 
158) 
“Gecə yarısınacan;  bəlkə  də, bütün gecəni” (Artur Heyli, 
“Aeroport”, 147). 
Biz indiyə  qədər  perhaps modal sözünün tək-tək 
işlənməsindən bəhs etdik. Həmin ifadə tərzi hansı isə şeyin, 
şəraitin nəzərdə tutulduğu, ehtimal edildiyi hallarla 
əlaqədardır. 
Perhaps modal sözü təkrar-təkrar da işlənə bilir. Bu 
zaman modal söz eyni olsa da, onun aid olduğu cümlə 
hissələri bir-birinin eyni olmur. Bu qəbildən olan cümlələr 
struktur cəhətdən Azərbaycan dilində  ya, ya da, gah, gah 
da, həm, həm də, nə, nə  də bağlayıcılarının iştirakı ilə 
düzələn cümlələri xatırladır. Maraqlıdır ki, aşağıda təqdim 
edəcəyimiz cümlənin tərcüməsində perhaps modal sözünün 
müqabilində ya, ya da bağlayıcısından istifadə olunmuşdur. 
In the pilot’s seat of the doomed, spinning Beech 
Bonanza, Irving Redfern – perhaps involuntarily, perhaps as 
a last despairing act – pressed the transmit button of his 
microphone and held it down (Arthur Hailey, “Airport”, 141). 
“Məhv olan “Biç Bonanz” fırlana-fırlana yerə düşəndə 
hələ  də pilot kreslosunda oturmuş  İrvinq Redfern ya 
təsadüfən,  ya da  nə isə etməyə  cəhd göstərərkən 

 
130
mikrofonun ötürücü düyməsini basdı və ratsiya dilə gəldi” 
(Artur Heyli, “Aeroport”, 131) [Məhvə  məhkum olub, dövrə 
vurmaqda davam edən “Biç Bonanıza”nın pilot kreslosunda 
oturmuş İrvinq Redfern – ola bilsin qeyri-iradi olaraq, ola da 
bilsin son çılğın cəhd kimi – öz mikrofonunun ötürücü 
düyməsini basdı və onu belə də saxladı]. 
Maybe – ola bilər, ola bilsin (ki), bəlkə (də) 
Həm ingilis dilində  maybe modal sözü, həm də onun 
Azərbaycan dilində qarşılıqları ola bilər, ola bilsin (ki), bəlkə 
(də) mümkünlük modal mənasında işlənir. Həmin sözlərdən 
ötrü daha çox cümlənin  əvvəlində  və ortasında işlənmək 
səciyyəvidir. Maybe modal sözü cümlənin axırında nisbətən 
məhdud işlənir. Azərbaycan dilinə məxsus olan eyni mənalı 
modal sözlər cümlənin axırında ümumiyyətlə işlənmirlər. 
Maybe cümlənin başında 
Maybe, you need the practice (Arthur Hailey, “Airport”, 
28)  
Görünür, danışmağa ehtiyac duyursan” (Artur Heyli, 
“Aeroport”, 27). [Ola bilsin,  sənə danışmaq təcrübəsi 
lazımdır]. 
Misaldan gördüyümüz kimi, maybe sözü ola bilsin (ola 
bilər),  görünür, modal sözü ilə verilmişdir. Bu, maybe,  ola 
bilsin (ola bilər),  görünür sözlərinin arasındakı ümumi 
cəhətlə (reallıq bildirməməklə) şərtlənir. 
Maybe you need to get away for good (Arthur Hailey, 
“Airport”, 270) 
Bəlkə, birdəfəlik buranın daşın atasan? (Artur Heyli, 
“Aeroport”, 246) [Bəlkə, xoşluğunan çıxıb-gedəsən? 
Buradan sürüşəsən?]. 
Maybe, cust before we get to Rome, we’ll let her know 
she’s been found out (Arthur Hailey, “Airport”, 289) 
Bəlkə, Romaya çataçatda qarıya dedik ki, kələyinin üstü 
açılıb” (Artur Heyli, “Aeroport”, 265) [Ola bilsin (bəlkə) biz 
Romaya çatmazdan qabaq ona (qarıya) bildiririk ki, onun 
kələyinin üstü açılıb]. 
Maybe cümlənin ortasında 
Maybe modal sözü cümlənin ortasında müxtəlif məqam-
larda işlənir. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar: 

 
131
a)  Maybe modal sözü cümlədə  but bağlayıcısından 
sonra gəlir.  Maybe cümlənin özündən sonrakı hissəsinə 
modal münasibət bildirir. But bütövlükdə cümləni özündən 
qabaqkı mətnə, cümləyə bağlayır. Aşağıdakı misalda həmin 
hissə maddi olaraq iştirak etməsə  də, onun yaratdığı 
semantik fon but (qarşılıq,  əkslik, ziddiyyət münasibəti) 
bağlayıcısına görə duyulur. 
But maybe he should watch a few minutes longer from a 
ringside perch (Arthur Hailey, “Airport”, 58) 
“Özünün bir az burda ləngiyib, bir neçə  dəqiqə  işə göz 
qoyması da hər halda pis olmazdı” (Artur Heyli, “Aeroport”, 
57) [Amma ola bilsin ki (bəlkə  də) o bir neçə  dəqiqə artıq 
gözləməli olacaqdı]. 
b)  “Maybe” modal sözü well sözündən sonra eyni 
məqamda işlənir. 
Well,  maybe at times, Cindy thought, it did look silly to 
Mel (Arthur Hailey, “Airport”, 181) 
“Sindi düşündü ki, ola bilsin ki, vaxtaşırı bu, Melə 
axmaqlıq kimi görünür” (Artur Heyli, “Aeroport”, 168) [Yaxşı, 
ola bilsin ki, vaxtaşırı bu, Melə axmaqlıq kimi görünür]. 
c) Aid olduğu cümləyə münasibətdə maybe sözü daha iki 
məqamda işlənir. Birincisi, o, cümlənin müəyyən bir üzvünə 
münasibət bildirir. Məsələn: 
There is not a lot any of us can do, except maybe pray 
(Arthur Hailey, “Airport”, 342) 
“Əlimizdən nə  gələr ki... yalnız dua eləməyimiz 
mümkündür” (Artur Heyli, “Aeroport”, 313) [Ola bilsin ki, dua 
eləməkdən savayı, bizim əlimizdən bir şey gəlməz]. 
İkincisi, o, tabesiz mürəkkəb cümlənin tərkib 
hissələrindən birinə aid olur. Məsələn: 
I told you I’m not sure and maybe this is all silly (Arthur 
Hailey, “Airport”, 311) 
“Sizə dedim, axı, özüm də əmin deyiləm, bəlkə də, bütün 
bunlar səfeh şübhələrdir” (Artur Heyli, “Aeroport”, 285) [Mən 
sizə dedim ki, əmin deyiləm və  ola bilsin ki, bütün bunlar 
axmaqlıqdır]. 
Coe Patroni grinned: “If İ don’t blast her out, maybe I’ll 
blow her apart (Arthur Hailey, “Airport”, 325) 

 
132
“Cou Pətroni gülümsündü: “Əgər bunu bardan çıxara 
bilməsəm, heç olmasa tikə-tikə edə bilərəm ki!” (Artur Heyli, 
“Aeroport”, 298) [Cou Pətroni dişlərini ağartdı: “Əgər mən 
onu partlada bilməsəm”]. 
Maybe cümlənin sonunda 
Yuxarıda qeyd etdiyimiz kimi, maybe modal sözü 
cümlənin sonunda az işlənir. Məsələn: 
For sympathy maybe (Arthur Hailey, “Airport”, 32) 
“Bəlkə  də, dərdinə  şərik etmək üçün” (Artur Heyli, 
“Aeroport”, 31) [Mərhəmət, bəlkə də]. 
Ten or fifteen years ago maybe not now (Arthur Hailey, 
“Airport”, 223) 
“On-on beş il qabaq, bəlkə də, belə etmək olardı, indi isə 
mümkün deyildi” (Artur Heyli, “Aeroport”, 206) [On-on beş il 
qabaq bəlkə də; indi yox]. 
Həmin cümlə istər onda ifadə olunan semantik-sintaktik 
münasibətə, istərsə də onların ifadə vasitələrinə görə nəzəri 
cəlb edir (müq.et: yuxarıda  but bağlayıcısı ilə  işlənən 
cümlələr. 
Maybe eyni cümlədə başqa ehtimal bildirən sözlə birlikdə 
işlənərək, onunla mümkünlüyün müxtəlif dərəcələrini ifadə 
edir. Müq.et: Mel thought maybe Keith was right. Perhaps it 
would take another big disaster to arouse public awareness, 
cust as the 1956 Grand Canyon disaster had spurred 
President Eisenhower and the Eighty fourth Congress to 
revamp the airways (Arthur Hailey, “Airport”, 62) 
“Mel düşündü: bəlkə də, Keyz haqlıdır. Görünür, 1956-cı 
ildə Böyük Kanyondakı  qəzanın yenisi baş verməlidir ki, 
ictimai fikir partlayışı olsun – o vaxt ictimai etiraz prezident 
Eyzenhaueri və Konqresin 84-cü çağırışını tunellərdə 
ventilyasiya sistemini təzələmək üçün vəsait ayırmağa 
məcbur eləmişdi (Artur Heyli, “Aeroport”, 60). 
Obviously – aydındır ki, məlumdur ki  
İngiliscə obviously modal sözü apparently modal sözü ilə 
sinonimlik münasibətində olub, hər ikisi eyni sözdüzəltmə 
üsulu ilə düzəlmişdir (müvafiq surətdə obvious və apparent 
sözlərindən). Azərbaycan dilində  həmin modal sözlərin 
dəqiq qarşılıqları  işlənmir. Bu dildə  həmin məqamda yaxın 

 
133
mənalı modal ifadələrdən istifadə olunur: aydındır ki, 
məlumdur ki, deməli və s. 
Obviously modal sözü daha çox cümlənin  əvvəlində, 
məhdud dairədə isə ortasında işlənir. 
Obviously cümlənin əvvəlində. 
Obviously, to get the forty – seven dollars, D.O. had 
pawned the ring (Arthur Hailey, “Airport”, 205) 
Deməli, qırx yeddi dollardan ötrü D.O. üzüyü girov 
qoymuşdu” (Artur Heyli, “Aeroport”, 190) 
Obviously he had heard nothing of what was going on 
(Arthur Hailey, “Airport”, 360) 
Məlumdur ki, o heç nə eşitməyib və nə baş verdiyindən 
bixəbərdi” (Artur Heyli, “Aeroport”, 329) [Görünür, o nə baş 
verdiyi barədə heç nə eşitməyib]. 
Obviously her stowaway status was either suspected or 
known (Arthur Hailey, “Airport”, 350) 
Görünür, onlar artıq biliblər və ya şübhələniblər ki, qarı 
biletsiz uçur” (Artur Heyli, “Aeroport”, 320) [Aydındır ki, onun 
biletsiz uçduğundan ya şübhələnmişdilər, ya da bunu 
bilmişdilər]. 
Bir cümlədə  obviously inkar ədatı ilə birlikdə  işlənib, 
müsahibin danışığına (nitqinə) münasibət bildirir. 
Obviously not (Arthur Hailey, “Airport”, 312) 
“Əlbəttə, dəyməzdi” (Artur Heyli, “Aeroport”, 286) 
[Aydındır ki, yox]. 
Obviously cümlənin ortasında 
Obviously – modal sözünün cümlənin ortasında işlənməsi 
onun cümlənin başında işlənməsindən daha məhdud 
yayılmışdır. Azərbaycan dilində buna müqabil ola biləcək 
söz cümlənin başında (əvvəlində) işlənir. Məsələn: 
Moreover, for some time, no vehicles had come from the 
opposite direction, so obviously something had happened to 
abstruct all four lanes (Arthur Hailey, “Airport”, 37) 
“Counun yadına düşdü ki, haçandır üzbəüz tərəfdən 
maşın gəlmir,  yəqin, qabaqda qəza baş verib, yolun bütün 
dörd cərgəsini bağlayıb” (Artur Heyli, “Aeroport”, 36) 
[Bundan savayı, bir müddət idi ki, qarşı tərəfdən heç bir yük 
vasitəsi gəlmirdi,  belə  çıxırdı ki, nə isə olub, bütün dörd 
cərgə yolu tutmuşdu (bağlamışdı)]. 

 
134
Obviously sözünün cümlənin  əvvəlində  işlənməsinə 
aid  əlimizdə daha iki misal vardır. Amma diqqət yetirdikdə 
bilmək olur ki, həmin cümlələrdə obviously həqiqətən mətnin 
ortasında gəlsə də, onun aid olduğu sintaqmda yeri yenə də 
əvvəldə düşür. 
Mel added, so if we need airports - and obviously we do – 
somebody, somewhere has to put up with some noise, or 
move away (Arthur Hailey, “Airport”, 304) 
“Hə, əgər biz aeroportların mövcud olmağını istəyiriksə – 
məncə, bunu hamı istəyir – onda kim isə  gərək səs-küylə 
barışsın, ya da yaşayış yerini dəyişsin” (Artur Heyli, 
“Aeroport”, 278) [Mel əlavə etdi: - Bizim aeroportlara 
ehtiyacımız varsa – görünür (aydındır ki), buna ehtiyacımız 
var – onda kim olur-olsun, gərək ya səs-küyə dözsün, ya da 
köçüb getsin]. 
As for the Aereo-Mexican 707, obviously there was 
nothing more to be done until coe Patroni arrived (Arthur 
Hailey, “Airport”, 46) 
“Aero Meksikən” şirkətinin “707”-sinə qalınca, yalnız Cou 
Pətroninin gəlişini gözləməkdən savayı çarə yoxdur” (Artur 
Heyli, “Aeroport”, 45) [Aero-Meksikan – 707”yə  gəlincə, 
görünür, Cou Pətroninin gəlməsindən başqa bir şey (yol) 
qalmamışdır]. 
Obviously modal sözünün probably sözü ilə birlikdə eyni 
cümlədə  işlənməsinə aid əlimizdə maraqlı bir misal vardır. 
Burada  obviously  işin gedişatına görə modal münasibət 
bildirir, probably isə subyektin güman və zənnini ifadə edir.  
Obviously, it would take at least twenty minutes for 
Guerrero to reach the head of the line, but by then Flight 
Two would probably be gone (Arthur Hailey, “Airport”, 237) 
“Belə getsəydi, Qyurreronun növbəsi iyirmi dəqiqədən tez 
çatmazdı, o vaxtacan isə ikinci reysə minik qurtara bilərdi” 
(Artur Heyli, “Aeroport”, 219). 
Apparently - açıq-aşkardır ki, aydındır ki, görünür 
Obviously sözü kimi, apparently sözü də subyektiv 
münasibət bildirir. Ancaq bunların bildirdiyi subyektiv 
münasibət  məncə, bizcə, səncə sözlərinin bildirdiyi 
subyektiv münasibətin eyni deyil. Obviously  və  apparently 
sözlərinin ifadə etdiyi modal münasibət müəyyən hadisənin 

 
135
zahiri təzahürünə  əsaslanır. Bununla belə, onlar 
doğrudan da tipli modal sözlərlə müqayisədə  qətilik, 
həqiqilik bildirmir. 
Əlimizdə olan materiallar içərisində  apparently modal 
sözünün işləndiyi misalların sayı çox deyil. Həmin azsaylı 
nümunələrə görə deyə bilərik ki, apparently modal sözü 
daha çox cümlənin əvvəlində və ortasında işlənir. 
Apparently cümlənin əvvəlində 
Apparently they tried to get Patroni away (Arthur Hailey, 
“Airport”, 32) 
“Dənni sözünün ardını deyirdi: “Onlar Pətronini dərhal 
tapmaq istəyiblər” (Artur Heyli, “Aeroport”, 31) [Dənni dedi: 
Görünür, onlar Pətronini götürüb aradan çıxmağa 
çalışıblar”]. 
Apparently, she hadn’t thought of quitting, as some girls 
did who suffered similar experiences (Arthur Hailey, 
“Airport”, 23)  
Hər halda, bu qız da başqaları kimi baş götürüb 
qaçmayacaq” (Artur Heyli, “Aeroport”, 22) [Görünür 
(aydındır ki), buna bənzər  şeylərə  məruz qalmış başqa 
qızların etdiyi kimi, bu qız baş götürüb qaçmaq barəsində 
düşünmürdü]. 
Apparently sözü not  ədatı ilə birlikdə yarımçıq cümlə 
şəklində  işlənib, danışanın nitqinə modal münasibət bildirir 
(müq.et: yuxarıda  obviously sözünün eyni məqamda 
işlənməsi). 
Apparently not (Arthur Hailey, “Airport”, 226) 
Əlbəttə, bu iki sözə görə cümlədə nədən söhbət getdiyini 
bilmək olmur. Odur ki, həmin cümlənin tərcüməsində təkcə 
bu sözlər yox, bütövlükdə minimal kontekstdən çıxış edilmiş-
dir: “Deyəsən, dəyməmişdi” (Artur Heyli, “Aeroport”, 224). 
Apparently cümlənin ortasında 
Əlimizdə olan materiallar içərisində yalnız bir nümunədə 
apparently sözü cümlənin ortasında işlənmişdir. 
The clerk was apparently suggesting that the woman take 
out a larger policy than had been asked for; the woman was 
being indecisive (Arthur Hailey, “Airport”, 237) 
Güman ki,  qız müştəriyə daha baha qiymətə  sığorta 
olunmağı təklif edir, qadınsa tərəddüd edirdi” (219) [Məmur, 

 
136
görünür, eyhamla bildirirdi ki, qadın lazım olduğundan 
artıq biclik işlətsin; qadın tərəddüd edirdi]. 
Likely - ehtimal ki, görünür, mümkündür ki 
Likely sözü like sözündən törəmə olub, onunla 
sözdüzəltmə münasibətini saxlayır. Onun özü isə  unlikely 
modal sözünün yaranmasına  əsas vermişdir.  Likely sözü 
həm təklikdə, həm də  most, more, entirely, highly kimi 
dərəcə göstəriciləri ilə birlikdə  işlənir. Həmin xüsusiyyət 
unlikely sözünə də xasdır. Həm buna görə, həm də unlikely 
sözünə aid misalların çox olmadığına görə biz hər iki modal 
sözə aid misalları bir yerdə veririk (unlikely sözünü 
Azərbaycan dilində ola bilməz ki, mümkün deyil ki, çətin ki, 
modallıq bildirən ifadələrlə vermək olar. 
Despite what he had said a few minutes ago about legal 
proceedings being a base, any sessions in court were likely 
to be unspectacular and possibly unprofitable (Arthur 
Hailey, “Airport”, 214) 
“Bir neçə  dəqiqə qabaqkı  çıxışında problemi qanunun 
köməyi ilə həll etmək barədə danışsa da, bilirdi ki, məhkəmə 
iclasları  adətən çox maraqsız olur və heç bir xeyir vermir” 
(Artur Heyli, “Aeroport”, 198) [Bir neçə  dəqiqə qabaq onun 
məhkəmə proseslərinin əsas olduğu barəsində danışıqlarına 
baxmayaraq,  görünür, hər bir məhkəmə iclası effektsiz və 
ola bilsin (yəqin ki), xeyirsiz idi]. 
Over his shoulder, Anson Harris said, “More likely 
Arsenic and Old Lace” (Arthur Hailey, “Airport”, 289) 
“Ənson Hərris başını çevirmədən dedi: - Güman ki
“Mərgümüş  və köhnə kruceva” əsərindən” (Artur Heyli, 
“Aeroport”, 264) [Ənson Hərris çiyninin üstündən: - Çox 
güman ki, “Mərgümüş və köhnə kruceva”]. 
As to Cindy, when she determined to do something she 
usually did it, so it was entirely likely that she would arrive at 
the airport later tonight (Arthur Hailey, “Airport”, 159). 
“Sindiyə  gəlincə, o, qərar qəbul etdisə,  deməli, həyata 
keçirəcəkdi və  gözləmək olardı ki, gecəyarısı aeroportda 
peyda olacaqdı” (Artur Heyli, “Aeroport”, 148) [Sindiyə 
gəlincə, bir şeyi eləməyi qərara aldımı, adətən, onu eləyir, 
odur ki tamamilə mümkün idi ki, o, gecədən keçmiş 
aeropotra gələcəkdi]. 

 
137
The ten percent was a long shot because it was highly 
unlikely that there would ever be any damages to collect 
(Arthur Hailey, “Airport”, 93). 
“Bu on faiz məsələsi hər ehtimala qarşı yazılmışdı, çünki 
hər hansı cərimənin ödənilməsinə ümid az idi” (Artur Heyli, 
“Aeroport”, 91) [Bu on faiz uzun məsələ idi, çünki heç 
mümkün deyildi ki, hansı isə məbləğ yığılsın]. 
“Tale”, “bəxt” (“xoşbəxtlik”, “bədbəxtlik”) təsəvvürlərindən 
çıxış edərək modal münasibət bildirən sözlər: Modal sözlərin 
mühüm bir qrupunu “tale”, “bəxt” anlayışları assosiasiyası 
yolu ilə modal münasibət bildirən sözlər təşkil edir. Bunların 
sırasına  xoşbəxtlikdən, bədbəxtlikdən, ing.: fortunately, 
unfortunately sözləri aiddir. Həmin sözlər üçün cümlədə, 
mətndə ifadə olunan hadisəyə danışanın, deyək ki, 
“taleyüklü” maraq və mənafeləri baxımından qiymət vermək 
xarakterikdir. Ancaq nəzərə almaq lazımdır ki, həmin modal 
münasibət tamamilə şərti xarakter də daşıya bilər. 
Həmin modal sözlərin əsasında “tale”, “bəxt”, “xoşbəxtlik”, 
“bədbəxtlik” kimi təsəvvürlər dayanır. Sırf linqvistik 
baxımdan bu, müvafiq bazis sözlərdən “müsbət” və “mənfi” 
mənalı modal sözlərin düzəlməsi  şəklində özünü göstərir. 
Həmin  əlamətə görə  də qeyd olunan modal sözlər iki 
yarımqrup əmələ gətirir: 
a) müsbət mənalı modal sözlər: azərb.:  xoşbəxtlikdən
ing.: fortunately
b) mənfi mənalı modal sözlər: azərb.: bədbəxtlikdən, 
qəzadan olan kimi, təəssüf ki, əfsuslar olsun ki; ing.: 
unfortunately.  
Fortunately sözü üçün cümlənin əvvəlində işlənmək daha 
çox xarakterikdir. 
Fortunately, the bus with downtown checkins had arrived 
several minutes earlier (Arthur Hailey, “Airport”, 236) 
Xoşbəxtlikdən, minik başa çatmamış  sərnişin avtobusu 
özünü aeroporta yetirdi” (Artur Heyli, “Aeroport”, 219) 
[Xoşbəxtlikdən… avtobus bir neçə  dəqiqə tez gəlib-
çıxmışdı]. 
Fortunately, the ground being obscured by cloud meant 
that no one could see and identify cities (Arthur Hailey, 
“Airport”, 346) 

 
138
Xoşbəxtlikdən, yer üzü buludlarla örtülmüşdü və 
şəhərlərin işıqlarına görə istiqaməti müəyyən etmək 
olmazdı” (Artur Heyli, “Aeroport”, 317) [Xoşbəxtlikdən, yerin 
buludla örtülməsi o demək idi ki, heç kəs  şəhərləri görüb 
müəyyənləşdirə (tanıya) bilməzdi]. 
Fortunately, the woman had left cust before the flight 
finished loading (Arthur Hailey, “Airport”, 251) 
Nə yaxşı ki, minik başlanmamış, o qız rədd olub ordan 
getmişdi” (Artur Heyli, “Aeroport”, 232) [Xoşbəxtlikdən  (nə 
yaxşı ki), qadın təyyarənin yüklənməsindən azca qabaq 
çıxıb (duşub) getmişdi]. 
Fortunately cümlənin ortasında 
Bu sözün cümlənin ortasında işlənməsinə aid əlimizdə 
yalnız bir misal var, lakin burada o, tam mənası ilə cümlənin 
ortasında deyil, tabesiz mürəkkəb cümlənin tərkib 
hissələrindən birinin əvvəlində işlənmişdir. 
A trait of character of Coe Patroni’s was a white hot
violent temper; fortunately, the violent part was not easily 
set off, but once it was, all reason and logic deserted him 
(Arthur Hailey, “Airport”, 109) 
“Cou Pətroninin çılğın, ipə-sapa yatmaz xasiyyəti vardı; 
xoşbəxtlikdən, onu özündən dərhal çıxarmaq asan deyildi, 
ancaq özündən çıxdımı, ağlı da başından uçurdu” (Artur 
Heyli, “Aeroport”, 101) [Cou Pətroninin xasiyyəti tünd, çılğın 
idi: xoşbəxtlikdən, onu təbdən çıxarmaq asan deyildi, ancaq 
təbdən çıxdımı, ağıl və məntiq onu tərk edirdi]. 
Unfortunately – bədbəxtlikdən, təəssüf ki, əfsuslar olsun 
ki (köh.) 
Azərb.: xoşbəxtlikdən – bədbəxtlikdən, ing.: fortunately – 
unfortunately antonim cütlər təşkil edir. Həmin sözlər üçün 
eyni cümlədə iştirak etmək səciyyəvi deyil (ancaq bu istisna 
olunmur). 
Unfortunately sözü, sözdüzəltmə  və semantik cəhətdən 
bağlı olduğu fortunately sözü kimi, cümlənin əvvəlində gəlib, 
bütün cümlədə ifadə olunan fikrə modal münasibət ifadə 
edir. Eyni sözü azərb.:  bədbəxtlikdən sözü barəsində  də 
demək olar. 
Qeyd etmək lazımdır ki, fortunately, unfortunately sözləri-
nin Azərbaycan dilində müqabilləri 
xoşbəxtlikdən, 

 
139
bədbəxtlikdən sözləridir. Ancaq Azərbaycan dilində 
müvafiq məqamlarda nə yaxşı, nə əcəb, yaxşı ki, təəssüf ki, 
əfsuslar olsun ki modal ifadələri də  işlənir.  Təəssüf ki, 
əfsuslar ki modal ifadələri motivlərinə görə ing. unfortunately 
sözündən fərqlənsələr də, işlənmə  məqamına görə ona 
uyğun gəlirlər. 
Unfortunately sözünə aid misalların sayı çox deyil. 
Əlimizdə olan misallarda bu söz istisnasız olaraq cümlənin 
başında gəlir. 
Unfortunately, it often didn’t (Arthur Hailey, “Airport”, 191) 
Təəssüflər ki, tez-tez əksinə olur” (Artur Heyli, 
“Aeroport”, 177) [Təəssüf ki, çox vaxt bu belə olmur]. 
Unfortunately, the glamour no longer affected him 
personally (Arthur Hailey, “Airport”, 282) 
Bədbəxtlikdən, bütün bunların Melə  qətiyyən aidiyyəti 
yoxdur” [Bədbəxtlikdən,  əfsun  şəxsən ona daha təsir 
etmirdi]. 
Unfortunately, Lionel was now a long way from eighteen 
he was forty – eight (Arthur Hailey, “Airport”, 184) 
Təəssüf ki, Layonel indi on səkkizdən uzun bir məsafədə 
idi; o, qırx səkkiz yaşında idi.  
 
2.2.1. Nəticələr.  
1. Modallıq çox mühüm dil kateqoriyalarından biridir. 
Onun ifadə vasitələrinin sayı dildən-dilə  dəyişsə  də,  əsas 
sinifləri olan prosodik, leksik və qrammatik vasitələr dillər 
arasında eyniyyət təşkil edir. Azərbaycan və ingilis dillərinin 
materiallarının müqayisəli nəzərdən keçirilməsi də bu fikrin 
doğruluğunu təsdiq edir. 
2. Modallıq kateqoriyasının mühüm ifadə vasitələrindən 
birini modal sözlər təşkil edir. Bunlar danışanın öz nitqində 
ifadə edilən fikrə münasibətini obyektiv gerçəkliyə nisbət, 
ağıl və düşüncə qaydalarına müvafiqlik, emosional 
qiymətvermə, insan həyatı  və taleyində oynadığı rola görə 
ifadəsinə xidmət edən sözlərdir. Təsadüfi deyil ki, 
Azərbaycan və ingilis dillərində modal sözlər sahəsində 
birbaşa təmas nöqtələri olmasa da, həmin dillərin modal 
sözlərinin əsas sinifləri bir-birinə uyğun gəlir. 

 
140
3. Modal sözlər mənsub olduqları dilin leksik sistemi 
və qrammatik quruluşu ilə sıx təmasda fəaliyyət göstərir və 
inkişaf edir. Modal sözlər tarixən dilin başqa 
kateqoriyalarından olan sözlərindən törəmişlər. Bundan 
başqa, modal sözlərin bir qismi müasir dildə mövcud olan 
başqa sözlərlə canlı sözdüzəltmə və semantik münasibətləri 
büruzə verir. Məsələn: Azərb. doğru 

 doğrudan, xoşbəxtlik 

 xoşbəxtlikdən; ing. like 

 likely, obvious 

 obviously və 
s. Dilin leksik sistemi ilə canlı  əlaqələr modal sözlərin 
işlənməsinə də təsir göstərir. 
4. Modal sözlər sadə  və mürəkkəb cümlələrdə, dialoci 
nitqdə, nitq parçaları  və nitq situasiyaları ilə  sıx  əlaqədə 
istifadə olunur. Onlar cümlənin müxtəlif yerlərində  gələrək, 
olduqca rəngarəng cümləyaratma imkanları, qabiliyyəti 
nümayiş etdirir. Azərbaycan və ingilis dillərinin cümlə 
modellərini nəzərdən keçirdikdə görmək olur ki, onlar 
arasında həmin sahədə ümumi, oxşar cəhətlər çox olduğu 
kimi, fərqli cəhətlər də az deyil. Məsələn, bir çox modal 
sözlər ingilis dilində cümlənin ortasında və axırında gəldiyi 
halda, Azərbaycan dilində onların normal işlənmə mövqeyi 
cümlənin əvvəlindədir. 
5. Modal sözlər arasında  əksmənalılıq və yaxınmənalılıq 
münasibətləri tez-tez özünü büruzə verir. Bundan başqa, 
modal sözlərin bir qismi özlərinin sözdüzəltmə motivini 
saxlamış, bir qismi isə öz motivini itirmiş sözlərdir. 
Azərbaycan və ingilis dillərində motivini saxlamış sözlər 
arasında funksional oxşarlıq tapmaq daha asan olur. 
Məsələn, müq. et: xoşbəxtlikdən (xoşbəxt) – ing. fortunately 
(fortunate); Azərb.  bədbəxtlikdən (bədbəxt) – ing. 
unfortunately (unfortunate). Motivini saxlamış sözlər daha 
artıq funksional sabitlik nümayiş etdirir.  
6. Modal sözlərin işlədilməsi dil ənənəsindən çox asılıdır. 
Məsələn, Azərb.  Ehtimal ki, modal sözünün işlənmə tezliyi 
onun ingilis dilindəki müqabili ilə müqayisədə o qədər də çox 
deyil. 
7. Modal sözlər çoxfunksiyalılıq nümayiş etdirir. Dilin 
başqa sözləri kimi, bunlara da əsas məna və  əlavə  məna 
xasdır. 

 
141
8. Modal sözlərə çoxifadəlilik, variativlik də yad deyil. 
məsələn, subyektin öz münasibətini bildirməsi müxtəlif 
şəkillərdə ola bilər:  məncə, bizcə, mənim fikrimcə, bizim 
fikrimizcə, mənə görə, bizə görə və s. 
9. Modal sözlərin seçilib-işlədilməsi  şifahi nitqdə 
danışanın, yazılı nitqdə isə yazanın, müəllifin linqvistik 
məqsəd və niyyətindən asılıdır. Məsələn, Azərbaycan və 
ingilis dillərinə  məxsus olan dil materiallarını müqayisə 
edərək görürük ki, eyni modal məna müxtəlif  şəkillərdə, iki 
cür, üç cür ifadə edilir. 
10. Modal münasibət başqa yollarla, üsullarla ifadə 
olunsa da, modal sözlər həmin münasibətlərə daha çox 
konkretlik,  əyanilik verir. Hər iki dilin materialları bu fikri 
təsdiq edir. 
 
2.3.  İngilis və Azərbaycan dillərində modallığın 
morfoloci ifadə vasitələri. 
Modallığın morfoloci ifadə vasitələri modallığın ikinci növü 
ilə əlaqədardır. Y.A.Zverevanın qeyd etdiyi kimi, “modallığın 
ikinci növündə mülahizənin bütün məzmununun gerçəkliyə 
müvafiqliyinə danışanın inamı, 
şübhəsinin (yaxın 
inamsızlığının) dərəcəsi ifadə olunur” [104, s.20]. İndi isə 
İngilis və Azərbaycan dillərində modallığın morfoloci ifadə 
vasitələrini nəzərdən keçirək.  
 
2.3.1. Indikativ modallıq. 
Fel  şəkilləri ilə ifadə edilən modallığın bir növü 
“təsdiqetmə modallığı” (nəqletmə, iqraretmə modallığı), 
“indikativ modallıq” adlanır. İndikativ modallıq həm sintaksis, 
həm də morfologiya sahəsində özünə yer tapır. Sintaksisdə 
indikativ modallıq nəqli cümlələrdə özünü göstərir. 
Morfologiya sahəsində indikativ modallıq felin xəbər şəkli 
ilə ifadə olunur. Sintaksisdə  nəqli cümlə cümlənin məqsəd 
və intonasiaya görə növləri içərisində  mərkəzi mövqe 
tutduğu kimi, morfologiyada da xəbər şəkli felin zaman-növ 
formaları sistemində  mərkəzi mövqe tutur. A.N.Slüsareva 
yazır: “Fel morfologiyası modallıq ifadə edərkən bazis 
(baza) kateqoriyası kimi xəbər  şəklini özünə daxil edir ki, 

 
142
inkar, sual və modal mənaları onunla nisbətdə götürülür” 
[146, s.69].  
Təsdiqetmə (iqraretmə, nəqletmə) morfologiyası felin 
xəbər  şəklinə söykənir. Felin xəbər  şəkli danışana hal, 
hərəkət prosesi əslində baş vermiş kimi, eləcə də gələcəkdə 
icrası  qəti  şəkildə baş verəcək kimi təqdim etməyə imkan 
verir. N.A.Slüsareva təsdiqetmənin (iqraretmənin, 
nəqletmənin) morfologiyalaşdırılmasını ingilis dilinin 
müstəsna xüsusiyyətlərindən biri kimi qiymətləndirir [146, 
s.53]. Həmin xüsusiyyəti Azərbaycan dilində  də müşahidə 
edirik.  
Məlumdur ki, felin xəbər  şəklinin xüsusi ifadə vasitəsi 
yoxdur. O, felin zaman formaları ilə ifadə olunur. Bu, 
Azərbaycan dilində də, ingilis dilində də eynidir. 
İngilis dilinin təsdiqetmə (iqraretmə) modallığının 
ifadəçiləri olan felin zaman kateqoriyası formaları bu dilin 
morfoloci sistemində mərkəzi mövqe tutur. Bu, Azərbaycan 
dilində də belədir. 
Bununla belə, unutmaq olmaz ki, Azərbaycan və ingilis 
dillərinin xəbər  şəkillərini təmsil edən zaman formaları  həm 
formal, həm də semantik cəhətdən bir-birindən kəskin 
surətdə  fərqlənir. Bu iki dilin zaman formalarını müqayisəli 
şəkildə  nəzərdən keçirərkən həmin fərqlər daha açıq-aşkar 
nəzərə çarpır. 
Modallıq kateqoriyasının reallaşmasının morfoloci 
vasitələri şəkil formaları ilə təmsil olunur [146, s.52]. Burada 
indikativ modallıq  əsas yer tutur. İndikativ modallıq felin 
şəxsli formaları ilə bağlıdır. O, felin şəxsli formaları 
içərisində morfoloci olaraq və  şəxs (kəmiyyət/şəkil) zaman 
morfemləri ilə ifadə olunmuşdur.  İngilis dilində bunlar 
xəbərlik göstəriciləridir [63, s.107]. 
İndikativ modallığın felin xəbər  şəkli ilə ifadəsindən 
danışarkən keçmiş  və indiki zaman formaları ilə 
kifayətlənmək lazım gəlir. Bunun əsas səbəbi odur ki, yalnız 
indiki və keçmiş zaman formaları subyektlə predikat 
arasındakı real şəkildə mövcud olan, yaxud real münasibət 
kimi təqdim olunan münasibəti bildirir. Başqa səbəb bundan 
ibarətdir ki, ingilis dilində felin gələcək zamanı modal fellərin 
köməyi ilə ifadə olunur. Bundan isə biz artıq müəyyən qədər 

 
143
bəhs etmişik. Başqa bir səbəb də onunla bağlıdır ki, felin 
gələcək zaman formaları 
qətilik və qeyr-qətilik 
bildirmələrindən asılı olmayaraq, hələlik baş verməmiş 
hərəkəti bildirir. Onu görə  də  gələcək zaman formalarının 
ayrıca nəzərdən keçirilməsi vacibdir. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin