olunmuş yerlərə aparmaq lazımdır.
► Meşədə unudulmuş şüşə qırıntıları
yanğına səbəb ola bilər. Günəş şualarını
toplayıb qığılcım yaradan şüşə qırıntıları
yanğın mənbəyi ola bilər.
Meşə bitkilərin, heyvanların və həşəratların
yaşayış yeridir. Biz insanlar isə əsasən meşənin
müvəqqəti qonaqlarıyıq. Uşaqlar meşədə qaç-
mağı, tullanmağı və şənlənməyi çox sevirlər.
Nəzərə alın ki, sizin istirahətiniz digər canlıların
sakit həyatını pozub yaşayış yerlərindən didərgin
sala bilər. Bəzən quş yuvalarını aşkar etdikdə
uşaqlar qeyri-iradi olaraq balaları ələ götürüb,
oxşamağa çalışırlar. İnsan əli dəyən yuvanı ana
quşlar tezliklə tərk edib gedirlər. Buna görə də
meşədə quş və ya heyvan yuvalarını yalnız uzaq
məsafədən binokl vasitəsilə müşahidə etmək
və ya foto-şəklini çəkmək olar. Bundan sonra
dərhal həmin yerdən uzaqlaşıb, heyvanları
narahat etməməyə çalışın .
Meşədə hər kolun, ağacın arxasında sirli bir
aləm gizlənir. Meşənin sirlərinə bələd olmayan
insanlar bəzən ehtiyatsız hərəkətlərə yol verirlər.
Tanış olmayan ərazidə yol yoldaşlarından,
valideyinlərdən və bələdçilərdən uzaqlaşmaq
olmaz. Tanış olmayan meyvə və giləmeyvələri,
göbələkləri toplamaq, həşəratlara əl vurmaq
olmaz. Meşədə rast gəldiyiniz qayaların
arxasına keçmək, daşları qaldırmaq, yuvalara
əl uzatmaq olmaz. Yadda saxlayın ki, bir çox
zəhərli böcəklər, arılar və digər həşəratlar
daşların altında, ağacların koğuşunda və kolların
dibində sığınacaq tapıb gizlənir.
34
Kol dibində və daşların arasında zəhərli
ilanlara da rast gəlmək mümkündür. Buna
görə də meşə cığırlarından kənara çıxmaq
təhlükəlidir. Kolların və ot bitkilərinin üzərin-
də xəstəliktörədən gənələr yaşayır. Onlar ağız-
cıqları vasitəsilə yaxınlıqdan keçən heyvanların
dərisinə və ya insanın paltarına sancılırlar.
İnsanın geyiminin üzəri ilə gənə hərəkət edib
dərisinə çatdıqda dərini deşib özünə yuva
salır. Bu gənələri qoparmaq çox çətindir,
onlar müxtəlif xəstəliklərin keçiriciləridir.
Buna görə də meşəyə istirahətə gedərkən ilk
növbədə geyimə diqqət yetirilməlidir. Üst
geyimin tam örtülü olması nəzərə alınmalı,
ayaqları və əlləri qorumaq lazımdır. Mütləq baş
örtüyündən istifadə etmək lazımdır. Tez-tez
geyimi yoxlamaq və həşəratlardan təmizləmək
lazımdır.
Meşədə qaçmaq və bərkdən danışmaq
olmaz. Siz cığırdan kənara çıxıb qaçarkən
meşə döşənəyində yaşayan bir çox həşəratları
narahat edib, qarışqa yuvalarlnı dağıdıb, nadir
göbələkləri və bitki növlərini tapdaya bilərsiniz.
Səs-küy, ümumiyyətlə, meşənin bütün sakin-
lərini narahat edir və onların sakit həyatını
pozur. Bundan başqa meşə cığırı ilə hərəkət
edərkən ehtiyatlı olmaq, quru budaqları qırmaq
olmaz. Təsadüfən qurumuş budaq sıçrayıb
yoldaşlarınıza toxunaraq onlara xəsarət yetirə
bilər. Cığırla hərəkət edən dəstədə irəlidə
gedən insanlar budaqları kəskin hərəkətlə
aralayıb buraxdıqda, arxada gələnləri zədələyə
bilərlər. Buna görə də kolların arasından
ehtiyatla keçməli, özünüzün və yoldaşlarınızın
təhlükəsizliyinə riayət etməlisiniz.
Kifayət qədər qida ehtiyatı olmadıqda
insan zəifləyərək qüvvəsini itirir. İştahasızlıq,
yuxulama, baş ağrısı və əsəbilik özünü biruzə
verir. Aclığın təsiri altında digər əlverişsiz
təsirlər daha da güclənir. Ac qalan insan
qışda daha tez donur, xəstələnir, intellektual
fəaliyyəti zəifləyir. Buna görə də ekstremal
hallarda ərzaq çatışmadıqda yabanı yeməli
bitkiləri və göbələkləri toplamaq, balıqçılıq
və ovçuluq bacarığı insanın köməyinə çatır.
Turizm yürüşlərində növbətçilik xüsusi qrafik
üzrə növbə ilə yerinə yetirilir. Fövqəladə
hallarda da daha zəif, qocaman və azyaşlı
səyahətçilərin qüvvəsini qorumaq üçün onları
gecə növbətçiliyindən azad etmək lazım gəlir.
Meşəyə yürüşə hazırlaşarkən öncədən
hazırlıq mərhələsində yeməli və zəhərli
göbələklər, meyvə və giləmeyvələr, dərman
bitkiləri barədə məlumat toplamaq, bu bitkilərin
foto-şəkillərini əldə etmək lazımdır. Yadda
saxlamaq lazımdır ki, bəzi zəhərli göbələklər
yeməli göbələklərdən çox çətinliklə seçilir.
Məs: yalançı tülküqulağı, yalançı kötük göbələyi
və s. Buna görə də zəhərli olmamasına əmin
olmadığınız göbələkləri toplamaq fikrindən
daşınmaq lazımdır. Zəhərli göbələklərə hətta
əl vurmaq belə təhlükəlidir. Əllərə hopmuş
zəhərli maddələr ağızın, gözün selikli qişasına
düşə bilər.
Meşə çığırı göllərin və çayların kənarından
keçdikdə belə səyahət gəzinti iştirakçılarının
böyük sevincinə səbəb olur. Gözəl və cəzbedici
təbiət mənzərəsinə valeh olan səyahətçilər
bəzən təhlükəsizliyi unudurlar. İnsanların bələd
olmadıqları göllərdə və çaylarda yuyunması
təhlükəlidir. Çayların bataqlıqlaşmış sahələrində
müxtəlif zəlilər, qansoran həşəratlar yaşayır.
Göllərdə isə bəzən dəri xəstəlikləri törədən
mikroorqanizmlərə təsadüf olunur.
Ümumiyyətlə, meşədə qansoran ağca-
qanad lardan, mozalanlardan və s. həşəratlardan
qorun maq üçün xüsusi aerozollardan, müxtəlif
sürtgülərdən (vasitələrdən) istifadə etmək
lazımdır. Buna görə də geyiminiz nə qədər çox
örtülü olarsa, qansoran həşəratların hücumun-
dan müdafiə oluna bilərsiniz. Unutmayın ki, belə
həşəratlar həm də müxtəlif virus xəstəliklərinin
yayılmasına səbəb ola bilərlər.
Yol boyu qarşınıza çıxan qarıışqa yuvalarını
dağıtmayın. Hətta maraq xatirinə də olsa,
qarışqa yuvalarının quruluşunu öyrənmək
üçün etdiyiniz hər bir cəhd yuvanın sakinləri
tərəfin dən təcavüz kimi qiymətləndirilir. Yuvanı
tikən zaman qarışqaların əməyini nəzərə
alaraq meşənin sanitarlarının rahat və dinc
35
həyatına mane olmayın. Yadda saxlayın ki,
meşə ekosistemində bir çox qida və yaşayış
əlaqələrinin tarazlığının təmin olunmasında,
meşənin sağlam həyatının qorunmasında qarış-
qaların əvəzi yoxdur.
Meşədə yaşayan ən kiçik kəpənəklər,
böcəklər və digər həşəratların yanında insan
özünü nəhəng və çox güclü hiss edir. Lakin
bu heç kəsə haqq vermir ki, digər canlıların
həyatını pozsun. Bəzən gözəl naxışları, incə,
zərif quruluşu, rəngarəng parlaq libası ilə
diqqəti cəlb edən həşəratları kolleksiya ücün
toplamağa çalışırlar. Unutmayın ki, müxtəlif
həşəratların kolleksiya xatirinə məhv edilməsi
qəti qadağandır. Bəzi bitki və heyvan növlərinin
təbiətdə sayı o qədər azalmışdır ki, onların adı
“Qırmızı Kitab”a daxil edilib dövlət tərəfindən
qorunur. Bu canlıların təsadüf nəticəsində
toplanması onların mövcudluğunu təhlükə
altına alır. Ona görə də yaxşı olar ki, meşədə
fotoaparat vasitəsilə “foto-ova” çıxasınız və
heyranedici məqamları foto obyektiv vasitəsilə
yaddaşa həkk edəsiniz. Meşədə keçirdiyiniz
xoş dəqiqələr barədə foto-təəssüratlarınızı
sonradan böyük məmuniyyətlə dostlarınızla
bölüşə bilərsiniz.
Meşədə sakit və dinməz dursanız, bir
çox meşə heyvanlarının səsini və quşlarının
nəğməsini dinləyə bilərsiniz. Təsadüfən bu
quşların yuvasını aşkar etdikdə, yaxşı olar ki,
tezliklə həmin yeri tərk edəsiniz. Yuvaya əl
vurmaq, yumurtaları və ya balaları götürmək
olmaz. Unutmayın ki, hətta siz yuvaya zərər
vurmasanız belə, quşlar yuvada insan izlərini
asanlıqla aşkar edib, bir daha ora qayıtmırlar.
Əgər siz günahsız quş balalarının tənha qalıb
məhv olmamasını istəmirsinizsə, öz marağınızı
ram edib, müəyyən məsafədən quşların
davranışını müşahidə etməklə kifayətlənin.
Vəhşi heyvanların yuvasına yaxınlaşmaq
təhlükəlidir. Bəzən ağacın koğuşunda, təpənin
üzərində və ya kolluqda yuvanın dəliyini aşkar
etdikdə dərhal içərisinə əl salıb, “kəşfiyyat”
aparmaq qətiyyən olmaz. Əgər yuvanın içəri-
sində balalar varsa, onların səsinə yaxınlıqda
olan vəhşi heyvanlar dərhal qaçıb gəlir və
balalarını müdafiə etməyə çalışır. Qəzəblənmiş
ana ayının, canavarın və ya digər vəhşi heyvanın
hücumuna məruz qalmağı, əlbəttə, heç kim
arzu etməz. Buna görə də belə yerlərdən
ehtiyatla keçmək, təhlükəsizliyə riayət etmək
lazımdır. Hər halda balaları evə aparmağa
çalışan insanların sonrakı aqibəti hamıya dərs
olmalıdır. Vəhşi heyvanların qisası həqiqətən
çox faciəli sonluqla qurtara bilər.
Meşəyə yürüş edən uşaqlar bəzən yersiz
olaraq yaşıl budaqları və yarpaqları qırır,
kolların gövdəsini sındırır, çiçəkləri toplayaraq
bitkiləri kökündən çıxarıb atırlar. Bu hərəkətlə
onlar özləri də hiss etmədən bitkilərin həyatına
son qoyurlar. Belə insanlar dərk etməlidir ki,
yarpaqlar və budaqlar bitkilərin əsas qidalanma,
tənəffüs və nəqliyyat funksiyalarını yerinə yetirir.
Bitkinin qol-budaqlarını qıranlar fotosintez
prosesində əmələ gələn qida maddələrinin,
mineral duzların və suyun digər orqanlara
daşınmasına mane olur. Kifayət qədər qida
maddəsi almayan ağac və kol bitkiləri zəifləyib
qurumağa başlayır.
Meşənin qonağı olan insanlar öz davranış-
larına nəzarət etməlidirlər. Xoşa gələn bitkiləri
və heyvanları ələ almaq və ya qoparmaq ani
olaraq digər canlının həyatına son qoya bilər.
Meşədə zərərli heyvanlar yoxdur. Hər bir canlı
meşə mühitinin ayrılmaz tərkib hissəsidir. Əgər
qarışqaların yolunda çadır qurulmasa, onlar
insana toxunmazlar. Hətta yırtıcılar belə, onların
yuvasına və ya balalarına yaxın gəlmədikdə
insandan uzaq gəzməyə çalışırlar. Bəzən
turistlər meşədə özlərindən xatirə qoymağa
çalışaraq ağacların, kolların gövdəsində iti
bıçaqla və ya kəsici alətlərlə müxtəlif yazıları
həkk edirlər. Ağacların zədələnmiş hissələri
quruyur, bitkilərin inkişafı zəifləyir.
Meşədə zərərli hesab etdikləri həşəratları
məhv edən insanlar unudurlar ki, bu canlılar
təbiətdə gözəgörünməz proseslərin və hadisə-
lərin əsas mənbəyi ola bilər. Bir çox canlılar
meşənin sanitarı rolunu oynayaraq digər
canlıların sağlamlığının keşiyində durur. Meşə
36
döşənəyinin altında gizlənən minlərlə cücülər
üzvü qalıqların parçalanmasına xidmət edir.
Maddələr dövranında mineral maddələr bitki-
lərin inkişafına və qidalanmasına sərf olunur.
İnsanların meşə sakinlərinə qarşı təcavüzkar
münasibəti meşədə normal həyat proseslərinin
pozulmasına səbəb olur.
Əgər gözəl çiçəkləri olan bitkilər diqqəti
cəlb edirsə, bu bitkiləri fotoaparatın yaddaşına
həkk etmək daha önəmlidir. Bir neçə saatlıq da
olsa, qısa müddətli zövq üçün dərilən hər bir
çiçək təbiətdən qoparılan bir hissədir. Bəzən
təsadüf nəticəsində onsuz da tükənməkdə olan
nadir bitkilər bu qayda üzrə məhv edilir. Bütün
bu qaydalara əməl etməklə təbiətin qoynunda
mənalı və sağlam istirahəti təmin etmək olar.
Bəzi insanlar təbiətdə rast gəldikləri hər bir
canlını, bitki və heyvanı “zərərli” və “faydalı”
olmaqla qruplaşdırırlar. Faydalı hesab etdikləri
canlılara qayğı göstərir, öz tələbatları üçün
istifadə edirlər. Lakin zəhərli hesab etdikləri
canlıları isə məhv etməyə çalışırlar. İnsanlar
gəzinti zamanı rast gəldikləri “zərərli” bitkiləri
kökündən qoparıb atır və zəhərli göbələkləri
tapdayıb əzirlər. Meşədə təhlükəsizliyə riayət
etmək, o demək deyildir ki, zəhərli həşəratları
və göbələkləri məhv edilsin.
Təbiətdə hər bir canlının öz yeri və
mövqeyi vardır. Bizim zəhərli hesab etdiyimiz
bitki və həşəratlar çox zaman ekosistemin
qida zəncirində mühüm rol oynayaraq, digər
canlıların qida və şəfa mənbəyidir. Eyni zamanda
canlı orqanizmlərin sayının tənzimlənməsində
xüsusi yer tutur. Məsələn, tayqa meşələrində
yaşayan nəhəng sığınlar daxili xəstəlikləri
müalicə etmək üçün ən zəhərli göbələk hesab
olunan milçəkqapandan istifadə edirlər. Xəstə
sığınlar bu göbələklə qidalanaraq qısa müdətdə
sağalırlar. Bəzi zəhərli göbələklərin tərkibində
olan maddələrdən insanların mü alicə si üçün
istifadə olunan dərman vasitələri hazırlanır.
Yəqin ki, ilan zəhəri və ya arı zəhərinin
müalicəvi təsiri barədə hamının məlumatı
vardır. Bununla yanaşı belə zəhərli bitkilərə və
ya həşəratlara rast gəldikdə müəyyən qədər
özünüzü qorumağa və dərhal həmin yeri tərk
etməyə çalışın. Tanış olmayan bitkilərin meyvə
və toxumlarına, həşəratlara toxunmayın.
Meşədə ehtiyatsız və təcavüzkar hərəkət-
lərə yolverən insanlar ilk növbədə nadir
bitki və heyvan növlərinin bioloji müxtəlifliyi
üçün böyük təhlükə yaradır. Meşədə düzgün
davranış qaydalarına riayət etmədikdə insanlar
öz sağlamlıqlarını və həyatlarını da təhlükə
altına qoyurlar. Meşənin nemətlərindən istifadə
edərkən ilk növbədə meşə qanunvericiliyini
bilmək və müvafiq tələblərə əməl etmək
lazımdır.
37
Sxem 1. Meşədə insan üçün gözlənilən təhlükələr
38
Meşələrin yanğın təhlükəsizliyi
Meşəyə istirahətə gələnlərin sayı ildən-
ilə artır. Müasir texnika və avadanliqla
silah
lanmış turistlər, balıqçılar və ovçular
meşənin ən dərin guşələrinə asanlıqla daxil
olurlar. İnsanlarin müdaxiləsi təbii tarazlığın
pozulmasına, meşə ehtiyatlarının tükənməsinə
səbəb olur. Meşələrin qorunması ilk növbədə
insanların düzgün münasibətindən asılıdır. Meşə
yanğınları, məişət tullantıları ilə çirklənmə, bitki
və heyvan növlərinin tükənməsi, qanunsuz
meşə qırmaları və tikinti işləri meşələrın əsas
ekoloji problemlərindəndir. Meşədə düzgün
davranış qaydalarına riayət etdikdə belə fəsad-
ların qarşısını almaq mümkündür.
Meşənin ən təhlükəli düşməni yanğındır.
Baş verən meşə yanğınlarının əsas səbəbkarı
məhz meşə səyahəti həvəskarlarıdır. Meşə
yanğınlarının böyük əksəriyyəti insanların odla
ehtiyatsız davranması nəticəsində baş verir.
Statistik məlumatlara görə meşəyə gəzintiyə və
istirahətə gələnlər bu baxımdan daha çox risk
qrupuna aid edilir. Yay mövsümündə və istirahət
günlərində yaşayış məntəqələrinin ətrafındakı
meşələrin 10 km-lik ərazisində yanğın hadisələri
daha çox qeydə alınır. Meşəyə istirahətə gələn-
lər və səyahətçilər təbiətin qorunmasına diq-
qətli olmalıdırlar. Meşəyə səyahət etməzdən
əvvəl təhlükəsizlik tədbirləri barədə məlumat
toplanmalı və yanğın təhlükəsizliyi qaydalarına
riayət olunmalıdır.
Bataqlıqlaşmış meşə sahələrində, xüsusilə
mamır və şibyədən ibarət torpaq örtüyü
olan ərazidə ocaq və ya siqaret yandırılması
isti, quru və küləkli havada acı nəticələrə
səbəb olur. Bəzi avtomobil sürücüləri yolla
hərəkət edərkən siqaretin közərən qalıqlarını
pəncərədən atır və bunun nəticəsi barədə
düşünmürlər. Avtomobillərin mühərriklərindən
çıxan yanma məhsulları da quru, qızmar, küləkli
havada qığılcımdan alovun yaranmasına səbəb
olur. Meşədə quru budaqların, yarpaqların və
otların toplanması nəticəsində əmələ gələn
tör-töküntünün alışması da təhlükəli amillərdən
biridir. Meşənin yaxınlığından keçən avtomobil
yollarında nəqliyyat qəzası baş verdikdə qığılcım
və közlər ətrafa yayılaraq quru tör-töküntünün
yanmasına səbəb olur. Meşəyə səyahət edənlər
təsadüfən söndürülməmiş kibrit çöpünü və ya
siqareti atmaqla da yanğın hadisəsi törədirlər.
Turizm yürüşləri tonqalsız keçinmir. Turist-
lərin dayanacaq yerlərində isinmək və yemək
hazırlamaq üçün, ağcaqanadları qovmaq üçün
tonqal qalaması nəticəsində meşə yanğınlarının
baş verməsi ehtimalı artır. Tonqal nəzarətsiz
qaldıqda və ya tam söndürülmədikdə kiçik
közərtidən yaranan alov sürətlə yayılaraq
ətrafdaki bütün canlıları məhv edir. Turist
tonqal larından 3-5 m aralıda olan ağaclara zərər
yetirilir. Tonqaldan ayrılan istilik yaxınlıqdakı
ağacların qabıqlarının və qabıqaltı toxumaların
qızmasına səbəb olaraq ağacın oduncağını
qurudur.
Gecələmək üçün turist düşərgəsi əsasən
içməli su mənbəyinin yaxınlığında salınır.
Düşərgədəki tonqal çadırlardan 10 m aralı
məsafədə qalanır və bu zaman küləyin isti-
qaməti nəzərə alınır. Düşərgədə sutka ərzində
növbətçilik təşkil olunmalıdır. 2 nəfərdən az
olmayan qrup meşənin daxilində bir yer dən
başqa yerə keçərkən qrup rəhbərinin göstərişinə
əməl etməli, xəritə, kompas, kibrit, ərzaq
məhsulları, bel, balta, mişar, əleyhqaz və ilk tibbi
yardım ləvazimatı ilə ilə təchiz olunmalıdır.
Meşədə yalnız zəruri hallarda və ciddi təyin
olunmuş yerlərdə tonqal qalanmasına icazə
verilir. Meşədəki istirahət yerlərində tonqal
üçün xüsusi yer meşəçilik müəssisələrinin
əmək daşları tərəfindən müəyyən edilir. İcazə-
siz yerlərdə tonqal qalanması ciddi qanun
pozuntusu hesab olunur. Meşədə gecələmək
üçün qabaqcadan odun tədarük edilməlidir.
Odun üçün yaşıl ağacları qırmaq qadağandır.
Diqqətlə ətrafı nəzərdən keçirdikdə çoxlu
miqdarda quru budaqlar və oduncaq əldə
etmək olar. Tam sönməmiş tonqalı nəzarətiz
qoymaq yaramaz.
39
Meşəətrafı yaşayış məntəqələrində yaşayan
əhali kənd təsərrüfatı sahələrində məhsul
yığımından sonra bəzən quru otları yandırır.
Meşənin yaxınlığında buna qəti yol vermək
olmaz. İqlim dəyişmələri və günəşin fəallığının
artdığı bir dövrdə yanğın tez bir zamanda quru
otlara keçərək yayılıb meşə yanğınına cevrilə
bilər. Əgər yaxınlıqda əkin sahəsi və ya tarla
vardırsa, ocaq qalamaq təhlükəlidir. Küləkli
və ya isti havada odunun yanması nəticəsində
əmələ gələn közərtilər ətrafa səpələnə bilər.
Tarlaya və ya qurumuş bitki qalıqları olan əkin
sahəsinə düşdükdə közərtilər alışıb yanğın
hadisəsi törədir.
Avtomobilin və digər nəqliyyat vasitələrinin
yaxınlığında tonqal yandırmaq olmaz. Yanacaq
məhsullarına bulaşmış parça materiallar da
öz-özünə alışa bilər. Avtomobilin mühərriki
işlək vəziyyətdə olduqda yanacaq doldurmaq,
texniki nasaz avtomobillərdən istifadə et mək,
avtomobilin yaxınlıgında od qalamaq təhlükə-
lidir. Yemək yedikdən sonra kağız tullantılarını
yandırmaq qadağandır. Asanlıqla çürüyən belə
tullantıları və qida qalıqlarını xüsusi xəndək
qazıb basdırmaq olar. Lakin bu zaman plastik
və kimyəvi mənşəli tullantıları mütləq meşədən
kənara çıxararaq tullantılar üçün ayrılmış xüsusi
yerlərə aparmaq lazımdır.
Meşə yanğınlarının qarşısını almaq meşə
istifadəçilərinin məsuliyyətli və intizamlı dav-
ranışı, ən sadə yanğın təhlükəsizliyi qaydalarına
riayət etməsi zəruridir. Odla ehtiyatlı olub yadda
saxlamaq lazımdır ki, ən cüzi qanun pozuntuları
nəhəng yanğınlara və insan tələfatına səbəb
olur.
Tonqal qalayarkən ilk növbədə torpağın üst
qati, quru yarpaqlar, budaqlar və quru otlar 2-3
m məsafədə təmizlənir. Tonqal üçün ayrılmış
yerlər kifayət qədər açıq sahədə olmalı və
yaxınlıqda bir neçə bel, su qabları qoyulmalıdır.
Ocaq ağaclardan, ağac kötüklərindən və
kök lərdən 4-6 m aralıda olmalıdır. Tonqalın
üzərində ağac budaqlarının olmamasına diqqət
yetirilməlidir. Əgər ərazidə xırda daşlar varsa,
onların üzərində tonqal yandırmaq təhlükəlidir.
Bu zaman daşların altındakı çürüntü və yarpaq
töküntüsü alışaraq daşların arasında alovun
daha dərin qatlara keçməsinə səbəb ola bilər.
Tonqalın köhnə ocaq yerində qalanması
məsləhət görülür. Köhnə tonqaldan qalmış
kömür ocağın yanmasına kömək edir. Tonqalın
təyin olunmuş daimi yeri ən azı 2m2 meşə
döşənəyinin qorunması deməkdir. Xüsusi
təyin olunmuş yer olmadıqda torpağın üst qatı
çıxarılır və tonqalın ətrafında səd kimi qoyulur.
Ocaq tam söndürüldükdən sonra torpaq
təbəqəsi öz yerinə qaytarılır. Tonqalı söndürən
zaman ocağı kömürlə birlikdə belləyib torpağa
basdırmaq lazımdır. İstirahət yerini tərk
edərkən ərazinin təmizliyinə və alovun tam
söndürülməsinə əmin olmaq tələb olunur.
Həddindən artıq böyük tonqal qalamaq
düzgün deyil. Belə tonqalın üzərində yemək
hazırlamaq, paltar qurutmaq təhlükəlidir. Kü-
lək li havada iri tonqaldan qalxan qığılcımlar
yaxın lıq dakı ağaclara düşə biləcəyi və ya daha
uzaq məsafəyə sıçraması nəzərə alınmalıdır.
Hündürlüyə qalxan alov nəzarətdən çıxa bilər.
Alovun meşə döşənəyi vasitəsilə yayılmaması
üçün tonqalın ətrafında xəndək qazmaq və ya
iri daşlarla əhatə etmək lazımdır. Ümumiyyətlə,
yanan tonqalı nəzarətsiz qoymaq olmaz. Hətta
tonqalı su ilə söndürdükdə belə torpaq əlavə
edib möhkəm tapdalamaq lazımdır. Bəzən
gecədən söndürülmüş ocaqda közərmiş kömür
qaldıqda, küləyin təsiri altında alovlanma yeni-
dən başlaya və yayıla bilər. Yanğının tam sön-
dürülməsinə əmin olduqdan sonra həmin yeri
tərk etmək olar.
40
Meşə yanğınlarının növləri.
Meşə yanğınları
yanmanın növünə, yayılma sürətinə, əhatə miq-
yasına görə fərqlənir. Yanğın zamanı meşədə
olan insanlar böyük təhlükə ilə üz-üzə qalırlar.
Meşədən çıxan heyvanlar alovun yayıldığı
istiqamətin əks tərəfinə qaçırlar. Quşlar,
heyvanlar daimi yaşayış yerlərini itirirlər. Canlı
aləm məhv olduğuna görə yalnız qaralmış
kötüklər bəzi hallarda vaxtı ilə buranın meşə
olduğunu xatırladır. Meşə döşənəyinə ciddi
zərər yetirən yanğınlar burada məskunlaşan
mikroorqanizlərin, onurğasızların və bakteriya-
larin canlı laboratoriyasını məhv edir. Güclü
yanğın baş verən torpaqda bir çox illər ərzində
bitki örtüyü inkişaf etmir. Yanğından sonra
ərazinin tam bərpasına on illərlə, bəzən yüz
illərlə vaxt tələb olunur.
Meşə yanğınlarının əsas üç növü vardır:
1. aşağıdan (yerüstü) yanma;
2. yuxarıdan (çətirdən) yanma;
3. yeraltı (torf) yanmaları.
Aşağıdan yanmalar 2 qrupa bölünür: sürətli
və davamlı (döşənək) yanmaları. Ən geniş
yayılan yanma növü aşağıdan yanmalardır.
Təxminən baş verən yanğın hadisələrinin 90%-
i bu qəbildəndir. Yuxarıdan yanmalar bütün
yanma hallarının orta hesabla 5-7%-ni, yeraltı
yanmalar isə 2-3%-ni təşkil edir.
Meşədə çox zaman aşağıdan yanmalar baş
verir. Bu zaman meşənin alt yarusunda olan
kollar, ot bitkiləri, meşəaltı, ağacların kökləri,
meşə döşənəyi yanıb məhv olur. Aşağıdan
yanmalar sürətli və davamlı olmaqla 2 qrupa
ayrılır. Sürətli aşağıdan yanmalar əsasən yazda
və yayda baş verir. Yanğının yayılma sürəti
saatda 1 km-ə, alovun hündürlüyü 1-2 m-ə
çatır. Davamlı yanma çox çətinliklə söndürülür.
Belə ki, bu zaman meşə döşənəyi minerallaşmış
Dostları ilə paylaş: |