www.enpi-fleg.org
EUROPEAN NEIGHBORHOOD AND PARTNERSHIP INSTRUMENT FAST
COUNTRIES FOREST LAW ENFORCEMENT AND COVERNANCE II PROGRAM
The Program is funded by the European Union and implemented by
the World Bank in partnership with WWF and IUCN
“Avropa İttifaqının Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi
və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi” proqramının II fazası
(ENPİ East Countries FLEG II Program)
AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ
AZƏRBAYCAN RESPUBLİKASI EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ
MEŞƏDƏ HƏYAT FƏALİYYƏTİNİN
TƏHLÜKƏSİZLİYİ
Bakı-2014
Tərtib edən:
Lalə Dadaşova, biologiya üzrə fəl səfə doktoru
Azər Qarayev, ENPİ-FLEG proq ramı nın ölkə əlaqələndiricisi
Redaktor:
Fəxriyyə Müsayeva
Kompüter tərtibatı:
Rüstəm Zamanov
Tərcümə:
Fidan Hüseynli
Rəsmlər:
Yeganə Yunusova
Kitab meşə sektorunun mütəxəssisləri, yan ğından mühafizə bölmələri, könüllü yanğın söndürmə
dəstələri, ətraf mühit üzrə ictimai təşkilatlar, təhsil müəssisələrinin müəllimləri, tələbələr, məktəblilər,
turizm sektorunun əmək daş ları və meşə istifadəçiləri üçün nəzərdə tutul muş dur.
www.enpi-fleg.org
EUROPEAN NEIGHBORHOOD AND PARTNERSHIP INSTRUMENT FAST
COUNTRIES FOREST LAW ENFORCEMENT AND COVERNANCE II PROGRAM
The Program is funded by the European Union and implemented by
the World Bank in partnership with WWF and IUCN
“European Neighborhood and Partnership Instrument
East Countries Forest Law Enforcement and Governance II Program”
MINISTRY OF EMERGENCY SITUATIONS OF REPUBLIC OF AZERBAIJAN
MINISTRY OF ECOLOGY AND NATURAL RESOURCES OF
REPUBLIC OF AZERBAIJAN
FOREST SAFEGUARD PRACTICES
Baku-2014
Compilers:
Lala Dadashova, PhD in Biology
Azer Garayev, FLEG II Program’s Country Coordinator (Azerbaijan)
Editor:
Fakhriyya Musayeva
Computer design:
Rustam Zamanov
Translation:
Fidan Huseynli
Drawings:
Yegana Yunusova
The book is intended for the forest specialists, fire protection units, volunteer fire brigades,
environmental public organizations, teachers, students, schoolchildren, tourism specialists and
forest users.
5
Giriş
Müasir dövrdə ekoloji problemlərin qlobal
miqyasda sürətlə artması insanların sağlam
və təhlükəsiz həyat fəaliyyəti üçün müəyyən
təhlükələr yaradır. Yer üzərində yaşayan bütün
canlılar kimi insan orqanizminin də imkanları
məhduddur. İnsanın təbii mühitin arzuolunmaz
neqativ təsirlərindən və əlverişsiz ekstremal
şəraitdən qorunması bir çox amillərdən asılıdır.
Ətraf mühitin əlverişsiz təsirlərinin qarşısını
almaq və təbii sərvətlərin davamlı istifadəsinə nail
olmaq dünya ictimaiyyətinin əsas vəzifələrindən
biridir.
Hər bir insan həyat fəaliyyətinin təhlükəsiz-
liyinin əsaslarına dair biliklərə yiyələnməlidir.
Yaşadığımız mühitidə normal həyat fəaliyyətinin,
sağlamlığın və iş qabiliyyətinin qorunub saxlanması
bu biliklərdən asılıdır. Təbii və ya antropogen
mənşəli fövqəladə hallarda təhlükəsizlik tədbirləri
barədə xüsusi biliklərə malik insanlar sərt ekoloji
şəraitdə təbiətə ziyan vurmadan düzgün fəaliyyət
göstərirlər. Ətraf mühitin əlverişsiz təsirlərindən
qorunmaq və fövqəladə vəziyyətlərdən çıxış
yollarını bilməklə sağlam həyat fəaliyyətini təmin
etmək mümkündür.
İnsanlar hələ qədim dövrlərdən meşə ilə sıx
əlaqədə olmuşlar. Meşə insanın sığınacaq yeri
olub, onu qida, geyim və istiliklə təmin etmişdir.
Əsrlər boyu insan meşənin nemətlərindən
bəhrələnərək təbiətin yazılmamış qanunlarına
uyğun fəaliyyət göstərmişdir. Meşənin təbii
ehtiyatlarından istifadə edərkən müəyyən
davranış qaydalarına riayət etməklə insanlar öz
təhlükəsizliklərini təmin edə bilmişlər. Zaman
keçdikcə bu biliklər daha da təkmilləşərək,
texnikanın inkişaf etdiyi hazırki dövrdə insanların
həyat təhlükəsizliyinin təmin olunmasına kömək
etmişdir.
Ətraf mühitin ekoloji problemlərinin əsas
səbəblərindən biri də insanların meşələrə
neqativ təsir göstərməyidir. Meşənin zəngin
nemətlərindən əhalinin qeyri-səmərəli istifadəsi
canlılar aləminin həyat fəaliyyətini pozaraq,
bioloji müxtəlifliyin tükənməsinə, ekoloji sis-
temin deqradasiyasına səbəb olur. Mal-qaranın
Introduction
Fast-increasing ecological problems pose a
number of threats to the people’s health and
safe life activity in modern time. As is it true to
all creatures inhabited the Planet capabilities of
human’s organism are also limited. Protection
of the human from unfavorable negative
environmental impacts and extreme conditions
depends on many factors. The international
community considers one of its main tasks a
promotion of ecological education aimed to
prevent unfavorable environmental impacts
and to ensure sustainable use of the natural
resources.
Every person has to be aware on basic
safety rules of its life activity. Preservation
of our normal life activity, health and work
abilities depends on this knowledge. People
who possess specific knowledge on safety
actions during emergency situations are able
to act properly in harsh ecological situation
without harming the nature. By protecting the
environment from unfavorable impacts and
being aware about the solutions to emergency
situations one ensures the healthy course of its
life activity.
From the very old ages the human’s life has
been inextricably linked with the forests. The
forest was a shelter for the human, provided
him with food, clothes and heat. Ages long
while using forest resources the human
acted in line with unwritten rules of nature.
By complying with specific rules while using
natural resources the human ensured its safety.
Eventually the human improved these skills
which helped to ensure humans’ safety of life
in the era of technological progress.
Ecological problems continue to have a
negative impact on the forests. Unsustainable
use from the forest resources causes
misbalance of life activity of live creatures in
the forests, depletion of forest’s biodiversity
which gradually resulted in degradation of
ecological system.
6
özbaşına otarılması, qanunsuz meşə qırmaları,
ətraf mühitin çirkləndirilməsi, hərbi münaqişənin
təsiri və s. meşə sektorunun əsas ekoloji
problemləridir.
Azərbaycanda ilk dəfə olaraq “həyəcan
təbili”ni səsləndirən dahi təbiətşünas, akademik
Həsən Əliyev dünya ictimaiyyətini meşələrin
ekoloji problemlərini birlikdə həll etməyə
çağırmışdır: «...Meşəni - Yer kürəsinin bu yaşıl
kəmərini bircə an təsəvvür etməsək, demək
bəşər də yoxdur. Ölçüsüz-biçisiz yaşıllığa hücum
insana qarşı yönəlmiş ən ağır müharibədir. İnsan
ağlı, insan zəhməti bu müharibəni dəf etməyə
qadirdir».
Dünyanın 44 ölkəsinin nümayəndələrinin
iştirakı ilə 2005-ci ildə Sankt-Peterburq
şəhərində keçirilən beynəlxalq konfransda qəbul
edilmiş “Avropa İttifaqının qonşuluq siyasəti
şərq ölkələrinin və Rusiyanın meşə sektorunda
hüquq tətbiqi və idarəetmə sisteminin təkmil-
ləşdirilməsi” proqramı Azərbaycanda 2010-cu
ildən etibarən həyata keçirilməyə başlanmış,
2013-cü ildən isə II mərhələsi davam etdirilmişdir.
Azərbaycan Respublikası Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi,
Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi,
Azərbaycan Milli Elmlər Akademiyası və
digər dövlət qurumlarının, ictimai təşkilatların
birgə əməkdaşlığı ilə meşə qanunvericiliyinin
təkmilləşdirilməsi, meşələrin yanğından mü-
hafizəsi, meşələrin qorunması və artırılması,
əhalinin ekoloji maarifləndirilməsi sahəsində
bir sıra tədbirlər həyata keçirilmişdir. Meşələrin
davamlı idarə edilməsi üzrə ali və orta təh-
sil müəssisələri üçün dərsliklər, metodik və-
sait
lər hazırlanmış, Quba, Qax, Şamaxı,
İsmayıllı, Lənkəran və digər rayonların orta
mək təblərində, ekoloji tərbiyə və təcrübəçilik
mərkəzlərində təşkil olunmuş “Gənc meşəçilər”
dəstələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
meşə mühafizəsi və bərpası müəssisələrinin
əməkdaşlarının tövsiyəsi ilə meşəsalma, meşə-
bərpası işlərində fəal iştirak etmişlər.
Təqdim olunan kitab meşəçilərin, meşə
istifadəçilərinin, meşələrə səyahət edən insanların
həyat fəaliyyətinin təhlükəsizliyinin təmin olun-
ması məqsədilə tərtib edilmişdir. Kitabda dünya-
First-time ever proclaiming “alarming
drum”, distinguished academician specializing
in natural sciences, Hasan Aliyev called
the international community to unify while
solving forest-related problems: “…If we
do not imagine forest – green belt of the
Planet, that means that there is no Universe.
Disproportional attack to the greenery is the
cruelest war against the human. Human’s brain
and human’s hard work are able to overcome
this war”.
A series of activities have been being
carried out in Azerbaijan within the framework
of “Improving Forest Law Enforcement and
Governance in the European Neighborhood
Policy East Countries and Russia” Program
which was launched by adoption of Sankt-
Petersburg Ministerial Declaration by 44
countries in 2005 in Sankt-Petersburg,
Russian Federation. The first phase of FLEG
Program in Azerbaijan was launched in 2010
and due to its success a second phase has
been started in the country in 2013. Various
initiatives is being carried out in a spirit of
joint cooperation between the Ministry of
Ecology and Natural Resources of Azerbaijan,
the Ministry of Education, the Ministry
of Emergency Situations, the Ministry of
Agriculture, the National Academy of Sciences
of Azerbaijan and other governmental bodies
and public organizations. They related to the
areas such as improving the forest legislation,
forest fire safety, protection and increasing of
the forestland and ecological education of the
population. Tutorials, manuals and supporting
materials on sustainable forest management
have been being worked out for secondary
schools and higher education institutions, also
“young foresters’” groups have been being
established in the secondary schools of the
forest regions and in the district ecological
education and practice centers. Currently
with the support and under the supervision
of the employees from the Forest Protection
and Restoration Enterprises of the Ministry
7
nın və Azərbaycanın meşə örtüyünün müasir
ekoloji vəziyyəti, meşənin əhəmiyyəti, insanın
ətraf mühitlə qarşılıqlı əlaqəsinin təhlükəsizliyi,
əraf mühitin çirklənməsinin və təbii resursların
qeyri-səmərəli istifadəsinin meşə ekosisteminə
təsiri, fövqəladə halların baş vermə səbəbləri,
meşədə həyat fəaliyyətinin təhlükəsizliyinə dair
dövlət qanunvericiliyi öz əksini tapmışdır.
Meşə istifadəçilərinin təhlükəsizliyi, meşə-
bərpası və mühafizəsi işlərində təhlükəsizlik
tədbirləri, yanğın təhlükəsizliyi qaydaları, föv-
qəlaldə hallarda insan həyatının qorunması
tədbirləri, meşə ekosisteminə neqativ təsirin
qarşısını almaq məqsədilə etik davranış qaydaları
barədə vəsaitdə göstərilən məlumatlar əhalinin
müxtəlif sosial qrupları üçün nəzərdə tutulur.
Son illərdə istirahət məqsədilə, ekoloji turizm
səfərlərində iştirak edən insanların sayı getdikcə
artır. Buna görə də meşədə təh lükəsizliyin təmin
edilməsi məqsədilə müəyyən qaydalara riayət
olunması kitabda geniş şərh olunur. Turizm
səfərlərinə hazırlıq ərəfəsində və səfər zamanı
təhlükəsiz fəaliyyətin təmin olunması, meşədəki
vəhşi heyvanların hücumuna, zəhərli həşəratların
və bitkilərin təsirinə məruz qalmamaq üçün
nəzərdə tutulan tövsiyələr, xəsarət alanlara
ilk tibbi yardım üsulları barədə məlumatlar
arzuolunmaz və gözlənilməz hadisə lər zamanı
yarana biləcək ekstremal vəziy
yətlərdən
insanların çıxış yolu tapa bilməsi üçün yararlı ola
bilər.
Kitab meşə sektorunun mütəxəssisləri,
yanğın dan mühafizə bölmələri, könüllü yanğın-
söndürmə dəstələri, ətraf mühit üzrə ictimai
təşkilatlar, təhsil müəssisələrinin müəllimləri,
tələbələr, məktəblilər, turizm sektorunun əmək-
daşları və meşə istifadəçiləri üçün nəzərdə tutulur.
Ümid edirik ki, təqdim olunan kitab meşədə
təhlükəsiz fəaliyyət göstərmək üçün müvafiq
biliklərin və bacarıqların əldə olunmasında sizə
yardımçı olacaqdır. Biz, meşə istifadəçisi olaraq
hər birimiz öz sağlamlığımızı və təhlükəsizliyimizi
qorumaqla yanaşı, həm də gələcək nəsillərimizin
misilsiz yaşıl sərvətdən bəhrələnməsi üçün
meşənin canlı aləminin mühafizəsinə və təbii
ehtiyatların davamlı istifadə edilməsinə səy
göstərməliyik!
of Ecology and Natural Resources “young
foresters’” groups of Shamakha, Guba, Ismailli,
Gakh, Lankaran and other regions are actively
participating in the forest planting and forest
rehabilitation activities.
This book was developed to ensure safety
of life of the foresters, users of the forest and
tourists visiting the forests. The book includes
information on ecological status of the forest
cover in Azerbaijan, value of the forest, safety
of mutual links between the human and the
environment, impact of unsustainable use of
the forest and pollution on forest ecosystems,
causes of emergency situations and legislation
related to life safety.
Inclusion of information on safety of forest
users, activities in the area of forest protection
and rehabilitation, fire safety rules, life saving
activities in emergency situations, ethical code
of conduct aimed to prevent the negative
impact on forest ecosystem is expected to be
useful for various social groups. Recent years
saw an increase of eco tourists in the country.
For this reason authors widely covered specific
rules related to ensuring safety in the forest.
Those who plan touristic trips and want
to ensure their safety during the period of
travel may benefit from recommendations on
how to avoid attacks of wild animals, protect
themselves from poisonous insects and plants,
to provide first-aid to the injured, and find ways
from extreme and unexpected situation.
The book is intended for the forest
specialists, fire protection units, volunteer fire
brigades, environmental public organizations,
teachers, students, schoolchildren, tourism
specialists and forest users.
We do hope that this book will help you
to obtain necessary skills and knowledge to
ensure safe life activity in the forest. As a forest
user you will not only protect your health and
ensure your safety but also help to preserve live
world of the forest and ensure sustainable use
of the forest resources for future generations
to enjoy unique green treasure.
8
İnsanın ətraf mühitlə qarşılıqlı əlaqəsinin təhlükəsizliyi
İnsan öz gündəlik tələbatını ödəmək
üçün meşə ehtiyatlarından tarix boyu istifadə
etmişdir. Meşələrin tükənməsi səbəblərinin
araşdırılması göstərir ki, təbiətə hədsiz müdaxilə
və meşə ehtiyatlarının qeyri-səmərəli istifadəsi
ekoloji böhranı gücləndirir. Təbii ehtiyatlardan
istifadə edərkən davamlılıq və səmərəlilik
prinsipinin gözlənməsi müasir dövrün labüd
tələbidir. İstehlakçı psixologiyasında dönüş
yaratmaq üçün təbiətə münasibət kökündən
dəyişməlidir. Əhalinin meşələrin təbii inkişaf
qanunauyğunluğu və meşə resurslarının davam-
lı istifadəsi sahəsində maarifləndirilməsi və
məlumatlandırılması günün əsas tələbidir. İn-
sanın təsərrüfat fəaliyyətinin yenidən qurulması
və təbiətə dəyən ziyanın azaldılması üçün
mühüm tədbirlər həyata keçirilir. Sosial və
iqtisadi məsələlərin həlli meşələrin ekoloji
problemlərinin həllinə imkan yaradır. Buna
görə də meşəçilik sahəsində bir çox problemlər
kompleks şəkildə davamlı inkişafın tələblərinə
uyğun olaraq həyata keçirilməlidir. Meşə
örtüyünü xilas etmək üçün bitki və heyvan
növlərinin bioloji müxtəlifliyini qorumaq
zəruridir. Cəmiyyətlə təbiət arasında harmonik
münasibətlərin pozulması ekoloji böhran
vəziyyətinə şərait yaradır.
Cəmiyyətlə təbiət arasında qarşılıqlı əlaqə-
lərin harmonik inkişafı təhlükəsiz həyat şəraitinin
yaradılmasına, ətraf mühitin təmiz liyinin qorunub
saxlanmasına, təbiətdə ekoloji sistemlərin
davamlılığına, maddələr və enerji mübadiləsinə
kömək edir. İnsanla ətraf mühitin qarşılıqlı əlaqə-
sinin aşağıdakı təhlükəsizlik prinsipləri vardır:
1. İqtisadi məsələlərdə ekoloji aspektlərin
prioritetliyi - bu halda insanın iqtisadi
maraqları təbiətin xeyrinə həll olunur.
2. İqtisadiyyatın ekologiyaya nisbətən
prio ritetliliyi - iqtisadi məsələlərin həl-
lində insanın təbiətə təsiri və təbiətin
özünü tənzimləməsi nəzərə alınmır.
Təcrübə göstərir ki, belə olduqda təbii
mühitin deqradasiyası sürətlənir, insanın
sağlamlığına böyük zərər yetirilir.
3. Ekoloji və iqtisadi maraqların uzlaş-
dırılması - yeganə effektiv üsul olaraq
təsərrüfat fəaliyyətinin təbiətə təsirinin
məhdudlaşdırılması, elmi dəlillər əsa-
sında tərtib olunan və ətraf mühitin
qorun
masına imkan verən normativ
qərar
ların qəbul edilməsini nəzərdə
tutur.
“Ekoloji təhlükəsizlik haqqında” Azər bay-
can Respublikası Qanununda “Ekoloji təhlükə-
sizlik - insanın və cəmiyyətin həyati vacib
maraqlarının, ətraf mühitin ona antropogen və
təbii təsirlər nəticəsində yaranan təhlükələrdən
qorunmasının təmin edilməsi” kimi əks etdirilir
(maddə 1). Qanunda insanın, cəmiyyətin və
dövlətin təhlükəsizliyinin tərkib hissəsi olaraq
ekoloji təhlükəsizlik sahəsində dövlət siyasətinin
əsas istiqamətləri aşağıdakı kimi göstərilir:
- ölkənin inkişaf strategiyasının formalaş-
dırılmasında və həyata keçirilməsində
ekoloji təhlükəsizliyin üstün qaydada
təmin edilməsi;
- ekoloji təhlükəsizliyi ümumdünya,
regional və yerli səviyyədə təmin etmək
məqsədilə beynəlxalq əməkdaşlığın in-
kişafı;
- biosferin və onun bütün komponent-
lərinin qorunub saxlanılmasının insan-
ların həyatı və fəaliyyəti üçün ekoloji
cəhətdən təhlükəsiz şəraitin təminat
sisteminin yaradılması ;
- ölkənin ərazisində, o cümlədən Xəzər
dənizinin Azərbaycan sektorunda döv-
lət və yerli özünüidarəetmə orqanlarının
qarşılıqlı fəaliyyətinin təmin edilməsi;
- təhlükəli ekoloji və fövqəladə vəziyyətin
qarşısının alınması, gələcək nəsillərə
təsir göstərə biləcək nəticələrin ara-
dan qaldırılması üzrə tədbirlərin hazır-
lanması və ardıcıl həyata keçirilməsi;
9
Dünya və Azərbaycan meşələri
- ətraf mühitə təsir edən təsərrüfat və
digər fəaliyyətin ekoloji təhlükəsizliyin
təmin edilməsi mövqeyindən nizama
salınması (maddə 4).
İnsanın sağlam həyatı ətraf mühitin təmiz-
liyindən asılıdır. Digər canlı orqanizmlər kimi
insan da ətraf mühitlə maddələr, enerji və
informasiya mübadiləsi ilə bağlıdır. İnsanın
təkamül prosesində müəyyən mövqeyi
vardır. Lakin sosial obyekt kimi insan ətraf
mühitə uyğunlaşmaqla yanaşı, eyni zamanda
mühiti özünə uyğun şəkildə dəyişməyə çalışır.
İstehsalatın təsiri ilə biosferin təbii təkamülündə
baş verən güclü dəyişikliklər texnosferin forma-
laşmasına səbəb olur.
Bəşəriyyətin həyatı hava, su və torpaqdan
asılıdır. Elmi - texniki tərəqqinin sürətli inkişafı
təbii ekosistemlərin fəaliyyətinin pozulmasına
gətirib çıxarır. Digər ekoloji sistemlər kimi
meşələr də insan fəaliyyətinin güclü təsiri altında
öz təbii görünüşünü dəyişir. Təbiət üçün yad
ünsürlər olan süni sintetik maddələr və digər
sənaye tullantıları ətraf mühiti çirkləndirərək,
hava və su vasitəsilə sürətlə yayılaraq meşələrə
güclü neqativ təsir göstərir. Cəmiyyət və təbiət
arasında harmonik münasibətlərin pozulması
son nəticədə insanların sağlamlığının itirilməsinə
səbəb olur.
Beləliklə, atmosferin, hidrosferin, litosferin
çirklənməsi planetin bütün guşələrində canlı-
lara təsir edərək ekoloji tarazlığın pozulması ilə
nəticələnir. Əsas çirklənmə mənbələri nəqliy-
yat, sənaye və kənd təsərrüfatı sahələridir.
İqti
sadiy
yatın bu sahələrinin təsiri altında
ağır metallar, toz, pestisidlər, gübrələr və s.
bu kimi çirkləndiricilər ətraf mühitə yüksək
dərəcədə təsir edir. Antropogen amilin təsiri
altında meşələrin tükənməsi və deqradasiyası
ildən-ilə sürətlənir. Turşulu yağışlar, iqlim
dəyişmələri, ozon qatının seyrəlməsi və digər
ekoloji problemlər yaşıl örtüyə məhvedici təsir
göstərir.
Dünya üzrə meşə örtüyünün sahəsi 4
milyard hektardır. Bunun 809 milyon hektarı
Rusiya Federasiyasının, 478 milyon hektarı
Braziliyanın, 310 milyon hektarı Kanadanın və
303 milyon hektarı ABŞ-ın payına düşür. Son
200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi
2 dəfədən çox azalmışdır. Tropik meşələr ən
zəngin bioloji müxtəlifliyə malikdir. Belə güman
edilir ki, canlı orqanizmlərin bütün növlərinin
2/3 hissəsi bu meşələrdə yaşayır.
Beynəlxalq Təbiəti Mühafizə İttifaqının
məlumatına görə hazırda tropik meşələrin
40%-i qırılmış, qalan meşə sahələri isə
dəqiqədə 20 ha sürətlə məhv edilir. Bütün
bunlardan əlavə hər il baş verən meşə yanğınları
nəticəsində geniş meşə əraziləri yanıb sıradan
çıxır. Təkcə Afrikada ildə 80 milyon ton bitki
örtüyü məhv olur.
XVII-XVIII əsrlərdə sənayenin inkişafı və
oduncağa olan tələbatın artması nəticəsində
meşə ehtiyatlarının tükənməsi prosesi sürət-
ləndi. İlk dəfə olaraq XVIII əsrdə Almaniyada
meşəçilik təsərrüfatlarının davamlı istifadəsi
barədə çağırışlar səsləndirildi və qırılmış meşə-
lərin yenidən bərpası üçün təşəbbüs göstərildi.
Bu ideyalar sonradan digər Avropa ölkə-
lərində də tətbiq olunmağa başlandı. XX
əsrdə meşələrin davamlı istifadəsi barədə
təkliflər 1992-ci ildə Rio-de-Janeyro şəhərində
Dostları ilə paylaş: |