2) O, ola bilsin ki, məsələni həll edər.
Birinci halda bilər feli obyektiv modallığın mümkünlük
mənasını, ikinci halda isə subyektiv modallığın
problematiklik mənasını bildirir. Alman dilindəki dürfen,
können, sollen və müssen modal felləri də analoci funksiya
daşıyırlar. Əslində, obyektiv modallığın mümkünlük və
zərurilik (mümkünat və zərurət) mənalarını verən bu modal
fellər subyektiv modallıq funksiyasında işlənərək gerçəkliyin
problematiklik dərəcəsini bildirirlər.
Tərcümə prosesində cümlənin modal xüsusiyyətləri
düzgün anlaşılmadıqda düzgün olmayan tərcümə
nümunələri alınır və bu zaman mənanın təhrif olunması və
səhv nəticələr alınmasına səbəb olur. Belə ki, bir çox
hallarda tərcümə prosesində sadə, problematik və
kateqorial modal mənalar səhvən qarışdırılır. Məsələn:
50
alman dilindəki “Sir wird glücklich gewesen sein” “O, mən
buna əminəm, xoşbəxt idi” kimi tərcümə olunur. Əslində isə
həmin cümlənin tərcüməsi bu şəkildə olmalıdır: O, xoşbəxt
olmalı idi və xoşbəxt idi.
Germanşünaslıqda mühüm problemlərdən biri də modal
ədatların semantik təbiətinin hərtərəfli təhlilidir. Modal
ədatların semantik təbiətini tam izah etmək üçün onların
qrammatik mahiyyətini aşkarlamaq lazımdır. Alman dilində
modal ədatlar cümlənin xəbərinə birləşib, onun strukturuna
daxil olur, xəbərlə subyektiv modal mənalı yeni konstruksiya
əmələ gətirir. Deməli, modal ədat xəbərin mühüm struktur
elementinə çevrilir, beləliklə cümlənin aparıcı komponenti
kimi subyektiv-modal mənalı cümlənin sintaktik funksiyasını
yerinə yetirir. Beləliklə, modal hissəcik qrammatik formanın
bir hissəsinə çevrilir.
Modal hissəcikli cümlənin subyektiv-modal mənası nədən
ibarətdir? Məlum olduğu kimi modallığın iki tipi vardır:
obyektiv və subyektiv. Emosional-dəyərləndirmə mənası da
subyektiv modallığa aid edilir. Bu iki modallıq tipi arasında
fərq orasındadır ki, onlarda kommunikativlik mənası müxtəlif
dərəcələrdə özünü göstərir. Obyektiv modallıq verilmiş
situasiyada mövcud əlaqələri göstərir. Subyektiv modallıq
deyilən fikrin gerçəklik dərəcəsini, danışanın
qiymətləndirmə-dəyərləndirmə səviyyəsini əks etdirir.
Emosional-dəyərləndirmə mənası ilə birlikdə subyektiv
modallıq obyektiv modallığa nisbətən ikincidir [120, s.50-
58).
Məlum olduğu kimi, bu və ya digər qrammatik formanın
obyektiv məna strukturunu müəyyənləşdirmək olduqca
mürəkkəbdir. Emosiya tipləri dilin struktur-semantik
vahidlərinə ayrılmadığı üçün onların mənasını müəyyən-
ləşdirmək daha çətindir. Məsələn, qəzəb, narazılıq, sevinc,
dəhşət hissləri həmişə eyni səbəbdən doğmur, onları
şərtləndirən səbəblər də müxtəlif situasiyalarda, müxtəlif
vasitələrlə ifadə olunur. Təbiidir ki, onların nitq aktında
təzahürü də müxtəlif formalarla düzəlmiş olur. Bütün
göstərilənlərə baxmayaraq çox çətin müşahidə olunan
subyektiv-modallığın semantik mənasını tədqiq etmək
mümkündür. Bu zaman cümlənin leksik-qrammatik
51
parametrlərinə istinad etmək olar. Leksik-qrammatik
parametrlər subyektiv interpretasiyanı məhdudlaşdırır.
Tədqiqat prosesində ayrıca üzvlə ifadə olunmuş cümlə
deyil, onun kommunikativ tipinə, xəbərin leksik qrammatik
səciyyələrinə, həmin cümlənin üzvündən əvvəlki və sonrakı
cümlələrlə sintaktik əlaqələrinə diqqət yetirmək lazımdır.
Qonşu cümlələrlə əlaqə struktur baxımdan və leksik
tamlanmaya görə ola bilər.
Subyektiv-modal cümlələr çox vaxt başlanğıc replika
olmadan yarana bilərlər. Belə cümlələrin mənası situasiyada
məlum olur. Situasiya da belə cümlələrin strukturunu və
leksik tərkibini müəyyənləşdirir. Bu qəbildən olan cümlələri
üç obyektiv-modal tipə ayırmaq olar: 1) təsdiq; 2) əmr; 3)
sual.
Təsdiq formada olan obyektiv modal cümlə çərçivəsində
subyektiv-modal məna tipi cümlənin strukturundan və feli
xəbərin semantikasından asılı olur. Alman dilində
sein+predikative, havon felləri ilə ifadə olunmuş xəbərlərdə
danışanın real hadisənin baş verməsinə əminliyi, eləcə də
müxtəlif emosiyalar (qəzəb, təlaş, narazılıq, təəccüb və s.)
ifadə olunur. Modal felli xəbərlərdən ibarət cümlələrdə
danışan əminlik və mümkünlük (können), arzu (wollen),
zərurilik (sollen, müssen), icazə (dürfen, mögen, lassen)
bildirir. Bu cümlələrdə xəbər infinitivlə ifadə olunur.
Göstərilən cümlə tiplərində arzu mənası hiss olunur.
Dəyərləndirmə və hissləri ifadə edən fellərlə düzələn
cümlələrdə (Glauben, Wissen, Kennen, Denken, Ahnen,
Sehen, Hören) danışan xəbərdə ifadə olunmuş hadisənin
realığına əminlik bildirir.
Əmr şəklində obyektiv modal cümlələrdə baş verəcək və
baş verməyəcək hadisəyə görə tələb, xahiş, əmr,
xəbərdaretmə, yalvarış, çağırış hiss olunur. Rus dilində bu
qəbildən olan cümlələrdə da, nu a nu, tolğko, uce, vse-taki
kimi ədatlar işlənir.
Sual cümlələri modal hissəciklərlə daha zəngindirlər.
Onların subyektiv-modal mənaları əsasən aşağıda
göstərilənlərlə müəyyənləşir:
a) sual cümlələrinin tipi ilə (xüsusi və ümumi sual
cümlələr);
52
b) feli xəbərin semantikası ilə.
Xüsusi sual cümlələrində xəbər çox vaxt emosional
reaksiyaya səbəb olan fellə, subyektiv dəyərləndirmə felləri
machen, tun, haben, sein eləcə də modal fellərlə düzəlir.
Rus dilində xüsusi sual cümlələri da, ce, kto ilə düzəlir.
Müəllif nitqində danışanın emosiyalarının istiqamətləri
göstərilir. Emosional reaksiya doğuran hərəkətlərin miqdarı
məhdud olduğu üçün belə sual cümlələrində xəbər
funksiyasında çıxış edən fellərin də miqdarı az olur. Çünki,
belə hadisələr insanın görmə, eşitmə və duyğu orqanları
tərəfindən qəbul edilə bilməlidir.
Xüsusi sual cümlələri, öndə gələn replikasız işləndiyi və
danışanın həmsöhbətinin hərəkətinə və ya baş vermiş
situasiyaya münasibətini ifadə etdiyi üçün öz strukturuna və
leksik tamlığına görə eynidir:
a) xəbər həmişə indiki zamanda olur, çünki danışan
gördüyü, eşitdiyi və ya hiss etdiyi emosiyalarını ifadə edir;
b) xəbər danışanın emosional reaksiyasını ifadə edən
fellərlə və ya ən ümumi, fərqləndirilməyən hərəkət və ya
hadisələri bildirən (haben, sein, tun machen) modal fellərlə
ifadə olunur;
c) cümlələr geniş, həmcins cümlələrlə
mürəkkəbləşdirilmiş, mürəkkəb olmamalıdırlar;
ç) cümlənin ikinci dərəcəli üzvləri zərf, zərf-ədat, zərf-
isim, isim-sözönü birləşmələri ilə ifadə olunurlar.
Bu prinsiplə modal hissəciklərlə əmələ gələn çoxlu cümlə
tipləri yaranmış olur. Bu subyektiv-modal mənaların onların
sintaktik-strukturundan və leksik tamlığından ayrılmaz
olduğu xüsusi cümlə tipləridir. Dialoq nitqində başqa mətn-
lərə nisbətən daha çox qrammatika ilə leksikanın qarşılıqlı
əlaqələri hiss olunur: müəyyən qrammatik formalar yalnız
müəyyən leksik vahidlərdə mövcud olur.
Alman dilində ümumi sual cümlələrində xəbər
funksiyasında aşağıdakı fellər çıxış edir: 1) subyektiv
dəyərləndirmə (glauben, denken, meinen və s.) 2) hiss,
təsəvvür (sehen, hören, merken və s.), 3) modal fellər, 4)
digər fellər.
53
Subyektiv dəyərləndirmə felləri (glauben, denken,
meinen) yalnız baş cümlələrdə xəbər funksiyasında çıxış
edir.
Ümumi sual cümlələrində hissi təsəvvür bildirən fellər
(sehen, hören, meren) bir qayda olaraq nicht, nichts, kein
inkar hissəcikləri ilə işlənir və çox vaxt sadə cümələrlə
işlənir.
Ümumi sual cümlələrinin əsasında çox vaxt ritorik suallar
durur. Bu suallarda danışanın təəccübünü, qəzəbini,
narazılığını, barışmazlığını bildirən subyektiv modal mənalar
ifadə olunur. Ritorik suallar üç istiqamətli informasiyanı ifadə
edirlər: 1) rasional sual (bu və ya digər informasiyanı almaq
üçün verilən süal); 2) subyektiv-modal mənalar (şübhə,
qıcıq, narazılıq və s.); 3) müəyyən problemlə bağlı məntiqi
mühakimə.
Alman və rus dillərində olan mətnlərin üzərində
müşahidələr göstərir ki, cümlələrdə müşahidə olunan
subyektiv-modal mənalar onları ifadə edən hissəciklərdə
olmur. Subyektiv-modal mənaların xarakteri cümlənin
kommunikativ tipindən çox asılı olur. Təsdiq cümlələrində
subyektiv-modal mahiyyətli məna danışanın müxtəlif
emosiyalarını-əminliyini, hərəkətin gerçəkliyinə inamını və s.
ifadə edir. Xüsusi sual cümlələrində subyektiv –modal
mənalar danışanın emosional vəziyyətini real əks etdirən
bütöv bir şkalanı əks etdirir. Əsasən, bu təəccüb, qəzəb,
narazılıq və s. kimi hisslərin xəbərdə ifadəsidir. Modal
ədatların iştirak etdiyi cümlələrdə danışanın intellektual,
volyuntativ və emosional hissləri mürəkkəb qarşılıqlı əlaqə
və qarşılıqlı qovuşma prosesində olur. Bunun nəticəsində
cümlə daxilində sözlər digər kontekstlərdəki mənalarını itirir
və volyuntativ-emosional məzmun kəsb edirlər. Bəzən
müxtəlif subyektiv-modal ədatların iştirakı ilə düzgün
cümlələr eyni mənada, eyni subyektiv-modal ədatlarla
düzələnlər isə müxtəlif mənalar ifadə edə bilərlər. Buradan
belə nəticə çıxarmaq olar ki, cümlə daxilində subyektiv-
modal məna modal ədatlarla deyil, daha çox cümlənin
struktur-semantik tipi ilə düzəlir. Modal ədatlar isə bəzən
uyğun sinonim ilə əvəz oluna bilər. Ayrı-ayrı modal
hissəciklər konkret situasiyalarda müxtəlif semantik
54
çalarlarda reallaşırlar. Modal ədatların dəqiq subyektiv-
modal mənaları statistik-psixolinqvistik təhlil nəticəsində
aydınlaşdırıla bilər.
Subyektiv-modal cümlələr danışıq dilində real
situasiyalarda mövcud olur və bu zaman kontekstlər mühüm
rol oynayır. Mətndə əvvəl gələn cümlə sonrakı cümlə ilə
formal və məna əlaqəsində olur. Əvvəlki cümlə sonrakı
cümlə üçün müəyyən məna hazırlığı rolu oynayır. Replika
kimi çıxış edən birinci cümlə cavab replikası ilə dialoq recimi
əmələ gətirir. Belə ki, alman, rus və digər dillərdə
kommunikativ cümlənin dörd tipini ayırmaq mümkündür:
təsdiq, əmr, xüsusi sual, ümumi sual cümlələri. Dialoq-
replika recimlərində onların 16 modal tipini göstərmək olar: -
təsdiq - təsdiq, təsdiq-əmr, təsdiq-xüsusi-sual, əmr-ümumi-
sual və s. cavab replikası hər bir modeldə cümlənin
kommunikativ tipi, strukturu modal ədatların tipi və leksik
tamlığından asılı olaraq müxtəlif subyektiv-modal mənalar
verə bilərlər. İlkin və cavab replikalar arasında təkcə məna
deyil, həm də formal əlaqələr olur. Bu əlaqələr müxtəlif
leksik-qrammatik-semantik zəminində yaranır və formalaşır.
Dialoq-replika strukturlu cümlələrdə əqli nəticə çıxarmaq
məqsədilə məntiqi sillogizmlərdən istifadə olunur. Belə
strukturlu cümlə tiplərində bir və ya bir neçə replika səciyyəli
cümlədən istifadə olunur. Modal hissəciklərin semantik-
təbiəti problemi olduqca mürəkkəb və çoxcəhətlidir. Bunun
üçün hər şeydən əvvəl modal hissəciklərin məntiqi
modallıqla sərhədini dəqiq müəyyənləşdirmək lazımdır.
Eləcə də, modal hissəciklərin məntiqi modallıqla kəsişən
nöqtələrini oxşar və fərqli cəhətlərini dəqiq təyin etmək
olduqca vacibdir. Modal hissəciklərin digər söz qrupları ilə
müqayisəsi, yalnız modal mənada işlənən söz qruplarının
aşkarlanması modallığı bir universal kateqoriya kimi
səciyyələndirməyə imkan verir.
Germanşünaslıqda modallığın cümlədən daha böyük
sahələrdə- mətn çərçivəsində tədqiqi modallığın funksional-
semantik sahə aspektinin mahiyyətini açıqlamağa imkan
verir.
Modallıq funksional-semantik sahə
nəzəriyyəsi
çərçivəsində də araşdırıla bilər. Məlum olduğu kimi,
55
semantik sahə əhatə dairəsi və semantik tutumuna görə
mikro və makro sahələrə ayrılır. Mətn çərçivəsində
modallığın düzgün izahı üçün mikrosahələrin
araşdırılmasının əhəmiyyəti böyükdür. Məlum olduğu kimi,
subyektiv modallığın gerçəklik/yalan və niyyət bildirən
növləri vardır. Bütün cümlələrdə gerçəklik və ya yalan
mənalarından birini verən modallıq mövcuddur. Ona görə
də, daha çox bu məsələ araşdırılır. Baş vermiş hadisənin
gerçəkliyi və ya qeyri-gerçəkliyi danışanın, yazanın
münasibəti, subyektiv fikri ilə müəyyənləşir. Gerçəkliyə və
ya yalana danışanın/yazanın münasibətini aşağıdakı
semantik sahə kimi ifadə etmək olar:
1. Obyektiv gerçəkliyə müvafiqlik.
2. Doğruluq sübut oluna bilər.
3. Danışanın/yazanın adının verilməsi.
4. Danışanın adının verilməməsi.
5. Doğruluq sübut oluna bilməz (çətin ki, sübut oluna
bilər) [106, s.10-15]. Bu halda modal komponentli fel/isim
danışanın nöqteyi-nəzərini əks etdirir və felin xəbər şəkli ilə
ifadə olunur.
6. Söyləmin doğruluğunun təminatı. Modal semantikalı
fel/isim, sözbirləşməsi felin xəbər şəklində işlənməklə
söyləmin doğruluğu təmin olunur.
7. Obyektiv gerçəkliyin ehtimali müvafiqliyi. Bu halda
danışan/yazan göstərilməyə də bilər. Bu halda danışanın
münasibəti modal komponentli fel/isimlə xəbər budaq
cümləsi ilə ifadə olunur.
8. Gerçəkliyin ehtimali qeyri-müvafiqliyi. Danışan/yazan
adlandırıla və ya adlandırılmaya bilər. Ehtimali qeyri
müvafiqlik modal komponentli fel/isimlə ifadə olunmuş
budaq cümlə şəkilində gələcək zamanda olur. Həmin
cümlədə leksik vasitələrdən (modal hissəciklərdən) istifadə
edilir.
9. Obyektiv gerçəkliyin qeyri-müvafiqliyi. Danışan/yazan
adlandırıla və ya adlandırılmaya bilər. Modal komponentli
fel/isim xəbər şəklində işlənir. Bu cümlədə inkar vasitələrdən
də geniş istifadə olunur.
Modallıq kateqoriyasının arqumentləşdirilməsi dərəcəsinə
görə mətnlər ayrı-ayrı növlərə ayrılır. Həmin araşdırılan
56
mətnlərdə modallığın funksional-semantik sahələrinin
(gerçəklik/qeyri-gerçəklik) hansının arqumentləşdirmə
vasitəsi kimi daha çox istifadə olunması aydınlaşdırıla bilər.
Bununla dilin funksional-semantik və funksional-
kommunikativ təsviri arasında əlaqə yaradılmış olur.
Arqumentləşmə müstəqil bir proses olub mürəkkəb və
müxtəlifnövlüdür. Onun məzmunu bir çox kompozisiyalı nitq
formalarından ibarətdir. Həmin nitq formalarında
danışanın/yazanın bu və ya digər hadisəyə subyektiv
münasibəti öz əksini tapır.
K.E.Zommerfeldt müxtəlifnövlü mətnlərlə formalaşan 4
arqumentasiya növünü göstərir [106, s.10-15]:
1. İnkişafda götürülən izahedici arqumentləşdirmə (das
entwickelnd-erklarende Argumentieren). Onun funksiyası
müşahidələr nəticəsində təcrübə toplanması, şeylər və
hadisələr arasında əlaqələrin öyrənilməsi və beləliklə
hərəkətə təhriketmədən ibarətdir. Belə arqumentləşdirmə
ictimai praktikada özünü doğrultmuşdur. Bu halda kollektiv
və ya ayrı-ayrı şəxslər mürəkkəb bir vəzifənin icrasında
səfərbər edilir.
2. İzahedici-diskussiya səciyyəli arqumentləşdirmə (das
erklarend-auseinandersetzen de Argumentieren). Burada
əsas diqqət düzgün olmayan fikirlərin təkzib edilməsi və
düzgün qərarların əsaslandırılması və sübutudur. Daha çox
köhnəlmiş fikirlər, düşünülməmiş düşmən hərəkətlərin
pislənilməsi, konstruktiv yollar göstərilməsi məqsədi ilə bu
formadan istifadə olunur. Belə ictimai əhəmiyyət kəsb edən
mövzulara əmək intizamına və tədris proqramına riayət
olunması, ətraf mühitin qorunması, sağlam tərbiyə və s.
daxildir.
3. Diskussiya-izahedici (polemik) arqumentasiya. Bu
prosesdə bu və ya digər nöqteyi-nəzərin zəruriliyi və
doğruluğu sübut olunur, başqa bir nöqteyi nəzərin isə
düzgün olmadığı, ziyanlılığı faktlarla izah edilir.
Bir qayda olaraq, inkişafda götürülən izahedici arqument-
ləşdirmədə arqumentləşmə dinləyənin/oxuyanın informasiya
ilə təmini ilə başlayır. Bu mərhələ başlanğıc mərhələ hesab
olunur. Sonra problemin dəqiq və hərtərəfli ifadəsi, izahı və
nəticələrin formullaşdırılması mərhələsi başlanır.
57
Məsələn, tutaq ki, hər hansı bir mənzildə yanğın baş
vermişdir. İlk mərhələdə baş vermiş bədbəxt hadisədən
sonrakı vəziyyət təsvir olunur. Evdə yanğının əhatə etdiyi
sahə, yanmış əşyalar, ev sakinlərinin xəsarət alıb-
almaması,yanğının söndürülmə müddəti və s. Sonra
yanğının baş vermə səbəbləri (ehtiyatsızlıq, elektrik və ya
qaz xəttində texniki nasazlıq və s.) göstərilir. Son mərhələdə
baş vermiş hadisənin nəticələri təhlil edilir, tövsiyə səciyyəli
məsləhətlər verilir (ehtiyatlı olmaq, elektrik və qaz xətlərinin
dəqiq yoxlanması və texniki nasazlıqların aradan
qaldırılması və s.).
Yuxarıda göstərilənlərdən fərqli olaraq şərhedici
(izahedici) diskussiya səciyyəli arqumentləşdirmədə bir-
birinə zidd olan fikirlər və nöqteyi-nəzərlər şərh və müzakirə
olunur. Bütün bu müxtəlif fikirlər şərh olunduqdan sonra
müəllifin gəldiyi qənaət təklif olunur.
Yanğınla bağlı yuxarıda izah etdiyimiz situasiyada
müxtəlif zidd fikirlərin, kontrarqumentlərin təhlili tələb
olunmur. Burada hadisəni danışan şəxsin şəxsi fikirləri
qəbul edilir. Müəllif hadisənin şahidi olmuş adamların
əksəriyyətinin qəbul etdiyi müddəanın, çoxlarının düzgün
hesab etdiyi versiyanın tərəfdarı kimi çıxış edir.
Nəticə olaraq göstərmək olar ki, arqumentləşdirici mətn-
lərdə həqiqilik/yalan modal sahəsində dil vasitələrindən
aşağıdakı kimi istifadə olunur:
- Arqementləşdirmənin bütün variantlarında həqiqilik
yalan sahəsinin dil vasitələri mühüm rol oynayır;
- İnkişafda götürülən izahedici arqumentləşdirmədə
müəllif öz şəxsi rəyini ifadə etmiş olur. Çünki, bu zaman zidd
fikirlər müzakirə olunmur. Bu prosesdə “əminlik” və “qeyri-
əminlik” mikrosahələrinə məxsus dil vasitələrindən istifadə
olunur;
- Arqumentləşdirmənin polemik variantlarında zidd, zərərli
nöqteyi-nəzərlər müzakirə olunur və qiymətləndirilir. Bu
zaman müəllifin şəxsi rəyi əsaslandırılır. Burada bütün
mikrosahələrin vasitələrindən istifadə nəzərdə tutulur.
Xarici dil kimi tədris olunan alman dilinin tədrisində yuxa-
rıda göstərilən metodlardan iki istiqamətdə istifadə oluna
bilər:
58
- Arqumentləşdirmə aktlarında həqiqilik/yalan
makrosahəsinin dil vasitələri geniş mənimsədilir.
- Nəzərdə tutulur ki, mikrosahənin ayrı-ayrı elementləri
arqumentləşdirmədə, müxtəlif mətn növlərində müxtəlif
işləklik dərəcəsinə malik olur.
1.3. Türkoloci ədəbiyyatda modallıq kateqoriyasının
tədqiqi.
Birinci fəslin ümumi qeydlər hissəsində türkologiyada mo-
dallıq kateqoriyası ilə bağlı araşdırmaların əsas istiqamətləri
barədə məlumat verilmişdi. Qeyd etmək lazımdır ki,
türkoloci ədəbiyyatda bu problemin tədqiqi ilə əlaqədar
A.N.Kononovun, N.A.Baskakovun, K.V.Musayevin,
F.R.Zeynalovun, Z.Əlizadənin, M.Hüseynzadənin,
A.Aslanovun, M.Rəhimovun, Ə.Cavadovun, N.Dırenkovanın
və b. böyük xidmətləri olmuşdur [116; 117; 65; 66; 131; 44;
23; 28; 8; 9; 139; 18; 19; 96].
A.N.Kononov ədatları və modal sözləri köməkçi sözlər
qrupuna aid edir və onları “ədat” termini altında birləşdirməyi
təklif edir [116, 345-346]. Ədatlar isə öz növbəsində əsil
ədatlar və ad-ədatlara bölünür. Müəllifin fikrincə, əsl
ədatların sabit səs quruluşu olmur, qrammatik
semantikadan başqa mənaya malik olmadıqları üçün daha
çox şəkilçi səciyyəli olur. Digər tərəfdən ədatlar yalnız
semantik məqsədlər daşıdıqları üçün bağlayıcılarla yaxın
funksiyalar daşıyırlar.
Modal sözlər isə fünksional baxımdan ədatlara müvafiq
gəlsələr də, əsasən danışanın deyilən fikrə və ya baş verən
hadisələrə münasibətini bildirir. Müəllifin fikrincə, ədatlar və
modal sözlər müxtəlif nitq hissələri ilə sıx əlaqəlidir. Belə
nitq hissələrinə bağlayıcı, zərf və əvəzliklər misal ola bilər.
A.N.Kononov müasir türk dilində işlənən modal sözləri üç
qrupa ayırır: nitq prosesində sözlərin müxtəlif məna çalar-
larını ifadə edənlər: iştə - bax, belə. Xalq - danışıq dilində
bu modal sözün na, nah variantları da işlənir. Bəzən bu
variantlar bir yerdə də müşahidə olunur: Nah iştə bak! - Bax
belə.
59
Türk dilində işarə mənasında de modal sözü də işlənir:
de - bax orada. Türk dilində hətta modal sözü də geniş
işlənmə dairəsinə malikdir. Qeyd etmək lazımdır ki,
A.N.Kononovun modal söz qrupuna daxil etdiyi sözlərin
bəziləri Azərbaycan dilində ədat hesab olunur.
Onu gördüm, hatta konuştum da [155, s.392].
Bilə modal sözü vurğusuz tələffüz olunur: Benden bilə.
Türk dilində ta ədatı modal mənada hadisənin baş
verdiyini dəqiqləşdirmək üçün istifadə olunur. Zamanın daha
dəqiq ifadəsi məqsədi ilə də işlənir:
-ta akşama qədər, ta baştan və s.
-ta sabaha kadar bekledim.
-dağın ta tepesinə kadar [155, s.814].
Ta ədatının başqa məna çalarları da vardır: hakikatın ta
kəndisi - əsl həqiqət.
A.N.Kononov müasir türk ədəbi dilində ədatların modal
mənada işlənməsini qeyd edərək bəzən onları eyniləşdirir.
Ədatla modal sözlərin, modal vasitələrin sərhədi qeyri-
müəyyən qalır.
Məhz bunun nəticəsidir ki, bir çox türk dillərində modallıq
kateqoriyası ayrıca qeyd olunmur və modal sözlər qoşma,
bağlayıcı və ədatlara aid edilir [65; 66; 46; 43].
A.N.Kononov hər hissəciyinin iki mənası olduğunu
göstərir: ümumiləşdirici
əvəzlik və gücləndirici -
ümumiləşdirici ədat.
Türkcə-rusca lüğətdə hər sözünün bir çox mənaları qeyd
olunmuşdur: her, her biri, her desa, her gün, her günkü, her
iki taraf, her insan, herdıkça, her an, her bakımdan, her
çeşit, her daim, her gördüğün sakallının baba diye kucağına
varma; her halda, her hali, her hangi, her işin hakkından
gelmek, her kafadan bir ses çıkıyor, her kes, her kim, her
kimsə, her kim ise, her nasıl, her ne hal, her ne kadar, her
ne vakit, her nedense, her nerede, her neyse, her ne ise,
her nice, her şeydən evvel (önce), her şeyin bir zamanı var,
her tarafi ateş kesilmek, her tarafta / yerde, her tarafta bezi
olmaq, her telden çalmak, her havadan çalmak, her vakit /
zaman, her yerde, her yerde və her bucakta, her zaman, her
zamanki gibi, her ağac kökündən çürür, her ağacın meyvası
olmaz, her arı bal vermez, her aşın kaşığı, her çiçekin bir
60
kokusu var, her çiçek koklanmaz, her çok azdan olur, her
derde deva, her firavunun bir Musası çıkar, her gün kedi /
papaz pilav yemez; her horoz kendi çöplügünde oter; her
kaşığın kismeti bir olmaz, her koyun kendi bacağından
asılır; her kuşun eti yenmez, her şeyi bilen bir şeyi bilmez,
her şeyin çokluğu azından / her çok azdan olur, her şey
incelikten, insan kalınlıktan kırılır, her şeyin yenisi, dostun
eskisi; her taş baş yarmaz; her yigidin bir yoğurt yiyişi var;
her yokuşun bir inişi / her inişin bir yokuşu var; her ziyan bir
oğüttür [155, s.401].
Lüğətdə verilmiş mənaların bir çoxu ədat funkiyasındadır.
Ona görə
də, her sözünün modal söz kimi
səciyyələndirilməsi düzgün olmazdı.
A.N.Kononov barı, hiç olmazsa, hiç degilsə ifadələrini
sinonim modal sözlər hesab edir. Bu fikir özü də mübahisə
doğurur. Məsələn, əgər aşağıdakı cümlədə ki bağlayıcısını
modal söz hesab edirsə, onda ədatla modal sözlər tamamilə
eyniləşdirilir və onları ayrı-ayrılıqda izah etməyə ehtiyac
qalmır: Onları öyle gözledim ki!
Fikrimizcə, bu cümlədə ki ədat funksiyasındadır. “Müasir
türk ədəbi dilinin qrammatikası” kitabında ədat və modal
sözlərin eyni yerdə verilməsi və izahı da müəllifin
əvvəlcədən yazdığı müddəa ilə bağlıdır. Lakin, məlum
olduğu kimi, Azərbaycan dilçiliyində ədat və modal sözlər
müxtəlif nitq hissələri kimi araşdırılır.
A.N.Kononov nitqə modal çalar verən sözləri aşağıdakı
kimi qruplaşdırır:
-modal-iradi çalar ifadə edən sözlər;
-həqiqət (reallığa) münasibət ifadə edən modal sözlər;
-ehtimal, güman ifadə edən modal sözlər;
-yaxın, oxşar və ya ehtimal edilən hadisə və hərəkətlərin
müqayisəsi və qarşılaşdırılması zamanı istifadə olunan
modal sözlər.
Modal-iradi çalar ifadə edən modal sözlər daha çox feli
xəbərlərlə işlənir və onlara əmr çaları verir. Bu qəbildən olan
modal sözlər xüsusi intonasiya ilə deyilir. Müasir türk ədəbi
dilində ha modal sözü intonasiyadan asılı olaraq üç mənada
işlənir:
61
-nida intonasiyası ilə deyildikdə xəbərdə xəbərdaretmə,
qadağan mənasını yaradır və ya həmin mənaları gücləndirir;
-sual intonasiyasında xəbərin mənasında ehtimal,
təəssüf, təəccüb mənaları yaranmış olur;
-adi, sakit nəqli intonasiyada eyni əsasdan yaranmış fel
əsasları arasında xəbərin mənasını gücləndirir.
Analoci olaraq be - modal sözü də intonasiyadan asılı
olaraq müxtəlif məna çalarları əmələ gətirir:
-nida intonasiyası ilə qeyd-şərtsiz əmr tonu yaradır;
-sual intonasiyası ilə kəskin sual situasiyası əmələ gətirir.
Bu qəbildən olan sözlərə aşağıdakılar da aid edilir: haydi
/ hadi, hele, bakalım, bakayım, gitti [116, s.351].
Müasir türk ədəbi dilində obyektiv reallığa münasibət
ifadə edən modal sözlər də üç qrupa bölünür:
-təsdiq modal sözləri (evet, hay-hay və s.);
-inkar modal sözləri (hayır, yok, yo, degil və s.);
-sual modal sözləri (mi, sual əvəzlikləri, intonasiya).
Sual modal sözləri kimi hani, ha, degil mi, acep, acaba
daha çox işləkdir.
Təsdiq modal sözü kimi “evet” həm mənasına, həm də
sintaktik funksiyasına görə sual cümləsinin istənilən üzvünü
- xəbəri, tamamlığı, zərfi əvəz edə bilər. “Evet” eyni
zamanda sual cümlələri, onun ayrı-ayrı hissələri və ya
sinonimləri ilə işlənə bilər: Hasta misin? Evet, hastayim.
Adi situasiyada “evet” bəli, hə mənalarında işlənir: evet
efendim - bəli (hə) əfəndim. Evet makamında başını salladı
[155, s.283].
Evet modal sözü cümlədə ara söz funksiyasında da
müşahidə olunur. Türk ədəbi dilində evet sözünün bir çox
sinonimləri vardır: hay hay, peki / pek iyi, pekala, elbette,
elbet, baş üstə, tamam, güzel, doğru, olur, mühakkak, tabii,
gerçək və s.
İnkar modal sözlər hayır, yok, eləcə də onun antonimi
evet türk ədəbi dilində və canlı danışıq dilində işlək ifadələr
hesab olunur. Hayır həmçinin sual cümləsinin, onun bir
hissəsinin təkrarı və ya sinonimi kimi də işlənir. Bu söz ara
söz kimi də müşahidə olunur. Bəzən hayır yok sözü ilə
yanaşı işlənərək kimdə isə nəyin isə olmadığını bildirməyə
62
xidmət edir. Hayır sözü yok sözünün sinonimi kimi də
geniş istifadə dairəsinə malikdir.
Türk dilində ehtimal, şübhə bildirən modal sözlər
aşağıdakılardır: bəlki, ihtimal ki, qaliba və s.
-Bəlki de hiç gelmez.
-İhtimali azdır / yoxdur.
Türk dilində yaxın, oxşar və ehtimal olunan hadisə,
hərəkətlərin müqayisəsi və qarşılaşdırılması prosesində
işlənən modal sözlərə aşağıdakıları misal göstərmək olar:
tipki, sanki, güya.
Bu sözlər gibi qoşması ilə uzlaşırlar.
Sanki kabahat benimmiş [155, s.751].
-tipki onun kibi söyledi [155, s.861].
-guya buraya beni görmek için gelmiş [155, s.370].
Türk dilində formaəmələgətirən modal sözlər qrupu da
geniş yayılmışdır. Bu qəbildən olan sözlər hərəkətin
obyektiv olaraq mümkünlüyünü və qeyri-mümkünlüyünü,
zəruriliyini və ya vacibliyini ifadə edir. Həmin sözlərə
aşağıdakıları misal göstərmək olar: mümkün, imkan, olur,
mümkün deyil, imkansız, imkan yok, gerek, olmaz,
lazım, lüzumsuz, demek və s. [116, s.355).
Qeyd etmək lazımdır ki, türk dillərində formaəmələgətirən
modal sözlər Azərbaycan dilində felin şəkilləri ilə uzlaşır.
Məlum olduğu kimi fel şəkillərinin modal səciyyəli olması
Azərbaycan dilçiliyində bir çox tədqiqatçılar tərəfindən qəbul
olunmuş fikirdir və bu istiqamətdə bir çox araşdırmalar
aparılmışdır.
Özbək dilçiliyində modal sözlərin qrammatik mənası və
funksiyası digər türk dillərindən qismən fərqlənir. Əsasən
bütün türk dillərində modal sözlər eyni qrammatik
səciyyələrə malikdirlər. Fərq orasındadır ki, türk dillərinin
bəzilərində modal sözlər ayrıca bir nitq hissəsi kimi
diferensiallaşmamışdır. Özbək dilində modal sözlər
danışanın obyektiv reallığa, gerçəkliyə, verilmiş
məlumatlara, müəyyən faktlara olan münasibətini əks etdirir.
Modal sözlər müxtəlif nitq hissələrindən əmələ gəlirlər.
A.N.Kononov özbək dilində modal sözləri üç dərəcəyə
bölür:
63
-nitq prosesində sözlərin müxtəlif məna çalarlarını ifadə
edən sözlər;
-nitqə müxtəlif modal çalarlar yaradan sözlər;
-formaəmələgətirmə funksiyasını yerinə yetirən sözlər
[117, s.336].
Özbək dilində müxtəlif məna çalarları yaradan sözlərə
aşağıdakıları misal göstərmək olar:
Mana, ana, xatta, xattoki, xamişa, bari və s.
Mana bu kitobni yku - Mənə bu kitabı oxu.
Ana kyrdinqti, nima byldi? - Bax gördün nə oldu?
Xatto men xam vulmau kolibman - Hətta mən bilmədim.
Yxamişa ykiş bilan band-O həmişə dərs öyrənməklə
məşğuldur [156, s.652).
Müasir özbək dilində nitqə modal çalarlar gətirən sözlərə
aşağıdakıları misal göstərmək olar: -kani; -xa, xa şunday,
balli; -üyk; -labbaü; -çunonçi; -fakat; -naxot; -xolbuki; -şekilli.
Özbek dilində formaəmələgətirici funksiyası daşıyan
modal sözlər türk dillərində fel şəkillərinin yaratdıqları
mənalara yaxın anlayışları əmələ gətirirlər: kepak, mumkin,
mumkin emac, lozim [103; 162].
Qeyd etmək lazımdır ki, türk dillərində modal sözlər
bəzən morfologiya bəhsində, bəzən isə sintaksisdə öyrənilir.
F.Zeynalov “Türk dillərinin müqayisəli qrammatikası”
kitabında nitq hissələrinin ayrı-ayrı türk dillərində
müxtəlifliyindən bəhs edərək yazır: “Müasir türk dillərində
nitq hissələrinin miqdarı çox müxtəlifdir. Təkcə oğuz qrupu
dillərində onların miqdarı doqquzdan on ikiyə qədər qeyd
edilir. Hətta eyni bir dilə həsr olunmuş əsərlərdə də bu
müxtəliflik özünü göstərir” [46].
Azərbaycan dilində nitq hissələrinin miqdarı on ikiyə
çatdırılıb: isim, sifət, say, əvəzlik, zərf, fel, qoşma, bağlayıcı,
ədat, modal söz, nida və bağlamalar.
Türkmən dilində isə nitq hissələrinin (söz toparları)
miqdarı on birdir: at (isim), sıpat (sifət), san (say), çalışma
(əvəzlik), işlik (fel), xal (zərf), ümlük (nida), ses və şəkil
anladan sözler (nimemlər), posleloqlar (qoşmalar), sayuzlar
(bağlayıcılar), övnük boleklər (ədatlar).
Müasir qaqauz dilində nitq hissələrinə (söz payları)
aşağıdakılar daxildir: adlıq (isim), nişannik (sifət), sayılık
64
(say), aderlik (əvəzlik), işlik (fel), işxallıq (zərf), ardlaflar
(qoşma), baalayıcılar (bağlayıcılar), payciklar (ədatlar).
Müasir türk dilində isə nitq hissələri aşağıdakı kimi qeyd
olunur: isim, ad (isim), sifat (sifət), sayı (say), zamir
(əvəzlik), adıl (zərf), fiil, eylem (fel), ilgeç, edat (qoşma),
bağlaç, rabit (bağlayıcı), ünlem, nida (nida).
“Digər müasir türk dillərində də vəziyyət təqribən belədir”
[46, s.12-13]. F.Zeynalovun bu fikri ilə qismən razılaşmaq
olar. Əslində, türk dillərinin normativ qrammatikalarında
təsbit olunmasa da, ayrı-ayrı müəlliflər türk, özbək, qaqauz,
Azərbaycan, türkmən və b. dillərdə modal sözlər və
modallıq kateqoriyası ilə bağlı araşdırmalar aparmışlar [116;
117; 28; 8; 19; 44; 23; 16]
F.Zeynalov türk dillərində cümlələrdən bəhs edərkən
qeyd edir ki, bu dillərdə işlənən cümlələr üçün hər şeydən
əvvəl predikativlik (əlbəttə, intonasiya və modallıq da nəzərə
alınmalıdır) mühüm rol oynayır [47, s.54]. Sonralar türk
dillərində modallıq kateqoriyası və modal sözlər daha geniş
və əsaslı şəkildə F.Zeynalov tərəfindən tədqiqat obyekti
seçilmişdir [44].
Türk dillərində modallıq kateqoriyasının tədqiqinə həsr
olunmuş əsərlərdən biri də A.N.Baskakovun türk dilində
cümlə probleminə həsr olunmuş monoqrafiyasıdır [64].
Məlum olduğu kimi modallıq leksik, qrammatik və intonasiya
ilə yaranan qrammatik kateqoriya olub cümlədə
predikativliyin ayrılmaz komponenti kimi çıxış edir.
A.N.Baskakov modallığı cümlə kontekstində götürür və
sintaktik funksiyasına görə araşdırır. Modallıq qrammatik
kateqoriya kimi obyektiv və subyektiv modallığa ayrılır. Bu
iki modallıq öz növbəsində cümlənin məzmununu obyektiv
gerçəkliklə və danışanın subyektiv münasibəti ilə bağlayır.
Cümlədə obyektiv modallıq çox vaxt felin şəkilləri ilə ifadə
olunur. Məsələn, felin xəbər şəkli bütün zamanlarda modal
planda reallığı əks etdirir. Felin xəbər şəkli ilə əmələ gələn
cümlələrdə sadə hərəkət və ya vəziyyətlər obyektiv olaraq
öz əksini tapmış olur. Felin digər şəkilləri (əmr, arzu, şərt,
vacib, davam) qeyri-müəyyən zaman münasibətləri ifadə
etməklə bərabər aşağıdakı modal mənaları bildirirlər:
ehtimal, problematiklik, zərurət, hərəkətin bitməsi və s.
65
Müasir türk dilində modallıq müxtəlif leksik, morfoloci,
sintaktik, eləcə də intonasiya vasitələri ilə ifadə olunur. Bu
nitq prosesində daha çox sual, təsdiq və ya inkar,
ekspressiv qiymətləndirmə, eləcə də söyləmə müəyyən
aksent, yaxud zəifləmiş subyektiv münasibətlər müşahidə
olunur.
Cümlədə obyektiv və subyektiv modallıq uzlaşa da bilər.
Cümlənin predikatı felin bu və ya digər forması ilə ifadə
olunur və obyektiv modal məzmunda olur. Belə
situasiyalarda deyilənə (söyləmə) subyektiv münasibət
obyektiv modal mənada olan predikatla üst-üstə düşə və ya
düşməyə bilər. Subyektiv modallıq bu və ya digər şəkildə
istənilən cümlədə özünü biruzə verir və bu baxımdan
sintaktik kateqoriya kimi cümlənin mühüm əlamətlərindən
biri olur. Bu tipli modallığın universallığı orasındadır ki, onlar
bir tərəfdən obyektiv reallığın bütün tipləri (real və irreal),
digər tərəfdən bir-birləri ilə uzlaşa bilirlər. Bəzi istisnalar
nəzərə alınmaqla, göstərmək olar ki, istənilən modal məna
təsdiq və ya inkar məzmunda olur.
Sual modallığı, istənilən digər modallıqlarla, o cümlədən
təsdiq və ya inkar modallıqla uzlaşdırıla bilər.
A.N.Baskakovun qeyd etdiyi kimi, real obyektiv reallıq
söyləmin gerçəkliyə münasibətdə etibarlılıq dərəcəsini əks
etdirir. Real obyektiv reallığın xüsusi qrammatik əlamətləri
yoxdur və bu funksiyanı felin xəbər şəklinin əlamətləri yerinə
yetirir. Bu kontekstlə modallıq və zaman kateqoriyaları bir-
biri ilə qarışdırılmamalıdır. Modallıq söyləmin məzmununun
reallıqla nisbət dərəcəsini əks etdirir və yalnız qrammatik
deyil, həm də leksik vasitələrlə ifadə olunur. Zaman
kateqoriyası isə hərəkətin nitq momentinə nisbətini əks
etdirir və fel formalarında ifadəsini tapır.
Qeyd etdiyimiz kimi, real planlı obyektiv modallığın əsas
mənası söyləmin etibarlılıq dərəcəsidir. Qəti zaman
formalarında etibarlılıq dərəcəsi daha yüksək, qeyri-qəti-
subyektiv zamanlarda isə aşağı olur. Xəbər şəkli bu
göstərilənlərdən əlavə digər modal çalarları da ifadə edə
bilər.
Müasir türk dilində -yor nitq aktı ilə eyni vaxtda baş verən
hərəkətin gerçəkliklə maksimal uyğunluğunu bildirilir.
66
İndiki zamanın -makta şəkilçisi ilə düzələn forması isə -
yor formasından fərqli olaraq artıq gerçək olaraq baş verən
və baş verməklə davam edən hadisənin reallığını təsdiq
edir.
İndiki zamanın -ar forması isə (indiki gələcək zaman) baş
verəcək hadisənin ehtimal olunduğunu bildirir.
Keçmiş zaman bildirən -dı və -mış hərəkətin real olaraq
baş verdiyni və ya ehtimal olunduğunu bildirməklə ziddiyyət
təşkil edirlər:
Suleymaniye camii’ni mimar Sinan yaptı (Süleymaniyyə
məscidini memar Sinan tikdi).
Suleymaniye camii’ni mimar Sinan yapmış (Süleymaniyyə
məscidini memar Sinan tikmiş). İkinci cümlədə baş verən
hadisəyə şübhə çaları hiss olunur: Deyilənə görə,
Süleymaniyyə məscidini (çox güman ki, deyəsən) memar
Sinan tikmiş.
Gələcək zamanı bildirən -acak şəkilçisi də gələcəkdə baş
verən hadisəyə şübhə, ehtimal bildirir.
A.N.Baskakovun fikrincə, xəbər
şəklinin zaman
formalarında modallıq kifayət qədər qabarıq və dəqiq
ifadəsini tapmır. Xəbər şəklinin mürəkkəb zaman
formalarında -dır şəkilçisinin köməyi ilə modallıq daha
qabarıq və birmənalı qəti ifadəsini tapır. Hadisənin qeyri-
qətiliyi və ehtimali olması isə -mış vasitəsi ilə əldə edilir.
Lakin, -mış şəkilçisindən sonra -dır işlənə bilər ki, bu da baş
vermiş hadisənin təsdiq mənasını artırmış olur.
İrreal planlı obyektiv modallıq isə xəbər formasından
başqa, felin digər formaları ilə yaranır və iki yerə - təhrikedici
və şərti modallığa bölünür.
İcbar (təhrikedici) modallıq öz növbəsində əmr, arzı,
vacib və bəzi hallarda şərt şəkilləri ilə yaranmış olur. İcbar
modallıq aşağıdakı mənaları ifadə edə bilər:
Dostları ilə paylaş: |