European neighborhood and partnership instrument fast countries forest law enforcement and covernance II program



Yüklə 22,01 Kb.
Pdf görüntüsü
səhifə13/18
tarix23.02.2017
ölçüsü22,01 Kb.
#9382
1   ...   10   11   12   13   14   15   16   17   18
dikdə də təsadüfən təhlükəli gənələr evə daxil 
ola bilərlər. 
Meşədə gəzərkən zəhərli həşəratların 
təsa 
düf olunduqları ağac koğuşundan, qaya 
çatlarından, yuvalardan, quru otlardan və daşlar-
dan kənar olmaq məsləhətdir. Yoxlanmamış, 
tanış olmayan ərazidə torpağın üzərində uzanıb 
yatmaq olmaz. Xüsusilə, uşaqlar ciddi nəzarət 
altında olmalıdırlar. Uşaqlarla istirahət zamanı, 
yay düşərgələrində meşənin açıq sahələri əv-
vəl 
cədən nəzərdən keçirilir və sahə xüsusi 
preparatlarla zərərsizləşdirilir.

80
Zəhərlənmə təhlükəsi
Qida ilə zəhərlənmə.
 Bəzən turistlər və 
istirahətə gedən insanlar meşəyə gedərkən 
azuqə ehtiyatını düzgün seçmir və keyfiyyətsiz 
ərzaq məhsullarından istifadə edir. Ən çox 
heyvan mənşəli məhsullardan (ət, balıq, kolbasa, 
sosislər, konservləşdirilmiş ət məhsulları, süd 
və süd məhsulları) ağır zəhərlənmə halları baş 
verir. 
Meşəyə gedərkən ərzaq təhcizatına xüsusi 
diqqət yetirilməlidir. Bu zaman aparılan bütün 
qida məhsulları yüksək keyfiyyətli olmalıdır. 
Keyfiyyətsiz ət və ət məhsulları ağır qida zəhər-
lənmələrinə səbəb olur, köhnəlmiş məh 
sul-
lardakı mikroblar və onların həyat fəaliyyəti 
nəticəsi olan toksinlər zəhərlənməyə gətirib 
çıxarır. Qida düzgün saxlanmadıqda və hazır-
lanma texnologiyası pozulduqda qidalanma 
üçün təhlükəli məhsula çevrilir. Ərzaq məh-
sul 
larının isti yay günlərində saxlanma və 
hazır lanma qaydaları pozulduqda da təhlükəli 
toksinlər əmələ gətirir. Bu baxımdan ət və 
balıqdan hazırlanmış yarımfabrikat məhsullar 
daha təhlükəlidir.
Zəhərlənmənin ilk əlamətləri qidanin 
qəbulun 
dan 2-4 saat sonra başlanır. Qida 
zəhərlənməsi kəskin zəiflik, ümumi halsızlıq, 
ürəkbulanma, qusma, qarın nahiyəsində kəskin 
ağrılar, mədə ağrısı və ishal ilə özünü biruzə 
verir. Qan təyziqi aşağı düşür, nəbz zəifliyir, 
temperatur yüksəlir. Belə belə vəziyyətdə 
xəstədə ürək-damar çatışmazlığı nəticəsində 
ölüm hallarıda baş verə bilər. İlk tibbi yardım 
üsulu olaraq mədənin coxlu miqdarda su ilə 
yuyulması və xəstənin yediyinin qaytarılması 
məsləhətdir. Bütün zəhərli qida qalıqları bədən-
dən kənar edilir. Sonra xəstə yatağa uzandırılır, 
ayaqlarına isti corab geyindirilib, isti, açıq rəngli 
çay və ya qəhvə verilir. Qidalanma bir müddət 
dayandırılır və xəstə tibb məntəqəsinə çatdırılır.
Xəstəliyin ilk mərhələsini bəzən qidanın 
keyfiyyətsiz olması ilə əlaqələndirib, o qədər 
də əhəmiyyət vermirlər. Lakin ağır zəhər-
lənmənin əlamətləri getdikcə arta bilər, ürək 
döyüntüsünün artması və ya zəifləməsi, qan 
təzyiqinin azalması, dərinin ağarması, susuz-
luğun artması, 38-400 C hərarət müşahidə 
olunur. Belə xəstələrdə ürək-damar çatışmazlığı 
sürətlə yayılır, əzələ iflici əmələ gəlir və bəzi 
hallarda ölüm hadisəsi baş verir. Xəstəliyin ilk 
əlamətləri müşahidə olunan zaman, qidanın 
qəbulundan 2-4 saat sonra dərhal yardım 
göstərilməlidir. Nadir hallarda zəhərlənmə 18-
24 saatdan sonra üzə çıxır.
Ağır zəhərlənmə nəticəsində botulizm adlı 
çox ağır bir xəstəliyə də yoluxmaq mümkündür. 
Bakteriyalarla yoluxmuş ərzaq məhsulları ilə 
qida landıqda insan bu xəstəliyə məruz qalır. 
Hisə verilmiş balıq, ət və ət məhsulları, kol-
basa və yüksək temperaturda işlənməmiş 
kon 
servləşdirilmiş qida məhsulları xəstəlik 
mən 
bəyi ola bilər. Xəstəlik 12-24 saatdan 
sonra baş ağrısı, baş gicəllənməsi, ümumi 
zəiflik, ishal ilə müşayət olunur. Mərkəzi sinir 
sisteminə təsir edərək (çəpgözlük, üst göz 
qapaqlarınn şişməsinə, səsin zəifləməsinə və s.) 
bir sıra fəsadlara səbəb olur. İlk yardım vaxtında 
göstərilməsə, 5 sutka ərzində xəstə baş beyinin 
iflic olması nəticəsində məhv ola bilər. Belə 
xəstələrə zəhərlənməyə qarşı xüsusi zərdab 
vurmaq və təcili həkimə çatdırmaq lazımdır. 
Meşədə göbələklə zəhərlənmə hallarına 
tez-tez təsadüf olunur. Yadda saxlamaq lazım-
dır ki, meşədə yeməli göbələklərlə yanaşı, 
olduqca oxşar zəhərli göbələklərdə bitir. 
Buna görə də yeməli və zəhərli göbələkləri 
secməyi bacarmayan insanlar ehtiyatlı olmalı, 
xüsusilə uşaqları göbələk toplamaqdan çəkin-
dirməlidirlər. Milçəkqapan, yalançı tülkiqulağı, 
yalançı kötük göbələyi və s. olduqca zəhərli 
göbələk növləridir.
Zəhərlənmənin əlamətləri bir neçə saatdan 
sonra biruzə verir. Ümumi zəiflik, ağız şirəsinin 
həddindən artıq ifrazı, ürək bulanma, qusma, 
mədə ağrısı, baş ağrısı baş verir. Tezliklə mər-
kəzi sinir sistemi, dayaq-hərəkət sistemi sıradan 
cıxır. İlk tibbi yardım üsulu olaraq zəif kalisium-

81
permanqanat məhlulu ilə mədə yuyulur və 
məhlula aktivləşdirilmiş kömür və ya karbolen 
əlavə edilir. Təcili olaraq xəstə tibb məntəqəsinə 
çatdırılır.
Yadda saxlamaq lazımdır ki, bəzən göbələk-
ləri qaynatdıqda belə tərkibində zəhərli maddə-
lər qalır. Belə göbələklə qidlandıqdan 1,5-2,5 
saat sonra zəhərlənmə əlamətləri üzə çıxır. 
Ürəkbulanması, ümumi zəiflik, bol tüpürcək 
ifrazı, qusma halları, mədə və baş ağrısı, baş 
gicəllənməsi baş verir. Güclü zəhərlənmə 
zamanı gözün zəifləməsi, əzələlərin qıc olması, 
yuxulamaq, laqeydliklə əvəz olunur. Daha sonra 
bədənin hərarəti aşağı düşür, göz bəbəkləri və 
dəri saralır.
Vaxtında yardım göstərilməsə zəhərlənmə 
ölümlə nəticələnə bilər. İlk tibbi yardım 
kimi xəstəyə ardıcıl olaraq 5-6 stəkan su 
və ya süd içirilir. Sonra qaşıqla dilin yuxarı 
hissəsinə toxunaraq qusdurulur. 3-5 dəfə 
tək 
rar olunmaqla mədə təmizlənir. Xəstə 
yatağa uzadılıb, ayaqlarına və əllərinə isti 
qızdırıcı qoyulur. İsti çay verməklə bəzi həblər 
vasitəsilə ishal yaratmaqla mədə təmizlənir 
(1 xörək qaşığı gənəgərçək yağı və ya 30-40 
ml 33%-li maqnezium-kükürd oksid məhlulu 
verilir). Arterial təzyiqi aşağı olan insanlara 
işlədici dərmanları ehtiyatla vermək lazımdır 
ki, orqanizm suyu çox itirməsin. Buna görə 
də xəstəni xilas etmək üçün ilk tibbi yardımın 
böyük əhəmiyyəti vardır.
Meşədə bitən bəzi bitkilərin zəhərli meyvə ləri insan üçün təhlükəlidir:
•  Аdi gərməşоv - Viburnum lantana L.
•  Qаfqаz хədicəgülü - Galanthus caucasicus (Baker) Grossh.
•  Qızılçubuq qızıl səbət - Solidago virgaurea L.
•  Hirкаn şümşadı - Buxus hyrcana Pojark.
•  Аvrоpа gərməşоvu - Euonymus europaea L.
•  Hаmаr güyənə - Polygonatum glaberrimum C.Koch
•  Erкəк аyıdöşəyi - Dryopteris filix-mas (L.) Schott
•  Uzunbuynuzcuqlu südləyən - Euphorbia macroceras Fisch.et C.A.Mey.
•  Ziyilоtu - Chelidonium majus L.
•  Şərq кəpənəкçiçəyi - Aconitum orientale Mill.
•  Аyıqulаğı кеçiqulаğı - Verbascum thapsus L.
•  Qаfqаz хаnımоtu - Atropa caucasica Kreyer
•  Qаfqаz cаnаvаrgiləsi - Daphne caucasica Pall.
•  Pаslı üsкüкоtu - Digitalis ferruginea L.
•  Оtvаri gəndəlаş - Sambucus ebulus L.
Belə bitkiləri tanımaq və xüsusilə uşaqları 
məlumatlandırmaq vacibdir. Ümumiyyətlə, tə-
biətin qoynunda uşaqları nəzarətsiz qoymaq 
olmaz.
Dəm qazı ilə zəhərlənmə.
 Bəzi hallarda 
meşə yanğınları zamanı təhlükəli ərazidə qalan 
insanlar tüstünün əhatəsində əmələ gələn dəm 
qazı ilə zəhərlənə bilər. Bu halda insanda baş 
ağrısı, zəiflik, qusma, yuxulama, təngnəfəslik, 
dərinin ağarması, qıcolma baş verir. Bu halda 
meşə yanğının əhatəsindən çıxmaq mümkün 
deyilsə, dərhal torpağın üzərinə uzanmalı, 
ağızı və burunu yaş dəsmalla örtmək lazımdır. 
Hava çatışmazlığından əziyyət çəkən insanları 
yanğın yerindən uzaqlaşdırmaq hətta süni nəfəs 
verməklə tənəffüsü bərpa etmək lazımdır. 
Ehtiyac olduqda ürək nahiyəsi massaj edilir, ağız 
və udlaq yad cisimlərdən təmizlənir. Bədəni 
ovmaqla və bədəni isitməklə yanaşı naşatır 
spirti iylədilir. Dərhal həkimə müraciət etmək 
lazımdır.
Kimyəvi maddələrlə zəhərlənmə.
 Bəzi 
hallarda meşə yaxınlığında əkin sahələrinin 
gübrələnməsi və zərərvericilərə qarşı kimyəvi 

82
preparatların istifadəsi zəhərli çirklən 
dirici-
lərin yayılmasına səbəb olur. Alaqlar və zərər-
vericilərlə mübarizədə istifadə olunan kimyəvi 
maddələr meşənin canlı aləmi üçün böyük 
təhlükədir. Təsadüf nəticəsində bu maddələrin 
meşədəki giləmeyvələrə, göbələklər və dərman 
bitkilərinə sirayət etməsi insanların, meşə 
heyvanlarının zəhərlənməsinə səbəb olur. 15-
60 dəqiqə ərzində zəhərlənmə yayılıb, hətta 
ölümlə nəticələnə bilər. Xəsarət alan insan baş 
gicəllənməsindən, tərlənmədən, baş ağrısından, 
gözün zəifləməsindən, qusmadan əziyyət 
çəkir. Aşağı ətrafların qıc olması, əzələ iflici 
və tənəffüsün dayanması baş verə bilər. Təcili 
olaraq zəhərlənmiş insanın mədəsi yuyulub 
təmizlənir. Meşədə dərman saxlanılan çantaya 
nəzarət etmək və onu uşaqlardan kənarda 
saxlamaq lazımdır. Təsadüfən, azyaşlı uşaqlar 
dərman həblərini udub zəhərlənə bilərlər.
Meşə və tullantılar
Meşənin qeyri-adi və füsunkar aləmindən 
zövq alan insanlar bəzən buranı tərk edərkən 
özləri ilə gətirdikləri əşyaları və tullantıları 
unudurlar. İl ərzində meşələrə nə qədər in-
sanın səyahət etməsini nəzərə alsaq, məişət 
tullantılarının acınacaqlı fəsadlarını təsəvvür 
etmək olar. Ekosistem üçün yad olan müxtəlif 
mənşəli tullantıların ətraf mühitə zərərli təsiri 
hamıya məlumdur. Plastik qablar, polietilen 
məmulatlar bitki və heyvanat aləmi üçün böyük 
təhlükə yaradır. İstirahət yerlərində atılıb qalmış 
siqaret kötüklərinin tərkibindəki nikotin meşə 
döşənəyindəki mikroorqanizmləri məhv edir. 
Çay və göllərə atılan siqaretlər balıqlar 
tərəfindən udulur və beləliklə zəhərli maddələr 
qida zəncirinə daxil olur. Belə balıqla qidalanan 
insanlar zəhərli maddələrin təsiri nəticəsində 
sağlamlıqlarını itirirlər. Yaxşı olar ki, istirahət 
vaxtı bir dəfəlik plastik qablardan deyil, adi 
yemək qablarından istifadə olunsun. Meşəni 
tərk edərkən bütün qablar yığışdırılıb aparılsın. 
Əgər bir dəfəlik qablar kartondan hazırlanıbsa, 
xəndək qazaraq onları basdırmaq olar.
Qida zəncirində canlıların qidalanması 
zamanı bir orqanizmdən digərinə ötürülən 
zəhərli maddələrin qatılığı 10 dəfə, bəzən də 
100 dəfə artır (məs; ot-dovşan-tülkü-canavar). 
Belə olduqda insanlar ətraf mühiti tullantılarla 
çirkləndirməklə son nəticədə öz sağlamlıqlarına 
zərər yetirirlər. Əlbəttə, qida qalıqları meşə 
sakinlərinin böyük sevincinə səbəb ola bilər. 
Lakin tullantı çox olduqda, yaxşı olar ki, 
artıq ərzaq məhsulları xəndəkdə basdırılsın. 
Polietilen butulkalar, dəmir qablar, şüşə qablar 
xüsusi paketlərə toplanaraq meşədən kənara 
çıxarılır və təyin olunmuş yerə daşınır. Müxtəlif 
batareyalar və akkumlyatorları atmaq olmaz. 
Sizə lazım olmayan əşyaları və ya geyimi 
meşədə unutmayın.
Bəzən turistlər bulaşıq qabları yumaq üçün 
yuycu tozlardan və ya məhlullardan istifadə 
edirlər. Təbiətin saf bulaqlarına və çaylarına 
axıdılan bu kimyəvi maddələr canlılar üçün 
çox təhlükəlidir. Həm də suların çirklənməsinə 
səbəb olur. Yaxşı olar ki, bu halda qablar 
torpaqla, yarpaqlarla və ya küllə təmizlənsin. 
Təbiətə axıdılan toksik maddələr geri dönməyən 
dəyişikliklərə səbəb ola bilər.
İnsanın öz sağlamlığı kimi meşədə yaşayan 
hər bir canlının da sağlamlığı mühit şəraitindən 
asılıdır. Hər şeydən öncə sağlam ətraf mühit 
sağlam həyatın əsasıdır. İnsan öz sağlamlığının 
qayğısına qaldığı kimi meşə sakinlərinin də 
sağlam həyatının qayğısına qalmalıdır. Meşəyə 
istirahətə və səyahətə gələnlər tullantıların 
ətraf mühitə zərərini anlamalı və meşəni bu 
zərərli təsirlərdən qorumalıdır. Əgər meşəni 
hər gəlişinizdə valehedici və gözəl görmək 
istəyirsinizsə, məişət tullantılarının toplanıb 
daşınmasını təşkil etməlisiniz. 

83
Meşədə atılıb qalan plastik qablar və 
polietilen paketlər 100 illər ərzində çürümür, 
onların tərkibindəki zəhərli kimyəvi maddələr 
torpağı, suyu, havanı çirkləndirərək meşənin 
normal həyatına mane olur. Məişət tullantıları 
bəzən heyvanların zəhərlənməsinə və məhv 
olmasına gətirib çıxarır. Konserv qutularının iti 
kənarı, şüşə qırıntıları heyvanların pəncələrini 
kəsib yaralayır. 
Meşəyə gələn insanların dayanacaq yerləri 
çox zaman müxtəlif tullantılarla diqqəti 
cəlb edir. Tullantıları necə toplamağın lazım 
olduğuna hər kəs qabaqcadan qərar verməlidir. 
Polietilen, plastik materiallardan ibarət tullantı-
ları yandırmaq qətiyyən olmaz. Meşədə heç bir 
tullantını və ya yad cisimləri atmaq olmaz. Bütün 
tullantıları yığıb şəhərə aparmaq və xüsusi 
yerlərə atmaq olar. Əgər bütün tullantıları yığıb 
aparmaq mümkün deyilsə, asanlıqla çürüyüb 
topağa qarışan üzvü mənşəli tullantıları çala 
qazıb basdırmaq lazımdır. 
Turistlər və meşə istifadəçiləri meşənin və 
özlərinin təhlükəsizliyini təmin etmək üçün 
rast gəldikləri bütün tullantıları toplamaqla 
böyük fayda verə bilərlər. Hər kəs meşənin 
təmizliyinin qayğısına qalarsa, növbəti yürüş 
zamanı mənalı və sağlam istirahətdən zövq 
almaq şansı əldə edə bilər.
Ümumiyyətlə, hər kəs meşə sahəsinin 
təmizliyinə riayət edib, tullantılardan təmiz lə-
məklə növbəti dəfə artıq təmiz yerdə istirahət 
etmək şansını əldə edə bilər. Təbiətdə polietilen 
və plastik materialların parçalanmasını surət-
ləndirən laboratoriyalar və digər mikro-
orqanizm lər olmadığına görə onların çürüməsi 
üçün on illər, bəzən də yüz illər tələb olunur. 
“Tullantısız həyat” prinsipinə əməl edərək 
meşəni görmək istədiyiniz vəziyyətdə qoyub 
gedin və təmizliyə riayət edin. Təbiətə vurulan 
zərbələr son nəticədə insan həyatına da neqativ 
təsir göstərir. Meşənin təmizliyi həm də bizim 
sağlamlığımızdır!
Ekoloji cığırda davranış qaydaları
1.  Ekoloji cığırda hərəkət edərkən qoruq 
rejimi qaydalarına uyğun olaraq davran-
maq lazımdır.
2.  İstənilən quru və su bitkilərini qırmaq, 
ilbizləri toplamaq, həşərat kolleksiyası 
hazırlamaq qadağandır.
3.  Ekoloji cığırda rast gəlinən cəlb edici 
daş 
ları, arxeoloji tapıntıları və digər 
təbiət suvenirlərini toplamaq olmaz.
4.  Meşədə yalnız xüsusi təyin olunmuş 
yer lərdə tonqal qalamağa və siqaret 
çəkməyə icazə verilir.
5.  Tonqal yandırarkən odla ehityatla dav-
ran malı, təhlükəsizlik qaydalarına riayət 
etmək lazımdır.
6.  Ekoloji cığırda ucadan musiqi səs lən-
dirmək olmaz. Maqnitofon və diktofon-
lara yalnız təbiətin səsini yazmaq olar.
7.  Ekoloji cığırda ekskursiya zamanı it və 
yaxud pişik aparmaq olmaz. Cığırda 
təsadüf olunan tükənməkdə olan bitki 
və heyvan növlərinin yaşayış məs kən-
lərini ev heyvanlarının xüsusi marağın-
dan qorunmaq lazımdır.
8.  Ekoloji cığırla hərəkət zamanı məişət 
tullantıları ətrafa atmaq qətiyyən yara-
maz. Meşənin estetik görünüşünü pozan 
tullantılar istirahətə gələnlərin əhval-
ruhiyyəsinə də mənfi təsir göstərir.
9.  Ekoloji cığırdan kənara çıxmaq qadağan-
dır. Bu zaman təsadüfən incə bitki-
ləri zədələmək, nadir heyvanları na-
rahat etməklə təbiətin ahəngini poza 
bilərsiniz.
10.  Ekoloji cığırdan kənardan quş yuvalarına 
əl vurmaq, heyvanların balalarını hür-
küt mək  olmaz.

84
Meşədə etik qaydalar
1.  Meşədə səs-küy salmayın, canlıları hür-
kütməyin.
2. Quş yuvalarına yaxınlaşmayın, insanın 
izlərini hiss edən ana quş balalarını atıb 
gedə bilər.
3. Yuvadakı yumurtaları kolleksiya üçün 
götürməyin.
4. Yuvadan düşən balaları evə aparmayın, 
yaxşısı budur ki, yenidən qaytarıb yuvaya 
qoyasınız.
5. Ağacların budaqlarını qırmayın, onlar 
canlıdır, lakin öz etirazını bildirməkdə 
acizdirlər.
6.  Xoşunuza gələn kəpənəyi və ya böcəyi 
tutmayın, bəlkə də bu yer üzərində həmin 
növün sonuncu nümayəndəsidir.
7.  Çiçəkləri dərməyin, qoy onlar meşədə 
çiçəkləyərək dünyamızı gözəllikləri və 
ətirləri ilə bəzəsinlər.
8.  Dərman bitkiləri tədarük edərkən hər bir 
növdən olan sağlam çiçəkləyən və toxum 
verən bitkiləri qoruyub sax la maq lazımdır.
9.  Qarışqa  yuvalarını  dağıtmayın-qarış qa lar 
meşələrin sanitarlarıdır.
10.  Suda-quruda yaşayanları, xüsusən qur bağa-
ları məhv etməyin-dünyada fayda 
sız və 
eybəcər canlı yoxdur.
11.  Zəhərli göbələkləri ayaqlarınızla tap dayıb 
məhv etməyin, onlar bəzən meşə heyvan-
larının xəstəliklərini müalicə edirlər.
12. Ağac və kolların yaxınlığında od qalama-
yın, tonqalı təhlükəsizlik qaydalarına uyğun 
olaraq qalayın.
13. Tonqalı istifadə etdikdən sonra mütləq su 
ilə söndürün.
14. Meşəni tullantılardan qoruyun, zibillən miş 
meşəyə heç kim gəlmək istəməz. Bundan 
əlavə: 
-  çürüyən tullantıların ağır qoxusu olur;
-  kağız tullantılar günəş şüasının təsiri 
altında yana bilər;
-  sellofan və polietilen paket uzun müd-
dət çürüməyərək, bitkilərin inkişafına 
mane olur və hava buraxmır;
-  konserv qutuları heyvanların pəncə-
lə rini yaralaya bilər və kiçik heyvanlar 
üçün tələyə çevrilər;
-  şüşə qabların qırıntıları heyvanların 
pəncə lərini zədələməklə bərabər günəş-
li hava da linza kimi günəş şüalarını top-
lamaq la meşə yanğını törədə bilər.
15. Meşədə dayanacaq yerlərinizi növbəti 
səfərdə görmək istədiyiniz vəziyyətdə 
qoyub gedin.
16. Su hövzələrini tullantılarla çirkləndir məyin. 
Meşədəki bulaqlar, çaylar, göllər sizi içməli 
su ilə təmin edir.
Fövqəladə hallar zamanı ilk tibbi yardım üsulları
İldırım vuran zaman ilk tibbi yardım. 
Yaz-
ya aylarında dağ meşələrində göy gurultusu və 
ildırım çaxması adi təbiət hadisələrindən biridir. 
İsti hava axını dağların başına qalxaraq soyuyur 
və rütubətin buxarlanması nəticəsində ağır 
qara buludlar əmələ gəlir. Meşənin içərisində 
insana şimşək çaxması çox nadir hallarda 
zərər yetirə bilər. Daha çox meşə talasında və 
meşənin yaxınlığındakı açıq ərazilərdə ehtiyatlı 
olmaq lazımdır. Bu zaman açıq meşə talasında 

85
və ya dağ başında olan insan şimşək çaxması 
nəticəsində elektrik cərəyanının qurbanı ola 
bilər. Buna görə də ildırımdan qorunmaq üçün 
müəyyən qaydaları bilmək vacibdir. 
Nadir hallarda elektrik cərəyanı insana 
birbaşa təsir edir. Əsasən ildırım insanın 
yaxınlığında olan ağaclara və hündür qayalara 
düşür. Buna görə də şimşəkdən qorunmaq üçün 
təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır. 
İldırım çaxan zaman hündürlükdən və qurumuş 
tək-tək ağaclardan uzaqlaşmaq lazımdır. Əgər 
insan sudadırsa, dərhal sahilə çıxmalıdır. Qaya-
ların dibində, mağaranın girəcəyində gizlənmək 
olmaz. Daşlı-çınqıllı və qumlu torpaqda gəzmək 
gilli torpağa nisbətən daha təhlükəsizdir. 
Bəzən ildırımdan əvvəl insan onun baş 
verəcəyini qabaqcadan duya bilir. İnsan əlini 
torpağın üzərinə qoyduqda mühitin elektrik 
potensialının dəyişməsi nəticəsində ovucun 
içində, ayaqların altında yüngül sancmalar hiss 
edir. Bir qədər sonra ionlaşmış havada yüngül 
çırtıltı səsləri eşıdılır, insanın saçı elektriklənir, 
barmaqlarında, burunun ucunda və qulağın 
sırğalığında sancmalar hiss olunur.
Şimşək çaxan zaman atmosferin güclü 
elektriklənməsi nəticəsində müəyyən məsafə-
də olan canlı obyektlərə xəsarət toxuna bilər. 
Saniyədə 100000 km məsafə sürətlə yayıla 
bilən şimşəyin elektrik cərəyanı 100 və ya 
1000 amperə çata bilər. Elektrik qığılcımının 
temperaturu 25000 dərəcəni aşa bilər. Şimşəyin 
işartısını ilk göy gurultusundan ayıran saniyələri 
hesablamaqla yağıntıya qədər olan məsafəni 
təyin etmək olar: 1 saniyədə keşdikdə məsafə 
300-400 metr, 2 saniyə keçdikdə 600-800 m, 3 
saniyə keçdikdə 1 km və s. olur.
Şimşək çaxarkən növbəti çaxmaya qədər 
fasiləyə əsasən aradakı məsafəni də hesablamaq 
mümkündür. İldırıma qədər olan məsafə səsin 
sürətilə (34 km/san) müəyyən edilir. Şimşəyin 
çaxması görünən andan eşidilən ana qədər 
10 san keçibsə, 340 m/san×10 san=3400 m 
məsafə alınır. Əgər ildırımın səsi getdikcə daha 
gec eşidilirsə, deməli, buludlar uzaqlaşır. İldırım 
çaxan zaman dərhal göy guruldayırsa, şimşək 
çaxması həyat üçün təhlukəlidir. Belə olduqda 
elektrik xətlərindən uzaqlaşmaq lazımdır. 
Nisbətən alçaqboylu sıx meşə ağaclarının 
altında daldalanmaq olar. Hündür palıd, şam 
və qovaq ağaclarının altı daha təhlükəlidir. Su 
kənarında qalmaq olmaz. Hündür yerdən aşağıya 
enmək və torpağın üzərində aşağı əyilib ayaqları 
əllə qucaqlamaq lazlmdır. Metal əşyaları kənara 
atmaq, motosikl, velosiped və avtomobillərdən 
20-30 m aralıda durmaq lazımdır. Əgər ildırım 
çaxarkən insan maşındadırsa, onu tərk etməyib
pəncərələri qapamalı və antenanı aşağı 
endirməlidir. 
Yağmurlu havada ildırım çaxan zaman 
meşədə çox da hündür olmayan sıx çətirli 
ağacların arasında sığınacaq tapmaq olar. Əgər 
başqa çıxış yolu yoxdursa, yağışdan əvvəl çadır 
qurub tavanını polietilenlə örtmək lazımdır. 
Bütün metal əşyalar, o cümlədən bel, bıçaq, 
mişar, qab-qacaq və s. insanlardan 15-20 metr 
aralıda qoyulmalıdır. İldırım çaxan zaman metal 
əşyalar müəyyən təhlükə yarada bilər. Yaş 
paltarlar dəyişilməlidir, çünki islanmış paltar və 
insan bədəni elektrik cərəyanını özünə çəkə 
bilər. İldırımdan qorunmaq üçün çadırda xüsusi 
qayda üzrə oturmaq lazımdır. Bunun üçün 
çanta, ip, polietilen paket, ağac kötüklərindən 
və ya quru geyimdən oturacaq düzəldilir. Belə 
olduqda insan özünü torpaqdan təcrid edir 
və təhlükəsiz vəziyyətdə olur. Bu qayda üzrə 
oturaq vəziyyətdə bədəni irəli verərək başı dizə 
tərəf aşağı əymək lazımdır.
 İldırım çaxarkən tonqal qalamaq olmaz. 
Bu zaman tonqalın yaxınlığında durmaq çox 
təhlükəlidir, çünki tonqalın istiliyi nəticəsində 
qızmış hava axını elektrik keçiriciliyinə malikdir 
və ildırım ocağa düşə bilər. Əgər meşədə olarkən 
ildırım səyahətçilər qrupunu yolda haqlayıbsa 
və onlar çadır qurmağa imkan tapmayıblarsa, 
qrupun üzvləri bir-birlərindən aralı məsafədə 
tələsmədən yola davam etməlidir. 

86
Yağmurlu havada ildırım çaxarkən meşənin 
dərinliyinə daxil olub, ağacların altında və ya 
qayaların arxasındakı çökəklikdə gizlənmək 
lazımdır. Hər hansı bir hündürlüyə, məsələn, 

Yüklə 22,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin