yanma hadisəsi başlaya bilər. Həmçinin quru
otların, qamışlığın, mamırların yaxınlığında alov
təhlükəli olur.
Daşlıq sahələrdə də tonqal qalamaq məslə-
hət görülmür. Daşların arasında toplanan meşə
tör-töküntüsü və çürüntü yanacaq materialına
çevrilə bilər. Daşların arasından keçən alov
gözə görünmədən yayılır və bu zaman yanğını
söndürmək mümkün olmur. Belə təhlükəli
sahə
lərdə gözəl mənzərəli meşə yamacları
yanğın dan sonra qaralmış daşlarla örtülü ölü
zonaya çevrilir.
65
Tonqal üçün yalnız quru tör-töküntüdən,
bitki qalıqlarından istifadə oluna bilər. Quru
budaqları bir yerə toplayıb, üç tərəfdən daşlarla
əhatə etmək lazımdır. Oduncaq nəm və çürük
olduqda çox tüstülənib az istilik verir. Qurumuş
ağacların tam qurumasına əmin olduqdan sonra
budaqlarını qırmaq olar. Tonqalın uzaqdan
görün məsi üçün yarpaqlı yaş budaqların və
yaşıl otların yandırarkən əmələ gələn tüstüdən
istifadə etmək lazımdır. Belə olduqda itkin
düşmüş insanları təyyarə, helikopper vasitəsilə
aşkar etmək mümkün olur.
Nəzərə alınmalıdır ki, aydın, küləksiz
havada tonqal tüstüsü havaya sütun kimi qalxır.
Külək
li, tutqun havada isə tüstü torpağın
üzərinə yayılır. Rütubətli havada tüstü tonqalın
ətrafında oturan insanların gözünü yaşardıb
narahatlıq yaradır. Belə şəraitdə dəm qazı və
yanma məhsulları ilə zəhərlənmə baş verə bilər.
Palıd, ağcaqayın, tozağacı ağacları yanarkən
istilik çox ayrılır, lakin qara rəngli tüstü əmələ
gəlir. Cökə, şam, qovaq ağacları sürətlə yanıb
az miqdarda istilik verir. Göstərilənləri nəzərə
alaraq, tonqalı hündür yerdə və ya yamacda
yandırmaq lazımdır ki, sakit yağmurlu havada
ocağın tüstüsü ətrafa yayılmayıb, yamac boyu
aşağı ensin.
Tonqal müxtəlif formada qalanır. Daha
çox istilik əldə etmək üçün “koma” tipli
tonqaldan istifadə olunur. “Nov” tipli tonqalda
2 ədəd tirin ortasına yanacaq materialı tökülüb
yandırılır və novun üzəri 3-cü tirlə örtülür. Belə
tonqal uzun müddət yanır və tirləri hərəkət
etdirməklə alovu tənzimləmək mümkün olur.
Ulduz şəklində qalanmış tonqallar da çox istilik
verir. Odun yandıqca kənardakı quru odunlar
tonqalın mərkəzinə itələnir. Tonqal yandıran
zaman odu nəzarətsiz qoymaq olmaz (şəkil 7).
a)
b)
c)
d)
e)
ə)
j)
Şəkil 7. a) koma; b) quyu; c) tayqa; d) polineziya; e) ulduz, ə) çarpaz; j) nov tipli tonqallar
Bir böyük tonqal əvəzinə bir neçə kiçik
tonqal qalamaq məsləhətdir. Çünki bu halda
daha çox istilik əldə olunur. Əgər yaşmurlu
havada ocaq qalanırsa, daşlardan və tirlərdən
dayaq hazırlanır. Tonqalı qalamaq üçün kiçik
odun kəsikləri, quru ağac qabıqları, quru
yarpaqlar toplanır və yandırılır. Üzərinə daha
iri odunlar səliqə ilə yığılır. Yağmurlu havada
quru budaqları və tör-töküntünü yalnız yıxılmış
ağacların altında tapmaq olar. Qurumuş
ağacların və ya kötüklərin çürümüş hissəsi
od əldə etmək üçün ən yaxşı materialdır.
İynəyarpaqlı ağacların qozaları və quru kötüklər
asanlıqla alışır. Bunların tərkibində qətranlı
66
maddə olduğuna görə tonqal uzun müddət
yanır. Ocağı küləkdən qorumaq, qığılcımların
kənara yayılmasına yol verməmək lazımdır.
Əgər kibrit və ya alışqan yoxdursa nə etməli?
Hansısa səbəbdən kibrit islanıbsa və ya alışqan
unudulubsa, odun alınması prosesi çətinləşir.
İbtidai insanların istifadə etdikləri üsulla çaxmaq
daşı vasitəsilə odu əldə etmək olar. Möhkəm
daş parçası iti polad bıçağa sürtülür. Nəticədə
əmələ gələn qığılcımları quru otlara yönəldilib
alışdırılır. Tüstülənən quru otları üfürməklə
alovun artmasına çalışmaq lazımdır. Başqa
üsulla iki ağac kəsiyini bir-birinə sürtməklə də
od əldə etmək olar. Lakin bunun üçün çox
uzun müddət tələb olunur. Ağaclardan birinin
uc hissəsi digərinin üzərindəki kəsiyin içərisinə
qoyularaq fırladılır. Əmələ gələn qara rəngli
tozdan qığılcım yaranır. Həmin toz tez alışan
materialın üzərinə tökülməli və üfürülməlidir.
Dəri kəmər vasitəsilə də alovu əldə etməyə
nail olmaq olar. Bir qədər qalın dirəyin ucu 2
hissəyə ayrılır və bu kəsiyə digər ağac bərkidilir.
Kəmərlə bağlanmış ağac kəsiyi sağ və sol tərəfə
burulur. Kəsiyə bir qədər tez alışan ağac qırıntısı
qoyulur. Cəld hərəkətlərlə ağac qırıntısını alış-
dır maq mümkündür.
Əgər səyahət qışda keçirilirsə, qar çalası
qazılır və ortasında tonqal qalanır. Çalanın
üzərində uzun, yaxşı olar ki, dəmir dirəkdən
yemək hazırlanan qab asılır (şəkil 8).
Şəkil 8 Qar çalasında tonqal
Fövqəladə vəziyyətdə od əldə etmək üçün
asanlıqla alışa bilən materiallar: ağac çürüntüsü,
quru saman, parça, taxta qırıntısı, quş lələkləri,
üzəri tükcüklü yarpaqlar su keçirməyən poli-
etilen paketdə saxlanılır.
I üsul. Günəşli havada binoklun linzaları,
eynək şüşəsi, fotoaparatın obyektivi, saatın
örtük şüşəsi və ya güzgü vasitəsilə günəş
şüası toplanmış yanma materialının üzərinə
yönəldilir. Fotoaparatın, binokl, cib fənərinin
optik linza şüşəsi ilə günəş şüasını toplayaraq
od əldə etmək olar. Yandırıcı şüşəni eynək və
ya saat şüşəsindən də hazırlamaq olar. Bunun
üçün 2 ədəd şüşəni qabarıq hissəsi xaricə tərəf
olmaqla üst-üstə qoyub, arasına nazik saman
çöp qoyulur. Şüşələrin kənarı gil və ya qətranla
yapışdırılır. Saman çöpü vasitəsilə şüşələrin
arası su ilə doldurulur.
II üsul. Çaxmaq daşı və polad kibrit olma-
dıqda ən yaxşı yandırmaq üsuludur. Çaxmaq
daşını hər hansı möhkəm daş əvəz edə bilər.
Daşı fitilə yaxınlaşdırılıb bıçağın ucunu və ya
polad parçasını onun üzərinə vurmaq lazımdır.
Kösövün ortasına düşən qığılcım közərir və
üfürməklə alov əldə olunur (şəkil 9).
Şəkil 9. Çaxmaq daşı vasitəsilə odun əldə olunması.
III üsul. Kaman və ox vasitəsilə də alovu
əldə etmək olar. Bunun üçün 2-3 sm qalınlığında
ağac budağından kaman hazırlanır. Qələm
67
yoğunluğunda budaq 25-30 sm uzunluqda
kəsilib, ucu ox formasında yonulur. Quru odun
parçasının üzərinə oxun iti ucu qoyulur və
yuxarı hissəsi ilə kaman ipi ilə sarınır. Bir əldə
oxun yuxarı hissəsini parça ilə tutaraq digər əl
ilə kamanı tez-tez irəli-geri fırlatmaq lazımdır.
Odun parçasının üzərindəki çuxurda qara rəngli
toz əmələ gəlir və tədricən tüstülənib alova
çevrilir. Hər üç üsuldan istifadə zamanı kifayət
qədər səbir və inad tələb olunur(şəkil 10).
Çətin vəziyyətdə sadə ocaq hazırlamaq
üçün dörd ədəd tir kvadrat şəklində birinin
üzərinə qoyulur. Qidanı hazırlamaq üçün
konserv bankasından istifadə olunur. Közərmiş
kömürün üzərində müxtəlif qida məhsullarını
hazırlamaq mümkündür. Ocaq qalamaq üçün
torpaqda da çala qazmaq olar. Bu zaman
“sobadan” tüstünün çıxması üçün yan tərəfdə
nəfəslik qazılır. Bu üsulla yemək hazırlanmasını
daha təhlükəsiz prosesə çevirmək olar. Ocaqda
yaranan tüstü kənar olur və güclü külək zamanı
alovun yayılmasının qarşısı alınır.
Şəkil 10. Kaman və ox vasitəsilə odun əldə olunması.
Fövqəladə hallarda susuzluğun aradan qaldırılması
İnsan orqanizmi məlum olduğu kimi 85%
sudan ibarətdir. Susuz orqanizmdə maddələr
mübadiləsi gedə bilməz, istilik balansı pozular.
Suyun hətta az miqdarda itirilməsi həyat
fəaliyyəti nin pozulmasına səbəb olur. Meşədə
azarkən susuz qalan insanın həyatı təhlükə
altına düşür. Soyuq iqlim şəraitində də insana
normal fəaliyyət üçün sutkada 1,5-2,5 litr su
tələb olunur. İnsan susuz 5-7 sutkadan artıq
qala bilməz. Bədən çəkisinin 10%-i qədər su
itirən insanın hərəkəti zəifləyir, 20%-i qədər su
itirildikdə isə insan məhv olur.
Suyun itirilməsi insan orqanizmində bir sıra
dəyişikliklərə səbəb olur:
■ 1-5% su itirildikdə əhval-ruhiyyənin
pis ləş məsi, hərəkətin zəifləməsi, yuxu-
lama, dərinin qızarması, temperaturun
artması, mədənin pozulması, susuzluq;
■ 6-10% su itirildikdə təngnəfəslik, baş
ağrısı, ayaq və əl nahiyəsində sancılar,
hərəkət qabiliyyətinin itirilməsi, ürək-
bulanma;
■ 11-20% su itirildikdə sayıqlama, əzələ-
nin qıc olması, dilin köpməsi, eşitmə və
görmənin zəifləməsi, bədənin soyuması
baş verir (sxem 5).
Havanın temperaturu 20-300C olduqda
susuzluğa dözmək daha yüksək temperatura
nisbətən asandır. İsti havada orqanizmin suya
tələbatı sutkada 4 litrə qədər artır. Əgər
meşə
də təbii su hövzəsinin vardırsa, çətin
vəziyyətdən xilas olmaq şansı artır. Lakin təbii
su hövzəsi olmadıqda su mənbəyi tapmaq
başlıca məqsədə çevrilir. Hər bir halda suyun
təmizliyinə əmin olduqdan sonra içmək olar.
Meşənin dərinliyində dırnaqlı heyvanların izləri,
68
rütubətli torpaq su mənbəyinə doğru istiqaməti
göstərən əlamətdir.
Fövqəladə hallarda isti hava şəraiti dedikdə,
havanın temperaturu, günəşin intensiv şüalan-
ması, torpağın üst qatının hərarəti, havanın
rütubəti, küləyin gücü nəzərə alınır. İnsanın
bədəninin həddindən artıq istilənməsi üçün
heç də qızmar yay havası gərək deyil. Qışın ən
soyuq vaxtında belə qalın geyinmiş insan odun
doğrayarkən bədəni həddindən artıq isinir,
həd
dindən artıq tərləmə nəticəsində geyim
islanır və su itirilir. İşini başa çatdırdıqdan sonra
soyuq havanın təsiri altında insan donur. Buna
görə də təcrübəli turistlər və ovçular ağır fiziki
iş zamanı üst geyimi soyunur, istirahət vaxtı
isə geyinirlər. Belə hallarda əhval-ruhiyyəni
nəzarətdə saxlamaq, vaxtında geyim dəyişmək
və istirahət etmək lazımdır.
Yuxarıda göstərilən qaydada su çatış-
mazlığı qanın qatılaşmasına və ürək-damar
sis teminin pozulmasına səbəb olur. Bədənin
hüceyrələrində mineral duzların qatılığı artır.
İnsan ac qaldıqda piy ehtiyyatının tam itirilməsi,
zülal ehtiyatının isə 50% itirilməsi nəticəsində
həyatı təhlükəyə məruz qalır. Suyun 15%
itirilməsi onu ölüm təhlükəsi ilə qarşı-qarşıya
qoyur. İnsanın bədənində gedən kimyəvi
proseslər zamanı yaranan su 0,3-0,4 litr təşkil
edir. Duru yeməklə 0,5-0,6 litr, bərk qida ilə
birlikdə 0,7 litr su qəbul edilir və sutka ərzində
əlavə 0,8-1,0 litr su tələb olunur.
Fövqəladə vəziyyətdə susuzluq hissi insan-
da ağızın quruması ilə meydana çıxır. Bu halda
insan daha çox su içməyə başlayır, halbuki ilk
anda buna o qədər də ehtiyac olmur. Fiziki
yükün artması tərləmə prosesini gücləndirir.
Eyni zamanda hüceyrələrin su saxlama qabili-
yyəti pozulur. Bu qayda ilə insan nə qədər çox
su içirsə, bir o qədər susuzluq hiss edir. Belə
ekstremal vəziyyətdə 8 saat ərzində 5-6 litr su
itirilir. Halbuki adi hallarda bu müddətdə 0,5 litr
su kifayət edir. Çoxlu miqdarda suyun birdəfəyə
içilməsi məsləhət görülmür. Həddindən artıq
qəbul edilən su bədənin tərləməsini artırır.
Artıq suyun bu qayda üzrə xaric ifraz edilməsi
hüceyrələrin su saxlama qabilliyyətini pozur.
Ona görə də insan nə qədər çox su icirsə, o
qədər çox tərləyir və susuzluq hissi güclənir.
Həddindən artıq tərlədikdə orqanizmdən itirilən
mineral duzların bərpası üçün azca duzlu su
içmək lazımdır. 1litr suda 0,5-1,0 qram duz həll
edildikdə orqanizmin duz balansı təmin olunur.
Daxilə qəbul edilən su mədəyə çatdıqdan
sonra, yəni 10-15 dəqiqə ərzində susuzluq
hissini yatıra bilər. Buna görə də suyu qısa
fasilələrlə az miqdarda içmək lazımdır. Əgər
Sxem 5. Su çatışmazlığının əlamətləri
69
insan fövqəladə vəziyyətə düşübsə və su
ehtiyatı azdırsa, suya qənaət etmək üçün bir
qədər ağızı yaxalamaq və ya turş konfet sormaq
kifayətdir. Konfet olmadıqda kiçik təmiz çay
daşını sormaqla tüpürcək ifrazını gücləndirmək
və susuzluq hissini azaltmaq olar.
Əsas içməli su mənbəyi çaylar, göllər, bulaq-
lardır. Yaxınlıqda içməli su mənbəyi (çay, göl,
bulaq, yağış, qar, şeh, buz) olmadıqda, susuzluğu
aradan qaldırmaq üçün zəhərli olmayan bitki-
lərin şirəli yarpaqları və meyvələrindən istifadə
edilir. Atmosfer yağıntıları qar, yağış, şeh suları
istifadə üçün yararlı hesab olunur. Yağış zamanı
ağacın gövdəsinə parça sarıyıb, bir ucunu qabın
içərisinə salırlar. Yağış suyu parçanı islatdıqda
toplanan su qabın içərisinə süzülür.
Meşədəki su hövzələrindən içməli su əldə
etmək üçün ilk növbədə suyun təmizliyinə
əmin olmaq lazımdır. İçməli suyun ən sadə
üsulla təmizlənməsi üçün qalın (yaxşı olar ki,
kətan) parçanın içərisinə qum, xırdalanmış ağac
kömürü və kiçik daşlar doldurulur. Torbanın
aşağı hissəsində dəlik açılır. Su bu sadə süz-
gəcdən süzülərək qarışıqlardan təmizlənir.
Qarışqa yuvası, vəhşi arı pətəkləri içməli
suyun yaxınlıqda (təxminən 1 km-ə qədər
məsafə də) olmasına dəlalət edir. Suyu daha sadə
bir üsulla da əldə etmək olar. Su çatışmazlığı
olduqda hər hansı ağacın sıx yarpaqlı budağına
polietilen paket keçirilir və ağzı kip bağlanır.
Bitkinin buxarlandırdığı su paketin içərisində
damcı şəklində toplanır. Bitkidən asılı olaraq 1
saat ərzində 50-80 ml su toplamaq mümkündür.
Müxtəlif su mənbələrindən əldə olunan
suyu zərərli qarışıqlardan təmizləmək üçün süz-
gəcdən, gümüş qaşıqlardan, yod məhlulundan
(bir litr suya 8-10 damcı) istifadə olunur və
sonra mütləq qaynadılır.
Ağac və kolların yoğun yaş budaqlardan
isti vitaminli çay almaq olar. Bunun üçün yaş
budaqların yoğun hissəsi tonqalın üzərində
maili yerləşdirilir. Budağın ensiz hissəsinin altına
stəkan və ya polietilen paket qoyulur. İstinin
təsiri altında yaş budaqdan ayrılan su stəkana
toplanır. Bu məqsədlə cökə, söyüd ağaclarının
budaqları daha yararlıdır. Ümumiyyətlə, söyüd
bitən torpaqda qrunt sularının səthə yaxın
olması məlumdur.
Durğun su mənbələrindən toplanan suyu
təmizləyib süzmək və qaynatmaq lazımdır.
Top
lan
mış su ehtiyatını isti havada mütləq
qaynadılmış halda içmək olar. Su isti havada tez
bir zamanda köhnəlir və həyat üçün təhlükəli
vəziyyətə düşür. İsti havada həyat üçün təh-
lükə
nin qarşısını almaq məqsədilə birbaşa
günəş şüalarından qorunmaq, fiziki hərəkətləri
azaltmaq və geyimi islatmaq zəruridir.
Beləliklə, meşədə azan insan öz səhhətini
qorumaq üçün ilk növbədə içməli su mənbə-
lərini axtarıb tapmalı və kifayət qədər su ehtiyatı
toplamalıdır. Dağ meşələrində suyu dərələrdə,
qayaların çatlarında axtarmaq məq sədə uyğundur.
Qış aylarında iri qayanın üzərinə qoyulan təmiz
qar günəşli havada tezliklə əriyir və bir neçə
dəqiqə ərzində 1 litr içməli su toplamaq olur.
Meşədə istiqamətin təyin edilməsi
Səyahətçilər və turistlər meşədə şəraitdən asılı olaraq bəzən harada olduqlarını unudub,
hansı istiqamətdə gedəcəklərini bilmirlər. Tanış olmayan ərazidə və sıx meşəlikdə səmti asanlıqla
itirmək mümkündür. Belə vəziyyətdə kompas olmadıqda və ya müəyyən səriştə olmadıqda insanlar
çaşqınlıq içərisində ora-bura vurnuxmağa, çıxış yolu axtarmağa çalışırlar. Yol yoldaşlarından ayrılan
turistlər özləri də hiss etmədən dayanacaq yerindən uzaqlaşıb itkin düşə bilərlər.
Belə halda sakitləşib vəziyyəti təhlil etmək daha məqsədəuyğundur. Meşədə yolu azarkən
istiqməti düzgün təyin etmək lazım gəlir. Meşənin dərinliyinə getmiş hər kəs ilk növbədə yaxınlıqdakı
cığırları axtarıb tapmalıdır. Əgər əvvəlki yerə qayıtmaq üçün yadda qalan əlamətləri aşkar etmək
müyəssər olmursa, coğrafi istiqamətləri təyin etməyə səy göstərin.
70
İstiqaməti itirdikdə dərhal hərəkəti dayan dırıb kompas vasitəsilə səmti təyin etmək və ya
müxtəlif təbii əlamətlərə istinad edərək istiqaməti müəyyənləşdirmək lazımdır. Kompas yoxdursa,
qol saatının kiçik əqrəbini günəşə doğru yönəltməklə istiqaməti bilmək olar. 12 rəqəmi və saat
əqrəbi arasındakı bucaq cənubu göstərir. Günortaya qədər günəşin sağ tərəfi, günortadan sonra isə
günəşin sol tərəfi cənub istiqaməti göstərir.
Kompas vasitəsilə istiqaməti təyin edərkən günəşin üfiqdəki vəziyyəti və digər əlamətlər nəzərə
alınmalıdır. Gecə vaxtı ulduzların (xüsusilə, Qütb ulduzunun, Böyük Ayı bürcünün və s.) səmada
yerləşməsinə görə istiqaməti müəyyən etmək olar. Kvartal dirəklərində daha az olan iki rəqəm
arasında əmələ gələn bucaq şimalı göstərir.
1. Şimal yarımkürəsində şimal istiqamətini müəyyən etmək üçün günorta vaxtı arxası günəşə
tərəfə durmaq lazımdır. Bu zaman kölgə düşən tərəf şimalı, sol tərəf qərb, sağ tərəf şərqi
göstərir
2. Günorta vaxtı şimal və cənub istiqamət lərini
günəşin və dirəyin köməyi ilə təyin etmək
olar. Bunun üçün yerə təxminən 1metr
uzunluqda dirək basdırılır. Yaxşı olar ki, bu
məqsədlə meşə talasında bitki örtüyündən
azad olan torpaq sahəsi seçilsin. Dirəyin
kölgəsinin qur taracağındakı nöqtədə nişan
qoyu
lur. Sonra təxminən 10-15 dəqiqə
ərz ində kölgənin bir neçə sm yerini dəyiş-
məsini gözləmək lazımdır. Yenə köl gənin
qurtardığı nöqtə nişanlanır. İlk nöqtədən
ikinci nöqtəyə qədər düz xətt çəkilir və
düz xətt 30 sm irəli uzadılır. Bu nöqtələrin
yaxınlığında elə durmaq lazımdır ki, sol ayaq
birinci nöqtənin, sağ ayaq ikinci nöqtənin
qarşısında dursun. Beləliklə, bu vəziyyətdə
insan üzü şimala doğru durmuş olur və digər
tərəfləri də asanlıqla təyin edir (şəkil 11).
Dirəyin ən kiçik ölçüdə kölgəsi günorta
vaxtını göstərir. Səhər saat 6.00-7.00-da
günəş şərqdə, axşam 19.00-da qərbdə olur
(yayda günəş səhər saat 5.00-da çıxır, axşam
saat 20.00-21.00-da batır).
3. İstiqaməti təyin etmək üçün digər üsul saat
vasitəsilə yerinə yetirilir. Əgər səyahətçi
şimal yarımkürəsindədirsə, saatı elə dön-
dərmək lazımdır ki, saat əqrəbi günəşə
doğru yönəlsin. Təsəv vürünüzdə, saatın 12
rəqəmi ilə hazırkı vaxtı göstərən rəqəm
arasındakı bucaq təyin olunur. Həmin
bucaqdan çəkilmiş bisektris xətti (bucağın
tənböləni) cənub istiqaməti göstərəcəkdir.
Cənub yarımkürəsində olarkən isə saatın
Şəkil 11. Günəşə görə istiqamətin təyini
1
2
3
4
5
6
7
8
9
10
11
12
R
1
2
3
4
5
6
7
8
9
10
11
12
N
Şəkil 12. Saat vasitəsilə istiqamətin təyini
71
12 rəqəmini günəşə doğru çevirib 12
rəqəmi ilə saatı göstərən kiçik əqrəb
arasındakı bucağın tənböləninə əsasən
bucağı təyin etmək olar (şəkil 12).
4. Günəşə əsasən üfüqün cəhətlərini digər
çox sadə bir üsulla təyin etmək olar.
Yadda saxlamaq lazımdır ki, səhər saat
700-də günəş şərqdən çıxır, saat 1200-
də günorta vaxtı cənubda olur, axşam
saat 1900-da qərbdə batır.
Gecə vaxtı istiqaməti ulduzlara görə
istiqaməti təyin etmək olar.
1. Qütb ulduzuna əsasən şimalı asanlıqla
təyin etmək olar. Səmada Qütb uldu-
zunu tapmaq üçün Böyük Ayı bürcünün
son iki ulduzunu fikrinizdə düz xətlə
birləşdirib, bu xətti 5 dəfə uzatmaq
lazımdır. Xəttin qurtaracağı Qütb uldu-
zunu və şimal istiqaməti göstərir. Qütb
ulduzu Kiçik Ayı bürcünün sonuncu
ulduzudur. Kiçik Ayı bürcü Böyük Ayı
bürcündə olduğu kimi 7 ədəd nisbətən
az parlayan ulduzlardan ibarətdir (şəkil
13).
2. Kassiopeya bürcünə görə istiqamətin
təyin edilməsi. Kassiopeya bürcü W
hərfini xatırladan 5 ulduzdan ibarətdir.
Kassiopeya bürcü də Böyük Ayı bürcü
kimi Qütb ulduzunun ətrafında dövr
edir. Əgər ağacların çətirindən Böyük
Ayı bürcünü görmək mümkün deyil-
dirsə, Kassiopeya bürcündən eyni
məsa
fədə yerləşən Qütb ulduzunu
təyin etmək olar (şəkil 14).
3. Cənub xaç bürcünə görə istiqaməti
cənub yarımkürədə olarkən təyin
etmək olar. Bürc xaç formasında yer-
ləşən ulduzdan ibarətdir. 2 ulduz ara-
sında məsafə bir qədər uzaq olduğun-
dan onları birləşdirən xətti xaçın
əsası na doğru 5 dəfə uzatmaqla fərz
Şəkil 13. Qütb ulduzuna görə istiqamətin təyini
Şəkil 14. Kassiopeya bürcünə görə istiqamətin təyini
72
olu nan nöq tədə cənub istiqaməti təyin
et mək olar (şəkil 15).
4. Meşədə kvartal dirəklərinin üzərindəki
rəqəmlərə əsasən də istiqaməti təyin
etmək mümkündür. Kvartal dirəkləri
qərbdən şərqə doğru nömrələnir. Kvar-
tal dirəklərində daha kiçik iki rəqəm
arasında əmələ gələn bucaq şimalı gös-
tə
rir. Meşə sahələrinin kəsişməsində
yerləşən dirəyin üzərindəki ən kiçik
rəqəm şimal-qərb hissədə, sonrakı
rəqəm isə şimal-şərq istiqamətində
yazılır. Bu iki rəqəm birlikdə yerləşdikləri
şimal istiqaməti bildirir. Digər iki rəqəm
isə uyğun olaraq cənubu göstərir (şəkil
16).
Bəzi hallarda meşəyə səyahət zamanı saatı
təyin etmək üçün aşağıdakı üsullardan istifadə
edilir :
1. Açıq sahədə yerə 1-1,5 m uzunluqda
dirək bərkidilir. Günəşli havada dirəyin
gölgəsinə əsasən şimal istiqamət təyin
olunur. Gözəyarı olaraq şimal-cənub
və şərq-qərb istiqamətli xətlərin kəsiş-
diyi nöqtədə dirək yerə sancılır. Bu
qayda üzrə şimal-cənub oxu saat 12-
yə bərabər götürülür və kölgənin isti-
qaməti ilə saat təyin olunur. Dirək
əvəzin tək ağacı və ya qayanı seçmək
olar (şəkil 17).
2. Kompas vasitəsilə günəşin azimut
nöqtəsi təyin olunur və 15 hissəyə bölü-
nür. Bu rəqəm 1 saat ərzində Yer kürə-
sinin fırlanma çevrəsinin 1/24 hissəsinə
bərabərdir. Alınan rəqəmin üzərinə
vahid əlavə edilir və yerli vaxt təyin
edilir. Məsələn, əgər 8+1=9 deməli,
yerli vaxtla saat 9.00-dur. Azimut
şimal istiqaməti ilə günəşin yerləşdiyi
istiqamət arasındakı bucaqdır (şəkil 18).
Şəkil 15. Cənub Xaç bürcünə görə istiqamətin təyini
Şəkil 16. Kvartal dirəklərinə görə istiqamətin təyini
Şəkil 17. Günəşə görə saatın təyini
1
2
5
6
C NUB
Q RB
ŞİMAL
Ş RQ
GÜNOR
TA
X
TT
İ
06.00
0 .00
7
0 .00
8
0 .00
9
10.00
11.00
12.00
13.00
14.00
15.00
16.00
17.00
18.00
19.00
20.00
73
Meşədə istiqaməti təyin etmək üçün ən yaxşı
köməkçilərimiz bitkilərdir. Əlbəttə, astro nomik
dəqiqliklə olmasa da, çətin şərait də istiqaməti
Dostları ilə paylaş: |