FİKRƏt cahangirov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/16
tarix06.12.2016
ölçüsü2,8 Kb.
#965
1   ...   8   9   10   11   12   13   14   15   16
3.2. İnkar modallığı. 
İnkar modallığı  təsdiq modallığının  əksini təşkil edən bir 
modallıq növüdür. O, bütövlükdə  təsdiq modallığının ifadə 
etdiyi məzmunun  əksini bildirir. Elə bir təsdiq mülahizəsi 
yoxdur ki, onun inkar bildirən müqabili, korrelyatı olmasın. 
Təsdiq və inkar modallıqlarının özlərinin ifadə vasitələrinin 
mənsubiyyəti və sayına görə  də bir-birinə müvafiq gəlir. 
Təsdiq və inkar modallıqlarının yalnız bir mühüm fərqi vardır 
ki, birinci markalanmamış (nişanlanmamış) olduğu halda, 
ikinci müəyyən inkaredici vasitələrlə (felin inkar forması, 
inkaredici  əvəzlik, zərf, bağlayıcı,  ədat, modal sözlər və s.) 
markalanır (nişanlanır). 
İnkar modallığı cümlənin məqsəd və intonasiyaya görə 
bütün növlərində (nəqli, 
əmr, sual, hətta bəzi 
məhdudiyyətlərlə nida cümlələrində) özünü göstərir. 
 
3.2.1. Nəqli cümlələrdə inkar modallığı. 
Nəqli cümlələrdə inkar modallığı  əsasən felin inkar 
forması ilə ifadə olunur. Məsələn: 
I don’t want to become hypocrite “Mən uzaqgörən olmaq 
istəmirəm”. 
Monkeys do not use instruments “Meymun(lar) alətdən 
istifadə etmir”. 
Felin inkar forması ismi tərkib hissəsi ilə əlaqəyə girərək, 
mürəkkəb predikativ konstruksiya yaradır. Azərbaycan 
dilində bu məqamda deyil predikativindən istifadə olunur. 
Coe is not a Shaekespere “Cou Şekspir deyil”. 
He is not the man, which his father wanted him to be “O, 
atasının arzuladığı adam olmayıb (deyil). Yaxud: O elə 
adam deyil ki, atası onu arzulamış olsun”. 
İnkaretmə modallığının başqa vasitələrlə ifadəsi 
üsullarından aşağıdakıları qeyd edə bilərik: 
1.  İnkar modallığı  but  inkar bağlayıcısı ilə ifadə olunur. 
Məsələn: 
My name is Sue, but I am a boy “Mənim adım Syudur, 
amma (ancaq) mən oğlanam”. 
Burada qarşılaşdırma münasibəti eyni ad formasının həm 
oğlana, həm də qıza verilməsi adəti ilə bağlıdır. 

 
260
Demək lazımdır ki, Azərbaycan dilində inkar 
bağlayıcıları yalnız amma  və ancaq deyil. Lakin  və  fəqət 
bağlayıcıları da bu qəbildəndir. Amma yuxarıdakı cümlənin 
üslubi məkanına yalnız amma və ancaq bağlayıcıları uyğun 
gəlir. 
She is exceptional. She is busy but she helps us all the 
same. “O (qız) qəribə adamdır. O məşğuldur (onun işi 
çoxdur), amma yenə də bizə kömək edir”. 
Həmin cümlədə inkar modallığı başqa bir mülahizəyə 
əsaslanır:  “Busy people do not help” (Məşğul adamlar 
(başqasına) kömək etmir). 
But qarşılaşdırma bağlayıcısı paralel işlənən mətləblər 
arasındakı fərqi də ifadə edir: 
He spoke spanish, but she spoke italian “O (oğlan) 
ispanca danışırdı, o (qız) isə italyanca (danışırdı)”. 
I like it, but I cannot afford it “Mən bunu xoşlayıram, 
amma özümə rəva bilmirəm”. 
He tried, but he failed “O (bunu eləməyə) çalışdı /cəhd 
elədi, amma eləyə bilmədi”. 
Cohn hates ice cream, but I like it “Conun dondurmadan 
zəhləsi gedir, amma  mənim (yaxud: mənimsə) ondan 
xoşum gəlir”. 
Cohn turned left, but Bill turned right “Con sola döndü, Bill 
isə sağa”. 
But bağlayıcısı eyni subyektə istinad verilən  əlamətlər 
arasında uyuşmazlığı da bildirir: 
Mary is inteligent, but she is ugly “Meri ağıllıdır, amma 
çirkindir (kifirdir)”. 
Eyni məqamda  but not inkaredici bağlayıcı vasitəsi də 
işlənir.  Əlimizdə olan materiallar içərisində onun həmcins, 
lakin eyni zamanda bir-birini istisna edən üzvlər arasında 
tətbiq olunduğunu görürük: 
Man, but not ape, uses instruments “Meymun yox, 
(məhz) insan alətdən istifadə edir”. 
2.  İnkar modallığı  neither...nor bağlayıcıları ilə ifadə 
olunur. Həmin bağlayıcılar sinonim məzmunlu 
bağlayıcılardır. Azərbaycan dilində bunlara sözdüzəltmə 
baxımından  əlaqədar olan nə...nə  də  bağlayıcıları müvafiq 
gəlir. 

 
261
I demand neither liberty, nor death “Mən nə azadlıq 
istəyirəm, nə də ölüm”. 
Müq. et: Nə balını istəyirəm, nə  də balasın (İdiomatik 
ifadə). 
3. İnkar modallığı no one bağlayıcısı ilə ifadə olunur. 
No one can do that “Heç kəs(heç kim) bunu edə bilməz”. 
Misallardan gördüyümüz kimi, inkar məzmunun 
verilməsində ingilis və Azərbaycan dilləri arasında müəyyən 
fərqlər nəzərə çarpır. İngiliscədə yalnız no one inkar bildirir
azərbaycancada isə inkar məzmunu həm bağlayıcı, həm də 
felin inkar forması ilə ifadə olunur. Azərbaycan və ingilis 
dillərinin qeyd olunan bağlayıcılarını bir əlamət də birləşdirir: 
onların hamısı insana aiddir. 
4. İnkar modallığı nothing əvəzliyi ilə ifadə olunur. Həmin 
modal məna Azərbaycan dilində heç nə  əvəzliyi ilə verilir. 
Hər iki dildə həmin əvəzliklər cansız əşyaya aiddir. 
The leader of party is unexperienced. He has done 
nothing to unit the party “Partiyanın rəhbəri səriştəsizdir. 
Partiyanı birləşdirməkdən ötrü o heç nə eləməyib”. 
5.  İnkar modallığı  never  və  no more  zərfləri ilə ifadə 
olunur. Azərbaycan dilində bunlara heç vaxt  və daha, artıq 
sözləri müvafiq gəlir. Məsələn: 
Good skiers never abuse grease “Yaxşı xizəkçilər heç 
vaxt yağdan sui-istifadə etmirlər”. 
A true artist is never satisfied with the work “Əsl sənətkar 
heç vaxt işindən razı qalmır”. 
The accused stated that he never saw the victim 
“Müqəssir iqrar etdi ki, zərərçəkəni heç vaxt görməyib”. 
You had a house. The house is no more “Sizin eviniz 
vardı. O ev artıq yoxdur”. 
The Providence you know is no more “Sizin bildiyiniz 
(gördüyünüz, tanıdığınız) providens artıq yoxdur”. 
 
3.2.2. Təsdiq və inkar modallıqlarının paralel olaraq 
işlənməsi. 
Ünsiyyət prosesində bir çox hallarda (müzakirə, 
mübahisə xarakterli söhbətlərdə, didaktik şəraitdə  və s.) 
təsdiq və inkar modallıqlarından paralel olaraq istifadə edilir. 
Belə hallardan bəzilərini nəzərdən keçirək. 

 
262
Arlene wants a margarita or a grasshopper “Arlen ya 
qızçiçəyini, ya da cırcıramanı istəyir (xoşlayır)”. 
Arlene wants neither a margarita, nor a grasshopper 
“Arlen nə qızçiçəyini, nə də cırcıramanı istəyir (xoşlayır)”. 
Coffee and tea comes with the meal “Qəhvə  və çay 
yeməklə birlikdə verilir”. 
Neither coffee nor tea comes with the meal “Nə  qəhvə, 
nə də çay yeməklə birlikdə verilmir”. 
Bir sıra hallarda təsdiq və inkar modallıqları eyni cümlə 
çərçivəsində paralel olaraq işlənir. Bu zaman onlar cümlənin 
ayrı-ayrı  tərkib hissələrində  çıxış edib, fərdi, məxsusi 
subyektlərlə əlaqələnir. 
He is a gentleman which his brother is not “O, nəcib 
adamdır, qardaşı isə belə deyil”. 
Bəzən təsdiq və inkar modallıqları eyni cümlədə eyni 
subyektə aid olur, amma onların ifadə olunduqları dil 
vahidləri başqa-başqa xarakterli olub, onunla da başqa-
başqa münasibətlərdən əlaqəyə girirlər. Məsələn: 
He is fool, although he does not look it “O axmaqdır, çox 
da ki, belə görünmür(təsir bağışlamır)”. 
 
3.2.3. Əmr cümlələrində inkar modallığı. 
Əmr cümləsində inkar modallığı daha çox felin əmr şəklini 
inkar forması ilə ifadə edilir. 
Don’t go away! (AHA,32) “Heç yerə getmə!” (AHA.a,31)  
Əmr cümləsində inkar modallığı ədatlarla da ifadə olunur: 
No, stay a few minutes (AHA,127) “Yox, bir neçə dəqiqə 
də qal!” (AHA. a,118). 
Əmr cümləsində  təsdiq modallığı kimi inkar modallığı 
birinci şəxslə əlaqədar olaraq işlənə bilir. Azərbaycan dilinin 
qrammatikasından bildiyimiz kimi, bu dildə felin əmr şəklinin 
1-ci və 3-cü şəxslər üzrə tam paradiqması vardır. Doğrudur, 
həmin formalar heç də həmişə əmr bildirmir. Məsələn: 
İti görüm, qurdu görüm, onu görməyim (İdiomatik ifadə). 
Burada  əmrdən çox arzu mənası vardır. Amma bununla 
yanaşı, burada felin arzu şəklinin yox, məhz  əmr  şəklinin 
təsdiq və inkar formaları qarşılaşdırılır. Bunun arxasnda isə 
onların ifadə etdikləri təsdiq və inkar modallıqları dayanır. 
 

 
263
3.2.4. Şərt bildirən cümlələrdə inkar modallığı. 
İnkar modallığı şərt bildirən cümlələrdə ya təklikdə, ya bir 
neçə şərtin sadalanması şəklində, ya da təsdiq modallığı ilə 
qarşılaşdırılaraq tətbiq olunur. Məsələn: 
If she hadn’t been so busy with her own affairs, I can’t 
believe that she wouldn’t have suspected something was 
matter “Amma başı çox qarışıq olmasaydı,  ətrafında nələr 
baş verdiyini görməyə bilməzdi”. 
Yesən, dadındı; versən, adındı; nə yesən (yeməsən), nə 
versən (verməsən) yadındı (Məsəl). 
Allah qoysa da uçacam, qoymasa da (Lətifə). 
 
3.2.5. İnkar modallığının fellərlə ifadəsi. 
Bir sıra fellər (rədd etmək, etiraz etmək, imtina etmək, 
boyun qaçırmaq, istisna etmək) vardır ki, onlar inkar mənası 
ilə çıxış edirlər. Məsələn: 
The criminal refused the arrest “Cani (dustaq) həbs 
olunmasına etiraz etdi”. 
The cudge recected the motion “Hakim təqdimatı  rədd 
etdi”. 
Biz yuxarıda təsdiq modallığından danışarkən gördük ki, 
təsdiq və inkar modallıqları  bəzən ümumi ilə xüsusinin 
qarşılaşdırılması  şəklində  təzahür edirlər. Qeyd etmək 
lazımdır ki, həmin kateqoriyaların sabit işlənmə  məqamları 
yoxdur. Başqa sözlə desək, ümumi də, xüsusi də  təsdiq 
modallığı ilə  də, inkar modallığı ilə  də ifadə oluna bilər. 
Məsələn: 
No one can do that. But you did. “Bunu heç kəs(heç kim) 
edə bilməz. Amma sən etdin”. 
What everyone needs is a devoted wife, and you don’t 
have a devoted wife  “Hamıya (hər kəsə) sevən arvad 
lazımdır. Sənin sevən arvadın yoxdur. 
 
3.3. Sual modallığı. 
Sual modallığı ünsiyyətin təmin edilməsində xüsusi yer 
tutur. Sual verməkdən  əsas məqsəd dinləyicidən, müraciət 
edilən  şəxsdən suala cavab almaqdır. Sual mənası 
dinləyicinin məlumatlılığından xəbər tutmaqdan ibarətdir. 
Sualın bilavasitə ifadə vasitəsi sual cümləsidir ki, onun 

 
264
kommunikativ təmayülü danışanın niyyətini əks etdirir. Bu 
niyyət iki cür ola bilər: a) Situasiyanın danışana məlum 
olmayan ünsürü barəsində  məlumat  əldə etmək; b) 
Müəyyən situasiyanın reallaşmasının təsdiq yaxud inkarına 
(təkzibinə) nail olmaq. 
D. Vunderlix sualların praqmatik təsvirindən danışarkən 
aşağıdakı üç sinfi müəyyənləşdirir: 1. Əsl suallar. 2. Didaktik 
suallar. 3.Təəccüb bildirən suallar [214, s.135].  
Sual mənası sual intonasiyası, sual əvəzlikləri və sual 
ədatları ilə ifadə olunur. Amma bütün bunlar mütləq xarakter 
daşımır. Sualın ifadə vasitələri dildən-dilə  dəyişə bilər. 
N.A.Slüsareva qeyd edir ki, sual modallığı leksik 
vasitələrdən (sual əvəzlikləri) və sintaktik konstruksiyalardan 
savayı, xüsusi morfoloci kateqoriya ilə-əsas felə qoşulan do 
feli ilə, yəni sual şəkli ilə ifadə olunur [146, s.56]. 
Tədqiqatçı sual şəklinin  do feli ilə ifadəsinin belə bir 
şərtini göstərir.  Do köməkçi feli mübtədaya aid olmur; 
konstruksiyada isə modal və köməkçi fellər təsriflənmir.  
Bu, ingilis dilində felə aid olan sualla bağlıdır. Qeyd 
etməliyik ki, Azərbaycan dilində felin sual forması tamamilə 
başqa cür yaranır: sual intonasiyası, sual ədatı və felin sual 
forması ilə (nə edir? nə deyir? və s.). 
Sual modallığı  məsələsi ilə  əlaqədar olaraq sual 
mənasının bütün təzahür formaları vacibdir. Nəzərə almaq 
lazımdır ki, sual təkcə ayrı-ayrı nitq hissələri ilə deyil, həm 
də ayrı-ayrı cümlə üzvləri ilə bağlıdır. 
Sual mənalarının aşağıdakı növləri vardır. 
1. Müraciət edilənin kimliyini müəyyənləşdirməyə xidmət 
edən sual. 
Who are you? Are you a boy or girl? “Sən kimsən? Sən 
oğlansan ya (yoxsa) qızsan?”. 
Who are you? I am Cack. But who is she? “Sən kimsən? 
Mən Cekəm. Bəs o (qız) kimdir?”. 
Bu qəbildən olan sual heç də  həmişə cavab almaq 
məqsədi güdmür. Bəzi hallarda o, müqayisə xatirinə verilib, 
müəyyən münasibət ifadə edir. 
Who are you? But who is he? “Sən kimsən, o kimdir?” 
(Sən hara, o hara!”). 

 
265
2. Haqqında bəhs olunanın kimliyinin (nəliyini) 
müəyyənləşdirməyə xidmət edən sual. Bu tipdən olan suala 
yuxarıda verdiyimiz misalların ikisində rast gəlirik. Həmçinin:  
Who is he? He is Mr. Cones. He is a doctor “O kimdir? O, 
mister Counzdur. O, həkimdir”. 
3. Danışanın özünə aid olan sual. Belə sual çox vaxt 
başqası  tərəfindən verilən sualın təkrarından ibarət olur. 
Bəzən isə o, danışanın özünün sual verib, özünün də cavab 
verməsi şəklində təzahür edir. Müq. et: 
Mən kiməm? Bir bikəsü bixaniman (Füzuli). 
4. Ünsiyyətin iştirakçıları yaxud mövzusunu təşkil 
edənlərin necəliyinin müəyyənləşdirilməsinə xidmət edən 
sual. Bu, iki şəkildə özünü göstərir: ya müəyyən subyektə 
(obyektə) mənsub olan əlamət barəsində soruşulur, ya da 
müəyyən  əlamətə görə subyekt və ya obyekt barəsində 
soruşulur. 
Are those men black? “Onlar (bu adamlar) qaradır (qara 
dərilidir)?”. 
Is she a first-rate secretary? “O (qız) yaxşı katibədir?” 
What is he? He is a doctor “O kimdir (nəçidir)? O, 
həkimdir”. 
Who is your favorite teacher? “Sizin sevimli müəlliminiz 
kimdir?” 
Are those men polish? “Onlar (bu adamlar) polyakdırlar?” 
Is he extremely good or not? “O yaxşı  işçidir ya (yoxsa) 
yox?” 
5. Obyektlərin müəyyənləşdirilməsi ilə bağlı olan sual. 
Bunlar obyektin tipini əks etdirən sual əvəzlikləri ilə ifadə 
olunur. 
What do you see? “Sən nə görürsən?” 
What do you hear? “Sən nə eşidirsən?” 
I see a dog “Mən (bir) it görürəm”. 
I hear the sea “Mən dəniz (səsi) eşidirəm”. 
Bu cür sualın cavabı konkret olmaya da bilər: 
I see something “Mən nəsə görürəm”. 
Did you feed the dog? “Siz itə yemək vermisinizmi?(Siz iti 
yedirtmisinizmi)”. 
6. Sual ümumi vəziyyəti öyrənmək məqsədi daşıya bilər. 

 
266
Is everything right here? “Burada hər  şey 
qaydasındadır?” 
7. Sual danışan və onun əhatəsinin(dairəsinin) hərəkət 
xəttini müəyyənləşdirmək məqsədi daşıya bilər. 
Should we give him tenure? “Ona yaxşı  vəzifə verməyə 
dəyərmi?” 
Will you buy it? “Siz bunu alacaqsınız(mı)?” 
8. Müəyyən əqli nəticə çıxarmağa xidmət edən sual. 
All animals have sense. A dog is an animal. Does a dog 
have sense? “Bütün heyvanların duyma qabiliyyəti vardır. İt 
(də) heyvandır. İtin duyma qabiliyyəti vardırmı?”. 
Həmin suala cavab verərkən formal olaraq sualdan da 
başlamaq olar. Ancaq başqa bir tərtibat da istisna edilmir. 
A dog does have sense, for dogs are animal, and all 
animals have sense  “İtin duyma qabiliyyəti vardır, çünki, it 
heyvandır, bütün heyvanlarınsa duyma qabiliyyəti vardır”. 
9. Sual müsahibi nə söylədiyini müəyyənləşdirmək 
məqsədi ilə verilə bilər. 
What did she say? “O (qız) nə dedi?” 
Bu cür sual vasitəsiz və vasitəli nitqin tərkib hissəsi kimi 
də işlənə bilər. Məsələn: 
Sizin dediyinizdən beıə çıxır ki, dəvə uşaqdır? (Lətifə). 
10. Sual ümumi və xüsusi tərkib hissələrinin vəhdəti 
şəklində işlənə bilər. 
What did she say? Can we count on her? “O (qız) nə 
dedi? Biz ona bel bağlaya (arxayın ola) bilərikmi?” 
What way did they go? Did they turn left or right? “Onlar 
necə (hansı yolla) getdilər? Sola döndülər, yoxsa sağa?” 
What language did they speak? Was it Spanish? “Onlar 
hansı dildə danışırdılar? İspan dilində?” 
11. Does she help us or not? “O bizə kömək edir, yoxsa 
yox?  
Who hates ice cream and who likes it? “(Sizlərdən) kimin 
dondurmadan zəhləsi gedir, kiminsə ondan xoşu gəlir?”. 
Müq. et: 
Kim yatmış, kim oyaq? Hamı yatmış, Cırtdan oyaq 
(“Cırtdanın nağılı”). 
12. Sual ümumi-xüsusi və alternativ xarakterdə ola bilər. 

 
267
How do you people like ice cream? Do you like it or 
not? “Siz dondurmaya necə baxırsınız? (Yaxud: Sizin 
dondurma ilə aranız necədir? O, xoşunuza gəlir, ya yox?” 
13. Bir cümlədə birdən artıq sual ola bilər: 
Who turned where? “Kim hara döndü?” 
Who spoke what language? “Kim hansı dildə danışırdı?” 
Kimsən, nəçisən, mətləbin nədi? “Buralara gəlməkdə 
məqsədin nədi?”(“Koroğlu” operasının librettosu). 
 
3.3.1. Təsdiq və inkar bildirən sual cümlələri. 
Azərbaycan və ingilis dillərində bir sıra hazır ifadələr 
vardır ki, onlar sual cümləsi (yaxud ifadəsi)  şəklində 
olmaqla, təsdiq və inkar bildirirlər. 
İngilis dilində  təsdiq bildirən sual ifadələrindən bunları 
qeyd edə bilərik: Why not? Who else? What else? Yes why? 
Why else? Where else? How else? 
İnkar bildirən hazır işarələr: No, why? No, what? No, 
when? What on? What ever for? 
Misallar: 
Aeloise: Could master Abelard really have written such a 
song? 
Supiro: Why not? (Forsyth C.) – “Ustad Abelard, 
doğrudanmı, belə mahnını yazmış (bəstələmiş) olar; yaxud: 
yaza bilərmiş?” – Niyə də yox?) 
Robert. You really think that? 
Pulengly. Is there anything else but for us to think? (Show 
B.) 
“Siz, doğrudanmı, belə düşünürsünüz? Burada bizim 
üçün düşünməyə daha nə var ki! (Bizə belə düşünməkdən 
savayı daha nə qalır ki!) 
Olive: Listen, you didn’t know I was married did you?  
Brief: We – when? (Van Druben C.) (“Eşit, sən bilərsənmi 
(bilmirsən), mən evlənmişəmmi, bilib – eləmirsən?” Biz? Nə 
vaxt? 
Hazır sual ifadələrinə Azərbaycan dilində də kifayət qədər 
rast gəlmək olur. Biz bunlardan aşağıdakıları qeyd edə 
bilərik: yox, əşi? (səndən) nə  əcəb? sən hara, bura hara? 
sən kimin kimsənəsisən? səni kimin iti tutub? aldın payını? 

 
268
necə  bəyəm? mənə  nə? mən nə bilim? sənə  nə (var)? 
siz hara baxırdınız? gözün(üz) kordur? bu hardan çıxdı? və 
s. 
 
3.3.2. Sualların formal tipləri. 
Sualların aşağıdakı formal tiplərinə təsadüf etmək olur: 
1. Əks (tərsinə) söz sırasına malik olanlar. 
Have you never had a moment’s regret for all the 
unhappiness you caused them? (S.Maugham. The Moon 
and Sixpence, 91) – Onlara gətirdiyiniz bədbəxtlik üçün bir 
anlıq da olsa vicdan əzabı çəkmirsiz?  
Cohnson – Isn’t there anything I can do! “Burada mənim 
edə biləcəyim bir şey yoxdur ki?” 
Qeyd etməliyik ki, Azərbaycan dilində felin xüsusi sual 
forması olmadığından sual cümləsinin bu şəkli də 
Azərbaycan dilində  işlənmir. Bu dildə düzünə söz sırası 
olub, intonasiya ilə ifadə olunan sual işlənir. 
2. Sözlərin düzünə (bilavasitə ardıcıllığına) müvafiq gələn 
söz sırası. Bunun iki tipini ayırd etmək olur. Birinci tip 
müvafiq nəqli cümlədən yalnız intonasiya ilə fərqlənir. 
Oh, you know Gordon? “Aha, siz Qordonu tanıyırsınız?  
İkinci tipə bölüşdürücü sual aiddir: 
You will coin us, want you? “Siz bizə qoşulacaqsınız, 
istəyirsinizmi?” 
3. Ardına qoşulma cümlələr artırılan sual. 
You are good girl? I hope? “Sən qəşəng qızsan?  Əmin 
olunmu?” 
4. Postpozitiv ünsürlü sual. 
Who was here? Peter? “Burada kim olub? Peter?  
When shall I come? Tomorrow or next day? “Nə vaxt 
gəlim? Sabah, yoxsa birisigün?” 
5. Gizli surətdə ifadə olunan sual. Bu o zaman özünü 
göstərir ki, danışan ona məlum olan faktı müsahibinin 
nəzərinə çatdırır, onun təsdiq və inkarını isə yenə  də 
müsahibin öhdəsinə buraxır. Məsələn: 
I hear you’re going away, Warburton, the old Duke of 
Hereford said him “Eşidirəm (qulağıma dəyib) ki, siz yol 
üstəsiniz (getməyə hazırlaşırsınız), Varburton, Herefordun 
qoca qrafı ona dedi”. 

 
269
Həmin modal məna  “Are you going” sual cümləsinin 
eynidir.  
6. Sual mənası baş cümlənin xəbəri vəzifəsində  işlənən 
“soruşmaq” mənalı sözlə mətnə daxil edilir. Budaq cümlədə 
sualın konkret olaraq nədən ibarət olduğu aydınlaşdırılır. 
I ask you, where he lives? “Mən sizdən (səndən) 
soruşuram (ki), o harada yaşayır?” 
Burada sual budaq cümlədə ifadəsini tapmışdır; sualın 
ask feli ilə mətnə daxil edilməsi ona təkid xarakteri verir.  
Azərbaycan dilində sual bildirən fellərin sayı bir neçədir: 
soruşmaq, sual vermək, xəbər almaq. Məsələn: 
Xosrov xəbər aldı:-Hardansan, cavan? 
Fərhad cavab verdi:-Dost diyarından! (Nizami Gəncəvi, 
Xosrov və Şirin). 
Qeyd edək ki, bu iki aşiqin arasındakı sual-cavab(bir növ 
ədəbi-bədii yarış) çox çəkir. Amma həmin sual-cavabın 
sonrakı hissələrində həm sualda, həm də cavabda daxiledici 
ünsür kimi dedi sözündən istifadə olunmuşdur: 
Dedi:-O diyarda hansı sənət var? 
Dedi:-Canı satıb, qəmi alırlar.  
Dedi:-Can satmaqda nə fayda vardır? 
Dedi:-Aşiqlərdə bu qayda vardır və s. (Nizami Gəncəvi, 
Xosrov və Şirin). 
Həmçinin: Xəbər alsan bu vilanın  əhvalın, Bir özgədir 
keyfiyyəti-Qarabağ (Qasım bəy Zakir). 
3.3.3. Sual mənasının başqa modal mənalarla birgə 
işlənməsi. 
Sual mənası  təklikdə  işləndiyi kimi, başqa modal 
mənalarla birlikdə  də  çıxış edə bilər. Bunlardan 
aşağıdakıları qeyd etmək olar. 
a) Sual gizli inkarla birlikdə olur. Məsələn: 
Will you go to see him on Sunday? Me? At my age? “Sən 
bazar günü onu görməyə gedəcəksən? Mən? Bu yaşımda 
(Yaşımın bu vaxtında?”) 
Buradakı ritorik sual rədd cavabı (inkar) deməkdir. 
b) Sualda məzəmmət ifadə olunur: 
“Isabel? you know I wanted to marry you the first day I 
saw you”, he cried passionately. “Then why on earth didn’t 
you ask me?” she replied (W.S.Maugham)  “İzabel, siz 

 
270
bilirsiniz(mi) ki, mən sizi gördüyüm ilk gündən sizinlə 
evlənmək istəmişəm”, - o, çılğınlıqla qışqırdı. Onda (elə isə) 
nəyə görə  mənim fikrimi yerindəcə soruşmamısınız?”, - o 
(qadın) cavab verdi”. 
Həmçinin müq. et: Sən də adını kişi qoymusan?! 
c) Sual sövqetmə, təhriketmə mənası da bildirir: 
Could you pass the salt? “Duzu (bəri) ötürməzsiniz?” 
Həmin sual aşağıdakı  əmr cümləsinə  bərabərdir:  Pass 
the salt, please! “Zəhmət olmasa, düzü verin!” 
Təhriketmə 
mənasının başqa praqmatik mənalı 
cümlələrlə ifadəsi ingilis dilində geniş yayılmışdır. Bu ingilis 
etiketinin mühüm tərkib hissəsidir.  
Adresatın müəyyən hərəkətin icrasına imkanını üzə 
çıxaran aşağıdakı sual cümlələrində sual mənası zəif, xahiş 
mənası isə güclüdür: 
Could you be a little quite? “Siz bir az sakit ola 
bilərsinizmi?” 
Can you pass the salt? “Siz duzu (bəri) verə (ötürə) 
bilərsinizmi?” 
Have you got change for a dollar? “Siz (bir) dolları dəyişə 
(xırdalaya) bilərsinizmi?” 
 
3.4. Əmr (təhriketmə) modallığı. 
Əmr (təhriketmə) modallığı adresatı müəyyən 
hərəkətlərin icrasına təhrik etməklə bağlıdır. Təhriketmənin 
əsas ifadə vasitəsi  əmr cümlələridir ki, bunların tərtibində 
felin əmr şəkli forması mühüm rol oynayır. 
Felin  əmr  şəklinin paradiqmasının hansı formalardan 
ibarət olması məsələsi mübahisəlidir. Görünür, bu məsələdə 
ümumi mülahizələrdən deyil, konkret dil faktlarından çıxış 
etmək lazımdır. Hər halda Azərbaycan dilində felin əmr şəkli 
həm semantik, həm də formal cəhətdən tam paradiqma 
əmələ  gətirir.  İngilis dilində isə  məsələ bir qədər başqa 
cürdür. Bu dildə felin əmr  şəkli üçün xüsusi formal əlamət 
yoxdur. O, məsdər forması kökündən fərqlənmir və onun 
əmr mənası kəsb etməsi bir tərəfdən müvafiq situasiyanın, o 
biri tərəfdənsə real adresatın olmasını tələb edir. 
Hər halda burada bizim mövzumuz felin əmr  şəkli 
məsələsi deyil. Bununla belə, qeyd etmək lazımdır ki, felin 

 
271
əmr  şəklinin həm təsdiq, həm də inkar formaları olduğu 
kimi,  əmr cümlələri də  həm təsdiq, həm də inkar bildirən 
mülahizələr ifadə edir. Əmr modallığı baxımındansa bunlar 
arasında elə bir prinsipial fərq yoxdur: sadəcə olaraq bir 
halda adresata nə isə etmək, başqa halda isə etməmək əmr 
olunur. 
Əmr modallığının aşağıdakı tiplərini qeyd etmək olar: 
1.  Əmr ikinci şəxsin təki, yaxud cəminə aid olur. İcrası 
əmr edilən hərəkətin baş tutması  şəraitində subyekt bir 
vəziyyətdən başqasına keçməlidir. 
Əmr şəklində olan fel təklikdə işlənə bildiyi kimi, müəyyən 
əlamətə, situasiyaya işarə edən sözlərlə də müşayiət oluna 
bilər. Məsələn: 
Be good! “Yaxşı (adam) ol!” 
Müq. et: Azərbaycan dilində hal - əhval tutma məqsədilə 
sual verərkən (necəsən? yaxşısanmı?) “Sən yaxşı ol!” Bu 
tipli cavab formulları: 
Be a good girl! “Yaxşı qız ol!” 
Be cautious ! “Ehtiyatlı ol(un)!” 
Coin the Army! “Orduya daxil ol!”  
Hide here! “Burada gizlən!”  
Keep the x. in the cool, dry place, away from direct 
sunlight “X. – i sərin, quru, günəş  işığı birbaşa düşməyən 
yerdə saxlayın”. 
Formal cəhətdən əmr şəklində olan hər bir təsdiq mənalı 
felin inkar forması da ola bilər. Bu, felin əmr  şəkli 
kontekstində belədir. Amma nitq fəaliyyətində  əmr  şəklinin 
təsdiq və inkar formalarının hər birinin öz işlənmə, tətbiq 
sahəsi vardır. Belə ki, hər təsdiq forması işlənən yerdə inkar 
formasını və, əksinə, hər inkar forması işlənən yerdə təsdiq 
formasını işlətmək olmaz. 
Felin əmr şəklinin inkar formasına aid misallar: 
Do not be a hypocrite! “İkiüzlü olma!” 
Do not use ... after expiry date indicated on the package 
“Bükümün (bağlamanın) üstündə göstərilən müddətdən 
sonra istifadə etmə(yin)!” 
Getmə gözümdən, gedərəm özümdən (İdiomatik ifadə). 
Yemə, içmə, xəttü xalına, gül camalına tamaşa elə.  
2. Əmr modallığı məsləhət, tövsiyə xarakteri daşıyır. 

 
272
Put some apple in the salad “Salata bir az alma vur 
(qat, əlavə elə)!” 
Add a little red  “Bir  az  qırmızı (rəng, boya) qat (əlavə 
elə)!” 
Ey həmdəmim, səni qana qərq eylər, Gəl, tərpətmə 
yaralanmış könlümü! (M.P.Vidadi). 
Ey oğul, xəlqə söyləmə böhtan, Yaxşıya yaxşı ol, yamana 
yaman (ol)! (S. Ə. Şirvani). 
3.  Əmr modallığı  təklif məqamında işlənir. Müvafiq əmr 
cümlələrinin xəbəri birinci və ikinci şəxsin tək və cəminə aid 
olan əmr şəkli ilə ifadə olunur. Məsələn: 
Bu sualın cavabını mən deyim (verim) (Dan.). 
Aşıq, bağrına bas  sədəfli sazı, Min cavablı bir sualdan 
danışaq! Yar bəzənib çıxan zaman otaqdan. Başındakı 
tirmə şaldan danışaq! (S.Vurğun). 
Aşıq Şəmşir, Dəli dağdan keşəndə Saz çalıb, söz qoşub, 
yada sal məni (S.Vurğun). 
Gəlin, gedək  bizim bağa, hərə  çıxaq bir budağa (Xalq 
mahnısı). 
Steve. Say, are you talking about me? 
Cack. We certainly are (Gordon E. P.). 
Mətndən göründüyü kimi, əmr  şəklində olan fel (say
adresata müəyyən mətləb barəsində fikir söyləmək təklifini 
bildirir. Amma adresatdan tələb olunan, sual cümləsi 
şəklində onun nəzərinə çatdırılır. Adresatın verdiyi cavabda 
yalnız həmin sualın cavabı öz əksini tapmışdır. Burada say 
felinin müqabili ola biləcək kontekst ünsürü yoxdur. Bununla 
belə, adresatın müsahibəyə qoşulması özlüyündə danışanın 
(müsahiblərdən birinin) həmin təklifinin qəbul edilməsi 
deməkdir. 
4. Əmr modallığı bildirən söz və ifadənin sayı birdən artıq 
ola bilir. Məsələn: 
Give me liberty or give me death! “Ya mənə azadlıq verin, 
ya da (mənə) ölüm verin! (Məni ya azad edin, ya da 
öldürün!)”. 
İstər dara çəkdir, istər əfv eylə, Qoymuşam yolunda başı 
cananın! (Aşıq Ələsgər). 
5. Əmr modallığı bir sıra hallarda “əmr” məzmunlu fellərlə 
nitqə daxil edilir. Bu münasibətlə azərbaycan dilində  əmr 

 
273
etmək, ali üsluba mənsub olan hökm etmək felini, ingilis 
dilində order – “əmr etmək”, require – “əmr eləmək”, “tələb 
eləmək”, demand – “tələb eləmək”, suggest – “ehyam 
vurmaq”, “təklif etmək”, “məsləhət görmək”, ask – “xahiş 
etmək” sözlərini qeyd edə bilərik. 
Məsələn: I order you to go home! “Mən sizə əmr edirəm 
ki, evə gedəsiniz/evə gedin. 
Həmin mətnin ingiliscə  və azərbaycanca variantlarının 
müqayisəsindən görürük ki, ingiliscə budaq cümlədə infinitiv 
forması işlənir; azərbaycanca budaq cümlədə isə həm arzu, 
həm də əmr şəklindən istifadə etmək olar. 
Konkret nitq aktlarında  əmr cümlələrinin həm tabeli mü-
rəkkəb cümlə, həm də sadə cümlə formasında olan 
tiplərindən istifadə olunur. Bunların fərqi, effekti məsələsinə 
gəldikdə isə, bizcə birinci halda daha çox təkid çaları, ikinci 
halda isə  qətilik, yığcamlıq mülahizələri diqqət mərkəzində 
olur. 
6.  Əmr modallığının bilavasitə (birbaşa) ifadə vasitələri 
olduğu kimi, vasitəli (dolayı) ifadə vasitələri də vardır. 
Dolayısı ilə  təhriketmə üsullarından biri adresatı müəyyən 
hərəkətləri icra etmək üçün danışan tərəfindən ona eyham 
edilməsi, işarə vurulması şəklində özünü göstərir. Bu məna 
növü ingilis dilində felin mümkünat şəklindən ötrü 
xarakterikdir. 
I hope you’ll come in time “Ümidvaram (ümid edirəm) ki, 
Siz vaxtında gələrsiniz”. 
I would / should appreciate it if you could do it in time “Siz 
bunu vaxtında edə bilsəydiniz, mən bunu 
qiymətləndirərdim”. 
Would you kindly leave the room? “Lütfən, otağı  tərk 
etməzsiniz (etməzdiniz)?” 
Won’t you stop doing that noise soon? “Siz bu səs-küyə 
son qoymazsınız (qoymazdınız)?” 
I would like you to go now! “Mən çox istərdim ki, Siz 
indicə (elə bu saat) gedəsiniz”. 
İngiliscə danışıqda təhriketmə  mənası  please sözü ilə 
formalaşır: 
I’d like a can of sardine, please! “Zəhmət olmasa, mənə 
bir banka sardin verin!” 

 
274
Gələcək zaman indikativ formaları  qəti təhriketmə, 
təkidli tələb mənalarını ifadə edə bilir. 
“I hate you”, Philip said to Mrs. Boines. He pulled away 
from her and run to the door, but she was there before him, 
she was old, but she was quick, “Mister, Mister”, she said 
“you’ll say you are sorry” (G.Greene) 
Təhriketmənin qətiliyi  Continuous  və  Indefinite indikativ 
(Present və Future) formalarına da xasdır.  
You’re going with me now! (= you go with me now!) 
You will be going with me now! (= go with me now!) 
Əmretmə modallığı başqa formalarla ifadə oluna bildiyi 
kimi, onun özü də başqa modal mənaları ifadə edə bilir. 
Məsələn: 
“Don’t be a fool”  təhriketmə cümləsi  “You are fool” 
deməkdir. 
Təhriketmə modallığı bildirən söz və ifadələr təkcə sintak-
sisin faktı olmaqla məhdudlaşmır. Onlar dilin leksik və qram-
matik (morfoloci) sistemlərinin zənginləşməsində də mühüm 
rol oynayırlar. Məsələn, Azərbaycan dilində  təhriketmə 
modallığı zəminində yaranmış bir sıra söz və ifadələr vardır 
ki, onlarda modal məna zəifləyib aradan çıxmış, bunun 
əvəzində onlarda andiçmə, alqış, qarğış  və  nəzakət 
mənaları meydana gəlmişdir. Bunlardan bəzilərini qeyd edə 
bilərik: 
Nəzakət ifadələri: qadan alım, dərdin alım, başına 
dönüm, ayağının altında ölüm, canın sağ olsun, başın sağ 
olsun və s. 
Andiçmə ifadələri: sən öl, mən ölüm, dünya işığına həsrət 
qalım (əgər yalan deyirəmsə). 
Qarğış bildirən ifadələr: başın batsın, canın çıxsın, gözün 
çıxsın, qıçın sınsın,  əlin qurusun, dilin yansın, ağzına qaya 
dəysin və s. 
Beləliklə,biz görürük ki, əmretmə modallığı bildirən söz və 
ifadələr dil sistemi və nitq aktlarında nominativlik və 
kommunikativlik baxımından mühüm yer tutur. 
 
3.5. Şərt modallığı. 
Şərt modallığı müəyyən hal və hərəkətin baş verməsinin, 
yaxud baş tutmasının asılı olduğu ilkin şərtləri ifadə edir. 

 
275
Şərt modallığının reallaşması üçün əsasən tabeli 
mürəkkəb cümlə tipi lazım gəlir: budaq cümlədə müəyyən 
şərt, baş cümlədə isə həmin şərtə bağlı olan hal-hərəkət öz 
ifadəsini tapır. Şərt modallığı ingilis dilində felin şərt şəkli ilə, 
Azərbaycan dilində isə felin şərt  şəkli və  əgər  şərt 
bağlayıcısı ilə ifadə olunur. Azərbaycan dilində  şərt 
mənasının  əgər bağlayıcısı  və felin şərt  şəkli ilə ifadəsini 
şərt şəklinin analitik forması hesab etmək olmaz. Ona görə 
ki, birincisi, əgər bağlayıcısı olmadan da ifadə oluna bilər. 
Azərbaycan dilində  şərt mənası isə bağlaması  və onun 
ixtisar formaları ilə  də ifadə olunur. Bu bağlama təkcə fel 
formalarına deyil, adlarla, predikativlərlə  də  işlənərək, 
onların bildirdiyi keyfiyyətləri müəyyən  şərtə bağlayır. 
Beləliklə, biz görürük ki, şərt modallığının ifadə vasitələri də, 
üsulları da müxtəlifdir. İndi isə bunlardan bəzilərini nəzərdən 
keçirək. 
1.  Şərt modallığı felin şərt  şəkli ilə ifadə olunur. İngilis 
dilində bu, analitik yolla (şərt bağlayıcısı - əsas fel), 
Azərbaycan dilində isə sintetik yolla ifadə olunur. Məsələn: 
If you are using any medical treatment, consult your 
doctor to ensure that the treatment won’t affeet adversely 
“Əgər siz hansı isə tibbi müalicədən istifadə etmisinizsə, 
həkimlə məsləhətləşib – görün, onun əks təsiri yoxdur ki”. 
If you have either cake or cookies, you will get sick “Əgər 
sən ya piroq, ya da peçenye götürsən (yesən), 
xəstələnərsən (xəstələnəcəksən)”. 
Qara bax, qara – gör, necə yağır! Çıxsan bayıra, məni də 
çağır! (Uşaq şeri). 
Xalamdan bir dilək diləyəcəyəm: versə  də, sağ olsun, 
verməsə də (Məsəl). 
Sabah allah qoysa da uçacam, qoymasa da (Lətifə). 
Bu, potensial şərtdir, o, həyata keçə  də bilər, keçməyə 
də. 
2.  Şərt modallığı  həyata keçməsi mümkün olmayan 
hərəkətləri də bildirir. O, ingilis dilində felin mümkünat növü 
ilə, Azərbaycan dilində isə  şərt  şəklinin mürəkkəb forması 
ilə, başqa sözlə desək, keçmişə aid olan şərt forması ilə 
ifadə olunur. Məsələn: 

 
276
If she had brother, I would have seen him “Əgər onun 
(qızın) qardaşı olsaydı, mən onunla görüşmüş olardım”. 
3. Şərt modallığı təkcə bir ünsürlə deyil, bir neçə ünsürlə 
də ifadə oluna bilir. Biz yuxarıda bunu versə - verməsə söz 
formalarının timsalında gördük. Bu cür qoşa şərt təkcə eyni 
sözün müxtəlif formaları ilə yox, ayrı – ayrı leksik vahidlərlə 
də ifadə olunur. Məsələn:  
Ağlasan ağlaram, gülərəm gülsən. (S. Rüstəm). 
Ölürsə, yer bəyənsin; qalırsa, el bəyənsin (Məsəl). 
4.  Şərt modallığı göstəricisi adlarla, predikativlərlə ifadə 
olunan xəbərlə də işlənə bilir. Məsələn: 
If necessary use water based lubricants “Zəruridirsə 
(vacibdirsə), yağlov sudan istifadə edin”. 
Mənim orda olmağım vacibdirsə (lazımdırsa), mən də 
gəlim. 
O odursa, mən də mənəm. 
O, Keyxosrovdursa, biz də Əfrasiyabıq (Nizami Gəncəvi, 
Xosrov və Şirin). 
5.  Şərt modallığı  şərtlər silsiləsi  şəklində  də  işlənə bilir. 
Məsələn: 
No, if we were together all this time, I’d to resent quitting 
my work whenever he decided to come home: And he’d get 
to resent my resenting quitting my work. And besides if we 
lived (!) all the time, he wouldn’t quit early. And I’d get 
resent that he worked late. And then, if we were together all 
the time, it wouldn’t be a holiday and he’d expect me to 
cook him dinner. And I’d resent cooking dinner, every night, 
he be happy with a cheese sandwich, as I am. And, of 
course he’d expect me to do the marketing (Marlin French. 
The Bleeding Heart). “Yox, əgər biz həmişə bir yerdə 
(olmuş) olsaydıq, o, evə  gəlməyi qərara alan kimi işdən 
getmək mənə xoş  gəlməzdi. Və  mənim işdən getmək 
istəmədiyim də ona xoş  gəlməzdi. Və, bundan başqa, biz 
həmişə bir yerdə olsaydıq, onun özü də  işini tez 
qurtarmazdı. Və onun uzun müddət işləməsi də  mənə xoş 
gəlməzdi. Və, sonra, biz həmişə bir yerdə olsaydıq, mənim 
bir dəqiqə də sərbəst vaxtım olmazdı və o mütləq istərdi ki, 
mən ona xörək bişirim. Və hər axşam bunu etmək mənə xoş 
gəlməzdi və o, əlbəttə, mənim kimi pendir – çörəyə qane 

 
277
olmazdı. Və,  əlbəttə, o, təkid edərdi ki, mən özüm 
bazarlıq eləyim”. 
6.  Şərt modallığı artıq ifadə olunmuş  mətləbə atmaca 
(replika) şəklində də işlənə bilir. Məsələn: 
Flatt. You’d swear to that in a court of law! 
Maclaehlan.  İf necessary (Bridie C.) “Siz divanxanada 
(məhkəmədə) buna and içə bilərdiniz? Zəruridirsə; zərurət 
olsa”. 
Either you eat your dinner, or I’ll spank you, if you don’t! 
“Ya sən yeməyini yeyirsən, ya da mən səni 
şapalaqlayacağam – yeməsən!” 
 
3.6. “Gələcək zaman” modallığı. 
İngilis dilində  gələcək zamanın modal xarakteri güclü 
təzahür edir. Keçmiş zaman fel formalarından da xüsusi 
modal mənalar inkişaf etmişdir. 
N.A.Slüsareva göstərir ki, shall/will modal fellərinin, daha 
dəqiq deyilsə, onların müştərək  ‘ll variantı  və  should/would 
keçmiş zaman forması şərtilik, irəlicədən gümanetmə, faktik 
qeyri – reallıq kimi düşünülən modal mənalar sayəsində 
ingilis dilində  gələcək zaman formalarının modal xarakteri 
ön plana keçir [146, s.71].  
Güman modal mənası mülahizənin məzmununun 
gerçəkliyə müvafiqliyi ehtimalı  dərəcəsi  will felinin infinitivlə 
calaşması yolu ilə  də ifadə oluna bilir. Bu felin ifadə etdiyi 
modal mənanın  must,  can, may, should  və  ought fellərinin 
ifadə etdiyi modal mənalarla müqayisəsindən aydın olur ki, 
həmin fellərin bildirdiyi güman mənalarından ötrü onların 
leksik mənaları istinad rolu oynayırsa,  will felinin infinitivlə 
birlikdə bildirdiyi güman mənasını onun leksik mənasından 
(buyruq, arzu, izharetmə) çıxarmaq mümkün deyildir. Bu isə 
o deməkdir ki, will felinin infinitivlə calaşmasının ifadə etdiyi 
güman mənası  gələcək zaman forması  zəminində inkişaf 
edir [146, s.101]. 
N.A.Slüsareva qeyd edir ki, ingilis dilində güman mənası 
bir neçə zaman forması ilə verilə bilər.  Will felinin qeyri – 
perfekt infinitivlə calaşması o deməkdir ki, nəzərdə tutulan 
hərəkət gələcək zamana yox, indiki zamana aiddir. 
Məsələn: 

 
278
Let me introduce Mrs. Honeychorc, whose sister you 
will remember at Florence  “İcazə verin xanım Honeyçörçü 
sizə təqdim edim; onun bacısını siz, yəqin ki, Florensiyadan 
tanıyırsınız (xatırlayırsınız)”. 
Will felinin perfekt infinitivlə calaşması qabaqca baş 
vermiş  hərəkət barəsində hal – hazırda bildirilmiş güman 
deməkdir. 
I know his father Professor Harold S. Pyle. You’ll have 
heard of him? “Mən onun atası professor Harold S. Pileni 
tanıyıram – Siz, yəqin onun barəsində  eşitmisiniz (eşitmiş 
olarsınız)”. 
Biz bu tədqiqatın gələcək zaman fel formalarına həsr 
olunmuş bəhsində müvafiq modal mənalardan kifayət qədər 
bəhs etmişik. Orada deyilənləri bir də burada təkrar etməyə 
lüzum görmürük. Bununla belə, qeyd etmək lazımdır ki, 
gələcək zamanı ifadə edən vasitələr (“adi gələcək” və 
“keçmişdə  gələcək”) həm ingilis, həm də Azərbaycan 
dillərində kifayət qədərdir. 
“Gələcək zaman” modal mənası  təkcə fel formaları ilə 
ifadə olunmur. N.A.Slüsarevanın göstərdiyi kimi, modal 
məna yalnız morfoloci sahədə (dairədə) deyil, həmçinin 
leksik, sintaktik konstruksiyaların spesifikasında 
toplanmışdır. Modal məna bütün leksik – sintaktik 
strukturunda səpələnmişdir, bəzi hallarda isə onun 
hüdudlarından kənara adlayıb, mətn kateqoriyası kimi 
qarşıya çıxır [146, s.75]. 
“Gələcək zaman” modallığının ifadə olunmasında zaman, 
tərzi – hərəkət zərfləri və modal sözlər də  iştirak edir. 
Məsələn: 
Cohn will see a revived Boston “Con yenidən dirçəlmiş 
Bostonu görəcək”. 
I’ll either be with Arlene or with Suzi “Bu axşam mən ya 
Arlenlə, ya da Suzi ilə olacağam”. 
An idiot will always remain an idiot “Heyvərə  həmişə 
heyvərə olaraq qalacaq”. 
I think I’ll cust go to the ladies room. I expect I’ll be all 
right “Deyirəm, bəlkə, ayaqyoluna gedim. Məncə, orada 
keçib – gedər” (AHA, a, 216). (“Belə bilirəm (düşünürəm) ki, 

 
279
düz ledinin otağına gedim (getməliyəm). Ümidvaram ki, 
yaxşı olaram”). 
Well, I suppose in the end I’ll do what’s sensible. I’ll have 
an abortion. I cust have to think it through, talk it out, first 
(AHA, 222) “Yaxşı, deyəsən, əvvəl – axır bu ağlabatan yolu 
tutacağam. Abort elətdirəcəyəm. Amma əvvəlcə  hər  şeyi 
götür – qoy eləyib, bəzi məsələləri aydınlaşdırmalıyam” 
(AHA. a, 205). (Yaxşı, mən belə zənn edirəm (düşünürəm) 
ki, axırda mən ağlabatan nədirsə, onu eləyəcəm. Mən abort 
elətdirməliyəm. Artıq bu barədə düşünüb – daşınmışam”). 
 
3.7. Dialoci nitqdə modallıq. 
Məlumdur ki, ünsiyyət iki tərəf arasında baş verir. Həmin 
tərəflər bir şəxslə də, bir neçə şəxslə də təmsil oluna bilər. 
Bundan başqa, həmin tərəf “danışan” - “dinləyən” və 
“danışan” - “danışan” olmaq üzrə də formalaşa bilər. Üstəlik, 
monoloci nitqdə dialoci mətnin ünsürləri də öz əksini tapa 
bilər. Yəni, bir şəxs təkcə özünün bildiyi şeydən yox, 
birisindən eşidib-oxuduğu  şeylərdən də danışıb, onlara 
özünün və başqalarının münasibətini söyləyə bilər. Bu, 
modallığın müxtəlif təzahürlərinə geniş meydan açan bir 
sahədir. Biz burada dialoci nitqlə bağlı olaraq modallığın 
təzahür formaları  məsələsini nəzərdən keçirəcəyik. Qeyd 
etməyi lazım bilirik ki, bizim materiallarımız yalnız iki konkret 
tərəf arasında baş verən nitq aktı nümunələri ilə 
məhdudlaşır. 
Müsahiblər arasında nitq ünsiyyətinin formaları çox 
müxtəlif ola bilər. Tərəflərdən biri o birinin rəyi ilə tam 
razılaşa, qismən razılaşa bilər; o onun rəyinə  bəzi  əlavələr 
edə bilər, hətta onun dediyini rədd edə, təklifini yerinə 
yetirməkdən boyun qaçıra bilər. Bunun olduqca müxtəlif 
nümunələrini  şifahi danışıqda, bədii  əsərlərdə, xüsusən də 
dram əsərlərində müşahidə etmək olur. 
İndi isə konkret nümunələrə müraciət edək. Danışan 
(tərəflərdən biri) müsahibinin fikrini qismən qəbul edir və 
müvafiq dil vasitələrindən istifadə etməklə bunu bildirir. 
Müvafiq mətnlərin azərbaycanca ifadəsində biz əsasən 
həmin ikinci tərəfin ifadə etdiyi modal mənalara fikir 
verəcəyik. 

 
280
Cack. Afraid you’ll have West Indians getting promition 
to order cobs?  
Frank. That’s partly it (Willies T.) 
(“Bu qismən belədir”). 
Gördüyümüz kimi, müsahiblərdən biri o birinin gümanını, 
zənnini qismən qəbul edir və onunla razılaşır. 
Danışan müsahibinin dediyinə diqqətlə yanaşır, amma öz 
şübhəsini də açıq-aşkar bildirir. Məsələn: 
Delude. Have they suffered like we have? 
Can. I doubt it (Osborn I.)  
(“Mən buna şübhə edirəm”). 
Burada “şübhəetmə” modal mənası müvafiq fellə ifadə 
olunmuşdur. Azərbaycan dilindəki variantda bir qədər başqa 
cürdür. Burada həmin modal məna  şübhə ismi ilə  etmək 
felinin birləşməsindən  əmələ  gəlmiş mürəkkəb fellə 
verilmişdir. Azərbaycan dilində bu yeganə variant deyil; 
həmin məqsəd üçün “şübhəm var” ifadəsindən də istifadə 
etmək olar. 
Həmin modal məna, bundan əlavə, ölçü və  dərəcə 
bildirən zərflərlə də ifadə olunur. Məsələn: 
Hester. Do you think we shall ever see him again?  
Lampreft. I very much doubt that (Whiting C.) 
(“Mən buna çox-çox şübhə edirəm; Mənim buna xeyli 
şübhəm var”) 
Cavab atmacalarında müsahibin rəyini təsdiq və inkar 
etməklə yanaşı, əlavə məlumat da ola bilər. Məsələn: 
Sophia. Are you in love with him? 
Gondy. Can’t see myself marrying any one else  
(“Özümü bir də (bir daha) evlənmiş görə (təsəvvür edə) 
bilmirəm”) 
Timothy. Can I have the key of the box of clothes? 
Hallam. In my room on the dressing table (Whiting C.) 
Burada təsdiq mənası dolayısı ilə, əlavə məlumatla ifadə 
olunmuşdur. 
Əlavə  məlumat inkar bildirən cavab cümləsindən də 
sonra gələ bilər. 
Sally. Was it a famous place? 
Bile. No, cust tiny (van Druten C.)  
(“Yox, az-maz; olsa-olsa “bir belə”) 

 
281
Şifahi danışıqda “bir belə” ifadəsi ilə verilən modal 
məna, yəqin ki, cestlə (əl hərəkəti ilə) müşayiət olunur. 
Axel. Are you laughing at me? 
Serena. No more than at myself (Coward N.) 
(“Özümə [güldüyümdən] çox yox”). 
Müsahibin sözünə qüvvət verən atmacalar bağlayıcıların 
köməyi ilə  mətnə daxil edilə bilir. Bu zaman müsahib 
cümləni təsdiq və inkar formasına salıb, ona öz əlavəsini də 
edir:  
The soldier. Was he tall? 
The woman. Yes and handsome (Tombolt S.) 
(“Bəli, həm də (üstəlik) qəşəng idi”). 
She. You’ve got a pain there? 
He. As if I’d been stabbed (Hartog C.D.) 
(“Elə bil, yaralanmışam (yaralananda olduğu kimi”). 
Əlavəli atmacaların bir qismində feli əvəzedici olur. 
Bunlarda həmişə əlavə məlumat olur.  
Cean. Do you want to get married to Miss Murdoch? 
Wlin. I do not, and that’s an evident fact (Bredie C.) 
(“Mən [istə]mirəm istəyib-eləmirəm və bu açıq-aşkar 
faktdır/məlum şeydir”). 
Feli  əvəzedicili cavab atmacalarında yeni üzvlər də ola 
bilir: 
Rose. Can a miracle be a fact?  
Ron. This one can (Rottigan T.) 
(“Bu biri ola bilər/bunu bacarar”) 
Mrs. Mclalalan. Is fifty – five more than half?  
George. No, technically it is not (Bridie C.) 
(“Xeyir, texniki cəhətdən bu belə deyil”). 
Cavab atmaca sualın ekvivalenti ola bilər. 
Mary. Are you really hungry? 
Cohn. I’m very, very hungry (Dicksang S.) 
(“Mən xeyli, xeyli acam”). 
Qeyd edək ki, azərbaycanca tərcümədə biz oricinalın 
motivini, özünəməxsusluğunu saxlamağa çalışmışıq. 
Azərbaycan dilində aclığın yüksək dərəcəsini ifadə etmək 
üçün aşağıdakı ifadə üsullarından istifadə olunur: “Qurd kimi 
acmışam”, “Elə acımışam ki, daşdan yumşaq nə olsa
yeyərəm”. 

 
282
Ann. You aren’t along now? 
Clive. Yes. I’m very alone (Greene G.) 
(“Bəli. Mən çox (olduqca) yalqızam”). 
Müq. et: Yalqızam, yalqız [...] Gəl, ey məni dərdə-qəmə 
salan vəfasız (R.Rza). 
Qeyd edək ki, Azərbaycan dilində  tənha fərdlərin 
vəziyyətini ifadə etmək üçün yalquzaq sözü də vardır, 
amma bu söz yalnız qurd (canavar) barəsində işlədilir və bu 
səbəbdən də onu yuxarıdakı mətndə işlətmək olmaz. 
Arthur. Are you ill? 
Gucnevere. No, I am quite well (Bridie C.) 
(“Yox, mən tamamilə yaxşıyam”). 
Tom. Is that the truth? 
Isabel. It’s not whole truth (Bolt R.) 
(“Bu, bütün həqiqət deyil”). 
Atmacalar  əlavə  məlumat da verə bilir. Özü də bu 
məlumat tərəflərdən birinin və başqasının maraq dairəsinə 
uyğun seçilir. Məsələn: 
Cochran. Did you come out at the second storey 
window? 
Virginia. Yes and along the roof (Bridie C.) 
(“Bəli, həm də damla (damdan) [gəlmişəm]”). 
Burada əlavə məlumat danışanın təcrübəsinə əsaslanır. 
Monica. Do you think I ought to here? 
Cohn. Not if you don’t want to (Coward R.) 
(“Əgər istəmirsinizsə, yox! ”) 
Cavab atmacalarında təsdiq və inkar mənası dolayısı ilə 
ifadə olunur. 
The woman. He was killed. Even now I sometimes 
imagine I can hear him playing ... and see him. 
The soldier. Is that why you come here? 
The woman. Partly (Tombolt S.) 
(“Qismən”). 
William. You call that courage, senator? 
Guswall. Courage of a sort, sir. (Taylor P.) 
(“Bu da bir cür cəsarətdir, cənab”). 
Atmaca cavablar əmr və  nəqli cümlələrlə  də  əlaqədar 
olaraq işlənir. Məsələn: 

 
283
Peter. And they can’t prove it! My wife and her uncle 
can never sow it paid. 
Tramp. Certainly (Goodman K.S) 
(“Əlbəttə şəksiz”). 
Boy. Don’t leave until I’ve found out! 
Man. Of course not (Huges G.) 
(“Əlbəttə ki, yox!”). 
Dialoci nitqdə nisbi əlaqələr də öz əksini tapır. Bu, sual-
cavabın (daha doğrusu, cavabın) bir-birinin struktur-
semantik tutumunu təkrar etməsi ilə bağlıdır. 
Miss Hart. Did she break off? 
Lady Wartuzton. Yes, she broke it off (Baring M.) 
(“Bəli, o (qadın) aranı kəsib”) 
Qarşılıqlı nisbətdə olan struktur-semantik əlaqələrdən 
aşağıdakı tipləri qeyd edə bilərik. 
Cavab sualı yarımçıq cümlə şəklində təkrar edir: 
Stella. Are you ready? 
Charles. Ready (Weiting C.) 
(“Hazır[am]”). 
Cavab sualın transformasiyaya uğramış şəkli kimi özünü 
göstərir. 
Axel. You had a son and he dead? 
Serena. I had a son and he died (Coward N.) 
(“Mənim oğlum olub (var idi) və o ölüb”). 
Atmacaların bir qismi əvəzolunmalarla müşayiət olunur. 
Bunlar  “I (don’t) think so” modeli üzrə  tərtib olunur. “So” 
əvəzedici rolu oynayır. 
Paul. Is the weather going to be fine? 
Stella. I think so (Whiting S.) 
(“Mən belə düşünürəm(Mən də bu fikirdəyəm)”). 
Bu qəbildən olan cavab atmacalarının bir qismi “(Yes). I 
do” “(No) I don’t” modeli üzrə yaranır. 
Rath. You mean he ought to go away? 
Dr.Bradman. I do (Coward R.) 
(“Elədir ki, var”). 
Cavab atmacaların bir qismində  həm təkrar, həm də 
əvəzetmələrdən istifadə olunur. Məsələn: 
Rupert. Oh you really love me, dearest? 
Cessie. Do, dearest, I do (Tarnington B). 

 
284
(“Ah, əzizim, elədir ki, var”). 
Qeyd: Bu və bundan qabaqkı cümlələrdə biz ingilis 
dilində  I do ifadəsini azərbaycanca “elədir ki, var” şəklində 
verdik. Həmin ifadə üsulları tamamilə bir-birinə müvafiq 
gəlir. Ancaq unutmamalıyıq ki, do feldir, var sözü isə 
predikativ olsa da, fel deyil. 
Felicity. I wonder if we ought to send for Patridge! 
Cristwell. I think not, my lady (Coward R.) 
(“Mən (belə) düşünmürəm, mənim gözəlim”). 
Sual-cavabın qarşılıqlı nisbətindən danışarkən bunu qeyd 
etmək lazımdır ki, cavab-atmaca sualın bütün məzmun və 
strukturuna da aid ola bilir. Həmin qarşılıqlı nisbət  yes, no, 
sure, of course, certainly, no doubt kimi  modal söz və 
ifadələri,  brash, alas, fie, nonsense kimi nida söz-cümlələri 
vasitəsilə ifadə edilir. Məsələn: 
- You want to hear all of it?.. 
- Sure. (Brown C.). 
(“Doğrudur”, “Əlbəttə”). 
Maury. You’re serious, aren’t you? 
Sharon. Yes! Yes! (Levin M.) 
(“Bəli! Bəli!”) 
Vladimir. You didn’t notice anything out of the ordinary?  
Estragon. Alas! (Becket S.) 
(“Heyhat! ”) 
Nina. You do love me, don’t you? 
Ordon. Of course. (O’Neill En.)  
(“Təbii”). 
Əlavələrin bir qismi sualda çatışmayanı, yaxud ona 
ehtiyac duyulmayanı tamamlamaq, doldurmaq məqsədi 
güdür. Bunun aşağıdakı tiplərini qeyd edə bilərik. 
a) Yarımçıq cümlə şəklində olan tamamlayıcı. 
Miss Brown. You’re a teacher too, aren’t you? 
Mr. Ferrel. Of the dance. (Frings U.). 
(“Rəqs [müəllimiyəm] ”). 
Sualda, gördüyümüz kimi, ümumi şəkildə adresantın 
müəllim olub-olmaması barəsində soruşulur. Adresat həmin 
suala konkret şəkildə cavab verir, özü də müəllim sözünu 
təkrar işlətmədən. 

 
285
b) Cavab atmacasında  əvəzetmə  və doldurma bir 
yerdə çıxış edə bilir: 
Bully. You will come to me? Won’t you? 
Cean. I will tomorrow (Osborn S.). 
(“Mən sabah [gələ]cəyəm”). 
c) Təkrar və doldurma da bir yerdə çıxış edə bilir: 
Lanus. And you believed him? 
Ludy. I believed him at the time (Taylor P.). 
(“Mən ona vaxtında (bir vaxt) inanmışam”). 
Doctor. Don’t you want to sit down now? 
Venable. Yes, indeed I do before. I fall down (Williams 
C.). 
ç) Əvəzetmə cümlə üzvləri arasında da işlənə bilir: 
Simon. Mother, do you think I was sometime, a bit harsh?  
Morland. I think you sometimes were, my son (Barry 
C.M.). 
Pat. Did old Benthan know? 
Cimmi. Know? He knew before (King). 
Beləliklə, biz görürük ki, dialoci nitq modallıq 
kateqoriyasının ifadə üsullarının zənginliyi baxımından çox 
lazımlı material verir.  
 

 
286
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin